Emin Abbasov 2013



Yüklə 128,18 Kb.
tarix02.03.2017
ölçüsü128,18 Kb.
#10033

Emin Abbasov 2013


UAFA və Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin Avropa İttifaqının maliyə dəstəyi ilə həyata keçirilən məktəbəqədər təhsilə cəlb olunmayan uşaqlar üçün icma əsaslı strategiyalarının hazırlanması layihəsi: hüquqi qiymətləndirmə və təhlil
Azərbaycana Birgə Yardım Təşkilatı (bundan sonra UAFA) və Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi (bundan sonra MTTYM) tərəfindən 2012-ci ilin yanvar ayından Sumqayıt, Siyəzən, Biləsuvar və Lənkəran rayonlarında 17 özünədəstək qrupu vasitəsi ilə “Sosial Hüquqların İnkişafı – həssas təbəqədən olan və məktəbəqədər təhsilə cəlb olunmayan uşaqlar üçün icma əsaslı strategiyalar” adlı layihə həyata keçirir.

UAFA-nin Siyəzən, Lənkəran, Sumqayıt və Biləsuvar rayonlarda təsis etdiyi və dəstək verdiyi özünə dəstək qrupları həmin icmaların yerli orta təhsil müəssisələrinin, bələdiyyələrin, həmçinin yerli tibb məntəqələrinin münasib otaqlarında 3-6 yaşlı uşaqlara məktəbə hazırlıq xidmətləri, erkən inkişaf xidmətləri, gündüz vaxtı qayğı etmə xidmətləri göstərirlər. Yerli özünə dəstək qrupları layihə çərçivəsində təlim keçmiş, müvafiq tədris vəsaitləri ilə təchiz edilmiş liderlərin idarəçiliyi ilə fəaliyyət göstərir. Qruplara bir çox halda təlimdən keçmiş valideynlər də cəlb olunur. Bu layihə məktəbəqədər təhsilə cəlb olunmayan 3-6 yaşlı uşaqların məktəbəqədər təhsil və erkən inkişaf istiqamətli xidmətlərdən istifadə etməsini, eyni zamanda yerli məktəbəqədər təhsil müəssisələrində innovativ pedaqoji texnologiyaların tətbiq olunmasına yardım edilməsini və pedaqoji heyətin məktəbəqədər təhsilin kurikulumu üzrə hazırlanmasını nəzərdə tutur.


Hüquqi sənəd haqqında: Sözügedən layihə çərçivəsində hazırlanan bu hüquqi təhlilin və gələcəkdə ona əlavə edilməli olan başqa sənədlərin məqsədi UAFA və MTTYM-nin təsis etdiyi 16 özünə dəstək qruplarının fəaliyyətinin dayanıqlılığını və qanuna uyğunluğunu qiymətləndirməkdən ibarətdir.

Sənəd həmçinin, UAFA və MTTYM-nin 16 regionda həyata keçirdiyi layihə üzrə məktəbəqədər təhsil sahəsindəki layihə fəaliyyətinin uğurlarından və bu sahənin inkişafı üçün mövcud problemlərin həllində irəli sürülən tövsiyyə və modellərin müzakirəsindən bəhs edir.



Sənəddə eyni zamanda bu sahəni tənzimləyən ümumi hüquqi çərçivələrdən, layihənin əsas tapşırıqlarından, çətinliklərindən və perspektivlərin hüquqi təhlilindən və bu sahədə yaxşılaşdırma üçün maraqlı tərəflərə ünvanlanan tövsiyyələrdən ibarətdir. Sənəddə məktəbə hazırlıq xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi üçün nələr etməyin mümkünlüyü barədə də danışılmışdır.


Təhsil qanunvericiliyi: ümumi mənzərə (Educational legislation: General context)
Azərbaycan Respublikasında təhsil münasibətləri 19 iyun 2009-cu il tarixində qəbul edilən “Təhsil haqqında” Azərbaycan Respublikasının 833-IIIQ nömrəli Qanunu ilə tənzimlənir. Təhsil haqqında Qanunun qəbulunadək bu sahədəki münasibətlər müxtəlif normativ hüquqi aktlar ilə tənzimlənirdi. Bu yeni qanun ölkədə bütün növ təhsil münasibətləri üçün əsas qanun hesab olunur. Həmin qanunda qeyd olunur ki, bu Qanun vətəndaşların Azərbaycan Respublikası Kоnstitusiyasında təsbit оlunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rоlunu оynayır. Təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Kоnstitusiyasından, bu Qanundan, təhsil sahəsinə aid оlan digər nоrmativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələrdən ibarətdir.1
Məktəbəqədər təhsil sahəsində vəziyyət: hüquqi çərçivələr (Situation in the field of preschool education: legal frameworks)
2009-cu il 19 iyun tarixində “Təhsil haqqında Qanun”un qəbulundan sonra məktəbəqədər təhsilin təkmilləşdirilməsi məqsədi ilə yeni tənzimləyici qaydalar və hüquqi aktlarınhazırlanması və mövcud qaydaların təkmilləşdirilməsi sahəsində xeyli hüquq yaratma işləri görüldü. Belə ki,bir sıra əhəmiyyətli qaydalar qəbul olundu, mövcud qanunlara əlavə və dəyişikliklər edildi.
Yeni təhsil haqqında Azərbaycan Respublikasının qanununu 18.4-cü maddəsinə əsasən beş yaşlı uşaqlar üçün məktəbə hazırlıq zəruri hesab olunduqdan sonra bu sahədə müvafiq qanun dəyişiklikləri və yenilikləri nəzərə çarpmağa başladı. Lakin bütün bunlara baxmayaraq bugün ölkədə məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi çox aşağıdır. Təhsil Nazirliyinin 2012-ci il üzrə hazırladığı hesabata görə ölkə üzrə uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsi hazırda 16% (şəhər-23,4%, kənd-8,6%) təşkil edir.2
Bundan başqa 2013-cü il 24 oktyabr tarixində Azərbaycan Respublikasının prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda məktəbəqədər təhsillə əhatə səviyyəsinin aşağı olduğu və ölkədə uşaqların məktəbəqədər təhsil ilə əhatə olunma səviyyəsinin şəhərlərdə 23,4, kəndlərdə 8,7, ölkə üzrə isə 16,5 faiz təşkil etdiyi qeyd olunur.3 Eyni zamanda həmin sənədin 3-cü bəndində qeyd olunan "Azərbaycan Respublikasında təhsilin vəziyyəti" bölməsində vurğulanır ki, “ölkənin yaşayış məntəqələrinin 75 faizində məktəbəqədər təhsil müəssisəsi yoxdur”.4

“Təhsil haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli, 156 nömrəli Fərmanının və buna müvafiq Azərbaycan Respublikası Nazirlər Kabinetinin (bundan sonra NK) 247s nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Təhsil Nazirliyi tərəfindən üç sənəd hazırlanıb və həmin sənədlər NK tərəfindən təsdiq edilib:

  1. "Məktəbə hazırlığın təşkili Qaydaları". Azərbaycan Respublikası NK-nin 8 yanvar 2010-cu il tarixli, 4 nömrəli qərarı ilə "Məktəbə hazırlığın təşkili Qaydaları"ı təsdiq etmişdir. Burada məktəbə hazırlığın təşkili qaydaları və forması öz əksini tapmışdır.

  2. Məktəbəqədər təhsilin dövlət standartı və proqramı”. “Məktəbəqədər təhsilin dövlət standartı və proqramı”nın təsdiq edilməsi haqqında 16 iyul 2010-cu il tarixində Azərbaycan Respublikası NK-nin 137 nömrəli qərarı qəbul edilmişdir. Bu qərarda məktəbəqədər təhsilin növbəti 5 il ərzində dövlət standartı və prorqamı müəyyən edilmişdir.

  3. "Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi".Məktəbəhazırlığın təşkilati hüquqi formalarının yaradılması sahəsindəki atılan bu addımların davamı olaraq Azərbaycan Respublikası NK-nin 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli qərarı ilə "Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin təsdiq edilməsi olmuşdur.

  4. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilib. Sənəd özündə məktəbəqədər təhsil sahəsində dövlət qarşısında bir sıra konkret tapşırıqlar və fəaliyyətlər müəyyən edir.

Yuxarıda qeyd olunan qanunvericilik və siyasət çərçivələrinin (legal and policy frameworks) yaradılması bu sahədə vəziyyətin yaxşılaşdırılmasına təkan verə biləcək vacib hüquqi bazanın və çərçivələrin yaradılması ilə nəticələnib. Lakin qəbul edilən bu normativ hüquqi aktlar hələ də ölkə üzrə məktəbəqədər təhsilə cəlb olunmada əhəmiyyətli irəliləyişlərə gətirib çıxarmayıb.


Məktəbə hazırlığın təşkili qaydaları:UAFA və MTTYM-nin məktəbəqədər təhsilə cəlb olunmayan uşaqlar üçün məktəbə hazırlıq xidmətlərinin göstərilməsi modelinin hüquqi təhlili və perspektivləri
Məktəbəqədər təhsilin zəruriliyi, məcburiliyi və əhəmiyyəti barədə
Azərbaycan Respublikasının Konstitutisiyasının 42-ci maddəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Təhsil haqqında qanunda isə məktəbəqədər təhsilin zəruri olmasının qeyd olunması dövlətin bu sahəyə önəminin ifadəsidir. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə tədiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında məktəbə hazırlıq təhsilinin (1 il) icbariliyinin təmin olunması və erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılması nəzərdə tutulmuşdur. Hüquqi dövlət prinsipləri işığında nəzərə alındıqda isə dövlətlər qanunlarda vətəndaşlar üçün müəyyən etdikləri haqlardan və imkanlardan istifadəni əlverişli və çatımlı etmək öhdəliyi daşıyırlar..5 Bunu nəzərə alaraq, məktəbəqədər təhsil xidmətlərinə bütün qruplardan(şəhər, rayon və kənd yerlərində yaşayan, əlilliyi olan, valideyn qayğısından məhrum olan, ağır sosial vəziyyətdə olan və sair) olan uşaqların asan çıxışını təmin etmək istiqamətində işlər davam etdirilməli və ölkədə məktəbəqədər təhsilə cəlb olunmanın olduqca aşağı səviyyəsi tədricən yüksəldilməlidir. Bu istiqamətdə işlərin davam etdirilməsi üçün müvafiq qanunvericilik bazası və dövlət proqramları davamlı mövcud ehtiyaclara uyğun təkmilləşdirilməlidir.
Qeyd olunduğu kimi Azərbaycan Respublikasında məktəbəqədər təhsil sahəsindəki münasibətləri tənzimləyən əsas qanun Təhsil haqqında Azərbaycan Respublikasının qanunu hesab olunur. Həmin qanuna əsasən Azərbaycan Respublikasında məktəbəqədər təhsil 3 (üç) yaşdan başlayır.6 5 (beş) yaşlı uşaqlar üçün məktəbə hazırlıq zəruri hesab olunur. 7

Qanunda8 həmçinin qeyd olunur ki, məktəbəqədər təhsil uşağın valideynlərinin və ya digər qanuni nümayəndələrinin arzusu ilə (i) məktəbəqədər təhsil müəssisələrində, (ii) ümumtəhsil müəssisələrinin müvafiq strukturlarında, (iii) ailədə və (iv) qısamüddətli qruplarda həyata keçirilə bilər.9

Beləliklə istinad edilən bu rəsmi qaydalardan aydın olur ki, məktəbə hazırlıq aşağıdakı yerlərdə təşkil olunur:

- məktəbə qədər təhsil müəssisələrində; (bağçalarda, uşaq evlərində və sair)

- ümumtəhsil müəssisələrinin müvafiq strukturlarında; (?)10

- ailədə; (?)11

- qısamüddətli qruplarda.12
Qanunda qeyd olunan yerlərdə təşkil edilən məktəbə hazırlıq fəaliyyətinin hüquqi tənzimlənməsi və bu fəaliyyətlərin dövlət nəzarətinə və qiymətləndirilməsinin aydın qaydaları mövcud deyil.

Hazırki qanunvericiliyə görə tabeliyindən, mülkiyyət formasından asılı olmayaraq, fəaliyyət göstərən bütün məktəbəqədər təhsil müəssisələrində müvafiq təhsil standardı və proqramı və bu tipli təhsil müəssisələrində məktəbəqədər təhsilin vəzifələrinin yerinə yetirilməsinə, tədris-metodiki rəhbərliyin tələblərinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi məsələləri 16 iyul 2010-cu il tarixində NK-nin 137 nömrəli qərarı təsdiq edilmiş “Məktəbəqədər təhsilin dövlət standartı və proqramı” ilə tənzimlənir. Beləliklə qanunvericilikdə yalnız məktəbəhazırlığın məktəbəqədər təhsil müəssisələrində və ümum təhsil müəssisələrində təşkilinə dair tənzimləyici qaydalar mövcuddur və buradakı fəaliyyətlər dövlət nəzarətinin və qiymətləndirməsinin predmeti ola bilirlər.


Lakin təcrübədə təhsil müəssisəsi formasında təsis edilməyən yerlərdə (hazırlıq kurslarında, müxtəlif erkən uşaq inkişaf xidmətləri göstərən mərkəzlərdə, müxtəlif kommersiya və qeyri kommersiya təşkilatlarında və digər icma əsaslı müvafiq yerlərdə) təşkil edilən məktəbə hazırlıq fəaliyyətinə dövlət nəzarəti və qiymətləndirməsi qaydaları mövcud deyil. Bu isə ciddi ehtiyacın hiss edildiyi məktəbə hazırlığın təşkilində maraqlı tərəfləri bu sahədə iş görməkdən çəkindirir və prosesə özəl biznesin/fərdi təşəbbüslərin qoşulmasını stimullaşdırmır. Beləki, qaydalarda müəyyən edilən yerlərdə məktəbə hazırlığı təşkil etmək istəyən şəxslər/şirkətlər bu fəaliyyətin qanunsuz olacağından və məsuliyyət yaradacağından çəkinir, valideynlər isə buradakı təhsil xidmətlərinin dövlət təhsil standartlarına cavab verməməsindən çəkinirlər.
Azərbaycanda “uşaqlara gündüz vaxtı qulluq etmə” iqtisadi fəaliyyət növü kimi razılıq və ya xüsusi icazə (lisenziya) tələb etməyən sahibkarlıq fəaliyyəti olduğu üçün kommersiya və ya qeyri kommersiya təyinatlı hüquqi şəxslər və fərdi sahibkarlar bu sahədə daha asan qaydada məşğul ola bilirlər. Və təcrübədə tez-tez rast gəlinir ki, bir çox hazırlıq kurslarında uşaqların erkən inkişafı üçün müxtəlif inkişafetdirici xidmətlər, həmçinin məktəbə hazırlıq xidmətləri göstərilir. Lakin bu yerlərdə təşkil edilən uşaqların inkişafı və məktəbə hazırlıq üzrə təhsil xidmətlərinə dövlət nəzarətinin və qiymətləndirməsinin çıxışı yoxdur və nəticədə həyata keçirilən bu fəaliyyət “gizli” təbiətə malik olur və müvafiq qiymətləndirmə və nəzarətdən kənarda qalır. Nəticədə isə dövlət təhsil orqanları məktəbə hazırlıq xidmətlərinin keyfiyyətinə nəzarət edə bilmir, həmçinin məktəbə hazırlığa cəlb olunmuş uşaqların statistikasını və onların məktəbə hazırlıq vəziyyətlərini müəyyən edə bilmir. .
QEYD: Qanunvericilikdə məktəbəqədər təhsilin 3 yaşından başlaması qeyd olunsa da “Məktəbəqədər təhsilin dövlət standartı və proqramı”nda qeyd olunur ki, məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 6 yaşadək (6 yaş daxil olmaqla) uşaqlar qəbul edilirlər. 13
2007-2010-cu illəri əhatə edən "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi proqramı"nın14 təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2007-ci il tarixdə 2089 nömrəli sərəncamında Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi ilə bağlı hökümət qarşısında bir sıra tapşırıqlar qoyulmuşdu. Həmin dövlət proqramının fəaliyyət planında nəzərdə tutulan iki məqsədyönlü tədbir (fəaliyyət planının 6.23 və 6.24-cü bəndləri) UAFA və MTTYM-nin həyata keçirdiyi hazırki layihə fonunda xüsusi diqqət çəkir. Bu məktəbəqədər təhsilin qısamüddətli qruplar və çevik vaxt cədvəli üzrə fəaliyyət göstərən yeni təşkilati formalarının yayılması; və məktəbəqədər təhsil müəssisələrinə getməyən uşaqların valideynləri üçün məsləhət –metodiki mərkəzlərin yaradılması, treninq və seminarların təşkil olunmasıdır.

Lakin həmin dövlət proqramı müxtəlif qanunların qəbul edilməsini sürətləndirsə də orada müəyyən edilən bir sıra tapşırıqlar, o cümlədən məktəbəqədər təhsilin qısamüddətli qruplar və çevik vaxt cədvəli üzrə fəaliyyət göstərən yeni təşkilati formalarının müəyyən olunması tam həyata keçməmişdir.

Bundan başqa, uşaqları məktəbəqədər təhsilə cəlb olunmayan valideynlər üçün bu sahədə müxtəlif maarifləndirici təlim və seminarlar təşkil olunsa da məktəbəqdər təhsil müəssisəsinə getməyən uşaqların valideynləri üçün məsləhət-metodiki mərkəzlərin yaradılması ilə bağlı nəzərəçarpan dayanıqlı fəaliyyət mexanizmləri müəyyən olunmamışdır.

Bu kontekstdə UAFA və MTTYM-nin hazırki layihəsi çərçivəsində məktəbəqədər təhsilin qısamüddətli qruplar və çevik vaxt cədvəli üzrə fəaliyyət göstərən yeni təşkilatı forması kimi “özünə dəstək qrupu” təsis edilmiş və uşaqları məktəbəqədər təhsil müəssisələrinə getməyən valideynlər üçün təlim və seminarlar təşkil edilmişdir.

Belə çevik vaxt cədvəli ilə fəaliyyət göstərən bu qruplarda qısamüddətli qruplar halında uşaqlar üçün məktəbə hazırlıq xidmətləri təklif olunur. “Özünə dəstək qrup”ları həm də uşaqları məktəbəqədər təhsilə cəlb olunmayan valideynlər üçün məsləhət mərkəzləri rolunu oynamaqdadır. Belə ki, həmin mərkəzlərdə valideynlərə uşaqların məktəbə hazırlığının təşkil olunması ilə bağlı bilik və bacarıqlara yiyələnə bilir və müvafiq tədris vəsaitləri və onlardan isitifadəni öyrənə bilirlər.

UAFA və MTTYM-nın təsis etdiyi özünə dəstək qrupları.

CIE and UAFA supported SHGs
UAFA və MTTYM-nin həyata keçirdiyi hazırki layihə regionlarda icma əsaslı “özünə dəstək qrupları” vasitəsi ilə məktəbə hazırlıq xidmətlərini qısamüddətli qruplarda olmaqla ümumtəhsil müəssisələrinin müvafiq strukturlarında, yerli tibb məntəqələrinin və bələdiyyələrin inzibati binalarında təşkil edib.

Bu təşəbbüs "Məktəbə hazırlığın təşkili Qaydaları"nda müəyyən edilən qaydalara uyğun olaraq təşkil edilib və reallaşdırılıb. Layihə məktəbə hazırlığın təşkili qaydalarında müəyyən edilən lakin təcrübədə demək olar ki, reallaşdırılmayan formaları təcrübədə həyata keçirib.

Belə ki, məktəbə hazırlığın təşkili qaydalarında məktəbə hazırlıq məktəbəqədər təhsil müəssisələrindən başqa “ümum təhsil müəssisələrinin müvafiq strukturlarında”, “ailədə” və “qısa müddətli qruplarda” təşkil olunması qeyd olunsa da təcrübədə həmin məkanlarda məktəbə hazırlığın təşkili qaydaları müəyyən olunmayıb və bu həyata keçirilməyib.

Lakin layihə çərçivəsində həyata keçirilən bu fəaliyyətlər nəticəsində qarşıya sıra uğurlar və çətinliklər çıxıb.


Uğurlar

Achievements
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında qeyd olunur ki, məktəbəqədər təhsillə əhatə səviyyəsi ölkə üzrə 16,5 faiz təşkil edir və ölkənin yaşayış məntəqələrinin 75 faizində məktəbəqədər təhsil müəssisəsi yoxdur. Belə olan halda məktəbəqədər təhsil xidmətlərinə ehtiyacın qarşılanması baxımından ölkənin bütün ərazisində dövlət vəsaitləri hesabına məktəbəqədər təhsil müəssisələrinin yaradılması üçün həddindən artıq resurslar tələb olunur. Lakin bunun yaxın gələcəkdə dövlət büdcəsi vəsaitləri hesabına reallaşdırılması maliyyə baxımından səmərəli və real olmazdı. Buna görə qeyri-dövlət mənbələrindən bu sahəyə investisiya qoyuluşunun, yerli təşəbbüslər hesabına, o cümlədənözəl biznes (kommersiya təşkilatları), yerli özünüidarə orqanları (bələdiyyələr), QHT-lər, yerli və beynəlxaq donorlarlar tərəfindən dəstəklənməsi üçün səmərəli mexanizmlər qəbul etmək olduqca zəruridir.

Bu kontekstdə UAFA və MTTYM tərəfindən həyata keçirilən hazırki layihənin məktəbəqədər təhsilə olan yüksək ehtiyacın qarşılanması üçün səmərəli sayıla biləcək yanaşmalar irəli sürüb. Beləki, icma əsaslı, fərdi və ya ailə əsaslı uşaqlar üçün qayğı mərkəzləri, hazırlıq kursları və digər erkən inkişaf xidmətləri göstərən müəssisələrdə məktəbə hazırlıq xidmətləri təşkil olunub.


Məktəbə hazırlıq: Valideynlərin maarifləndirilməsi

School readiness: Parents awareness
Artıq qeyd olunduğu kimi qanunda müəyyən edilir ki, uşaqları məktəbəqədər təhsil müəssisələrinə cəlb olunmayan valideynlər üçün uşaqlarını məktəbə hazırlamaq istiqamətində maarifləndirmə məqsədli müxtəlif xidmətlər təşkil edilə bilər. Bundan başqa 24 oktyabr 2013-cü il tarixində qəbul edilən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda uşaqların davamlı inkişafına yönəlmiş pedaqoji fəaliyyətə dəstək vermək məqsədi ilə valideynlərin sistemli şəkildə pedaqoji-psixoloji maarifləndirilməsi üçün “Səriştəli valideynlər” proqramının hazırlanması nəzərdə tutulub. Beləliklə təhsilin inkişafı üzrə dövlət strategiyasında məktəbəqədər təhsil sahəsində valideynlərin bilik və bacarıqlarının artırılmasının prioritet kimi nəzərdə tutulması ilə məktəbə hazırlıq xidmətlərinin çatdırılmasında valideynlərin iştirakının əhəmiyyəti tanınıb.
Bu fonda UAFA və MTTYM-nın birgə həyata keçirdiyi layihə çərçivəsində özünə yardım qruplarına cəlb olunan valideynlərin məktəbə hazırlıq üzrə bilik və bacarıqlarının artırılmasından çoxlu sayda valideynlər yararlana bilib və bu sahədə başqalarının məlumatlılığı artıb. Qeyd etmək lazımdır ki, layihə çərçivəsində 4 rayonun 17yaşayış məntəqəsində(kənd və qəsəbələrdə) uşaqları məktəbəqədər təhsilə cəlb olunmayan ümumilikdə 313valideynin uşaqların məktəbə hazırlanması, pedoqoji və maarifləndirici, o cümlədən uşaqlara qayğı və digər sosial xidmətlərin göstərilməsi haqqında bilik və bacarıqları artırmaq üçün təlimlər keçirilib. Təlimlərə həm də əlilliyi olan uşaqların valideynləri tərəfindən aparılması mümkün olan reabilitasiya xidmətlərinin göstərilməsi qaydaları və bacarıqları daxil edilib.
Məktəbə hazırlıq: Qısa müddətli qruplarda & ümum təhsil müəssisəsinin müvafiq strukturları

School Readiness: in the short term groups & relevant structures of the the general educational institution

Artıq qeyd edildiyi kimi məktəbə hazırlıq həm də qısa müddətli qruplarda təşkil oluna bilər. Qısa müddətli qrupların isə hansı yerlərdə təşkil olunmasına dair qanunda açıq göstəriş olmadığı üçün bununla bağlı təcrübəyə müraciət etmək məcburiyyətindəyik. Təcrübədə isə qısa müddətli qrupların adətən məktəbə qədər təhsil müəssisələrində, uşaqlara qayğı xidmətləri və hazırlıq kursları xidmətləri göstərən kiçik sahibkarlıq mərkəzlərində təşkil olunduğuna rast gəlmək olar.

Layihə çərçivəsində Siyəzən rayonu Məşrif kəndinin tam orta məktəbin ibtidai sinifində 3-6 yaşlı uşaqlar üçün qısa müddətli qruplarda məktəbə hazırlıq xidmətləri təşkil edilib.
Rayon mərkəzindən ucqarda yerləşən bu yaşayış məntəqəsi üçün qısa müddətli qruplarıda ümumtəhsil məktəbinin müvafiq strukturunda təşkil olunmuş məktəbə hazırlıq xidəmtlərindən yaşayış məntəqəsinin azyaşlı uşaqları yararlanırlar. Burada həmçinin uşaqları məktəbəqədər təhsilə cəlb olunmayan valideynlər üçün bu sahədə maarifləndirici təlim və seminarlar təşkil olunub, müvafiq tədris vəsaitləri paylanılıb.

Beləliklə layihənin seçdiyi “özünə dəstək qrupu” modeli məktəbə hazırlığın təşkili qaydalarında müəyyən olunan məktəbə hazırlığın təşkili qaydalarından təcrübədə istifadə edib. Belə ki, qaydalarda məktəbə hazırlığın ailədə, ümumtəhsil müəssisələrinin müvafiq strukturlarında, qısa müddətli qruplarda təşkil edilə bilinəcəyi qeyd olunsa da bunun elə də geniş yerinə yetirilməsi ilə bağlı müvafiq təcrübə mövcud olmamışdır. Layihə çərçivəsində isə qısa müddət ərzində məktəbəqədər təhsilə çıxışın zəif olduğu kənd yerlərində umutəhsil məktəblərinin müvafiq strukturlarında, qısa müddətli qruplarda məktəbə hazırlıq xidmətlərinin çatıdırılması modelini təsis edib və uşaqları məktəbəqədər təhsilə cəlb olunmayan valideynlər üçün maarifləndirici və bacarıqları artıran təlim və seminrlar təşkil edib.

Layhiə qarşısındakı bu tapşırıqların icrası ikili müsbət təsirə malik olub. Belə ki, uşaqları məktəbəqədər təhsilə cəlb olunmayan valideynlər üçün uşaqları məktəbə hazırlaya bilmək üçün maarifləndirici təlimlər və məsləhət xidmətləri təşkil etmək qayda olaraq "məktəbə hazırlığın təşkili qaydaları"nda öz əksini tapsa da müvafiq dövlət qurumları tərəfindən belə tədbirlərin həyata keçirilməsi üçün maliyyə və digər təşkilati tədbirlərin müəyyən edilməsi təcrübəsi geniş əhatə olunmayıb.

Əsas çətinliklər
Qanunvericilikdə məktəbə hazırlığın təşkili qısa müddətli qruplarda, məktəbəqədər təhsil müəssisələrində, ümumtəhsil müəssisələrinin müvafiq strukturlarında və ailədə təşkil olunması müəyyən olunsa da məktəbəqədər təhsil müəssisəsindən başqa digər yerlərdə məktəbə hazırlıq xidmətlərinin tənzimlənməsi səmərəli şəkildə müəyyən edilməmişdir.
1. Qanunda məktəbə hazırlığın qısa müddətli qruplarda təşkil olunması müəyyən edilsə də, qanunlarda bu qısamüddətli qrupların hansı yerlərdə təşkil olunmasının mümkünlüyü, buna dair hər hansı tələblər müəyyən olunmadığı üçün belə hal maraqlı tərəflərdə müəyyən çaşqınlıqlar yaradır. Belə ki, təhsilə nəzarət edən orqanların belə yerlərdə məktəbə hazırlıq xidmətlərinə nəzarət və qiymətləndirmə mexanizmləri barədə aydın qaydalarının olmaması bu prosesin legitimliyinə mənfi təsir edir. Yəni valideynlər bu xidmətlərin Təhsil Nazirliyindən “gizlin” təşkil edildiyini düşünürlər. Nəticədə təşəbbüskarlar bu xidmət sektorunda daha çox ehtiyatlı olmağa məcbur olurlar.

2. Ümum təhsil müəssisələrinin müvafiq strukturlarında təşkil edilən məktəbə hazırlıq xidmətlərinin təşkilinə gəldik isə bu məsələ Nazirlər Kabinetinin 2011-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi" ilə tənzimlənir. Həmin sənəddə qeyd olunur ki, "ümumtəhsil məktəblərində uşaqların məktəb təliminə psixoloji cəhətdən hazır olmalarını təmin etmək, habelə azsaylı xalqların uşaqlarının tədris dili ilə bağlı çətinliklərini aradan qaldırmaq məqsədi ilə ümumtəhsil məktəblərində müəyyən olunmuş qaydalara əsasən məktəbdə hazırlıq sinifləri açıla bilər". Lakin təcrübədə ümumtəhsil müəssisələrinin müvafiq strukturlarında məktəbə hazırlıq xidmətin göstərilməsi geniş yayılmamışdır. Çünki qanun burada imperativ (məcburi) qayda müəyyən etmədiyi üçün ümumtəhsil məktəbləri adətən müstəqil qaydada belə təşəbbüsləri həyata keçirməyə həvəsli olmurlar. Çünki, ümumtəhsil məktəblərində təşkil olunacaq məktəbə hazırlıq xidmətləri üçün lazım olan maliyyə və işçi resursları ilə bağlı məsələlər, həmçinin belə xidmətlərin pullu və ya pulsuz olması ilə bağlı qanunvericilikdə aydın prosedurların olmaması ümumtəhsil müəssəsisələrini belə təşəbbüsləri həyata keçirməkdən çəkindirir.

Burada həmçinin müəllimlər və təlimçilər üçün maliyyələşmənin qeyri müəyyənliyi; məktəbə hazırlıq xidmətində iştirakçı olan valideynlərə kənd/icma dəstəyinin olmaması və entiuazmın yoxluğu; və valideynlər və yerli vəzifəli şəxslər arasında erkən inkişaf xidmətləri və məktəbə hazırlıq xidmətlərinin əhəmiyyəti barədə yetərli anlayışın olmaması da əsas çətinliklərdən hesab oluna bilər.
Hadisə nümunəsi: Siyəzən rayonu, zarat kəndində təsis olunmuş “Özünə Dəstək Qrupu” öz fəaliyyətini kəndin ümum təhsil müəssisəsinin ayırdığı otağında təşkil edib. Həmin qrupda 17 nəfər 3-6 yaşlı uşaqlar qısa müddətli qruplarda məktəbə hazırlıq xidmətlərindən istifadə edirlər. Lakin bu xidmət ümumtəhsil müəssisəsinin nəzarəti və təşkilatçılığı ilə həyata keçirilmədiyi üçün dövlət nəzarətindən, dəstəyindən kənarda qalıb. Təşəbbüs əsasən icmanın uşaqları məktəbəqədər təhsilə cəlb olunmayan birneçə valideynlərinin birgə səyi ilə UAFA və MTTYM-nin layihəsi çərçivəsində həyata keçirilir. Uşaqları həmin özünə dəstək qrupunda iştirak edən valideynlər aylıq minimum məbləğ ödəməklə uşaqlarını məktəbə hazırlayırlar. Məktəbə hazırlıq dövlət standartlarına uyğunlaşdırılan Bu qrupda bir neçə təlim keçmiş valideynlər də dərslərin keçirilməsində iştirak edirlər. Lakin bəzi hallarda təlim keçmiş anaların belə xidmətin göstərilməsi nəticəsində ərlərinin təzyiqi ilə qarşılaşması faktına rast gəlinmişdir.

Siyəzən rayonu Yenikənd kənd tibb məntəqəsində təşkil olunan qısa müddətli məktəbə hazırlıq qrupunun fəaliyyəti də yerli tibb məntəqəsinin inzibati binasında təşkil olunub. Baxmayaraq ki, kənd ərazisində məktəbə hazırlığa olan ehtiyacı qarşılamağın yerli resurslar hesabına reallaşdırılması yaxşı təcrübədir, burada xidmət göstərənlərin nəzərə almalı olduğu bir neçə məqam var. Səhiyyə Nazirliyinin 07 aprel 2009-cu il tarixli № 37 saylı tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair qaydalar haqqında əmrinə əsasən tibb müəssisələrinin ərazisində digər təyinatlı, funksional cəhətdən əlaqəsi olmayan bina və tikililərin yerləşdirilməsinə yol verilmir.

Həmin əmrin 2.4-cü maddəsinə görə "tibb müəssisələri yerləşən binaların və otaqların memarlıq-planlaşdırma və konstruktiv həlli sanitariya-gigiyenik və əksepidemik rejimin, əhaliyə tibbi yardımın göstərilməsi və tibbi heyət üçün əlverişli iş şəraitinin yaradılmasını təmin etməlidir".

Layihə çərçivəsində təşkil edilən özünə dəstək qrupu isə kənd tibb məntəqəsinin gözləmə zonası qeydiyyat sahəsində təşkil edilib. Beləki, xəstələr həkim nəzarətinə/baxışına keçmək üçün uşaqların olduğu otaqdan istifadə etmək məcburiyyətindədirlər. Bu hal isə uşaqların sağlamlığı üçün təhlükə yarada bilər.



Özünə dəstək qrupu yanaşması ilə təşkil edilən məktəbə hazırlıq xidmətlərinin daxili qanunvericiliyə uyğun inkişaf perspektivləri:

Qeyri kommersiya təşkilatı (QHT)
Yerli qanunvericilik imkan verir ki, qeyri kommersiya təşkilatları uşaqlara qayğı, erkən inkişaf xidmətləri kimi müxtəlif kommersiya fəaliyyətləri göstərsinlər. Lakin ölkədə QHT qeydiyyatının mürəkkəbliyi belə təşkilati hüquqi formada məktəbə hazırlıq və erkən qayğı və inkişaf xidmətlərinin çatdırılmasında əlverişli görünmür.

Qeyri-hökumət təşkilatı onun təsis edilməsi, habelə mövcud olan qeyri-hökumət təşkilatının yenidən təşkili nəticəsində yaradıla bilər. Qeyri-hökumət təşkilatının təsis edilməsi nəticəsində yaradılması təsisçilərin (təsisçinin) qərarı ilə həyata keçirilir. Bu halda təsis yağıncağı çağırılır və təşkilatın nizamnaməsi qəbul olunur.

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 5-ci maddəsinə əsasən, qeydiyyat idarəsinə aşağıdakı sənədlər təqdim edilməlidir:

- Qeydiyyat orqanına ərizə;

- İctimai birliyin nizamnaməsi;

- İctimai birliyin yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında qərar;

- Hüquqi ünvanı təsdiq edən sənəd;

- Dövlət rüsumunun ödənilməsi haqqında sənəd;

- Təsisçi hüquqi şəxs olduqda - onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti;

- Qanuni təmsilçinin təyin edildiyi halda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti. Hüquqi şəxs statusu almaq istəyən QHT dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə ərizə ilə müraciət etməlidir. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notarial qaydada təsdiqlənir.


Kommersiya hüquqi şəxsi (MMC)
Təsis edilmiş özünə dəstək qrupları kommersiya hüquqi şəxsi formasında sahibkarlıq müəssisənə çevrilə bilərlər. Belə olan halda həmin mərkəzlər Vergilər Nazirliyində qeydiyyata alınmaqla "gündüz vaxtı uşağa qulluq etmə" və "hazırlıq kursları" iqtisadi fəaliyyət növlərini əsas fəaliyyət növü seçməklə qısamüddətli qruplarda yerli icmada məktəbə hazırlıq xidmətləri təqdim edə, həmçinin bu sahədə müvafiq maliyyə yardımı (qrant) almaq üçün beynəlxalq təşkilatlara və müvafiq dövlət qurumlarına müraciət edə bilərlər. Özünə dəstək qrupunun kommersiya hüquqi şəxsi formasında (məhdud məsuliyyətli cəmiyyət) qeydiyyatı bir pəncərə sistemi vasitəsi ilə 1 gün ərzində reallaşdırılır. Qeydiyyat işləri qısa, ucuz və sadədir. Qeydiyyatdan sonra vergi, əmək və statistika orqanlarının yerli şöbələrinə rüblük hesabatlar təqdim olunması tələb olunur.
Təhsil müəssisəsi: Məktəbəqədər təhsil müəssisəsi

UAFA-nın sadə və az resurslardan istifadə etməklə təşkil edilən struktura malik “özünə dəstək qrupları”nın mövcud qanunvericiliyin tələbləri nəzərə alarınaq məktəbəqədər təhsil müəssisəsi formasına inkorporasiyası bugün asan və sərfəli görünmür. Belə ki, məktəbəqədər təhsil müəssisəsinin qeydiyyatı müxtəlif normativ və texniki tələblər, xərclər tələb edir. Qeydiyyat prosesi də mürəkkəb və vaxt aparan prosesdir.

Qanunvericilikdə müəyyən edilən qaydalara görə məktəbəhazırlıq üzrə xidmətlərin göstərildiyi məktəbəqədər təhsil müəssisəsinin təsis edilməsi üçün əvvəlcə belə təhsil müəssisəsi Ədliyyə Nazirliyində “hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri” haqqında Qanuna və “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması Qaydaları”na əsasən qeydiyyata alınmalı daha sonra Təhsil Nazirliyinə müvafiq lisenziya almaq üçün “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”da və Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin təsdiq edilməsi haqqında” və “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə” qərarlarında nəzərdə tutulmuş sənədləri təqdim etməlidir. Bütün tələblərə cavab verən məktəbəqədər təhsil müəssisələrinə 5 il müddətinə verilən lisenziyanın qiyməti 2500 manatdır. Bundan başqa 27 dekabr 2013-cü il tarixində qəbul edilən qanun dəyişikliyinə görə körpələr evləri, körpələr evi - uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri 2014-cü il yanvarın 1-dən başlayaraq 10 il müddətinə Vergilər Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azad olunublar.

Lakin məktəbəqədər təhsil müəssisəsinin təsis edilməsi özü-özülüyündə maliyyə və digər resurslar tələb edir. Və regionlarda, xüsusi ilə kənd yerlərində uşaqların məktəbə hazırlıq üzrə təhsil cəlb olunması üçün çoxlu tələblərə cavab verən təşkilati hüquqi formanın təsis edilməsi regionlar üçün əlverişli deyil.



Bazara/ biznesə əsaslanan yanaşma. Kiçik və orta sahibkarlar: uşaq qayğı mərkəzləri, erkən inkişaf xidmətləri göstərən kiçik kommersiya məqsədli müəssisələr.
Azərbaycanda uşaqlara qayğı xidmətləri bazar yanaşmasına əsaslanan, yəni kommersiya yönümlü xidmət provayderləri tərəfindən həyata keçirilməsi təcrübəsi mövcuddur. Belə xidmətlərin əhatə dairəsi genişlənməkdədir. Bu xidmətlərin əhatə dairəsinin genişlənməsi məktəbə hazırlıq xidmətlərinin əhatə dairəsini genişləndirmək üçün əlverişli imkan ola bilər.

Milli qanunvericilik sisteminin əks elətdirdiyi məktəbəqədər təhsil xidmətlərinin çatdırılması əsasən dövlət və özəl məktəbəqədər təhsil müəssisələrinin üzərindədir. Bundan başqa az sayda sayılmayacaq sahibkarlıq xidmətləri ilə məşğul olan “uşaq qayğı mərkəzləri” “erkən inkişaf mərkəzlər”, “hazırlıq kursları” və müxtəlif təhsil sahələrində xidmət göstərən fərdlər və təşkilatlar var ki, burada da uşaqlar üçün qayğı, erkən inkişaf xidmətləri, inkişafetdirici təlim xidmətləri çərçivəsində qısa müddətli qruplarda məktəbə hazırlıq xidmətləri göstərilir. Lakin bu xidmətlər təhsil üzrə səlahiyyətli qurumların nəzarətinə və qiymətləndirməsinə tabe olmadığı üçün bu sahənin inkişafı da çox dağınıq və pərakəndə şəkildə həyata keçirilir.


Nəticə və Tövsiyyələr
Nəticə. Təhlillər və müşahidələr göstərir ki, Azərbaycan Respublikasında əhalinin məktəbəqədər təhsilə olan tələbatlarının ödənilməsində ehtiyac duyulan şəhər, kənd və qəsəbələrdə məktəbəqədər təhsil xidmətlərinin əhatə dairəsinin genişləndirilməsinə ciddi zərurətin olduğu dövlət tərəfindən qəbul edilib və bununla məşğul olmaq üçün siyasi, hüquqi və maliyyə ayırılması ilə bağlı bir sıra səylər göstərilib.

Qanunvericiliyin məktəbə hazırlığın ümum təhsil məktəblərinin müvafiq strukturlarında təşkil edilməsinin mümkünlüyünü müəyyən etməsi məktəbəqədər təhsilə cəlb olunmanın çox aşağı olduğu regionlarda uşaqların məktəbə hazırlıq xidmətlərinə ehtiyacını qarşılamaq üçün yaxşı həll yolu təklif etsə də ümum təhsil müəssisələrinin bu sahədə xidmət göstərməsi təcrübəsi yoxdur. Həmçinin bir çox yaşayış məntəqələrində ümumtəhsil müəssisələri mövcud deyil. Bundan başqa ümum təhsil müəssisələrində bir illik məktəbə hazırlıq xidmətini təşkil etmək üçün maliyyə, və digər resursların təmin edilməsi üçün aydın qaydalar müəyyən etmədiyindən ümum təhsil müəssisələri bu sahədə təşəbbüskar olmur və məktəbə hazırlıq üzrə xidmətlər göstərilməsində fəal iştirak etmirlər. Eyni zamanda ümum təhsil müəssisələri üçün bir illik məktəbə hazırlıq xidmətinin təşkilinin məcburi olmaması da bu prosesdə ümumtəhsil müəssisələrinin fəal iştirakını təşviq etmir.


Bugün Azərbaycanda məktəbə hazırlıq rəsmi olaraq daha geniş formada əsasən məktəbəqədər təhsil müəssisələrində təşkil olunur. Məktəbəqədər təhsil müəssisələri isə ölkə üzrə uşaqların cəmi 16 faizini əhatə edir. Məktəbə hazırlıq xidmətlərinin təşkili haqqında qaydalara görə məktəbə hazırlıq məktəbəqədər təhsil müəssisələri ilə bərabər “ümumtəhsil məktəblərində”, “qısa müddətli qruplarda” və “ailədə” təşkil oluna bilər. Qısa müddətli qruplarda məktəbəhazırlıq hazırda ancaq fəaliyyəti lisenziyalaşdırılmış məktəbəqədər təhsil müəssisələrində həyata keçirilir. Lisenziyalı özəl və dövlət məktəbəqədər təhsil müəssisələri təlim keçmiş müəllimlər, stabil maliyyəyə və strukturlu proqrama malikdir və mütəmadi dövlət nəzarət və qiymətləndirmələrinə tabedirlər.

Hazırki hüquqi təhlilin qənaətinə istinad edərək təklif etmək olar ki, uşaqlara qayğı mərkəzləri, uşaq inkişaf mərkəzləri və hazırlıq kursları fəaliyyəti göstərən kommersiya məqsədli müəssisələr (kiçik sahibkarlar) məktəbə hazırlıq xidmətlərinin əhatə dairəsini genişləndirməkdə, ölkə üzrə məktəbəqədər təhsilə cəlb olunma səviyyəsini qaldırmaqda əhəmiyyətli rol oynaya bilərlər.

Beləki bugün hazırlıq kursları, uşaqlara gündüz vaxtı qulluq etmə (uşaqlara qayğı), erkən inkişaf xidmətləri göstərən müəssisələr ölkənin daha çox ərazisini əhatə edirlər. Belə geniş əhatə olunmuş şəbəkənin imkanları ilə məktəbəhazırlıq xidmətlərindən istifadə edənlərin sayını əhəmiyyətli dərəcədə artırmaq olar.

Tövsiyyələr
Məktəbəqədər təhsil sektoru sahəsində yerli qanunvericiliyin və mövcud şəraitin təhlili nəticəsində hazırki sənəd UAFA və MTTYM-nin həyata keçirdiyi “Sosial Hüquqların İnkişafı – həssas təbəqədən olan və məktəbəqədər təhsilə cəlb olunmayan uşaqlar üçün icma əsaslı strategiyalar” layihəsi çərçivəsində məktəbəqədər təhsilə cəlb olunma səviyyəsinin artırılması məqsədi ilə aşağıdakı iki əsas istiqamətdə formalaşdırdığı tövsiyyələrini təqdim edir.


  1. Məktəbə hazırlıq xidmətlərinin mövcud uşaq qayğı, erkən inkişaf və təhsil xidmətləri göstərən müəssisələrin resurslarından istidadə etməklə çatdırılması: Biznes inkişafı. Bazar yönümlü perspektiv

Uşaqlara qayğı xidmətləri sistemini məktəbə hazırlığın təşkili ilə əlaqələndirmək və 3 yaşdan yuxarı uşaqlar üçün məktəbə hazırlıq xidmətləri ilə uşaqlara qayğı sistemini birgə təşkili sistemini təsis etməyi tövsiyyə edir; Belə təsisatlar keçid dövrü üçün minimum tələblərlə mərkəz və təlimçilərin sertifikatlaşdırma və ya akkreditasiyasını aparmaqla mümkündür. Bu həm nəzarətdən və qiymətləndirmədən kənar məktəbə hazırlıq xidmətləri sektoruna yaxından nəzarət etməyə həm də məktəbəqədər təhsilə cəlb olunma səviyyəsini artırmağa kömək edə bilər.

Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramının (2006-2015-ci illər) nəzərdə tutulub ki, uşaqlar üçün ailə əsaslı sosial xidmətlər mərkəzlərinin fəaliyyətini tənzimləyən müvafiq normativ hüquqi aktların hazırlanması və təsdiqi, həmçinin ümumtəhsil internat məktəblərinin (ümumi tipli internat evlərinin) bazasında ümumi təyinatlı ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların yaradılması məqsədilə tədbirlərin görülməsi həyata keçirilsin.

Konkret olaraq belə xidmət mərkəzlərinin təşkilati hüquqi formasının mövcud qanunvericilik bazasının stimullaşdırıcı amillər nəzərə alınmaqla təkmilləşdirilməsinə ehtiyac var. Həmçinin, belə xidmət mərkəzlərində məktəbə hazırlıq xidmətlərinin təşkilinin mümkün olmasının müəyyən olunması burada qayğı görən həssas qrupdan olan uşaqların məktəbəqədər təhsilə cəlb olunma səviyyəsini artırmaq üçün təsirli vasitə olardı.

Bundan başqa həssas qrupa aid olan uşaqlar üçün günərzi qayğı mərkəzlərinin fəaliyyətinin və təşkilini məktəbəqədər təhsil siyasəti tədbirləri ilə əlaqələndirilməsi də məktəbəqədər təhsil xidmətlərinin əhatə dairəsinin genişləndirilməsinə və həssas qrupdan olan uşaqlar üçün məktəbəqədər təhsilin çatımlılığının artmasına töhfə vermiş olar.
Belə tövsiyyənin səmərəli və əlverişli olmasına bir çox səbəblər var. İlk olaraq bu dövlət büdcəsinə qənaət və məktəbə hazırlıq xidmətlərinin maliyyələşməsi mənbələrinin şaxələndirilməsi baxımdan faydalı olardı. Uşaqlar üçün erkən inkişaf xidmətləri, qayğı xidmətləri göstərən fərdi, icma və ya ailə əsaslı istər biznes, istərsə də dövlət və ya bələdiyyə təşkilatlarında məktəbə hazırlıq xidmətlərinin təşkilini və ona nəzarətin qaydalarını müəyyən etmək bu prosesin sürətləndirilməsinə töhfə verər.

Bugün ölkədə uşaqlara qayğı və məktəbəqədər təhsil ayrı-ayrılıqda və bir çox halda yaxşı əlaqələndirilməmiş formada tətbiq olunmaqdadır. Bu həm özəl, həm də dövlət sektorunda özünü biruzə verir. Lakin bir çox ölkələrdə uşaqlara qayğı mərkəzləri 3 yaşdan yuxarı uşaqlar üçün həm də məktəbə hazırlıq xidmətləri təklif edirlər. Azərbaycanın yerli qanunvericiliyi də uşaqlara qayğı göstərmə ilə bağlı mövcud hüquqi çərçivələr daxilində məktəbə hazırlıq xidmətləri təklif etməyə imkan verir. Lakin bu xidmətlərə nəzarət və qiymətləndirməyə dair prosedurlar hələ müəyyən edilməyib.

Uşaqlara gündüz vaxtı qulluq etmə, erkən inkişaf xidmətləri və hazırlıq kursları fəaliyyəti göstərən servis provayderlərin məktəbə hazırlıq xidmətləri göstərməsi üçün sertifikatlaşdırma və ya akkreditasiya prosedurunun müəyyən edilməsi məktəbəqədər təhsil sahəsində əhəmiyyətli inkişaf üçün yaxşı keçid ola bilər. Belə sertifikatlaşdırma və ya akkreditasiya vasitəsi həm sərt tələblərin olduğu və maliyyə resurslarının tələb olunduğu məktəbəqədər təhsil müəssisələrindən daha minimal tələblər ilə, nəzarət və qiymətləndirmələrə məruz qalan dayanıqlı, əlverişli və çatımlı məktəbə hazırlıq sistemini təsis etməyə təkan verə bilər. Qaydalarda həm belə mərkəzlərin, həm də müəllimlər və ya təlimçilərin akkreditasiyası və/ və ya sertifikatlaşdırılmasının nəzərdə tutulması mümkündür. Belə model az gəlirli ailələr və seyrək məktəbəqədər təhsil müəssisələri yerləşən ərazilər üçün əlverişli ola bilər.


  • Məktəbə hazırlıq xidmətləri göstərməsi üçün biznes müəssisələri üçün asan, tez və ucuz sertifikatlaşdırma və akkreditasiya qaydaları müəyyən etmək;

  • Məktəbə hazırlıq prosesinin tərəfləri üçün aydın tənzimləyici müqavilə formaları və hüquq və vəzifələr müəyyən etmək;

  • Bu sahədə vergi və digər güzəştlər müəyyən etmək;



  1. Yerli icmaların mövcud resurslarından istifadə: ümumtəhsil müəssisələri, bələdiyyələr, ailə əsaslı məktəbə hazırlıq xidmətlərinin çatdırılması.


Ümum təhsil müəssisələrində məktəbə hazırlıq xidmətlərinin göstərilməsi.

Ümum təhsil müəssisələrinin müvafiq strukturlarında təşkil edilən məktəbə hazırlıq xidmətlərinin təşkilini təşviq etmək üçün ümum təhsil müəssisələrində bir illik məktəbəhazırlıq xidmətinin təşkilini məcburi etmək qaydası müəyyən edilməlidir.

Çünki qanunda imperativ (məcburi) qayda müəyyən etmədiyi üçün ümumtəhsil məktəbləri adətən müstəqil qaydada belə təşəbbüsləri həyata keçirməyə həvəsli olmurlar. Bundan başqa məktəbə hazırlığın təşkilini dövlət büdcəsinə qənaət və sərfəliliyi baxımından ümumtəhsil müəssisələrinin müvafiq strukturlarından müvafiq sahədə təhsil və təcrübəyə malik başqa şəxslərin istifadə etməsinin mümkünlüyü müəyyən edilməlidir. Belə ki, bununla bağlı təşəbbüs göstərən şəxslər ümum təhsil müəssisəsinin müvafiq otağından istifadə etməklə uşaqlar üçün belə xidmətlərin göstərilməsini təmin edə bilər.


  • Yerli təhsil idarələri ilə birlikdə icmalarda uşaqları məktəbə hazırlığa cəlb olunmayan valideynlər üçün təlim proqramlarının təşkilini təmin etmək. Belə tövsiyyə “məktəbə hazırlığın təşkili qaydaları”nın 1.7-ci maddəsinə əsaslanır. Həmin qaydada müəyyən olunur ki, uşaqları məktəbəqədər təhsilə cəlb olunmayan valideynlər üçün maarifləndirici təlimlər təşkil olunur;

  • Məktəbə hazırlıq xidmətinin ümum təhsil müəssisələrində təşkili ilə bağlı qaydaları daha da sadələşdirmək;


Bələdiyyə erkən uşaq xidmətləri (məktəbə hazırlıq və qayğı)

Azərbaycanda regionlarda qısa müddətli qruplarda məktəbə hazırlıq xidmətlərini “bələdiyyə strukturlarının nəzdində”, “orta məktəb binalarının müvafiq strukturlarında” və “ev əsaslı uşaq qayğı mərkəzlərində etməklə məktəbə qədər təhsilə cəlb olunma səviyyəsini artırmaq mümkündür. Bu sistemin təşkili üçün aşağıdakılar tövsiyyə olunur:

Bugün Azərbaycanda bələdiyyələr yerli idarəetmə orqanı kimi bir çox sahələrdə hələ də özlərini tam reallaşdıra bilməmişdir. Bu sahədə bir sıra ciddi çatışmamazlıqların olmasına baxmayaraq qanunvericilik bələdiyyələrin özlərinin maliyyə satabilliyini təmin etmək üçün müxtəlif sosyal və digər xidmətlər göstərmək fəaliyyəti ilə məşğul olmasına imkan verir. Bura uşaqlara qayğı xidmətləri və təhsil xidmətləri də aiddir.Məktəbə hazırlıq sahəsində bələdiyyələrin resurslarından istifadə əsasən asılıdır bələdiyyələrin bu sahədəki mövcud imkanlarından və istəklərindən. Layihənin həyata keçirildiyi Siyəzən rayon, Yenikənd bələdiyyəsi həm resursları, həm də motivasiya baxımından belə bir mərkəzin təsis olmasında maraqlı olmuşdur.

Bələdiyyələr yerli icmaya daha yaxındır, infrastruktur və maliyyə resursları baxımından və səlahiyyətləri baxımından fərdlərdən daha üstün mövqeyə malikdir. Həmçinin seçkili orqan kimi bələdiyyənin yerli ehtiyaca ünvanlanan belə fəaliyyəti seçilmiş şəxslərin maraq dairəsində ola bilər. Bələdiyyələrin bu sahədə xidmət sektoruna daxil olması üçün onlara dövlət təhsil orqanları tərəfindən metodoloji göstəriş və tövsiyyələrin və maarifləndirici vəsaitlərin verilməsi ilə dəstəklənməsi bu sahədə müəyyən irəliləyişlərə gətirib çıxara bilər.




  • bələdiyyə/dövlət-biznes partnyorluğuna əsaslanan məktəbəqədər təhsil müəssisələrinin yaradılması üçün əlverişli şərtlər/qaydalar müəyyən etmək;

  • məktəbəqədər təhsil sahəsində bazar münasibətlərinin və azad rəqabət prinsiplərinə əsaslanan, qeyri-dövlət mülkiyyət formalarına və sahibkar təşəbbüslərinə əsaslanan məktəbəqədər təhsil mərkəzlərinin yaradılmasında təhsil orqanları ilə dialoqa, əməkdaşlığa əhəmiyyət vermək.

  • In community level, the municipalities and ExComms if requested, assist the SHG centers with all available means. However, the municipalities that I met on this evaluation in Bilasuar communities so far, didn’t seem willing to officially be attached to SHGs. Lack of funding is considered as a main reason for this. On the other hand, based on law about the Status of Municipalities, it would not be appropriate either to make municipalities be responsible for SHGs in future. There had been made some amendments to the law on Status of Municipalities on December 21, 2010 which came to force in February of 2011. Amendment was also made to respective Clause#4 which details municipality work on local social protection and social development programs. Some of the areas under this clause are taken out from the municipality responsibilities namely preschool education is taken out however education is kept as an area municipalities can still assist on.15

Emin, bu paragrafi layihenin monitoring eksperti belediyye rehberinin sozlerine gore yazibdir. Buna munasibetin nedir? Ne derejede bu sozler hegigeti eks etdirir?


Ev əsaslı uşaq qayğı mərkəzlərində (home-based childcare centres) məktəbə hazırlıq xidmətinin təşkili.

Ev əsaslı uşaq qayğı mərkəzlərində (home-based childcare centres) məktəbə hazırlıq xidmətinin təşkili qaydaları müəyyən edilsin. Belə oxşar modelə Azərbaycanda yeni qəbul edilmiş "Ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi"nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarında rast gəlmək olur. Həmin qərar "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır və tabeliyindən, mülkiyyət növündən, təşkilati-hüquqi formasından asılı olmayaraq respublika ərazisində yerləşən bütün qrup evlərinin fəaliyyətini tənzimləyir. Bu qayda imkan verir ki, müvafiq sahədə təcrübəyə malik şəxslər və təşkilatlar qrup evinin təşkil etsin və həmin sahədə xidmətlər təklif etsinlər.

Bu böyük maliyyə və digər resurslar tələb edən məktəbəqədər təhsil müəssisələrinin sayını artırmadan mövcud resurslardan istifadə etməklə məktəbə hazırlıq xidmətlərini şaxələndirməyə və daha da dayanıqlı etməyə imkan verə bilər. Belə ki, ev şəraiti olan kiçik otaqlarda qısa müddətli qruplar halında məktəbə hazırlığın təşkili səmərəli və sərfəli ola bilər.

Məktəbəqədər təhsilin az və məhdud icma resursları ilə əldə edilə bilən modelləri mövcuddur. Belə modellərdə ortaq bir qənaət belədir ki, "mərkəz əsaslı kiçik qruplar və təşkilati formalar" həssas təbəqədən olanlar və zəif resurslara malik regionlarda yaşayanlar üçün məktəbəqədər təhsil və erkən uşaq inkişaf xidmətlərinin göstərilməsində ən effektiv vasitə sayılır. Belə formalarda məktəbəqədər təhsil az gəlirli ailələr, həssas qruplar və yoxsul ərazilərdə məskunlaşan digər şəxslər üçün daha çatımlı olur.




  • Ailə və icma əsaslı məktəbə hazırlıq qrupları üçün dövlət nəzarət mexanizmlərinin qurulmasını təmin etmək;

  • Ev/icma əsaslı məktəbəqədər təhsil xidmətləri göstərən ailə qrupları, çevik, habelə müvafiq vergi, əmək və sair güzəştlərin nəzərdə tutulduğu təşkilati hüquqi formalarının müəyyən edilməsi;

  • Ailə və icma əsaslı məktəbə hazırlıq qrupları üçün dövlət nəzarət mexanizmlərinin qurulmasını təmin etmək;

  • Valideynlərin, kənd və rayon rəsmilərinin erkən uşaq inkişafı və məktəbə hazırlıq xidmətlərinin əhəmiyyəti barədə məlumatlılığını artırmaq;

  • Analar ilə bərabər bu prosesə ataların da qoşulmasını təmin etmək;

  • Erkən uşaq inkişafı və məktəbə hazırlıq xidmətləri təlimçiləri və fəal töhfə verən valideynlərin icmada görünürlüyünü və hörmətini artırmaqla onları bu prosesdə daha fəal olmağa təşviq etmək. Bu prosesdə həmçinin kişilərin də iştirakının icmada qəbul edilənliyinə cəhdlər etmək.



Növbəti addımlar:
Növbəti addımlar barədə təkliflər mövcud şərait və qanunvericiliyin imkan verdiyi şərtlə daxilində irəli sürülür:


  1. Seçilmiş bələdiyyə ərazilərində ödəniş əsaslar ilə məktəbə hazırlıq xidmətləri mühitini qiymətləndirməklə, həmin yerlərdə qısa müddətli qruplarda uşaqlara qayğı, erkən inkişaf xidmətləri və məktəbə hazırlıq xidmətləri fəaliyyəti göstərən mərkəzlərin təsis olunması;

    1. Bələdiyyələr üçün belə mərkəzlərin qeydiyyatına hazırlıq, sənədlərin hazırlanması, və qeydiyyata alınmanın təmin olunması;




  1. Layihə ərazilərində mövcud hazırlıq kursları, uşaq qayğı xidmətləri göstrən mərkəz və təşkilatlarını dəstəkləməklə onların məktəbə hazırlıq sahəsində xidmət göstərmə imkanlarını artırmaq;




  1. Erkən uşaq inkişafı, qayğı və məktəbə hazırlıq xidmətlərinin təşkil edilməsinin proses xəritəsini əks olunduğu hüquqi qeydiyyat qaydaları, marketing bilgiləri və məktəbəqədər təhsilin dövlət proqram və standartları barədə məlumatların olduğu məlumat kitabçası hazırlamaq; bu prosesə müvafiq sahədə təcrübəli şəxslərin cəlb olunmasını təşviq etmək;


1 Təhsil Haqqında Qanun, maddə 2.1

2 http://www.edu.gov.az/upload/file/HESABAT/2012/mektebeqeder.pdf

3 http://www.president.az/articles/9779

4 http://www.president.az/articles/9779

5 Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası, maddə 3.1.2.1 -3.1.2.2

6 Təhsil haqqında qanun, maddə 18.3

7 Təhsil haqqında qanun, maddə 18.4

8 "Məktəbə hazırlığın təşkili Qaydaları". Azərbaycan Respublikası NK-nin 8 yanvar 2010-cu il tarixli, 4 nömrəli qərarı

9 Təhsil haqqında Qanun, 18.5

10 Qaydalarda məktəbə hazırlığın ümum təhsil müəssisələrində təşkilinə dair göstəriş olsa da onun yerinə yetirilməsinə dair aydın prosedur qaydalar, maliyyələşmə, təşkil olunma və digər təşkilati mexanizmlər müəyyən edilməmişdir.

11 Ailələrdə məktəbəhazırlıq xidmətinin göstərilməsi ilə bağlı qanunvericilikdə sadəcə “Uşaqları məktəbəqədər təhsil müəssisələrinə getməyən valideynlər üçün uşaqlarını məktəbə hazırlamaq istiqamətində maarifləndirilmək məqsədi ilə müxtəlif xidmətlər təşkil edilə bilər” kimi bir müddəanın qeyd edilməsi ilə kifayətlənilmişdir ki, bu da təhsil siyasətini həyata keçirən yerli və mərkəzi qurumların bu istiqamətdəki konkret hüquq və vəzifələrini müəyyən etməyə imkan vermir və bu formanın reallaşdırılmasını sual altında qoyur.

12 Qanunvericilikdə məktəbəhazırlığın həm də qısamüddətli qruplarda təşkil edilməsinin mümkünlüyü müəyyən edilsə də bu sahədə dövlət nəzarəti ilə bağlı aydın qaydaların müəyyən olmaması bir sıra qeyri müəyyənliklər yaratmaqdadır. Lakin buna baxmayaraq, ölkədə bir çox yerlərdə qısa müddətli qruplarda məktəbə hazırlıq xidmətləri təşkil olunmaqdadır.

13 Məktəbəqədər təhsilin dövlət standartı və proqramı, maddə 2.4

14 Proqramın əsas məqsədi ölkədə bütün əhali təbəqələri üçün əlçatan və müasir tələblər səviyyəsində qurulmuş məktəbəqədər təhsil xidmətlərinin göstərilməsini təmin edə biləcək maddi- texniki, təşkilati- hüquqi, iqtisadi və tədris- metodiki şərait yaratmaq və bu zəmində məktəbəqədər təhsil sisteminin yüksək sosial- iqtisadi səmərəliliyinə nail olmaqdır.

15 Bələdiyyələrin statusu haqqında qanun http://view.officeapps.live.com/op/view.aspx?src=http%3A%2F%2Fwww.kepezbelediyyesi.org%2Fqanunlar%2F1.doc





Yüklə 128,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin