Microsoft Word Beledchi Qaydalar 2015


İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə16/19
tarix26.12.2016
ölçüsü0,49 Mb.
#3629
1   ...   11   12   13   14   15   16   17   18   19
İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə 

mübarizə barədə qanunvericilik aktlarına dair 

BƏLƏDÇİ QAYDALAR 

 

11 may 2010-cu il tarixdə “İnsanın immunçatışmazlığı virusunun 



törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikasının 

Qanunu imzalanmışdır.  

Bu Qanun Azərbaycan Respublikası  ərazisində insanın 

immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (İİV infeksiyasının) 

profilaktikasının, diaqnostikasının, müalicəsinin,  İİV-lə yaşayan 

şəxslərə tibbi və sosial-psixoloji yardım göstərilməsinin hüquqi 

əsaslarını müəyyən edir, bu sahədə yaranan münasibətləri 

tənzimləyir. 

İİV-lə yaşayan şəxslərin İİV-ə yoluxması səbəbinə görə hüquq və 

azadlıqlarının hər hansı formada məhdudlaşdırılmasına yol verilmir. 

İİV-lə yaşayan şəxslər İİV infeksiyası ilə əlaqədar diskriminasiyaya 

və stiqmatizasiyaya (şərəf və  ləyaqətin alçaldılmasına) yol 

verilməməsi və onlara humanist münasibət bəslənilməsi, İİV-ə tibbi 

müayinə  və onun nəticələri, habelə  tətbiq edilən tibbi nəzarət və 

müalicə üsulları haqqında məlumat  əldə etmək, tibbi göstərişlər 

əsasında mümkün olan bütün müalicə növlərini almaq, nikaha daxil 

olmaq, digər reproduktiv hüquqlarını  həyata keçirmək,  İİV-in 

yayılmasının qarşısının alınması üzrə universal təhlükəsiz davranış 

qaydalarına yiyələnmək, qoruyucu vasitələrlə müvafiq icra 

hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) 

tərəfindən müəyyən olunmuş qaydada təmin olunmaq və 

qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlara malikdirlər.  

İİV-lə yaşayan  şəxslərin işləməsinə yol verilməyən peşə növləri 

və vəzifələr istisna olmaqla, onları İİV-ə yoluxması səbəbinə görə işə 

qəbul etməkdən, işdə irəli çəkməkdən imtina etmək və ya işdən azad 

etmək qadağandır.  İİV-lə yaşayan  şəxslərin işləməsinə yol 

verilməyən peşə növləri və  vəzifələrin siyahısı müvafiq icra 

hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) 

tərəfindən təsdiq edilir. İşəgötürən işçinin  İİV-ə yoluxması barədə 

məlumata malik olduqda bu məlumatı açıqlamamalıdır.  

İİV-lə yaşayan  şəxslər  İİV infeksiyasının başqa  şəxslərə 

yoluxmasına yol verməmək üçün məsuliyyətli və təhlükəsiz davranış 




55 

tətbiq etməli, nikaha daxil olarkən bu barədə digər tərəfi 

məlumatlandırmalıdırlar.  

İİV-ə tibbi müayinə  zəruri  şəraitə, müvafiq tibbi avadanlığa 

malik olan istənilən tibb müəssisəsində (özəl tibb fəaliyyəti ilə 

məşğul olan müəssisələrin qanunvericilikdə müəyyən edilmiş 

qaydada bu fəaliyyətlə məşğul olmaq hüququ olduqda) aparıla bilər.  

Müayinə olunan şəxs məcburi müayinə halları istisna olmaqla, 

istənilən mərhələdə İİV-ə tibbi müayinədən imtina etmək hüququna 

malikdir.  İİV-ə tibbi müayinənin aparılması  həyati göstərişlər 

əsasında təxirəsalınmaz hesab edildikdə  və  xəstə  vəziyyəti ilə 

əlaqədar öz qərarını bildirmək iqtidarında olmadıqda tibbi müayinə 

həkimlərin konsiliumunun qərarı  əsasında həll olunur. İİV-ə tibbi 

müayinə,  İİV-müsbət status, eləcə  də  İİV-lə yaşayan  şəxs vəfat 

etdikdən sonra onun İİV-müsbət statusu haqqında məlumatlar 

konfidensial saxlanılır və qanunvericiliklə müəyyən olunmuş 

qaydada qorunur. İİV-ə tibbi müayinənin könüllü tibbi müayinə

mütləq tibbi müayinə  və  məcburi tibbi müayinə növləri müəyyən 

olunur. 

İİV-lə yaşayan Azərbaycan Respublikası  vətəndaşlarına, 

Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan 

şəxslərə  və Azərbaycan Respublikası  tərəfindən qaçqın statusu 

verilmiş  şəxslərə tibbi yardım (o cümlədən ixtisaslaşdırılmış tibbi 

yardım) dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına 

göstərilir. 

İnsanların qanı  və qan komponentləri, digər bioloji mayeləri, 

orqan və toxumaları ilə  təmasda olan, o cümlədən diaqnostik 

tədqiqatlar aparan, yaxud tibbi yardım göstərən tibb işçiləri tibb 

müəssisəsi tərəfindən zəruri qoruyucu vasitələrlə pulsuz təmin edilir

onların mütəmadi olaraq İİV-ə tibbi müayinəsi təşkil edilir.  

10 iyun 2010-cu il tarixdə “İnsanın immunçatışmazlığı virusunun 

törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikası 

Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası 

Prezidentinin Fərmanı imzalanmışdır.  

Bu Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 

“İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə 

haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş 

insanın immunçatışmazlığı virusu ilə yaşayan  şəxslərin qoruyucu 




56 

vasitələrlə  təmin olunması qaydasının müəyyən edilməsi, insanın 

immunçatışmazlığı virusu ilə yaşayan  şəxslərin işləməsinə yol 

verilməyən peşə növləri və  vəzifələrin siyahısının təsdiq edilməsi

insanın immunçatışmazlığı virusu ilə yaşayan  şəxslərə dövlət 

büdcəsinin vəsaiti hesabına göstərilən tibbi yardımın həcminin, 

insanın immunçatışmazlığı virusu ilə yaşayan analardan doğulmuş 

bir yaşadək uşaqların qida məhsulları ilə pulsuz təmin olunması 

qaydasının və insanın immunçatışmazlığı virusu infeksiyasının 

profilaktikası üzrə  zərərin azaldılması proqramlarının tətbiqi 

qaydasının müəyyən edilməsi tapşırılmışdır.  

21 dekabr 2010-cu il tarixdə  “İnsanın immunçatışmazlığı 

virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan 

Respublikası Qanununun tətbiqi ilə  əlaqədar Azərbaycan 

Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və 

əlavələr edilməsi və “İnsanın immunçatışmazlığı virusunun törətdiyi 

xəstəliyin (AIDS) yayılmasının qarşısının alınması haqqında” 

Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab 

edilməsi barədə Azərbaycan Respublikasının Qanunu imzalanmışdır.  

15 fevral 2011-ci il tarixdə  “İnsanın immunçatışmazlığı 

virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan 

Respublikası Qanununun tətbiqi ilə  əlaqədar Azərbaycan 

Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və 

əlavələr edilməsi və “İnsanın immunçatışmazlığı virusunun törətdiyi 

xəstəliyin (AIDS) yayılmasının qarşısının alınması haqqında” 

Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab 

edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 21 dekabr 

tarixli 37-IVQD nömrəli Qanununun tətbiq edilməsi haqqında 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır. 

 

20 aprel 2011-ci il tarixdə  “İnsanın immunçatışmazlığı 



virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan 

Respublikası Qanununun tətbiqi ilə bağlı  əlavə  tədbirlər barədə 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır. 

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 62 nömrəli  

27 aprel 2011-ci il tarixli Qərarı ilə  “İnsanın immunçatışmazlığı 

virusu ilə yaşayan  şəxslərin qoruyucu vasitələrlə  təmin olunması 

Qaydası”, “İnsanın immunçatışmazlığı virusu ilə yaşayan  şəxslərin 

işləməsinə yol verilməyən peşə növləri və  vəzifələrin Siyahısı”, 




57 

“İnsanın immunçatışmazlığı virusu ilə yaşayan  şəxslərə dövlət 

büdcəsinin vəsaiti hesabına göstərilən tibbi yardımın həcmi”, 

“İnsanın immunçatışmazlığı virusu ilə yaşayan analardan doğulmuş 

bir yaşadək uşaqların qida məhsulları ilə pulsuz təmin olunması 

Qaydası” və  “İnsanın immunçatışmazlığı virusu infeksiyasının 

profilaktikası üzrə  zərərin azaldılması proqramlarının tətbiqi 

Qaydası” təsdiq edilmişdir. 

 



58 


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin