Mövzu: Həzm sisteminin xəstəlikləri



Yüklə 17,09 Kb.
tarix22.06.2020
ölçüsü17,09 Kb.
#31979
Həzm orqanlarının xəstəlikləri

Mövzu: Həzm sisteminin xəstəlikləri
Həzm sisteminin vəzifəsi qəbul olunmuş qidanı müəyyən mexaniki və kimyəvi dəyişikliklərə uğradaraq həzm olunmuş qidanı sormaq və qalıq hissəni bədəndən xaric etməkdir. Həzm sisteminə həzm kanalı vəhəzm sistemi vəzifəsi aiddir.İnsanda həzmkanalı 8-10m uzunluğunda olur və bir neçə hissəyə bölünür: ağız boşluğu, udlaq, qida borusu, mədə, nazik və yoğun bağırsaqlar. Həzm sisteminin böyük vəzilirərinə qaraciyər, mədəaltı vəzi, böyük ağız suyu vəziləri aiddir. Ağız boşluğuna düşmüş qida müəyyən mexaniki və kimyəvi dəyişikliyə uğradıqdan sonra əsnək vasitəsilə udlağa, oradan qida borusuna, mədəyə keçir. Mədədə həzm olunmuş qida nazik bağırsağa, sonra yoğun bağırsağa daxil olur və qalıq hissə xaric olur. Qida həzm olduqdan sonra lazımi maddələr qana sorulur.

Ağız boşluğu həzm kanalının başlanğıcının təşkilidir. 2 hissəyə bölünür: ağız dəhlizi və xüsusi ağız boşluğu. Ağız dəhlizi ön və yan tərəflərindən dodaqlar, yanaqlar, arzadan isə dişlər və alveol çıxıntıları ilə əhatə olunur. Xüsusi ağız boşluğu yuxarıdan sərt və yumşaq damaqda, ön və yan tərəflərdən dişlər, aşağıdan isə ağız diafraqması ilə əhatə olunur. Xüsusi ağız boşluğu əsnək dəliyi vasitəsilə udlaqda birləşir. Ağız boşluğu selikli qişasının üzəri çoxqatlı yastı epitellə örtülür və çoxlu selikli vəzilərə malikdir. Bu vəzilər ağız suyu ifraz edir. Dil qan damarları, sinirlər və vəzilirlə zəngindir, selikli qişa ilə örtülmüş əzələvi orqandır və ağız boşluğunda yerləşir. Dil arxasının selikli qişası məməciklərlə örtülür. Dişlər ağız dəhlizi ilə xüsusi ağız boşluğu arasında alveol çıxıntılarında yerləşir. Qidanı tutmaq və xördalamaq vəzifəsi daşıyır. Vəzifə və formasına görə kəsici, köpək, kiçik böyük azı dişləri ayırd edilir. Ağız suyu vəziləri 3 cütdür: qulaqaltı, çənəaltı, dilaltı. Udlaq 12-14 sm uzunluğunda borulu orqandır, burun boşluğunu qıtlaqla birləşdirir. Udlaq öndən burun boşluğu, ağız boşluğu və qırtlaqla, arxadan boyun fəqərələrinin cisimləri və yanlardan boyun damarları, sinirləri ilə əhatə olunur. Yuxarıda kəllə əsasına bağlanır. Udlağın divarı selikli, lifli, əzələ və birləşdirici toxuma qişasından təşkil olunur. Udlağı qaldıran əzələlərin, yumşaq damağın və dilin əzələlərin bigə yığılması nəticəsində udma aktı əmələ gəlir. Udma zamanı qırtlaq yuxarı qalxır və dilin kökü geriyə dartılaraq qırtlaq qapağını aşağı və yuxarı basır, qırtlaq girəcəyini qapayır. Beləliklə qida udlaqdan qida borusuna keçir. Qida borusu 25-30 sm uzunluğunda boruşəkilli orqandır, 3 hissəyə bölünür. Qida borusu udlaqdan gələn qidanı mədəyə ötürür. Qida borusu udlaqdan gələn qidanı mədəyə ötürür. Mədə həzm kanalının ən geniş hissəsini təşkkil edir. Uzunluğu 21-25 sm,eni 12-14 sm, tutumu 3 lt. Mədənin 2 əyriliyi var Kiçiç və böyük. Mədənin divarları selikli, selikaltı, əzələ və seroz qişalardan təşkil olunur. Qismən həzm olunmuş qişa mədədən 12- barmaqbağırsağa keçir. Mədədə zülallar və qismən yağlar həzm olunur. Qida ilə mədəyə daxil olmuş mikroblar xlorid turşusunun təsirindən tələf olur. Nazik bağırsaq 5-6 m uzunluğundadır, 3 hissəyə bölünür: 12- barmaq, acı, qalça, 12-barmaq bağırsaq 25-30 sm uzunluğunda olur, 12-barmaqbağırsağa öd axacaqları və mədəaltı vəzin axacağı açılır. Nazik bağırsağın selikli qişasının səthidə dairəvi büküşlər, xovlar, aqreqat limfatik follikullar və bağırsaq şirəsi ifraz edən vəzlər yerləşir. Bağırsaq xovları qida maddəlinin sorulması prosesində iştirak edir. Xovlarda olan saya əzələlər həzm zamanı yığılaraq, onları hərəkətə gətirir və möhtəviyyat, yoğun bağırsağa doğru hərəkət edir. Qalça bağırsaq kor bağırsağa açılır. Yoğun bağırsağın xarici səthində zolaqların, çömçələrin, köndələn şırımların və piy çıxıntılarının olması ilə nazik bağırsaqdan seçilir. Kor bağırsağın içəri və aşağı tərəfindən soxulcanabənzər çıxıntı (appendiks) başlanır. Yoğun bağırsağın axırıncı hissəsi düz bağırsaq 15-20 sm uzunluğundadır. O anus dəliyi ilə xaricə açılır. Qaraciyər bədəndə ən böyük vəzidir,çəkisi 1500qr-dır. Qarın boşluğunda sağ qabırğa altı nahiyədə yerləşir,rəngi tünd qırmızıdır. Qaraciyər hüceyrələrinin bor qismi öd ifraz edir. Qaraciyərdən öd kisəsinə öd axacağı açılır. Öd yaşıl- sarımtıl rəngdə neytral reaksiyalı mayedir, yağları emulsiyalaşdırır, mədəaltı vəzinin yağları parçalayan fermentini aktivləşdirir. Öd ifraz etməkdən başqa, qaraciyər bağırsaqlardan qana daxil olmuş şəkərlərin artığını qlikogen halında özündə saxlayır. Eyni zamanda bədənə düşən toksinləri neytrallaşdıraraq mühafizə funksiyasını daşıyır. Öd kisəsi armud şəklindədir, qaraciyərin sağ payının alt səthində yerləşir. Ümumi öd axacağı 6-8 sm uzunluğundadır. Mədəaltı vəzinin axacağı ilə biryerdə 12 barmaqbağırsağın enən hissəsinə açılır. Öd qaraciyərdə daim əmələ gəlir, yalnız həzm zamanı 12 barmaqbağırsağa tökülür. Öd kisəsində ödün konsentrasiyası artır, öd qatılaşır.

Mədəaltı vəzi böyük qarışıq vəzidir, mədənin arxsaında 12-barmaq bağırsaqla dalaq arasında yerləşir. Mədəaltı vəzinin ifraz etdiyi şiorənin tərkibində olan fermetlərin təsirindən zülallar, yağlar, karbohidratlar parçalanır. Mədəaltı vəzinin Lanqerhans adacıqlarından ibarət hissəsi insulin hormonu ifraz edir, buda qana keçərək bədəndə karbohidrat (şəkər) mübadiləsinə təsir edir, qanda şəkərin miqdarını azaldır.



Mədə-bağırsaq xəstəlikləri
Mədə-bağırsaq xəstəliklərinin əsas əlamətləri qarında ağrı, iştahanın pozulması, ürək bulanma, qusma, gəyirmə, qıcqırma, qarının köpməsi, qəbizlik, ishal və s. Ağrılar xəstəliyin səbəblərinə uyğun olaraq uzunmüddətli və ya qısamüddətli tutmalar şəklində, yemək yeyən kimi və ya 2-3 saardan sonra ola billər. Tutmayabənzər qəfil baş verən şiddətli ağrılara sancı deyilir. Ürəkbulanma və qusma mədə əzələlərinin geritə peristaltikası ilə əlaqədardır. Gəyirmə adətən yemək yeyən vaxt hava udduqda baş verir. Qıcqırma turş mədə möhtəviyyatının qida borusuna düşməsi ilə əlaqədardır, bu hal mədə turşuluğu artıqda müşahidə edilir. Bağırsaqlarda qaz çox əmələ gəlib, yavaş irəlilədikdə xəstənin qarnı köpür və ona əziyyət verir.

Qastrit- mədənin iltihabı. Mədəyə soyuq olduqda, qidalanma gigiyenası pozulduqda qastrit baş verir. O əvvəlcə şiddətli ağrılarla başlayır. Vaxtında düzgün müalicə aparılmazsa xronik qastritə keçir. Bu da müalicə olunmazsa mədə xorasına və bağırsaqların da iltihabı və xora xəstəliyinə keçə bilər. Mədə-bağırsaq xəstəliklərinin müalicəsində ilk növbədə diletanın saxlanılması vacib şərtlərdəndir. İstifadə edilən dərman maddələri: festal, antibiotiklər (linkomisin, gentamisin, levomisetin), menzim-forte, nikedaza, oraza, pankreatin, pepsin, solizim, tibbi mədə şirəsi, qastrofarm), serukal, reqlan, diopan, noşpa, papverin, FİBS, oksiferriskarbon, solkoseril, retabolil.



Qaraciyərin, öd kisəsinin və öd yollarının xəstəlikləri

Əlamətləri: sarılıq, tünd rəngli sidik ifrazı, açıq rəngli nəcis ifrazı, dəridə qaşınma, dərinin qanaması, dəridə qarışqa gəzməsi hissi, ürəkbulanma, temperaturun yüksəlməsi, qusma, qaraciyər nahiyəsində şiddətli ağrılar. Qaraciyər və öd kisəsinin xəstəlikləri: qaraciyərin iltihabı (hepatit) öd kisəsi iltihabı (xolesistit), qaraciyərin sirrozu, öddaşı xəstəliyi. Xolesistit öd daşı xəstəliyinin əlamətləri: sağ qabırğa altında küt, kürəyə, sağ bazuya vuran ağrılar, qusma, ürəkbulanma, temperatur yüksəlir, nəbz tezləşir, qaracirər böyüyür. Öddaşı xəstəliyinin əsas əlamətlərindən biri kəskin tutmaşəkilli ağrıların olmasıdır. Ağrılar daşlar öz yerini dəyişdikdə baş verir.

Müalicə: əsasən simptomatik olur, pəhriz, cərrahi.

Mədəaltı vəzinin xəstəliyi- pankreatit. Xəstəlik qarının yuxarı şöbəsində dairəvi xarakterdə (qurşaqlayıcı) daimi, şiddətli, çoxt vaxt dözülməz ağrılala kəskin surətdə başlayır. Ürəkbulanması, qusma, hıçqırma ilə müşayiət olunur.

Müalicə simptomatik olur.



Maddələr mübadiləsinin xəstəlikləri

Piylənmə- geniş yayılmış xəstəlik olub, maddələr mübadiləsini pozğunluğu və həddən artıq yağın fizioloji yerlərində toplanması ilə əlaqədardır. Əsas eefioloji faktorlardan biri çox yemək, alkoqoldan istifadə, kifayət qədər fiziki aktivliyin olmaması, beyin travmaları və.s. o.b. yüngül xəstələr bədən çəkisinin artmasından , fiziki yüklənmə zamanı təngnəfəslikdən , ürək nahiyyəsindəki ağrılardan, tərləmə, başağrısı, baş gicəllənmə oynaqlardakı ağrılardan dispeptik pozğunluqlardan, qəbzliyə meyllilikdən şikayətlənirlər. Piylər qarında, kürəkdə, bud peysərdə toplanır. 2-li çənə bud qalifi forması alır, sifətdə köklük bilinir. 4 dərəcəsi aylıq statiyada olur: 1) proqressiv , 2) stabil

Piylənmədə bütün orqan və sistemlər , tez ürək-damar sistemi zədələnir. Böyrək daşı meyilliyi olur. Beyin damarlarında skleroz müs/ed. Qalxanvari vəzfin funksiyasının zəifləməsi, gizli və ya dəqiq şəkərli diabet aşkar edilir. I –li (essensial), II-li simpomatik I-liyi alimenfor-konstutsional neyrondokrin, II-liyə sereral və endokrinə bölünür.

Diaqnozu gözlə belə görməklə qoyurlar. Müalicəsi dildə ən başlıca yoldur. Şəkərli, çörək , kartof, üzüm, banan, makaron məhdudlaşdırılır.

Zülallarla zəngin şor, ət, kefir, süd lazımdır.

A və D vitaminləri 2 damcıdan verilməli;

Dərmanlar: tireodin 2 dəfə 0.05, xolestiramin, ateroid,lipofroq, mad+, heparin, adonis brom, kordinmin, validod, nitroqliserin, iştahanı azaltmaq üçün fepzamon, dezopimon, idman, gəzinti, üzgüçkülük, fiziki əmək.

Podaqra – xroniki xəstəlik olub, pusin mübadiləsi pozğunluğuna, sidik turşusunun artmasına, qanda sinovial qişa, damar, qığırdaqlarda sidik turşulu Na-nin çökməsinə, səbəb olur.



Ən çox qadınlar zədələnir. Çox yemək yemə, yağdan çox istifadə , içkilər, irsiyyət rol oynayır.30-50 yaşlarda olur. Podaqratik orfitlə xarakterizə olunub,büruzə verir. Ən çox şəkərli diabet, hipertoniya, ateroskleroz, nefrosklerozla birgə verilir. Mədə - bağırsaq pozğunluğu, bronxit, qaraciyər böyüməsi müşahidə olunur, böyrək daşı, pielit, pielonefrit, nevrit, irit, konyuktivit də olur.
Yüklə 17,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin