Microsoft Word Beledchi Qaydalar 2015


Uşaqların icbari dispanserizasiyası barədə



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə6/19
tarix26.12.2016
ölçüsü0,49 Mb.
#3629
1   2   3   4   5   6   7   8   9   ...   19
Yoluxucu xəstəliklərin immunoprofilaktikası barədə 

qanunvericilik aktlarına dair 

BƏLƏDÇİ QAYDALAR

 

 



14 aprel 2000-ci il tarixdə “Yoluxucu xəstəliklərin 

immunoprofilaktikası haqqında” Azərbaycan Respublikasının 

Qanunu imzalanmışdır. 

Bu Qanun Azərbaycan Respublikası  əhalisinin sağlamlığının 

qorunması  və sanitariya-epidemioloji salamatlığının təmin edilməsi 

məqsədi ilə yoluxucu xəstəliklərin immunoprofilaktikası sahəsində 

həyata keçirilən dövlət siyasətinin hüquqi və iqtisadi əsaslarını 

müəyyən edir. İmmunoprofilaktika sahəsində dövlət siyasəti 

yoluxucu xəstəliklərin yayılmasının məhdudlaşdırılmasına və aradan 

qaldırılmasına yönəldilmişdir. 

Qanuna uyğun olaraq immunoprofilaktikanın həyata 

keçirilməsini müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan 

Respublikasının Səhiyyə Nazirliyi) təmin edir. Siyahısı müvafiq icra 

hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) 

tərəfindən müəyyən edilən yoluxucu xəstəliklərin baş verməsi 

təhlükəsi olduqda epidemik göstərişlərə görə profilaktik peyvəndlər 

məcburi aparılır. Profilaktik peyvəndlər dövlət və  bələdiyyə tibb 

müəssisələrində  və ya özəl tibb fəaliyyəti üçün qanunvericiliklə 

müəyyən olunmuş qaydada xüsusi razılıq alan hüquqi və fiziki 

şəxslər tərəfindən aparılır. Profilaktik peyvəndlər vətəndaşların 

razılığı əsasında aparılır.  

Profilaktik peyvəndlərin təqvimi vətəndaşlara profilaktik 

peyvəndlərin aparılması qaydasını, müddətlərini, peyvənd aparılması 

zəruri olan xəstəliklərin siyahısını müəyyən edən və müvafiq icra 

hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi) 

tərəfindən təsdiq olunan sənəddir.  

İmmunoprofilaktika sahəsində 

vətəndaşların profilaktik 

peyvəndlərin aparılmasının zəruriliyi, onlardan imtina edilməsinin 

nəticələri, mümkün postvaksinal fəsadlar haqqında tibb işçilərindən 

tam və obyektiv məlumat almaq, mülkiyyət formasından asılı 

olmayaraq tibb müəssisələrini və ya özəl tibb fəaliyyəti ilə  məşğul 

şəxsləri seçmək, dövlət və bələdiyyə tibb müəssisələrində profilaktik 

peyvəndlərdən əvvəl büdcə vəsaitləri hesabına tibbi baxışdan keçmək 




25 

və müayinə olunmaq, epidemik göstərişlərə görə profilaktik peyvənd 

olunmaq, postvaksinal fəsadlar baş verdikdə müalicə olunmaq, real 

əks-göstərişlər olduqda epidemik göstərişlərə görə profilaktik 

peyvəndlərdən imtina etmək hüquqları vardır. 

17 iyun 2000-ci il tarixdə “Yoluxucu xəstəliklərin 

immunoprofilaktikası haqqında” Azərbaycan Respublikasının 

Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası 

Prezidentinin Fərmanı imzalanmışdır.  

Bu Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 

“Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” 

Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş epidemik 

göstərişlərə görə profilaktik peyvəndlərin aparılma müddətinin və 

qaydasının, profilaktik peyvəndlərin məcburi aparılması tələb olunan 

işlərin siyahısının, ölümə  səbəb olan postvaksinal fəsadlara görə 

birdəfəlik müavinət almaq hüququ olan ailə üzvlərinin siyahısının və 

həmin müavinətin həcminin müəyyən edilməsi tapşırılmışdır. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 nömrəli 3 may 

2001-ci il tarixli Qərarı ilə “Epidemik göstərişlərə görə profilaktik 

peyvəndlərin aparılma müddəti və Qaydası”, 110 nömrəli 2 iyun 

2001-ci il tarixli Qərarı ilə “Profilaktik peyvəndlərin məcburi 

aparılması tələb olunan işlərin Siyahısı”, 121 nömrəli 6 iyul 2001-ci 

il tarixli Qərarı ilə “Karantin və digər məhdudiyyət tədbirləri tətbiq 

olunan yoluxucu xəstəliklərin Siyahısı”, 163 nömrəli 12 oktyabr 

2001-ci il tarixli Qərarı ilə “Ölümə səbəb olan postvaksinal fəsadlara 

görə birdəfəlik müavinət almaq hüququ olan ailə üzvlərinin Siyahısı” 

və 225 nömrəli 26 noyabr 2010-cu il tarixli qərarı ilə “2011-2015-ci 

illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair 

Tədbirlər Proqramı” təsdiq edilmişdir.  

Azərbaycan Respublikası  Səhiyyə Nazirliyinin 13 nömrəli  

12 yanvar 2011-ci il tarixli əmri ilə “2011-2015-ci illər üçün 

yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər 

Proqramı”nın icrası üzrə Azərbaycan Respublikası  Səhiyyə 

Nazirliyinin Tədbirlər Planı təsdiq edilmişdir.  




26 


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin