Microsoft Word Beledchi Qaydalar 2015


Uşaqların icbari dispanserizasiyası barədə



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə18/19
tarix26.12.2016
ölçüsü0,49 Mb.
#3629
1   ...   11   12   13   14   15   16   17   18   19
Uşaqların icbari dispanserizasiyası barədə 

qanunvericilik aktlarına dair 

BƏLƏDÇİ QAYDALAR

 

 



5 mart 2013-cü il  tarixdə “Uşaqların icbari dispanserizasiyası 

haqqında” Azərbaycan Respublikasının Qanunu imzalanmışdır. 

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü 

maddəsinin I hissəsinin 1-ci bəndinə  əsasən uşaqların sağlamlığının 

qorunması  və möhkəmləndirilməsinin təşkilati-hüquqi  əsaslarını, 

uşaqlar arasında aparılan müalicə-profilaktika tədbirlərini müəyyən 

edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.  

Uşaqların icbari dispanserizasiyasının məqsədi uşaqların 

sağlamlığının qorunması  və möhkəmləndirilməsinə yönəlmiş 

tədbirlərin həyata keçirilməsi, uşaqlar arasında xəstələnmə, sağlamlıq 

imkanları  məhdudluğunun və ölümün səviyyəsinin azaldılması  və 

uşaqların xəstəliklərdən qorunmasıdır. 

İcbari dispanserizasiyadan keçiriləcək uşaqların və onların qanuni 

nümayəndələrinin bu Qanunla müəyyən edilmiş qaydada 

dispanserizasiyadan keçmək, dispanserizasiyanın nəticələrindən asılı 

olaraq tibbi göstərişlər  əsasında ambulator, stasionar və ya 

sanatoriya-kurort  şəraitində tibbi yardım almaq, dispanserizasiyanın 

nəticələri, o cümlədən aparılmış müayinə-müalicə  tədbirləri, habelə 

sağlamlığının vəziyyəti haqqında tam və obyektiv məlumat almaq, 

pozulmuş hüquqları barədə qanunla müəyyən edilmiş qaydada 

müvafiq orqanlara və ya məhkəməyə müraciət etmək hüquqları 

vardır. Uşaqların icbari dispanserizasiyası onların qanuni 

nümayəndələrinin razılığı ilə aparılır.  İcbari dispanserizasiya 

tədbirləri təqvimə uyğun olaraq müşahidə ili ərzində Azərbaycan 

Respublikasının vətəndaşlarını, Azərbaycan Respublikasında daimi 

yaşayan vətəndaşlığı olmayan şəxsləri və  əcnəbiləri  əhatə edir. 

Uşaqlara dövlət tibb müəssisələrində icbari dispanser xidmətinin 

göstərilməsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. 

İcbari dispanserizasiya tədbirləri bələdiyyə  və icbari tibbi sığorta 

vəsaitləri, hüquqi və fiziki şəxslərin ianələri, eləcə  də 

qanunvericiliklə  nəzərdə tutulan digər vəsaitlər hesabına da həyata 

keçirilə bilər. 




62 

Uşaqların icbari dispanserizasiyası tədbirləri uşaqların hər il tibbi 

baxışdan keçirilməsi (laborator, instrumental və skrininq müayinələr 

də daxil olmaqla), müasir diaqnostika metodlarından istifadə etməklə 

ehtiyacı olanların müayinəsinin davam etdirilməsi, uşaqların 

sağlamlıq vəziyyətinin müəyyən edilməsi və  fərdi qaydada 

qiymətləndirilməsi, sağlam, xəstə və xəstələnmə riski olan uşaqların 

bir-birindən ayrı müşahidə edilməsi, xəstə  və  xəstələnmə riski olan 

uşaqlar arasında müalicə-sağlamlaşdırıcı  tədbirlərin həyata 

keçirilməsi, tibbi və sosial tədbirlər kompleksinin hazırlanması  və 

həyata keçirilməsi, habelə  uşaqların sağlamlıq vəziyyətinin dinamik 

müşahidəsi və  xəstəliklərin nozoloji formasından asılı olaraq 

uşaqların dispanser nəzarətinə götürülməsini əhatə edir.  

10 aprel 2013-cü il tarixdə “Uşaqların icbari dispanserizasiyası 

haqqında” Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli  

591-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan 

Respublikası Prezidentinin Fərmanı imzalanmışdır.  

Bu Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 

“Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət 

Proqramı"nın layihəsinin hazırlanıb Azərbaycan Respublikasının 

Prezidentinə  təqdim edilməsi, uşaqların icbari dispanserizasiyasının 

həyata keçirilməsi qaydasının, dispanserizasiyadan keçiriləcək 

uşaqlara göstərilməli olan tibbi yardımın həcminin və keyfiyyət 

standartlarının, xəstə və xəstələnmə riski olan uşaqlar üçün müalicə-

sağlamlaşdırıcı 

tədbirlərin həyata keçirilməsi qaydasının, 

dispanserizasiya tədbirlərinin maliyyələşdirilməsi qaydasının 

Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən 

edilməsi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə uşaqların 

icbari dispanserizasiyası zamanı müayinələrin və baxış keçirəcək 

ixtisaslı mütəxəssislərin siyahısının təsdiq və dispanserizasiyadan 

keçiriləcək və dispanserizasiyadan keçmiş  uşaqların uçotu 

qaydasının müəyyən edilməsi tapşırılmışdır.  

10 dekabr 2013-cü il tarixdə “Uşaqların icbari 

dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın təsdiq 

edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

imzalanmışdır. Dövlət Proqramında Proqramın məqsədləri, 

Proqramın maliyyələşdirilməsi, Proqramın həyata keçirilməsi üzrə 

Tədbirlər Planı  və Proqramın həyata keçirilməsindən gözlənilən 



63 

nəticələr öz əksini tapmışdır. Tədbirlər Planında “Təşkilati tədbirlər”, 

“Tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi”, 

“Uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi”, 

“Kadr hazırlığı” və 

“İcbari dispanserizasiya sahəsində 

maarifləndirmə” kimi tədbirlərin həyata keçirilməsi nəzərdə 

tutulmuşdur. Dövlət Proqramında nəzərdə tutulan tədbirlər müvafiq 

illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti 

icraçı orqanlar üçün nəzərdə tutulmuş  vəsait dairəsində 

maliyyələşdirilir. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 109 nömrəli  

23 aprel 2014-cü il tarixli Qərarı ilə “Uşaqların icbari 

dispanserizasiyasının həyata keçirilməsi Qaydası”, 

“Dispanserizasiyadan keçiriləcək uşaqlara göstərilməli olan tibbi 

yardımın həcmi və keyfiyyət standartları”, “Xəstə  və  xəstələnmə 

riski olan uşaqlar üçün müalicə-sağlamlaşdırıcı  tədbirlərin həyata 

keçirilməsi Qaydası” və “Dispanserizasiya tədbirlərinin 

maliyyələşdirilməsi Qaydası” təsdiq edilmişdir. 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 60 nömrəli 1 iyul 

2014-cü il tarixli əmri ilə “Uşaqların icbari dispanserizasiyadan 

keçirilməsinə dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı təsdiq 

edilmişdir. 




64 


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin