Microsoft Word Beledchi Qaydalar 2015


Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə17/19
tarix26.12.2016
ölçüsü0,49 Mb.
#3629
1   ...   11   12   13   14   15   16   17   18   19
Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı 

barədə qanunvericilik aktlarına dair 

BƏLƏDÇİ QAYDALAR

 

 



7 mart 2012-ci il tarixdə “Dağınıq skleroz xəstəliyinə tutulmuş 

şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının 

Qanunu imzalanmışdır.  

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü 

maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq dağınıq skleroz 

xəstəliyinə tutulmuş  şəxslərə dövlət qayğısının təşkilati-hüquqi 

əsaslarını müəyyən edir, bu xəstəliyin profilaktikası  və müalicəsi 

sahəsində yaranan münasibətləri tənzimləyir.  

Qanuna uyğun olaraq dağınıq skleroz xəstəliyinə tutulmuş 

şəxslərin  tibbi göstərişlər  əsasında ambulator, stasionar və ya 

sanatoriya-kurort şəraitində tibbi yardım almaq, siyahısı müvafiq icra 

hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) 

tərəfindən müəyyən edilmiş yüksək effektli inyeksiya vasitələri və 

digər dərman preparatları ilə  təmin olunmaq, müayinə  və müalicə 

üçün zəruri müddətdə stasionarda qalmaq, psixoloji yardım almaq, 

sağlamlığının vəziyyəti, xəstəliyin mahiyyəti, tətbiq olunan müalicə 

üsulları, aparılmış müalicənin nəticələri haqqında  ətraflı  və 

müntəzəm məlumat almaq, ailənin planlaşdırılması  məsələlərinə  və 

ailə-nikah münasibətlərinin tibbi-psixoloji cəhətlərinə dair dövlət və 

bələdiyyə tibb müəssisələrində pulsuz məsləhətlər almaq, 

müayinədən keçmək və dispanser nəzarətində olmaq, Azərbaycan 

Respublikasının  əmək qanunvericiliyi ilə müəyyən edilən işçinin 

səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli 

və  təhlükəli  əmək  şəraitli peşələr (vəzifələr) və  iş yerləri istisna 

olmaqla, istənilən iş yerlərində  işləmək,  pozulmuş hüquqları barədə 

qanunla müəyyən edilmiş qaydada müvafiq orqanlara və ya 

məhkəməyə müraciət etmək hüquqları vardır. Şəxsin dağınıq skleroz 

xəstə olması  səbəbinə görə  əmək müqaviləsinin bağlanmasından 

imtina etmək və ya əmək müqaviləsinə xitam vermək (işəgötürənin 

müvafiq işi (vəzifəsi) olmadığı, habelə belə  şəxslərin  əməyindən 

istifadə olunmasına yol verilməyən iş yerlərinə  işə götürməkdən 

imtina olunan hallar istisna olmaqla) yolverilməzdir. Dağınıq skleroz 

xəstəliyinə tutulmuş  şəxslərə  əlillik və ya sağlamlıq imkanlarının 



59 

məhdudluğu qanunla müəyyən edilmiş qaydada təyin edilir. Dağınıq 

skleroz xəstəliyinə tutulmuş 18 yaşına çatanadək sağlamlıq 

imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı 

şəxslərə əlillik müddətsiz təyin edilir.  

9 aprel 2012-ci il tarixdə “Dağınıq skleroz xəstəliyinə tutulmuş 

şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının 

Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 

Fərmanı imzalanmışdır.  

Bu Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 

“Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası  və onunla 

mübarizə  tədbirlərinə dair Dövlət Proqramı”nın layihəsinin 

hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə  təqdim 

edilməsi, dağınıq skleroz xəstəliyinə tutulmuş  şəxslərin dövlət tibb 

müəssisələrində müayinə  və müalicəsinin maliyyələşdirilməsi 

qaydasının, onlara göstərilməli olan tibbi yardımın həcminin və 

keyfiyyət standartlarının Azərbaycan Respublikasının Prezidenti ilə 

razılaşdırmaqla müəyyən edilməsi, göstərilən illik tibbi yardımın (o 

cümlədən zəruri olan müayinələrin) həcminin, inyeksiya vasitələrinin 

və digər dərman preparatlarının siyahısının və miqdarının, habelə bu 

preparat və vasitələrlə  təminat qaydasının müəyyən edilməsi və bu 

barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi

onların sanatoriya-kurort müalicəsi ilə  təmin edilməsi qaydasının 

müəyyən edilməsi və bu barədə Azərbaycan Respublikasının 

Prezidentinə məlumat verilməsi tapşırılmışdır.  

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 211 nömrəli  

25 sentyabr 2012-ci il tarixli Qərarı ilə “Dağınıq skleroz xəstəliyinə 

tutulmuş  şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri 

olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin və digər dərman 

preparatlarının siyahısı  və miqdarı”, “Dağınıq skleroz xəstəliyinə 

tutulmuş  şəxslərin inyeksiya vasitələri və digər dərman preparatları 

ilə təminat Qaydası”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin 

sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydası” və “Dağınıq 

skleroz xəstəliyinin müalicəsində istifadə olunan yüksək effektli 

inyeksiya vasitələrinin və digər dərman preparatlarının Siyahısı”, 278 

nömrəli 5 dekabr 2012-ci il tarixli Qərarı ilə “Dağınıq skleroz 

xəstəliyinə tutulmuş  şəxslərin dövlət tibb müəssisələrində müayinə 

və müalicəsinin maliyyələşdirilməsi Qaydası” və “Dağınıq skleroz 




60 

xəstəliyinə tutulmuş şəxslərə göstərilməli olan tibbi yardımın həcmi 

və keyfiyyət standartları” təsdiq edilmişdir.  

13 noyabr 2012-ci il tarixdə “Dağınıq skleroz xəstəliyinin 

müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət 

Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası 

Prezidentinin Sərəncamı imzalanmışdır. Dövlət Proqramında 

Proqramın məqsədi, Proqramın maliyyələşdirilməsi, Proqram 

çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər, Proqramın 

həyata keçirilməsindən gözlənilən nəticələr öz əksini tapmışdır. 

Proqram çərçivəsində “Tibb müəssisələrinin maddi-texniki bazasının 

gücləndirilməsi, “Dağınıq skleroz xəstəliyinin profilaktikası, 

müalicəsi və reabilitasiyası”, “Kadr hazırlığı” və “Dağınıq skleroz 

xəstəliyinə dair maarifləndirmə” kimi tədbirlərin həyata keçirilməsi 

nəzərdə tutulmuşdur.  

Azərbaycan Respublikası  Səhiyyə Nazirliyinin 125 nömrəli  

28 dekabr 2012-ci il tarixli əmri ilə “Dağınıq skleroz xəstəliyinin 

müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət 

Proqramı”nın icrası üçün Azərbaycan Respublikası  Səhiyyə 

Nazirliyinin Tədbirlər Planı təsdiq edilmişdir. 




61 


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin