Microsoft Word Beledchi Qaydalar 2015


Onkoloji yardım barədə qanunvericilik aktlarına dair



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə5/19
tarix26.12.2016
ölçüsü0,49 Mb.
#3629
1   2   3   4   5   6   7   8   9   ...   19
Özəl tibb fəaliyyəti barədə qanunvericilik aktlarına dair 

BƏLƏDÇİ QAYDALAR 

 

30 dekabr 1999-cu il tarixdə “Özəl tibb fəaliyyəti haqqında” 

Azərbaycan Respublikasının Qanunu imzalanmışdır.  

Bu Qanun özəl tibb fəaliyyətinin subyektləri arasında 

münasibətləri tənzimləyir, onların hüquq və  vəzifələrini, bu 

fəaliyyətin təşkilati-hüquqi əsaslarını müəyyən edir.  

Özəl tibb müəssisəsi qanunvericiliklə müəyyən olunmuş qaydada 

Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən 

yaradıla bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı 

dövlətlərarası müqavilələrdə digər qaydalar nəzərdə tutulmayıbsa, 

xarici ölkələrin hüquqi və fiziki şəxsləri, eləcə  də Azərbaycan 

Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər 

tərəfindən özəl tibb müəssisələri qanunvericiliklə müəyyən olunmuş 

qaydada yaradıla bilər. Özəl tibb müəssisəsi tibbi fəaliyyətin 

müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi 

razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq 

sertifikatı olan mütəxəssislərlə  əmək müqaviləsi bağladıqda özəl 

tibbi fəaliyyətlə məşğul ola bilər.  

Ali və ya orta tibb təhsili olan, qanunvericiliklə müəyyən 

olunmuş qaydada tibbi fəaliyyətin müəyyən növünə uyğun xüsusi 

razılıq və attestasiyadan keçdikdən sonra müvafiq sertifikat alan, 

habelə müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan 

Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi tələblərə uyğun 

tibbi iş stajı olan Azərbaycan Respublikasının vətəndaşları özəl tibbi 

praktika ilə  məşğul ola bilərlər.  Əcnəbilərin və Azərbaycan 

Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin özəl 

tibbi praktika ilə  məşğul olması üçün şərtlər müvafiq icra 

hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) 

tərəfindən müəyyən edilir.  

Özəl tibb müəssisəsi və özəl tibbi praktika ilə məşğul olan şəxs 

tərəfindən tibbi yardım göstərilməsi barədə müqavilə bu yardımın 

növlərini, həcmini və göstərilmə şərtlərini əks etdirməlidir.  

Özəl tibb müəssisələrinin və özəl tibbi praktika ilə  məşğul olan 

şəxslərin verdiyi sənədlər və rəylər dövlət nümunəli tibbi sənədlərlə 

eyni hüquqi qüvvəyə malikdir. Müvafiq icra hakimiyyəti orqanı 



20 

(Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi) ödəniş əsasında özəl 

tibb müəssisələrini, özəl tibbi praktika ilə məşğul olan şəxsləri əmək 

qabiliyyətinin müvəqqəti itirilməsi barədə vərəqələr, doğum və ölüm 

haqqında arayışlar, güclü təsir göstərən, zəhərli və narkotik 

maddələrin resept blankları da daxil olmaqla, ciddi hesabatlı dövlət 

nümunəli tibbi sənədlərin blankları ilə  təmin edir. Özəl tibb 

müəssisələri və özəl tibbi praktika ilə  məşğul olan şəxslər 

Azərbaycan Respublikasının normativ-hüquqi aktlarında göstərilən 

bütün statistik qeydiyyat və hesabatları aparmağa borcludurlar və 

onların doğruluğuna görə məsuliyyət daşıyırlar.  

Özəl tibb fəaliyyəti subyektlərinin vətəndaşlar və təşkilatlarla (o 

cümlədən, könüllü tibbi sığorta üzrə tibbi xidmətlər göstərilməsinə 

dair sığorta təşkilatları ilə) müqavilələr çərçivəsində göstərdikləri 

tibbi xidmətlərin tarifləri tərəflər arasında razılaşmaya görə 

müəyyənləşdirilir.  

Özəl tibbi praktika ilə  məşğul olan şəxslər qanunvericiliklə 

müəyyən olunmuş qaydada tibbi yardım göstərmək və  məsləhətlər 

vermək, ictimai təhlükəli xəstəliklər istisna olmaqla, siyahısı müvafiq 

icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər 

Kabineti) tərəfindən təsdiq olunan xəstəliklər üzrə tibbi yardım 

göstərmək, qanunvericiliklə müəyyən olunmuş qaydada xalq 

təbabətindən istifadə etmək, qanunvericiliklə müəyyən olunmuş 

qaydada tibbi sənədlər vermək, özəl tibb fəaliyyətini həyata keçirmək 

üçün bütün tibb müəssisələrindən və özəl tibbi praktika ilə  məşğul 

olan digər  şəxslərdən məlumat almaq, pasiyentin müayinələrinin 

nəticələri ilə tanış olmaq, məsləhətçi kimi bütün növbəti müalicə 

mərhələlərində iştirak etmək, peşə fəaliyyətini həyata keçirmək üçün 

normativ sənədlərlə tanış olmaq, ciddi hesabatlı dövlət nümunəli 

tibbi sənədlərin blanklarından istifadə etmək, tibbi yardım göstərmək 

üçün özəl tibbi praktika ilə  məşğul olan digər fiziki şəxslərlə birgə 

fəaliyyət göstərmək, dövlət və bələdiyyə mülkiyyətində olan əmlakı, 

o cümlədən bina, qurğu və avadanlıqları müvəqqəti istifadəyə 

götürmək, peşə  fəaliyyətini təmin etmək üçün əmək müqaviləsi 

əsasında işçilər cəlb etmək hüquqlarına malikdirlər.  

Özəl tibbi praktika ilə  məşğul olan şəxslər tibbi yardımın 

şərtlərinə  və qaydalarına  əməl etmək, təxirəsalınmaz tibbi yardıma 

ehtiyacı olan şəxslərə pulsuz tibbi yardım göstərmək, xəstənin 




21 

sağlamlıq vəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və 

onların nəticələrini  əks etdirən tibbi sənədləşmələri müvafiq icra 

hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi) 

tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmək, tibbi statistik 

hesabatları qanunvericilikdə müəyyən olunmuş qaydada və vaxtında 

təqdim etmək, xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin 

müddəti, forma və  məqsədləri, göstərilən xidmətlərin həcmi və 

qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü 

barədə məlumat vermək, özəl tibbi praktikanın həyata keçirilməsinə 

hüquqi əsas verən sənədlərlə xəstəni tanış etmək, həkim sirrinə əməl 

etmək, zəruri hallarda xəstənin vəziyyəti barədə başqa 

mütəxəssislərlə 

məsləhətləşmək, xəstəni tibb müəssisəsinə 

göndərmək, qanunvericiliklə müəyyən olunmuş müddətlərdə öz 

vəsaiti hesabına, göstərilən tibbi yardım maliyyələşdirilən 

müəssisələrlə müqavilələrdə bu nəzərdə tutulmayıbsa, öz ixtisasını 

artırmaq və ya yenidən hazırlıq keçməklə peşə sertifikatı almaq 

vəzifələrini yerinə yetirirlər. 

Özəl tibb fəaliyyətinin subyektləri qanunvericiliklə müəyyən 

olunmuş qaydada xalq təbabətindən istifadə üsullarını  tətbiq edə 

bilərlər. 

6 mart 2000-ci il tarixdə “Özəl tibb fəaliyyəti haqqında” 

Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır.  

Bu Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 

“Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 

Qanununda nəzərdə tutulmuş özəl tibbi praktika ilə  məşğul olmaq 

üçün zəruri olan tibbi iş stajının və müvafiq sertifikat alınması 

qaydasının,  əcnəbilərin və Azərbaycan Respublikasında daimi 

yaşayan vətəndaşlığı olmayan şəxslərin özəl tibbi praktika ilə məşğul 

olması üçün şərtlərin, özəl tibb müəssisələri və özəl tibbi praktika ilə 

məşğul olan şəxslərə dövlət təminatı  və  səhiyyənin məqsədyönlü 

proqramlarında iştirak etmək hüququ verən müsabiqələrin keçirilmə 

qaydalarının müəyyən edilməsi tapşırılmışdır. 

Azərbaycan Respublikası Prezidentinin 782 nömrəli 2 sentyabr 

2002-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında bəzi 

fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında 

Qaydalar” təsdiq edilmişdir. 



22 

26 dekabr 2006-cı il tarixdə “Bəzi fəaliyyət növlərinə xüsusi 

razılıq (lisenziya) verilməsi sahəsində  əlavə  tədbirlər haqqında” 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır.  

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 176 nömrəli  

7 noyabr 2001-ci il tarixli Qərarı ilə  “Əcnəbilərin və Azərbaycan 

Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin özəl 

tibbi praktika ilə  məşğul olması üçün Şərtlər” təsdiq edilmiş,  

177 nömrəli 7 noyabr 2001-ci il tarixli Qərarı ilə özəl tibbi praktika 

ilə məşğul olmaq üçün zəruri olan tibbi iş stajı həkimlər üçün 5 ildən, 

orta tibb işçiləri üçün isə 3 ildən az olmayaraq müəyyən edilmiş və 

“Özəl tibbi praktika ilə  məşğul olmaq üçün müvafiq sertifikat 

alınması Qaydası”, 268 nömrəli 5 dekabr 2008-ci il tarixli qərarı ilə 

“Təbii müalicə ehtiyatlarından, müalicə-sağlamlaşdırma yerlərindən 

və kurortlardan istifadə Qaydası  və rejimi” 49 nömrəli  

31 mart 2009-cu il tarixli Qərarı ilə “Tibb fəaliyyəti üzrə 

lisenziyalaşdırılan işlər və xidmətlərin Siyahısı”, 108 nömrəli 8 iyun 

2010-cu il tarixli Qərarı ilə “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə 

məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”,  

234 nömrəli 17 oktyabr 2012-ci il tarixli qərarı ilə “Sanatoriya-kurort 

müəssisələrində sanitar-gigiyenik Tələblər” və 94 nömrəli 3 aprel 

2014-cü il tarixli qərarı ilə “Azərbaycan Respublikasında ticarət, 

ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları” təsdiq edilmişdir.  

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 01 sentyabr 2008-

ci il tarixli 119 saylı  əmri ilə “Azərbaycan Respublikası  Səhiyyə 

Nazirliyinin müəssisələrində istifadə olunan həkim ixtisaslarının 

siyahısı”, “Azərbaycan Respublikası 

Səhiyyə Nazirliyinin 

müəssisələrində  vəzifələrin nomenklaturası” və “Azərbaycan 

Respublikası  Səhiyyə Nazirliyinin müəssisələrində  vəzifələrin 

tutulmasının ixtisaslar üzrə müəyyənləşdirilməsi”, 07 aprel 2009-cu 

il tarixli 37 saylı  əmri ilə “Tibb müəssisələrində sanitariya-

epidemioloji tələblərə dair Qaydalar”, 15 aprel 2010-cu il tarixli  

21 saylı  əmri ilə “Stomatoloji tibb müəssisələrinə (kabinetlərə) dair 

sanitariya-gigiyena tələbləri”, 19 sentyabr 2012-ci il tarixli 70 saylı 

əmri ilə “Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrinin 

nümunəvi  əsasnamələrinin (nizamnamələrinin) siyahısı” və “Tibb, 

əczaçılıq və digər ixtisaslar üzrə  işçilərin nümunəvi vəzifə 

təlimatlarının siyahısı” təsdiq edilmişdir. 



23 

Azərbaycan Respublikası  Səhiyyə Nazirliyi kollegiyasının  

11 mart 2013-cü il tarixli 08 saylı  qərarı ilə “Doğum evlərində 

(şöbələrində) doğuşayardım işinin təşkili haqqında Təlimat”, 07 may 

2013-cü il tarixli 19 saylı qərarı ilə “Özəl tibb fəaliyyəti subyektləri 

tərəfindən göstərilən tibbi xidmətlərin və  həkim resepti olmadan 

buraxılan dərman vasitələrinin reklamına rəy verilməsi Qaydası” və  

03 fevral 2014-cü il tarixli 02 saylı  qərarı ilə “Qadın 

məsləhətxanalarında, ambulator-poliklinik tibb müəssisələrində 

antenatal xidmətin təşkili haqqında Təlimat” təsdiq edilmişdir. 




24 


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin