Азярбайъан республикасы кянд тясяррцфаты назирлийи азярбайъан дювлят аграр университети



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə9/22
tarix29.12.2016
ölçüsü2,16 Mb.
#3872
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

5.4
 
Toksiki təsirə malik mikroelementlər 
 
Qalay  -  adətən  orqanizmə  qida  maddələri  vastəsilə  daxil  olan 
və  onun miqdarı cüzi  olduğundan toksiki təsir göstərmir. Məməli 
heyvanların  otlaq  sahələrinin  kimyəvi  tərkibindən  asılı  olaraq 
südlərində  az  miqdarda  –  1mkq/q  qalay  olur.  Qalayın  dəniz  və 
okean  sularında  az  miqdarda  da  olsa  (5∙10
-5
%)  orada  yaşayan 

96 
canlıların  orqanizminə  daxil  olur  və  yaşıl  balıq  ətində  daha  çox 
(130 mkq/q) olur.  
Qalay həmçinin, orqanizmə konservlərdən və ərzaq məhsulları 
bükülmüş  nazik  metal  təbəqəsindən  keçir.  Orqanizmdən  qalay 
əsasən  yağlarda  həll  olan  duzlar  şəklində  olur.  Toxumalarda 
qalayın miqdarı 0,8 mkq/q, böyüklərdə, ürək əzələlərində və nazik 
bağırsaqda- 0,1 mkq/q olur. Orqanizmdən qalay sidik və öd turşu-
ları vastəsilə kənarlaşır. 
Qalayın gündəlik qəbul norması 2-10 mq, toksiki dozası isə 20 
mq-dır.  
Qalay  mədə  fermenti  olan  qastritin  tərkibində  olur.  O,  flavin 
fermentlərinin  aktivləşməsində  və  boy  atmada  fizioloji  təsirə 
malikdir. 
GümüĢ – orqanizmə su və qida məhsulları vasitəsilə daxil olur. 
Gümüş həll olan duzları vasitəsilə də sorula bilir. O, bütün orqan 
və  toxumalarda  rast  gəlinir.  Məməlilərdə  o  cümlədən  insan 
orqanizminin  quru  çəkisinin  hər  100  qramında  20  mkq  gümüş 
olur.  Ən  çox  beyində,  ağ  və  qaraciyərdə,  eritrositlərdə,  gözün 
piqment  təbəqəsində  və  hipofiz  vəzində  olur.  Gümüş  duzları 
orqanizmdən yalnız bağırsaq yolu ilə kənarlaşır.  
Gümüşün  orqanizm  üçün  gündəlik  qəbul  norması  1-80  mkq-
dır. Qəbul edilmiş gümüşün yalnız 5%-i maddələr mübadiləsində 
iştirak  edir,  qalan  hissəsi  əsasən  antiseptik  xassəyə  malik  oldu-
ğundan  zəhərli  bakteriya  və  mikrobların  zərərsizləşdirilməsində 
sərf olunur. 
Gümüşün fizioloji rolu böyük olub aşağıdakı kimidir: 

 
gümüşün  miqdarı  normadan  çox  olduqda  toksiki  təsir 
göstərərək, kanserogen təsirə malik olur

 
zülallarda,  aminturşularda  olan  donor  atomları-  N,  O,  S ilə 
kordinativ  rabitə  yaradaraq  onların  metobolizm  prosesinə 
mənfi təsir göstərir; 

 
uzun  müddət  gümüşlə  təmasda  olduqda  qaraciyərdə, 
böyrəkdə, dəridə və selikli qişada toplana bilir; 

97 

 
müəyyən  edilmişdir  ki,  leykositlər  gümüş  kationlarını 
zədələnmiş  toxumalara  daşıyaraq,  yaraların  tez  sağalmasını 
təmin edir; 

 
dəriyə  töküldükdə  gümüş  duzları  tünd,  çətin  silinən  ləkələr 
əmələ gətirir və bu tibbdə ―argiriya‖ adlanır.  
QurğuĢun  –  orqanizmdə  əsasən  sümük  toxumalarında  top-
lanaraq  mübadilə  prosesində  iştirak  edir.  Yaşlı  insan  orqaniz-
mində  80-120  mq  qurğuşun  olur,  qəbul  norması  1  mikroqram, 
toksiki dozası 1 mq-dır.  
Qurğuşun  orqanizmə  qida  maddələri  və  hava  ilə  daxil  olur. 
Daxili yanma mühərriklərində oktan ədədini qaldırmaq üçün qur-
ğuşun  metilat  (Pb(CH
3
)
2
)  və  qurğuşun  etilat    (Pb(C
2
H
5
)
2
)  metal 
üzvi  birləşmələrindən  istifadə  olunur.  Odur  ki,  böyük  şəhərlərdə 
və  intensiv  maşın  hərəkəti  olan  şosselərin  kənarlarında  becərilən 
meyvə-tərvəzlərdə  qurğuşunun  miqdarı  çox  olur.  Tətqiqatlar 
göstərmişdir  ki,  kişi  orqanizmində  qurğuşunun  miqdarı  qadın-
larda çox olur, bu isə kişilərin sürücülük peşəsi ilə əlaqədardır.  
Qurğuşun terotogen və kansorogen təsiri yaradan element olub, 
orqanizmdə  zülalların, yağların, ferment və hormonların tərkibin-
də olan donor atomları ilə - O, N, S- kompleks birləşmələr əmələ 
gətirərək hüceyrə daxili möhtəviyyatda toplanır.  
Qurğuşun  hem  və  qlobinin  sintezinə  maneəçilik  törədir, 
porferin  mübadiləsini  pozur,  eritrositlərin  membranında  defekt 
əmələ gətirir.  
Qurğuşun və onun birləşmələri çox zəhərlidir. 
Kadmium  -  toksiki  elementlərdən  olub,  orqanizm  üçün 
gündəlik qəbul norması 10-20 mkq toksiki doza 30 mkq-dır. Bəzi 
tədqiqatçılara görə kadmiumun qəbul norması 1-5 mkq-olmalıdır. 
Kadmiumla  zəngin  olan  qida  məhsulları əsasən  dəniz  məhsulları, 
dənli bitkilər və tərəvəz məhsullarıdır. Daxil olan kadmiumun 5% 
nazik  bağırsaqlar  vasitəsilə  sorulur.  Onun  sorulmasında  digər 
mikroelementlər- Zn, Cu, Fe əhəmiyyətli dərəcədə təsir göstərir. 
Orqanizmə  daxil  olan  kadmium  əsasən  böyrəklərdə,  qara-
ciyərdə  və  onikibarmaq  bağırsaqda  toplanır  və  burada  Zn  mikro-

98 
elementini əvəz edərək onu biomolekullardan çıxaraq defisit yara-
dır və bədxassəli şişlərin riskini artırır. Kadmium ən çox tütündə 
olur  və  siqaret  çəkənlərdə  onun  birləşmələri  mədə  və  ağciyərə 
düşərək orqanizmdə gedən fizioloji proseslərə mənfi təsir göstərir: 

 
kükürdlü  aminturşuların  –  SH-sulfohidril  qrupu  ilə  möh-
kəm rabitə yaradaraq, onların bioloji fəallığını məhv edir; 

 
sink tərkibli fermentlərin aktivliyini azaldaraq triptofan və 
oksigenazanın  oksidləşdiricilik xassəsini zəiflədir. 
Kadmiumun bütün birləşmələri zəhərlidir. 
Civə-  ta  qədimdən  insanlara  məlum  idi.  O,  orqanizmə  digər  
ağır metallar kimi qida məhsulları və hava ilə daxil olur. Düyüdə,  
paxlalılarda  və  dəniz  heyvanlarında  civənin  miqdarı  çox  olur. 
Orqanizmdə  civənin  bioloji  rolu  dəqiq  müəyyən  edilməmişdir. 
Hesablamalar  göstərir  ki,  civənin  normal  insanlarda  gündəlik 
qəbul norması 1-5 mkq, dəniz məhsullarını çox işlədən insanlarda 
isə 10-20 mkq-a çatır, toksiki dozası 50 mkq-dır.  
Civənin  toksiki  xassəsi  onun  tərkib  xüsusiyyətindən  asılıdır. 
Hg
1+
  və  Hg
2+
  kationları  çox  zəhərli  olmasına  baxmayaraq,  metal 
halında civə toksiki təsirə malik deyildir və bağırsaqlarda tezliklə 
zərərsizləşərək ifrazatla orqanizmdən kənarlaşır.  
Civə  birləşmələrindən  hələ  qədim  zamanlarda  dəri-zöhrəvi 
xəstəliklərin (sifilis) müalicəsində istifadə edilmişdir. Müasir tibb-
də  civə  birləşmələrindən  antiseptik  və  dezinfeksiyaedici  vasitə 
kimi istifadə olunur.   
 
5.5
 
Qida məhsullarının texniki emalının onun tərkibinə təsiri 
 
Təbiidir ki, qida məhsullarının emalı zamanı onların makro- və 
mikroelement  tərkibi  hiss  olunan  dərəcədə  dəyişir.  Bitki 
məhsullarının  tullantılarında bu  elementlərin  itkisi daha çox  olur. 
Məsələn, taxılın  emalı zamanı bir sıra qiymətli  mineral  maddələr 
kəpək  və  kənar  edilən  rüşeymin tərkibində qalır. Aşağıda  yüksək 
növ buğda ununda və buğda yarmasında mikroelement tərkibi mq 
100 q göstərilmişdir.  

99 
 
Mikroelementlər 
Buğda yarması 
Əla növ un  
Ca 

Fe 

Mg 
Zn 
Cu 
Mo 
Mn 
Cr 
41 
372 
3,3 
370 
60 
3,5 

0,14 
3,2 
0,014 
16 
87 
0,8 
95 
16 
0,07 
0,32 
0,02 
0,83 
0,002 
 
Meyvə  və  tərəvəzlərin  təmizlənməsi zamanı 10-30% həddində 
mineral  maddə  itkisi  qeydə  alınır.  Tərəvəzlər  termiki  emal 
edildikdə (qaynadıldıqda, qızardıldıqda, qurudulduqda) yenə də 3-
30% itki olur.   
Balıq,  toyuq  və  digər  ətlər  sümükdən  aralandıqda  makro-
elementlərdən kalsium və fosfor itkisi baş verir. Ət məhsullarının 
termiki emalı zamanı 5-50%-ə qədər mineral tərkibi itkiyə məruz 
qalır.  Ət  məhsulları  sümüklə  birlikdə  bişirildikdə,  əksinə  qidada 
kalsiumun və fosforun miqdarı 20% artır.  
Digər  tərəfdən  ərzaq  məhsullarının  texnologiyası  zamanı 
dəzgah  və  avadanlıqların  keyfiyyətindən  və  hazırlanma  materia-
lından  asılı  olaraq  onların  tərkibindən  bir  sıra  mikroelementlər 
qida məhsullarının tərkibinə keçə bilir.  
Konservləşdirilmiş  məhsulların  qablaşdırılması  və  saxla-
nılması texnologiyası pozulduqda qidanın tərkibinə qalay, qurğu-
şun və kadmium kimi zəhərli elementlər daxil ola bilir.  
Bir  sıra  mikroelementlər-  mis,  dəmir,  kobalt,  xrom  çox  az 
miqdarda  ərzaq  məhsullarının  əhəmiyyətsiz  yerə  oksidləşməsinə 
səbəb ola bilir. Xüsusən yağ və piylərin katalitik oksidləşməsi bu 
elementlərin təsirindən sürətlənir və yağlar mis və dəmir qablarda  
saxlandıqda acı dad əmələ gəlir.  

100 
Sual və tapĢırıqlar 
 
1.
 
Mineral maddələr ərzaq məhsullarında necə toplanır? 
2.
 
Insan orqanizminin təxmini kimyəvi tərkibi necədir? 
3.
 
Orqanogen  elementlər  hansılardır  və  canlı  orqanizm-   
lərdə hansı rolu oynayırlar? 
4.
 
Makroelementləri  göstərin  və  onların  bioloji  rolunu  
izah edin. 
5.
 
Makroelementlər  çatıĢmadıqda  hansı  patoloji  hallar 
baĢ verir?  
6.
 
Mikroelementlərdən  bir  neçəsini  göstərin.  Dəmirin 
orqanizmdə bioloji rolunun söyləyin. 
7.
 
Mis  orqanizmdə  hansı  fermentlərin  tərkibində  olur  və 
çatıĢmadıqda hansı xəstəliklər baĢ verə bilər? 
8.
 
Kobalaminin tərkibində hansı mikroelement vardır? 
9.
 
Molibden və nikelin bioloji rollarını söyləyin. 
10.
 
Toksiki metallar hansılardır? 
11.
 
Civənin tibbdə nə kimi rolu vardır? 
12.
 
Selenin  bioloji  rolunu  və  maddələr  mübadiləsinə  təsi-
rini söyləyin. 
13.
 
Yod azlığı zamanı hansı xəstəliklər baĢ verir? 
14.
 
Ərzaq  məhsullarının  termiki  emalı  zamanı  hansı 
mikroelementlər itkiyə məruz qalır? 
 
 

101 
VI  fəsil 
 
VĠTAMĠNLƏR 
 
Vitaminlər  aşağımolekullu  üzvi  birləşmələr  və  ya  metal 
kompleksləri  (B
12
  vitamini)  olub,  orqanizmdə  həyatı  proseslərin 
getməsində  bilavasitə  iştirak  edirlər.  Bunlar  əvəzolunmaz  qida 
məhsullarıdır  və  orqanizmdə  sintez  olunmurlar.  Onların  kiçik 
miqdarı  belə  fizioloji  proseslərin  getməsi  üçün  vacib  maddələr 
hesab olunur. Vitaminlərdən kofermentlər sintez olunur və hücey-
rə  membranından  keçərək  onun  daxilində  gedən  prosesləri  idarə 
edirlər.  Vitaminlərin  orqanizmdə  artıq  olması  və  ya  çatışmazlığı 
hipovitaminoz  və  avitaminoz  xəstəliklərini  yaradır.  Hər  hansı  bir 
vitamin  çatışmazlığı  monohipovitaminoz,  bir  neçə  vitamin  çatış-
mazlığı isə polihipovitaminoz adlanır. Hipovitaminoz zamanı yor-
ğunluq,  iştahın  itməsi,  kənar  qıcıqlara  həddindən  artıq  həssaslıq, 
orqanizmin  xəstəliklərə  qarşı  müqavimətinin  azalması,  bəzən  də 
damaqla  qan  axmalar  müşahidə  olunur.  Avitaminoz  zamanı  bir 
sıra xəstəliklər- beri-beri, sinqa, pellaqra baş verir.  
Orqanizmin  vitaminlərə  təlabatı  o  qədər  həssasdır  ki,  onların 
lazımi miqdarı və defisit həddi kiçik interval ölçüsündədir.  
Vitamin çatışmazlığı aşağıdakı səbəblərdən baş verir: 

 
vitaminlərlə  zəngin  qida  rasionlarının  qəbul  edilməməsi  və 
ya  ərzaq  texnologiyası  zamanı  vitaminlərin  kənarlaş-
dırılması; 

 
bağırsaq  mikroflorasının  endogen  və  ya  texnogen  yolla 
məhv  olması  nəticəsində  vitaminlərin  təsir  mexanizminin 
yox olması; 

 
iqlim şəraitindən, fiziki gərginlikdən və orqanizmin fizioloji 
vəziyyətindən asılı olaraq vitaminlərə təlabatın çoxalması; 

 
irsi  olaraq  orqanizmdə  vitaminlərin  mübadiləsinin  pozul-
ması; 

 
vitaminlərin assimilyasiyasının pozulması. 
Adətən hipovitaminoz yağda həll olan vitaminlərə aid edilir. 

102 
Hələ  qədim  zamanlardan  insanlar  qida  maddələrinin  tərki-
bindən asılı olaraq baş verən bir sıra xəstəlikləri beri-beri, ―toyuq 
korluğu‖, sinqa, raxit və s. ilə tanış idilər.  
Yalnız 1880-ci ildə rus alimi N. Ġ. Lunuin orqanizmin normal 
inkişafı  üçün  bəzi  maddələrin  varlığını  təcrübi  sürətdə  təsdiq 
etmişdir.  
Polşa biokimyaçısı K. Funke düyü yarmasından B

vitaminini 
sintez edərək onun aminli birləşmə olduğunu kəşf etdi və ilk dəfə 
vitamin  (latınca  vita-həyat)  terminini  elmə  gətirdi.  Hazırda  13-
dən  çox  maddə  vitaminlər  qrupuna  aid  edilərək  vitaminlər  və 
vitaminə oxĢar maddələr adlanırlar:  

 
P vitamini - bioflavonoidlər  

 
B
12
 vitamini – panqam turşusu 

 
H
1
 vitamini – paraaminbenzoy turşusu 

 
B
13
 vitamini – orat turşusu 

 
B
4
 vitamini – xolin  

 
H
3
 vitamini – inozit 

 
U vitamini – metilmetioninsulfonil 

 
Kartiritin və ya lipoy turşusu 
Bu birləşmələrin orqanizmdə rolu böyük olub, çatışmadıqda bir 
sıra funksional pozğunluqlar baş verir. 
Bir  qrup  birləşmələr  də  mövcuddur  ki,  onlar  provitaminlər 
adlanır  və  orqanizmdə  müxtəlif  proseslərdən  sonra  vitaminlərə 
çevrilir:  β-karotin  A  vitamininə,  ultrabənövşəyi  şüaların  təsirilə 
erqosterol D vitamininə çevrilir.  
Vitaminlərin  orqanizmdə  bioloji  rolu  təsdiq  edildikdən  sonra 
onları nisbi olaraq latın əlifbası ilə adlandırmaq qəbul edilmiş və 
hazırda da davam etdirilir. 
Həll olma xassəsinə görə vitaminlər iki qurupa bölünür: 

 
Suda həll olan vitaminlər-B
1
, B
2
, B
6
, PP, C; 

 
Yağda həll olan vitaminlər – A, D, E, K. 
Aşağıdakı cədvəldə vitaminlərin təsnifatı verilmişdir. 
 
      

103 
Cədvəl 12.  
Vitaminlər və vitaminəoxşar birləşmələrin təsnifatı 
 
I. Suda həll olan vitaminlər 
Tiamin 
Riboflavin 
Panten turşusu 
B
1
 vitamini-aneyrin 
B
2
 vitamini-laktoflavin 
B
3
 və ya B
5
 vitamini 
 
Biotin 
Askarbin turşusu 
H vitamini 
C vitamini 
II. Yağlarda həll olan vitaminlər 
Retinal  və  ya  reti-
nilasetat 
Kalseferol 
Takaferollar 
 
Naftoxinonlar 
A vitamini 
 
D vitamini 
E vitamini 
 
K vitamini 
Siankobalamin 
 
Pridoksin 
Niatsin 
və 
ya 
nikotion turşusu 
Folatsin 
B
16
 vitamini 
 
B
6
 vitamini  
PP vitamini 
 
Fol turşusu 
 
Vitaminəoxşar birləşmələr 
 
Texnoloji vəzifəsi 
BirləĢmənin adı 
Əvəzolunmayan qida məhsulu 
Orqanizmdə sintez olunan bioloji fəal maddələr 
Farmakoloji aktiv qida maddələri 
 
Mikroorqanizmlərin inkişaf faktoru 
Xolin, inozit 
Orot turşusu, karnitin 
Bioflavinidlər, 
panqam 
turşusu, U vitamini 
Para-amino benzoy turşusu 
 
İnsanların  vitaminlərə  təlabatı,  həmçinin  yaşdan,  həyat  tər-
zindən, iş fəaliyyətindən, sağlamlıq dərəcəsindən və istifadə etdiyi 
qidanın tərkibindən asılıdır.   
İnsanların vitaminlərə təlabatı aşağıdakı cədvəldə verilmişdir.  
 
Cədvəl 13.  
Yaşlı insanların vitaminlərə fizioloji təlabat norması 
 
Vitaminlər 
Qida 
məhsullarının 
forması 
AİƏ ümumi 
MZ norması 
A vitamini 
 
D vutamini 
 
E vitamini 
Retinola  ekvivalent 
palmitat 
Xolekalsiferol 
 
Takoferol 
800 mkq 
2667 ME 
5 mkq 
200ME 
10 mq 
900 mkq 
3000 ME 
2,5 mkq 
100 ME 
9 mq 

104 


  O═C 
 O═C 




OH 

OH 
C  C  OH 

OH 
L- dehidroaskorbin turşusu 
L-askorbin turşusu 
K
1
 vitamini 
B
1
 vitamini 
B
2
 vitamini 
B
6
 vitamini 
PP vitamini 
 
B
3
 vitamini 
 
Fol turşusu 
B
12
 vitamini 
 
Biotin 
C vitamini 
 
Tiamin 
Riboflavinlər 
Pridoksin 
Niatsinamid  nikotin 
turşusu 
Panteon  turşusu  və 
ya kalium duzu 
 
Sian kobalamin  
 
 
Askarbin  turşusu  və 
ya Na duzu 
80 mkq 
1,5 mq 
1,6 mq 
2 mq 
18 mq 
 
6 mq 
 
200 mkq 
1 mkq 
150 mkq 
 
60 mq 
67,2 mq 
 
 
1,6 - 2,7 mq 
1,5 – 2,4 mq 
2,44 mq 
16 – 28 mq 
 
 
 
200 mkq 
3 mkq 
 
 
70-100 mq 
 
AİƏ-Avropa  İqtisadi  Əməkdaşlığı,  MDB-Müstəqil  Dövlətlər 
Birliyi tərəfindən qəbul edilmişdir. 
Bir  qrup  birləşmələr  də  vardır  ki,  quruluşlarına  görə  vitamin-
lərə yaxın olub, fermentativ proseslərdə onları əvəz edir, lakin on-
ların  funksiyalarını həyata keçirə bilmirlər. Bunlar antivitaminlər 
adlanır və xüsusi bölmədə onlar haqqında məlumat veriləcəkdir. 
 
 
 
SUDA HƏLL OLAN VĠTAMĠNLƏR 
 
Vitamin  C-L  askarbin  turşusu  ilk  dəfə  limondan  alın-
mışdır. Asanlıqla oksidləşərək L- dehidroaskarbin turşusuna çev- 
rilir. 
 
                                                                 
           
                                                                                                          
         HC          CH                                  C       C 
 
O
    
       
 
 
 
                                                   
            
 
 
 

105 
C  vitaminin  əsas  fizioloji funksiyası  askarbatoksidaza  fermen-
tinin  təsiri  ilə  dehidroaskorbin  turşusuna  çevrilməklə  oksidləşmə 
reduksiya  prosesi  nəticəsində,  orqanizmdə  proton  və  elektron 
keçiriciliyini tənzim edir.  
Orqanizmə lazım olan C vitamini qida vasitəsilə qəbul edilir. C 
vitamini  ən  çox  təzə  itburnunda  3000-  20000  mq  %,  qara  qara-
ğatda  200-500  mq  %,  kələm  turşusubda  50-70  mq  %,  təzə  sütül 
kartofda 20-30 mq%, limonda 400-500 mq %, apelsində 200-250 mq 
% olur. Təzə halda bütün meyvə tərəvəzlər C vitamini ilə zəngindir. 
C vitamini davamlı birləşmə olmayıb, havanın oksigeni ilə asanlıqla 
oksidləşir. Dəmir və mislə təmasda olduqda oksidləşmə sürətlə gedir. 
İşığa  az  həssas  olub  qələvi  mühitə  nisbətən  turş  mühitdə  daha 
davamlıdır.  C  vitamini  ilə  zəngin  olan  meyvələr  uzun  müddət 
qaldıqda onun miqdarı azalır. Təzə  və duzu az olan ağbaş kələmdən 
hazırlanmış turşuda olan C vitamini daha davamlıdır. Qida maddələri 
bişirildikdə onda olan C vitamini 25-60% azalır.  
C  vitamini  sintez  edilərək  şirələr  və  suda  həll  olan  içkilərə 
qatılır. Ət məhsullarının təbii rəngini saxlamaq üçün C vitaminin-
dəın istifadə edilir.  
C  vitamininin  həyat  fəaliyyəti  üçün  əhəmiyyəti  böyükdür  və 
bioloji funksuyası aşağıdakı kimidir: 

 
sinqa xəstəliyi əleyhinə əvəzolunmaz vitamindir; 

 
orqanizmdə  gedən  oksidləşmə-  reduksiya  proseslərində 
iştirak edir; 

 
mərkəzi sinir sisteminə sakitləşdirici təsir göstərir: 

 
ekstrimal vəziyyətdə orqanizmin müqavimətini artırır; 

 
kapilyar damarlarının divarlarının keçiriciliyini artırır; 

 
damarlarin elastikliyini və möhkəmliyini artırır; 

 
dəmir mikroelementinin mənimsənilməsini sürətləndirir

 
qan yaradan orqanların fəaliyyətini gücləndirir; 

 
orqanizmin soyuqdəyməyə qarşı müqavitini artırır; 

 
qorxulu epidemik xəstəlik olan qripin qarşısını alır; 

 
 fol turşusunun metobolizmində iştirak edir; 

 
bir sıra hormonların və E vitamininin sintezində iştirak edir. 

106 
Orqanizmin  C  vitamininə  olan  təlabatı  iş  rejimindən,  yaşayış 
və iqlim şəraitindən, orqanizmin sağlamlığından çox asılı olub 3-9 
qram  həddində olur. Tədqiqatlqr göstərmişdir ki, orqanizmə daxil 
olan  10  q  C  vitamini  2000  kal  enerji  verir.  Deməli  o,  həm  də 
enerji mənbəyidir.  
Nobel mükfatı laureatı Laynus Polinq ilk dəfə C Vitamini və 
sağlamlıq kitabında C vitamini haqqında öz tədqiqatlarının nəticə-
lərini  təhlil  edərək,  bu  vitaminin  möcüzəli  xassələrindən  bəhs 
etmişdir. 
C vitamini çatışmadıqda orqanizmdə aşağıdakı nasazlıqlar baş 
verir; 

 
qorxulu xəstəlik olan sinqa baş verir; 

 
orqanizmin fiziki və zehini iş qabiliyyəti zəifləyir; 

 
yorğunluq, süstlük və yuxulama əlamətləri yaranır; 

 
soyuğa qarşı orqanizmin müqaviməti azalır; 

 
tənəffüs yollarının xəstəliklərinə müqavimət azalır; 

 
qrip epidemiyalarına qarşı müqavimət zəifləyir. 
B
1
 vitamini- tiamin və ya anevrin orqanizmdə sulukar-bonların 
mübadiləsini  tənzim  edir,  eləcə  də  enerji  mübadiləsinə  müsbət 
təsir göstərir. 
 
 
 
 
 
B
1
  vitamini  ilə  zəngin  ərzaq  məhsullarında  onun  miqdarı 
aşağıdakı kimidir: çovdar ununda- 0,4 mq %, noxudda 0,8 mq %, 
lobyada  0,5  mq  %,  donuz  ətində  0,5  mq  %,  soyada  2,2  mq  %, 
dana ətində 0,6  mq %. Bəzi unüyüdən zavodlarda B
1
 vitamininin 
miqdarını artırmaq  üçün əla  və birinci  növ unlara  sintetik  tiamin 
xlorid qatılır.  
Orqanizmdə  B
1
  vitamininin  qəbul  norması  1,2-1,5  mq  olub 
ərzaq  məhsulları  vasitəsilə  təmin  olunur.  Bu  vitaminin  orqa-
nizmdə çatışmazlığı bir sıra xəstəliklər və nasazlıqlar yaradır: 

107 

 
sinir  sisteminin  fəaliyyəti  zəifləyir,  orqanizmin  kənar 
qıcıqlara qarşı reaksiyası güclənir; 

 
ürək-damar sisteminin fəaliyyəti zəifləyir; 

 
həzm sistemi normal işləmir; 

 
Polinevrit (beri-beri) xəstəliyi baş verir.   
B  vitamini  orqanizmdə  fosfotidlərin  təsiri  ilə  tiamindi-fosfata-
kokarboksilazaya çevrilərək fermentativ proseslərdə iştirak edir. 
 
 
 
 
 
kokarbaksilaza 
 
Kokarbaksilaza-prostetik  fermentlər  qrupuna  aid  olub,  orqa-
nizmdə  piroüzüm  turşusunu-CH
3
COCOOH-  dekorboksilləşdirir. 
Həmçinin,  α-ketoturşularda  və  α-ketospirtlərdə  olan  C─C 
əlaqəsini dağıdaraq  orqanizmə lazım olan bioloji fəal birləşmələ-
rin fraqmentlərini yaradır. 
B
1
  vitamini  davamlı  birləşmə  olub,  oksidləşməyə  qarşı 
davamlıdır,  qələvi  mühitdə  parçalanır.  Ərzaq  məhsullarının 
termiki emalı zamanı B

vitamininin miqdarı 20-25 % azalır.  
Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin