Азярбайъан республикасы кянд тясяррцфаты назирлийи азярбайъан дювлят аграр университети



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə6/22
tarix29.12.2016
ölçüsü2,16 Mb.
#3872
1   2   3   4   5   6   7   8   9   ...   22

4.5. Yağların orqanizmdə mübadiləsi 
 
Normal  halda  qan  plazmasında  lipidlərin  ümumi  miqdarı  0,5-
0,6%  olur.  Bağırsaqlardan  sorulmuş  lipidlər  ya  qapı  venası 
sistemi, ya da döş axacağı vasitəsilə ümumi qan dövranına tökül-
düyünə  görə,  qida  ilə  çoxlu  miqdarda  yağın  qəbul  edilməsi 
müvəqqəti  davam  edən  hiperlinemiya  (qanda  lipidlərin  miqdarı-
nın normadan çox olması) ilə nəticələnir. Adi hiperlinemiya adla-
nan  bu  vəziyyətdə  qida  vastəsilə  artıq  miqdarda  (bir  saat  ərzində 
100-120  qram)  yağ  qəbulundan  2-3  saatdan  sonra  başlayır,  4-6 
saatdan sonra maksimal vəziyyətə çatır. Təxminən 9 saatdan sonra 
qanda lipidlərin miqdarı normaya çatır.  
Həzm sistemindən sorulmuş emulsiya halında olan lipidlər qan 
dövranı  vastəsilə  orqanizmin  toxumalarına  daşınır.  İnsanların  və 
ali heyvanların qidasının tərkibində olan yağlar və lipidlər əsasən 
nazik  bağırsaqda  hidroliz  olunur.  Bu  proses  mədəaltı  vəzin 
hazırladığı lipolitik fermentlərin təsiri ilə gedir.  
Onikibarmaq bağırsağa düşən yağlar lipazanın təsiri ilə hidroliz 
olunaraq qliserinə və yağ turşularına parçalanır.  
Triqliserinləri  parçalayan  lipazalar  təsir  mexanizminə  görə  iki 
qrupa  bölünürlər.  Bunlardan  bir  qrupu  triqliseridin  α-  vəziy-
yətində  olan  efir  rabitələrini,  digər  qrup  isə  β-  vəziyyətində  olan 
rabitələri dağıdır.  
Qəbul  olunmuş  qidanın  tərkibində  olan  lipolidlər  də  bağır-
saqlarda  hidrolitik  fermentlərin  təsirinə  uğrayırlar.  Bu  zaman 
xolestridlər mədəaltı və bağırsaq şirəsinin tərkibində olan xolesta-
raza fermentinin təsiri ilə parçalanaraq xolesterinə və yağ turşula-
rına çevrilirlər.  
Fosfolipidlərin  parçalanması  bir  qədər  mürəkkəbdir.  Bunların 

62 
tərkibində  dörd  cür  rabitə  olduğundan  qliserinlə  doymuş  yağ 
turşuları,  qliserinlə  doymamış  yağ  turşuları,  qliserinlə  fosfat 
turşusu  və fosfat turşusu ilə xolin, kolamin, yaxud serin arasında 
olan  rabitələr-  onların  parçalanmasında  dörd  növ  ferment  iştirak 
edir.  Bu  fermentlər  fosfolipaza  adlanaraq  latın  hərifləri  ilə  işarə 
olunurlar-  A,B,C,D.  Məsələn,  Fosfolipaza  A  fosfolipiddə  β- 
vəziyyətində olan yağ turşusunu qliserindən ayırır.  
Fosfolipaza  A  fermenti  ilan  və  arı  zəhərinin  tərkibində  də 
vardır. Bu ferment onlara çox yüksək hemolitik aktivlik verir.  
Fosfolipaza  C  qliserinin  fosfat  turşusu  ilə  yaratdığı  rabitəni 
parçalayır.  
Fosfolipaza  D  isə  fosfat  turşusu  ilə  yaratdığı  rabitəni 
parçalayır. 
Lipolitik  fermentlər  yalnız  emulsiya  şəklində  olan  lipidləri 
parçalayır.  Bağırsaq  boşluğuna  düşmüş  yağların  emulsiya  halına  
keçməsi qaraciyərdə hazırlanan ödün təsiri ilə baş verir.  
 
4.5.1. Ödün tərkibi, xassələri və yağ mübadiləsində rolu 
 
Öd  qaraciyər  hüceyrələrində  fasiləsiz  olaraq  hazırlanır.  Lakin, 
onun  ümumi  öd  axacağından  bağırasağa  keçməsi  yalnız  qidanın 
mədəyə  və  bağırsağa  düşməsi  ilə  əlaqədar  olaraq  baş  verir. 
Bağırsaqlarda  həzm  prosesi  getmədikdə  hazırlanan  öd,  öd 
kisəsində toplanır.  
Qaraciyər  axacağından  birbaşa  həzm  sisteminə  gələn  öd  xas-
sələrinə  və  tərkibinə  görə  öd  kisəsində  olan  öddən  fərqlənir. 
Qaraciyərdən  gələn  öd  açıq  sarı  rəngli,  şəffaf  mayedir.  Öd  kisə-
sində  toplanan  və  reflektor  olaraq  həzm  sisteminə  tökülən  öd 
şirəsi  tünd  zeytun  rəngli,  qatı  mayedir.  Onun  tərkibində  öd 
kisəsinin selikli qişasının ifraz etdiyi selik də vardır. Kisə ödünün 
qatılaşması,  onun  tərkibində  olan  suyun  öd  kisəsi  divarlarından 
xaricə  sorulması  və  öd  ifrazının  məhdudlaşdırılması  zamanı  baş 
verir.  Sutka  ərzində  öd  kisəsinin  ödü  7-10  dəfə  qatılaşır.  Ödün 
mühit  reaksiyası  zəif  qələvidir-  pH>  7.  Normal  halda  insanın 

63 
onikibarmaq  bağırsağıda  500-700  ml  öd  tökülür.  Ödün  tərkib 
hissələrindən  biri  olan  öd  turşuları  yağların  həzm  olunmasında 
xüsusi  əhəmiyyətə  malikdir.  Tədqiqatlar  göstərmişdir  ki,  öd 
turşuları lipaza fermentinin təsir gücünü 20 dəfə artırır.  
Öd  turşuları  yağları  emulsiya  şəklinə  salmaqla,  onların 
bağırsaq  divarından  keçməsini  asanlaşdırır.  Bağırsaq  mühitinin 
qələviliyi  öd  turşusu  vastəsilə  emulsiyalaşmış  yağların  asanlıqla 
hidrolizə uğraması üçün əlverişli imkan yaradır.  
Öd turşuları çox nazik pərdə şəklində yağ damcılarının səthinə 
yayılaraq,  onlarla  su  arasındakı  səthi  gərilmə  əmsalını  kəskin 
sürətdə  azaldır.  Xırda  yağ  damcılarının  birləşərək  iri  damcılara 
çevrilməsi  çətinləşir  və  davamlı  homogen  tərkibli  emulsiya 
yaranır. 
Emulsiya  olunmuş  yağların  az  bir  hissəsi  hidrolizə  məruz 
qalmadan  sorularaq  limfa  sisteminə  keçə  bilir.  Lipidlərin  çox 
hissəsi hidrolizə uğradıqdan sonra qliserin və yağ turşuları halında 
bağırsaq  xovlarından  keçir.  Yağ  turşuları  suda  həll  olunmadığın-
dan  bağırsaq  divarından  çətinliklə  keçir.  Müəyyən  edilmişdir  ki, 
suda  həll  olmayan  digər  maddələr  ödlə  islandıqdan  sonra  yarım-
keçirici pərdədən asanlıqla keçir. Deməli öd turşuları yağ turşula-
rının bağırsaq xovlarından keçməsini asanlaşdırır.  
Tədqiqatlar  göstərmişdir  ki,  normal  qidalanma  zamanı  80-100 
q  yağ  və  0,3-0,5  q  xolesterin  qəbul  edildikdə,  onların  həzm 
olunması üçün 250-300 q öd turşuları tələb olunur. Lakin qaraci-
yərin bir gün ərzində hazırladığı ödün miqdarı 7-12 qramdan artıq 
deyildir. Öd turşularına olan təlabatın (500-700 ml) ödənilməsi öd 
turşularının dövranı ilə həyata keçirilir.  
Ümumi  öd  axacağından  bağırsağa  tökülmüş  ödün  90%-i 
bağırsaq  xovları  vastəsilə  xolin  turşuları  şəklində  sorulur.  Onlar 
bağırsağın  selikli  qişasının  epitel  hüceyrələrində  yenidən  yağ  və 
öd  turşularına  ayrılırlar.  Azad  olunmuş  öd  turşuları  qana  sorula-
raq, qapı venası sistemi vastəsilə qaraciyərə gətirilir və qaraciyərin 
kapilyar torunda qandan ayrılaraq yenidən ödə qarışır.  
Öd  uzun  müddət  istifadə  olunmadıqda-  yağsız  qida  dieti 

64 
zamanı  və  öd  yollarının  iltihabı  zamanı  öd  qatılaşmağa  başlayır. 
Bu zaman onun tərkibində olan xolesterin, alifatik turşuların duz-
ları  (sabunlar),  qeyri-üzvi  duzlar  və  digər  maddələr  öd  daşlarını 
əmələ  gətirir.  Nəticədə  xolesterin  kristallaşma  nüvəsinə  çevrilə-
rək,  daşlaşma  baş  verir.  Öd  daşlarının  tərkibində  piqment  daşları 
da olur ki, onların tərkibində biluribin  və kalsium duzları çoxluq 
təşkil edir.   
 
  
Sual və tapĢırıqlar 
 
1.
 
Lipidlər hansı maddələrə deyilir? 
2.
 
Yağların və piylərin əsas xassələrini söyləyin.  
3.
 
Orqanizmin yağlara olan təlabatı necədir? 
4.
 
Maye  yağların  tərkibi  bərk  yağlardan  hansı  xassələri- 
nə görə fərqlənirlər? 
5.
 
Hansı  bitkilərdən  yağ  alınır  və  onların  yağ  tərkibi     
necədir? 
6.
 
Heyvan  yağlarında  hansı  yağ  turĢuları  üstünlük  təĢkil 
edir? 
7.
 
Yağların  mübadiləsi  həzm  sisteminin  hansı  mərhələ-
sində gedir? 
8.
 
Yağların  parçalanması  və  hidrolizində  hansı  ferment-
lər iĢtirak edir? 
9.
 
Ödün xassələrini və yağların mübadiləsini söyləyin?  
10.  Yağların qidalanmada nə kimi əhəmiyyəti vardır? 
  
 
 
 
 
 
 

65 
V fəsil 
 
MĠNERAL MADDƏLƏR VƏ ONLARIN  
QĠDALANMADA ROLU 
 
5.1. Mineral maddələrin tərkib xüsusiyyətləri və insan 
orqanizmində rolu 
 
Kimyəvi  elementlər,  mineral  duzlar,  ionlar,  kompleks  birləş-
mələr və üzvi maddələr şəklində canlı aləmin tərkib hissəsi olub, 
qida  rasionunun  əsas  hissələrindən  biri  kimi  gündəlik  qida 
normasında qəbul edilməlidir. 
Yer  qabığında  rast  gəlinən  88  elementin  60-dan  çoxu  insan 
orqanizmində vardır. Kimyəvi elementlər hər gün orqanizmə qida 
vastəsilə  daxil  olaraq,  normadan  artığı  bu  və  ya  başqa  şəkildə 
orqanizmdən  kənar  edilir.  Normal  orqanizmdə  kimyəvi  element-
lərin  miqdarı  sabit  olub,  artıq  miqdar  və  çatışmazlığı  bir  sıra 
xəstəliklər  əmələ  gətirir.  Kimyəvi  elementlərdən  təşkil  olunmuş 
mineral maddələr iki qrupa bölünür: Qeyri-üzvi və üzvi maddələr. 
Mineral maddələr hüceyrə protoplazmasının və bioloji məhlulların 
əsas  tərkib  hissəsi  olub,  orqanizmdə  gedən  bütün  həyati  proses-
lərdə  iştirak  edir.  Kimyəvi  elementlər  ion  və  anion  şəklində  təsir 
göstərərək, qan təzyiqini, qanın laxtalanma qabiliyyətini, hüceyrə-
lərdə  yaranan  osmos  təzyiqinin,  tənəffüsün,  sinir  hüceyrələrinin 
naqil  rolu  oynamasının,  beyin  fəaliyyətinin  normal  işləməsini 
təmin  edir.  Qeyri-üzvi  duzlar  sümük  toxumasını  əmələ  gətirərək, 
orqanizmin  inkişaf  mərhələsində  böyük  rol  oynayır.  Əzələlərdən 
tutmuş orqanizmdə olan mayelərin tərkibi kimyəvi elementlərdən 
ibarətdir.  
Kimyəvi  elementlərin  orqanizmdə  rolu  və  faiz  miqdarı  yaxşı 
öyrənilmiş  və  üç  qrupa  bölünərək  onların  fizioloji  proseslərdə 
iştirak  xüsusi  bölmələr  şəklində  göstərilmişdir.  Orqanizmi  təşkil 
edən  elementlərin  faiz  miqdarı,  yer  qabığını  təşkil  edən  ele-
mentlərin  faiz  miqdarına  demək  olar  ki,  uyğun  gəlir.  Silisium  və 

66 
alüminium  müstəsna  olmaqla,  onların  yer  qabığında  miqdarı  çox  
olub,  silisium  oksigendən  sonra  ikinci,  alüminium  isə  üçüncü 
elementdir. 
Kimyəvi  elementlər  orqanizmdə  miqdarına  görə  üç  qrupa 
bölünürlər:  
 

 
Makroelementlər- C, O
2
, N
2
, P, H
2
, K, Ca, S, Mg və s. 

 
Mikroelementlər- Cu, Fe, Ni, Co, Zn, F
2
, Cr, Mo, J
2
 və s. 

 
Ultramikroelementlər- Hg, U, Pb, Cd, Ag, Au və s. 
 
Makroelemtnlərin  orqanizmdə  faiz  miqdarı  10
-2
%-dən  çox, 
mikroelementlərin miqdarı 10
-3
%-10
-5
%-dən az olur. 
Makroelemenlər  orqanizmin  əsas  tərkib  hissəsini  təşkil  edərək 
həyat fəaliyyətini tənzim edir. Bu elementlər insan qidasında xeyli 
miqdarda  olduğundan  orqanizmdə  onların  dövranı  zamanı  hər 
nansı fəsadlar yaranmır.  
Mikroelementlər fermentlərin,  vitaminlərin, hormonların  tərki-
bində  olur  və  onların  orqanizmdə  çatışmazlığı  zamanı,  yuxarıda 
göstərilən  həyati  əhəmiyyətli  maddələrin  sintezi  getmir  və 
orqanizmdə çətin sağalan xəstəliklər, hətta bəd xassəli şişlər əmələ 
gəlir.  Elmi  yolla  təsdiq  edimişdir  ki,  orqanizmdə  Cu
+2
  kationu 
çatışmadıqda qaraciyərin serrozu və toxumalarda bəd xassəli şişlər 
əmələ gəlir.  
Dəmir  və  kobalt  çatışmadıqda  qan  azlığı  və  digər  qan  xəstə-
likləri  baş  verir.  Mikroelementlər  orqanizmdə  normadan  artıq 
olduqda  da  xəstəliklər  və  ölümlə  nəticələnən  zəhərlənmələr  baş 
verir. 
Cədvəl  9-da  əsas  qida  məhsullarında  makro  və  mikroele-
mentlərin milliqramla (mq) miqdarlari verilmişdir.  
Cədvəl  10-da  isə    gün  ərzində  orqanizmə  qida  vasitəsilə  daxil 
olan elementlərin norması mq-la verilmişdir. 
 
 
 

67 
Cədvəl 9.  
Qida normasına görə elementlərin qida məhsullarında miqdarı 
 
 
Qida 
məhsulları 
hər 100 q-
da 
 
Makroelementlər, mq 
 
 
 
Mikroelementlər, mq 

Ca 
Mg 
Na 


Cl 
Fe 

Ca 
Mn 
Cu 

Cr 
Zn 
Mo 
Qara çörək  245 
35 
47 
610 
52 
158 
980 
3900 
5,6 

1610 
220 
35 
2,7 
1210 

Ağ çörək 
12 
23 
33 
506 
59 
84 
837 
1860 

1,8 
825 
134 

2,2 
735 
128 
Süd 
146 
120 
14 
50 
29 
90 
110 
67 

0,8 

12 
20 

400 

Şor 
112 
150 
23 
41 

216 

641 



74 


394 

Pendir 
116 
1000 
50 
820 

540 

1100 



50 


3500 

Mal əti 
316 

27 
64,8 
220 
170 
48 
2900 
7,2 

35 
182 
63 
13,5 
3240 
11,6 
Qoyun əti 
355 
10,2 
22 
73 
230 
188 
59 
2090 
2,7 

35 
238 
120 
8,2 
2820 

Donuz əti 
329 
9,8 
25,1 
101 
165 
168 
83 
1940 
6,6 

28,5 
96 
69 
8,7 
2070 
13 
Çay balığı 
265 
35 
25 
55 
180 
210 
55 
800 

35 
150 
130 
25 
55 
2080 

Dəniz balığı 
340 
25 
30 
100 
200 
210 
165 
650 
135 
30 
80 
150 
700 
55 
1120 

Kələm 
185 
48 
16 
13 
37 
31 
37 
600 


170 
75 
10 

400 
10 
Kartof 
568 
10 
23 
28 
32 
58 
58 
900 


170 
140 
30 
10 
360 

Kök 
200 
51 
38 
21 

65 
63 
700 


200 
80 
55 

400 
20 
Alma 
214 
20 

18 

20 

2200 


110 
110 


150 

Gavalı 
278 
16 

16 

11 

500 


47 
87 


100 

 
 
Cədvəl 10.  
Sutka ərzində kimyəvi elementlərin orqanizmə daxil olması (mq) 
 
Elementlər 
Uşaqlar 
Yaşlılar 
Elementlər 
Uşaqlar 
Yaşlılar 

Na 
Ca 
Mg 
Zn 
Fe 
Mn 
Cu 
Mo 
 
530 
260 
420 
60 


1,3 

0,06 
 
2000-5000 
1100-3300 
800-1200 
300-400 
15 
10-15 
2-5 
1,5-3 
0,07-0,25 
 
Cr 
Co 
Cl 
PO
4
3-
 
SO
4
2-
 

Se 

0,04 
0,001 
470 
210 

0,07 

0,6 
 
0,05-0,2 
0,2 
3200 
800-1200 
10 
0,15 
0,05-0,07 
1,5-4 
 
Mikroelementlərin  təsir  mexanizmi  maddələr  mübadiləsi 
zamanı  fəaliyyət  göstərir  və  orqanizmin  inkişaf  mərhələlərində 
xüsusi  əhəmiyyət  kəsb  edir.  Məsələn,  bir  sıra  mikroelementlər  – 
Mn,  Zn,  J  boy  artımına  və  inkişafa  müsbət  təsir  göstərdiyindən, 
onların  orqanizmdə  çatışmazlığı  körpə  uşaqların  inkişafını 
ləngidir. 
Ekoloji  problemlər  nəzərə  alınarsa,  hazırda  insan  orqanizm 

68 
üçün Ca və Fe defisit, Na və P normadan artıq hesab olunur. 
Makro  və  mikroelementlərin  normadan  artıq  və  ya  az  olması 
orqanizmdə  müxtəlif  xəstəliklərin  inkişafına  təsir  göstərir. 
Aşağıdakı elementlərin çatışmazlığının yaratdığı fəsadlar göstəril-
mişdir: 
Ca....    skletin inkişafı zəifləyir. 
Mg....   əzələ iflicləri əmələ gəlir. 
Fe....    anemiya yaranır və immunetet zəifləyir. 
Zn....    dəri  zədələnmələri,  inkişafın  zəifləməsi  və  cinsiyyət 
zəifliyi, müşahidə olunur; bir qədər sağa çəkilsin. 
Cu....    arteriya  damarlarının  zəifliyi,  qaraciyər  funksiyasının 
zəifləməsi, qan azlığı, yaranır;  
Mn....   dölsüzlük, sümükləşmənin pozulması. 
Mo....   hüceyrə bölünməsinin zəifləməsi, dişlərin kariesi;  
Co....    qan xərçənginin əmələ gəlməsi
Ni....     sinir pozğunluqları, depressiya, dermatit
Cr....      diabet aləmətləri; 
Si....     skletin inkişafına mənfi təsiri; 
F....      dişlərin kariesi; 
J....        qalxanabənzər vəzin xəstəlikləri; 
Se....     ürək əzələlərinin zəifləməsi, görmənin zəifləməsi; 
Mineral  maddələr  bir  çox  xəstəliklərin  qarşısının  alınmasında 
böyük  rol  oynayır.  Qida  rasionunda  Ca,  P,  J,  Br  çatışmazlığı 
dişlərin sürətli kariesinə səbəb olur.  
Bir  sıra  hallarda,  hətta  mineral  maddələrin  normal  qəbul 
edilməsi zamanı onların orqanizmdə mübadiləsi pozula bilər:  

 
Qəbul olunan qida elementlərinin –zülal, yağ, karbohidrat,            
vitamin balansının pozulması;  

 
Ərzaq məhsullarının emalı zamanı qızdırmaq, dondurmaq, 
yumaq  və  s.-mineral  maddələrin  pozulması  və  ya  həll 
olaraq çıxarılması; 

 
İş  rejimindən  asılı  olaraq  mineral  maddələrin  tənzimlən-
məsinin pozulması. Məsələn, iş yerinin yüksək temperatur 

69 
      intervalında  dəyişməsi  zamanı  tər  vasitəsi  ilə  bir  sıra  ele-
mentlər, Na, K, Cl, Se orqanizmi tərk edir. 

 
Mədə bağırsaq pozğunluqları, qan itirilmələri və s. zamanı 
makro  və  mikroelementlərinin  mübadiləsinin  pozulması 
baş verir. 
 
 
 
Elementlərin ayrılıqda orqanizmdə rolu və mübadiləsi. 
Makroelementlər. 
 
 
Kalsium - bu element yer qabığında, bitkilərdə və heyvanlarda  
ən  çox  yayılmış  elementlərdən  biridir.  (cədvəl  11.)  O,  sümüyün, 
dişlərin  əsas  struklu  elementi  olub,  hüceyrənin  nüvəsində, 
protoplazmasında,  qanın  tərkibində  və  bir  sıra  proseslərin- 
hüceyrə  bölünməsinin,  qan  laxtalanmasının  –iştirakında  əvəzsiz 
rol oynayır.   
 
Cədvəl 11.  
Kimyəvi elementlərin yer qabığında, torpaqda, dəniz və okean sularında, bitki 
və heyvanlarda faiz miqdarı: 
 
Elementlər 
Yer qabığı 
Torpaq 
Dəniz və 
okean suyu 
Bitkilər 
Heyvanlar 







49,4 
49 
85,82 
70 
62,4 
si 
27,6 
33 
0,005 
0,15 
10
-5
 
Al 
7,45 
7,12 
0,001 
0,02 
10
-5
 
Fe 

3,8 
0,005 
0,02 
0,01 

0,15 

0,002 
18 
21 
Ca 
3,5 
1,37 
0,004 
0,3 
1,9 

2,5 
1,36 
0,038 
0,3 
0,27 
Na 
2,6 
0,63 
1,06 
0,02 
0,1 
Ma 

0,6 
0,14 
0,07 
0,03 
Ti 
0,6 
0,46 
17
-7
 
10
-/
 
10
-6
 

0,02 
0,1 
10
-5
 
0,3 
3,1 

0,08 
0,08 
5∙ 10
-6
 
0,07 
0,95 

0,05 
0,05 
0,09 
0,05 
0,16 
Mn 
0,09 
0,085 
4 ∙10
-7
 
10
-3
 
10
-5
 
Zr 
0,04 
0,62 

5∙ 10
-4
 

Sr 
0,04 
0,03 
10
-3
 
10
-4
 
10
-3
 

70 
Ba 
0,04 
0,04 
5∙ 10
-6
 
10
-4
 
10
-5
 
Ce 
0,02 
0,02 
10
-/
 

10
-6
 
Cr 
0,02 
0,019 

5∙ 10
-4
 
10
-5
 

0,027 
0,02 
10
-4
 
10
-5
 
10
-4
 

0,03 
0,01 
5∙ 10
-8
 
10
-4
 
10
-5
 
Cl 
0,05 
0,01 
1,89 
10
-2
 
0.08 
Rb 
0,03 
0,05 
2 ∙10
-3
 
5∙ 10
-4
 
10
-5
 
Zn 
0,05 
0,05 
5∙10
-6
 
3∙ 10
-4
 
10
-3
 
Ni 
0,2 
0,05 
3 ∙10
-7
 
5∙ 10
-5
 
10
-6
 
Cu 
0,02 
0,02 
2 ∙10
-6
 
2∙ 10
-4
 
10
-4
 
Co 
0,04 
0,01 
10
-/
 
2∙ 10
-5
 
10
5
 
Li 
0,65 
0,03 
1,5∙10
-5
 
10
-5
 
10
-4
 
Pb 
0,015 
0,01 
5 ∙10
-7
 
10
-5
 
10
-6
 

0,03 
0,02 
5 ∙10
-4
 
10
-4
 
10
-5
 

0,03 
0,005 
10
-6
 
10
-5
 
10
-4
 
Mo 
0,015 
0,003 
10
-7
 
2∙ 10
-5
 
10
-6
 



10,72 
10 
9,7 
As 
5∙ 10
-4
 
4∙ 10
-4
 
1,5 ∙10
-4
 
3∙ 10
-5
 
10
-5
 
Br 
1,5∙ 10
-4
 
2∙ 10
-4
 
7 ∙10
-3
 
10
-4
 
10
-4
 
Cd 
5∙ 10
-4
 
5∙ 10
-6
 
10
-5
 
10
-6
 
10
-4
 
Th 
10
-3
 
6∙ 10
-4
 
4 ∙10
-8
 
6∙ 10
-4
 
10
-7
 

10
-4
 
10
-4
 
10
-7
 
10
-8
 
10
-8
 

2∙ 10
-4
 
10
-4
 
2∙ 10
-7
 
10
-9
 
10
-8
 
Se 
6∙ 10
-5
 
10
-6
 
4∙ 10
-7
 
10
-7
 
10
-4
 
Bi 
1,7∙ 10
-6
 
2∙ 10
-6
 
2∙ 10
-8
 
10
-7
 
2∙10
-6
 
Hg 
7∙ 10
-6
 
10
-6
 
3∙ 10
-9
 
10
-9
 
10
-9
 
Ag 
 10
-6
 

10
-9
 

3,5∙10
-6
 
Au 
5∙ 10
-7
 

4∙ 10
-10
 

10
-7
 
Ra 
2∙ 10
-10
 
8∙ 10
-11
 
10
-14
 
10
-14
 
10
-12
 
 
Kalsium  elementi  birləşmələr  şəklində  qida  məhsullarından, 
kation  şəklində  isə  su  vasitəsilə  (hidrokarbonat,  sulfat,  xlorid  və 
s.)  orqanizmə  daxil  olur.  Maddələr  mübadiləsi  zamanı  əmələ 
gələn yüksək molekullu yağ turşuları kalsiumla suda həll olmayan 
duzlar  əmələ  gətirir.  Buna  baxmayaraq  kalsium  əzələ  toxumala-
rında, sinir hücerələrində, sinir impulslarının keçiriciliyində iştirak 
edir, bir sıra fermentlərin tərkibinə daxil olaraq onların aktivliyini 
artırır.  
Kalsium  həmçinin,  digər  elementlərin  orqanizmdə  mübadi-
ləsinə təsir göstərir. Orqanizmin normadan artıq piylənməsi zama-
nı,  öd  turşuları  vasitəsilə  kalsium  orqanizmdən  çıxarılır.  Bunun 

71 
nəticəsində  sümüklərdə  bərkimə  prosesi  zəifləyir,  saçların  tükü 
tökülür, dişlər seyrəkləşir.  
Kalsiumun  orqanizmdə  dövranına  maqnezium  və  fosfor 
əhəmiyyətli  dərəcədə  təsir  göstərir.  Məsələn,  maqnezium  artığı 
hüceyrələrdə kalsiumun sorulmasını azaldır.   
Qida  məhsullarında  fosforun  miqdarı  kalsiumdan  iki  dəfə  çox 
olarsa, kalsium həll olan duzlar şəklində orqanizmdən çıxarılır. Bu 
zaman orqanizmə lazım olan  kalsium sümüklərdən ayrılaraq qana 
keçir. Kalsiumun orqanizmdə balansı pozulduqda böyrəklərdə urat 
və fosfat daşları əmələ gəlir. 
Kalsium  kationu  qanın  tərkibində  bioloji  prosesləri,  eləcə  də 
kapilyar  damarlarda  osmos  təzyiqini  nizamlayır.  O,  qanın  laxta-
lanmasını  tənzim  edərək,  protombinin  trombinə  çevrilməsini  ka-
taliz  edən  trombokinaza  fermentinin  təsir  mexanizmini  həyata 
keçirir.  Kalsiumun  fizioloji  rolu  qısa  olaraq  aşağıdakılardan  iba-
rətdir: 

 
Sümük  toxumasını  yaradaraq,  dişlərin  minerallaşması  pro-
sesində iştirak edir; 

 
hüceyrədaxili prosesləri tənzim edir; 

 
əzələlərin  yığılıb  açılmasını  tənzim  edərək,  sinir  keçiricili-
yini nizamlayır; 

 
qanın laxtalanmasında iştirak edir; 

 
hüceyrə membranının keçiriciliyini nizamlayır; 

 
ürək fəaliyyətini nizamlayır. 
Kalsiumun  orqanizmdə  metabolizmi  qalxanabənzərvəzin  hor-
monu olan kalsitonin və D vitamini vastəsi ilə həyata keçirilir. 
Kalsium  birləşmələri-  xlorid,  qlikonat,  sitrat,  aspartat  duzları 
şəklində  ürək  damar  xəstəlikləri  və  qan  azlığı  zamanı  tibbdə 
istifadə edilir. 
Kalsium  kationunun  orqanizm  üçün  gündəlik  qəbul  norması 
800-1000 mq olub, yaşdan asılı olaraq dəyişir. Hamilə qadınlarda 
və yeniyetmələrdə kalsium vacib element olduğundan onun qəbul 
norması  yüksək  olur.  Rüşeymin  sümükləşməsi  zamanı  kalsium 
lazım  olduğundan,  ana  qida  vastəsilə  gündəlik  normanı  qəbul 

72 
etmədikdə, kalsiumu dişlərdən və sümüklərdən alır. Odur ki, ―hər 
bir  uşaq  ananın  bir  və  ya  iki  dişini  yox  edir‖  misalı  təsadüfü 
yaranmamışdır. 
Kalsium  birləşmələri  zəhərli  olmadığından  toksiki  miqdarı 
müəyyən edilməmişdir.  
Kalsiumlu  qidalardan  ən  əhəmiyyətlisi  süd  və  süd  məhsulları-
dır. Pendir və şorun hər 100 qramında 100-1000 mq kalsium olur. 
Yaşıl  soğan,  lobya,  cəfəri  (petruşka)  kalsiumla  zəngin  tərə-
vəzlərdir.  
Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin