Microsoft Word Beledchi Qaydalar 2015


Onkoloji yardım barədə qanunvericilik aktlarına dair



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə14/19
tarix26.12.2016
ölçüsü0,49 Mb.
#3629
1   ...   11   12   13   14   15   16   17   18   19
Onkoloji yardım barədə qanunvericilik aktlarına dair 

BƏLƏDÇİ QAYDALAR 

 

23 may 2006-cı il tarixdə “Onkoloji yardım haqqında” 



Azərbaycan Respublikasının Qanunu imzalanmışdır.  

Bu Qanun onkoloji xəstələrə ixtisaslaşdırılmış tibbi və sosial 

yardımın göstərilməsinin hüquqi əsaslarını müəyyən edir.  

Bu Qanun Azərbaycan Respublikasının vətəndaşlarına, 

Azərbaycan Respublikasının  ərazisində daimi yaşayan  əcnəbilərə, 

vətəndaşlığı olmayan şəxslərə, habelə  təşkilati-hüquqi formasından 

asılı olmayaraq onkoloji xəstəliklərin profilaktikası  və müalicəsi ilə 

məşğul olan fiziki və hüquqi şəxslərə şamil edilir.  

Qanuna uyğun olaraq onkoloji xəstələr onlara tibbi yardım 

göstərilərkən tibbi göstərişlər  əsasında ambulator və stasionar 

şəraitində tam həcmdə mümkün olan müalicə növlərini almaq, 

sağlamlığının vəziyyəti, xəstəliyin mahiyyəti, tətbiq olunan müalicə 

üsulları, aparılmış müalicənin nəticələri haqqında  ətraflı  və 

müntəzəm məlumat almaq, onkoloji yardım göstərmək hüququ olan 

hər hansı mütəxəssisi və tibb müəssisəsini seçmək, konsilium və 

məsləhətləşmələr aparılmasını tələb etmək, müayinə və müalicə üçün 

zəruri müddətdə stasionarda qalmaq, siyahısı müvafiq icra 

hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) 

tərəfindən müəyyən edilmiş  dərman vasitələri ilə  təmin olunmaq, 

tibbi göstərişlər əsasında həkim resepti ilə zəruri miqdarda narkotik 

və qeyri-narkotik ağrıkəsici preparatları almaq, pozulmuş hüquqları 

barədə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq 

orqanlara və ya məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.  

Onkoloji müəssisələrin mülkiyyət formasından asılı olmayaraq 

ümumi təyinatlı müalicə-profilaktika müəssisələrindən aşkar 

olunmuş onkoloji xəstələrin sayı haqqında dəqiq məlumat almaq, 

onkologiya sahəsində əldə olunmuş müasir elmi-praktik nailiyyətləri 

tətbiq etmək, onkoloji xəstəliklər haqqında hesabatların düzgün 

aparılmasını  tələb etmək hüquqları vardır. Onkoloji müəssisələr 

ümumi təyinatlı müalicə-profilaktika müəssisələrinə profilaktik 

tədbirlərin planlaşdırılması  və keçirilməsi üçün təşkilati-metodik 

yardım göstərmək, bədxassəli şişə şübhəli bilinən şəxslərin hərtərəfli 

müayinəsini aparmaq, ehtiyac olduqda konsilium keçirmək, onkoloji 



49 

xəstələri stasionara yerləşdirmək və uyğun müalicəni aparmaq, 

onkoloji xəstələrin dispanser müşahidəsini və ambulator müalicəsini 

təşkil etmək, sanitar-maarifləndirmə  işini aparmaq, həkimlərin və 

orta tibb işçilərinin hazırlanması, onkoloji xəstəliklərin profilaktika, 

diaqnostika və müalicəsi üzrə onların ixtisaslarının artırılmasını 

təmin etmək vəzifələrini yerinə yetirirlər.  

Ümumi təyinatlı müalicə-profilaktika müəssisələrinin onkoloji 

yardıma dair vəzifələri yaşından yuxarı qadınların sitoloji 

müayinəsini təşkil etmək və aparmaq, bədxassəli şiş əlamətləri aşkar 

olunmuş  xəstələri  əlavə müayinə üçün onkoloji müəssisəyə 

göndərmək, onkoloji xəstəliklərin törənməsi ilə bağlı risk qrupuna 

daxil olan şəxslərin dispanser müşahidəsini aparmaq və sağlam həyat 

tərzinin vacibliyi haqqında sanitar-maarifləndirmə  işlərini həyata 

keçirməkdən ibarətdir.  

2 avqust 2006-cı il tarixdə “Onkoloji yardım haqqında” 

Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır.  

Bu Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 

“Onkoloji yardım haqqında” Azərbaycan Respublikasının 

Qanununda nəzərdə tutulmuş onkoloji xəstəliklərin azaldılmasına 

yönəldilmiş müalicə-profilaktika tədbirlərinin həyata keçirilməsi 

qaydasının, onkoloji xəstələrə göstərilməli olan tibbi yardımın həcmi 

və keyfiyyət standartlarının, onkoloji xəstələrin dərman vasitələri ilə 

təminatı qaydasının, onkoloji xəstələrin müalicəsi üçün illik ayrılan 

dərman vasitələrinin, o cümlədən narkotik və qeyri-narkotik 

ağrıkəsici preparatların siyahısının və miqdarının, mülkiyyət 

formasından asılı olmayaraq tibb müəssisələrində onkoloji xəstələrin 

qeydiyyatı  və uçotu qaydasının və azadlıqdan məhrum olmuş 

şəxslərə onkoloji yardımın göstərilməsi qaydasının müəyyən 

edilməsi tapşırılmışdır. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 243 nömrəli  

21 noyabr 2006-cı il tarixli Qərarı ilə “Mülkiyyət formasından asılı 

olmayaraq, tibb müəssisələrində onkoloji xəstələrin qeydiyyatı  və 

uçotu Qaydası”, 244 nömrəli 21 noyabr 2006-cı il tarixli Qərarı ilə 

“Onkoloji xəstələrə göstərilməli olan tibbi yardımın həcmi və 

keyfiyyət standartları”, 245 nömrəli 21 noyabr 2006-cı il tarixli 

Qərarı ilə “Onkoloji xəstəliklərin azaldılmasına yönəldilmiş müalicə-




50 

profilaktika tədbirlərinin həyata keçirilməsi Qaydası”, 256 nömrəli 

4 dekabr 2006-cı il tarixli Qərarı ilə “Azadlıqdan məhrum olmuş 

şəxslərə onkoloji yardımın göstərilməsi Qaydası”, 266 nömrəli  

20 dekabr 2006-cı il “Onkoloji xəstələrin dərman vasitələri ilə 

təminatı Qaydası” və 17 nömrəli 29 yanvar 2007-ci il tarixli Qərarı 

ilə “Onkoloji xəstələrin müalicəsi üçün illik ayrılan dərman 

vasitələrinin, o cümlədən narkotik və qeyri-narkotik ağrıkəsici 

preparatların siyahısı və miqdarı” təsdiq edilmişdir. 



51 


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin