Microsoft Word Beledchi Qaydalar 2015


Tibbi sığorta barədə qanunvericilik aktlarına dair



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə2/19
tarix26.12.2016
ölçüsü0,49 Mb.
#3629
1   2   3   4   5   6   7   8   9   ...   19
Əhalinin sağlamlığının qorunması barədə 

qanunvericilik aktlarına dair 

Bələdçİ Qaydalar

 

 

26 iyun 1997-ci il tarixdə  “Əhalinin sağlamlığının qorunması 

haqqında” Azərbaycan Respublikasının Qanunu imzalanmışdır.  

Bu Qanun əhalinin sağlamlığının qorunması sahəsində 

vətəndaşlarla dövlət orqanları, eləcə  də dövlət və qeyri-dövlət 

səhiyyə sistemlərinin subyektləri arasında yaranan münasibətləri 

tənzimləyir.  

Qanuna uyğun olaraq əhalinin sağlamlığının qorunması  hər bir 

insanın fiziki və ruhi sağlamlığının mühafizəsinə, onun fəal uzun 

ömürlüyünün artırılmasına, tibbi yardımla təminatına yönəldilmiş 

siyasi, iqtisadi, hüquqi, elmi, tibbi, sanitariya-gigiyena xarakterli 

tədbirlərin məcmusundan ibarətdir.  Əhalinin sanitariya-epidemioloji 

salamatlığı dövlət sanitariya-epidemioloji xidmətinin nəzarəti altında 

bütün hüquqi və fiziki şəxslər tərəfindən gigiyenik, əksepidemik 

tədbirlər kompleksini həyata keçirməklə, müvafiq qanunvericiliyə 

uyğun olaraq təmin edilir.  

Azərbaycan Respublikası  vətəndaşlarının sağlamlığını qorumaq 

və tibbi yardım almaq hüququ vardır. Dövlət tibb müəssisələrində 

tibbi xidmət pulsuzdur, yalnız bu Qanunda nəzərdə tutulan hallar 

istisna olmaqla pullu ixtisaslaşdırılmış tibbi yardımın növləri 

müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının 

Səhiyyə Nazirliyi) tərəfindən müəyyən edilir. Xaricdə olan 

Azərbaycan Respublikası  vətəndaşlarının sağlamlığının qorunması 

Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə uyğun olaraq 

həyata keçirilir. Azərbaycan Respublikasında daimi yaşayan 

vətəndaşlığı olmayan şəxslərin  əhalinin sağlamlığının qorunması 

sahəsində Azərbaycan Respublikasının vətəndaşları ilə  bərabər 

hüquqları vardır. Xəstələndikdə, əmək qabiliyyətini itirdikdə və digər 

hallarda vətəndaşların tibbi-sosial yardım almaq hüququ vardır. 

Vətəndaşlar tibbi sığorta sistemindəki tibb müəssisələrində 

qanunvericiliyə uyğun olaraq icbari tibbi sığorta  əsasında tibbi 

yardımla təmin edilirlər. Vətəndaşların könüllü tibbi sığorta əsasında, 

eləcə  də müəssisələrin, təşkilatların ayrı-ayrı  şəxslərin vəsaitləri və 




qanunvericilikdə qadağan edilməyən digər mənbələr hesabına tibbi 

yardım almaq və digər əlavə tibbi xidmət növləri ilə təmin olunmaq 

hüququ vardır. 

Hər bir vətəndaş ailənin planlaşdırılması,  ətrafdakılar üçün 

təhlükə törədən xəstəliklərin mövcudluğu məsələlərinə və ailə-nikah 

münasibətlərinin tibbi-psixoloji cəhətlərinə dair, habelə  nəsildə 

mümkün olan irsi xəstəliklərə yol verməmək məqsədilə yaşayış 

yerindəki dövlət və  bələdiyyə tibb müəssisələrində pulsuz 

məsləhətlər almaq, müayinədən keçmək və dispanser nəzarətində 

olmaq hüququna malikdir.  

Pasiyentin təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna 

olmaqla həkimin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini 

və müalicə-profilaktika müəssisəsini seçmək, sanitariya-gigiyena 

tələblərinə uyğun olan şəraitdə müayinə  və müalicə olunmaq, 

stasionar müalicə olunduğu tibb müəssisəsinin mütəxəssislərinin 

iştirakı ilə konsilium və  məsləhətləşmələr aparılmasını  tələb etmək, 

tibbi yardım üçün müraciət faktını, müalicə, sağlamlıq vəziyyəti, 

xəstəliyin diaqnozu barəsində, eləcə də müayinə və müalicə zamanı 

əldə edilən digər məlumatları  ətrafdakılardan gizli saxlamaq, tibbi 

müdaxiləyə  şifahi və ya yazılı könüllü razılıq vermək, tibbi 

müdaxilədən imtina etmək, hüquq və  vəzifələri haqqında, 

sağlamlığının vəziyyəti barədə  məlumat almaq və öz mənafeyi 

baxımından bu məlumatı vermək mümkün olan şəxsi seçmək, daxili 

qaydalar pozulmamaq şərtilə  xəstəxanada dini mərasimin icra 

edilməsi üçün ayrıca yerlə təmin olunmaq hüquqları vardır. 

Hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və 

proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış 

müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla 

sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat 

almaq hüququna malikdir. 

Vətəndaşın tibbi yardım üçün müraciət etməsi faktı, onun 

xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti müayinə  və müalicə 

vaxtı əldə edilən digər məlumatlar barədə informasiya həkim sirrini 

təşkil edir. Vətəndaşın verəcəyi məlumatın gizli saxlanılması 

haqqında ona zəmanət verilir.  

15 iyul 1997-ci il tarixdə  “Əhalinin sağlamlığının qorunması 

haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi 




barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı 

imzalanmışdır.  

Bu Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 

dövlət tibb müəssisələrində göstərilən pullu ixtisaslaşdırılmış tibbi 

yardımın növlərini, işə  qəbul zamanı  və  iş müddəti  ərzində 

işəgötürənin vəsaiti hesabına yoluxucu və peşə  xəstəliklərinin 

qarşısının alınması  məqsədi ilə  məcburi dövri tibbi müayinədən 

keçirilən işçilərin peşə növlərinin siyahısını, yetkinlik yaşına 

çatmayanların güzəştli  şərtlərlə qidalanmaq və tibbi-sosial yardım 

almaq hüquqlarının təmin edilməsi qaydasını, hamiləliyin süni 

pozulmasına dair sosial göstərişlərin siyahısını, ictimai təhlükəli 

xəstəliklərin siyahısını, hərbi-həkim ekspertizasının təşkili və 

aparılması qaydasını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və 

ya müqavilə (kontrakt) üzrə  hərbi qulluğa daxil olan vətəndaşların 

sağlamlığının vəziyyətinə dair tələbləri, xarici ölkələrdə hazırlıq alan 

tibb və  əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibb və 

əczaçılıq fəaliyyəti ilə  məşğul olmağa buraxılması qaydasını, 

təhlükəli və ya zərərli  əmək  şəraiti ilə  əlaqədar  əlavə haqq, 

kompensasiya və ya digər güzəştlər almaq hüququna malik olan tibb 

və  əczaçılıq işçilərinin siyahısını, xidməti vəzifələrini yerinə 

yetirərkən həlak olmuş dövlət səhiyyə müəssisələrinin tibb və 

əczaçılıq işçilərinin ailələrinə verilən birdəfəlik müavinətin miqdarını 

müəyyən edən müvafiq normativ-hüquqi aktların qəbul edilməsi və 

bu haqda Azərbaycan Respublikası Prezidentinə  məlumat verilməsi 

tapşırılmışdır.  

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə dövlət səhiyyə 

sisteminin uşaq və yeniyetmə tibb xidməti müəssisələrində yetkinlik 

yaşına çatmayanların pulsuz dispanser nəzarətində olması  və 

müalicəsi qaydasını, hamiləliyin süni surətdə pozulmasına dair tibbi 

göstərişlərin siyahısını, tibbi sterilizasiyaya dair göstərişləri, ilkin 

tibbi sanitariya yardımının göstərilməsi qaydasını, təcili və 

təxirəsalınmaz tibbi yardımın göstərilməsi qaydasını, 

ixtisaslaşdırılmış tibbi yardımın növlərini, həcmini, keyfiyyət 

standartlarını  və göstərilməsi qaydasını, tibbi-sosial yardımın 

növlərini və  həcmini, insanın ölüm anının müəyyən edilməsi, 

reanimasiya tədbirlərinin dayandırılması meyarlarını  və qaydasını, 

patoloji-anatomik yarmanın aparılması qaydalarını, ali tibb və 




əczaçılıq təhsilini başa vurmamış  şəxslərin orta tibb təhsilli işçi 

vəzifəsində tibb və  əczaçılıq fəaliyyəti ilə  məşğul olmağa 

buraxılması qaydasını, səhiyyə mütəxəssislərinin peşə, bilik və 

bacarıqlarının dövlət standartlarına, tibb və  əczaçılıq peşələrinin 

nomenklaturasına uyğun olan fəaliyyət üçün vacib olan diaqnostika, 

müalicə, profilaktika və sağlamlığı möhkəmləndirmə metodlarının 

məcmusunu müəyyən edən normativ-hüquqi aktların qəbul edilməsi 

və bu haqda Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına 

məlumat verilməsi tapşırılmışdır.  

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 nömrəli  

3 yanvar 2000-ci il tarixli Qərarı ilə “İşçinin səhhətinə, sağlamlığına 

mənfi təsir göstərən amillər olan ağır, zərərli və  təhlükəli  əmək 

şəraitli iş yerlərində, habelə  əhalinin sağlamlığının mühafizəsi 

məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu 

qəbildən olan digər iş yerlərində  əmək müqaviləsi bağlanılarkən 

işçilərin sağlamlığı haqqında tibbi arayış  tələb olunan peşələrin 

(vəzifələrin), iş yerlərinin Siyahısı”, 5 nömrəli 12 yanvar 1999-cu il 

tarixli Qərarı ilə “Hamiləliyin süni pozulmasına dair sosial 

göstərişlərin Siyahısı”, “İctimai təhlükəli xəstəliklərin Siyahısı” və 

“Xarici ölkələrdə hazırlıq alan tibb və  əczaçılıq işçilərinin 

Azərbaycan Respublikasında tibb və  əczaçılıq fəaliyyəti ilə  məşğul 

olmağa buraxılması Qaydası”, 48 nömrəli 18 mart 2000-ci il tarixli 

Qərarı ilə “Hərbi-həkim ekspertizasının təşkili və aparılması 

Qaydası” və “Hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya 

müqavilə (kontrakt) üzrə  hərbi qulluğa daxil olan vətəndaşların 

sağlamlığının vəziyyətinə dair Tələblər” və 92 nömrəli 5 iyul 2004-

cü il tarixli Qərarı ilə  “Əmək  şəraitinə  və  əmək funksiyasının 

xarakterinə görə  əlavə  məzuniyyət hüququ verən, zərərli və  ağır 

istehsalatların, peşə və vəzifələrin Siyahısı” təsdiq edilmişdir.  

24 fevral 2015-ci il tarixdə  “Əhalinin sağlamlığının qorunması 

haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər 

edilməsi barədə Azərbaycan Respublikasının Qanunu imzalanmışdır.  

Bu Qanuna əsasən “Tibb fəaliyyəti ilə  məşğul olan şəxslər 

tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində  və ya özəl 

tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda 

(lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi 



yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol 

verilmir”. 

Bununla  əlaqədar həmin tarixdə Azərbaycan Respublikasının 

İnzibati Xətalar Məcəlləsində  dəyişikliklər edilməsi haqqında 

Azərbaycan Respublikasının Qanunu imzalanmışdır.  

Bu Qanunla Azərbaycan Respublikasının  İnzibati Xətalar 

Məcəlləsinə əlavə edilmiş 65-3-cü maddəyə (Sağlamlığın qorunması 

sahəsində vətəndaşların hüquqlarının pozulması) əsasən:  

Tibb fəaliyyəti ilə  məşğul olan şəxslər tərəfindən dövlət tibb 

müəssisələrinin nizamnamələrində  və ya özəl tibb fəaliyyəti 

sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən 

işlər və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə 

görə fiziki şəxslərin üç yüz manatdan beş yüz manatadək, vəzifəli 

şəxslərin səkkiz yüz manatdan bir min manatadək, hüquqi şəxslərin 

altı min manatdan səkkiz min manatadək miqdarda cərimə edilməsi 

nəzərdə tutulub. 

Həmçinin tibb işçiləri öz vəzifələrini yerinə yetirərkən, 

ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi tələb olunan şəxsləri bu 

yardımı göstərən tibb müəssisələrinə göndərmədiklərinə görə fiziki 

şəxslərin iki yüz manatdan üç yüz manatadək, vəzifəli şəxslərin beş 

yüz manatdan səkkiz yüz manatadək miqdarda cərimə edilməsi 

nəzərdə tutulub. 

 

 




10 


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin