Азярбайъан республикасы кянд тясяррцфаты назирлийи азярбайъан дювлят аграр университети



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə18/22
tarix29.12.2016
ölçüsü2,16 Mb.
#3872
1   ...   14   15   16   17   18   19   20   21   22

Sual və tapĢırıqlar 
 
1. Toksiki elementlər hansılardır? Onlar ətraf  mühitə necə 
yayılırlar? 
2. Toksiki metalların təsir mexanizmini izah edin.  
3.  QurğuĢun,  civə  və  kadmiumun  toksiki  xassələrini 
göstərin.  
4.  Ətraf  mühitin  çirklənməsində  ağır  metalların  rolunu 
göstərin.  
5.  MəiĢətdə  ən  çox  yayılmıĢ  ağır  metallarla  zəhərlənmənin 
qarĢısı hansı yollarla alına bilər? 
 
 
DĠOKSĠNLƏR VƏ ONA OXġAR BĠRLƏġMƏLƏR 
 
Dioksinlər çox zəhərli birləşmələr olub mutagen (hüceyrələrdə 
mutasiya  dəyişgənliyi  yaratmaq  xassəsi)  kanserogen  (xərçəng 
xəstəlikləri  əmələ  gətirmək  xassəsi)  və  teratogen  xassələrə 
malikdirlər. 
Dioksinlər  pestisidlər,  plasmass,  kağız  və  defoliantlar 

210 
 
О 
Ъл 
Ъл 

istehsalının  əlavə  məhsulu  kimi  əmələ  gəlir  və  bu  məhsulların 
tərkibində az da olsa qalaraq təhlükəyə çevrilir. 
Dioksinlər  metallurgiya  zavodlarının  tullantılarında,  kağız  və 
ağac  emalı  müəssisələrinin  ətraf  zonalarında,  zibillərin  yandırı-
laraq utilizasiyası zamanı, istilik elektrik stansiyalarında, avtomo-
billərdən  çıxan  qazların  tərkibində,  sintetik    örtüklərin  yanması 
zamanı da aşkar edilmişdir. 
Pambığın  maşınlarla  yığılması  zamanı  defoliantlardan  istifadə 
olunur. Bu zaman onların tərkibində olan 0,0003% dioksinlər əkin 
sahələrinə çökərək uzun müddət zəhər mənbəinə çevrilir. 
1962-1971-ci  illərdə  Vyetnam  müharibəsi  zamanı  Amerika 
Birləşmiş Ştatlarının hərbi hava qüvvələri 57000 ton defoliantdan 
istifadə etmişdir ki, onun da tərkibində 170 kq dioksin  olmuşdur. 
Nəticədə  istər  Vyetnamlılarda,  istərsə  də  müharibə  iştirakçıları 
ABŞ  əsgərlərində  bir  sıra  xəstəliklər,  o  cümlədən  xərçəng 
xəstəlikləri müşahidə edilmişdir. 
Dioksin  qrupu  birləşmələr  100-dən  çox  olub,  hamısı  da  çox 
zəhərlidirlər.  Onlardan  ən  təhlükəlisi  2,  3,  7,  8  –tetraxlordiben-
zopara-dioksin (TXDD) olub quruluşu aşağıdakı kimidir: 
 
 
 
 
 
 
 
 
TXDD-klassik  dioksin  adlandırılaraq  sianidlərdən,  strixinindən, 
zoman  və  zarindən  daha  təhlükəli  zəhərdir.  Qorxulu  xassələri  – 
oksidləşmə  və  hidrolizə  uğramır,  yüksək  temperaturda  stabildir 
(750
0
C-də  parçalanır),  turşu  və  qələvilərə  qarşı  davamlıdır    və  üzvi  
həlledicilərdə    yaxşı  həll    olunur  –  dioksinlərin  təhlükəli  maddə 
olmasını göstərir. 
Aromatik  həlqədə  əvəzləyicilərin  dəyişməsi  nəticəsində  bir  sıra 
homoloqlar və izomerlər alınır. Məsələn, TXDD 22 izomeri vardır. 

211 
Ətraf  mühitə  tökülən  dioksinlər  torpaqda  toplanaraq  su  hövzə-
lərinə, oradanda kənd təsərrüfatı məhsulları vasitəsilə insan orqaniz-
minə daxil olaraq, dəyişmədən miqrasiya edir. 
Orqanizmə  dioksinlər  əsasən  qida  vasitəsilə  daxil  olurlar. 
Dioksinlərin  ən  çox  toplandığı  ərzaq  məhsulları  heyvan  və  bitki 
yağları,  ət  və  süd  məhsulları,  yağlı  balıqlar  olur.  Dioksinlər  yağda 
yaxşı  həll  olduğundan  yağ  vəzilərində  toplanır.  Orqanizmdən  süd 
vasitəsilə  xaric  olduğundan  inək  südündə  heyvan  toxumalarına 
nisbətən 400-500 dəfə  çox dioksin olur. 
Dioksinlər  üçün  YMH  (Yol  verilən  miqdar  həddi)  yoxdur,  çünki 
bütün  konsentrasiyalarda  təhlükəlidir.  Dioksinlər  insan  və  heyvan 
orqanizmlərində  yüksək  spektrli  təsir  mexanizminə  malikdirlər: 
Aşağı  dozalarda  belə  mutagen  effekti  yaradaraq,  kumilyəvi  xassəyə 
malikdirlər;  orqanizmdə  olan  fermentlərə  dağıdıcı  təsir  yaradaraq 
onların effektivliyini azaldır; hüceyrələrdə bölünmə zamanı DNT-yə 
təsir  göstərərək  genetik  dəyişikliklər  törədirlər.  Yuxarıdakı  təsirinə 
görə dioksinlər superkotoksikantlar sırasına aid edilirlər. 
Dioksinlərin  sanitar  normaları  ölkələrdən  asılı  olaraq  müxtəlif 
kriteriyalarla  ölçülür.  Məsələn,  ABŞ-da  immuno  toksikant  (imun 
sistemini məhv etdiyinə görə) kimi, Avropada onkogennost (xərçəng 
şişləri əmələ gətirdiyinə görə) kimi qəbul edilməkdədir. 
Dioksinlərin    Yol     verilən    Gündəlik   Qəbul (YVGQ) norması 
70 il ömür zamanı gündəlik norma 10
-11
q/kq-dan artıq olmamalıdır. 
Dioksinotoksikantlar  üçün  hazırda  nəinki  alimlər  hətta  dövlət 
rəhbərləri  də  narahat  olmağa  başlamış  və  onların  bütün  planetimiz 
üçün  təhlükə  törətməsinin  qarşısını  almaq  üçün  profilaktik  tədbirlər 
planı hazırlanmışdır. 
Əksər  dövlətlərdə  dioksinlərlə  mübarizə  üsulu  kimi  ekoloji 
monitorinq  laboratoriyaları  yaradılmışdır.  Azərbaycanda  ilk  belə 
laboratoriya  Azərbaycan  Kənd  Təsərrüfatı  Akademiyasında  yaradıl-
mışdır və Almaniya dövləti tərəfindən maliyə dəstəyi göstərilir. 
Dünya  ölkələrindən  ABŞ-da  və  Avropada  texnoloji  proseslərə 
nəzarət  gücləndirilmiş,  məişət  tullantılarının  çeşidlənməsi  və 
utiliraziyası  zamanı  təhlükəsizlik  texnikasına  əməl  olunması 
nəticəsində yüksək nəticələr əldə olunmuşdur. 
İsveç  dövləti  artıq  10  ilə  yaxındır  ki,  plasmas  sənayesində  və 

212 
kağız  istehsalında  dioksinlərin  minimum  hədd  daxilində  alınmasına 
nail  olmuşlar.  Almaniya,  ABŞ,  Hollaniya,  Fransa  və  Yaponiyada 
antidioksin filtirləri  quraşdırılmışdır. 
Bəzi  elementlər  əsasən  ağır  metallar-qurğuşun,  kadmium,  civə  – 
radiasiya,  nitrat-nitritlər,  xlorfenollar  və  kükürdlü  üzvü  birləşmələr 
dioksinlərin təsir dərəcəsini xeyli artıraraq sinergetizm yaradırlar. 
Çoxnüvəli Aromatik karbohidrogenlər 
 
Çoxnüvəli  aromatik  karbohidrogenlərin  (ÇAK)  200-ə  qədər 
nümayəndəsi  kanserogen  xassəli  olub  ətraf  mühiti  çirkləndirən 
təhlükəli maddələr hesab olunurlar. 
Bu karbohidrogenlərin ən təhlükəli hesab olunanı 3,4-benzo-piren 
olub aşağıdakı quruluş sxeminə malikdir: 
 
 
 
 
 
 
 
 
O, ilk dəfə 1933-cü ildə kanserogen maddə kimi qeydə alınmışdır. 
Sonralar  çoxnüvəli  aromatik  karbohidrogenlərin  digər  nümayən-
dələrində  də  –  xlorantren,  perilen,  tribenzopiren  –  bu  xassə  aşkar 
edilmişdir. 
Bu  karbohidrogenlərin  bir  sıra  nümayəndələri  –  antrasen,  fenan-
tren, piren, flüoranten – az zəhərli maddələr sırasına daxil edilmişlər. 
ÇAK-ların  kanserogen  aktivliyinin  70-80%-i  benzopirendə 
toplanmışdır. 
Kanserogen  ÇAK-lər  təbiətdə  həmçinin  abiogen  yolla  da  əmələ 
gəlir. Hər il minlərlə  ton benzopiren  təbii yolla  əmələ gələrək bio-
sferə yayılır. Bundan bir neçə dəfə çox texnogen yolla əmələ gəlir. 
ÇAK-lar  neft  məhsullarının,  kömürün,  odunçağın,  məişət 
tullantılarının,  ərzaq  məhsullarının,  tütünün  yanmasından  əmələ 
gəlir. Temperatur aşağı olduqda ÇAK-ların alınması çoxalır. 

213 
Hətta ekoloji təmiz bitki məhsullarında belə benzopirenin miqdarı 
0,03-0,1 mkq/kq olur. Termiki işlənmə zamanı isə miqdar artaraq 50 
mkq/kq-a çatır ki, bu da təhlükəli hesab olunur. 
Məişətimizə  daxil  olan  polimer  materiallardan  hazırlanmış 
paketlər,  stəkanlar,  torbalar  benzopiren  mənbəi  hesab  olunurlar. 
Benzopiren  yağlarda  və  süd  məhsullarında  həll  olduğundan  onların 
qablaşdırılması  zamanı  polimer  materiallardan  istifadə  məsləhətli 
deyildir. 
Benzopiren  tütünün  yanması  zamanı,  papiros  tüstüsündə  ən  çox 
rast gəlinir. 
Yaşlı insan yemək vasitəsilə il ərzində 0,006 mq benzopiren qəbul 
edir. Ekoloji çirklənən yaşayış massivlərində və böyük şəhərlərdə bu 
rəqəm 5-6 dəfə artır. Benzopirenin YMH (yol verilən miqdar həddi) 
atmosferdə  –  0,1  mkq/100  m
3
,  suda  –0,005  mq/l,  torpaqda  –  0,2 
mq/kq hesablanmışdır. 
Aşağıdakı  cədvəldə  ərzaq  məhsullarının  tərkibində  benzopirenin 
miqdarı mkq/kq tərtibində göstərilmişdir. Cədvəldən göründüyü kimi 
əksər  ərzaq  məhsulları  əvvəllər  kanserogen  maddələr  sinfinə  aid 
edilmirdi. 
 
Mal əti  
tapılmamışdır  Xörək duzu 
0,03-0,50 
Dana əti 
tapılmamışdır  Taxıl 
0,17-4,38 
Donuz əti 
tapılmamışdır  Un 
0,2-1,6 
Zeytun yağı 
tapılmamışdır  Əla növ un 
0,09 
Kolbasa 
0,26-0,50 
Kələm salatı 
12 
Kolbasa hisə verilmiş 
0,72 
Kartof 
1-16,6 
Qızardılmış dana əti  
0,18-0,63 
Kofe-qovrulmuş 
0,3-0,5 
Balıq (qırmızı) 
0,7-1,7 
Qurudulmuş meyvələr: 
Kambala (təzə) 
15-16 
Qara gavalı 
23,9 
Süd 
0,01-0,02 
Albalı 
14,2 
Kərə yağı 
0-0,13 
Armud 
5,7 
Günəbaxan yağı 
0,93-30,0 
Alma 
0,3 
Şəkər 
0,23 
Qoz 
0,2 
 
 
Fındıq 
0,4 
 

214 
Sual və tapĢırıqlar 
 
1. Dioksinlər hansı kimyəvi birləĢmələrdir? 
2. Dioksinlər təbii və antropogen yolla necə alınır? 
3. Dioksinlərin zəhərli xassələrini söyləyin. 
4.  Çox  nüvəli  aromatik  karbohidrogenlərin  ekoloji  mühiti 
çirkləndirən nümayəndələrini göstərin. 
5.  Ən  çox  dioksin  və  zərərli  maddələr  olan  qida  məhsulları 
hansılardır? 
 
ÇOX TƏHLÜKƏLĠ DĠGƏR ÇĠRKLƏNDĠRĠCĠ MADDƏLƏR 
 
Atmosferə  atılan  kimyəvi  birləşmələr  arasında  zəhərli  və  ya 
zərərli  hesab  edilən  bir  çox  maddələr  vardır.  Atmosferi  çirkləndirən 
belə  təhlükəli  maddələrə  demək  olar  ki  nəzarət  edilmir  və  onların 
çirkləndirici kimi atmosferdə olan miqdarı da təyin edilmir. 
Lakin qeyd etmək lazımdır ki, bu maddələrə xüsusi nəzarət günün 
ən  vacib  məsələlərindən  biri  olmalıdır.  Belə  təhlükəli  çirkləndirici 
maddələrə civə suxarları, vinilxlorid və benzol aiddir. 
 
Atmosferin potensial təhlükəli çirkləndiriciləri 
 
Adı 
Kimyəvi formulu 
Zəhərliliyi 
Orta 
konsentrasi-
yası, trln.
-1
 
Halogenli metanlar 
Metil-xlorid 
CH
3
Cl 
Bm 
788 
Metilbromid 
CH
3
Br 
Bm 
141 
Metilyodid 
CH
3

PK, BM 
2,7 
Metilen xlorid 
CH
2
Cl
2
 
Bm 
978 
Xloroform 
CHCl
3
 
PK BM 
346 
Dördxlorlukarbon 
CCl
4
 
PK BM 
221 
Halogenli etan və propanlar 
Etilxlorid 
C
2
H
5
Cl 

100 
1,2 dixloretan 
CH
2
ClCH
2
Cl 
PK BM 
558 
1,2 dibrometan 
CH
2
BrCH
2
Br 
PK 
32 

215 
1,1,1 Trixloretan 
CH
3
CCl
3
 
Zəif BM 
512 
1,1,2 TRixloretan 
CH
2
ClCH
2
Cl 
PK BM 
29 
1,2 Dixlopropan 
CH
2
ClCHClCİ
3
 
BM 
60 
1,1,2,2 Tetraxloretan 
CHCl
2
CHCl
2
 
PK BM 
10 
Xloralkenlər 
 
 
 
Viniliden xlorid 
CH
2
=CCl 
PK BM 
19 
Trixloretilen 
CHCl=CCl
2
 
PK BM 
143 
Tetraxloretilen 
CCl
2
=CCl
2
 
PK 
401 
Allixlorid 
ClCH
2
CH=CH
2
 
PK 

Heksanlar  
1,3-butadien 
Cl
2
C=CClCH=CCl
2
 
BM 

Xlor aromatik birləşmələr 
Monoxlorbenzol 
C
6
H
5
Cl 

280 

 - xlortoluol 
C
6
H
5
CH
2
Cl 
BM 

0 - Dixlorbenzol 
0-C
6
H
4
Cl
2
 

12 
M - Dixlorbenzol 
M-C
6
H
4
Cl
2
 


1,2,4 Trixlorbenzol 
1,2,4-C
6
H
3
Cl
3
 


Aromatik karbohidrogenlər 
Benzol 
C
6
H
6
 
PK 
3883 
Oksigenli və azotlu birləşmələr 
Formaldehid 
HCHO 
PK BM 
14200 
Fosgen 
COCl
2
 
PK BM 
20 
Peroksiasetilnitrat  
CH
3
COONO
2
 
Foto- 
zəhərli 
589 
Peroksipropionil-
nitrat 
CH
3
CH
2
COOONO
2
 
Fotozə-
hərli 
103 
Akrilonitril 
CH
2
=CH-CN 
PK 
103 
 
Burada: BM – mutagen bakterialar aktivliyi 
              NBM – mutagen aktivlik yoxdur 
             PK – konseragen aktivliyi şübhəli. 
 
Bu  cədvəldən  göründüyü  kimi,  bir  neçə  birləşmə  potensial 
mutagendir  və  şəhər  atmosferində  onlara  təsadüf  edilmir.  Bu  birləş-
mələrə  əsasən  halogenli  metan,  etan,  propan,  xlorargenlər,  xlorlu 
aromatik  birləşmələr,  qaz  halında  olan  oksigenli  birləşmələr  və 
tərkibində azot olan birləşmələr aiddir. 
Diqqəti cəlb edən məsələlərdən biri və əsası təhlükəli qaz halında 
olan  çirkləndiricilərdir.  Çünki  onların  havada  və  örtülü  oltaqlarda 

216 
qala  bilmək  təhlükəsi  var.  Bunlara  Radioaktiv  qazlar,  radon, 
formaldehid buxarı misal ola bilər. 
Benzol 
 
Benzol təhlükəli çirkləndiricilərdən biridir. O rəngsiz, asan uçucu 
məhlul  halında  maddədir.  Molekul  formulu  C
6
H
6
  olmaqla 
heksaqonal  strukturaya  malikdir  və  bir  neçə  hibrid  halıda  mövcud-
dur.  Benzolda  ikiqat  rabitələrin  təbiəti  sabitdir,  reaksiya  girmə 
qabiliyyəti nisbətən az olan birləşmədir. Kimyəvi əlaqənin uzunluğu 
C-C 1,39 A
0
, C-H əlaqəsinin uzunluğu 1,08 A
0
 bərabərdir. 
 
Benzolun fiziki xassələri aşağıda göstərilir: 
 
Ərimə temperaturu, C
0
 
5,553 
Qaynama temp., C
0
 
80-100 
Sıxlığı 25
0
C-də, q/ml 
0,8737 
Buxar təzyiqi 26,075
0
C-də, mm 
HgC100 
İşıq sındırma əmsalı П
д
25
 
1,49792 
Özlülüyü (mütləq) 20
0
C, Па 
0,6468 
Kritik təzyiqi, Atm 
48,6 
Kritik sıxlığı, q/ml 
0,300 
Bağlı qabda alovunun temp., C
0
 
11,1 
Havada alovunun temp., C
0
 
538 
Ərimə istiliyi, kkal/mol 
2,351 
Buxarlanma istiliyi kkal/mol 
80-100
0
C-də    8,090 
Daimi  təzyiqdə  yanma  istiliyi  (C
6
H
6
  məhlulu, 
H
2
O və qaz halında CO
2
), kkal/q 
9,999 
Suda həll olması, 25
0
Cq/100 q  
0,180 
 
Adi  şəraitdə  benzol  kimyəvi  reaksiyalara  girmir,  lakin  buna 
baxmayaraq  benzol  kimya  sənayesində  mühüm  xammaldır.  Bundan 
etilbenzol,  fenol,  tsikloheksan  və  malein  anhidridinin  alınmasında 
istifadə edilir. 
Xam neftin distilləsi zamanı benzol alınır. Bildiyimiz kimi benzol 
da benzinin ən mühüm kompanentlərindən biridir. 

217 
Benzolun  atmosferdə  reaksiya  qabiliyyəti  çox  aşağıdır.  İşıq 
dalğasının  uzunluğu  2800  Å  artıq  olduqda  benzol  fotolizə  uğramır. 
Benzol suda azda olsa həll olur. Buna görə də su ambarlarında onun 
yüksək konsentrasiyasıda olması qeydə alınmışdır. 
Ətraf mühitin benzolu çıxarmaq üçün bakterialarla parçalanma 
üsulundan istifadə olunur.
 
Vinilxlorid 
 
Vinilxlorid  (CH
2
=CHCl)  rəngsiz,  şirintəhər  iyli,  qaz  halında 
maddədir. 0,13,4
0
C qaynayır, buxarının təzyiqi 25
0
C, 2600 mm civə 
stununa  bərabərdir.  Qızdırıldıqda  vinilxlorid  asanlıqla  parçalanır  və 
fosgen əmələ gətirir, suda az həll olur. 
İş  otağında  onun  yolverilməz  konsentrasiyası  8  saat  ərzində  1 
mln.
-1
,  15  dəqiqə  ərzində  isə  5  mln  hesab  olunur.  ABŞ-nın  ətraf 
mühitin  mühafizəsi  agentilyi  vinilxloridi  xüsusi  təhlükəli  çirklən-
dirici maddələrə aid edir. 
Vinilxlorid konsentrastiyası 1 mln.
-1
-dən artıq olduqda onun təsiri 
altında işçilərdə qaraciyərin anqiosərkoması xəstəliyi əmələ gəlir. Bir 
sıra  tədqiqatlar  nəticəsində  müəyyən  edilmişdir  ki,  vinilxlorid  rak 
xəstəliyinin  bir  neçə  formasının  əmələ  gətiricisidir.  Ona  görə  də 
atılan  qazlar  içərisində  vinilxloridin  miqdarı  10  mln.
-1
  artıq 
olmamalıdır. 
Vinilxloridi  1,2-dixloretanın  dexlorlaşmasından,  etilenin  xlor-
laşmasından və yaxud etilenin oksixlorlaşması ilə almaq olur: 
 
2CH
2
= CH
2
+ 2Cl
2


2CH
2
Cl─CH
2
Cl 
2CH
2
= CH
2
+ O
2
+  4HCl


2CH
2
Cl─ CH
2
Cl+ 2H
2

CH
2
Cl ─ CH
2
Cl


CH
2
= CHCl+ HCl 
Vinilxlorid  istehsalı  zamanı  atılan  tullantıların  miqdarı  ildə  100 
min.  tonla  qiymətləndirilir.  Bu  tullantıların  90%  polivinil  xlorid 
istehsalı zamanı əmələ gəlir. 
Ətraf mühitdə vinilxloridin konsentrasiyası 5 tr.ln
-1
 bərabərdir. 
Vinilxlorid  fotokimyəvi  reaksiyalarda  iştirak  edə  bilir.  Bu  da 
atmosferin  çirklənməsində  mühüm  rol  oynayır.  Vinilxloridin 

218 
atmosferdə  oksidləşmə  məhsullarına formaldehid, qarışqa turşusu 
və hidrogen-xlorid aiddir.
 
ƏTRAF MÜHĠTĠN RADĠOAKTĠV 
ÇĠRKLƏNMƏSĠ 
 
Radioaktivliyin  mənbəi  əsasən  ərzaq  məhsulları  olub,  aşağıdakı 
sxem  üzrə  yayılır:  atmosfer-külək,-yağış-torpaq-bitkilər-heyvanlar-
insan. 
Günəşdə gedən  yanma prosesi nəticəsində milyon dərəcə istiliklə 
bərabər  radioaktiv  şüalar  əmələ  gələrək  yer  kürəsində  radiasiya 
mənbəinə  çevrilir  və  təbii  radiasiya  yaradır.  Digər  tərəfdən  Yer 
planeti  yaranarkən  radioaktiv  elementlərin  parçalanma  məhsulları 
üzvi  və  qeyri-üzvi  aləmdə  toplanaraq  radiasiya  mənbəinə  çevril-
mişdir.  Odur  ki,  planetimizin  hər  yerində  radiasiya  mövcud  olub, 
yerlərdən asılı  olaraq 10  dəfə az  və  ya çox  miqdarda qeyd edilmək-
dədir. 
Radioaktiv  mənbələr  (bunlara  radionuklid  deyilir)  təbii  və  süni 
olmaqla iki qrupa ayrılır: birinci qrup radionuklidlər kosmogen olub 
3
H, 
7
Be, 
14
C, 
22
Na, 
24
Na radioaktiv izotoplardan ibarətdir; ikinci qrup 
radionuklidlər  ətraf  mühitin  çirklənməsi  zamanı  mövcud  olmaqla 
40
K, 
238
U, 
232
Th izotoplarından ibarətdir. 
İlk  dəfə  insanlar  tərəfindən  kəşf  olunan  radionuklid  Radiumdur. 
Onu  1898-ci  ildə  Mariya  Küri  Skladovskaya  və  həyat  yoldaş  Pyer 
Küri Uran filizindən aldılar. Bu kəşfə görə onlara 1903-cü ildə Nobel 
mükafatı verildi. 
İkinci süni radionuklid – Radon 1908-ci ildə alman alimi Ramzay 
tərəfindən  sintez  edildi.  Bu  radioaktiv  təsirsiz  qazın 
26
Rn
 
izotopu 
müalicə 
məqsədilə 
(radon 
vannaları)  istifadə  olunmasına 
baxmayaraq, orqanizmdə hüceyrələrin funksiyasını poza bilir. 
Radon orqanizmə inqalyasiya yolu ilə daxil olur. İnsanlar radonla 
daimi təmasda olur. Kərpic və daş binalar, əsasən zirzəmi və birinci 
mərtəbə  radonla  zəngin  olur.  Tikinti  materiallarının  radioaktivliyi 
(mk 3b/il hesabı ilə ) aşağıdakı kimidir: ağac materialı-0; əhəng daşı 
və  qum  0-100;  kərpic,  beton  –  100-200;  təbii  daş,  gips  200-400; 

219 
qranit  400-2000.  Radonun  ən  çox  mövcud  olduğu  yerlərdən  biri  də 
sudur. 
İnsanların  istehsal  fəaliyyəti  nəticəsində,  faydalı  qazıntıların 
çıxarılması  və  emalı,  üzvi  yanacaqların  yandırılması,  mineral 
gübrələrin  istehsalı  zamanı  atmosfer  radionuklidlərlə  zənginləşir  və 
daimi dəyişir. 
Nüvə  enerjisinin  əldə  olunması  ilə  bərabər  insanlar  tərəfindən 
xeyli miqdarda radioaktiv mənbələr təbiətə yayılır. 
Atom  bombalarının  sinağı  zamanı,  istər  quruda  istərsədə  suda, 
atom  elektrik  stansiyalarının  qurulması  zamanı  biosfer  çirklənir  və 
bunun ağır nəticələri hiss olunmaqdadır. 
Süni  sintez  olunan  radionuklidlər  21  olub,  onlardan  8-i  əhalinin 
şüalanma  mənbəi  kimi  qeyd  olunmaqdadır: 
14
C, 
137
Cs, 
90
Sr, 
89
Sr, 
106
Rn, 
144
Ce, 
131
İ, 
95
Zr. 
Radioaktiv  maddələr  əsasən  3  yolla  orqanizmə  daxil  olur:  a) 
radioaktiv  maddə  ilə  çirklənmiş  hava  ilə  tənəffüs  etməklə;  b)  su  və 
qida məhsulları ilə mədə-bağırsaq vasitəsilə; c) dəri vasitəsilə. 
Süni  radioaktiv  maddələrdən  ən  təhlükəlisi  yaşama  müddəti  çox 
olan 
90
Sr, 
137
Cs və «qısaömürlü» 
131
İ izotopları hesab olunur. Hazırda 
onların  orqanizmə  daxil  olma,  yayılma,  toplanma  və  xaric  olma 
prosesi 
yaxşı  öyrənilmişdir.  İnsan  orqanizminin  radioaktiv 
məhsullardan qorunması əsas profilaktiki tədbir hesab olunur. 
Orqanizmə  daxil  olan  radioaktiv  maddələr  aşağıdakı  sxem  üzrə 
yayılır:  biomolekullar  –  hüceyrə  möhtəviyatı  -  hüceyrə  -  toxuma-
orqanizm. 
Şualanmaya  daha  həssas  olan  hüceyrələrin  orqanellarıdır. 
Məməlilərdə hüceyrənin nüvəsi və mitoxondrilər ən az şüalanmadan 
tez zədələnir. Bu zaman hüceyrələrdə gedən oksidləşmə, fosforlaşma 
prosesi  pozulur,  nukleoproteidlərin  fiziki-kimyəvi  xassələri  dəyişir 
və  bunun nəticəsi  olaraq  DNT-nin (dezoksinuklein turşusu) kəmiyət 
və  keyfiyyət  dəyişikliyi  baş  verir.  Bundan  başqa  hüceyrə  membran-
larında K
+
, Na
+
 ionlarının mübadiləsi pozulur. 
Şüalanma çox olduqda bütün növ mütasiya dəyişgənliyi baş verir: 
genomik  mutasiya  -  xromosom  cütlərinin  sayı  dəyişir;  xromosom 
mutasiyası  –  xromosomla  rın  miqdarı  və  quruluşu    dəyişir;  gen 

220 
mutasiya  –  genlərin  molekulyar  quruluşu  dəyişir  və  bunun  nəticəsi 
olaraq bioloji aktiv olmayan zülallar sintez olunur. 
Hüceyrələrin  radioaktiv  zədələnməsinin  üç  mərhələsi  nəzərdə 
tutulur:  Birinci  mərhələdə  makromolekulların  ionlaşması  və  həyə-
canlanması  baş  verir  ki,  buna  fiziki  mərhələ  də  deyilir.  Bu  zaman 
enerjinin  udulması  aminturşuların  zəif  rabitələrində  (-SH  qrupların-
da,  xromofor  timin  qruplarında  və  lipidlərdə  ikiqat  rabitələrdə) 
həyata keçirilir. 
İkinci mərhələdə kimyəvi çevrilmələr baş verdiyindən, bu zaman 
zülalların, nuklein turşularının, lipidlərin radikalları su molekulları və 
oksigenlə  qarşılıqlı  təsirdə  olurlar.  Bu  da  öz  növbəsində  peroksid 
birləşmələrin  əmələ  gəlməsi  ilə  yanaşı,  oksidləşmə  prosesini 
sürətləndirərək  molekulların  dəyişməsi  baş  verir.  Nəticədə  bioloji 
membranların quruluşu dəyişir, dağılma prosesi sürətlənir, fermentlə-
rin funksiyası dəyişərək onların aktivliyi dəyişir. 
Üçüncü mərhələdə biokimyəvi dəyişiklər baş verir. Bu zaman bir 
fermentin  aktivliyi  azalaraq,  digərinin  aktivliyi  həddindən  çox  artır. 
Nəticədə lazımı molekulların sintezi ləngiyərək biokimyəvi proseslər 
getmir.  Bu  mərhələdə,  həmçinin  fosforun  oksidləşməsi  getmir.  100 
rad şüalanmadan 20-30 dəqiqə sonra bu proses baş verir ki, bu zaman 
həyat  fəaliyyətinin  əsas  tənzimləyicisi  olan  adipin  tri  fosfat  (ATF) 
molekulunda genləşmə sistemi dağılır. 
Radiasiyaya  həssas  olan  molekullardan  biri  də  Dezoksiru-
benuklein  turşusu  (DNT)  və  onun  kompleksləridir.  Ehtimal  olunur 
ki, bu zaman əsas etibarı ilə zülal-zülal və zülal DNT əlaqəsi dağılır. 
Orqanizmin 
tam 
şüalanması  zamanı  skelet  əzələlrində, 
qaraciyərdə  və  digər  toxumalarda  qlikogenin  miqdarı  aşağı  düşür. 
Bundan başqa qlikozanın  parçalanması  prosesi - qlikoliz də pozulur. 
Şüalanma  zamanı  lipidlərdə  sürətli  oksidləşmə  prosesi  nəticə-
sində  aşağıdakı  reaksiya  ilə  müşayət  olunan  peroksidlərin  əmələ 
gəlməsi prosesi baş verir. ROOH


R – və ROOH


ROO - 
çevrilməsi  baş  verərək  ilkin  radikallar  yaranır,  bu  radikallar  da  öz 
növbəsində oksidləşərək peroksidlər əmələ gəlir:  
          
         
R- + O
2
 


RO
2
- və ROO- + RH


ROOH + R- 

221 
Proses  zəncirvari  olduğundan  sürətli  baş  verir  və  hüceyrələrin 
məhv olması ilə nəticələnir.
 
Orqanizm  şüalanmaya  məruz  qaldıqda  lipidlərin  miqdarının 
azalması ilə yanaşı, onların qanda, qara çiyərdə və digər toxumalarda 
paylanması pozulur. 
Radioaktiv  maddələrin  orqanizmdə  yayılması  xüsusiyyətləri 
əsasən üç qrupla xarakterizə olunur: 
1.  Skeletlərdə  toplanan  izotoplar  –  buraya  stronsium  barium  və 
radiumun radioaktiv izotopları daxildir. 
2.  Qara  çiyərdə  toplanan  izotoplar  -  buraya  serium,  lantan, 
plutonium və digər aktinoidlərin izotopları daxildir. 
3.  Orqanizmdə  bərabər  paylanan  radioaktiv  izotoplar  buraya 
hidrogen,  karbon,  təsirsiz  qazlar,  dəmir  və  digər  elementlərin 
radioaktiv  izotopları  daxildir.  Bunlar  da  orqan  və  toxumalarda 
sellektiv  olaraq  toplanırlar.  Məsələn,  kalium,  ribidium,  sezium 
əzələlərdə,  niobium,  rutenium  dalaxda,  böyrəküstü  vəzdə,  limfa 
düyünlərində  daha  çox  toplanırlar.  Radioaktiv  yod  isə  əsasən 
qalxanabənzər  vəzdə toplanır və  onun  bədxassəli şiş əmələ  gətirmə-
sinə səbəb olur. 
Yuxarıdakıları  analiz  etdikdə  radioaktiv  çirklənmədən  qorunmaq 
üçün  aşağıdakı  profilaktiki  tədbirlər  alınmalıdır:  təbii  ekran  kimi 
Bizi,  Günəşdən  gələn  radioaktiv  kosmik  şüalardan  qoruyan  Yer 
atmosferinin qorunması; radioaktiv elementlərin çıxarılması, istehsalı 
tətbiqi və saxlanması zamanı  yüksək təhlükəsizlik  texnikasına əməl 
olunması. 
Radionuklidlərin  orqanizmdə  toplanmasının  qarşısını  almağın 
yollarından biri də düzgün qidalanmadır. Bu zaman orqanizmə daxil 
olan  və  yarım  parçalanma  dövrü  10  ildən  çox  olan  radionuklidlərin 
toplanması və miqrasiyası aradan qalxır. 
Radioaktiv  zədələnmələrə  həssas  olan  toxumalar  –  onurğa  beyni 
və  sümüklər  bəd  xassəli  şişlərin  əmələ  gəlmə  riskinə  görə  ilkin 
yerlərdən birinə sahibdir.  
Tədqiqatlar  göstərmişdir  ki,  qida  rasionu  balıq  məhsulları, 
kalsiumla,  flüorla  zəngin  qidalar,  antioksidant  xassəli  A,  E,  C 
vitaminləri,  eləcə  də  tam  mənimsənilməmiş  karbohidratlar  (pektin) 
orqanizmdə baş verə biləcək onkoloji xəstəliklərin riskini azaldır. Bu 

222 
cür qidalanma əsas profilaktiki  tədbirlərdən biri olub ağır  metalların 
və  digər  zəhərli  maddələrin  orqanizmdə  toplanması  və  miqrasiya-
sının qarşısını almaqla, onların orqanizmdən kənar olmasını sürətlən-
dirən bir vasitədir. 
Ətraf mühitin radioaktiv çirklənməsi prosesi əsasən 1940-1950-ci 
illərdən başlayaraq yarandı. Bu illərdə atom bombasının hazırlanması 
və  tətbiqi  (avqust,  sentyabr  1945-ci  il  Naqasaki  və  Xerosima 
şəhərləri  –  Yaponiya)  nəticəsində  antropogen  radiasiya  yarandı. 
Nüvə  silahlarının  təkmilləşməsi,  quruda  və  suda  nüvə  sınaqlarının 
keçirilməsi tələbi yarandığından, planetimiz radionuklidlərdə zəngin-
ləşməyə başladı. 
Təbii  radioaktiv  filizlərin  çıxarılması,  onların  yenidən  işlənərək 
Uran-235-in  ayrılması,  Atom  elektrostansiyaların  (AES)  istifadəyə 
verilməsi,  bütün  bunlar  bilavasitə  yer  qabığında  və  atmosferdə 
radioaktiv izotopların yayılmasına səbəb oldu. 
Bu  dövrə  qədər  planetimizdə  təbii  olaraq  radiasiya  fonu  mövcud 
idi və canlı orqanizmlər bu fona adaptasiya olunmuş hesab edilirdi. 
XX  əsrin  ortalarından  başlayaraq  radiasiya  fonu  bir  neçə  dəfə 
artmağa  başladı.  Digər  tərəfdən  insanların  radioaktiv  şüalarla 
şüalanması  rentgen  diaqnostikanın  yaranması  nəticəsində  də  baş 
vermiş oldu. 
Radioaktivlik  vahidi  kimi  Bekkerel  (Bk)  qəbul  edilmişdir  ki,  bu 
da bir saniyədə nüvə parçalanmalarının sayı ilə ölçülür. 
Radioaktivliyi həmçinin Küri (Ki) ilə də göstərirlər 1Ku=3,7

10
10
 
dağılma /saniyə, 1Bk=2,7

10
-11
Ku. Son zamanlar ekspozisiya dozası 
kimi rengen vahidindən də istifadə olunur. 
1  Rentgen 

  -  şüalanma  1  sm
3
  havada  2,08

10
8
  çüt  ion  əmələ 
gəlməsilə ölçülən şüalanmaya bərabərdir. 
Təbii radiaktiv fon kosmogen və geogen yolla yaranır. Yer kürəsi 
daimi olaraq proton və neytron bombardmanına məruz qalır. Kosmik 
şüaların  təsirindən  atmosfer  azotu  və  hidrogeni  dəyişərək 
3
H, 
14
C, 
7
Be və 
10
Be kimi radionuklidlərin əmələ gəlməsinə səbəb olur. 
Məsələn, 
azot 
atomunun 
nüvəsi 
kosmik 
neytronların 
bombardmanı nəticəsində 
14
C izotopu əmələ gəlir. 
 
14
7
N+ 
1
o
P           
14
6
C + 
1
1


223 
 
Bu  zaman  əmələ  gələn 
14
6
C  izotopunun  yarımparçalanma  dövrü 
5730 il olub aktivlik cəmi isə 8,5

10
18
 Bk-lə bərabərdir. 
Eyni  zamanda  atmosfer  azotunun  nüvəsi  günəşdən  gələn  kosmik 
protonlarla bombardman edildikdə aşağıdakı çevrilmə baş verir. 
 
14
7
N + 
o
1



 2

 
7
4
Be 
 
7
4
Be  izotopunun  yarımparçalanma  dövrü  53  gün  olub  yağış 
vasitəsilə  milyon  tonlarla  yer  qabığına  çökür.  Bu  zaman  yağış 
suyunun ümumi aktivliyi 700 Bk/m
3
 bərabər olur. 
Geogen mənşəli radioaktiv izotoplar təxminən 300 olub, onlardan 
ən  çox  yayılanı 
40
K  izotopudur.  Onun  yarımparçalanma  dövrü 
1,32

10
9
  il  olub,  radioaktiv  izotopların  0,0119%-ni  təşkil  edir.  Bu 
izotopun  radiokimyəvi  parçalanması  iki    istiqamətdə  gedir.  Birinci  
istiqamət 

 - parçalanma olmaqla izotopun 89%-ni əhatə edir. 
 
40
K


40
Ca + 

 
 
İkinci  istiqamət  zamanı 
40
K  izotopu  elektron  udaraq  arqon 
elementinə çevrilir: 
 
40
K + e


40
Ar + 

 
 
Geogen  radionuklidlərdən  Uran  və  Torium  yer  qabığında  az  və 
səpələnmiş halda  yayılsada (Uranın klarkı - 2,6 

10
-40
%, Toriumun-
ki  isə 1,6 

10
-40
%) canlı  varlıqlarda  onların  miqdarı 8  mqr/kq  təşkil 
edir. Çay sularında Uran və Toriumun miqdarı 0,3

 0,5 mkq/l olur və 
hər il okean və dənizlərə 70 ton Uran, 189 ton Torium axıdılır. 
 
Qeyri nüvə yanacaqları antropogen radionukleid 
mənbələri 
 
Yer  qabığında  yayılmış  və  istifadə  olunan  faydalı  qazıntılar, 
eləcədə daş kömür, neft, qaz, torf, qaynar şistlər (lay-lay yerləşmiş və 
enerji mənbəi olan şistlər Azərbaycanda ən çox ehtiyatlara malikdir) 
bu və  ya başqa  miqdarda radionuklidlərlə zəngindir.  Filizlərin emalı 

224 
və  yanacaqlar  yandırılan  zaman  bu  radionuklidlər  bərk  halda  və 
maye qaz halında ətraf mühitə yayılaraq ekoloji çirklənmə yaradır. 
Mütəxəssislərin  hesablanmalarına  görə  təsərrüfat  fəaliyyəti 
nəticəsində  hər  il  təbiətə  10
5
Ku  Torium-232  və  həmin  miqdarda  da 
Uran-238  yayılır.  Bundan  başqa  hesablamalardan  kənarda  qalan 
kimya  zavodlarının  istehsal  tullantılarının  miqdarı  bu  rəqəmlərdən 
bir neçə dəfə çoxdur.  
Qara  və  əlvan  metallurgiya  zavodlarında,  gübrə  sənayesində 
odadavamlı  və  saxsı  materiallarının  istehsalı  zamanı  onların 
tərkibində olan radionuklidlər ətraf mühitə yayılır. 
Fosfatlar, Rutilli birləşmələr, sirkonium və volfromlu tullantılarda 
radioaktivlik 70 kBk/kq təşkil edir ki, bu cür maddələr (MAQATG– 
Azərbaycan  dilində  –  Atom  enerjisi  üzrə  beynəlxalq  agentlik  – 
ATENBA) tərəfindən «radioaktiv maddə» sırasına aid edilir. 
Sumqayıt  superfosfat  zavodundan  və  Gəncə  Alüminium 
zavodunun tullantılarında bu rəqəm bir neçə dəfə çoxdur. 
Qeyri  nüvə  sənayesində  filizlərin  işlənməsi  nəticəsində  filizlərdə 
olan  təbii  radiasiya  fonu  temperaturun  təsirindən  bir  neçə  min  dəfə 
artır. 
Müəyyən  edilmişdir  ki,  qurğuşun  filizlərində 
210
Pb-nun  radio-
aktivliyi 13,5 Bk/kq olduğu halda, əridildikdə bu rəqəm 370 k Bk/kq 
olur. 
Yeraltı sulardan alınan yodun istehsalı zamanı sulfat turşusundan 
oksidləşdirici kimi istifadə olunur. Bu zaman xeyli miqdarda barium 
və stronsium sulfat çöküntüləri alınır ki, onlarda öz növbəsində 
228
Ra 
izotopunu özündə toplayaraq radioaktiv mənbəyə çevrilir. 
Təbii  radionuklidlərin  ətraf  mühitə  yayılmasının  əsas  səbəblə-
rindən biri kimi filizlərin yüksək temperaturda işlənməsidir. 
Məsələn,  odadavamlı  materialların  alınması  zamanı  temperatur 
2800
0
C-yə  çatır.  Hansı  ki,  Radium  elementi  1140
0
C-də  qaynayır. 
Beləliklə,  radium  izotoplarının  buxarı  aerozol  şəklində  atmosferə, 
oradan  da  yer  qabığına  yayılır.  Həmin  istehsal    tullantılarında    daha 
təhlükəli olan 
210
Pb və 
210
Po radioaktiv izotoplarda çox olur. 
Daş  kömür,  mazut  və  qazla  işləyən  istilik  elektrik  stansiya-
larında  da  radioaktiv  çirklənmə  prosesi  baş  verir.  Tədqiqatlar 

225 
göstərmişdir  ki,  həmin  stansiyalara  yaxın  ərazidə  yaşayan  əhali 
normadan 30-40 dəfə artıq ekvivalent doza qəbul edir. 
 
Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin