Азярбайъан республикасы кянд тясяррцфаты назирлийи азярбайъан дювлят аграр университети


    Kənar maddələrin təsnifatı və onların qida məhsuluna



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə16/22
tarix29.12.2016
ölçüsü2,16 Mb.
#3872
1   ...   12   13   14   15   16   17   18   19   ...   22

11.1    Kənar maddələrin təsnifatı və onların qida məhsuluna 
qovuĢması yolları 
 
Kənar  maddələr  qida  məhsullarına  bir  neçə  yolla  daxil  ola 
bilər: 

 
xammalın tərkibində

 
istehsal texnalogıyasına düzgün əməl olunmadıqda ; 

 
qida  maddələrinin  biokimyəvi  xassələrinin  yaxşılaşdı-
rılması məqsədilə əlavə olunmuş maddələr vasitəsilə ; 

 
ətraf mühitin müxtəlif yollarla çirklənməsi nəticəsində. 
 Qida  məhsulları  istehsal  olunarkən  xammalın  mənşəi  dəqiq 
öyrənilməlidir.  Bitki  mənşəli  xammalın  əldə  olunması  zamanı 
hansı  gübrələrdən,  xəstəliyə  qarşı  hansı  kimyəvi  preparatlardan 
istifadə olunması nəzərə alınmalıdır. 

183 
Heyvan  məşəli  qida  məhsulları  istehsal  olunarkən,  heyvanın 
saxlanma  şəraiti,  qida  əlavələrinin  tərkibi,  xəstəliklərə  qarşı 
istifadə  olunan  dərman  preparatlarının  əlavə  təsir  effekti  və 
nəhayət оtlaqların kimyəvi-bioloji monitorinqinin nəticələri dəqiq 
öyrənilməlidir 
İstehsal  texnologiyası  zamanı  avadanlıqların  kimyəvi  tərkibi, 
sanitariya qaydalarına necə əməl olunması, qablaşdırıcıların tərkib 
xüsusiyyətləri və saxlanma qaydalarının düzgün yerinə yetirilməsi 
diqqətlə öyrənilməlidir. 
Qeyd:  Tədqiqatlar  göstərmişdir  ki,  qara  rəngli  polietilen 
torbalarda ərzaq məhsulları saxlandıqda və daşındıqda kanserogen 
təsiri  (xərçəng  əmələ  gətirmə  xassəsi)  yaradır.  Bizdə  buna  əməl 
olunurmu ?! 
Qida  maddələrinin 
məhsuldarlığını  artırmaq 
məqsədilə 
biokatalizatorlardan  və  qida  əlavələrindən  istifadə  olunur.  Bu 
zaman həmin əlavələrin kimyəvi tərkibi düzgün təyin olunmalı və 
orqanizmdə  yoluxucu  və  genetik  təsir  mexanizmi  biokimyəvi 
yolla, müasir elmi əsaslarla yoxlanılmalıdır. 
Ekologiyanın  çirklənməsi  bəşəriyyət  qarşısında  həll  olunması 
problem yaradan mühüm bir vəzifəyə çevrilməkdədir. Odur ki, bir 
sıra  ekologiya  elmləri  yaradılmışdır  ki,  onlardan  bir  də  ətraf 
mühitin kimyasıdır. 
 
11.2.  Ətraf mühit qida məhsullarının və  
xammalın əsas çirkləndirici kimi. 
 
Ərzaq  məhsulları  və  onların  istehsalı  üçün  nəzərdə  tutulan 
xammalın  orqanizmə  yad  olan  maddələrlə  çirklənməsi  bir  başa 
ətraf mühitdən asılıdır. 
İnsanların  hər  tərəfli  təsərrüfat  fəaliyyətləri  nəticəsində 
müxtəlif  tərkibli  toksiki  maddələr  biosferə  yayılmış  və  istər- 
istəməz  canlı  orqanizmlər,  о  cümlədən  insanlar  üçün  təhlükə 
mənbəyinə  çevrilmişdir. Antropogen  (insan  tərəfindən)  toksikasi-
ya  о  qədər  geniş  miqyas  alınmışdır  ki,  insanlar  üçün  və 

184 
ümumilikdə  ekologiya  üçün  qarşısı  alınmaz  real  təhlükəyə 
çevrilmişdir. Ksenobiotik adı verilmiş və qidanın zəhərli əlavələr 
nəticəsində  korlanmasını  müəyyən    edən  maddələrin  dövranı 
aşağıdakı sxem üzrə həyata keçirilir: 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qida  zənciri  vasitəsilə  insan  orqanizminə  daxil  olan 
ksenobiotiklər  sağlamlıq  üçün  ciddi  təhlükəyə  çevrilərək  ölümlə 
nəticələn kəskin zəhərlənmələr, və uzun müddətli təsir göstərərək 
qarşısı alınmaz xəstəliklər törədirlər. 
 
11.2.1. Toksiki maddələrin dozaları 
 
 Hər  hansı  maddənin  toksikliyinin  (zəhərliliyi  )  kəmiyyət 
göstəricisinin  müəyyən  edilməsi  çətin  məsələlərdən  biri  olub, 
orqanizmin fərdi xüsusiyyətlərindən, cinsindən, həyat fəaliyyətin-
dən və müqavimətindən çox asılıdır. 
Maddələrin  toksiki  xarakteristikasını  göstərmək  üçün  LD
50
  və 
LD
100
  işarələrindən  istifadə  olunur.  L-  hərfı  Latınca  Leatoris 
öldürücü  mənasını  verən  sözün  baş  hərifi,  D-  hərifı  isə  yunanca 
doza  ölçü,  miqdar  mənası  verən  sözün  baş  hərfidir.  50  və  100 
Ətraf mühit 
Hava 
Torpaq 
Heyvanlar 
Su 
Bitkilər 
Su heyvanları 
İnsanlar 

185 
ədədləri  bir  dəfəlik  yeridilən  dərmanın  öldürmə  faizini  göstərir. 
LD-nin qiyməti nə qədər az olsa toksiki təsiri yüksək olur. 
Məsələn, LD
50
 gəmiricilər üçün aşağıdakı kimi göstərilə bilər ( 
mq - hesabatı ilə ): 
Fövqəladə zəhərli ......<5  
Yüksək zəhərli ...... 5-50  
Zəhərli ................50-500 
Az zəhərli ........500-5000 
Praktiki zəhərsiz .....500-1500 
Praktiki ziyansız ........<1500  
Zəhərli  maddələrin  orqanizmdə  təsir  müddəti  t  0,5  ilə  ölçülür 
və  orqanizmdən  çıxarılma  miqdarını  və  zamanını  müəyyən  edir. 
Zəhərli maddələrin təsiri bəzən saatlarla və illərlə ölçülür. 
Odur  ki,  toksiki  maddələrin  zəhərlik  dərəcəsi  göstərilərkən  üç 
kəmiyyətdən LD
50
, LD
100 
t 0,5- istifadə olunur. 
Xroniki  zəhərlənmələr  zamanı  maddələrin  orqan  və  toxu-
malarda  toplanaraq  (kumulyativ  xassə)  uzun  müddətli  təsiri  də 
nəzərə  alınmalıdır.  Həmçinin  nəzərə  almaq  lazımdır  ki,  uzun 
müddət ərzində orqanizmə daxil olan zəhərli maddələr toplanaraq 
kompleks  təsir  göstərsin.  Kombinə  olunmuş  zəhərli  maddələr 
orqanizmdə  makro  -  və  mikronutriyentlərlə  qarşılıqlı  təsirdə 
olaraq  onların  fizioloji  aktivliyini  azaldır  və  ya  çox  edir.  Bu 
zaman  lazımi  maddələrin  sintezi  getmir,  nəticədə  orqan  və  toxu-
malar  qidadan  məhrum  olaraq  sıradan  çıxır  ki,  buna  da 
zəhərlənmə deyilir. 
Bioloji  proseslərdə  ferment  sistemlərinə  təsir  edən  zəhərli 
maddələr  bir  neçə  növ  olduqda  onlar  bir-birinin  təsirini  azalda 
bilir  ki,  buna  inqibitor  xassəsi  deyilir,  ya  da  zəhərlilik  dərəcələri 
toplana bilər ki, buna  induksiya deyilir.  İnsan  orqanizminə  kənar 
maddələrin təsiri bir sıra kəskin xəstəliklər törədə bilir: 

 
Zəhərli  maddələr  kanserogen  xassəsi  xərçəng  şişlərinin 
əmələ gəlməsi ; 

 
Zəhərli  maddələrin  mutagen  xassəsi  hüceyrələrin 
genetik aparatında keyfiyyət və kəmiyyət dəyişkənliklə-

186 
rinin yaranması; 

 
Zərərli  maddələrin  teratogen  xassəsi  -ananın  və  rüşey-
min  orqanizmdə  funksional  və  biokimyəvi  anomaliyalar 
yaratmaqla şikəst uşaqların dünyaya gəlməsi; 
Qidalanmanın gigiyenası nöqteyi- nəzərincə zərərli maddələrin 
BMT-(Birləşmiş Millətlər Təşkilatı) -BST (Beynəlxalq Sağlamlıq 
Təşkilatı)  və  ÜƏT  (Ümumdünya  Ərzaq  Təşkilatı)  tərərəfındən 
aşağıdakı əsas göstəriciləri qəbul edilmişdir. 
YQH-yolverin qatılıq həddi 
GYD-Gündəlik yolverilən doza. 
GIN-gündəlik istifadə norması. 
İnsanlar qida maddələrini təbiətdən aldığına görə ətraf mühitin 
çirklənməsi,  ərzaq  məhsullarının  tərkibinə  müxtəlif  ziyanlı  və 
zəhərli  maddələr  qarışmasına  səbəb  olur.  Ətraf  mühitə  yayılan 
maddələr  bitki  və  heyvan  orqanizminə,  oradan  da  ərzaq 
məhsullarının  tərkibində  insan  orqanizminə  keçərək  tərkib  və 
xassəsindən asılı olaraq yuxarıda adları qeyd edilmiş kanserogen, 
mutagen və teratogen təsirlər göstərirlər. 
Odur  ki,  ərzaq  məhsullarının  təhlükəsizliyi  dedikdə,  ətraf 
mühitin  çirklənmə  dərəcəsi  nəzərdə  tutulur.  İnsanlar  ərzaq 
məhsullarının  yer  qabığının  quru  hissəsi  olan  materiklərdən  və 
okeanlardan aldığına görə onların çirklənməsi qida məhsullarının 
bir başa çirklənməsi deməkdir. 
Odur  ki,  bu  fəsildə  əsas  qida  çirkləndiriciləri  və  onların  təsir 
mexanizmi analiz ediləcəkdir. 
 
 
 
 
 

187 
XII  fəsil 
ƏSAS QĠDA ÇĠRKLƏNDĠRĠCĠLƏRĠ 
VƏ ONLARIN TƏSĠR MEXANĠZMĠ 
 
Yer  qabığının  üçdə  birini  təşkil  edən  materik  hissəsi,  başqa 
sözlə Litosfer (lito-daş deməkdir) canlı orqanizmlərin əsas kütləsi-
nin mövcud olduğu biosfer təbəqəsində gedən təbii və antropogen 
çirklənmələr  və  onların  aradan qaldırılması daha qlobal problem-
lər yaratmaqdadır. 
Bəşəriyyətin  durmadan  artımı  və  inkişaf  mərhələləri,  kimyəvi 
maddələrin  biogeokimyəvi  dövranına  təsir  edən  əsas  faktor  kimi 
XX  əsrin  sonu  və  XXI  əsrin  əvvəllərində  daha  qabarıq  şəkildə 
özünü biruzə verməkdədir. 
Hesablamalar göstərmişdir ki, insanların təsərrüfat fəaliyyətləri 
nəticəsində materiklərin biokütləsi 25% azalmışdır. 
Elmin müasir səviyyəsində biokütlənin azalmasının antropogen 
faktorlardan  asılılığının  dəqiq  təyin  edilməsi  çətinlik  törədsə  də 
planetin  əhali  artımının  sürəti  bu  problemin  daha  da 
dərinləşməsinə göstərəcəyi mənfi təsir artıq dərk ediləndir. 
Bu ekoloji problemlər əhalinin sıx yerləşdiyi Avropa qitəsində 
yaranmaqdadır. Məlumdur ki, şəhər əhalisinin artımı istər-istəməz 
insanların sağlamlığına təsir edən faktorları da çoxaldır. Bu qarşısı 
alınmaz  proses  bizdən  asılı  olmayaraq  davam  edəcək  və  gələcək 
nəsillərin  həyatında  daha  da  güclənərək  sonu  bəlli  olmayan 
təzadlar yaradacaqdır. 
Ətraf  mühitin  çirkləndiriciləri  sırasına  pestisidlər,  radionuk-
lidlər,  ağır  metallar  və  digər  zəhərli  birləşmələr  daxildir  ki,  bu 
fəsildə  onların  əmələ  gəlməsi  və  təsir  mexanizmi  təhlil 
ediləcəkdir.   
 
Pestisidlər haqqında məlumat 
 
Pestisid  –  iki  latın  sözündən  yaranmışdır;  «Pestis»-yolxucu 
xəstəlik,  «sido»-öldürürəm,  məhv  edirəm.  Pestisidlər  və  ya 

188 
kimyəvi  zəhərli  maddələr,  kənd  təsərrüfatında  becərilən  mədəni 
bitkiləri  və  məhsulları  ziyanvericilərdən  qorumaq,  eləcə  də 
bitkilərin məhsuldarlığını artırmaq üçün istifadə olunur. 
Tədqiqat  nəticəsində  məlum  olmuşdur  ki,  hər  il  dünyada 
istehsal olunan dənli bitkilərin üçdə biri ziyanvericilər və fitopato-
loji göbələklər vasitəsilə məhv olur. 
Bitkilərin  ziyanvericiləri  və  xəstəlik  törədənləri  əsasən 
həşəratlar,  gənələr,  yumuşaq  bədənlilər,  nemotodlar  (həlqəli 
qurdlar),  fitopotogen  göbələklər,  bakteriyalar,  viruslar  və  bitki  
mənşəli orqanizmlərdir. 
Kənd  təsərrüfatının  əsas  ziyanvericilərindən  biri  də  gəmiri-
cilərdir. 
İnsanlar  üçün  təhlükəli  xəstəliklər  və  epidemiyalar  yayan 
ziyanverici həşəratlar və gənələrdir. Onlar malyariya, isitmə, ense-
falit, vəba, taun kimi qorxulu xəstəliklərin yaranması və yayılma-
sında əsas rol oynayırlar. 
XX əsrdə bu xəstəliklərin qarşısı demək olar ki, alınmışdır. Bir 
sıra  dərman  preparatları  vasitəsilə  peyvəndlər  aparılır,  eyni 
zamanda kəşf olunan zəhərli kimyəvi maddələrin köməyilə epide-
mik xəstəlikləri yayan zərərvericilər məhv edilir. 
Pestisidlər istifadə məqsədinə görə aşağıdakı qruplara bölünür: 
a) insektisidlər – həşaratları məhv edənlər; 
b) akavitsidlər – gənələri məhv edənlər; 
c) nematotsidlər – qurdları məhv edənlər; 
d) fungisidlər – bitki xəstəliklərini məhv edənlər; 
q) bakteriosidlər – bakteriyaları məhv edənlər; 
j) virisidlər – virusları məhv edənlər; 
z) herbisidlər – alaq otlarını məhv edənlər; 
i) zoosidlər – gəmiriciləri  məhv edənlər. 
Bitkilərin  inkişafını  sürətləndirən  və  ya  ləngidən  kimyəvi 
maddələr  də  pestisidlərə  aid  edilir.  Bir  sıra  pestisidlər  – 
defoliantlar  və  desikantlar  pambığın  maşınla  yığılması  zamanı 
tətbiq edilir. 
Xalq  təsərrüfatında  herbisidlər,  insektisidlər  və  fungisidlər 

189 
daha  çox  istifadə  edilir.  Bu  maddələrə  tələbat  ildən-ilə  artdığın-
dan,  yeni-yeni  preparatlar  kəşf  edilir  və  onların  istehsalı  artıq 
zavodlar tərəfindən həyata keçirilir. 
Həşəratlara,  alaq  otlarına  və  ziyanverici  heyvanlara  təsir 
mexanizminə görə pestisidlər bir neçə qrupa ayrılır: 
a)  bir  başqa  təmas  vasitəsilə  təsir  edənlər  –  həşəratların  hər 
hansı orqanına toxunmaqla onları məhv edənlər; 
b)  həzm  sistemi  vasitəsilə  təsir  edənlər  –  həşəratlar  və  digər 
ziyanvericilər  onları  qida  vasitəsilə  qəbul  etdikdə  effektli  təsir 
göstərir; 
c)  sistemli  təsir  göstərənlər  –  bitkiləri  orqanları  vasitəsilə 
yayılaraq,  müəyyən  inkişaf  mərhələsində  zəhərli  təsir  göstərərək 
ondan  istifadə  edən  ziyanvericiləri  məhv  edir  və  sonrakı  inkişaf 
mərhələsində zəhərləyici təsiri aradan qalxır; 
d)  fumiqant  mexanizmi  ilə  təsir  edənlər  –  belə  pestisidlər 
həşaratların tənəffüs yolu ilə daxil olaraq onları məhv edir. 
Alaq otları ilə mübarizədə tətbiq olunan herbisidlər: 
a) kütləvi təsir edən herbisidlər - belə kimyəvi maddələr bütün 
bitkiləri məhv edir. 
b) sellektiv – seçici herbisidlər – bu maddələr bir növ bitkiləri 
məhv edir və digər növlər üçün təsirli deyillər. 
Kimyəvi  tərkibinə  görə  bütün  pestisidlər  iki  qrupa  bölünür: 
qeyri üzvü və üzvi birləşmələr.  
Pestisidlərin ilk tətbiq dövründə yalnız qeyri-üzvi maddələrdən 
istifadə  olunurdu:  qurğuşun  2-xlorid  PbCl
2
,  arsen3-oksid-As
2
O
3

mis  duzları, florid  turşusunun duzları, kükürd, sulfat turşusunun 
törəmələri və s. 
Bütün  qeyri-üzvi  pestisidlər  bir  sıra  xüsusiyyətlərinə  görə 
effektli  deyillər:  yüksək  dozada  təsir  edirlər,  seçici  olmadığına 
görə  bütün  canlılar  üçün  təhlükəlidir,  təbiətdə  uzun  müddət 
davamlı  halda  qalaraq  istifadə  olunan  su  hövzələrini  çirkləndir-
məklə ekoloji mühiti korlayırlar. 
Odur ki, XX əsrin 40-50-ci illərində qeyri üzvi pestisidlər üzvi 
pestisidlər vasitəsilə get-gedə sıxışdırılmağa başladı. 

190 
PESTĠSĠDLƏRĠN TOKSĠKĠ  GÖSTƏRĠCĠLƏRĠ 
 
Üzvi  birləşmələr  hesabına  hazırda  dünyada  100000-dən  çox 
pestisid tətbiq  edilir. Sovetlər zamanında isə 100-ə qədər pestisid 
istifadə edilirdi. 
Bütün pestisidlər əhəmiyyətli təsir göstərsələrdə, digər tərəfdən 
bütün  canlılar  üçün  təhlükə  mənbəinə  çevrilirlər.  Onlar  uzun 
müddət  yer  qabığında  qalaraq  ekoloji  mühitdə  qarşısı  alınmaz 
təhlükələr yaradırlar. 
Zəhərlilik dərəcəsinə görə pestisidlər 4 qrupa ayrılırlar: 
I.  Yüksək  zəhərli  pestisidlər  –  LD
50
-heyvanların  hər  bir  kq 
çəkisinə 50 mq təşkil edənlər. 
II.  Zəhərli  və  güclü  təsir  edən  pestisidlər  –  LD
100
-heyvanların 
hər kq çəkisinə 50-200 mq təşkil edənlər. 
III.  Orta  zəhərli  pestisidlər  –  LD
500
-heyvanların  hər  bir  kq 
çəkisinə 200-1000 mq təşkil edənlər. 
IV.  Az  zəhərli  pestisidlər  –  LD
1000
  –  heyvanların  hər  bir  kq 
çəkisinə 1000 mq-dan çox təşkil edənlər. 
Hər hansı pestisidin dozasından başqa onun digər keyfiyyətləri 
də əsas götürülür. Məsələn, pestisidlərin orqanizmidə təsir effekti, 
yağlı  mühitdə  həll  olma  dərəcəsi,  uçuculuğu  və  digər  fiziki-
kimyəvi xassələr. 
Pestisidin istifadə spektri həmçinin onun «persistent» xassəsilə 
də  ölçülür  –ətraf  mühitdə  qalma  müddəti.  Digər  göstəricilərdən 
biri  də  pestisidin  «kumilyativ»  xassəsidir:  orqanizmdə  pestisidin 
metabolizm  müddəti  və  orqanizmdən  kənar  olma  mexanizmi. 
Məs.,  DDT  yalnız  süd  vasitəsilə  orqanizmdən  kənar  edilir  ki,  bu 
da ən təhlükəli effekt deməkdir. 
Kənd  təsərrüfatının  kimyalaşdırılması  ərəfəsində  xroniki 
intoksikasiya  (mütamadi  zəhərlənmə)  ətraf  mühiti  korlayaraq 
ekoloji    ziddiyyətlərin  yaranması  prosesi  sürətlənərək  hazırki 
vəziyyətə çatmışdır. 
Ekoloji mühitin korlanmasında pestisidlər sintez olunan zavod-
larda  təhlükəsizlik  texnologiyasının  pozulması,  zavod  tullantıla-
rının  su  hövzələrinə  və  atmosferə  buraxılması  ilə  yanaşı,  onların 

191 
daşınması,  saxlanması  qaydalarına  əməl  olunmaması,  həmçinin 
istifadəsi zamanı dozaların çoxalması və s. rolu böyükdür. 
 
Pestisidlərin bioloji obyektlərdə 
kimyəvi-fiziki analizi 
 
Ekoloji obyektlərdə pestisidlərin ayrılması və miqdarının təyini 
mürəkkəb bir proses olub hər bir pestisid üçün xüsusi həlledicilər 
və reaktivlər tələb olunur. 
Qeyri-üzvi  pestisidlərin  sayı  az  olduğundan  onların  ayrılması 
və təyini metodu işlənib hazırlanmışdır. 
Pestisidlərin  bioloji  materiallardan  ayrılması  üzvi  həlledicilər 
vasitəsilə  ekstraksiya  yolla  həyata  keçirilir.  Bu  zaman  pentan,  n-
heksan,  heptan,  petroleum  efiri,  xloroform  və  karbon  4-xlorid 
kimi həlledicilərdən istifadə olunur. 
Hələlik  ümumi  bir  universal  üsul  olmadığından  pestisidlərin 
bioloji  obyektlərdən  ayrılması  və  təmizlənməsi  çox  vaxt  aparan 
bir əməliyyat hesab olunur. 
Üzvi  pestisidlərin  tərkibindən  asılı  olaraq  onların  müəyyən 
qrupları  üçün  xüsusi  metodlar  işlənib  hazırlanmışdır.  Xlorüzvi 
birləşmələrin  pestisid  kimi  istifadə  olunan  qrupları  üçün  ümumi 
sxem  məlumdur. 
Ətraf mühitin spesifikliyindən asılı olaraq – hava, torpaq,   su, 
bitkilər  və    onların    məhsulları,  ət  -süd    məhsulları-pestisidlərin 
ayrılması və analizi fərdi yanaşma tələb edir. 
Əsas tətbiq olunan üsullar – üzvi həlledicilər vasitəsilə ekstrak-
siya,  su  buxarı  vasitəsilə  ayrılma,  kristallaşma  –  effekt 
vermədikdə  nazik  təbəqə  xromotoqrafiyası  və  qazxromotoqra-
fiyası metodlarından istifadə olunur. 
Kəmiyyət 
və 
keyfiyyət 
analizi 
nəticəsində 
ayrı-ayrı 
pestisidlərin ilkin tərkibindən başqa, onların çevrilmə    məhsulları 
da müəyyən edilir. 
Ekologiyanı çirkləndirən və ən çox zəhərlənmələrə səbəb olan 
pestisidlər  hallogenli,  fenoltörəmələri,  karbamid  birləşmələri, 
fosfat turşusunun müxtəlif efirləri və element üzvi birləşmələrdir. 

192 
Hallogenli pestisidlər 
 
Ən  çox    istifadə  olunan    xlorüzvi    birləşmələrdən  DDT  qrup 
insektisidlərini göstərmək olar. 
DDT-4-4dixlor – difeniltrixlor metil metan – C
14
H
9
Cl
5
-1939-cu 
ildə  İsveçrəli  Paul  Müller  tərəfindən  sintez  olunmuşdur.  Yeni 
insektsid  malyariyaya  qarşı  effektiv təsir  göstərdiyinə  görə 1948-
ci ildə P.Müllerə Nobel mükafatı təqdim edilmişdir. 
 
 
 
 
 
 
 
 
 
Ən  çox  tətbiq  olunan  insektisidlərdən  olub,  1964-cü  ildə 
Birləşmiş  millətlər  təşkilatı  (BMT)  tərəfindən  istifadəsinə  qadağa 
qoyulmasına  baxmayaraq  SSRİ-də  70-ci  illərdə,  Azərbaycanda  isə 
80-ci  illərdə  də  istifadə  edilirdi.  İstiqanlı  ziyanvericilər  üçün  güclü 
zəhər  olub  LD
50
  200  mq/kq  təşkil  edir.  DDT-ni  sulfat  turşusunun 
(katalizator kimi) iştirakı ilə xloral və xlorbenzoldan alırlar: 
 
 
 
   
 
 
 
 
 
 
Ъ 
Ъл 
Ъ 
Ъ 
Ъ 
Ъ 
Ъ 
Щ 
Щ 
Щ 
Щ 
Ъ 
Ъ 
Щ 
Ъл 
Ъл 
Ъл 
Ъ 
Ъ 
Ъ 
Ъ 
Ъ 
Щ 
Щ 
Щ 
Щ 
Ъ 
Ъл 
Ъл 
Ъ 
Ъл 
Щ  + 
Щ 
Ъ
6
Щ
4
─Ъл 

Ъ
6
H
4
─CI 
H
2
SO

Ъл 

Ъ 
Щ
2
СО
4
  Щ
2
О 

+Ъл
 
Ъ 
Ъл 
Ъл 
Ъ
6
Щ
4
Ъл 
Ъ
6
Щ
4
Ъл 

193 
DDT ağ rəngli iysiz, dadsız kristallik  maddə  olub  su,  turşu  və 
qələvilərdə  həll  olmur.  Bir  çox  üzvi  həlledicilərdə  və  yağlarda 
yaxşı  həll  olur.  DDT  həşəratların  məhv  edilməsi  nöqteyi-
nəzərindən əvəz olunması pestisid olub bir başa təmas nəticəsində 
təsir  edir.  Bütün  istiqanlı  heyvanlar  və  insanlar  üçün  təhlükəli 
zəhər  hesab  olunur.  O,  mərkəzi  sinir  sistemini  korlayaraq  qara 
ciyər  və  böyrəkləri  sıradan  çıxarır.  Orqanizmə  daxil  olan  1  qram 
DDT müalicə olunmaz fəsadlar törədir.  
Tərkibində  daha  çox  yağ  olan  meyvələr  DDT  ilə  təmasda 
olduqda daha təhlükəlidir. Onun yağlı qarışığı asanlıqla orqanlara 
yayılır.  Kumilyativ  pestisid  olub  orqanizmdə  20  gün  qala  bilir. 
Davamlılığına  və  uçuculuğuna  görə  uzun  müddət  sərbəst  qala 
bilir. Cəmi 3-4 həftə ərzində Yer kürəsini dolaşa bilir, hətta DDT-
yə Antarktidada rast gəlinmişdir. 
DDT-nın  keyfiyyət  analizini  aşağıdakı  üsulla  aparmaq  olar: 
qatı  sulfat    turşusu  və    natrium   nitratın iştirakı  ilə 125-130
0
C-də 
nitrolaşma aparılır və reaksiyanın son məhsulunu natrium metilat 
əlavə etdikdə məhlul bənövşəyi rəngə çevrilərsə deməli nümunədə 
DDT-nin  varlığı  aşkar  edilir.  Reaksiya  çox  həssas  olub  0,5  mq 
DDT olduqda belə təyin edilə bilər. 
Deyildiyi  kimi  DDT-nin  orqanizmdən  kənar  olunması  xeyli 
zaman  tələb  edir.  Mədə-bağırsaq  vasitəsilə,  sidiklə  və  süd 
vasitəsilə  kənar  edilir.  Bu  zaman  böyrəkləri  və  süd  vəzlərini 
zədələyərək bəd xassəli şişlərin yaranmasına səbəb olur. 
DDT  orqanizmdə  qismən  dehidroxlorgenaza  fermentinin  təsiri 
ilə  zərərsizləşdirilərək  dixlordifenil  sirkə  turşusuna  çevrilir  və 
sidiklə ifraz olunur. 
 
HEKSAXLORSĠKLOHEKSAN (HXSH) 
 
DDT pestisid kimi istifadədən kənarlaşdırıldıqdan sonra, digər 
xlorlu  pestisid  tətbiq  edildi-heksaxlorsikloheksan  C
6
H
6
Cl
6
.  Bu 
pestisid  dünyada  istifadəsinə  görə  yalnız  DDT-dən  geri  qalmış-
dır. Onu fotokimyəvi yolla benzolu xlorlaşdıraraq sintez edirlər 

194 
 
C
6
H
6
+3Cl
2
             C
6
H
6
Cl

Reaksiya    zəncirvari  xarakterlidir.  Texniki  yolla  alınan 
heksaxlorsikloheksan  təmiz  olmayaraq  tərkibində digər izomerlər 
hepta  –  və  oktaxlorsikloheksan,  həmçinin  digər  aralıq  məhsullar 
da olur. Preparatın bütün izomerləri üzvi həlledicilərdə – benzol, 
toluol,  ksilol,  metil  və  etil  spirtləri,  xloroform,  etilen  xlorid,  ase-
ton, efirlər və s. yaxşı həll olurlar. 
Bütün  izomerlər  sulfat,  nitrat,  xlorid  turşularına  qarşı 
davamlıdır. 
İzomerlərdən 

 - izomer- lindanın tərkibində 99 -100%  
heksaxlorsikloheksan  olub,  bitki  zərərvericilərinə  qarşı  güclü 
preparat kimi tətbiq edilir. 
Bu  qamma  –  izomer, kristallik  maddə  olub, 112,8
0
C-də əriyir, 
suda  həll  olmur  və  xoşagəlməz  iyə  malikdir.  Bu  insektisid  həm 
«kontakt»  həm  də  bağırsaq  vasitəsilə təsirə  malikdir. Toxumların 
kimyəvi  üsulla  təmizlənməsində istifadə  olunan  HXSH,  tərkibinə 
əlavə edilmiş kimyəvi birləmələrə görə müxtəlif adlarda buraxılır: 
Heksaqamma - 

 HXSH və  heksoxlorbenzol qarışığı; merkuran - 

  HXSH  və  etilcivəxlorid  qarışığı,  fentiuram  - 

  HXSH  və 
mistrixlorfenolyat qarışığı. 
Heksaxlorsikloheksan  insektisid  xassəsindən  başqa,  bitkilərin 
inkişafını sürətləndirən keyfiyyətə də malikdir. 
Bioloji  obyektlərdə  HXSH  təyin  etmək  üçün  altı  atom  xlor 
metal  natrium  vasitəsilə  çıxarılır  və  yerdə  qalan  məhlul  güclü 
qələvi məhlulda metiletilketonla bənövşəyi qırmızı rəng verir. 
Heksaxlorsikloheksanın  toksiki  təsiri  müxtəlif  olub  doza-
sından və obyektdən asılıdır. Gəmiricilər üçün LD
50
 

 izomer üçün 
200  mq/kq  təşkil  edir.  Bütün  istiqanlı  heyvanlar  və  o  cümlədən 
insanlar üçün təhlükəli zəhərdir. Zəhərlənmənin əlaməti baş ağrısı 
ilə  başlayır,  sinir  sistemini  iflic  vəziyətə  salaraq  ölümlə 
nəticələnir. İnsanlar üçün öldürücü doza müəyyən edilməmişdir. 
 
щу 

195 
Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin