Азярбайъан республикасы кянд тясяррцфаты назирлийи азярбайъан дювлят аграр университети



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə20/22
tarix29.12.2016
ölçüsü2,16 Mb.
#3872
1   ...   14   15   16   17   18   19   20   21   22

 
12. 3. Makronutriyentlərin həzm prosesi 
 
Qida  maddələrini təşkil  edən  maddələr polimer quruluşlu  olub 
həzm  prosesində  hidrolizə  uğrayaraq  monomerlərə  qədər 
parçalanır. Makronutrientlər, yuxarıda göstərildiyi kimi üç növə - 
sulukarbonlar,  zülallar  və  yağlar-ayrılaraq  hər  biri  üçün  həzm 
prosesi müxtəlif sxem üzrə gedir. 
Sulukarbonların 
mübadiləsi
İnsan 
orqanizmində 
sulukarbonlardan  əsasən  polisaxaridlər  metabolizmə  uğrayır. 
Bunlar  bitki  məhsullarında  olan  nişasta  və  heyvan  mənşəli  qida 
maddələrində  olan  qlikogendir.  Bu  polisaxaridlərin  mübadiləsi 
aşağıdakı sxem üzrə gedir: 
 

240 
saxaroza 
l
aktoza 
m
altoza 
pepsin 
ı. mədədə 
qana və 
qaraciyərə 
tripsin və başqaları 
Karboksi və aminopeptidazalar 
3. Nazik bağırsaqlarda 
2. onikibarmaq bağırsaq 
 
Nişasta amiloza Deksitinlər amiloza Maltoza maltoza  
 
Qlikoza Qlıkogen mədə şirələri  
 
  
qana  
       qara ciyərə 
 
Hər iki polisaxaridlər ağız boşluğundan başlayaraq bütün həzm 
sistemində  fermentativ  reaksiyalar  vasitəsilə  asan  sorulan  D-
qlükozaya qədər parçalanır. 
Qida  polisaxaridləri  aşağıdakı  sxem  üzrə  metabolizmə 
uğrayırlar; 
Saxaroza                     D-qlükoza+D-fruktoza  
Laktoza laktad                     D-qlükoza+D-qlikoza  
Maltozamaltab                     2 D-qlükoza 
 
Tədqiqatlar  göstərmişdir  ki,  Asiya  və  Afrika  qitəsinin  yaşlı 
insanlarında  Laktozanın  aktivliyi  getdikcə  azalır  və  sönür.  Bu 
zaman süd şəkəri demək olar ki, parçalanmır və yoğun bağırsağa 
qədər dəyişmədən  yol gedir. Burada mikroorqanizmlər tərəfindən 
qıcqıraraq müxtəlif qazlar əmələ gətirir ki, buna diareya deyilir. 
Nazik  bağırsağın  epiteli  toxumasının  hüceyrələri  vasitəsilə 
parçalanma  məhsulları  olan  D-qlükoza,  D-fruktoza,  D-qalaktoza 
qana keçərək qaraciyərə daşınır. 
Zülalların mübadiləsi. Qida maddələrində olan və orqanizmin 
əsas qida elementi olan zülallar mürəkkəb quruluşlara malik olub 
aşağıdakı sxem üzrə fermentativ parçalanmaya məruz qalır: 
 
Zülallar     
           
    polpeptidlər
                                 
Peptidlər
 
 
 
                   
Aminturşular             
 
 

241 
Lipaza-kolipaza 
Öd turşuları və Na 
Sabunlaşmış yağ 
turşuları 
Pepsin,  tripsin,  hemotripsin,  və  karboksipeptidaza  mədə- 
bağırsaq sistemində sintez olmur və qeyri aktiv olaraq zimogenlər 
adlanan formalarda  olurlar. Öz-  özünə  kataliz prosesi nəticəsində 
bu  fermentlər  aktiv  formaya  keçərək  təsir  göstərir.  Tripsinin 
aktivləşməsi, nazik  bağırsaq  şirəsində  olan  enterkinaza fermenti-
nin təsiri ilə həyata keçirilir. 
Sağlam  orqanizmdə,  mədəaltı  vəz  tərəfindən  sintez  olunan 
zimogenlər, yalnız nazik bağırsaqda aktivləşir. Aktivləşmə getmə-
dikdə pankreatit adlanan ağır xəstəlik baş verir. 
Yagların mübadiləsi. Yağlar da nazik bağırsağa qədər demək 
olar  ki,  fiziki  dəyişikliklərə  uğrasa  da  kimyəvi  dəyişməz  qalır. 
Nazik  bağırsaqda  mədəaltı  vəzin  ifraz  etdiyi  lipaza  fermentinin 
təsiri ilə həzm olunmağa başlayır. Mədəaltı vəzin lipaza fermenti, 
zimagen  olub  nazik  bağırsağın  ifraz  etdiyi  şirə  vasitəsilə  aktiv 
formaya keçir. 
 
Aktivləşmiş  lipaza,  öd  turşularının  və kolipaza  adlanan  xüsusi 
zülalın  təsiri  ilə  daha  da  aktivləşərək  aşağıdakı  sxem  üzrə 
qliseridlərə çevrilir; 
 
CH
2
OCOR                         CH
2
OH 
│ 
│ 
 
CHOCOR                           CHOH   +  RCOONa 
│ 
│ 
CH
2
OCOR                          CH
2
OH 
 
Öd  turşularının  duzları  xol  turşusunun  törəmələri  şəklində  öd 
möhtəviyatına  keçir  və  oradan  da  nazik  bağırsağın  yuxarı 
hissəsinə  tökülür.  Öd  turşuları  və  α-monoasilqlisirinlərin 
sorulması  prosesi  baş  verdikdən  sonra,  öd  turşuları  emulsiyalaş-
mış  yağ  hissəciklərinin  hidrolizə  uğramayan  az  bir  hissəsini  özü 
ilə  birlikdə  daşıyaraq  onlardan  azad  olur  və  yenidən  qara  ciyərə 
qayıdır.  Beləliklə

öd  turşuları  bir  növ  katalizator  rolu  oynayaraq 
dövran  edir-qaraciyər  →  bağırsaq  →  qaraciyər  sxemi  üzrə.  Öd 
turşuları triqleseridlərdən başqa, yağda həll olan digər komponent-

242 
lərin də həzm olunmasında rol oynayır. Öd turşuları çatışmadıqda 
А  vitamininin  lazımı  miqdarda  olmasının  qarşısını  alır.  Od 
turşuları, həmçinin, Ca
2+
 , Mg
2+
 və Fe
2+
 kationlarının mənimsənil-
məsi üçün vacib birləşmədir. 
Məlumdur  ki,  bitki  və  heyvani  yağlarda  qliseridlərədən  başqa 
çoxlu  miqdarda  qida  elementləri  vitaminlər  piqmentlər,  mineral 
maddələr və s. vardır. Odur ki, yağların həzm prosesində qlisrinlə 
yanaşı  fosfat  turşusu  və  onun  həll  olan  Na,  К  duzları,  xolin  və 
digər həll olan maddələr əmələ gəlir. 
Həzm  prosesinin  bütün  hidroliz  məhsulları  limfa  sisteminə 
sorularaq, oradan da qan dövranına qarışır. 
Suda  həll  olan  vitaminlər  nazik  bağırsaqda  məhlul  şəklində 
asanlıqla  nazik  bağırsaq  vasitəsilə  qana  sorulur  və  orada  uyğun 
zülallarla kompleks birləşmələr əmələ gətirərək müxtəlif orqanla-
ra daşınır. Orqanizmdə gün ərzində bağırsaq membranlarından 8-9 
litr  su  sorulur  ki,  bundan  iкi  və  üç  litrə  qədəri  kənardan  qəbul 
edilir. Qalan  5-6  litri isə  orqanizmdə  fəaliyyət  göstərən  sekresiya 
vəzləri  tərəfindən  əmələ  gəlir.  Qanın  tərkibinə  keçən  mübadilə 
məhsulları  qaraciyərə  daşınaraq  təmizlənir  və  orqanlar  arasında 
bölüşdürülür.  
 
12.3 Qidalanmanın elmi əsasları və əsas anlayıĢları. 
 
Qidalanmanın  elmi  əsasları  və  qidalanmanın  həyat  fəaliy-
yətində  mühüm rolu XIX əsrin  ortalarında formalaşmağa başladı.  
О  dövrlərdə  qidalanmanın  paradıqması  termininin  və  söz 
birləşməsinin  formalaşması  yaradıldı  və  bir  sıra  keyfıyyətli  zən-
ginləşdi.  Qidalanmanın  əsas  anlayış  və  nəzəriyyələrinin  yaran-
ması aşağıdakı kəşflər və tədqiqatlar nəticəsində meydana gəldi: 

 
Vitaminlərin kəşfi və onların bioloji rolu

 
Mikroelementlərin  kəşfi  və  onların  bioloji  sistemdə 
əhəmiyyətinin hər tərəfli tədqiqatı; 

 
Orqanizmin hüceyrə səviyyəsində öyrənilməsi; 

243 

 
Zülalların,  sulukorbonların,  yağların  nuklein  turşularının 
və  vitaminlərin  kristal    quruluşlarının  açılması  və    əsas  
funksional  qruplarının  təsir  mexanizminin  müəyyən 
edilməsi;  

 
Nəhayət normal qidalanmanın insan sağlamlığında rolunun 
hər tərəfli öyrənilməsi. 
Qidalanmanın elmi əsaslarının öyrənilməsi, orqanizmin normal 
inkişafı  və  yaşaması  üçün  lazım  olan  qida  maddələrinin  norması 
və  funksiyasını  müəyyən  edərək,  biosisteminin  nizamlı  sürətdə 
var olmasının əsas şərtlərini təyin etmiş oldu. 
Bütün  bunlar  əsasında  XIX  əsrin  sonu  və  XX  əsrin 
əvvəllərində  balanslaşdırılmış  qida  nəzəriyyəsi  yarandı  və 
aşağıdakı üç prinsipi müəyyən etdi:  
1.
 
İdeal  qidalanma  zamanı  qida  axımı  onun  xərclənməsinə 
uyğun gəlməlidir. 
2.
 
Qida  maddələrinin  axımı,  ərzaq  məhsullarının  struktur 
dəyişikliyinə  uğraması  nəticəsində  orqanizmə  lazım  olan 
üzvü  və  qeyri  üzvi  maddələrin  əmələ  gəlməsi  yolu  ilə 
həyata keçirilməlidir. 
3.
 
Orqanizm  tərəfindən  xərclənən  enerji,  daxil  olan  qida 
məhsullarının miqdarına bərabər olmalıdır.    
Bu nəzəriyyəyə əsasən, orqanizmin normal fəaliyyətinin təmin 
olunması,  həm  lazımlı  qida  maddələri  ilə  təmin  olunmasından, 
həm enerji balansından, həm də bir sıra xassələrinə görə bir-birinə 
bağlanan  bir  sıra  faktorlardan  aslıdır.  Bir  sıra  institutlar  və 
tədqiqatçılar  tərəfindən  dəqiqləşdirilmiş  və  yaşlı  insanın  normal 
həyat  fəaliyyətini  təmin  edən  qida  norması  aşağıdakı  cədvələ 
verilmişdir. 
 

244 
Orqanizmin əsas qida elementləri ilə gündəlik təmin olunma norma 
 
 

 
normal  qidalanma  bir  yox,  bir  neçə  qidalı  və  nizamlayıcı 
maddələrdən asılı olur; 
Qida maddələri 
Qramlarla 
miqdar 
Qida maddələri 
Qramlarla 
miqdarı 
Su o cümlədən; 
 
İçməli su, çay, kofe  
Duru yeməklərdən  
Ərzaq  məhsulları-
nın tərkibində 
Zülallar 
Əvəzolunmaz 
aminturşuları; 
Triptofan 
Leysin 
İzoleysin 
Valin 
Treonin  
Lizin  
Metionin 
Fenilalanin 
Əvəz olunan 
aminturşular 
Histidin 
Arginin 
Sistin 
Anin 
Tirozin 
Serin  
Qlütamin turşusu 
Asparagin turşusu 
Prolin 
Qlisin 
Sulukarbonlar 
Şəkər  
Nişasta 
1750-2200 
 
800-1000 
250-500 
 
700 
80-100 
 
 

4-6 
3-4 

2-3 
3-5 
2-4 
2-4 
 
 


2-3 
3-4 


16 



250-300 
50-100 
400-450 
Üzvi turşular,süd 
 və limon turşuları 
Ballast maddələr 
seliloza və pektin 
Yağlar o cümlədən yarı-
doymamış yağ turşuları 
Bitki yağları  
Xolesterin  
Fosfolipidlər 
 

 
25 
80-100 
3-6 
20-25 
0,3-0,6 

Mineral maddələr mq-la 
Kalsium 
Fosfor 
Natrium 
Kalium 
Xloridlər 
Maqnezium 
Dəmir 
 
800-1000 
1000-1500 
4000-6000 
2500-5000 
5000-7000 
300-500 
15 
Vitaminlər mq-la 
C vitamini 
B
1
vitamini-tiamin 
B
2
 riboflavin 
PP nikotin turşusu 
B
3
 pantotenat 
A-müxtəlif formalı 
B
6
 pirodoksin 
B
12  
kobalamin 
B
15
 panqam turşusu 
P rutin 
E-müxtəlif formalı 
K-müxtəlif formalı 
Biotin 
Xolin 
Lipol turşusu 
İnozit 
 
70-100 
1,5-2 
2-2,5 
15-25 
5-10 
1,5-2,5 
2-3 
0,005-0,08 
2,5 
25 
2-6 

0,15-0,3 
500-1000 
0,5 
500-1000 

245 

 
orqanizm  üçün  fizioloji  əhəmiyyət  kəsb  edən  və  ballast 
adlanan  maddələr  mövcuddur  ki,  onlar  „qida  lifləri
adlanır.  
Müasir  qida  nəzəriyyəsinə  əsasən  „qida  lifləri"  qida 
komponentlərinin  tərkibində  olan  və  əsasını  biopolimerlər  təşkil  
edən, həzm  olunmayan polisaxaridlər-pektinlər, liqninlər, seliloza 
və  hemiselilozadır  ki,  orqanizm  tərəfindən  mənimsənilmirlər.   
Seliloza  və   hemiseliloza  demək  olar  ki, orqanizmdə həll olun-
murlar,  pektinlər  və  liqninlər  həll  olsalar  da  polimer  quruluşlu 
olub, orqanizmdə dəyişikliyə uğramırlar.  
Bu komponentlər bitki məhsullarında olub,  onların quruluşunu 
yaradır,  hüceyrələrin  membranını  təşkil  edir  və  örtük  maddəsi 
kimi  bitki  meyvələrinin  qabıq  rolunu  oynayırlar.  Qida 
məhsullarının  texnologiyası  zamanı  bu  komponentlər  çıxarılır  və 
lazımsız  hesab  edilir.  Misal  olaraq  taxılın  kəpəyinin  ayrılması, 
düyünün  qabıq  hissəsinin  çıxarılması  yəni  cilalanması  giləmey-
vələrin şirələrinin çıxarılması və s. göstərmək olar.  
Qidanın  keyfiyyətinin  yaxşılaşdırılması  zamanı  aparılan  bu 
əməliyyatlar əhalinin sağlamlığına mənfi təsir göstərməkdir. 
Buğda ununda olan tiamin xlorid orqanizm üçün əvəzolunmaz 
komponent  –olub,  xüsusi  iyə  malikdir.  Lakin  o  qabıq  hissəsində 
olduğundan kəpəyin tərkibindən qalır.  
Əvvəllər  su  dəyirmanlarında  üyüdülən  unun  kəpəyinin 
tərkibində  tiamin  xlorid  olduğundan  çörək  bişirilən  zaman 
ayrılaraq iyi ətrafa yayılırdı. 
Hazırda belə bir deyim mövcuddur; əvvəllər çörək bişirildikdə 
uzaqdan  iyi  hiss  olunurdu,  indi  isə  bişirilmə  zamanı  xarakter  iyi 
hiss olunmur. 
Orqanizmdə  „qida  lifləri"  parçalanan  və  mənimsənilən  hala 
salınaraq  ondan  „enerji  istehsal  edən  "  ferment  olmadığından, 
onlar  lazımsız  maddə  kimi  ballast  adlandırılmışdılar.  Lakin 
onların  orqanizmdə  əhəmiyyəti  böyükdür  və  aşağıdakı  fizioloji 
xassələri vardır: 

 
bağırsaqların perestatikasını nizamlayır; 

246 

 
orqanizmə daxil olan və ya maddələr mübadiləsi zamanı 
aralıq məhsullar halında toksiki təsir göstərən maddələri 
adsorbsiya edərək zərərləşdirir; 

 
öd turşularının dövranını intensivləşdirir, qanda xoleste-
rinin miqdarını tənzimləyir; 

 
makronutriyentlərin   (yağlar   və   sulukarbonlar)  qanda 
miqdarını  tənzimləyir  və  həzm  fermentlərinin  təsir 
mexanizmini nizamlayır; 

 
bağırsaq  mikroorqanizmlərinin  inkişafını  tənzimləyir, 
həzm  olunmayan  qida  qalıqlarının  orqanizmdən  tez 
çıxarılmasını təmin edir. 
Adekvat  qidalanma  nəzəriyyəsi  orqanizmin  qida  fəaliyyətini 
tənzim  edən  bütün  faktorları  birləşdirir  və  aşağıdakı  üç  əsas 
prinsipi əhatə edir: 
1.
 
Nəzərdə tutulan adekvat enerji, balans enerjisi daxil olan 
qidanın çevrilmələri zamanı .ayrılan enerjinin miqdarına 
uyğun gəlməlidir. 
2.
 
Orqanizmdə  qida  tələbatı  optimal  miqdarda  olmalı  və 
qida maddələrinin ekvivalent miqdarı gözlənilməlidir. 
3.
 
Qidalanma  rejimi,  zaman  və  qida  normasının  müəyyən 
miqdarı  ilə  uyğunluq  təşkil  etməli  və  gün  ərzində 
bölüşdürülməlidir. 
 
12.3.1     Rasional qidalanmanın birinci prinsipi 
 
Qida  orqanizm  üçün,  hər  şeydən  əvvəl,  enerji  mənbəyidir. 
Onun parçalanması, oksidləşməsi və mübadiləsi nəticəsində orqa-
nizmin  həyat  fəaliyyətini  təmin  etmək  üçün  lazım  olan  enerji 
əmələ  gəlir.  Sərf  olunan  və  istifadə  olunan  kilokalori  (kkal)  və 
kilocoula (kc) ölçülür ki, 1 kkal = 4,18 kc. Əsas enerji mənbələri 
makronutriyenylər- zülallar, yağlar və karbohidratlardır. 
Qidalanma zamanı makronutriyentlərin bioloji oksidləşmə yolu 
ilə  verdiyi  enerjinin  miqdarına  görə,  onların  kaloriliyi  müəyyən 
edilir. 

247 
Qida  komponentlərinin  metabolizmi  zamanı  ayrılan  enerjinin  
miqdarını  ölçmək  üçün  aşa-
ğıdakı  cihazdan  istifadə  olunur. 
Seçilmiş  ərzaq  məhsullarının 
müəyyən miqdarı çəkilərək elek-
rokalorimetrdə  yanma  silindrinə 
qoyulur  və  artıqlama  ilə  götü
-
rülmüş  hava  oksigeni  ilə  təmin 
edir, silindrinin ətrafı isə yüksək 
təzyiqlə  su  ilə  doldurulur.  Yan-
ma  zamanı  ayrılan  enerji  suyu 
qızdırır  və  suyun  temperatur 
fərqinə görə maddənin kaloriliyi 
təyin  edilir.  1  kq  suyu  1°C  qız-
dırmaq üçün lazım olan enerji 1 
kkal  olaraq  götürülmüşdür.  Tədqiqat  üçün  götürülmüş  suyun 
teperaturu 15°C olmalıdır. 
100  q  Ərzaq  məhsulunun  energetik  qiyməti  aşağıdakı  formula 
ilə hesablanır.  
 
 
1
1
m
e



 
 
Burada e
1
 -komponentin verdiyi enerjinin, m
1
 isə komponentin 
ərzaq məhsulundakı faiz miqdarıdır. Energetik qiymətliliyinə görə 
(kaloriliyi kkal /q) ərzaq məhsulları 4-qrupa bölünür:  
1.
 
Çox yüksək enerjili məhsullar: şokolad, yağlar, halvalar... 
            ...400-900 
2.
 
Yüksək enerjili məhsullar: makaron, şəkər............250-400 
3.
 
Orta enerjili məhsullar: çörək, ət, kolbasa, yumurta, araq,... 
.....100-250 
4.
 
Aşağı  enerjili  məhsullar:  süd,  balıq,  kartof,  meyvə,  tərə-
vəz, pivə.....80-100 
Energetik  dəyərlilik,  ərzaq  məhsullarının  xassələrindən  biri 
olub, onun qida əhəmiyyətliliyinin göstəricisi sayılır. 

248 
Qida  məhsulunun  dəyəri  onun  xassələrinin  məcmusundan 
ibarətdir.  Bu  xassələr  qidanın  enerji  dəyəri  və  həzm  olunma 
dərəcəsidir. 
Ərzaq  məhsullarının  istifadəsi  zamanı  ayrılan  enerji,  orqa-
nizmin həyat fəaliyyəti zamanı üç əsas funksiyanı yerinə yetirmək 
üçün  sərf  olunur:  maddələrin  çevrilməsinə  və  mübadiləsinə, 
qidanın  həzm  olunmasına  və  əzələlərin  fəaliyyətinin  bərpa  olun-
masına. 
İnsanların  tam  rahatlığı  zamanı  (yatdıqda  və  ya  rahat  şəraitdə 
sakit  istirahət  etdikdə)  sərf  olunan  enerjinin  miqdarı-  çevrilmə 
enerjisi  adlanır  və  insanın  yaşından,  cinsindən  asılıdır. 
Hesablamalar göstərmişdir ki, orta yaşlı insan 1saat ərzində bədən 
çəkisinin  hər  kiloqramına  1  kkal  enerji  sərf  edir.  Uşaqlarda  bu 
enerji xərcinin qiyməti yüksək olur və 1,3-1,5 kkal -yə çatır. 75 kq 
çəkisi  olan  və  30  yaşlı  kişilərin  gün  ərzində  istirahət  zamanı  sərf 
etdiyi  enerjinin  miqdarı  1570  kkal,  30  yaşlı  55  kq  çəkisi  olan 
qadınların sərf etdiyi enerji isə 1120 kkal. bərabər olur. 
Qidalanma  zamanı  qida  məhsullarının  çeşidləri  çox  olarsa, 
onların  çevrilməsinə  və  həzm  olunmasına  sərf  olunan  enerjinin 
miqdarı 5-15% çox olur.  
Orqanizmdə  əzələ  fəaliyyəti  insanların  əmək  fəaliyyətindən 
asılıdır.  Aşağıdakı insanların  iş rejimindən  asılı  olaraq  bir saatda 
sərf etdiyi enerjinin miqdarı (kkal) göstərilmişdir.  
Kompüterdə işləmə ...20-40 
Oturaq halda, yazma, danışma, hündürdən oxuma...20  
Ayaq üstə durma...20-30  
Orta yerişlə уerimə... 130-200  
Dağa dırmanma ...400-960  
Evdar qadının ev işləri... 100-170  
Paltar yuma...l30 
Daş karxanasında çalışma ...400-500 
Çilingər və ağac ustası.......137-160 
Üzmə........200-700 
Qaçış............................500-930 

249 
Velosiped sürmə............180-300 
Sürücülər, yük maşını...300-350 
Minik maşını................200-250 .  
İnsanın  həyat  fəaliyyəti  zamanı  sərf  etdiyi  enerjinin  miqdarı, 
qəbul etdiyi ərzaq məhsulunun verdiyi enerjinin miqdarına uyğun 
olmalıdır.  Bu  tənasüb  pozulduqda,  enerji  sərfi  çox  olduqda 
arıqlama,  zəifləmə  və  digər  nasazlıqlar,  az  olduqda  isə  piylənmə 
baş verir. 
Tədqiqatlar  göstərmişdir  ki,  orqanizmdə  sərf  olunmamış 
enerjinin  hər  300  kkal-si  gün  ərzində  15-30  q.  il  ərzində  isə  5,5-
10,5 kq piy artığı yaradır. 
İnsanların  istifadə  etdiyi  qida  maddələrinin  çeşidləri  çox 
olduğundan, onlara nəzarət etmək hər bir insanın xarakterindən, 
iş  rejimindən  və  qidanın  keyfiyyətindən  asılıdır.  Müəyyən 
xəstəliklər  və  nasazlıqlar  zamanı  həkimlər  tərəfindən  xüsusi  qida 
rejimləri və rasionu təyin  edilir. Klassik qidalanma nəzəriyyəsinə 
görə,  şəkərli  diabet  xəstələri  az  enerji  əmələ  gətirən-  ərzaq 
məhsullarından istifadə  etməli,  şəkər  və  yağları  qida rasionundan 
çıxarmalıdırlar. Qeyd etmək lazımdır ki, beyin hüceyrələri yalnız 
qlükoza ilə qidalandığından şəkər qəbul etmədikdə, qaraciyərin işi 
çətinləşir və ehtiyat qlikogeni şəkərə çevrilərək qana verir. 
Ümumiyyətlə  gündəlik  qida  rasionunda  makronutriyentlər-
sulukarbonlar, yağlar və zülallar hökmən olmalıdır. Onlar yüksək 
enerji mənbələri olduğuna görə, az miqdarı orqanizmin enerji 
tələbatını ödəmiş olur . 
Orqanizmdə fəaliyyət göstərən orqan və toxumaların funksiyası 
müxtəlif  olduğundan,  onların  istifadə  etdiyi  qida  maddələrinin 
komponentləri  də  müxtəlif  olur.  Yuxarıda  qeyd  edildi  ki,  beyin 
hüceyrələrinin  normal  fəaliyyətini  təmin  etmək  üçün  qlükoza, 
ürək  əzələlərinin  fəaliyyətini  təmin  etmək  üçün  yağ  və  piylərin 
tərkibində olan yağ turşuları tələb olunur. 
Odur  ki,  gündəlik  qəbul  edilən  qidalar    makronutriyentlərlə 
zəngin olmalıdır. Məsələn orqanizm uzun müddət zülallı maddələr 

250 
qəbul etmədikdə, o özünün əzələ zülalından, yağ qəbul etmədikdə 
piy toxumasından istifadə edir. 
Yağlar, piylər və triqlesiridlər  heyvan  və bitki  mənşəli  olub 
enerji  dəyərliyi  9  kkal/q  təşkil  edir  və  orqanizmin  əsas  enerji 
tələbatını  ödəyən  qida  maddəsi  hesab  edilirlər.  Bundan  başqa 
triqlesirinlər  xolesterinlər  və  digər  steroidlərin  sintezində  də 
əhəmiyyətli  rol  oynayırlar.  Bitki  mənşəli  triqlesirinlər,  həmçinin, 
əvəzolunmaz, yağ turşularının əsas mənbəyidirlər. 
Son  məlumatlara  görə  orqanizmin  gündəlik  qida  rasionunda 
60-80q  yağ  olmalıdır.  Bu  isə  enerji  tələbatının  30-35%-i 
deməkdir.  Orqanizmin  normal  inkişafı  üçün  yağlar  70%-i  bitki-
mənşəli,  30%-i  isə  heyvan  mənşəli  olmalıdır.  Bu  nisbət 
pozulduqda  və  ya  yağ  norması  20-25%  artıq  olduqda,  piylənmə 
ateroskleroz və ürəyin işemik xəstəlikləri əmələ gəlir. 
Lipidlərin  əhəmiyyətli  komponentlərindən 
biri  də  də 
fosfolipidlərdir. Onlar bitki  yağlarında daha çox  olur və hüceyrə-
lərin  yeniləşməsi  üçün  vacib  birləşmələrdir.  Fosfolipidlərin 
gündəlik  norması  5  q  olmalıdır  ki,  bu  da  50-60  bitki  yağı 
deməkdir. Zülallar əsas qida maddələri hesab edilir və orqanizmdə 
3 əsas funksiyanı həyata keçirirlər. 
1.  Zülallar  8  əvəzolunmaz  və  12  əvəzolunan  aminturşuların 
mənbəyidir,  onların  mübadiləsi  zamanı  uşaqlarda  və  yaşlı 
qadınlarda  “tikinti  materialları”  kimi  rol  oynayan  yeni  aminli 
molekullar əmələ gəlir. 
2.  Zülalların  mübadiləsi  zamanı  əmələ  gələn  aminturşular 
hormonların,  proteinlərin  və  bir  sıra  lazımlı  biomolekulların 
yaranmasında istifadə olunurlar. 
3. Zülallı maddələrin orqanizmdə oksidləşməsi zamanı  
lazım olan enerjinin bir hissəsini ödəmiş оlurlar. 
Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin