Microsoft Word Beledchi Qaydalar 2015


Narkoloji xidmət və nəzarət barədə



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə9/19
tarix26.12.2016
ölçüsü0,49 Mb.
#3629
1   ...   5   6   7   8   9   10   11   12   ...   19
Narkoloji xidmət və nəzarət barədə 

qanunvericilik aktlarına dair 

BƏLƏDÇİ QAYDALAR

 

 



29 iyun 2001-ci il tarixdə “Narkoloji xidmət və  nəzarət 

haqqında” Azərbaycan Respublikasının Qanunu imzalanmışdır.  

Bu Qanun narkoloji xəstəliklərin və onların doğurduğu mənfi 

tibbi və sosial nəticələrin, habelə bu xəstəliklərə düçar olmuş  və 

onların ətrafında olan şəxslərə ziyanın vurulması hallarının qarşısını 

almaq məqsədilə narkoloji xidmət və  nəzarət sahəsində  həyata 

keçirilən tədbirləri müəyyən edir və tənzimləyir.  

Qanuna uyğun olaraq narkoloji xidmətin və  nəzarətin  əsas 

istiqamətlərini narkoloji yardım, sosial, inzibati və  xəbərdaredici 

tədbirlər təşkil edir. Azərbaycan Respublikasının  ərazisində  hər bir 

şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə  nəzərdə 

tutulmuş qaydada insan psixikasına təsir göstərən maddələr, bu 

maddələrdən istifadə edilməsinin ailə  və  cəmiyyət üçün doğurduğu 

nəticələr barəsində  ətraflı  məlumat almaq hüququ vardır. Narkoloji 

xəstələrə onların maddi vəziyyətindən asılı olmayaraq narkoloji 

yardımın göstərilməsinə, habelə bu şəxslərin sağlamlığı üzərində 

ixtisaslaşdırılmış tibbi nəzarətin həyata keçirilməsinə dövlət 

tərəfindən təminat verilir. Azərbaycan Respublikasının  ərazisində 

narkoloji xəstələrin müalicəsi bir qayda olaraq könüllülük əsasında 

həyata keçirilir. 18 yaşına çatmamış şəxs narkoloji tibb müəssisəsinə 

valideynlərinin və ya onun qanuni nümayəndəsinin razılığı ilə 

yerləşdirilir. Narkoloji xəstələrin məcburi müalicəsinə Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yalnız 

məhkəmənin hökmü əsasında yol verilir. Azərbaycan 

Respublikasının  ərazisində narkoloji xəstəliklərin müalicəsi

cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları istisna olmaqla, 

yalnız narkoloji tibb müəssisələrində həyata keçirilir. 

17 sentyabr 2001-ci il tarixdə “Narkoloji xidmət və  nəzarət 

haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi 

barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı 

imzalanmışdır.  

Bu Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 

“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının 



32 

Qanununda nəzərdə tutulmuş narkoloji xəstəliklərin siyahısının, peşə 

növlərinin və  vəzifələrin siyahısının və  məhdudiyyətin müddətinin, 

tibbi yoxlamanın aparılması qaydasının, insan həyatı üçün təhlükə 

yaradan üsullarla narkoloji xəstələrin müalicəsi qaydasının, 

detoksifikasiyanın keçirilməsi qaydasının, xüsusi müşahidənin 

aparılması qaydasının, narkoloji yardım sahəsində  fəaliyyət 

göstərmək üçün xüsusi razılığın verilməsi qaydasının, narkoloji tibb 

müəssisələrində 

təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi 

qaydasının, dövlət büdcəsinin vəsaiti hesabına göstərilən narkoloji 

yardımın minimal standartlarının, narkoloji xəstələrin qeydiyyatının 

aparılması qaydasını  və onların qeydiyyatda olma müddətinin, 

müayinədən keçmə qaydasının müəyyən edilməsi, fondun 

əsasnaməsinin təsdiq edilməsi və bunlar barədə Azərbaycan 

Respublikasının Prezidentinə  məlumat verilməsi, narkoloji xidmət 

sahəsində sosial tədbirlər haqqında və narkoloji xəstəliklərin 

profilaktikası üzrə vahid dövlət proqramlarının hazırlanması  və 

Azərbaycan Respublikasının Prezidentinə 

təqdim edilməsi 

tapşırılmışdır. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 120 nömrəli  

31 iyul 2002-ci il tarixli Qərarı ilə “İnsan psixikasına təsir göstərən 

maddələrin sui-istifadəsi ilə  əlaqədar detoksifikasiyanın keçirilməsi 

Qaydası”, 130 nömrəli 12 avqust 2002-ci il tarixli Qərarı ilə “İnsan 

həyatı üçün təhlükə yaradan üsullarla narkoloji xəstələrin müalicəsi 

Qaydası”, 131 nömrəli 12 avqust 2002-ci il tarixli Qərarı ilə 

“Narkoloji yardımın həyata keçirilməsi zamanı  şəxslər üzərində 

xüsusi müşahidənin aparılması Qaydası”, 132 nömrəli 12 avqust 

2002-ci il tarixli Qərarı ilə “Narkoloji tibb müəssisələrində 

təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi Qaydası”, 136 nömrəli  

19 avqust 2002-ci il tarixli Qərarı ilə “Narkoloji xəstələrin 

qeydiyyatının aparılması Qaydası”, 145 nömrəli 12 sentyabr 2002-ci 

il tarixli Qərarı ilə “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti 

nəzərdə tutulmuş peşə növlərinin və  vəzifələrin Siyahısı  və 

məhdudiyyətin müddəti”, 163 nömrəli 24 oktyabr 2002-ci il tarixli 

Qərarı ilə “Narkoloji xəstəliklərin Siyahısı”, 186 nömrəli 26 noyabr 

2002-ci il tarixli Qərarı ilə  “Şəxsin narkoloji xəstəliyə düçar 

olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və 

ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması Qaydası”, 




33 

18 nömrəli 8 fevral 2003-cü il tarixli Qərarı ilə “Peşə  fəaliyyətinin 

ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə 

məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi 

müayinədən (tibbi yoxlamadan) keçməsi Qaydası” və 180 nömrəli  

10 avqust 2012-ci il tarixli Qərarı ilə “Narkoloji yardımın dövlət 

büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi Qaydası” təsdiq 

edilmişdir. 

 



34 


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin