Азярбайъан республикасы кянд тясяррцфаты назирлийи азярбайъан дювлят аграр университети



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə8/22
tarix29.12.2016
ölçüsü2,16 Mb.
#3872
1   ...   4   5   6   7   8   9   10   11   ...   22

5.3.5
 
Mis 
 
Mis  orqanizmdə  bioloji  aktivliyinə  görə  əsas  mikroelement-
lərdən  biri  olub  orqanizmə  qida  vastəsilə  daxil  olur.  Mis  ən  çox 
subtropik  meyvələrdə, ət məhsullarında, yumurtada, paxlalı bitki-
lərin toxumlarında, meyvə və tərəvəzlərdə olur. Gün ərzində misin 
orqanizmə daxil olma həddi 2-3 mq, toksiki həddi isə 250 mq-dır. 
Orqanizmə  daxil  olan  misin  95%-i  mənimsənilir  ki,  bu  proses 
mədə-bağırsaq yollarında gedir. Qana daxil olan mis kationu-Cu
2+
 
albumin zülalı ilə birləşərək qan laxtalanmasında iştirak edir. Eyni 
zamanda  digər  aminturşuları  –  histidin,  treonin,  qlutamin  – 
karboksil  qrupunun  donor  oksigen  atomları  ilə  ion  və  kovalent 
rabitə əmələ gətirərək bioloji molekullara çevrilir. 
Orqanizmdə  mis  bütün  orqan  və  toxumalarda  rast  gəlinir. 
Lakin ən  çox qaraciyərdə, qanda, böyrəkdə, beyin hüceyrələrində 
olur.  
Qaraciyərdə  olan  mis  zülalların  sintezində  koferment  rolu 
oynayaraq, bu orqanın fəaliyyətini tənzim edir. Tədqiqatlar göstər-
mişdir ki, orqanizmdə mis çatışmadıqda qaraciyərin hepatiti xəstə-
liyi  baş  verir,  hiss  olunan  anemiya  qeyd  edilir  və  bədxassəli 
şişlərin yaranma ehtimalı yaranır. 
Misin orqanizmdə bioloji aktivliyi aşağıdakı kimidir: 

 
mis  bir  sıra  vitaminlərin,  hormonların  tərkibinə  daxil 
olmaqla onların katalitik aktivliyini artırır; 

 
mis  tənəffüs  aktında  yaxından  iştirak  edərək,  ağciyərdə 
gedən maddələr mübadiləsini tənzim edir; 

 
sümük  və  ximirçəklərdə  birləşdirici  toxumaların  normal 
inkişafını təmin edir

 
damar  divarlarının  elastikliyini  artıraraq  ağciyər  alveol-
larının normal funksiyasını təmin edir; 

 
sinir hüceyrələrinin qlafına daxil olaraq onların keçirici- 

85 
   lik qabiliyyətini artırır; 

 
qlükozanın  oksidləşmə  prosesini  artırır  və  qaraciyərdə 
qlikogenin qlükozaya çevrilməsini tənzimləyir; 

 
orqanizm antioksidant müdafiəsini artırır; 

 
superoksiddismitaza 
fermentinin 
kofermenti 
rolunu 
oynayaraq  oksigenli  radikalların  neytrallaşmasını  təmin 
edir; 

 
infeksiyalar  zamanı  orqanizmin  müdafiə  qabiliyyətini 
artıraraq, antibiotiklərin fəallığını təmin edir; 

 
dəmirin  mənimsənilməsinə  müsbət  təsir  göstərərək  qan 
hüceyrələrinin çoxalmasını təmin edir; 

 
revmatik  artrit zamanı əzələlərin  normal funksiyasını təmin 
edir. 
Tibbdə misin birləşmələrindən geniş tətbiq edilir. CuSO
4
-duzu-
nun  məhlulundan  mikrob  əlehinə  maddə  kimi,  bir  sıra  mis  üzvi 
birləşmələrindən  uşaqlarda  rast  gəlinən  anemiya  zamanı  istifadə 
olunur. 
 
5.3.6
 
Molibden  
 
Molibdenin  insan  orqanizmində  rolu,  1953-cü  ildə  ksanti-
noksidaza  fermentinin  kəşfi  və  onun  bioloji  təsirinin  hərtərəfli 
öyrənilməsindən  sonra  müəyyən  edilmişdir.  Molibden  orqanizmə 
qida  məhsulları ilə daxil  olur  və  elementin  miqdar faizindən  asılı 
olaraq, gündəlik qəbul norması çox dəyişkən olub, 75-200 mikro-
qram həddindədir. Orqanizmə daxil olan molibden birləşmələrinin 
60-70%-i mənimsənilir. Qana daxil olmuş molibden kationu zülal-
larla  molekulyar  komplekslər  əmələ  gətirərək  bütün  orqanlara 
nəql  olunur.  Orqanizmdə  molibden  əsas  etibarı  ilə  qaraciyərdə 
toplanır,  onun  həll  olan  birləşmələri  ifrazat  vastəsilə  orqanizmi 
tərk edir.  
Molibden  heyvanların  daxili  orqanlarında,  paxlalı  bitkilərdə, 
yeraltı  kök  meyvələrində  çox  olur.  Molibdenin  bioloji  aktivliyi 
aşağıdakı kimidir: 

86 

 
molibden  aldehidoksidaza,  sulfitooksidaza  və  ksantinoksi-
daza  fermentlərinin  tərkibinə  daxil  olaraq  bir  çox 
fermentativ reaksiyaları tənzim edir; 

 
sidik turşularının mübadiləsində iştirak edir

 
ammonium  tiomolibdat  duzu,  mis  mikroelementinin 
antoqonisti  olub,  onun  orqanizmdə  mənimsənilməsinə 
maneçilik törədir; 

 
orqanizmdə  molibdenin  normdan  artıq  olması  padaqra 
xəstəliyini törədir; 

 
molibden  çatışmadıqda  bir  sıra  fermentativ  proseslər 
zəifləyir. 
Molibden  birləşmələrindən  tibbdə  (ammonium  tetramolibdat 
duzunun  məhlulundan)  baş  beyin  şişlərinin  müalicəsində  və  
kişilərdə dölsüzlük zamanı istifadə olunur.  
 
5.3.7
 
Xrom 
 
Xrom  mikroelement  kimi  fizioloji  əhəmiyyətə  malikdir.  O, 
orqanizmə  bitkilər  vastəsilə  daxil  olur  və  gündəlik  norması  150 
mq  olaraq  müəyyənləşmişdir.  Xrom  mədə  bağırsaq  yolu  və 
ağciyər  vasitəsilə  sorulur.  Tədqiqatlar  göstərmişdir  ki,  xromun 
insan  orqanizmində  əhəmiyyətli  rolunu  Cr
3+
  kationu  həyata 
keçirir,  Cr
6+
  kationu  isə  güclü  oksidləşdirici  olduğundan  toksiki 
təsirə malikdir.  
Xrom  ən  çox  dərman  bitkilərində,  balıqlarda,  xərçəngdə, 
qaraciyərdə,  yumurtada,  pivədə  və  qara  istiotda  olur.  Normal 
insan  orqanizmində  (75-85  kq)  6  mq  xrom  vardır.  Xromun  əsas 
bioloji  effektlərindən  biri  tolerant  faktorluğuna  təsiridir.  Belə  ki, 
xrom  çatışmadıqda  qlükozanın  mübadiləsi  pozulur  və  şəkər 
diabeti  zamanı  hiperqlikomiya  müşahidə  olunur.  Göz  billurunda 
udulma tezliyinin azalması, həmçinin, lipogenez zamanı qlükoza-
nın  mübadiləsi  pozularaq  onun  qlükogendən  sintezi  zəifləyir. 
İnsulin hormonuna xrom birləşmələri əlavə edildikdə bu simptom-
lar aradan qaxır.  

87 
Canlı orqanizmlərdə xrom çatışmadıqda aminturşuların- qlisin, 
serin,  metionin,  β-aminizoyağturşusu  -ürək  əzələsinin  toxumaları 
ilə birləşməsi ləngiyir.  
Hamiləlik  dövründə  ana  orqanlarında  və  toxumalarda  xromun 
azalması,  onun  rüşeymin  inkişafında  rolu  ilə  əlaqədardır. 
İdmançıların fiziki gərginlik zamanı sidiklərində xromun miqdarı 
çox  olur  ki,  bu  da  enerji  ayrılması  zamanı  xrom  kationunun  bir 
başa istifadəsi ilə bağlıdır. Orqan və toxumalarda xromun miqdarı, 
qanda  olandan  bir  neçə  dəfə  çox  olur.  Xrom  ən  çox  qaraciyərdə, 
böyrəklərdə,  qalxanabəzər  vəzdə  və  ağciyərdə  rast  gəlinir.  Xrom 
həyat  əhəmiyyətli  mikroelement  olub,  aşağıdakı  bioloji  aktivliyə 
malikdir:  

 
yağlarin  sintezi  və  sulukarbonların  mübadiləsini  nizamla-
yaraq, sulukarbonların yağlara çevrilməsini təmin edir; 

 
qanda qlükozanın normasını nizamlayır; 

 
insulinlə  birlikdə  şəkərin  qanda  miqdarını  təmin  edərək 
insulinin aktivliyinə müsbət təsir göstərir; 

 
nuklein  turşularının  strukturunun  dağılmasının  qarşısını 
alır; 

 
ürək əzələlərinin işini nizamlayaraq, qan-damar sisteminin 
normal fəaliyyətini təmin edir; 

 
radioaktiv  izotopların  və  toksiki  ağır  elementlərin  orqani-
zmdən çıxarılmasında iştirak edir; 
Xromun  bir  sıra  kompleks  birləşmələri-  pikolin  və  asparagin 
duzları  qida  məhsullarına  bioloji  aktiv  əlavələr  kimi  istifadə 
olunur. 
 
5.3.8
 
Nikel 
 
Nikelin  mikroelement  kimi  rolu  son  zamanlar  müəyyən 
olunmuşdur.  Hazırda  nikelin  dəmirin  kofermenti  olması  təsdiq 
edilmişdir.  Dəmirin  orqanizmə  daxil  olma  miqdarı  çoxaldıqca, 
nikelə təlabat da artır. Digər tərəfdən, qan yaradan  elementlərdən 
biri olan misin bioloji aktivliyi nikelin miqdarından çox asılı olur.  

88 
Nikelin  birləşmələri  orqanizmə  qida  vastəsilə  daxil  olur.  Çay, 
kakao,  qarabaşaq,  kök  və  digər  tərəvəzlər  nikellə  zəngindir. 
Orqanizmə  daxil  olan  nikelin  az  bir  hissəsi-  10%-ə  qədəri 
mənimsənilir.  Orqanizmin  toxumalarında  nikel  bərabər  miqdarda 
paylanmışdır, lakin ağciyərdə  bir qədər artılqlıq təşkil edir.  
Nikelin  orqanizmə  gündəlik  qəbul  norması  100-200  mikro-
qram olub, 50 mikroqramdan az olduqda defisit yaranır. 
Tədqiqatlar  göstərmişdir  ki,  mədəaltı  vəzin  hormonları  nikellə 
daha  zəngindir.  İnsulinin  ardınca  orqanizmə  daxil  edilən  nikel 
tərkibli preparatlar hipoqlikomik aktivliyi artırır.  
Nikelin bioloji aktivliyi aşağıdakı kimi xarakterizə olunur: 

 
fermentativ  proseslərə  təsir  göstərərək  askarbin  turşusu-
nun oksidləşməsini sürətləndirir; 

 
adrenalinin  miqdarını  tənzim  edərək,  qan  təzyiqinin 
azalmasına şərait yaradır; 

 
hipofiz  vəzinin  hormon  ifrazını  artıraraq,  kartikostero-
idlərin  orqanizmdən  sidik  vasitəsilə  kənar  olmasını  təmin 
edir; 

 
nikelin  orqanizmdə  artıqlığı  dərinin  piqmentsizləşməsinə 
gətirib çıxarır; 

 
nikelin  sintetik  birləşmələrinin  kanserogen  xassəli  olması 
aşkar edilmişdir. 
Nikel tərkibli tibbi preparatlar demək olar ki, istifadə olunmur.   
 
5.4 Qeyri-metalların bioloji aktivliyi 
 
Orqanizmdə  olan  60-dan  çox  kimyəvi  elementlərin  bir  qrupu 
orqanogen  adlanır  ki,  onlar  orqanizmin  formalaşmasında  və 
inkişafında  əsas  rol  oynayırlar.  Bunlar  oksigen,  azot  və  karbon 
olub, orqanizmdə miqdar faizinə görə ilk yerləri tuturlar. Ayrılıq-
da onların bioloji aktivliyini qeyd etmək vacibdir.  
 
 
 

89 
5.4.1
 
Oksigen  
 
Oksigenin yaşlı orqanizmdə miqdarı 62%-dir. Orqanizmin 55-
65%-ni  təşkil  edən  suyun  88,89%  oksigenin  payına  düşür. 
Oksigen  zülalların,  karbohidratların,  yağların,  aminturşuların, 
fermentlərin,  hormonların,  sümük  və  əzələ  toxumalarının  tərkib 
hissəsidir.  Bütün  qida  məhsulları  ilə  yanaşı  oksigen  ağciyər 
vasitəsilə orqanizmə müntəzəm daxil olur.  
Hava  vasitəsilə  daxil  olan  oksigen  əsasən,  qida  maddələrinin 
metabolizmi zamanı gedən oksidləşmə prosesinə sərf edilir. İnsan 
tənəffüz zamanı havanın tərkibində olan 21%  oksigenin 4-5%-ni 
mənimsəyə  bilir.  Ağciyərdə  oksigen  alveollarda  hemoqlobinin 
tərkibində olan dəmirlə və qanda olan digər kationlarla birləşərək 
toxumalara  nəql  edilir  və  orada  gedən  maddələr  mübadiləsində 
iştirak edir. 
İnsan  bir  neçə  gün  susuz,  bir  neçə  ay  ac  qala  bilir,  lakin  bir 
neçə dəqiqə oksigensiz qala bilməz. Hazırda havasız yaşama müd-
dəti  8,3  dəqiqə  olaraq  müəyyənləşmiş  və  rekord  göstərici  sayılır. 
Bu zaman metobolizmi prosesi demək olar ki, dayanır və oksigen 
aclığı baş verməməsi üçün orqanizm oksigeni toxumalardan alır. 
Oksigen  həyat  elementi  olub,  ondan  və  allotropik  şəkildə-
yişməsi olan Ozondan (O
3
) tibbdə geniş istifadə olunur: 

 
tənəffüz  orqanlarının  fəaliyyəti  zəiflədikdə  oksigen 
inqalyasiyasından istifadə olunur

 
tənəffüz alma aktı zəifləyən andan, oksigen  yüksək təzyiq 
altında  (hiperbarik  oksigenasiya)  istifadə  edilərək 
orqanizmdə ―oksigen aclığının‖ qarşısı alınır; 

 
tropik  yaralarda,  qanqrenada  oksigen  maye  halında  dəri 
altına yeridilir; 

 
ozon terapiyası vasitəsilə, hazırda daha çox rast gəlinən və 
cavan  analarda  müşahidə  edilən  toksikoz  zamanı  zərərli 
mikrobların və bakteriyaların qanda inkişafını dayandırılır; 

 
oksigenin  nişanlanmış  izotopu- 
15
O  vasitəsilə  tac  arteri-
yasının qanla təchizatı öyrənilir. 

90 
5.4.2
 
Karbon 
 
Orqanizmə  karbon  qida  məhsulları  ilə  daxil  olur.  Daxiı  olma 
norması  gün  ərzində  300-350  q  müəyyən  edilmlş  və  orqanizmdə 
onun bədən çəkisi miqdarının 21% ni təşkil edir. Karbon elektron 
quruluşuna  görə  hidrogenlə,  azotla  və  oksigenlə  davamlı  rabitə 
əmələ  gətirərək,  polimer  zəncir  yaratmaq  qabiliyyətinə  malikdir. 
Karbon  bütün  qida  maddələrinin  tərkibinə  daxil  olaraq,  üzvi 
maddələr  adı  ilə  orqanizmdə  gedən  bütün  metobolik  proseslərdə 
iştirak  edir.  Orqanizmdə  bütün  üzvi  maddələr  fermentlərin  və 
katalitik  oksidləşdiricilərin  təsiri  ilə  karbon  qazına  və  suya 
çevrilərək  orqanizmi  tərk  edir.  Bu  zaman  orqanizmin  həyat  fəa-
liyyətini təmin edən lazımi enerji ayrılır.  
Karbon  sərbəst  halda  toksiki  xassəyə  malik  deyildir.  Odur  ki, 
aktivləşdirilmiş  kömürdən  qida  zəhərlənmələri  (adsorbsiya  edici 
maddə  kimi)  və  mədədə  turşuluğun  miqdarı  çox  olduqda  istifadə 
olunur.  
 
5.4.3
 
Azot 
 
Azot canlı orqanizmin vacib elementlərindən olub, orqanizmin 
tikinti materialı olan azotlu üzvi birləşmələrin molekullarına daxil 
olur. 
Yaşlı  orqanizmin  bədən  çəkisinin  3%-i  azotun  payına  düşür. 
Azot  əsasən  qida  vasitəsilə  orqanizmə  daxil  olur.  Azotlu  qida 
maddələri mədə və bağırsaqlarda fermentativ olaraq parçalanır və 
əmələ  gəlmiş  aminturşulardan  və  kiçik  molekullu  peptidlərdən 
orqanizm  özünə  lazım  olan  maddələri  sintez  edir.  NH
2
-  qrupu 
şəklində  bioloji  molekulların  tərkibində  olan  azot,  maddələr 
mübadiləsi  nəticəsində  ammonyaka  və  sidik  cövhərinə  qədər 
reduksiya olunur.  
Orqanizmin  quru  çəkisinin  44%-i  zülal  olduğundan,  azotun 
fizioloji rolu aydın olur. Azotun orqanizmə gündəlik qəbul norma-
sı 7-17 q həddində olur.  

91 
Zülalların  tərkib  dəyişmələri,  aminturşuların  metobolizminin 
düzgün  gütmədiyi  hallarda  orqanizmdə  bir  sıra  dəyişikliklər  baş 
verir. Bunlardan biri azot balansının pozulmasıdır.  
Azotlu  üzvi  maddələrin  metobolizmi  nəticəsində  alınan  azot 
monooksidin-  NO  fizioloji  rolu  yaxşı  öyrənilmişdir.  O,  orqaniz-
min  hemodinamikasını  tənzimləyərək  əzələ  tonusunun  aşağı 
salınmasında  iştirak  edir  və  arterial  təzyiqi  normallaşdırır.  NO 
hüceyrədaxili  parazitlərin  foqositoz  yolu  ilə  zərəsizləşdirilməsini 
təmin edir. O, bir sıra xəstəliklər- bronxial asma, xroniki qlomeru-
lonefrit, vərəm, yayılmış skleroz, bir sıra hətta spid zamanı media-
tor rolu oynayaraq orqanizmin müdafiyə qabiliyyətini artırır. 
NO-  orqanizmdə  mikroelementlər  daxil  olan  bir  sıra  zərərli 
mikroorqanizmlərin inkişafı və çoxalmasının qarşısını alaraq ingi-
bitor rolu oynayır.  
Azotun  digər  oksidləri  NO
2
,  N
2
O
5
,  N
2
O

toksiki  olub,  qəbul 
edildikdə orqanizmdə kəskin nasazlıqlar baş verir, havada NH
3
-ün 
miqdarı 0,2% olduqda zəhərlənmə ilə nəticələnir.  
 
5.5
 
Orqanizmin digər vacib elementləri 
 
Bu  elementlərin  bioloji  rolu  son  zamanlar  öyrənilmiş  və 
məlum  olmuşdur  ki,  onların  az  miqdarı  belə  həyatı  prosesləri 
tənzim edir.  
Selen. Hələ XX əsrin ortalarında selen orqanizim üçün toksiki 
element  sayılırdı  və  onun  kanserogen  (xərçəng  əmələ  gətirən) 
olması  haqqında  məlumatlar  yayılmışdır.  1960-cı  illərdə  elmi 
yolla  müəyyən  oldu  ki,  torpaqda  selen  çatışmadığına  görə 
endemik  (yerli  xarakterli)  xəstəliklərdən  olan  kardiomiapatiya 
(Keşan  xəstəliyi)  baş  verir.  Artıq,  70-ci  illərdə,  selenin  antioksi-
dant  sistemlər  üçün  vacib  olan  qlütationperoksidoza  fermentinin 
kofermenti olması təsdiq edildi.  
Bu  ferment  hüceyrə  membranında  gedən  və  onun  quruluşuna 
dağıdıcı təsir göstərən lipid oksidləşməsinin qarşısını alır. Ən çox 
ürək-damar  sisteminin  fəaliyyətinə  mənfi  təsir  edən,  ürəyi 

92 
qidalandıran damarda gizli aterosklerozun yaranması qanda selen 
defsiti ilə əlaqədardır. Bundan başqa, müəyyən olmuşdur ki, selen 
qalxanabənzər  vəzin  hormonu  -  yodperoksidozanın  kofermenti 
olub,  onun  çatışmazlığı  yod  mübadiləsini  pozur  və  orqanizmə 
yodun  daxil  olmasına  baxmayaraq  onun  effektivliyi  olmur.  Son 
zamanlar  müasir  elmi  nəticələrin  araşdırılması  sübüt  etmişdir  ki, 
qədim Çin təbabətinin uzun ömürlülük prinsiplərindən biri orqani-
zmdə selenin miqdarını tənzim olunması təşkil edir.  
Məlum  olmuşdur  ki,  Qədim  Çin  sarayında  imperator  süla-
ləsinin  sağlam və uzun ömür sürməsi onların  mətbəxində istifadə 
olunan  yaşıl  çayın  məhz  dağlıq  ərazidə  çay  becərilən  torpaqda 
selenin normadan artıq olması əsas amillərdən biri olmuşdur.  
Selenin  bioloji  aktivliklərindən  biri  də  onun  E  vutamini  ilə 
birlikdə  oksidləşmə  prosesini  sürətləndirməsidir.  Bu  iki  antioksi-
dant,  hətta  xərçəng  hüceyrələrinin  çoxalmasını  dayandırır  və 
onların  hüceyrə  membranında  peroksid  qruplaşmalara  dağıdıcı 
təsir göstərir.  
Maraqlıdır  ki,  bitki  toxumalarında  E  vitamini  ilə  yanaşı  selen 
birləşmələrinə də rast gəlinir.  
Selenin  orqanizmə  daxil  olma  norması  gün  ərzində  20-100 
mikroqram olaraq hesablanmışdır.  
Selenin  qida  vasitəsilə  orqanizmə  daxil  olması,  qidanın 
xarakterindən  və  onun  tərkibində  olan  aktiv  elementin  miqdarın-
dan çox asılıdır.   
Zeytun  yağı,  dəniz  yosunları,  pivə  mayaları  paxlalı  bitkilərin 
toxumları, sarımsaq, ağ göbələk, dəniz və okean balıqları selenlə 
daha çox zəngindir. 
Qida  ilə  qəbul  edilmiş  selen  birləşmələri  nazik  bağırsağın 
xovlarında  sorulur  və  burada  metionin  və  sisteinlə  birləşərək 
toxumalara  nəql  edilir.  Selen  əsasən  böyrəklərdə,  qaraciyərdə, 
sümük iliyində, ürək əzələlərində, mədəaltı vəzdə, ağciyərdə, dəri 
və tüklərdə toplanır. 

93 
Normal  qidalanma  zamanı  gün  ərzində  ən  azı  30  mikroqram 
selen  qəbul  edilməlidir.  Selenin  bioloji  aktivliyi  aşağıdakı  kimi 
xarakterizə olunur: 

 
əsas  antioksidant  birləşmələrin-  sitoxrom  C,  qlütation-
peroksidaza, qlisinreduktoza- molekullarının yaradılmasında 
iştirak edir və onların normal metabolizmini  tənzimləyir; 

 
biokimyəvi  adaptasiyanın  birinci  fazasını-  yad  maddələrin 
oksidləşərək  oksi  və  peroksidlərə  çevrilməsi  və  ikinci 
fazasını- aktiv metobolitlərlə birləşərək onların orqanizmdən 
çıxarılması- tənzim edir; 

 
toksinlərin  orqanizmdə  dağılmasından  əmələ  gələn  zəhərli 
qruplaşmaları  zərərsizləşdirən  qlütationun  peroksidaza 
fermentinin  əsas  komponentlərindən  biri  olub,  onun 
effektivliyini artırır; 

 
selen  kükürdün  anoloqu  olduğundan  və  daha  aktiv  donor 
xassəsinə  malik  olduğundan,  orqanizmə  düşən  ağır 
metallarla-  qurğuşun,  civə,  kadmium,  tallium  kompleks 
birləşmələr  əmələ  gətirərək  onları  zərərsizləşdirir  və 
antioksidant rolu oynayır; 

 
orqanizmin  immunitet  qabiliyyətini  gücləndirərək  uzun 
ömürlülüyü təmin edir; 

 
bir sıra potoloji proseslərdə- müxtəlif mənşəli kardiopatiya, 
hepatit,  pankreatit,  dəri  və  boğaz  xəstəliklərində  müalicə 
effekti göstərir; 
Bədxassəli  şişlərin  müalicəsində  selen  birləşmələri  effektiv 
təsir göstərir. 
Yod. Yod tiroksin hormonunun əmələ gəlməsində iştirak edən 
ən  vacib  elementlərdən  biridir.  Müəyyən  edilmişdir  ki,  normal 
orqanizm  üçün  gün  ərzində  100-150  mikroqram  yod  qəbul  edil-
məlidir.  Bu  rəqəm  10  mikroqramdan  aşağı  olduqda  orqanizmdə 
yod çatışmazlığı müşahidə edilir. Yodun toksiki həddi gün ərzində 
5 mq-dır.  
İnsan  orqanizmi  üçün  əsas  yodlu  mənbə  dəniz  məhsulları, 
yodlaşdırımış  qida  məhsulları  və  duzdur.  Bundan  başqa  yod  az 

94 
miqdarda  meyvə  və  tərəvəzdə  olur  və  onun  miqdarı  becərilən 
torpaqların  yod  tərkibindən  asılıdır.  Yod  həmçinin  bulaq  və  çay 
sularında da olur. Böyük Qafqaz dağlarının sularında yod olmadı-
ğından,  həmin  ərazidə  yaşayan  insanlarda  endemik  xəstəliklər 
yaranır; dişlər tez tökülür, qalxanabənzər vəzin  xəstəlikləri əmələ 
gəlir.  
Yod  əsasən  mədə-bağırsaq  aparatının  yuxarl  hissəsində 
mənimsənilir. İnsan orqanizmində qida məhsulları vasitəsilə düşən 
yod miqdarından asılı olmayaraq, toksiki təsir göstərmir.  
Normal orqanizmdə (75-85 kq) 15-25 mq yod olur ki, bunun da 
çox  hissəsi  qalxanabənzər  vəzdə  olur.  Yod  həmçinin  mədənin 
selikli qişasında, tüklərdə (4 mq/q), ağız suyunda, süd vəzlərində, 
qaraciyərdə,  böyrəkdə  və  limfa  düyünlərində  də  toplanır.Yod 
birləşmələri əsasən orqanizmdən sidik vastəsilə kənarlaşır. 
Yodun yüksək fiziolojhi aktivliyi aşağıdakı kimidir: 

 
biokimyəvi reaksiyaların sürətini tənzimləyir

 
bədən  temperaturunu  tənzimləyərək  enerji  mübadiləsinin 
normalaşdırılmasında iştirak edir; 

 
zülalların və yağların mübadiləsində iştirak edir; 

 
bir  çox  vitaminlərin  kofermenti  olaraq  onların  təsir 
mexanizmini gücləndirir; 

 
toxumaların  differensial  xassəsini,  həmçinin  orqanizmin 
sinir-psixoloji fəaliyyətini tənzimləyir; 

 
toxumaların oksigenlə zənginləşdirilməsində iştirak edir; 

 
qalxanabənzər  vəzin  treodid  və  tireotrop  hormonlarının 
tərkibinə  daxil  olaraq,  orqanizmin  inkişaf  mərhələlərinin 
normal getməsini təmin edir. 
Yod  birləşmələrindən  diaqnostikada  kontrast  maddəsi  kimi 
istifadə  olunur.  Yod  birləşmələrindən  həmçinin,  qalxanabənzər 
vəzin xəstəlikləri zamanı istifadə olunur.  
Flüor. Flüor əsasən orqanizmə qida məhsulları ilə daxil olunur. 
Bir  sıra  ölkələrdə  flüorun  qəbul  normaları  müxtəlif  cür  qəbul 
edilmişdir. Flüorun əhəmiyyəti və zəhərli dozaları arasındakı fərq 
o  qədər  kiçikdir  ki,  bəzi  mütəxəssislər  suyun  flüorlaşmasının 

95 
əlehinə  çıxış  etmişdir.  Yaşlı  insanlar  üçün  yodun  gündəlik  qəbul 
norması  0,2-3,1  mq,  1-3  yaşlarda  isə  0,5  mq  müəyyənləşdiril-
mişdir.  Ərzaq  məhsullarında-  düyü,  mal  əti,  yumurta,süd,  soğan, 
alma flüor birləşmələri vardır. Xüsusən çay (100 mkq/q) və dəniz 
balıqları (5-10 mkq/q) flüorla daha çox zəngindir.  
Orqanizmə daxil olan flüor kalsium, maqnezium, mis və dəmir 
kationları ilə suda çox çətin həll olan duzlar əmələ gətirir. Odur ki, 
flüorun  normdan  artıq  qəbul  edilməsi  bu  kationları  katalitik 
proseslərdən ayırır və maddələr mübadiləsinə mənfi təsir göstərir. 
Çatışmadıqda  isə  orqanizm  lazım  olan  flüoru  dişlərin  emal 
təbəqəsindən alır ki, bu da kariesin güclənməsinə səbəb olur.  
Dişlərin kariesdən qorunması məqsədi ilə diş pastalarına flüor 
birləşmələri (1q/kq) əlavə olunur.  
Flüorun  orqanizmdə  normdan  artıq  miqdarda  toplanması  bir 
sıra patoloji hallara səbəb olur: 

 
lipidlərin, zülalların və sulukarbonların mübadiləsi pozulur; 

 
mineral  duzların,  vitaminlərin,  fermentlərin  bioloji  fəallı-
ğına mənfi təsir göstərir; 

 
sümüklərdə toplanaraq onun rəngini dəyişdirir; 

 
oynaqlarda  osteroxandroz  yaradaraq  hərəkəti  məhdudlaş-
dırır, dişlərin normal quruluşunu pozur
Tibbdə  flüor  tərkibli  dərman  preparatları  hipoftoroz  xəstə-
liyinin  müalicəsində  və  narkoz  yaradan  maddə  kimi  tətbiq  edilir. 
Flüorlaşdırılmış  sudan  ərzaq  məhsullarının  istehsalında  tətbiq 
edilərək, onların flüor tərkibini 2-3 qat artırır.    
 
Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin