Fakultə Energetika və avtomatika



Yüklə 0,99 Mb.
səhifə1/2
tarix30.04.2023
ölçüsü0,99 Mb.
#104942
  1   2
fizika


Azərbaycan Texniki Universteti

Fakultə

Energetika və avtomatika

İxtisas

Proseslərin avtomatlaşdırılması mühəndisliyi

Qrup

272a2

Fənn

Tətbiqi fizika

Müəllim

Qaracayev Babakişi

Ad

Nicat

Soyad

Xəlili

Sərbəst işin adı

Elektrotermik rele,naqil rezistorlu temperatur qeydedicisi

Metal naqillərin müqavimətinin temperatur aslılığı. Naqil rezistorlu temperatur qeydedicisi
Metalların müqavimətləri temperaturunun artması ilə xətti qanunla artır
Rt=R0(1+αt)
α-müqavimətin termik əmsalı, t- temperatur, R0 isə t=0 0C-da naqilin müqaviməti, Rt t-temperaturunda müqavimətdir. Təmiz metal üçün α~ 4∙10-3K-1-dir. Buradan alınır ki, naqil 100K qızdırılanda onun müqaviməti 40% artır. Bəzi bəsit metallarin, müxtəlif metalların birləşmələrinin alçaq temperaturlarda müqavimətləri sıfır olur. Alçaq temperaturda müqaviməti sıfır olan naqil və birləşmələr ifratkeçiricilər adlanır. Naqillərin müqavimətlərinin temperatudan xətti asılılığından, praktikada, avtomatik tənzimləmə və idarəetmədə yüksək temperatularara nəzarət etmək üçün naqil rezistorlu temperatur qeydedicilərində istifadə olunur Bu cür qeydedicilər keramik gövdə üzərinə sarınan izolyasiyası olmayan metal naqillərdən ibarətdir.
Karkas və məftillər istiliyə davamlı möhkəm materiallardan seçilir. Adətən volfram məıftillərdənistifadə olunur Kiçik temperatura nəzarət etmək üçün plastmaslövhə üzərinə sarınan izolyasiyalı nazik misməftillərdən hazırlanan rezistorlar götürülür və qoruyucu mis örtükdə yerləşdirilir. Temperatur qeydedici naqil rezistor şəkli 3-dəkı kimi körpü sxeminə birləşdirilir. Sxemdə qidalandırıcı mənbəyə 2 paralel budaqlar birləşir. Onlardan biri ardıcıl birlşdirilmiş R1 və R2 rezistorlarından, ikinci budaq Rt naqil rezistor qeydedicisi və R3 rezistorlarından ibarətdir. Rezistorların müqavimətləri elə seçilir ki, aşağıdakı mütənasiblik ödənsin:
Şəkildə 3 Naqil şəkilli rezistor qeydedici-
sinin körpü sxeminə qoşulması verilmişdir.
Rezistorların müqavimətləri elə seçilir ki, aşağıdakı mütənasiblik ödənsin: Rt0∙R2=R1∙R3 və ya Rt0/R3=R1/R2
Burada; Rt0 t=00C- də qeydedicinin müqavimətidir.
Bunun kimi gərginliklər üçün də oxşa mütənasiblik ödənilməlidir.
Həqiqətən R1və R2 budağında cərəyan şiddəti İ1, Rt və R3 budağında İ2 olarsa,
Və ya
Burada U1, U2, U3, və Ut0- uyğun olaraq R1,R2,R3 rezistorlarında və t=00C-də Rt qeydedici rezistordakı gərginliklərdir.
Mütənasibliyin xassəsinə əsasən yazmaq olar ki,
Burada Ut0+U3=U və U1+U2=U olduğundan sonuncu bərabərlikdən alınır ki, Ut0=U1. Bu da onu göstərir ki, şəkil 3-də a və b nöqtələrinin potensialları eynidir.
Qeydedici yerlşən mühitin temperaturu artanda Rt müqaviməti artır (RtRt0). Bu halda körpü sxeminin balansı pozulur yəni Rt/R3>R1/R2 olur. Bu halda körpü sxeminin ölçülü cihazı olmadıqda (yaxud onun dövrəsi açıq olduqda) bu nisbətdən
Yaxud
alınır.
Buradan da asanlıqla alınır ki,
Hesab edilsə ki, Ut+U3=U1+U2=U olduğundan Ut>U1 alınır. Bu da aydındır. İndi Rt və R3 rezistorunda gərginliyin paylanması dəyişir: Rt-də gərginlik düşgüsü artır, R3-də azalır. R1 və R2 rezistorları arasında gərginliyin paylanması dəyişməz qalır.
Bunun nəticəsində də a və b nöqtələri arasında potensiallar fərqi yaranır,yəni a nöqtəsinin potensialı b nöqtəsinin potensialından böyük olur. Lakin qeydedicinin t=00C-dən kiçik temperaturunda, əksinə yəni b nöqtəsinin potensialı a nöqtəsinin potensialından böyük olur. Beləliklə, baxılan mühitin temperaturu 00C-dən böyük olduqca, körpü sxemində yaranan gərginlik də böyük olur. Körpü sxeminin çıxış sıxaclarında elektrik polyarlığı, baxılan mühitin temperaturunun müsbət (t>00C) yaxud mənfi (t<00C) olmasından asılı olur.
Temperaturun avtomatik nəzarət olunmasında, körpü sxemində yaranan gərginlik yüksək Omlu voltmetrə, yaxud güclənmədən sonra siqnal qurğusuna verilir. a və b nöqtələrinə birləşdirilmiş ölçü cihazı, özünü sxemin bir budağından digər budağına birləşən körpü kimi aparır, buradan da körpü sxemi termini yaranmışdır. Avtomatik idarəetmədə körpüdən alınan siqnal güclənmədən sonra icraedici orqana (məsələn, elektromaqnit relesinin sarğacına) verilir. Temperaturun məftil rezistorlu qeydedicisinin mühüm xassəsi onun müqavimətinin temperaturdan asılılığının xətti olmasıdır. Çatışmamazlığı isə onun həssaslığının kiçik olmasıdır, belə ki, temperaturun verilmiş dəyişməsində müqavimətin dəyişməsi az olur. Körpü sxeminə birləşmiş temperatur qeydedici olan naqil rezistorundan, elektrik məsafə termometri kimi suyun temperaturuna nəzarət etmək üçün, daxili yanma mühərriklərində yanğını , yağlama sistemlərinin temperaturunun təyin olunmasında istifadə olunur. Təmiz metalın müqavimətinin termik əmsalı, ərintilərin müqavimətinin termik əmsalından çox-çox böyük olduğundan bu cür temperatur qeyd ediciləri olan termorezistorlar adətən ərintilərindən deyil təmiz metallardan,müqaviməti 50-100 Omolan mis məftildən hazırlanır və istilik keçirici metalik örtükdə yerləşdirilir.

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin