Elektron vergi hesab-fakturaları



Yüklə 59,39 Kb.
tarix01.12.2016
ölçüsü59,39 Kb.
#558

Elektron vergi hesab-fakturaları” proqram təminatından istifadə



KİTABÇASI

http://www.e-taxes.gov.az/

İÇİNDƏKİLƏR

1.1. Məqsəd 3

1.2. Proqram istifadəçiləri 3

1.3. Məzmun 3

1.4. İstifadəçilər, istifadəçi qrupları 3

1.5. Elektron vergi hesab-fakturası 3

1.5.1. Elektron vergi hesab-fakturasının ekranı 4

1.5.1.1. Yenilə: 5

1.5.1.2. Gələnlər : 5

1.5.1.3. Göndərdiklərim : 6

1.5.1.4. Qaralama : 7

1.5.1.5. Axtar : 9

1.5.1.6. Yeni faktura : 10

1.5.1.7. Dəqiqləşmiş faktura : 13

1.5.1.8. Əvəzləşdirilənlər ekranı: 13



GİRİŞ

Daim Inkişaf etməkdə olan Azərbaycanın Avtomatlaşdirilmiş Vergi İnformasiya Sistemi (AVİS) vergi ödəyicilərinə daha rahat , asan və keyfiyyətli elektron xidmət göstərmək üçün öz alt sistemlərinə yeni daha bir alt sistem - Elektron vergi hesab-fakturası alt sistemini əlavə edərək istifadəçilərinin xidmətinə təqdim etdi. Bu Kitabça, proqramın məqsədini, məzmununu, istifadəçilərini və əsas anlayışlarını əhatə edərək proqramdan istifadəni daha da asanlaşdırır .


1.1.Məqsəd

Elektron vergi hesab-fakturası proqramından istifadə edəcək vergi odəyicilərinin proqramdan istifadə zamanı apara biləcəkləri əməliyyatların öyrədilməsidir.
1.2.Proqram istifadəçiləri

Vergilər Nazirliyi tərəfindən müəyyənləşdirilən, Əlavə dəyər vergisi odəyicisi olan və elektron sənəd mübadiləsi haqqında müqaviləsi olan bütün vergi ödəyiciləri programdan istifadə edə biləcək.


1.3.Məzmun

Bu kitabça Elektron vergi hesab-fakturası proqramında vergi ödəyicilərinin Elektron vergi hesab-fakturanın hazırlanması, göndərilməsi (təqdim edilməsi) və əvəzləşdirilməsi kimi bir sıra əməliyyatları izah edən kitabçadır.

1.4.İstifadəçilər, istifadəçi qrupları

Əlavə dəyər vergisinın ödəyiciləri (vergi orqanından müvafq istifadəçi kodu, parol və şifrə almış) proqramdan istifadə edə biləcək.


1.5.Elektron vergi hesab-fakturası

Elektron vergi hesab-fakturasının uçotu hər bir əlavə dəyər vergisinin ödəyicisi üzrə Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) vasitəsi ilə həyata keçirilir.



ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və ƏDV-nə cəlb edilən əməliyyat aparan vergi ödəyicisi (sonradan satıcı adlandırılacaq) malları (işləri, xidmətləri) alan vergi ödəyicisinə (alıcıya yaxud sifarişçiyə) vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Bunun üçün vergi ödəyicisi, onlara vergi orqanı tərəfindən verilmiş istifadəçi kodu, parol şifrədən istifadə etməklə İnternet Vergi İdarəsinə daxil olur (www.e-taxes.gov.az), elektron vergi hesab-fakturası alt sistemini seçərək elektron vergi hesab-fakturasını hazırlayaraq təqdim edirlər (göndərirlər).


Şəkil 1 - e-taxes.gov.az İnternet Vergi İdarəsinə daxil olma ekranı
1.5.1.Elektron vergi hesab-fakturasının ekranı
Elektron faktura ekranı Yenilə, Yeni faktura, Fakturalar, Əvəzləşdirilənlər və Axtar başlıqlarından və Gələnlər, Göndərdiklərim və Qaralama kimi əməliyyat qovluqlarından ibarətdir .



Şəkil 2 - Elektron faktura ekranı

1.5.1.1.Yenilə:
Yenilə əməliyyat başlığının köməyi ilə istifadəçinin əməliyyat apardığı elektron VHF ekranında onun ekranına gəlmiş yeni məlumatları (və ya göndərilmiş elektron VHF) yeniləyir. Yeni hər hansı bir məlumat daxil olduqda bu yenilənmiş ekranda dərhal öz əksini tapır.

1.5.1.2.Gələnlər :

Gələnlər qovluğunda istifadəçiyə elektron VHF ekranına əvəzləşdirilmək üçün göndərilmiş elektron vergi hesab-fakturaları göstərilir. Burada vergi ödəyicisi elektron qutuya (e-box) daxil olan elektron hesab-fakturaları barədə məlumat ala bilər. İstifadəciyə göndərilən bütün VHF-ları bu ekranda əks olunur. Bunun üçün istifadəçi Gələnlər qovluğunu seçərək daxil olur. Buradaki VHF-ların tipi (D- dəqiqləşdirilmiş) və vəziyyəti (L-ləğv edilmiş, T- təsdiqləmə gözləyir, N- normal oxunmuş və N – tünd şiriftlə oxunmamış) qovluğun müvafiq sütunlarında əks olunur. Bu ekrandakı hər hansı bir elektron VHF-si barədə daha ətraflı məlumat əldə etmək üçün istifadəçi ekranda seçilən elektron VHF-nın üstünə iki dəfə vurmaqla elektron VHF-na daxil olub həmin elektron VHF-nın məlumatları ilə daha ətraflı tanış ola bilər.

Şəkil 3 - Gələnlər ekranı


1.5.1.3.Göndərdiklərim :
Göndərdiklərim qovluğunda istifadəçinin elektron VHF ekranı vasitəsi ilə alıcıya göndərdiyi elektron vergi hesab-fakturaları göstərilir. Bu qovluqda istifadəçi göndərdiyi VHF-lar barədə məlumat ala bilər. İstifadəçinin göndərdiyi və ləğv etdiyi bütün VHF-lar bu ekranda əks olunur. Bunun üçün istifadəçi Göndərdiklərim qovluğuna daxil olur. Buradaki VHF-ların tipi (D- dəqiqləşdirilmiş) və vəziyyəti (L-ləğv edilmiş, T- təsdiqləmə gözləyir, N- normal oxunmuş və N – tünd şiriftlə oxunmamış) qovluğun müvafiq sütunlarında əks olunur. Bu ekrandakı hər hansı bir elektron VHF-si barədə daha ətraflı məlumat əldə etmək və ya göndərilmiş VHF-nı ləğv etmək üçün istifadəçi seçilmiş elektron VHF-nın üstünə iki dəfə vuraraq elektron VHF-ya daxil olmaqla həmin elektron VHF-nın məlumatları ilə daha ətraflı tanış ola bilər.


Şəkil 4 - Göndərdiklərim ekranı
Vergi ödəyicisi (satıcı) tərtib edib göndərdiyi istənilən elektron VHF-nı ləğv etmək üçün Göndərdiklərim ekranındakı VHF-nın üstünə iki dəfə vuraraq elektron VHF-ya daxil olur. Açılan VHF-nın sonundaki Fakturanı ləğv et düyməsinə vurduqda VHF-nın ləğv edilməsi ilə əlaqədar ləğv etməni təsdiqləmə pəncərəsi açılır. İstifadəçi (satıcı) bu pəncərədə ləğv etməni təsdiqlədikdən sonra açılan ekrana ləğv etmənin səbəbini yazib qəbul düyməsini vurur. Bu prosesdən sonra elektron VHF-sı avtomatik olaraq ləğv edilir və eyni zamanda satıcının Göndərdiklərim, alıcının isə Gələnlər qovluqlarında hənin VHF-nın vəziyyəti ləğv edilmış (L) elektron VHF-sı olur.

Elektron vergi hesab-fakturanın ləğvi fakturanı təqdim edən vergi ödəyicisi (satıcı) tərəfindən aparılır. Elektron vergi hesab-fakturası ləğv edildikdən sonra alıcının e-qutusuna bu barədə məlumat göndərilir. Məlumat göndərildikdən sonra elektron vergi hesab-fakturası üzərində düzəliş aparıla bilməz, yalnız ləğv olunub yenisi (dəqiqləşdirilmişi) yaradılmalıdır.



Elektron vergi hesab-fakturasının ləğv edilməsi zərurəti yaranarsa vergi hesab-fakturasını alan vergi ödəyicisi (alıcı) vergi hesab-fakturasını təqdim edən vergi ödəyicisinə (satıcıya) müraciət etməklə təqdim edilmiş elektron vergi hesab-fakturasının ləğvini xahiş edə bilər və bu zaman ləğvetmə satıcı vergi ödəyicisi tərəfindən həyata keçirilir.

Şəkil 5 - Elektron VHF-nın ləgv edilmə ekranı


1.5.1.4.Qaralama :

Qaralama qovluğunda satıcı vergi ödəyicisi tərəfindən tam tərtib edilməmiş elektron VHF-sı saxlanılır. Müəyyən səbəblərdən hazırlanması tam başa çatmayan elektron VHF-sı gələcəkdə yenidən hazırlanmaq üçün istifadəçi tərəfindən bu qovluğa göndərilir. Bunun üçün istifadəçi hazırladığı elektron VHF-nın sonundakı Qaralamaya göndər düyməsinə vurduqda VHF-sının qaralamaya göndərilməsini təsdiqləmə pəncərəsi acılır. İstifadəçi (satıcı) bu pəncərədə qaralamaya göndərməni təsdiqlədikdən sonra elektron VHF-nın qaralamaya göndərildiyi barədə xəbərdarlıq alır. Daha sonra istifadəçi (satıcı) Qaralama qovluğuna daxil olaraq yarımçıq qalmış elektron VHF-nın üzərinə iki dəfə vurmaqla açılan VHF ekranında zəruri məlumatları yığaraq (alııcıya) VHF-nı göndərə və ya ləğv edə bilər.


Şəkil 6 - Elektron VHF-nın qaralama qutusuna göndərilməsi ekranı



Şəkil 7 - Qaralama ekranı

1.5.1.5.Axtar :
Bu menyudan vergi ödəyiciləri (alıcı və ya satıcı) daha öncə onlara gəlmiş, təqdim etdikləri, qaralamaya göndərdikləri və əvəzləşdirdikləri elektron VHF-nı daha tez və səmərəli şəkildə menyulardan tapılması üçün istifadə edirlər. Bunun üçün istifadəçi menyuya daxil olub müvafiq axtarış kriteryalarını ( axtarılacaq səhifə, VÖEN, tarix, seriya, və nömrə ) daxil edir və Axtar düyməsinə vurur. Axtarış üçün verilmiş kriteryalara uyğun elektron VHF-si aşağıdakı formada ekranda siyahılanır. Siyahıda əks olunan VHF-nın üzərinə iki dəfə vurmaqla həmin elektron VHF-na daxil olub onun məlumatları ilə ətraflı tanış olmaq olar. Bu pəncərədə axtarış zamanı Axtarılacaq səhifə kriteryasından başqa digər kriteryaları doldurmaq mütləq deyil. Daha çox axtarış kriteryasının daxil edilməsi axtarışın səmərəliliyini daha da artırır.



Şəkil 8 Axtar ekranı
Axtarış ekranının digər bir menyusunda - Bəyannamə üzrə əvəzləşdirilmiş fakturalara baxış ekranında İl, Dövr tipi və Ay seçməklə ƏDV bəyannamələrinə əlavə edilmək üçün göndərilmiş e-VHF-nın siyahısına baxmaq və çap etmək olar.



Şəkil 9 - Dövr ekranı

Şəkil 10 - Baxış ekranı

1.5.1.6.Yeni faktura :

Bu menyu vasitəsi ilə satıcı vergi ödəyicisi elektron VHF-nı hazırlayaraq qarşı tərəfə (alıcıya) təqdim edir. Bunun üçün istifadəçi Yeni faktura menyusuna daxil olaraq elektron VHF-nın məlumatlıarını tərtib edərək əvəzləşdirmək üçün qarşı tərəfə təqdim edir. Bu menyuya daxil olduqdan sonra istifadəçi (satıcı) VÖEN xanasının qarşısına sifarişçinin (alıcının) VÖEN-ni daxil edir. Bu zaman ödəyicinin adı sistem təfərindən avtomatik olaraq ekrana gəlir. Qeyd qrafasında elektron vergi hesab-fakturasına əsas verən sənədlər göstərilir. Əlavə et düyməsi ilə fakturanın doldurulması üçün yeni sətir əlavə edilir. Bundan əlavə seçilmiş sətirlərin silinməsi üçün Seçilmişləri sil, bütün sətirlərin silinməsi üçün Hamısını təmizlə düymələrindən istifadə oluna bilər.

Elektron vergi hesab-fakturasının xanaları aşağıdakı qaydalara uyğun şəkildə doldurulur:

- «Sıra №-si» sütununda — alıcıya (sifarişçiyə) təqdim olunmuş malların (işlərin, xidmətlərin) adları ardıcıl olaraq proqram tərəfindən nömrələnir;

- «Təqdim edilmiş malların (işlərin, xidmətlərin) adı» sütununda — təqdim edilmiş malların (işlərin, xidmətlərin) adları;

- «Ölçü vahidi» sütununda — malların (işlərin, xidmətlərin) ölçü vahidi;

- «Miqdarı, həcmi» sütununda — malların (işlərin, xidmətlərin) ölçü vahidi ilə miqdarı (həcmi);

- «Vahidinin buraxılış qiyməti» sütununda — malların (işlərin, xidmətlərin) müəyyən olunmuş ölçü vahidinin qiyməti (ƏDV və aksiz nəzərə alınmadan);

- «Cəmi» sütununda — təqdim edilmiş malın (ƏDV-siz və aksizsiz) ümumi dəyəri;

- «Aksiz» qrafasının ikinci («Məbləği, man») sütununda — aksizli mallar üzrə aksizin ümumi məbləği;

- «Təqdim edilmiş malın (işin, xidmətin) dəyəri (ƏDV-siz), man.» qrafasının «Cəmi» sütununda — təqdim edilmiş malın (işlərin, xidmətlərin) ümumi dəyəri ilə aksizin məbləğinin cəmi;

- «o cümlədən, ƏDV-yə cəlb edilən» sütununda — təqdim edilmiş malların (işlərin, xidmətlərin) əlavə dəyər vergisinə cəlb olunan dəyəri;

- «o cümlədən, ƏDV-yə cəlb edilməyən» sütununda — təqdim edilmiş malların (işlərin, xidmətlərin) qanunvericiliyin müddəalarına əsasən əlavə dəyər vergisinə cəlb olunmayan dəyəri;

Şəkil 11- Yeni faktura ekranı

- «o cümlədən, ƏDV-yə «0» (sıfır) dərəcə ilə cəlb edilən» sütununda — təqdim edilmiş malların (işlərin, xidmətlərin) qanunvericiliyin müddəalarına əsasən əlavə dəyər vergisinə «0» (sıfır) dərəcəsi ilə cəlb edilən dəyəri;

- «Vergi tutulan əməliyyatdan ödənilməli olan ƏDV, man.» sütununda göstərilən məbləğ eyni bir sətir üzrə «ƏDV-ə cəlb edilən» sütununda göstərilən rəqəmin ƏDV-nin qanunvericiliklə müəyyən edilmiş dərəcəsinə hasil edilməklə hesablanır;

- «Təqdim edilmiş mallar (işlər, xidmətlər) üçün məbləğ, man.» sütununda göstərilən məbləğ eyni bir sətir üzrə «Təqdim edilmiş malın (işin, xidmətin) dəyəri (ƏDV-siz)» «Cəmi» sütunu ilə «Vergi tutulan əməliyyatdan ödənilməli olan ƏDV məbləği, man.» sütununda göstərilən məbləğlərin cəminə bərabər olmalıdır;

Yekun bölməsindəki məlumatlar elektron VHF-nın müvafiq məlumat sətrlərindəki məlumatların yekunudur və həmin məlumatlarla eynidir. Bütün bu məlumatları daxil etdikdən sonra istifadəçi (satıcı) VHF-nı qarşı tərəfə təqdim etmək üçün pəncərənin sonundakı Fakturanı Göndər düyməsinə vurur.



Şəkil 12 - Yeni faktura ekranı

Bu əməliyyatdan sonra ekranda göndərdiyimiz fakturanın hansı seriya və nömrə ilə baza tərəfindən qeydiyyata alındığını əks etdirən Məlumat pəncərəsi ekrana gəlir. Bağla düyməsini vurduqdan sonra pənəcərə ekranda itir.





Şəkil 13 - VHF-nın qeydiyyat məlumatı ekranı

Qeyd:
- Elektron vergi hesab-fakturasında məbləğlər milli valyutada (manatla) göstərilməlidir. Elektron vergi hesab-fakturası doldurularkən, onun boş qalmış sətirləri olarsa, bunlar proqram təminatı tərəfindən “0” (sıfır) kimi qəbul edilir.

- Elektron vergi hesab-fakturasının hazırlanaraq qeydə alındığı tarix həmin elektron vergi hesab-fakturasının verilmə tarixi sayılır və bu tarix elektron vergi hesab-fakturasında proqram təminatı vasitəsi ilə avtomatik olaraq qeyd olunur.

- Mallar (işlər, xidmətlər) vergi ödəyicisi (satıcı) tərəfindən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən və ya elektron qutusu olmayan alıcılara, həmçinin pərakəndə ticarət, ictimai iaşə və məişət xidməti sahələrində təqdim edildikdə, elektron vergi hesab-fakturası alıcıların tələbi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsində yaradılmış elektron vergi hesab-fakturası sistemində hazırlanır, qeydə alınır, çap edilir və hüquqi şəxs olan vergi ödəyicisinin imza və möhürü ilə, fiziki şəxs olan vergi ödəyicisinin isə imzası ilə təsdiqlənməklə verilə bilər.



1.5.1.7.Dəqiqləşmiş faktura :
Elektron vergi hesab-fakturanın dəqiqləşdirilməsi elektron vergi hesab-fakturası təqdim edildikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda (Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən əməliyyat qismən ləğv edildikdə, o cümlədən mal qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.) qiymətləndirmə bazasında dəyişikliyın baş verdiyi hesabat dövründə aparılır. Bunun üçün dəqiqləşdirilmiş VHF-nı hazırlayarkən «Əlavə qeydlər» rekvizitində «Dəqiqləşdirilmiş» sözü seçilməli, dəqiqləşdirilən elektron vergi hesab-fakturasının seriyası, nömrəsi əlavə edildikdən sonra bu faktura üzrə məlumatlar ekrana gəlir müvafiq düzəlişlər edildikdən sonra təsdiqləndikdə yeni seriya və nömrə verilir. Satıcı tərəfindən dəqiqləşdirilmiş elektron vergi hesab-fakturası təqdim edildikdən sonra alıcı vergi ödəyicisi tərəfindən elektron vergi hesab-fakturası təsdiq edilməlidir. Satıcı tərəfindən təqdim edilmiş dəqiqləşdrilmiş elektron vergi hesab-fakturası alıcı vergi ödəyicisi tərəfindən təqdim edildiyi ayın sonuncu gününə kimi təsdiq edilmədiyi halda, dəqiqləşdrilmiş elektron vergi hesab-fakturası proqram təminatı tərəfindən silinir və dəqiqləşdirilməmiş sayılır.

ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən alıcı vergi ödəyicilərinə təqdim edilən dəqiqləşdrilmiş elektron vergi hesab-fakturasının təsdiq edilməsi tələb olunmur və dəqiqləşdrilmiş elektron vergi hesab-fakturası çap edilərək təqdim edilir.




Şəkil 14 - Dəqiqləşmiş elektron VHF- ı ekranı

1.5.1.8.Əvəzləşdirilənlər ekranı:
Əvəzləşdirilənlər ekranında vergi ödəyicisi təqdim edilmiş ƏDV bəyannamələrinə əvəzləşdirilən vergi hesab-fakturaları barədə məlumatları əlavə edərək vergi orqanına göndərir.

Fakturanı əvəzləşdirmək üçün istifadəçi əvəzləşdiriləcəklər ekranındakı Fakturaların əvəzləşdirilməsi bölməsindəki “Dövrü seç” düyməsinə vurur. Açılan pəncərədə əvəzləşdirmə məlumatlarının daxil edəcəyi bəyannamənin “il”, “Dövr tipi” “Ay” məlumatlarını daxil edib Qəbul düyməsinə vurur.





Şəkil 15 - Dövr ekranı
Daha sonra istifadəçi Əvəzləşdiriləcək faktura məlumatları bölümündə Elektron vergi hesab-fakturasının seriya və nömrəsi daxil edildikdən sonra e-VHF-nın məlumatları avtomatik olaraq sistem tərəfindən ekrana gəlir. Alıcı vergi ödəyicisi tərəfindən bu e-VHF-nı təqdim etmiş satıcı vergi ödəyicisinin ƏDV sub-uçot hesabına ödənilmiş məbləğlər müvafiq xanalara daxil edildikdən sonra “daxil et” düyməsi ilə əldə edilmiş e-VHF-ı əvəzləşəcək fakturaməlumatları siyahısına əlavə edilir. Siyahı tamamlandlqdan sonra “Göndər” düyməsi seçilməklə siyahı ƏDV bəyannaməsinə əlavə 1 kimi göndəriləcəkdir. Əvəzləşdiriləcək fakturalar siyahısında son 5 e-VHF-nın göstəriciləri əks olunur .



Şəkil 16 - Əvəzləşdirilənlər ekranı

Baxış” düyməsi vasitəsi ilə əvəzləşdiriləcək fakturaların siyahısına baxmaq və çap etmək olar.





Şəkil 17 Dövr üzrə axtarış ekranı

Bu dövrə görə axtarış ekranında siyahıya əlavə edilmiş fakturaların VÖEN, seriya və nömrələrinə görə axtarış etmək mümkündür. Bunun üçün axtarış siyahısından axtarış növünü seçib və axtarış kriteryasını daxil etdikdən sonra Axtar düyməsinə vurulur. Axtardığımız e-VHF- sı axtarışa uyğun əvəzləşəcək fakturalar ekranına gəlir. Ekrana çağırılmış e-VHF məlumatlarını işarələyərək dəyişiklik edib “Dəyiş” düyməsi ilə siyahıya əlavə etmək və ya “Sil” düyməsi ilə isə siyahıdan çıxarmaq olar.


Yüklə 59,39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin