ƏLƏKBƏr сabbarli heydəR ƏLİyev və naxçivan tariXİ


Heyd ər Əliyev Naxçıvanın görkəmli yetirmələri



Yüklə 20,03 Mb.
Pdf görüntüsü
səhifə10/12
tarix03.02.2017
ölçüsü20,03 Mb.
#7361
1   ...   4   5   6   7   8   9   10   11   12

3.3. Heyd
ər Əliyev Naxçıvanın görkəmli yetirmələri 
haqqında 
 
 
Naxçıvan tarixən Şərqin ticarət, sənətkarlıq, elm və 
m
ədəniyyət mərkəzi  kimi  tanınmaqla  yanaşı,  həm də  öz 
görk
əmli yetirmələri ilə  diqqəti cəlb  etmişdir.  Qədim 
Az
ərbaycan  torpağı  olan  bu  diyar tarixin bir çox mərhə-
 
179 

l
ələrində dünya siyasətinə, elminə, mədəniyyətinə nadir si-
malar b
əxş  etmiş,  həmin görkəmli  şəxsiyyətlər  isə  öz 
növb
əsində Naxçıvanı dünyada layiqincə təmsil etmişlər.  
 
Orta 
əsrlər dövründə  Naxçıvan  diyarının  görkəmli 
yetirm
ələri həyatın  və  fəaliyyətin bütün sahələrində  öz 
sözl
ərini demiş, Azərbaycan dövlətçiliyini, elmini, mədə-
niyy
ətini dünyaya tanıtmışlar. Tarixi məxəzlərdən məlum 
olur ki, XI 
əsrin 60-cı  illərində  Yaxın  Şərqin  bir  sıra 
ölk
ələrindən Naxçıvana çoxlu alim və  mütəfəkkirlər top-
laşmışdı. Bu, hər şeydən əvvəl, Naxçıvan şəhərinin həmin 
dövrün feodal dövl
əti olan Naxçıvanşahlığın  mərkəzinə 
çevrilm
əsi ilə  əlaqədar  idi.  Naxçıvan  hakimi  Əbu  Duləf 
elm v
ə mədəniyyət xadimlərinə xüsusi rəğbət bəsləmiş və 
onları saray ətrafında toplamışdı.  
Elm
ə və mədəniyyətə göstərilən diqqət Azərbaycan 
Atab
əyləri  –  Eldənizlər dövründə  daha da genişlənmişdi. 
Eld
ənizlər ölkədə  və  o cümlədən müəyyən  dövrdə 
dövl
ətin mərkəzi  şəhəri  olmuş  Naxçıvanda  elm və 
m
ədəniyyətin  inkişafını  himayə  etmişlər.  Ərəb alimlərin-
d
ən Yaqut əl-Həməvi “Mucəm  əl-buldən”  əsərində 
Naxçıvan  şəhərindən  çoxlu  alim  çıxdığını  və  onların  ən-
N
əşəvi  soyadı  ilə  məşhur  olduqlarını  göstərir. X-XI 
əsrlərdə  Naxçıvan  Həddad  ən-Nəşəvi,  Əbu  Əbdullah  ən-
N
əşəvi, Əbu Abbas ən-Nəşəvi, Əhməd ən-Nəşəvi və b. bu 
kimi müt
əfəkkirlər yetirmişdir [158, s. 142-143]. 
XI 
əsrin I yarısında yaşamış Azərbaycan filosofları 

ərisində naxçıvanlı Əbu Ömərin xüsusi yeri vardır. Me-
marlıq sənətinin görkəmli nümayəndələri Əmirəddin Mə-
sud Naxçıvani, Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani, Cə-
mal
əddin  Naxçıvani,  Əcəmi  Naxçıvani  Naxçıvan  şəhə-
rind
ə  və  ətrafında  ucaltdıqları  abidələr-türbələr, saraylar, 
m
əscidlər, karvansaralar, körpülər ilə ad-san qazanmışlar.  
 
180 

Orta 
əsrlər Naxçıvan memarlıq  məktəbinin banisi 
Əcəmi  Əbubəkr  oğlu  Naxçıvani  orta  əsr Azərbaycan 
memarlığına  yeni  istiqamət  vermiş,  ona  incəlik və 
dinamiklik g
ətirmiş,  Yaxın  Şərq  memarlığına  güclü  təsir 
göst
ərmişdir.  Əcəminin müəllifi  olduğu  Naxçıvan 
şəhərindəki Möminə xatın və Yusif Küseyr oğlu türbələri 
dövrümüz
ədək gəlib çatmış böyük memarlıq abidələridir. 
Şərqin böyük dühaları ona “Şeyxül-mühəndis” (“Mühən-
disl
ərin başçısı”) fəxri adı vermişdilər.  
Bu  diyarın  başqa  bir  görkəmli yetirməsi Azərbay-
can  xalqının  ümummilli  lideri  Heydər  Əliyev  memar 
Əcəmi sənətinə  yüksək qiymət  vermiş,  adının  əbədiləş-
dirilm
əsinə, onun əsərlərinin gələcək nəsillər üçün 
qorunub saxlan
ılmasına xüsusi diqqət  yetirmişdir.  Onun 
diqq
ət və  qayğısı  sayəsində  1976-cı  ildə  memar  Əcəmi 
Əbubəkr  oğlu  Naxçıvaninin  850  illik  yubileyi  ölkəmizdə 
geniş  qeyd  olunmuşdur  [120, 1976, 18 dekabr]. Belə  ki
Heyd
ər Əliyevin şəxsi təşəbbüsü ilə Azərbaycan KP MK 
Bürosu 12 mart 1976-
cı il tarixli iclasında yubileyin həmin 
ilin  oktyabrında  keçirilməsi, bu məqsədlə  təşkilat 
komit
əsinin  yaradılması,  geniş  yubiley  tədbirlərinin 
keçirilm
əsi barədə qərar qəbul etmişdi [28, iş 39, v. 229]. 
H
əmin qərara  uyğun  olaraq  Naxçıvan  şəhərində  Əcəmi 
yaradıcılığına  həsr edilmiş  ayrıca  elmi  sessiya da ke-
çirilmişdi [124, s. 121].      
 
Az
ərbaycan  ərazisində  Şəmsəddin Eldəniz 
t
ərəfindən  əsası  qoyulan  Azərbaycan Atabəyləri dövləti 
xeyli müdd
ət Naxçıvandan idarə olunmuşdur. Məhəmməd 
Cahan P
əhləvanın dövründə Naxçıvan hakimi Qızıl Aslan, 
onun ölümünd
ən sonra isə  arvadı  Zahidə  xatın  diyarın 
inkişafında  müstəsna rol oynamışlar. Möminə  xatın,  
C
əlaliyyə,  İnanc  xatın,  Zahidə  xatın,  Məleykə  xatın, 
 
181 

Sülaf
ə  xatın  kimi  ağıllı  və  müdrik  qadınlar  Eldənizlər 
x
ənədanının  idarə  edilməsində,  Naxçıvanın  ictimai-siyasi 
h
əyatında, öz iqta mülklərinin  qorunmasında  müstəsna 
xidm
ətlər göstərmişlər [231, s. 53-58]. 
 
XIII-XIV 
əsrlərdə  Eldənizlər dövlətinin süqutu, 
monqol  istilaları  və  monqol  ağalığından  sonrakı  dövrdə 
yadellil
ərin  ardıcıl  basqınları  ilə  səciyyələnən  tarixi 
şəraitin mürəkkəbliyinə  baxmayaraq,  Naxçıvan  sosial-
iqtisadi v
ə  mədəni cəhətdən  inkişaf  etməkdə  idi. Həmin 
dövrd
ə Naxçıvan, Ordubad, Culfa şəhərləri Azərbaycanın 
şəhər həyatında mühüm yer tuturdu.  
Bu dövrd
ə  Naxçıvanda  görkəmli dövlət, elm və 
m
ədəniyyət xadimləri fəaliyyət göstərirdi.  Əslən 
naxçıvanlı  olan  görkəmli Azərbaycan alimi Nəsrəddin 
Tusi dünya
nın elm korifeyləri sırasında indi də öz layiqli 
yerini  tutur. O, dövrünün böyük ensiklopedisti, müt
ə-
f
əkkiri, filosofu, ictimai-siyasi xadimi kimi tanınmışdı. 
N.Tusi 1259-cu ild
ə Marağa rəsədxanasını təşkil etmişdi. 
Bu, onun Az
ərbaycan və  dünya elmi və  mədəniyyəti 
tarixind
ə  ən mühüm xidmətlərindən biridir. Dahi alimin 
nücum, ilahiyyat, f
əlsəfə, siyasət,  əxlaq, məntiq, 
riyaziyyat, astronomiya, maliyy
ə, musiqi və  b. sahələrə 
aid san
ballı əsərləri vardır. 
 
Heyd
ər Əliyevin təşəbbüsü ilə 1981-ci ildə N.Tusi-
nin 780, 2000-ci ild
ə  isə  800 illik yubileyləri  keçirilmiş, 
şərəfinə medal təsis edilmiş, abidələri ucaldılmış, portreti 
yaradılmış, bir sıra elm, təhsil və mədəni-maarif müəssisə-
l
ərinə və  küçələrə  N.Tusinin adı verilmişdir. Azərbaycan 
dövl
ətinin təşəbbüsü ilə  N.Tusinin 800 illik yubileyi 
beyn
əlxalq mədəniyyət təşkilatı  olan  YUNESKO-nun 
q
ərarı ilə dünya miqyasında qeyd edilmişdir [170, s. 192]. 
 
N.Tusi dünya elm v
ə mədəniyyəti tarixində mühüm 
 
182 

xidm
ətlər göstərmişdir. Buna görə  də  onu fövqəladə 
qabiliyy
ətinə, dərin zəkasına və misilsiz xidmətlərinə görə 
“b
əşər  ustadı”  və  “on birinci əql” sahibi adlandırmışlar. 
N.Tusinin övladla
rı da elm yolunu tutmuş, onun nəslindən 
olanlar is
ə  Naxçıvanda elm, ədəbiyyat və  incəsənət 
sah
əsində tanınmış mədəniyyət xadimlərindən olmuşlar. 
 
B
əhs olunan dövrdə  Naxçıvan  Şərqin elm və 
m
ədəniyyət mərkəzlərindən biri olaraq qalırdı. Naxçıvanın 
görk
əmli elm və  mədəniyyət xadimləri Azərbaycanda,  
Hülakul
ər və 
C
əlairilər dövlətlərinin müxtəlif 
vilay
ətlərində və dünyanın bir çox ölkələrində tanınır, öz 
m
əqsədyönlü fəaliyyətləri və  əsərləri ilə  məşhurlaşmış-
dılar. Onların arasında münəccimlər, filosoflar, ilahiyyat-
çılar, tarixçilər, dilçilər, hüquqşünaslar (fəqihlər), riyaziy-
yatçılar,  həkimlər və  b. mütəfəkkirlər var idi. Müsəlman 
Şərqində  tanınmış  alim,  filosof  və  mütəfəkkirlərdən 
Əkmələddin Naxçıvani, Kəmaləddin Naxçıvani, Nəcməd-
din  Naxçıvani,  Həsən  Naxçıvani  və  onlarla  başqalarının 
elmi f
əaliyyəti Naxçıvanda elmin və mədəniyyətin yüksək 
inkişafından,  naxçıvanlı  alimlərin qazandıqları  şöhrətdən 
x
əbər verir. Bu dövrdə Səncər ibn Abdulla ən-Naxçıvani 
n
əsli öz yetirmələri ilə şöhrət qazanmış, elmin inkişafında 
böyük xidm
ət  göstərmişdir.  Onun  oğlanları,  nəvə  və 
n
əticələrindən  Hinduşah  Naxçıvani,  Məhəmməd ibn 
Hinduşah  Naxçıvani,  Kəmaləddin ibn Məhəmməd 
Naxçıvani,  Seyfəddövlə  Naxçıvaninin  əsərləri, elmi və 
dövl
ətçilik fəaliyyətləri dövrün ən görkəmli elm adamları 
v
ə mütəfəkkirləri tərəfindən yüksək qiymətləndirilmişdir. 
F
əxrəddin  Hinduşah ədəbiyyat, fəlsəfə, astronomi-
ya, riyaziyyat v
ə musiqi sahəsində mütəxəssis idi. O, fars 
v
ə  ərəb dillərində  gözəl  şeir  nümunələri  yaratmışdı. 
F.Hinduşah,  eyni  zamanda,  “Məvaivid  əl-ərəb”  adlı 
 
183 

ədəbiyyat antologiyasının,  “Təcarüb  əs-sələf” və  “Əs-
Sihah 
əl-Əcəmiyyə”  adlı  4000  sözü  əhatə  edən farsca-
türkc
ə lüğətin də müəllifidir. Hinduşah Naxçıvaninin fars 
dilind
ə qələmə aldığı “Təcarüb-əs-sələf” əsəri Azərbayca-
nın, o cümlədən bəzi Yaxın Şərq ölkələrinin ictimai-siyasi 
tarixinin öyr
ənilməsində mühüm mənbədir [84, s. 117]. 
  
Şəmsəddin ibn Fəxrəddin Hinduşah ən-Naxçıvani 
dilçilik, 
ədəbiyyatşünaslıqla  məşğul  olmuş,  “Sihah  əl-
furs”  lüğətini tərtib  etmişdi.  Məhəmməd ibn Fəxrəddin 
Hin
duşah  Naxçıvani  isə  XIV  əsrin  ən görkəmli alimlə-
rind
ən biri və  məşhur  dövlət xadimi  olmuşdur.  Onun 
1360-
cı  ildə  yazdığı  “Dəstur  əl-katib fi təyinül-məratib” 
əsəri bu gün də öz elmi əhəmiyyəti baxımından maraq do-
ğurur.  Əsər cəlairi    hökmdarı  Sultan  Şeyx  Üveysə  ithaf 
edilmişdir [197, s. 76]. Bunun səbəbini İ.Mollayev özünün 
“Orta 
əsr Azərbaycan mütəfəkkirləri təlim-tərbiyə 
haqqında” kitabında belə açıqlayır: “Azərbaycanda tez-tez 
d
əyişilən sülalələr öz dövrlərində yaşayan görkəmli alim-
l
ərə eyni münasibət bəsləmədiklərindən, davam edən hərc-
m
ərcliyə  görə  Məhəmməd  ibn  Hinduşah  öz  yaşayışını 
t
əmin etmək, edam və təqiblərdən qorunmaq üçün “Dəs-
tur” 
əsərini də Cəlairilər sülaləsinin hökmdarlarından olan 
Şeyx Üveysə ithaf edir...” [163, s. 170-171]. 
Mahiyy
ətcə  ictimai-siyasi, didaktik-tərbiyəvi, 
f
əlsəfi-etik  məzmun kəsb edən bu əsər XIV əsrdən 
başlayaraq,  yalnız  Şərq aləmində  deyil, hətta Qərbi 
Avropada tarix d
ərsliyi kimi istifadə edilmiş və o dövrün 
m
əktəblərində tədris vəsaiti olmuşdur. 
Dövrünün m
əşhur  alimi,  ictimai  xadimi,  tarixçisi, 
ədibi,  şairi  kimi  M.H.Naxçıvani  yalnız  Yaxın  və  Orta 
Şərqdə  deyil, Qərbi  Avropada  da  böyük  şöhrət qa-
zanmışdı. Onun Leyden, Britaniya, Paris, Vyana, İstanbul 
 
184 

milli kitabxanala
rında mühafizə olunan “Dəstur əl-katib fi 
t
əyinül-məratib”  adlı  əsərinin  əlyazmalarının  müxtəlif 
sur
ətləri bir daha təsdiq  edir  ki,  M.H.Naxçıvani  öz 
dövründ
ə böyük şöhrət sahibi olmuşdur.  
 XV 
əsrdə  yaşayıb-yaratmış  Baba  Nemətullah 
Naxçıvani  Azərbaycan fəlsəfi və  ictimai fikir tarixində 
özün
əməxsus  yer  tutmuşdur.  O,  çox  kamil  bir  alim  olub 
orta 
əsr sxolastik “Nəqşbəndiyyə” təriqətinin  aparıcı 
şəxslərindən, rəhbərlərindən biri olmuşdur.  
 
Hürufiliyin banisi v
ə Azərbaycanın ən nəhəng sufi-
l
ərindən biri olan Fəzlullah Nəimi Naxçıvanda, Astrabad-
da anadan olmuş və hürufilik təlimini də ilk dəfə buradan 
ya
ymışdır.  Hürufilər teymurilərə  qarşı  mübarizədə  əhə-
miyy
ətli rol oynamışlar. 
 
S
əfəvi I Şah Abbasın dövründə vəzir təyin edilmiş 
Hat
əmbəy Ordubadi böyük Səfəvi imperiyasının  idarə 
olunmasında,  siyasi  və  iqtisadi həyatında  mühüm  rola 
malik olmuşdur. Ordubad şəhəri soyurqal kimi Hatəmbəyə 
bağışlanmış,  o  isə  burada geniş  quruculuq  işləri  aparmış 
v
ə ordubadlıları vergilərdən azad etmişdi. 
 
XVII 
əsrdə  bacarıqlı  təbib  kimi  tanınmış, 
“t
əbiblərin rəisi” kimi şöhrət qazanmış İbrahim Zeynəddin 
eyni zamanda fiqh elmi sah
əsində  ciddi  və  maraqlı 
t
ədqiqatları ilə seçilmişdir.  
M
əşhur türk səyyahı və salnaməçisi Övliya Çələbi 
d
ə  XVII  əsrdə  Naxçıvanda  “gözəl alim və  şairlər”in 
yaşadığını qeyd edirdi. 
 
Naxçıvan  diyarı  öz  məşhur  soyları  və  bu  soyların 
görk
əmli yetirmələri ilə  tanınır:  Kəngərlilər,  Naxçı-
vanskil
ər, Şahtaxtinskilər, Bəktaşilər, Əliyevlər, Mirişlilər, 
V
əzirovlar, Təhmasiblər və onlarla başqaları. Bu və digər 
soyların  hər biri Azərbaycan dövlətçiliyinə, siyasətinə, 
 
185 

h
ərbinə, elminə  və  mədəniyyətinə  nadir və  bənzərsiz 
simalar b
əxş etmişdir. 
 
Bu c
əhətdən Kəngərlilərin Naxçıvanın, bütövlükdə 
Az
ərbaycanın  siyasi,  hərbi, iqtisadi, elmi və  mədəni 
h
əyatında  tarixi  xidmətləri  əvəzsizdir. XVIII əsrdə 
K
əngərli tayfasının  başçısı  Heydərqulu xan, sonuncu 
Naxçıvan xanı Ehsan xan, Kəngərli nəslinə mənsub olan, 
lakin m
əlum səbəblərdən  Naxçıvanskilər kimi məşhur 
olan İsmayıl xan, Kalbalı xan, Hüseyn xan, Cəfərqulu xan, 
C
əmşid  xan  kimi  sərkərdələr öz cəsurluqları  və  hərbi 
t
əşkilatçılıq  istedadları  ilə  rus və  sovet ordusunda böyük 
şöhrət  qazanmışdılar.  Görkəmli hərb xadimi Cəmşid 
Naxçıvanski  1921-1931-ci illərdə  Azərbaycanın  ilk  milli 
atıcı diviziyasının komandiri olmuş, yüksək ixtisaslı hərbi 
kadrlar  hazırlanmasında  əhəmiyyətli  rol  oynamışdı  [198, 
s. 23]. Heyd
ər  Əliyev  hələ  hakimiyyətinin birinci 
m
ərhələsində  görkəmli hərbi  xadim  C.Naxçıvanskinin 
adını  əbədiləşdirmişdi.  Onun  adını  daşıyan  hərbi lisey 
açılmış,  Naxçıvanda  ev  muzeyi  yaradılmış,  Bakıda  və 
Naxçıvandakı küçələrə onun adı verilmişdi.  
 
Naxçıvanın  görkəmli yetirmələri,  tarixi  şəxsiyyət-
l
əri içərisində Şahtaxtinskilərin özünəməxsus yeri və rolu 
vardır. Şahtaxtinskilərin elmi zəkası və hünəri özünü XIX-
XX 
əsrlərdə  xüsusilə  göstərmişdir.  Hələ  XIX  əsrin II 
yarısında Şahtaxtı kəndindən olan iki qardaş – İsa Sultan 
v
ə  Əbülfət  Şahtaxtinskilər  əvvəl Rusiyada, sonra isə  
Avropa
nın  Heydelberq,  Paris,  Sürix  kimi  məşhur  elm  və 
t
əhsil mərkəzlərində təhsil almış, görkəmli alim, jurnalist, 
ictimai xadim v
ə  hərbiçi  kimi  tanınmışlar.  Onlardan  da 
əvvəl Leypsiq universitetində, sonra isə Parisdə təhsil alan 
Şahtaxtinskilərin daha bir görkəmli nümayəndəsi 
M
əhəmməd  ağa  Şahtaxtılı  idi.  Akademik  İ.Həbibbəyli 
 
186 

M.Şahtaxtılının  fəaliyyətinə  yüksək qiymət verərək qeyd 
edir:  “...Tarix  M.Şahtaxtılının  görkəmli siyasi xadim 
olduğunu da təsdiqləyir. O, mənsub olduğu xalqı Avropa 
ölk
ələri səviyyəsinə  çıxarmaq  üçün  aydın  proqram 
əsasında  ardıcıl  fəaliyyət göstərən,  geniş  dünyagörüşə 
malik, v
ətənpərvər, cəsarətli Azərbaycan  oğlu  idi.  Nə 
özünd
ən  əvvəl, nə  yaşadığı  dövrdə, nə  də  ondan sonra 
Az
ərbaycan  xalqını  bu  qədər böyük ölkədə  –  Rusiya, 
Almaniya, Fransa, Türkiy
ə və İranda layiqincə təmsil edən 
ikinci bir az
ərbaycanlı ziyalı tapmaq çətindir” [97, s. 158].  
 Diplomat v
ə  dövlət  xadimi  Behbud  ağa  Şahtax-
tinski, akademikl
ər Həbibulla  Şahtaxtinski,  Toğrul  Şah-
taxtinski, M
əhəmməd  Şahtaxtinski,  professorlar Adilə  və 
Z
əhra Şahtaxtinskayalar, ictimai-siyasi xadim Həmid bəy 
Şahtaxtinski, xalq rəssamı Elmira Şahtaxtinskaya, beynəl-
xalq s
əviyyəli diplomat Aleksis (Ələsgər) Şahtaxtinski və 
b. bu soyun v
ə  Naxçıvan  diyarının  yetirmələri kimi 
Şahtaxtinski soyadı daşıdıqları ilə fəxr etmişlər. Şahtaxtin-
skil
ərin ölkəmiz və xalqımız qarşısındakı tarixi xidmətləri 
n
əzərə  alınaraq  9  fevral  2010-cu ildə  Naxçıvan  Muxtar 
R
espublikası  Ali Məclisinin Sədri Vasif  Talıbov  tərəfin-
d
ən Kəngərli rayonunun  Şahtaxtı  kəndində  “Şahtax-
tinskil
ər muzeyi”nin açılması haqqında Sərəncam verilmiş 
v
ə çox keçmədən muzey fəaliyyətə başlamışdır [137, s. 3]. 
 
XX yüzillikd
ə Naxçıvan şəhərinin ictimai-siyasi və 
m
ədəni həyatında mühüm rol oynayan nəsillərdən biri də 
B
əktaşilər nəslidir. XIV-XX yüzillklər boyu Naxçıvanda 
yaşayan Bəktaşi nəsli başlıca olaraq müəllimlik, mirzəlik, 
m
əmurluq  etmiş,  öz  bilik  və  xeyirxahlıqları  ilə  əhali 
arasında hörmət və nüfuz qazanmışdır. 
 
XX 
əsrin əvvəllərində bu nəslin görkəmli nümayən-
d
ələrindən biri Mirzəli bəy Bəktaşi olmuşdu. 1918-1920-
 
187 

ci ill
ərdə  Naxçıvan  tarixinin  dramatik  zamanlarında  
Mirz
əli bəy yurdun erməni qəsbkarlarından qorunmasında 
v
ə  Araz-Türk Respublikasının  fəaliyyətində  mühüm rol 
oynamışdır [84, s. 82].   
 
Az
ərbaycanda elm, mədəniyyət,  ədəbiyyat və 
inc
əsənətin  inkişafında  Məhəmməd  Tağı  Sidqi,  Cəlil 
M
əmmədquluzadə, Məmməd Səid  Ordubadi,  Əliqulu 
Q
əmküsar, Hüseyn Cavid, Bəhruz Kəngərli,  Əziz  Şərif, 
Kazım  Ziya,  Yusif  Məmmədəliyev,  İslam Səfərli, 
M
əmməd Araz, Hüseyn Razi,  Hüseyn  İbrahimov və  bu 
diyarda  doğulmuş  yüzlərlə  digər elm, ədəbiyyat və 
m
ədəniyyət xadimlərinin böyük xidmətləri olmuşdur. 
 
M.T.Sidqi 
ədəbiyyatın böyük bilicisi idi. O, özünün 
ədəbiyyata dair ideyalarını yaymaq üçün öz çayxanasında 
bir 
ədəbi məclis yaratmışdı.  Ordubad  ziyalıları  buraya 
yığılıb mütərəqqi fəaliyyətə başlamışdılar. Az sonra Sidqi 
h
əmin məclisi evində  təşkil etmiş  və  onu  “Əncümani-
Şüəra”  adlandırmışdı.  Beləliklə,  əsası  1838-ci ildə  gör-
k
əmli Azərbaycan  şairi  Şıxəli Naib tərəfindən qoyulmuş 
“Əncüməni-Şüəra”  ədəbi məclisini  məhz Sidqi bərpa 
e
tmişdi. 1894-cü ilə qədər fəaliyyət göstərən həmin məclis 
ədəbi aləmə Fəqir Ordubadi, Əliqulu Müznib, Usta Zeynal 
N
əqqaş, Əhmədağa Şəmi, Qüdsi Vənəndi, Məşədi Həsən 
D
əbbağ, Molla Hüseyn Bikəs kimi tanınmış simalar bəxş 
e
tmişdir. Məhəmməd  Tağı  da  həmin məclisdə  “Sidqi” 
t
əxəllüsünü götürmüş və o vaxtdan da bu təxəllüslə yazıb-
yara
tmışdır  [5, s. 207]. Həm də  maarifçi  kimi  şöhrət 
qazanan M.T.Sidqi sonralar Naxçıvana dəvət olunmuş və 
o, 1894-cü ild
ə Naxçıvan ziyalılarının köməyi ilə “Tərbi-
y
ə” məktəbini təsis etmişdi. Bu məktəb Azərbaycan mək-
t
əbi tarixində ilk milli məktəblərdən biridir [97, s. 125]. 
 
M
əşhur  romanlar  ustası  Məmməd  Səid  Ordubadi, 
 
188 

şair və dramaturq Hüseyn Cavid, alovlu publisist və satirik 
Əliqulu  Qəmküsar, tərcüməçi-alim  Əziz  Şərif, məşhur 
r
əssam B.Kəngərli, incəsənət xadimi Rza Təhmasib, 
əməkdar müəllim Həsən Səfərli və  bir  çox  başqaları  ilk 
t
əhsillərini Sidqinin “Tərbiyə” məktəbində  almış,  ərəb, 
fars, rus dill
ərini həmin məktəbdə öyrənmişlər. 
 
M.T.Sidqinin 
ən böyük xidmətlərindən biri də 
qızlar  üçün  yeni  üsullu  dünyəvi təhsil verən məktəbin 
açılması  idi.  O,  1896-cı  ildə  Naxçıvanda  “Qız  məktəbi” 
yarada  bilmişdi  [33, s. 326].  Sidqi  yalnız  Azərbaycanda 
deyil, dünyada ilk “Pedaqogika” d
ərsliyinin müəllifi kimi 
d
ə tanınır.  
 
Böyük dramaturq v
ə publisist Cəlil Məmmədqulu-
zad
ə 1906-cı il aprelin 7-də “Molla Nəsrəddin” satirik jur-
na
lının birinci nömrəsini çıxarmaqla Yaxın və Orta Şərqdə 
satirik  jurnalistikanın  əsasını  qoymuş,  qüdrətli mətbuat 
m
əktəbi  yaratmışdır.  Heydər Əliyev C.Məmmədquluzadə 
yaradıcılığını  həmişə  diqqətdə  saxlamış,  1999-cu ildə 
Naxçıvan  şəhərində  yazıçının  ev  muzeyinin  açılışında 
iştirak etmiş və nitq söyləmişdi. Mirzə Cəlil yaradıcılığına 
yüks
ək qiymət verən Heydər  Əliyev  haqlı  olaraq  qeyd 
edirdi:  ”Əgər Cəlil Məmmədquluzadə  kimi  şəxsiyyət 
dünyaya g
əlməsəydi, öz fəaliyyətini göstərməsəydi,  əgər 
“Molla N
əsrəddin”  jurnalı  yatmış  insanları  qaranlıqdan 
çıxarmağa  çalışmasaydı,  əgər onun “Ölülər”  əsəri 
insanların  gözünü  real  dünyaya  açmasaydı,  xalqımız  bu 
q
ədər inkişaf edə bilməzdi” [130, s. 240]. 
M
əmməd  Səid  Ordubadi  özünün  bütün zəngin 
ədəbi  yaradıcılığında  xalqımızın  tarixi  keçmişini,  qəhrə-
man
lıq salnaməsini, azadlıq mübarizlərini ardıcıl tədqiq və 
t
əsvir edən, bu sahədə  misilsiz nailiyyətlər qazanan 
s
ənətkarlardandır.  O,  ədəbiyyatın  bütün  janrlarında  yazıb 
 
189 

yaratsa da, m
əhz tarixi romanları ilə şöhrət tapmış və haqlı 
olaraq Az
ərbaycan  ədəbiyyatında  tarixi  romanın  banisi 
hesab edilir. Heyd
ər  Əliyevin  təşəbbüsü və  göstərişi  ilə 
Orbubad  şəhərində  M.S.Ordubadinin  ev  muzeyi  yaradıl-
mışdı. 1980-ci ildə Ordubadda olarkən ədibin ev muzeyin-
d
ə olmuş, muzeyin eksponatları Heydər Əliyevə xoş təsir 
ba
ğışlamışdı [126, s. 120]. 
 
Naxçıvan ədəbi mühitinin yetirdiyi böyük simalar-
dan biri d
ə  Hüseyn  Cavid olmuşdur. XX əsrdə  nəinki 
Az
ərbaycan  poeziyası  və  fəlsəfi fikrində, həm də  Yaxın 
Şərq və  Cənubi Qafqazda H.Cavidə  bənzər  şəxsiyyət 
yetirm
əmişdir.  H.Cavidin  ədəbi irsinin təbliği  və  nəşri 
sah
əsində  Heydər  Əliyevin böyük xidmətləri  olmuşdur. 
Onun t
əşəbbüsü ilə 1981-ci ildə Cavidin anadan olmasının 
100  illiyi  haqqında  qərar qəbul  edilmiş  [31,  pr.  №  17], 
1981-ci ild
ə ölməz sənətkarın cənazəsi Sibirdən Azərbay-
cana g
ətirilib doğulduğu Naxçıvanda torpağa tapşırılmışdı. 
Heyd
ər  Əliyev  H.Cavid  ədəbi irsini çox yüksək qiymət-
l
əndirir və  deyirdi: “Hüseyn Cavid Azərbaycan  xalqını, 
onun m
ədəniyyətini,  ədəbiyyatını,  elmini yüksəklərə 
qaldıran  böyük  şəxsiyyətlərdən biridir. Hüseyn Cavidin 
yaratdığı  əsərlər Azərbaycan  xalqının  milli  sərvətidir. 
Onlar bu gün üçün, g
ələcək nəsillər üçün dərslik kitabıdır” 
[89, s. 37]. Ulu önd
ər Heydər Əliyevin təşəbbüsü ilə həm 
Naxçıvan  şəhərində, həm də  Şahtaxtı  kəndində  görkəmli 
Az
ərbaycan dramaturqu və  şairi  H.Cavidin ev muzeyi 
yaradılmışdır.  
Heyd
ər  Əliyev  Naxçıvanda  ədəbiyyatın,  ədəbi 
fikrin  inkişafı,  təbliği  sahəsində  göstərdiyi  özünəməxsus 
misilsiz xidm
ətlərindən biri də  şair  və  yazıçıların  dövlət 
s
əviyyəsində  yubileylərinin keçirilməsi və  adlarının 
əbədiləşdirilməsidir. Belə  ki, Heydər  Əliyevin  dövlət 
 
190 

başçısı  kimi  qərar və  sərəncamları  ilə  1972-ci ildə 
M.S.Ordubadinin 100, 1981-ci ild
ə  110, 1980-ci ildə 
Ə.Qəmküsarın  100,  Ə.Şərifin 85 illik yubileyləri həm 
Nax
çıvanda, həm də  Bakıda  böyük  təntənə  ilə  qeyd 
edil
mişdi [123, s. 189-229]. 
Bir sözl
ə, Heydər Əliyev həmişə Naxçıvanda ədəbi 
mühitin v
əziyyəti ilə  maraqlanmış,  görkəmli  ədiblərin 
əsərlərinin nəşrinə, səhnələşdirilməsinə şərait yaratmışdır. 
M
əhz onun qayğısı və diqqəti nəticəsində hələ 1970-1980-
ci  ill
ərdə  Naxçıvan  şair  və  yazıçılarının  64  kitabı,  7 
almanaxı  nəşr  edilmiş,  17  pyesi  tamaşaya  qoyulmuşdu 
[184, v. 97].   
Naxçıvan  diyarının  dahi  və  tarixi  şəxsiyyətləri, 
görk
əmli yetirmələri içərisində Əliyevlər ailəsi, bu ailənin 
ən müxtəlif sahələrdə  özlərini təsdiq  etmiş  görkəmli 
nümay
əndələri  –  akademiklər Həsən  Əliyev,  Zərifə 
Əliyeva, Cəlal Əliyev, müxbir üzvlər Aqil Əliyev, Rəfiqə 
Əliyeva, xalq rəssamı  Hüseyn  Əliyev,  xüsusilə  Azərbay-
can  xalqının  ümummilli  lideri  Heydər  Əliyev  və 
Az
ərbaycan Respublikasının  Prezidenti  İlham  Əliyev 
özün
əməxsus yer tuturlar. 
 
Naxçıvanın  görkəmli yetirmələri içərisində  dövlət 
xadiml
ərinin xüsusi yeri var. Azərbaycanın idarə edilmə-
sind
ə, dünya dövlətləri  arasında  layiqli  yerini  tutmasında 
dövl
ət  başçılarının  böyük xidmətləri  olmuşdur.  Görkəmli 
dövl
ət xadimi Heydər  Əliyev Azərbaycanın  simvoluna 
çevrilmiş və bu dahi insanın adı ilə Azərbaycan sinonimə 
çevril
ərək, adətən  adı  qoşa  işlədilmişdir. Dünya tarixinin 
dahi  şəxsiyyətlərindən, Azərbaycanın  böyük  siyasi  lideri 
v
ə dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin memarı 
v
ə  qurucusu olan Heydər  Əliyev  ümumdünya  tarixinin 
nadir  şəxsiyyətlərindən  biri,  Naxçıvan  diyarının  dünyaya 
 
191 

b
əxş  etdiyi məşhur  tarixi  simadır.  Bu  diyarın  yetirmələ-
rind
ən bəhs edərkən Heydər  Əliyev  deyirdi:  “Naxçıvan 
h
əmişə  böyük  şəxsiyyətlərlə  fərqlənmiş  və  bu  şəxsiyyət-
l
ər, alimlər, münəccimlər, şairlər, memarlar, dövlət xadim-
l
əri  olmuşlar.  Naxçıvan həmişə  Azərbaycanın  yüksək 
ziyalı yetişdirən bir diyarı olmuşdur” [58, ХХII c., 2007, 
s. 80]. 
 
Heyd
ər  Əliyev  hakimiyyətdə  olduğu  illərdə 
Az
ərbaycanı  sosial-iqtisadi, ictimai-siyasi və  mədəni 
c
əhətdən  inkişaf  etmiş  ölkəyə  çevirmək üçün böyük 
islahatlar v
ə  tədbirlər həyata  keçirmişdir.  XX  əsrin son 
q
ərinəsində  və  1993-2003-cü illərdə, müstəqil  dövlət 
quruculuğu illərində Azərbaycanın hərtərəfli inkişafı məhz 
onun  adı,  şəxsiyyəti, dövlətçilik təfəkkürü, idarəetmə 
m
əharəti və  yorulmaz fəaliyyəti ilə  sıx  bağlı  olmuşdur. 
T
əbiət və  aldığı  təlim-tərbiyə, habelə  keçdiyi həyat yolu 
bu  dahi  şəxsiyyətə  alicənablıq,  qüvvətli  ruh,  geniş  ürək, 
d
ərin  ağıl,  dəmir iradə,  coşqun  enerji,  zəngin  idarəçilik 
t
əcrübəsi  qazandırmışdı.  O,  özünün  yalnız  müsbət 
çalarlarla z
əngin ictimai-siyasi fəaliyyət təcrübəsi ilə bey-
n
əlxalq miqyasda nüfuz qazanmış nadir bir dövlət xadimi 
idi. Heyd
ər Əliyevin nüfuzu, şöhrəti ilk növbədə bu böyük 
şəxsiyyətin  fitri  istedadı,  zəkası  və  fədakar  əməyindən 
qidalanırdı.  O,  qeyri-adi və  fenomenal  şəxsiyyət idi. Bu 
dahi insanın qeyri-adiliyi onun şəxsi keyfiyyələri ilə üzvi 
sur
ətdə bağlı idi. Onun böyük gücü isə dərin və universal 
biliyind
ə  idi. Heydər  Əliyev  qətiyyəti, uzaqgörənliyi, 
s
əbrliliyi, müdrikliyi, əzmkarlığı,  idarəçiliyi ilə  onu 
tanıyanları heyrətləndirirdi. 
 
Az
ərbaycan  xalqı  yüzlərlə  dövlət  başçıları,  siyasət 
adamlar
ı yetirmişdir və tariximizdə bunların hər birinin öz 
yeri, öz xidm
ətləri  vardır.  Xalqımız  və  dövlətimiz üçün 
 
192 

Heyd
ər Əliyevin etdiklərini bir çox başqa dövlət adamları 
ed
ə bilməmişlər. Ona görə də məhz Heydər Əliyev siyasi 
tariximiz
ə müstəsna olaraq qurucu və xilaskar kimi daxil 
olmuş  görkəmli dövlət xadimi, ümummilli lider və  xalq 
m
əhəbbətini  qazanan  dahi  bir  şəxsiyyət  kimi  qalmışdır. 
Xalqımızın  tarixi  taleyində, mənəvi, siyasi və  ictimai 
h
əyatında onun qədər misilsiz xidmətlər göstərən dövlət 
adam
ını  təsəvvür etmək çətindir. Bu mənada, o, 
xalqımızın milli iftixarı, Azərbaycan dövlətçiliyi tarixində 
özün
əməxsus müstəsna yer tutan milli siyasi liderdir.  
 
Heyd
ər  Əliyev  görkəmli siyasi və  dövlət xadimi 
olmaqla yanaşı, həm də tarix, fəlsəfə, iqtisadiyyat, ədəbiy-
yat v
ə  incəsənətin gözəl bilicisi, elmin və  mədəniyyətin 
böyük himay
ədarı idi. Onun bilavasitə təşəbbüsü və iştira-
kı  ilə  ölkəmizin, eləcə  də  muxtar respublikamızın  neçə-
neç
ə ədəbiyyat, incəsənət və elm xadimlərinin yubileyləri 
keçirilm
iş, onların fəaliyyəti yüksək dövlət mükafatları və 
f
əxri adlarla qiymətləndirilmiş,  abidələri  ucaldılmışdır. 
Böyük tarixi şəxsiyyətlərin yubileylərinin dövlət səviyyə-
sind
ə  keçirilməsinin  əhəmiyyətindən bəhs edən Heydər 
Əliyev deyirdi: “...Yubiley keçirərkən  biz  xalqımızın 
özünü tanımasını təmin edəcəyik və etməliyik. Xalq gərək 
daim öz kö
künü xatırlasın, tarixini öyrənsin, milli mədə-
niyy
ətindən, elmindən  heç  vaxt  ayrılmasın.  Şübhəsiz ki, 
...yubileyin keçirilm
əsi indiki nəslin tariximizin nə  qədər 
z
əngin olduğunu və Azərbaycan xalqının dünya mədəniy-
y
ətinə necə töhfələr verdiyini dərk etməsinə şərait yarada-
caq v
ə  hər bir azərbaycanlıda,  ilk  növbədə, gənc nəsildə 
milli iftixar, v
ətənpərvərlik hisslərini daha da yüksəldə-
c
əkdir. Bunun özü müstəqil Azərbaycanda bizim üçün çox 
g
ərəkli bir amildir” [228, 2010, 15 dekabr]. 
 
Heyd
ər Əliyev bütün fəaliyyəti dövründə respubli-
 
193 

kamızın  görkəmli  ziyalılarının  dostu  və  qayğıkeşi  idi. 
Dünya tarixind
ə  ziyalıya,  elm  və  mədəniyyət xadiminə 
Heyd
ər  Əliyev  qədər  yaxın,  əməkçi  insanın  fəaliyyətini 
onun q
ədər  yaxından  duyan  və  qiymətləndirən dövlət 
adamlarının sayı heç də çox olmamışdır. Bütün bunlar ulu 
önd
ər Heydər Əliyevi nəinki yalnız mənsub olduğu xalqa, 
beyn
əlxalq aləmdə onu tanıyan bütün xalqlara sevdirmiş, 
ür
əklərdə adına layiq əbədi abidə ucaltmışdır. 
Dünya 
şöhrətli alim, akademik Zərifə  Əliyeva 
oftalmologiya sah
əsində  tanınmış  görkəmli bir alim idi. 
Bel
ə ki, çoxsaylı elmi məqalələri, 6 monoqrafiyası, dünya 
oftalmologiya
sında  ona  şöhrət  qazandırmışdır.  Onun 
Az
ərbaycan  xalqı  və  elmi  qarşısındakı  əməyi qiymətlən-
dirilmiş, adı əbədiləşdirilmiş, Naxçıvan Şəhər Poliklinika-
sına  adı  verilmişdir.  Azərbaycan  Respublikasının  Prezi-
denti Heyd
ər Əliyev Naxçıvan Muxtar Respublikasının 75 
illik yubileyi münasib
əti  ilə  keçirilən bayram günlərində 
poliklinikada olmuş, xatirə kitabında öz ürək sözlərini belə 
ifad
ə  etmişdir:  “Mənim ömür-gün  yoldaşım  mərhum 
Z
ərifə  xanımın  adını  daşıyan  poliklinika  ilə  tanış  olmaq, 
onun xatir
əsinə  həsr  edilmiş  guşəni seyr etmək məni 
h
əyacana gətirdi. Xatirimdən  heç  vaxt  çıxmayan,  mənim 
üçün çox 
əziz  olan  insanın  həyat və  yaradıcılığını  əks 
etdir
ən guşə məni coşdurdu. Bunların hamısı onun insani 
keyfiyy
ətlərinə, böyük ürəyinə, böyük elmi və  həkimlik 
xidm
ətlərinə  layiqli abidədir.  Bu  xeyirxah  işdə  zəhmət 
ç
əkənlərin hamısına təşəkkür edirəm” [58, ХХII c., 2007, 
s. 181]. 
 
Heyd
ər  Əliyevin  siyasi  və  dövlətçilik məktəbinin 
layiqli  davamçısı,  onun  işini  və  nurlu  əməllərini, siyasi 
kursunu  uğurla,  novatorluqla,  müasir  dövrün  tələblərinə 
uyğun  davam və  inkişaf  etdirən  Azərbaycan  Prezidenti 
 
194 

İlham  Əliyev  qısa  müddətdə  özünü görkəmli və  nüfuzlu 
dövl
ət xadimi kimi təsdiq  etmişdir.  Dünyanın  görkəmli 
dövl
ət xadimləri, siyasət adamları, tanınmış elm və mədə-
niyy
ət nümayəndələri tərəfindən  İlham  Əliyevin  dövlət 
r
əhbəri kimi fəaliyyəti daim çox yüksək dəyərləndirilir. 
Pre
zident  İlham  Əliyevin  Azərbaycana rəhbərlik etdiyi 
dövrd
ə ölkəmizin hərtərəfli inkişafına nail olunmuş, ölkə-
mi
zin  nüfuzu  xeyli  artmış,  inkişaf  etmiş  və  aparıcı 
dövl
ətlərlə  bərabərhüquqlu ikitərəfli münasibətlər forma-
laşdırılmışdır.  
H
ələ  2003-cü  il  oktyabrın  1-də  Heydər  Əliyev 
prezident seçkil
əri öncəsi xalqımıza  müraciətində  İlham 
Əliyevin  şəxsi məziyyətlərini və  peşəkar dövlət xadimi 
kimi  keyfiyy
ətlərini  xatırladaraq  qeyd  edirdi:  “İlham 
Əliyev yüksək  intellektli,  praqmatik  düşüncəli, müasir 
dünya siyas
ətini və  iqtisadiyyatını  gözəl bilən enerjili və 
t
əşəbbüskar  bir  şəxsiyyətdir. Sizi əmin edirəm  ki,  İlham 
Əliyev bundan  sonra  da xalqımızın layiqli övladlarını öz 
ətrafında  sıx  birləşdirərək Azərbaycan dövlətinin  inkişafı 
v
ə  xalqımızın  firavanlığı  yolunda  çox  işlər görəcək. 
İnanıram  ki,  mənim  axıra  çatdıra  bilmədiyim taleyüklü 
m
əsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə 
İlham  Əliyev  başa  çatdıra  biləcək. Mən ona özüm qədər 
inanıram  və  gələcəyinə  böyük ümidlər bəsləyirəm”  [10, 
2003, 2 oktyabr]. 
 
Bu gün ölk
əmizin yüksək inkişafı Heydər Əliyevin 
fikirl
ərinin uzaqgörənliyini bir daha təsdiq edir. Müstəqil 
Az
ərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin 
dövl
ət başçısı  kimi  fəaliyyətinin on  bir  ili  arxada  qalıb. 
Ölk
əyə  rəhbərlik etdiyi ilk onillikdə  (2003-2013)  İlham 
Əliyev Azərbaycanın dünya arenasında nüfuzunu daha da 
yüks
əklərə  qaldırıb,  xalqın  əsl liderinə  çevrilib, onun 
 
195 

böyük m
əhəbbət və  etimadını  qazanıb.  O,  artıq  bütün 
dünyada q
əbul  olunmuş  siyasi  liderdir.  Məhz buna görə 
2013-
cü  ilin  oktyabr  ayının  9-da keçirilən prezident 
seçkil
ərində  Azərbaycan  xalqı  böyük  etimad  və  etibar 
nümayiş  etdirərək  İlham  Əliyevi  üçüncü müddətə 
Az
ərbaycan Respublikasının Prezidenti seçmişdir. 
Az
ərbaycan Prezidenti kimi dövlətə rəhbərlik etmə-
yin  şərəfini də, məsuliyyətini də  özünün gündəlik  əməli 
f
əaliyyətində  uğurla  birləşdirir. O, müstəqil Azərbaycan 
dövl
ətini həm mükəmməl  şəkildə  idarə  edir, həm də 
ist
ənilən beynəlxalq və  regional mötəbər tədbirlərdə 
ölk
əmizi  böyük ləyaqətlə  təmsil etmək vəzifəsini yüksək 
s
əviyyədə  gerçəkləşdirir.  Dünyada,  beynəlxalq aləmdə 
qazandığı  nüfuza görə  Prezident  İlham  Əliyev  2005-ci 
ild
ən  başlayaraq müxtəlif ölkələr, nüfuzlu jurnallar, 
beyn
əlxalq təşkilatlar tərəfindən o, mütəmadi olaraq “İlin 
adamı” kimi müxtəlif titul və mükafatlara layiq görülür. 
 
Az
ərbaycanın  ayrılmaz  tərkib hissəsi  olan  Naxçı-
van dövl
ətçilik  ənənələri ilə  həmişə  seçilmiş,  tarixin 
müxt
əlif mərhələlərində Naxçıvanşahlıq, Azərbaycan Ata-
b
əylər dövləti, Naxçıvan xanlığı, Araz-Türk Respublikası, 
Naxçıvan  MSSR,  Naxçıvan  Muxtar  Respublikası  kimi 
dövl
ət  qurumları  ilə  diqqəti cəlb  etmişdir.  Bu  diyarın 
yetirm
ələri içərisində  Məhəmməd Cahan Pəhləvan,  Qızıl 
Arslan, Hat
əm bəy  Ordubadi,  I  Kalbalı  xan,  Heydər 
Əliyev, İlham Əliyev, Vasif Talıbov və b. görkəmli dövlət 
xadiml
ərinin fəaliyyəti xüsusilə diqqətəlayiqdir.  
1995-
ci  ilin  dekabr  ayından  muxtar  respublikaya 
r
əhbərlik edən Vasif Talıbovun Naxçıvan Muxtar Respub-
likası  Ali Məclisinin Sədri kimi 19  illik fəaliyyəti onun 
kamil dövl
ət xadimi, bacarıqlı və qurucu rəhbər olduğunu 
t
əsdiq  etmişdir.  Naxçıvan  Muxtar  Respublikası  öz tarixi 
 
196 

boyu heç vaxt indiki in
kişaf  səviyyəsinə  malik olmamış, 
burada indiki miqyas
da  abadlıq  və  quruculuq  işləri 
aparılmamışdır.  Bu  inkişaf  təkcə  Naxçıvan  şəhərinə  yox, 
muxtar  respublikanın  bütün  rayon,  şəhər və  kəndlərinə 
aiddir. Naxçıvan kimi coğrafi cəhətdən blokadada yaşayan 
bir  diyarı,  geostrateji  baxımdan  mürəkkəb bir ərazini 
uğurla  idarə  etmək muxtar dövlətin  başçısından böyük 
s
əriştə, bilik və bacarıq, səbr və təmkin, iradə və qətiyyət 
t
ələb  edir.  Bu  baxımdan  Vasif  Talıbov  öz  fəaliyyəti ilə 
muxtar  respublikanın  hərtərəfli inkişafına  nail  olmuş  və 
özünü görk
əmli dövlət xadimi kimi təsdiq etmişdir. 
 
Az
ərbaycan  Prezidenti  Heydər  Əliyev  Naxçıvana 
1999-cu ild
ə  səfəri  zamanı  muxtar respublikada  qısa 
müdd
ətdə baş verən müsbət dəyişikliklərdən bəhs edərək 
de
mişdir: “Vasif Talıbovu bu vəzifəyə seçəndə mən onun 
çox xüsusiyy
ətlərini bilirdim. Amma, o, çox gənc idi. 
Daxil
ən bir az fikirləşdim  ki,  gəncliyinə  görə  bəlkə  də 
ağır, çətin olar. Ancaq bu dörd il müddətində, o, sübut etdi 
ki, v
ətəninə,  xalqına  sədaqətli olan adam yaşından  asılı 
olmayaraq b
öyük işlər də görə bilər” [130, s. 271]. 
 
Heyd
ər  Əliyevin  bu  fikirlərindən 14 il ötür. Bu 
ill
ərdə Vasif Talıbovun qətiyyətli mövqeyi, məqsədyönlü 
f
əaliyyəti  blokada  şəraitində  yaşamasına  baxmayaraq 
Naxçıvanın  uğurlu  inkişafını  təmin  etmişdir.  Ölkə  Prezi-
denti c
ənab  İlham  Əliyev  Naxçıvana səfəri  zamanı  qeyd 
etmişdir  ki,  “uzun  illər  ərzində  Naxçıvan  blokada  şərai-
tind
ə yaşayır və bu blokada bu gün də davam edir. Amma 
buna baxmayaraq, Naxçıvan inkişaf edir. Naxçıvanda bö-
yük quruculuq işləri aparılır və Naxçıvanın uğurlu inkişafı 
ölk
əmizin gücünü göstərir... Mən bütün naxçıvanlıları bu 
böyük uğurlar münasibətilə təbrik etmək istəyirəm. Naxçı-
van r
əhbərliyinə və Naxçıvanın rəhbəri Vasif Talıbova öz 
 
197 

minn
ətdarlığımı bildirmək istəyirəm” [176, s. 54]. 
 
Bel
əliklə, tarixin bütün mərhələlərində  Naxçıvan 
diyarı  öz  görkəmli yetirmələri,  tarixi  şəxsiyyətləri ilə 
Az
ərbaycanın inkişafına, idarə olunmasına öz layiqli töh-
f
ələrini vermişdir. Bu diyarın Azərbaycana, dünyaya bəxş 
etdiyi ümummilli lider Heyd
ər  Əliyev  xalqımızın  və 
dövl
ətçiliyimizin tərəqqisi və  inkişafına  nail  olmuşdur. 
Hazırda Azərbaycanda və onun Naxçıvan Muxtar Respub-
likasında bu dahi şəxsiyyətin dövlətçilik ənənələri, siyasəti 
v
ə əməlləri uğurla davam etdirilir.   
 
 
Yüklə 20,03 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin