Microsoft Word Beledchi Qaydalar 2015


Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı barədə



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə11/19
tarix26.12.2016
ölçüsü0,49 Mb.
#3629
1   ...   7   8   9   10   11   12   13   14   ...   19
Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı barədə 

qanunvericilik aktlarına dair 

BƏLƏDÇİ QAYDALAR

 

 



23 dekabr 2003-cü il tarixdə “Şəkərli diabet xəstəliyinə tutulmuş 

şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının 

Qanunu imzalanmışdır.  

Bu Qanun Azərbaycan Respublikasında şəkərli diabet xəstəliyinə 

tutulmuş  şəxslərə dövlət qayğısının təşkilati-hüquqi  əsaslarını 

müəyyən edir, bu xəstəliyin profilaktikası  və müalicəsi sahəsində 

yaranan münasibətləri tənzimləyir. 

Qanuna uyğun olaraq şəkərli diabet xəstəliyinin profilaktikası və 

onunla mübarizə ilə bağlı  tədbirləri həyata keçirmək məqsədi ilə 

müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının 

Nazirlər Kabineti) tərəfindən “Şəkərli diabet üzrə Dövlət proqramı” 

hazırlanır və  təsdiq edilir. Dövlət proqramının həyata keçirilməsinə 

dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan 

Respublikası Prezidentinin Administrasiyası) təmin edir. Şəkərli 

diabet xəstəliyinə tutulmuş  şəxslərin registri bu şəxslərin 

qeydiyyatının aparılmasını təmin etmək, şəkərli diabetlə xəstələnmə 

halları, ağırlaşmaları,  əlillik və ölüm halları, müalicə-profilaktika 

tədbirlərinin səmərəliliyi haqqında sistematik və düzgün məlumat 

almaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan 

Respublikasının Səhiyyə Nazirliyi) tərəfindən yaradılır. 

Şəkərli diabet xəstəliyinə tutulmuş  şəxslərə göstərilən illik tibbi 

yardımın (o cümlədən zəruri olan müayinələr) həcmi, inyeksiya 

vasitələrinin, insulin və digər  şəkərsalıcı  dərman preparatlarının, 

özünənəzarət vasitələrinin siyahısı  və miqdarı müvafiq icra 

hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) 

tərəfindən müəyyən edilir. Şəkərli diabet xəstəliyinə tutulmuş 

şəxslərin insulin və digər  şəkərsalıcı  dərman preparatları, inyeksiya 

vasitələri və özünənəzarət vasitələri ilə  təminatı müvafiq icra 

hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər 

Kabineti) müəyyən etdiyi qaydada həyata keçirilir. 

Şəkərli diabet xəstəliyinə tutulmuş  şəxslərin  əmək hüquqları 

yalnız Azərbaycan Respublikasının  əmək qanunvericiliyi ilə 

müəyyən edilən işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən 



37 

amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli peşələr (vəzifələr) 

və iş yerləri üzrə məhdudlaşdırıla bilər. 

12 fevral 2004-cü il tarixdə “Şəkərli diabet xəstəliyinə tutulmuş 

şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının 

Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası 

Prezidentinin Fərmanı imzalanmışdır.  

Bu Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 

“Şəkərli diabet xəstəliyinə tutulmuş  şəxslərə dövlət qayğısı 

haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş 

şəkərli diabet xəstəliyinə tutulmuş  şəxslərin dövlət tibb 

müəssisələrində müayinəsi və müalicəsinin maliyyələşdirilməsi 

qaydasının,  şəkərli diabet xəstəliyinə tutulmuş  şəxslərə göstərilən 

illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcminin, 

inyeksiya vasitələrinin, insulin və digər  şəkərsalıcı  dərman 

preparatlarının, özünənəzarət vasitələrinin siyahısının və miqdarının, 

habelə bu preparat və vasitələrlə  təminat qaydasının müəyyən 

edilməsi tapşırılmışdır. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 nömrəli  

13 may 2005-ci il tarixli Qərarı ilə  “Şəkərli diabet xəstəliyinə 

tutulmuş  şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri 

olan müayinələrin) Həcmi, inyeksiya vasitələrinin, insulin və digər 

şəkərsalıcı  dərman preparatlarının, özünənəzarət vasitələrinin 

Siyahısı  və Miqdarı” və  “Şəkərli diabet xəstəliyinə tutulmuş 

şəxslərin insulin və digər  şəkərsalıcı  dərman preparatları, inyeksiya 

və özünənəzarət vasitələri ilə təminatı Qaydası”, 101 nömrəli 7 iyun 

2005-ci il tarixli Qərarı ilə  “Şəkərli diabet üzrə Dövlət Proqramı”, 

222 nömrəli 26 noyabr 2010-cu il tarixli Qərarı ilə “2011-2015-ci 

illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı” təsdiq edilmişdir.  

Azərbaycan Respublikası  Səhiyyə Nazirliyinin 9 nömrəli  

12 yanvar 2011-ci il tarixli əmri ilə “2011-2015-ci illər üçün şəkərli 

diabet üzrə  Tədbirlər Proqramı”nın icrası üzrə Azərbaycan 

Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı təsdiq edilmişdir.  



38 


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin