ƏLƏKBƏr сabbarli heydəR ƏLİyev və naxçivan tariXİ


Heyd ər Əliyev Naxçıvan abidələri haqqında



Yüklə 20,03 Mb.
Pdf görüntüsü
səhifə11/12
tarix03.02.2017
ölçüsü20,03 Mb.
#7361
1   ...   4   5   6   7   8   9   10   11   12

3.4. Heyd
ər Əliyev Naxçıvan abidələri haqqında 
 
 
Az
ərbaycan  Respublikasının  öz  müstəqilliyinə 
qovuşması  və  cəmiyyətdə  yeni siyasi-iqtisadi sistemin 
yaranması  ölkənin sosial-iqtisadi həyatının  bütün  sahələ-
rind
ə fundamental islahatların aparılmasını həyati zərurətə 
çevirmişdi.  Heydər  Əliyev  1993-cü ildə  Azərbaycan 
Respublikasının Prezidenti seçildikdən sonra bu islahatları 
ardıcıl  şəkildə  həyata keçirməyə, ölkəmizin beynəlxalq 
nüfuzunu  artırmağa,  daxili  vəziyyətini sabitləşdirməyə 
yön
əldilmiş tədbirlər görməyə başladı.  
Bütün sah
ələrdə  islahatların  uğurla  həyata keçiril-
m
əsi üçün,  şübhəsiz ki, ilk növbədə  müvafiq qanunve-
ricilik  bazası  yaradılmalı  idi.  Bu  baxımdan  Azərbaycan 
Respubli
kasının  1995-ci ildə  qəbul edilən  Konstitusiyası 
ölk
ənin siyasi sisteminin gələcək hüquqi inkişafını müəy-
y
ənləşdirməyə imkan verən çoxsaylı qanunların yaranması 
üçün 
əsas hüquqi təməl oldu.  
Konstitusiyada 
əks olunan hüquqi normalardan biri 
d
ə tarix və mədəniyyət abidələrinin qorunmasının hər bir 
 
198 

ölk
ə vətəndaşının əsas vəzifələrindən biri kimi müəyyən-
l
əşdirilməsi  oldu.  Əsas  Qanunun “Tarix və  mədəniyyət 
abid
ələrinin qorunması” adlanan 77-ci maddəsində deyilir: 
“Tarix v
ə mədəniyyət abidələrini qorumaq hər bir şəxsin 
borcudur” [18, s. 26]. 
 
Bu müdd
əanın  Konstitusiyada  təsbit edilməsinə 
baxmayaraq, 
əslində həmin sahədə mövcud olan boşluqlar 
m
ədəni  irsimizin  qorunması  və  öyrənilməsini çətinləşdi-
rirdi. Heç d
ə  həmişə  sağlam  məqsədlərlə  ölkəmizə 
g
əlməyən bir çox xarici ölkə  vətəndaşları  müvafiq  icazə 
almadan tarixi v
ə  mədəniyyət abidələrinin  fotoşəkillərini 
ç
əkir, bir çox hallarda isə  onları  yanlış  şərh edirdilər. 
Tarix v
ə  mədəniyyət abidələrinin məhv edilməsi
tariximizi  yaşadan  eksponatların  xaricə  daşınması  kimi 
t
əhlükəli bir proses də  başlanmışdı.  Ölkənin ağır  iqtisadi 
v
əziyyətindən və  insanların  maddi-iqtisadi  ehtiyacından 
istifad
ə edən bəzi işbazlar böyük tarixi-mənəvi dəyəri olan 
m
ədəniyyət incilərini, incəsənət  əsərlərini, qiymətli 
xalçaları,  qədim  qızıl,  gümüş  və  mis  əşyalarını  müxtəlif 
vasit
ələrlə ölkədən çıxarmağa cəhd edirdilər.  
Bel
əliklə, sosial-iqtisadi və ictimai-siyasi problem-
l
ər bolluğunda, zahirən o qədər nəzər çarpmasa da, Azər-
baycan xalqı həmin ağır günlərdə öz mədəni irsinin əhə-
miyy
ətli bir hissəsini itirmək təhlükəsi ilə üzləşmişdi. Belə 
bir v
əziyyətdə  Heydər  Əliyevin  hakimiyyətə  qayıdışı  və 
onun m
ədəni  irsin  qorunmasına  himayədarlıq  siyasəti, 
bilavasit
ə dövlət başçısı kimi onun rəhbərliyi ilə xalqımıza 
m
əxsus tarixi-mədəni irsin qorunması sahəsində ciddi hü-
quqi bazanın  yaradılması bu arzuolunmaz prosesin qarşı-
sını  aldı.  O  qeyd  edirdi  ki,  xalqımızın  qədim  əsrlərdən 
dövrümüz
ədək gəlib  çıxmış  qəhrəmanlıq  tarixini  özündə 
əks etdirən sənət abidələrinə yaxşı münasibət göstərilməli, 
 
199 

onların mühafizə olunmasına xüsusi fikir verilməlidir. 
Heyd
ər  Əliyevin  respublikaya  rəhbərliyinin hələ 
birinci dövründ
ə  bu istiqamətdə  onlarla tarixi qərarlar 
q
əbul  edilmişdi.  Belə  ki, Azərbaycan  xalqının  mədəni 
irsinin  qorunması,  bərpası  və  təbliği  məqsədi  ilə  təkcə 
1969-1973-cü ill
ərdə  partiya və  hökumət  orqanları 
t
ərəfindən 15 qərar və sərəncamı verilmişdi [123, s. 159]. 
Bununla da tarixi-m
ədəni abidələrimizin  qorunması  və 
b
ərpası işinə diqqət xeyli artmışdı.  
 
Bu siyas
ətə tarixi abidələrlə zəngin olan Naxçıvan 
Muxtar R
espublikasında da ardıcıl əməl olunurdu. Heydər 
Əliyev muxtar respublikanın sosial-iqtisadi inkişafına dair 
q
əbul  edilmiş  qərarlara tarix və  mədəniyyət abidələrinin 
qorunması ilə bağlı xüsusi bəndlərin salınmasına nail olur, 
bunun üçün 
əlavə  vəsaitin  ayrılması  barədə  mütəmadi 
tapşırıqlar  verirdi.  “Naxçıvan  MSSR-in xalq təsərrüfatını 
daha da inkişaf etdirmək tədbirləri haqqında” Azərbaycan 
KP MK v
ə Azərbaycan SSR Nazirlər Sovetinin 8 yanvar 
1974-cü il tarixli q
ərarında  Ordubad  şəhərinin tarixi 
hiss
əsinin  planlaşdırılması,  Naxçıvan  şəhəri hüdudunda, 
ilk  növb
ədə  Möminə  xatın  tarixi  abidələri  ərazisində 
arxeoloji  qazıntılar  təşkil  olunması  məsələsi öz əksini 
tapmışdı [124, s. 121].  
Az
ərbaycanın  qədim abidələrindən bəhs edən 
Heyd
ər  Əliyev  deyirdi:  “Azərbaycanın  taleyi  belə  gətir-
mişdir ki, coğrafi-siyasi mövqeyinə görə o, həmişə sivili-
zasi
yaların qovuşuğunda olmuş və istər Qərbin, istərsə də 
Şərqin çox güclü təsirini öz üzərində  hiss  etmişdir. 
M
əlumdur ki, Azərbaycan  insanın,  bəşəriyyətin  beşiyi 
olan nadir ölk
ələrdən biridir. Burada həyat çox erkən 
yaranmışdır  və  Azıx  mağarasında  tapılmış  Azıxantrop 
Az
ərbaycanın ən qədim ibtidai insan məskənlərindən biri 
 
200 

olma
sını sübut edir. Qobustandakı və Gəmiqayadakı qaya-
üstü t
əsvirlər və  petroqliflər, Kür-Araz və  Xocalı  mədə-
niyy
ətlərinə  aid maddi-mədəniyyət nümunələri, kurqan 
tapıntıları  sübut  edir  ki,  hətta miladdan  əvvəlki minillik-
l
ərdə də Azərbaycanda inkişaf etmiş mədəniyyət mövcud 
ol
muşdur” [202, s. 174].  
 
Az
ərbaycanın  ən qədim  regionlarından  biri  olan 
Naxçıvanda  da  tarix  və  mədəniyyət abidələrinin qorun-
ması ilə bağlı xeyli iş görülmüşdür. Məhz Heydər Əliye-
vin s
əyi nəticəsində xalqımızın milli və mənəvi sərvətinə, 
böyük d
əyər  daşıyan  abidələrə  yeni münasibət  formalaş-
mağa  başladı.  Belə  abidələrdən  biri  islam aləmi üçün  ən  
müq
əddəs dini ziyarətgahlardan olan Əshabi-Kəhfdir. Bu 
ziyar
ətgahla bağlı el arasında çoxlu rəvayətlər formalaşıb. 
H
əmin rəvayətlər 1881-ci ildə  rus tədqiqatçısı  K.Nikitin 
t
ərəfindən toplanmış və nəşr edilmişdi [132, s. 21]. Hey-
d
ər Əliyevin tövsiyə və tapşırığı ilə b.e.ə. VII əsrin abidəsi 
olan Əshabi-Kəhf ziyarətgahında yüksək səviyyədə təmir-
b
ərpa  işləri  aparılmış,  ziyarətgahın  girişində  bu barədə 
m
əlumat verən kitabə  qoyulmuşdur. Kitabədə  deyilir: 
“Əshabi-Kəhf ziyarətgahında bərpa və abadlıq işləri 1998-
ci ild
ə  Azərbaycan  Respublikasının  Prezidenti möhtərəm 
Heyd
ər  Əliyevin  tapşırığı  və  himayəsi ilə  görülmüşdür” 
[168, s. 119].  
Naxçıvanda  mövcud olan abidələr  arasında,  təbii 
ki, G
əmiqaya abidələrinin Azərbaycan tarixşünaslığında 
öz yeri, öz mö
vqeyi vardır. Azərbaycanda qayaüstü rəsm-
l
ər ilk dəfə 1939-cu ildə arxeoloq İshaq Cəfərzadə tərəfin-
d
ən,  Bakıdan  60  km  cənub-qərbdə  yerləşən Qobustanda 
aşkar edilmişdir [166, s. 9]. Gəmiqaya təsvirləri isə 1965-
ci ild
ə ilk dəfə geoloqlar tərəfindən aşkar olunmuşdur [62, 
s. 22]. Bundan sonra abid
ə mütəxəssislərin diqqətini cəlb 
 
201 

etmiş, abidə haqqında  müxtəlif fikirlər irəli sürülmüşdür. 
V.
Əliyev 1968-ci ildən  başlayaraq  burada  tədqiqatlar 
aparmışdır.  Tədqiqatlar Gəmiqaya təsvirlərinin Azərbay-
can 
ərazisindəki qədim sivilizasiyaya aid  olduğu  barədə 
elmi mülahiz
ələri daha da gücləndirdi və  zənginləşdirdi. 
İlk arxeoloji tədqiqatlar nəticəsində Gəmiqayada müxtəlif 
süjetli çox maraqlı qayaüstü rəsmlər qeydə alınmışdır [66, 
s. 48].   
G
əmiqaya abidələrinin  geniş  şəkildə  tədqiqinə  isə 
1970-ci ill
ərdə başlanmış, 1970-1987-ci illərdə Gəmiqaya-
da t
ədqiqat  işləri  aparılmış,  tədqiqatların  nəticələrini  əks 
etdir
ən elmi materiallar çap olunmuşdur. Heydər  Əliyev 
h
ələ  1980-ci ildə  Naxçıvanda olarkən göstərirdi ki, 
Naxçıvanın  tarixi  abidələrini  yaxşı  qorumaq  və  onların 
ətrafında yaxşı iş aparmaq lazımdır. Bu sahədə də təəssüf 
ki, 
əvvəlki dövrlərdə  geriliyə  yol verilib. Tarixi abidələr 
Naxçıvanın  çoxəsrlik tarixinin əyani göstəricisidir. Bu 
abid
ələr, həm də  Naxçıvanın  gözəlliyini, tarixi özəlliyini 
nümayiş etdirir [220, 1980, 5 iyun].  
 
Lakin XX 
əsrin 80-ci illərinin  sonlarına  doğru 
respublikada  yaranmış  ictimai-siyasi vəziyyətlə  əlaqədar 
olaraq  G
əmiqaya abidələrinin tədqiqi sahəsində  aparılan 
işlər dayandırılmış, bu sahədə fasilə yaranmışdır.   
Bu ill
ər  ərzində  Gəmiqayada  aparılan  arxeoloji 
t
ədqiqatlar nəticəsində  müxtəlif siklopik tikintilər, yurd 
yerl
əri, qəbir abidələri, qayaüstü təsvirlər aşkar edilmişdir.  
Lakin  sovet hakimiyy
əti illərində  bu tarixi abidədə 
aparılan  araşdırmalara,  görülən  bütün  işlərə  rəğmən 
burada t
ədqiqatların  bitdiyini  demək olmazdı. Gəmiqaya 
özünd
ə  tarixin  hələ  çox sirlərini  saxlayırdı. Ona görə  də 
burada çox geniş planda arxeoloji tədqiqatlar aparılmasına 
böyük ehtiyac var idi.  
 
202 

M
əhz Heydər Əliyevin müstəqil Azərbaycana rəh-
b
ərliyi dövründə Naxçıvanın qədim mədəniyyətinin zirvə-
sind
ə duran və xüsusi tarixi əhəmiyyətə malik olan Gəmi-
qaya abid
ələrinin daha dərindən öyrənilməsi istəyindən 
doğan bu arzu, nəhayət, həqiqətə çevrildi [61, s. 9]. 
Naxçıvanın maddi mədəniyyətinin, xüsusilə Gəmi-
qaya abid
ələrinin ümumbəşəri dəyərlərini və  xalqımızın 
tarixinin öyr
ənilməsi üçün elmi əhəmiyyətini yüksək qiy-
m
ətləndirən Heydər Əliyev 2001-ci ildə muxtar respublika 
ərazisində  geniş  arxeoloji  tədqiqatlar  aparılmasını  vacib 
bir v
əzifə  kimi  qarşıya  qoydu.  Naxçıvan  Muxtar 
R
espublikası Ali Məclisinin Sədri Vasif Talıbov 26 aprel 
2001-ci ild
ə “Ordubad rayonundakı Gəmiqaya abidəsinin 
t
ədqiq edilməsi haqqında” Sərəncam imzaladı.  Sərəncam-
da göst
ərilirdi ki, “Gəmiqaya abidəsinin tədqiqinə 1970-ci 
ill
ərdə  möhtərəm Heydər  Əliyevin  Azərbaycana siyasi 
r
əhbərliyinin birinci dövründə  başlanmışdır.  1971-ci ildə 
Az
ərbaycan Respublikası Elmlər Akademiyasının Rəyasət 
Hey
əti Gəmiqayada tədqiqat  işlərinin  aparılmasını,  elmi 
albomun n
əşr  edilməsini, elmi-kütləvi filmin çəkilməsini 
q
ərara  almış,  1970-1987-ci illərdə  Gəmiqayada tədqiqat 
işləri  aparılmışdır”  [180, s. 111]. 2001-ci ilin avqust 
ayında  AMEA Arxeologiya və  Etnoqrafiya  İnstitutu, 
AMEA  Naxçıvan  REM,  NDU  əməkdaşlarının  iştirakı  ilə 
G
əmiqayaya elmi ekspedisiya təşkil  edilmiş  və  abidənin 
əsaslı şəkildə yenidən öyrənilməsinə başlanılmışdır.  
Ulu önd
ər hər dəfə  Naxçıvana  gəlişində  abidələr-
d
ən bəhs edərkən ilk növbədə  Gəmiqaya abidəsini yada 
salırdı: “Naxçıvanın gözəl abidələri var. Gəmiqaya dünya-
da m
əşhur bir  yerdir. Təəssüf ki, bəzi gənclər, naxçıvan-
lılar  Gəmiqayanın  nə  tarixini bilir, nə  də  onun  varlığını 
bilirl
ər. Bu, bizim böyük sənətimizdir. Gəmiqayanın daş-
 
203 

la
rında  Qobustan  qayalarındakı  kimi  rəmzlər var. Orada 
insanların  qoyduğu  izlər var. Bu, bizim, Azərbaycanın, 
onun ayrılmaz hissəsi olan Naxçıvanın tarixidir. Bunlarla 
m
əşğul olmaq lazımdır” [10, 2002, 18 iyun]. “Bu, bildiyi-
miz kimi h
əm təbiətin böyük abidəsidir, eyni zamanda 
insan  yaradıcılığının  abidəsidir. Bu abidə  Azərbaycanın-
dır. Azərbaycanın tarixini əks etdirən abidədir” [16, s. 18]  
Az
ərbaycan tarixinin problem-məsələlərini daim 
diqq
ət mərkəzində saxlayan Heydər Əliyevin xüsusi tapşı-
rığı ilə 2001-2002-ci illərdə “Naxçıvan-Gəmiqaya ekspe-
disiyası” təşkil olundu. Ekspedisiya zamanı Gəmiqayada, 
onun 
ətraf ərazilərində geniş planda arxeoloji, etnoqrafik, 
toponimik, folklor t
ədqiqatları  aparılmış  və  milli-mənəvi 
d
əyərlərimizin tarixi köklərini  araşdırmaq  üçün  çox 
əhəmiyyətli yeni materiallar toplandı.  
T
əbii-coğrafi  şəraitin mürəkkəbliyi ilə  uzun illər-
d
ən bəri  geniş  tədqiqatlardan kənarda qalmış  abidəyə 
xüsusi t
əşkil  olunmuş  arxeoloji-etnoqrafik səfər  zamanı 
Qar
anquş  yaylağında  və  Nəbi yurdunda 500-dən artıq 
t
əsvirli daş qeydə alınmış, qədim dövrlərə aid qəbir abidə-
l
əri öyrənilərək, abidənin tarixinə dair, onun milli mənsu-
biyy
əti barədə dəyərli elmi nəticələr əldə edilmişdir. Təd-
qiqatlarda aliml
ərin diqqətini çəkən əsas məsələ qayaüstü 
t
əsvirlərin dövrləşməsi  idi.  V.Əliyev  bu  təsvirlərin  əksə-
riyy
ətini e.ə. IV-II minilliklərə  aid edir [62, s. 65]. 
N.Müseyibli  [208, s. 4]
,  V.Baxşəliyev  [36, s. 76]  də  öz 
əvvəlki tədqiqatlarında məhz bu fikir üzərində dayanmış-
lar. Lakin 2005-ci ild
ə  Gəmiqayada  aparılan  yeni  tədqi-
qatlar bu abid
ənin e.ə  IV-I minilliklərə  aid ümumtürk 
m
ədəniyyətinin tərkib hissəsi  olduğunu  göstərdi  [211, s. 
147]
.  Naxçıvanın  Ordubad  rayonu  ərazisində  yerləşən 
G
əmiqaya abidələrinin tədqiqi Naxçıvanı dünya sivilizasi-
 
204 

yasının,  insanlıq  tarixinin  əzəli məskənlərindən biri kimi 
xarakteriz
ə etməyə imkan verir.  
 
G
əmiqaya təsvirlərinin araşdırılması bir daha sübut 
edir ki, Az
ərbaycan  ərazisi qədim  Şərq mədəniyyətinin 
şimala doğru ötürülməsində bir körpü olmuşdur. Təsvirlər 
e.
ə. IV-I minilliklərdə Naxçıvanda məskən salan insanla-
rın  ideoloji  görüşlərini,  onların  həyat tərzini öyrənmək 
üçün olduqca 
əhəmiyyətlidir. Qaya rəsmlərinin müqayisəli 
araşdırılması  onların  ən qədim nümunələrinin ilk Tunc 
dövrün
ə aid olduğunu göstərir [37, s. 110]. 
2002-
ci  ilin  avqust  ayında  Naxçıvanda  keçirdiyi 
müşavirədə  Azərbaycan  Prezidenti  Heydər  Əliyev Azər-
baycanın,  o  cümlədən  Naxçıvanın  tarixinin,  arxeoloji 
abid
ələrinin, etnoqrafiyasının  hərtərəfli  və  elmi  şəkildə 
araşdırılmasının vacibliyini qeyd etmiş, günümüzədək bu 
istiqam
ətdə  aparılan  tədqiqatların  əhəmiyyətindən  danış-
mışdır.  O,  öz  çıxışında alimlərimiz  qarşısında  nəinki 
Az
ərbaycanın, həm də Qədim Şərqin mədəniyyət məskən-
l
ərindən biri olan  Naxçıvanın  arxeoloji  abidələrinin, 
xüsusil
ə də  Azərbaycanın   qədim dövr maddi və  mənəvi 
m
ədəniyyətinin, incəsənətinin zəngin abidəsi olan Gəmi-
qayanın daha da dərindən öyrənilməsi, beynəlxalq aləmdə 
tarixi keçmi
şimizin erməni  hücumlarından  qorunması 
kimi v
əzifələr  qoymuş  və  bu sahədə  xüsusi fəallıq  gös-
t
ərməyi tövsiyə  etmişdir:  “...Naxçıvanın  ərazisini götür-
s
ək, bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarixi-
memarlıq abidələri var. Azərbaycanın bir çox bölgələrində 
bunlara rast g
əlmək olmur. Amma burada var. Onlar yüz 
ill
ərlə durub, yaşayıbdır. Baxmayaraq ki, onlara yüz illərlə 
heç  qayğı  da  göstərilməyibdir, hətta müxtəlif proseslər 
zamanı,  bəzən müharibələrlə,  yaxud  da  ki,  başqa 
hadis
ələrlə  əlaqədar  onların  uçurdulması,  dağıdılması 
 
205 

halları  olubdur. Amma buna baxmayaraq, bu tarixi-me-
marlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər 
biri Az
ərbaycan  xalqının  həm tarixini, həm də  mədəniy-
y
ətini, adət-ənənələrini göstərən abidələrdir” [16, s. 18].           
Heyd
ər Əliyevin bilavasitə qayğısı ilə Gəmiqayaya 
avtomobil  yolu  salındıqdan  sonra,  2002-2003-cü illərdə 
Ordubad,  Culfa,  Şahbuz,  Babək,  Şərur və  Sədərək 
bölg
ələrində  arxeoloji ekspedisiyalar fəaliyyət göstərmiş, 
onlarla tarixi abid
ə aşkara çıxarılmış, qazıntılar aparılmış 
v
ə maraqlı elmi uğurlar əldə edilmişdir [67, s. 161].     
Əlbəttə, ulu öndərin səyləri nəticəsində Naxçıvanın 
tarixi v
ə  tarixi abidələri alimlərin tədqiqat obyektinə 
çevrildi. Bu m
əqsədlə AMEA Naxçıvan Bölməsinin Tarix, 
Etnoqrafiya v
ə  Arxeologiya  İnstitutunda  “Naxçıvanın 
tarixi, maddi v
ə  mənəvi mədəniyyətinin tədqiqi” mövzu-
sunda Naxçıvanın arxeologiyası, etnoqrafiyası, qədim, or-
ta 
əsrlər, yeni və ən yeni tarixinə dair 5 istiqamət üzrə 15 
m
ərhələdə elmi-tədqiqat işlərinin aparılmasına başlanıldı. 
Muxtar respublika 
ərazisində  mövcud olan qədim 
m
ədəniyyət abidələrinin tədqiqində  Naxçıvan  Muxtar 
R
espublikası  Ali Məclisi Sədrinin  “Naxçıvan  Muxtar 
Res
publikası ərazisindəki tarix və mədəniyyət abidələrinin 
qorunması və pasportlaşdırılması işinin  təşkili haqqında” 
6 dekabr 2005-ci il tarixili S
ərəncamının  böyük  əhə-
miyy
əti  oldu. Sərəncamda göstərilirdi: “Qədim Naxçıvan 
torpağı  antik, orta əsrlər və  müasir dövr maddi-
m
ədəniyyət nümunələri və tarixi abidələrlə – ilk insanların 
yaşadıqları  mağaralar, qədim  yaşayış  yerləri, erkən şəhər 
m
ədəniyyəti, möhtəşəm  qala  divarları,  qayaüstü rəsmlər, 
daş  qoç  heykəlləri, xatirə  memarlığının  ən mükəmməl 
nümun
ələri olan türbələrlə, digər tarixi adidələrlə 
z
əngindir. Bu abidələr  əcdadlarımızın  təsərrüfat, ictimai 
 
206 

v
ə  mənəvi həyatını,  adət-ənənələrini və  incəsənətini 
öyr
ənmək üçün qiymətli mənbədir” [180, s. 172]. Sərən-
camın  icrası  istiqamətində  2006-2007-ci illərdə  aparılan 
araşdırmalar zamanı  1162  abidə  qeydə  alınaraq  pasport-
laşdırılmışdı. Bu abidələrdən 788-i ilk dəfə aşkar edilmiş-
dir. Mü
əyyən  edilmiş  abidələrdən 600-ə  yaxını dünya və 
ölk
ə əhəmiyyətli tarixi və mədəniyyət abidələridir [168, s. 
5]
.  Sonrakı  illərdə  də  bu  iş  davam  etdirilmiş  və  qeydə 
alınmış abidələrin sayı 1200-ü ötmüşdür. 
Orta 
əsr tarixçisi Əbdürrəşid əl-Bakuvi 1403/1404-
cü ill
ərdə yazdığı “Abidələrin xülasəsi və qüdrətli hökm-
darların  möcüzələri”  adlı  əsərində  Naxçıvanı  Azərbay-
canın gözəl şəhərlərindən biri olaraq təsvir etmiş, şəhərin 
sirl
ərlə dolu olduğunu qeyd etmişdir [240, s. 3]. Naxçıvan 
yalnız  öz  təbiətinin gözəlliyi ilə  deyil, tarixi-arxeoloji 
abid
ələri ilə də əsrlərdən bəri Şərqdə məşhur diyarlardan 
biri  olmuşdur.  Hələ  XII  əsrdən bəri  Naxçıvana  gözəllik 
ver
ən abidələr  sırasında  Möminə  xatın türbəsi xüsusilə 
diqq
ət çəkir.  Memar  Əcəmi  yaradıcılığının  məşhur 
nümun
ələrindən olan bu məqbərə bütövlükdə Azərbaycan 
memar
lıq məktəbinin ən görkəmli əsərlərindən biridir. 
Heyd
ər Əliyev Naxçıvana hər gəlişində  möhtəşəm 
Mömin
ə  xatın  məqbərəsini ziyarət edir, abidənin bərpa 
edilm
əsi,  ətrafının  abadlaşdırılması  ilə  bağlı  tapşırıq  və 
göst
ərişlərini verirdi. 14 oktyabr 1999-cu ildə Naxçıvanda 
olark
ən o, növbəti dəfə  Möminə  xatın  türbəsini ziyarət 
ed
ərkən demişdi: “...Bu abidənin qiyməti yoxdur. Möminə 
xatın məqbərəsi XII əsrdə, orta əsrlərdə Azərbaycanın nə 
q
ədər zəngin mədəniyyəti  olduğunu,  doğrudan  da  böyük 
memarlıq  məktəbi  olduğunu  göstərir. Bu abidənin 
memarlıq  qiyməti ilə  bərabər, bizim üçün bəlkə  daha da 
böyük qiym
əti Azərbaycanın  qədim dövlət  olmasını 
 
207 

göst
ərməsidir. Bu, təkcə  memarlığın  zənginliyini yox, 
dövl
ətçiliyin nə qədər zəngin olduğunu, nə qədər möhkəm 
oldu
ğunu da göstərir” [130, s. 280-281]. 
 
Rusiya B
ədaye  Akademiyasının  akademiki 
M.V.Alpatov özünün üçcildlik “Ümumdünya inc
əsənəti 
tarixi” 
əsərində  Möminə  xatın türbəsini sənətkarlıq 
baxımından təhlil edərək belə bir qənaətə gəlmişdi: “Belə 
yüks
ək memarlıq forması duyğusuna, kompozisiyanın bu 
cür klassik bitkinliyin
ə  və  ifa mükəmməlliyinə  görə  bu 
dövrd
ə  Orta  Avropa  memarlığında  təsadüf olunmur. 
Klassik  Şərq  ədəbiyyatının  ən gözəl  əsərləri olan 
Firdovsinin ölm
əz  “Şahnamə” (X-XI  əsrlər), yaxud 
Nizaminin “Leyli v
ə  Məcnun” (XII əsr)  poemalarında 
olduğu  kimi,  Naxçıvandakı  Möminə  xatın  türbəsindən 
insaniyy
ət, mərhəmət və şəfqət süzülür” [149, s. 32]. 
 
H
ələ 1897-ci ildə Naxçıvana gəlmiş alman memarı 
E.Yakobstal Mömin
ə  xatın  və  Yusif  Küseyir  oğlu 
türb
ələrini tədqiq etmiş və bu haqda 1899-cu ildə əsər çap 
et
dirmişdi [210, s. 18]. 
2003-cü ild
ə Möminə xatın və Qarabağlar türbələ-
rind
ə beynəlxalq təşkilatların iştirakı ilə bərpa və yenidən-
qurma  işləri  aparılmışdır.  Ümumiyyətlə,  Naxçıvanın 
tarixi-
memarlıq  abidələrindən XII əsr abidəsi Yusif 
Küseyir oğlu türbəsi, XVIII əsrə aid Xan sarayı, XII-XIV 
əsrə  aid Buzxana, XVI-XVIII  əsrə  aid edilən  İmamzadə 
kompleksi,  Əlincəçay Xanəgah  kompleksi,  “İsmayıl  xan 
hamamı”, Came məscidi, Qarabağlar memarlıq kompleksi, 
Ordubadda Aza körpüsü, q
ədim Zorxana abidəsi, 
Bazarçay 
ətrafındakı yeraltı abidə və s. yüksək səviyyədə 
əsaslı təmir və bərpa edilmişdir [148, s. 118]. 
Göründüyü kimi, N
axçıvan  Muxtar  Respublika-
sının  ərazisi tarixin müxtəlif dövrlərinə  aid tarix və 
 
208 

m
ədəniyyət abidələri ilə  zəngindir.  Naxçıvan  torpağının 
bütün 
ərazisində ulu əcdadlarımızla bağlı maddi mədəniy-
y
ət nümunələrinə  rast gəlmək  mümkündür.  Naxçıvan 
Yaxın  Şərqdə  meydana  çıxan  bir  çox  mədəniyyətlərin, o 
cüml
ədən Eneolit, Kür-Araz və  Boyalı  qablar mədəniy-
y
ətinin  beşiyidir.  Bu  abidələr Azərbaycan türklərinin 
q
ədim dövrdən  Naxçıvanın  yerli  əhalisi  olduğunu  təsdiq 
ed
ən əvəzedilməz maddi mədəniyyət nümunələridir. Tarix 
v
ə mədəniyyət abidələrinin tədqiqi alimlərimizin vəzifəsi, 
onların qorunması isə ümumxalq işidir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
209 

Yüklə 20,03 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin