Азярбайъан республикасы кянд тясяррцфаты назирлийи азярбайъан дювлят аграр университети



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə7/22
tarix29.12.2016
ölçüsü2,16 Mb.
#3872
1   2   3   4   5   6   7   8   9   10   ...   22

 
5.2.2. Maqnezium 
 
Maqneziumun  fizioloji  rolu  yaxşı  öyrənilmişdir.  Element 
orqanizmə  birləşmələr  şəklində  ərzaq  məhsulları  (əsasən  xörək 
duzunun  tərkibində  MgCI
2
  duzu  kimi)  və  su  vastəsilə  daxil  olur. 
Maqneziumun  gündəlik  qəbul  norması  200-400  mq  olub  onun 
çatışmaması  zamanı  bir  sıra  xəstəliklər  baş  verir.  Yaşıl  bitkilər 
maqneziumla daha zəngindir. Xlorofilin tərkibinə daxil olan maq-
nezium, fotosintez prosesini həyata keçirən katalitik təsirə malik-
dir. Birləşmələr şəklində qəbul edilən maqnezium, mədə və bağır-
saqlarda  dissioasiya  edərək  bağırsaq  xovlarından  qana  və  limfa  
mayesinə  keçir.  İnsan  qanında  2,3-4  mq%  maqnezium  vardır. 
Yaşlı insanın orqanizmində 140q-a yaxın (bədən çəkisinin 0,2 %-
ni) maqnezium vardır ki, onun ⅔-si sümüklərdə toplanır.  
Maqnezium 
nüvədaxili 
elementlərdən 
olub, 
maddələr 
mübadiləsində  yaxından  iştirak  edərək,  digər  elementlərin-  kali-
um,  natrium,  kalsium-  aktivliyini  artırır  və  bir  sıra  fermentativ 
reaksiyaların getməsi üçün katalitik təsir göstərir.  
Maqneziumun həmçinin, orqanizmdə normal səviyyəsi çox va-
cib  olub,  həyati  proseslərin  getməsi  üçün  energetik  mənbə  hesab 
edilir.  O,  epiteli  toxumasının  tonusunun  nizamlanmasında,  əzələ-
sinir keçiriciliyinin tənzim olunmasında yaxından iştirak edir.  
Maqnezium  komponentlərdən  zülalların  sintezini,  ATF-nin  
(adenozin  trifosfat)  yaranmasını  tənzim  edir,  sinir  hüceyrələrinin  

73 
həyəcanlanmasının qarşısını alır.  
Maqnezium  antistress  elementi  olub,  orqanizmdə  müsbət 
emosiyanın və psixoloji əhval-ruhiyənin yaxşılaşdırılmasında fəal-
lıq göstərir.  
Maqnezium  bədənin  immun  sistemini  gücləndirir,  antiaretmik 
təsir  göstərir  və  gərgin  fiziki  işdən  sonra  orqanizmdə  enerjini 
bərpa edir.  
Maqneziumun  orqanizmdə  bioloji  rolu  aşağıdakılardan  iba-
rətdir: 

 
zülalların və nuklein turşularının sintezində iştirak edir

 
zülalların, yağların və sulukarbonların mübadiləsində iştirak 
edir; 

 
orqanizmdə  enerjinin  toplanmasında  və  xərclənməsində 
iştirak edir; 

 
hüceyrələrdə mitoxondrinin fəaliyyətini tənzim edir; 

 
əzələlərdə  sinir  keçiriciliyinin  neyrokimyəvi  tənzim  olun-
masında  iştirak  edir,  neyronların  həyəcanlanmasının  qarşı-
sını alaraq, orqanizmdə sakitlik yaradır; 

 
bir  sıra  fermentativ  reaksiyalarda  iştirak  edərək  katalitik 
təsir göstərir; 

 
kalsiumun  fizioloji  antoqonisti  olub,  onun  simpatik  sinir 
hüceyrələrində keçriciliyini azaldır; 

 
hüceyrədaxili kaliumun miqdarını tənzim edir; 

 
sinir hüceyrələrində asetilxolinin miqdarını azaldır; 

 
bağırsaqlarda  keçriciliyi  artıraraq,  mədə-bağırsaq  sistemi-
nin işini normallaşdırır; 

 
bağırsaqlarda  osmos  təzyiqini  artıraraq  qida  mühitinin 
keçiriciliyini nizama salır. 
Maqnezium  birləşmələrindən  tibbdə  geniş  istifadə  olunur. 
Maqnezium  sulfat  duzu  (işlətmə  dərmanı  və  ya  İngilis  duzu- 
MgSO
4
) öd qovucusu dərmanı kimi tətbiq edilir. O, həmçinin epi-
lepsiya və güclü sinir oyanmaları zamanı müsbət təsirə malikdir.  

74 
Maqnezium  elementi  olan  dərman  preparatları  bronxial  asma, 
qan təzyiqi zamanı, və ürək-damar xəstəlikləri zamanı geniş tətbiq 
edilir.  
 
5.2.3 Natrium  
 
Natrium  orqanizmdə  hər  gün  12-15  q  NaCI  şəklində  (4-6  q 
təmiz  Na
+
)  daxil  olur.  Əksər  yeyinti  məhsullarında-  kolbasa, 
donuz  salası,  duzlu  balıq,  ikra,  pendir,  tərəvəz  turşuları  və  s.  – 
natrium xlorid bu və ya başqa miqdarda olur. Natrium birləşmələri 
suda yaxşı həll olduğundan, onun orqanizmdə sorulması maneəsiz 
gedir.  Natrium  kationu  hətta  dəridən  və  ağciyər  epitelisindən 
asanlıqla keçə bilir. O, hüceyrə daxili və hüceyrə arası mayelərdə 
akvakation  halında  Na  (H
2
O)
6
+
  fəaliyyət  göstərərək,  osmos 
təzyiqini  nizamlayır,  orqanizmdə  su  mübadiləsini  tənzim  edir. 
Natrium  orqanizmin  bütün  toxumalarında  vardır,  onun  40%-i 
sümüklərdə  yerləşir.  Yaşlı  orqanizmdə  (70-85  kq  çəki  nəzərdə 
tutulur)  bədən  çəkisinin  0,08%  natriumun  payına  düşür  ki,  bu  da 
4-7 qram təşkil edir.  
Natrium orqanizmdən, suda həll olan duzlar şəklində 95% sidik 
vastəsi  ilə,  5%  isə  tər  vastəsilə  kənarlaşır.  Orqanizmdə  natrium 
çatışmadıqda  susuzluq,  ağız  boşluğunda  quruma  və  dərinin 
şişməsi halları müşahidə olunur. Natriumun  orqanizmdə mübadi-
ləsi qalxanabənzər vəz vastəsilə tənzim edilir.  
Natrium  zülal  mübadiləsində  yaxından  iştirak  edir.  Qalxa-
nabənzər  vəzin  fəaliyyəti  pozulduqda,  orqanizmdə  natriumun 
toxumalarda  miqdarı  çoxalır  və  zülal  mübadiləsi  pozulduğundan 
sidikdə  zülalın  miqdarı  çoxalır  və  ya  vəzin  hiperfunksiyası  baş 
verdikdə  onun  orqanizmdən  çıxması  sürətlənir.  Bunu  aldosteron 
hormonu tənzimləyir. 
Orqanizmdə natriumun bioloji rolu aşağıdakılardan ibarətdir: 

 
orqanizmdə  osmos  təzyiqini  və  məhlulun  pH  mühitini 
tənzimləyir; 

75 

 
orqanizmdə  kalium-natrium  balansı  yaradaraq  onun 
potensialını nizamlayır; 

 
karbon qazının ağciyərlərdə ayrılmasında iştirak edir; 

 
zülalların hidratlaşmasını və mübadiləsini asanlaşdırır; 

 
yağların  hidrolizi  zamanı  əmələ  gələn  üzvi  karbon 
turşularının toxumalarda hərəkətini tənzimləyir. 
Tibbidə  natrium  xlorid  duzunun  məhlullarından  geniş  istifadə 
olunur:   

 
0,9%-li məhluldan izotonik məhlul adı ilə ürək fəaliyyətini 
tənzimləyən maddə kimi istifadə olunur; 

 
0,9%-li  məhluldan  göz  xəstəlikləri  zamanı  gözlərin 
yuyulmasında  və  burun  deşiklərində  baş  verən  iltihabı 
proseslərdə istifadə olunur; 

 
10%-li məhlulu, hipetonik maddə adı ilə daxili qanaxmalar 
zamanı vena damarlarına yeridilir; 

 
Angina zamanı qarqara kimi istifadə olunur; 

 
2-5%-li  məhluldan  zəhərlənmələr  zamanı  mədə  və 
bağırsaqların yuyulmasında istifadə olunur. 
 
5.2.4 Kalium 
 
Kalum  birləşmələri  orqanizmə  qida  vastəsilə  daxil  olur.  Süd 
məhsulları  kaliumla  çox  zəngindir.  Ət,  kakao,  pomidor,  paxlalı 
bitkilər, kartof, ərik, kişmiş, qara gavalı, banan, yemiş və qara çay 
kimi  qida  məhsullarında  kalium  birləşmələri  çoxdur.  Hesabla-
malar  göstərmişdir  ki,  yaşlı  adam  gündə  2200-3000  mq  kalium 
qəbul edir. Yaşayış zonalarından asılı olaraq kalium qəbulu 1800-
5600 mq olur. 
Yaşlı  insanın  orqanizmində  160-180q  kalium  olur.  Bioloji 
mənimsənilməsi  90-95%-ə  çatır.  Kalium  duzları  suda  yaxşı  həll 
olduğundan  tər  və  sidik  vastəsilə  asanlıqla  orqanizmdən  çıxır. 
Kalium  hüceyrədaxili  element  olub,  onun  miqdarı  hüceyrədən 
kənar  oblasda  daha  azalır.  Hüceyrələrdə  kalium-natrium  nisbəti 
müəyyən  olunmuş  hədd  daxilində  tənzim  olunur.  Sidik  qovucu 

76 
dərmanlar  içdikdə  və  ishal  zamanı  orqanizm  kalium  itkisinə 
məruz  qalır  ki,  bu  da  ürək  və  qaraciyər  fəaliyyətinə  mənfi  təsir 
göstərir.  Orqanizmə  kalium  əsasən  KCI  şəklində  daxil  olur.  KCI 
hidrolizə uğramadığından və o güclü elektrolit olduğundan K
+
, CI
-
 
ionları  çox  hərəkətli  olduğundan  beyin  hüceyrələrində,  eləcə  də 
əzələ toxumalarında sinir impulslarının keçiriciliyini tənzim edir. 
Kalium  həmçinin,  əsas  fermentlərdən  olan  K
+
-ATF-aza, 
asetilkinaza, piruvatfosfokinaza və s.-nin aktivliyini tənzim edir.  
Kalium  epiteli  toxumasının  tonusunu qaldıraraq, bağırsaqlarda 
gedən  mübadilə  prosesini  tənzimləyir  və  ona  görə  də  işlətmə 
dərmanı kimi təsir göstərir. 
Kalium  ürək  fəaliyyətini  tənzimləyərək,  əzələlərin  ritmini 
sabitləşdirir və ürək əzələlərində fəaliyyət göstərən sinir hüceyrə-
lərinə  sakitləşdirici  təsir  göstərir.  Aşağıda  kaliumun  orqanizmdə 
əsas bioloji rolu göstərilmişdir: 

 
Hüceyrədaxili  və  hüceyrəarası  mayelərin  sabit  tərkibdə 
olmasını tənzimləyir; 

 
Orqanizmdə turşu-əsas tarazlığını tənzimləyir; 

 
Hüceyrələrarası təsir mexanizmini tənzimləyir; 

 
Hüceyrələrin bioaktivliyini təmin edir

 
Toxuma  və  orqanlarda  sinir-əzələ  qıcıqlanmalarını  və 
keçiriciliyini sabitləşdirir; 

 
Ürək fəaliyyətinin sinir tənzimini qaydaya salır; 

 
Orqanizmdə  osmos  təzyiqini  nizamlayaraq,  duz-su  balan-
sını tənzim edir; 

 
Zülal və sulukarbonların mübadiləsinə katalitik təsir göstə-
rir; 

 
Qan  təzyiqini  nizamlayaraq  qan  damar  sistemində  damar 
mənfəzinin  daralma  və  genişlənmə  funksiyasını  tənzim 
edir; 

 
Böyrəklərin  maye  mübadiləsind,  kənar  maddələrin  orqa-
nizmdən kənar edilməsində nizamlayıcı rol oynayır.  
Tibbidə  kalium  nitrat-  KNO
3
  natrium  asetat-  CH
3
COONa 
duzları  işlətmə  və  sidik  qovucu  preparatları  kimi  tətbiq  olunur. 

77 
Orqanizmdə yod və brom çatışmazlığı zamanı kalium yod- KJ və 
kalium  bromid-  KBr-dən  istifadə  olunur.  Kalium  permanqanat 
duzunun- KMnO
4
 məhlulundan qida zəhərlənmələri zamanı istifa-
də  olunur.  Kalium  kationunun  toksiki  miqdarı  6  q,  ölüm  dozası     
14 q təşkil edir.  
 
5.2.5. Fosfor 
 
Fosfor  bütün  toxumalarda  vardır.  Ən  çox  beyin  və  əzələlərdə 
toplanır. Fosfor orqanizmin həyat fəaliyyətinin əsas elementlərin-
dən biri olub,  maddələr mübadiləsində iştirak  edir, nuklein turşu-
larının  tərkibinə  daxil  olaraq  ATF-nin  əmələ  gəlməsində  iştirak 
edir.  
Toxumalarda  fosfor  qeyri-üzvi  və  üzvi  birləşmələr  şəklində 
toplanır.  Sümüyün  əsas  tərkibi  kalsium  fosfatdır-  Ca
3
(PO
4
)
2

Fosforun  qeyri-üzvi  birləşmələri  dişlərin  emalını  təşkil  edir.  Fos-
forlu  üzvi  birləşmələr  fosfolipidlərin  tərkibində  olub,  quruluş 
funksiyasını həyata keçirir.  
 Ortafosfat turşusu bir sıra fermentlərin və nuklein turşularının 
yaranmasında  iştirak  edərək,  anion  halında  PO
4
3-
  molekullarla 
birləşir.  
 Qanın  tərkibində  fosfor  üzvi  birləşmələr  şəklində  geniş  hədd 
daxilində  dəyişir.  Orqanizmdə  fosforun  miqdarı  stabil  olmayıb, 
xəstəliklərlə  əlaqədar  olaraq  dəyişir.  Süd  məhsulları  çox  istifadə 
edildikdə,  böyrək  xəstəliklərində  və  sınıqlar  zamanı  orqanizmdə 
fosforun  miqdarı  çoxalır.  Fosfor  azlığı  zamanı  qalxanabənzər 
vəzin  xəstəlikləri  baş  verir,  müntəzəm  zehni  əmək  fəaliyyəti 
zəifləyir, iştahasızlıq yaranır.  
Orqanizmdə  fosforun  miqdarı  bədən  çəkisinin  1%-ni  təşkil 
edir. Gündəlik fosfora tələbat 1,3 q-dır. Orqanizmdə olan fosforun 
14%-i  hüceyrədaxili  mühitdə  toplanır.  Fosforun  suda  həll  olan 
birləşmələri, orqanizmin mayesində bufer sistemini tənzim edir. 
Qida  məhsullarından  fosforla  zəngin  olanlar  əsasən  ət  məh-
sulları,  xüsusən  qaraciyər, balıq  kürüsü, paxlalı bitkilərin  toxum-

78 
ları, dənli bitkilərdir. Bitki məhsullarında olan fosforlu birləşmələr 
çətin həzm olunur.  
Fosforlu dərman preparatları ürək, qaraciyər, mədə xəstəlikləri 
zamanı tətbiq edilir. Fosforun birləşmələri orqanizm üçün toksiki 
təsir göstərmir.  
 
5.2.5
 
Kükürd 
 
Kükürd  orqanizmdə  əsasən  aminturşuların  tərkibində  olur, 
eləcə  də  bir  sıra  vitamin  və  hormonların  əsas  elementlərindən 
biridir.  
Kükürd  aktiv  donor  atomu  olduğundan  C  və  E vitaminləri  ilə 
birlikdə  antioksidant  rolu  oynayaraq,  ağır  elementlərin  orqaniz-
mdən çıxarılmasında iştirak edir.  
Orqanizmin  kükürdə  olan  təlabatı  sutkada  400-600  mq  olub 
əsas ət və balıq məhsulları ilə ödənilir. Bitki məhsullarında kükür-
dün miqdarı çox azdır.  
Kükürd  zülal  mübadiləsində  iştirak  edərək,  orqanizmdə  kü-
kürdlü aminturşuların sintezində katalitik təsir göstərir. Hamiləlik 
dövründə, orqanizmin inkişaf mərhələsində və soyuqlama zamanı 
əmələ gələn kükürd itkisi aminturşular hesabına ödənilir.
 
 
5.3
 
MĠKROELEMENTLƏR 
 
Mikroelementlər orqanizmdə faiz miqdarına görə az olsalar da, 
onların  bioloji  rolu  çox  böyükdür.  Mikroelementlər fermentlərin, 
hormonların  qanın  və  vitaminlərin  tərkibində  olmaqla,  onların 
təsir mexanizmini tənzim edərək, orqanizmin funksional proseslə-
rində iştirak edir.  
 
5.3.1
 
Dəmir 
 
Dəmirin  bioloji  fəal  birləşmələri  orqanizmə  qida  maddələri 
vasitəsilə  daxil  olur.  Heyvan  mənşəli  ərzaq  məhsullarında  olan 

79 
dəmir  birləşmələri  orqanizm  tərəfindən  asan  mənimsənilir.  Bir 
çox bitki məhsullarında dəmir birləşmələri olsa da, onların həzm 
prosesində mənimsənilməsi çətinlik törədir.  
Dəmirlə  zəngin  olan  qida  məhsulları  aşağıdakılardır:  mal  əti, 
qaraciyər,  balqabaq,  kakao,  noxud,  yaşıl  tərəvəz,  qırmızı  alma, 
əncir, üzüm və yumurta sarısı.  
Yaşlı insan orqanizmində 3-5 q dəmir vardır ki, onun da üçdə 
ikisi  hemoqlobinin  tərkibindədir.  Hesablamalar  göstərmişdir  ki, 
dəmirin  sutkalıq  qəbul  norması  10-20  mq-dır.  Gün  ərzində 
dəmirin  qəbulu  10  mq-dan  az  olarsa  dəmir  çatışmamazlığı  baş 
verir  və  bir  sıra  xəstəliklərin  yaranmasına  səbəb  olur.  Dəmirin 
orqanizmdə rolu aşağıdakı kimi xarakterizə olunur: 

 
Oksigenin toxumalara daşımnmasını təmin edir; 

 
Ağciyərdə oksigeni alaraq toxumalara daşıyır, karbon qazını 
toxumalardan ağciyərə daşıyır; 

 
Ondan  çox  fermentlərin  tərkibinə  daxil  olaraq  orqanizmdə 
oksidləşmə prosesini tənzim edir; 

 
Hemoqlobinin, mioqlobinin, sitoxromun tərkibində müxtəlif 
bioloji funksiyaları həyata keçirir; 

 
Orqanizmin immun sistemini gücləndirir

 
Orqanizmdə lazım olan enerji mübadiləsini tənzim edir; 

 
Dəmir çatışmazlığı zamanı qan azlığı, anemiya baş veirir; 

 
DNT (dezoksi nuklein turşusu)-nin zədələnməsi nəticəsində 
hüceyrələrin məhv olmasına səbəb olur. 
 
5.3.2
 
Sink 
 
Sink  orqanizmə  ərzaq  məhsulları  vasitəsilə  daxil  olur.  Onun 
gündəlik  norması  10-15  mq  olub,  600  mq  toksiki  hədd  sayılır. 
Ərzaq məhsullarından ət, qaraciyər, dəniz heyvanları, sütül buğda 
dəni, düyü yarması, kök, noxud, soğan, qoz və fındıq sinklə  daha 
çox zəngindir. 
Sinkin  orqanizmdə  mənimsənilməsi  A  və  B
6
    vitaminləri    ilə 
daha effektivli olur. Onun mənimsənilməsinə mis, manqan, dəmir 

80 
və kalsium təsir göstərir.  
Yaşlı  orqanizmdə  1,5-3  q  sink  vardır  ki.  Onun  əsas  hissəsi 
prostat  vəzində,  spermada,  dəridə,  tüklərdə,  qanda  və  əzələ  toxu-
malarındadır.  
Sink  bir  sıra  fermentlərdə  iştirak  edərək,  digər  fermentlərin 
fəaliyyətində koferment təsiri göstərir.  
Sink  zülalların  biosintezində,  nuklein  turşularının  biosinte-
zində  iştirak  edir,  orqanizmin  böyüməsini  və  cinsi  yetişkənliyi 
təmin edir. 
Sink  manqanla  birlikdə  cinsi  fəaliyyəti  tənzim  edən  mikro-
element  olub, bir sıra cinsiyyət hormonlarının fəallığını artırır və 
prostat vəzinin funksiyasını tənzim edir.  
Sink  kükürdlu  birləşmələrlə  birlikdə  dərinin  və  tüklərin 
inkişafını tənzim edir.   
Sink manqan elementi ilə birlikdə dad bilmə hissini təmin edir 
və  onun  çatışmaması  zamanı  dad  bilmək  hissinin  itməsi  əlaməti 
baş verir ki, bu da toxumalarda bədxassəli şişlərin yaranma riskini 
artırır.  
Sink  mədəaltı  vəzin  insulin  hormonunun  tərkibində  oldu-
ğundan  onun defisiti zamanı, hormonun ifrazı zəifləyərək  şəkərli 
diabetin yaranması baş verir.  
Sink  etil  spirtini  oksidləşdirən  alkoldehidrogenaza  fermentinin 
kofermenti  rolunu  oynayır.  Sink  porfirin  mübadiləsini  tənzim 
edərək qan yaradan orqanların funksiyasını gücləndirir. 
Sink  C  vitamini  ilə  birlikdə  mikroorqanizmlərin  həzm 
üzvlərində fol turşusunun sintezini gücləndirərək qan hüceyrələri-
nin yaranmasını tənzim edir. 
Sink  eyni  zamanda  A  vitaminin  kofermenti  rolunu  oynayaraq, 
onun qaraciyər deposundan qana keçməsini təmin edir. Beləliklə, 
sink retinolun (A vitamini) retinala keçidini tənzim edərək görmə 
piqmentinin  əmələ  gəlməsini  sürətləndirir.  Odur  ki,  ―toyuq 
korluğu‖  adlanan  gecə  vaxtı  zəif  görmə  xəstəliyi  nəinki,  A 
vitaminin  çatışmamazlığı  sindromudur,  həmçinin  sink  defisiti  ilə 
əlaqədardır. 

81 
Sink  B
6
  vitamini  ilə  birlikdə  doymamış  yağ  turşularında 
ptotoqlandinlərin sintezində iştirak edir.  
Həzm  prosesində  sinkin  bioloji  aktivliyi  yüksəkdir.  Bir  sıra 
həzm  fermentlərinin  sintezində  iştirak  edərək,  qida  yağlılığının 
mənimsənilməsində iştirak edir. 
Sink  B  qrup  vitaminləri  ilə  birlikdə  sinir  sisteminin  tənzim 
olunmasını  təmin  edir.  Odur  ki,  sinkin  çatışmazlığı  emosional 
pozğunluqlara, həyacanlanmalara səbəb olur.  
Canlı  orqanizmlər  digər  mikroelementlərdən  fərqli  olaraq, 
sinkin defisitindən daha çox əziyyət çəkirlər: 

 
dəri  zədələnmələri  ilə  xarakterizə  olunan  enterapatik 
dermatitin yaranmasına səbəb olur; 

 
orqanizmin böyümə və inkişafı normal getmir; 

 
adamlarda 
cinsiyyət 
fəaliyyətinin 
vaxtından  əvvəl 
zəifləməsi və yox olması baş verir; 

 
gecə korluğu və fotofobiya baş verir; 

 
orqanizmin immunodefisiti zəifləyir; 

 
xərçənk şişlərinin əmələ gəlmə riski artır; 

 
dəmirlə  birlikdə  anemiya  xəstəliyinin  yaranmasına  səbəb 
olur. 
Tibbdə  sinkin  bir  sıra  birləşmələrindən  istifadə  olunur.  ZnSO
4
  
qanın  laxtalanma  qabiliyyətinin  təyin  olunmasında,  pikolinat, 
qlükonat,  asparaginat  duzlarından  dermotologiyada,  endokri-
nologiyada və immunodefisit hallarında istifadə olunur.  
 
5.3.3
 
Manqan 
 
Manqan  orqanizm  üçün  ən  vacib  elementlərdən  olub, 
orqanizmdə rolu yaxşı öyrənilmişdir. Onun birləşmələri, əsas üzvi 
liqandlarla əmələ gətirdiyi kompleks birləşmələr suda həll olmadı-
ğından  orqanizmə  daxil  olan  manqanın  yalnız  3-5%-i  mənimsə-
nilir.  
Manqan birləşmələri ən çox çovdar çörəyində, çuğundurda, 

82 
pamidorda,  qarağat  və  çiyələkdə,  eləcə  də  bir  çox  dərman 
bitkilərində olur. 
Manqan birləşmələri yalnız nazik bağırsaqda sorulur. O, qanın 
tərkibində  çox  qısa  zaman  kəsiyində  qalır  və  toxuma  hücey-
rələrinin  mitoxondrisində  enerji  ayrılmasında  yaxından  iştirak 
edir.   
Orqanizm üçün manqanın gündəlik qəbul norması 3-5 mq olub, 
ən  çox  boruşəkilli  sümüklərdə,  mədəaltı  vəzdə,  böyrəkdə  və 
qaraciyərdə toplanır. Elementin mənimsənilməyən hissəsi ifrazatla 
və tərlə xaric olunur.  
Toksiki  həddi  40  mq/gün  müəyyənləşdirilir.  Manqan  vacib 
fermentlərin  tərkibinə  daxil  olaraq,  orqanizmdə  aşağıdakı  bioloji 
proseslərdə iştirak edir.  

 
sinir sistemində neyromediatorların mübadiləsi və sinte- 
    zində iştirak edir; 

 
sərbəst  radikal  mexanizmi  ilə  oksidləşmə  prosesinin  qarşı-
sını alaraq, hüceyrə membranının sabitliyini saxlayır; 

 
əzələ toxumasının normal fəaliyyətini tənzim edir; 

 
qalxanabənzər  vəzin  hormonu  olan  tiroksinin  fəaliyyətini    
tənzim edir; 

 
ximirçək  və  sümükləri  birləşdirən  toxumaların  inkişafını 
təmin edir; 

 
insulinin hipoqlikemik effektini artırır; 

 
orqanizmdə  lipidlərin  oksidləşməsində  və  hidrolizində 
katalitik təsir göstərərək, onların xərclənməsini təmin edir; 

 
qaraciyərin piylənməsinin qarşısını alır; 

 
C, E və B qrup vitaminlərinin təsir effektivini artıraraq xolin 
turşularının  və  mis  mikroelementinin  katalitik  fəaliyyətinə 
müsbət təsir göstərir; 

 
orqanizmin  normal  inkişafına  təsir  göstərərək,  skeletin 
düzgün formalaşmasını tənzim edir; 
Manqan  birləşmələrindən  kalium  permanqanat-  KmnO
4
  anti-
septik xassə daşıdığından, tibbdə yaraların təmizlənməsində, sidik 
kisəsinin  və  sidik  yollarının  yuyulmasında,  zəif  məhlulundan 

83 
mədə-bağırsaqda  baş  verən  qida  zəhərlənmələri  zamanı  istifadə 
olunur. 
Son  zamanlar  manqan  kompleks  birləşmələrindən  qarışıq 
vitamin komponentlərinin hazırlanmasında və allerqik renit zama-
nı istifadə olunur.  
 
5.3.4
 
Kobalt 
 
Kobaltın  mikroelement  kimi  bioloji  aktivliyi  1948-ci  ildə  
Rikes və Smit tərəfindən B
12
 vitaminin kristal quruluşu öyrənil-
dikdən sonra məlum oldu. Kobaltın orqanizmdə ümumi miqdarı 5 
q-dır. İnsan gün ərzində qida vastəsilə 5-7 mq kobalt qəbul edir ki, 
onun  da  75-95%-i  mənimsənilir.  Qaraciyər,  qırmızı  çuğundur, 
turp,  göy  soğan,  sarımsaq,  kələm,  cəfəri  kobaltla  zəngin  qidalar-
dır. Gün ərzində 10 mq-dan az kobalt qəbul edildikdə defisit, 500 
mq isə toksiki hədd hesab olunur. 
Kobalt,  fermentativ  proseslərdə  və  qalxanabənzər  vəzin 
hormon  sintezində fəal rol oynayan siankobolamin  molekulasının 
tərkibində olub, yod itkisinin qarşısını alır. 
Kobalt  dəmirin  mənimsənilməsinə  müsbət  təsir  göstərərək 
dəmir və mislə birlikdə qan hüceyrələrinin çoxalmasını təmin edir. 
Məlum olmuşdur ki, kobalt birləşmələrinin sümük iliyinə yeridil-
məsi eritrositlərin çoxalmasına və hemoqlobinin sintezinə müsbət 
təsir göstərir.  
B
12
  vitamininin  orqanizmdə  bioloji  rolu  yaxşı  öyrənilmişdir. 
Məlum olmuşdur ki, o qan yaradılmasında iştirak etməklə yanaşı, 
maddələr mübadiləsinin intensivləşməsinə, ilk növbədə, zülalların 
sintezində  yaxından  iştirak  edərək  kükürdlü  birləşmələrdə  -S-S 
qruplarını  reduksiya  edir  və  toksiki  elementlərin  orqanizmdən 
kənarlaşmasını təmin edir. 
Tibbdə  kabaltın  birləşmələrindən  asparginat  duzu,  sianko-
balamin  (B
12
  vitamini)  qan  azlığı  zamanı  istifadə  olunur.  Həmçi-
nin  sinir  xəstəlikləri  zamanı  kobalt  birləşmələri  effektiv  təsirə 
malikdir.  

84 
CoCI
2
-duzunun  20%-li  məhlulundan  qan  təzyiqi  xəstəlikləri 
zamanı istifadə olunur.  
 
Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin