Microsoft Word Beledchi Qaydalar 2015


Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə10/19
tarix26.12.2016
ölçüsü0,49 Mb.
#3629
1   ...   6   7   8   9   10   11   12   13   ...   19
Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə 

duzun yodlaşdırılması barədə qanunvericilik aktlarına dair 

BƏLƏDÇİ QAYDALAR 

 

27 dekabr 2001-ci il tarixdə “Yod çatışmazlığı  xəstəliklərinin 



kütləvi profilaktikası  məqsədi ilə duzun yodlaşdırılması haqqında” 

Azərbaycan Respublikasının Qanunu imzalanmışdır.  

Bu Qanun Azərbaycan Respublikasında yod çatışmazlığı 

xəstəliklərinin kütləvi profilaktikası məqsədi il duzun yodlaşdırılması 

tədbirlərinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir və 

bu sahədə yaranan münasibətləri tənzimləyir.  

Bu Qanun Azərbaycan Respublikasında yod çatışmazlığı 

xəstəliklərinin kütləvi profilaktikası 

məqsədi ilə duzun 

yodlaşdırılması sahəsində fəaliyyət göstərən bütün fiziki və təşkilati-

hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə şamil edilir.  

Qanuna uyğun olaraq yodlaşdırılmış duzun keyfiyyət və 

təhlükəsizlik göstəricilərinin standartlar və  tələblərə uyğunluğunu 

müəyyən etmək məqsədi ilə duzdan götürülmüş nümunələrin 

ekspertizası müvafiq icra hakimiyyəti orqanı (yodlaşdırılmış duzun 

keyfiyyət göstəriciləri üzrə Azərbaycan Respublikasının 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi

yodlaşdırılmış duzun təhlükəsizlik göstəriciləri üzrə Azərbaycan 

Respublikasının Səhiyyə Nazirliyi) tərəfindən aparılır.  

Qida və yem məqsədi ilə istifadə olunan duz yodlaşdırılmalı, 

onun keyfiyyəti, təhlükəsizliyi, tərkibindəki yodun miqdarına nəzarət 

metodları müvafiq standartlar və  tələblərə uyğun olmalıdır. Duzun 

tərkibində yodun miqdarı müvafiq icra hakimiyyəti orqanı 

(Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən 

müəyyənləşdirilir. Duzun təmizlənməsi, istehsalı, yodlaşdırılması və 

satışı sanitar-gigiyenik norma və qaydaların tələblərinə uyğun olaraq 

həyata keçirilir. Azərbaycan Respublikasına idxal edilən və ya 

respublikada istehsal olunan yodlaşdırılmış duzun qablaşdırılması, 

etiketləşdirilməsi, saxlanması, daşınması  və satışı müvafiq 

standartlara və  tələblərə  əməl edilməklə  həyata keçirilir. Yararlılıq 

müddəti qurtarmış yodlaşdırılmış duzun istifadəsi, təkrar emalı  və 

yenidən yodlaşdırılması qaydaları müvafiq icra hakimiyyəti orqanı 




35 

(Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən 

olunur.  

Yodlaşdırılmış duzun keyfiyyət və  təhlükəsizlik göstəricilərinin 

standartlar və  tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə 

Azərbaycan Respublikasının 

ərazisində istehsal olunan 

yodlaşdırılmış duz qanunvericilikdə müəyyən olunmuş qaydada 

sertifikatlaşdırılır.  

24 avqust 2002-ci il tarixdə “Yod çatışmazlığı  xəstəliklərinin 

kütləvi profilaktikası  məqsədi ilə duzun yodlaşdırılması haqqında” 

Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır.  

Bu Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 

duzun tərkibində yodun miqdarının müəyyən edilməsi və “Yod 

çatışmazlığı  xəstəliklərinin kütləvi profilaktikası  məqsədi ilə duzun 

yodlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununda 

nəzərdə tutulmuş yararlılıq müddəti qurtarmış yodlaşdırılmış duzun 

istifadəsi, təkrar emalı və yenidən yodlaşdırılması qaydalarının təsdiq 

edilməsi tapşırılmışdır. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 200 nömrəli  

30 dekabr 2002-ci il tarixli Qərarı ilə qida və yem məqsədi ilə 

istifadə olunan duzun tərkibində yodun miqdarı 30-50 mkq/q 

həddində müəyyən edilmişdir.  

27 sentyabr 2003-cü il tarixdə “Yod çatışmazlığı  xəstəliklərinin 

kütləvi profilaktikası  məqsədi ilə duzun yodlaşdırılması haqqında" 

Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi 

barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı 

imzalanmışdır. 



36 


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin