HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 33,31 Mb.
Pdf görüntüsü
səhifə1/57
tarix02.01.2022
ölçüsü33,31 Mb.
#2598
  1   2   3   4   5   6   7   8   9   ...   57


HEYDƏR ƏLİYEV FONDU MİLLİ YADDAŞIN KEŞİYİNDƏ
II CİLD
Kitab Gəncə Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 
90-cı ildönümünə həsr olunur
GƏNCƏ -2013


Kitab Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyevin 
rəhbərliyi ilə çap olunur


 



5
ÖN SÖZ
Ulu Öndər Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində özünün 
təkmil dövlətçilik fəlsəfəsində humanizm, sosial ədalət və insanpərvərlik prin-
siplərinə əsaslanmış, milli və bəşəri ideallara bağlı olmuşdur. Ulu Öndərimiz hər 
bir fərdin maraq və mənafeyinin, qanuni hüquqlarının müdafiəsini dövlətin baş-
lıca vəzifəsi saymışdır. Azərbaycan xalqı bu gün məhz Ulu Öndərin dövlətçilik 
ideallarına sədaqət nümayiş etdirərək nailiyyətlərini günbəgün zənginləşdirir. 
Ulu  Öndərin  əsasını  qoyduğu  çoxşaxəli  və  effektli  islahatlar  kursu  Prezi-
dent  İlham  Əliyev  tərəfindən  dönmədən,  ardıcıllıqla,  yeni  dünya  nizamının 
tələblərinə uyğun tərzdə davam etdirilir. Dövlət başçısı Heydər Əliyev dühasın­
dan,  onun  müqayisəyəgəlməz  siyasi  və  dövlətçilik  təcrübəsindən  qədərincə 
bəhrələnərək xalqımızı inamla xoşbəxt gə ləcəyə doğru aparır. İqtisadi inkişaf 
yolu ilə dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, milli mədəniy-
yətimizin qorunub inkişaf etdirilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyətinin 
qurulması, ölkə mi zin dünya birliyində layiqli yerini tutması baxımından möv-
cud siyasi kursun müstəsna əhəmiyyəti praktik surətdə təsdiqini tapır.
Müasir Azərbaycan  məhz  Ulu  Öndər  Heydər  Əliyevin  müəy yən ləşdirdiyi 
inkişaf yolu ilə nurlu sabahına doğru sürətlə irəliləyir. Bu yolda geriyə boyla-
nan hər kəsin gözləri önündə Ulu Öndərin millət və xalq qarşısındakı misilsiz 
xidmətləri canlanır. Bir daha aydın olur ki, ölkəmizin tərəqqisinin yeganə yolu 
məhz Heydər Əliyev siyasi kursunun davam etdirilməsi və Ulu Öndərin sağlı-
ğında həyata keçməyən ide yalarının ardıcıl surətdə gerçəkləşdirilməsidir. Ulu 
Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş 
təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması müasir 
qloballaşma dövründə, xüsusən aktualdır. 
Heydər Əliyev Fondu hələ sağlığında canlı əfsanəyə çevrilmiş Ulu Öndə-
rin zəngin dövlətçilik irsinin öyrənilməsi və gənc nəslə təlqin edilməsi, onun 
ölməz  ideyalarının  gerçəkləşdirilməsi  prosesində  ya xından  iştirak  etmişdir. 
Fond geniş ictimaiyyətlə əlaqələri möh kəm ləndirməklə Azərbaycanın hərtərəfli 
inkişafına, ölkəmizdə vətəndaş cəmiyyətinin bərqərar edilməsi prosesinə layiqli 
töhfəsini verir.
Millətin işıqlı gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla 
həyata  keçirən  Heydər  Əliyev  Fondu  qısa  müddətdə  bir  çox  insanların  ümid 
yerinə çevrilmişdir. Ulu Öndərin ölməz ideyalarının layiqli daşıyıcısına çevril-
miş fond hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, prob-
lemlərinin  operativ  həllinə  maddi­mənəvi  dəstək  verir.  İnsanlara  müxtəlif  sə­


6
viyyələrdə  yardım  gös tərməklə  cəmiyyətdə  yalnız  sağlam  ənənələrin,  zəngin 
əxlaqi­mənəvi dəyərlərin möhkəmlənməsinə çalışır. 
2004­cü ildə UNESCO­nun, 2006­cı ildə isə İSESCO­nun xoş məramlı sə­
firi  kimi  yüksək  titula  layiq  görülmüş  Mehriban  xanım  Əliyevanın  özünün 
də  vurğuladığı  kimi,  fondun  çoxşaxəli  fəaliyyətinin  bir  başlıca  qayəsi  var  – 
insanlara təmənnasız yaxşılıq etmək. 
Fondun prezidenti Mehriban xanım Əliyevanın söylədiyi kimi, başqalarına 
yaxşılıq ömrü boyu onun üçün ümdə anlayışlara, ülvi insani keyfiyyətlərə çev-
rilmiş, eyni zamanda bu xeyirxahlıq missiyasının kökündə təmənnasızlıq prin-
sipi dayanmışdır.
Mehriban xanım Əliyeva hələ 1995­ci ildə təsis etdiyi Azərbaycan Mədə-
niyyətinin Dostları Fondu ilə öz həyat amalını, istəyini müəyyən etmişdir: milli 
mədəniyyətimizin inkişafına kömək göstərmək, xalqımızın dəyərli mədəniyyət 
nümunələrinin xaricdə təbliğini dəstəkləməkdir.
Dünyanın  nüfuzlu  mədəniyyət  qurumu  –  UNESCO­nun Azərbaycanın  bi­
rinci  xanımına  göstərdiyi  yüksək  etimad  təkcə  bir  fərdin  deyil,  ümumilikdə 
respublikamızın  uğuru  olmaqla  bərabər,  həm  də  müasir  dünyanın  xalqımızın 
milli mədəniyyətinə, folkloruna, tarixinə, dilinə, incəsənətinə göstərdiyi yüksək 
diqqətin ifadəsidir. 
Heydər  Əliyev  Fondunun  prezidenti  Mehriban  xanım  Əliyeva  xalqımızın 
milli varlığını özündə yaşadan zəngin mənəvi, elmi­intellektual və mədəni mül-
kiyyəti qloballaşma dövrünün mənfi təzahürlərindən hifz etmək üçün genişmiq-
yaslı işlər görmüşdür. 
Heydər  Əliyev  Fondunun  fəaliyyət  prioritetləri  sırasında  elm  və  təhsilin 
mühüm yer tutması qətiyyən təsadüfi deyil. Ulu Öndərin ideyalarını əldə rəh-
bər  tutaraq  onların  gerçəkləşdirilməsinə  çalışan  fond  bir  zamanlar  vətənpər-
vər ziyalılarımızın yeritdiyi fəal maarifçilik təmayülünü davam etdirmək üçün 
çətin və şərəfli missiyanı öz üzərinə götürmüşdür.
Fondun elm, təhsil, mədəniyyət və digər sahələrdə həyata keçirdiyi la yi­
hə ləri  yüksək  qiymətləndirən  İSESCO­nun  rəhbəri  Əbdüləziz  bin  Osman 
əl­Tüveycri ilk qadın xoşməramlı səfir kimi Mehriban xanımın bu şərəfli mis-
siyanın  yerinə  yetirilməsində  şəxsi  nümunə  göstərdiyini  bildirmişdir.  Azər-
baycanın birinci xanımı həm də sivilizasiyalararası dialoqa verdiyi şəxsi töh­
fəsinə  görə  İslam  Konfransı  Təşkilatı  Gənclər  Forumunun  mükafatına  layiq 
görülmüşdür. 
“Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi Azərbaycan Diabet Cəmiyyəti 
və Danimarkanın “Novo Nordisk” şirkəti ilə birgə əməkdaşlıq nəticəsində hə­
yata keçirilmişdir. 


7
Azərbaycan talassemiya xəstəliyinin geniş yayıldığı ölkələrdən hesab olu-
nur. Layihə çərçivəsində müasir avadanlıqla təchiz olunmuş Talassemiya Diaq-
nostika Mərkəzi yaradılmışdır. 
Səhiyyə  məsələləri  ilə  bağlı  fonda  ayrı­ayrı  insanlardan  10  mindən  çox 
müraciət daxil olmuş, onlara kömək göstərilməsi üçün tibb müəssisələri ilə sıx 
əlaqə  qurulmuş,  lazımi  tədbirlər  həyata  keçirilmişdir.  Ürək  xəstəliklərindən 
əziyyət çəkən 1300 uşağın ölkə daxilində müalicəsinə, bir qismində isə xarici 
ölkələrdə cərrahiyyə əməliyyatı aparılmasına kömək göstərilmişdir. 
Fond,  həmçinin,  ekologiya,  idman  və  sosial  problemlərlə  bağlı  müxtəlif 
layihələr hazırlayaraq səylə icra edir. Qurumun müxtəlif layihələrini birləşdi­
rən ortaq nöqtə isə məhz milli genofondun qorunmasıdır. Bu ali mərama xid-
mət edən hər bir fəaliyyət Heydər Əliyev Fondu üçün eyni səviyyədə prioritet 
mahiyyət daşıyır.
Heydər Əliyev Fondunun çoxsaylı məqsədlərindən biri də Azərbaycan mə­
dəniyyətinin dünyada geniş təbliğidir. Son 10 ildə Azərbaycan Mədəniyyətinin 
Dostları  Fondunun  vasitəsilə  bu  istiqamətdə  bir  sıra  uğurlu  layihələr  həyata 
keçirilmişdir. Azərbaycan milli musiqisinin incilərindən olan muğamın inkişafı 
və təbliği ilə bağlı ciddi addımlar atılmışdır. 
Mehriban  xanım  Əliyevanın  təşəbbüsü  ilə  Bakı  şəhərində  UNESCO­nun 
Baş direktoru cənab Koiçiro Matsuuranın iştirakı ilə Beynəlxalq Muğam Mər­
kəzinin təməli qoyulmuş və qısa zaman kəsiyində istifadəyə verilmişdir.
Azərbaycan  muğam  sənətinin  inkişafı  və  qorunması  istiqamətində  “Qara-
bağ xanəndələri” musiqi albomunun nəfis şəkildə buraxılması, tanınmış ifaçıla-
rın iştirakı ilə ardıcıl olaraq muğam axşamlarının təşkili yüksək dəyərləndirilir. 
Azərbaycan muğam sənətinin inkişafı və muğam mədəniyyəti ənənələrinin 
qorunub saxlanmasını nəzərdə tutan “Muğam­İrs”, “Muğam­Dəstgah”, “Muğam 
Ensiklopediyası”, “Muğam­İnternet”, “Muğam­Antologiya”, “Muğam dünyası”, 
“Muğam  Mərkəzi”  layihələri  silsiləsindən  “Muğam­İrs”  layihəsi  çərçivəsində 
“Qarabağ  xanəndələri”  musiqi  albomu  nəfis  şəkildə  nəşr  olunmuşdur.  2005­ci 
ilin  martında  Parisdə  UNESCO­nun  qərargahında,  xoşməramlı  səfirlərin  illik 
toplantısında “Qarabağ xanəndələri” albomunun təqdimatı olmuşdur.
“Muğam Ensiklopediyası” layihəsi çərçivəsində Azərbaycan muğamına həsr 
olunmuş “Muğam Ensiklopediyası”nın nəşri həm elektron, həm də kitab vari-
antlarında həyata keçirilir. 
“Muğam­Antologiya” layihəsi çərçivəsində isə muğamla bağlı zəngin nəzəri 
musiqi irsinin qiymətli nümunələrindən Səfiəddin Urməvinin, Fəthullah Şirva-
ninin və digər görkəmli müəlliflərin əsərləri işıq üzü görmüşdür.
Fondun təşəbbüsü ilə UNESCO Azərbaycan muğamını bəşəriyyətin şifahi 
və qeyri­maddi irsin şah əsərləri siyahısına daxil etmişdir. 


8
Heydər  Əliyev  Fondunun  dəstəyi  və  köməyi  hesabına  Gəncənin  sonuncu 
xanı  Cavad  xanın  və  VII  əsrdən  Gəncədə  öz  xeyirxahlığı  ilə  məşhur  olan,  
mənəvi­əxlaqi  dəyərləri  təcəssüm  etdirən  Comərd  Qəssabın  məzarüstü  tür-
bələrində bərpa işləri aparılmış, tarixi Gəncə darvazaları bərpa edilmiş, ətraf 
ərazi abadlaşdırılmışdır.
Mehriban  xanım  Əliyevanın  təşəbbüsü  ilə  BMT­nin  Cenevrədəki  ofisinin 
iqamətgahında,  Parisdə  Eyfel  qülləsi  yaxınlığında  “Azərbaycan  otağı”nın, 
“Azərbaycan Mədəniyyət evi”nin təntənəli açılışları olmuşdur.
Ermənistanın  işğalı  nəticəsində  tarixi  torpaqlarından  didərgin  düşmüş 
qaç qın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yardım göstə-
rilməsi də Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən biridir. 
Mehriban xanım Əliyeva bu təbəqədən olan vətəndaşlarımızın problemlərini 
həssaslıqla  duyur  və  imkan  daxilində  maddi  və  mənəvi  yardımlarla  onlara 
təsəlli verməyə çalışır. 
Vaxtilə  Tbilisi  şəhərində  yaşayıb­yaratmış  görkəmli Azərbaycan  şəxsiy-
yətləri  Mirzə  Şəfi  Vazehin  və  Mirzə  Fətəli  Axundovun,  habelə  Fətəli  xan 
Xoyskinin, digər tanınmış simaların qəbirüstü abidələri yenidən qurulmuş və 
xiyaban salınmışdır.
Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvada, Rusiya Federasiyası hö ku­
məti yanında Maliyyə Akademiyasında “Beynəlmiləl dostluq klubu”, Moskva 
Dövlət  Beynəlxalq  Münasibətlər  İnstitutunun  (MDBMİ) Azərbaycan  gəncləri 
klubu,  Rusiyadakı  Azərbaycanlı  Gənclərin  Əlaqələndirmə  Şurası  tərəfindən 
ardıcıl  təşkil  edilən  Azərbaycan  mədəniyyəti  günləri  Rusiya  ictimaiyyətinin 
ölkəmizin zəngin mədəniyyəti, qədim ənənələri, incəsənəti və milli mətbəxi ilə 
tanışlığına imkan yaradır. MDBMİ­nin gənclər hərəkatının lideri Leyla Əliye-
vanın rəhbərliyi ilə həyata keçirilən belə tədbirlər iki ölkə arasında münasibət-
lərin daha da yaxşılaşmasına xidmət edir.
Heydər  Əliyev  Fondunun  təşəbbüsü  ilə  nəşr  olunmuş,  beynəlxalq  ictima-
iyyətə  ünvanlanan  “Qarabağ  həqiqətləri”  toplusu  “Qarabağın  tarixi  haqqında 
məlumat”,  “Qarabağ  münaqişəsinin  başlanması”,  “Xocalı  soyqırımı”,  “Azər-
baycana  qarşı  erməni  təcavüzünün  nəticələri”,  “Erməni  terror  təşkilatlarının 
Azərbaycana qarşı fəaliyyəti” kitabçalarından ibarətdir. Bu topluların elektron 
variantları  qanlı  soyqırımın  15  illiyində  fondun  təşəbbüsü  ilə  Avropanın  15 
dövlətində  keçirilən  soyqırımı  qurbanlarının  xatirəsini  anma  mərasimlərində 
xarici ölkələrin diplomatik korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi infor-
masiya vasitələrinə, tanınmış siyasi­ictimai xadimlərə paylanmışdır. 
Respublikanın  internet  məkanında  məlumat  bazasının  zənginliyinə  görə 
analoqu olmayan “Azərbaycan” portal (www.azerbaijan.az) yaradılmışdır. Portal 


9
12 bölməni əhatə edir: “Xəbərlər”, “Ümumi məlumat”, “Təbiət”, “Tarix”, “İqti-
sadiyyat”,  “Mədəniyyət”,  “Cəmiyyət”,  “Dövlət  hakimiyyəti”,  “Azərbaycan 
beynəlxalq  aləmdə”,  “Ermənistan­Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi”, 
“İnzibati ərazi vahidləri” və “Xəritələr”. 
Respublikada  kor  və  görmə  qabiliyyəti  zəif  olan  şəxslərin  sayı  təxminən 
40 min nəfərdir. Onlara informasiya toplamaq və məşğulluğunu artırmaq üçün 
əlavə  imkanlar  yaratmaq  mexanizmi  kimi  İKT­dən  istifadənin  təşkili  zəruri 
sayılmış, BMT­nin İnkişaf Proqramı ilə birgə Milli Strategiya hazırlanmışdır. 
Fondun  “Dini  tolerantlığın  ünvanı  –  Azərbaycan”  layihəsi  çərçivəsində 
Ba kıdakı  Pravoslav  kilsəsinin,  məscidlərin  yenidən  qurulması  tamamlanmış-
dır. Dünya yəhudilərinin nüfuzlu təşkilatlarından olan “Or­Avner” Beynəlxalq 
Fondu ilə əməkdaşlıq sazişi çərçivəsində Mehriban xanım Əliyevanın iştirakı 
ilə Bakının Xətai rayonunun Əbilov yaşayış sahəsində Azərbaycanda yaşayan 
yəhudi uşaqları üçün orta məktəb, uşaq bağçası, yəhudi tarixi və mədəniyyəti 
muzeyindən ibarət kompleks tikilmişdir.
Fondun təşəbbüsü ilə Azərbaycan oxucusu üçün əhəmiyyətli sayıla biləcək 
bir sıra xarici nəşrlər dilimizə tərcümə edilərək çap olunmuşdur. 
Mehriban xanım təsisçisi olduğu “Azərbaycan İRS” jurnalının 3 dildə nəşri 
ilə də Azərbaycan tarixinin, mədəniyyətinin öyrənilməsi və təbliğində, xüsusən 
Rusiya və digər MDB ölkələrinin rusdilli əhalisinə Azərbaycan həqiqətlərinin 
çatdırılmasında təqdirəlayiq işlər görür.
Bütün  beynəlxalq  əhəmiyyətli  görüşlərdə,  nitqlərdə  Mehriban  xanımın 
ölkəmizdə, eləcə də UNESCO və İSESCO­nun xoşməramlı səfiri kimi beynəl­
xalq  aləmdə  fəaliyyəti  yüksək  dəyərləndirilmiş,  bu  fəaliyyətin  Azərbaycanın 
gələcək inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanmış, birinci xanıma 
ABŞ­Azərbaycan Ticarət Palatasının “2006­cı ilin xoşməramlı səfiri” mükafatı 
da təqdim edilmişdir.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubile-
yinin  keçirilməsi  haqqında Azərbaycan  Respublikası  Prezidentinin  23  dekabr 
2011­ci il Sərəncamına uyğun olaraq Heydər Əliyev Fondunun həyata keçirdiyi 
tədbirlər xüsusi əhəmiyyət kəsb etməkdədir.
“Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncə vinin 870 illik yu bileyinin 
keçirilməsi haqqında” Azərbay can Respublikası Prezidentinin Sərəncamına əsasən, 
şair in yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondu-
nun dəstəyi və Azərbaycanın İtaliyadakı səfirliyinin iştirakı ilə 2012­ci il aprelin 
20­də Roma şəhərindəki məşhur “Villa Borghese” parkında böyük söz ustadının 
abidəsinin açılışı olmuşdur.
Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Na­
zirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə hazırlanmış böyük for-


10
matlı nəşrdə toplanmış dahi Azərbaycan şairi Nizami Gəncəvinin 5 poemasının 
hər birinə yazılan ön söz əsərlərin mahiyyətini dolğun ifadə edir.
Xəlil  Yusifli,  Səməd  Vurğun,  Məmməd  Rahim, Abdulla  Şaiq  və  Mikayıl 
Rzaquluzadənin tərcüməsində təqdim olunan “Xəmsə”yə CD disk əlavə olun-
muşdur.  Diskə  Üzeyir  Hacıbəyli,  Fikrət  Əmirov,  Cahangir  Cahangirov, Tofiq 
Quliyev, Şəfiqə Axundova və başqa bəstəkarların Nizami Gəncəvinin sözlərinə 
yazdığı  mahnı  və  romanslar,  Niyazinin  “Xosrov  və  Şirin”  operası,  Əfrasiyab 
Bədəlbəylinin “Nizami” operası, Fikrət Əmirovun “Nizami” simfoniyası, eləcə 
də Qara Qarayev, Cövdət Hacıyev, Ramiz Mustafayev və başqa bəstəkarların 
dahi şairin sözlərinə xor üçün yazdığı əsərlər daxil edilmişdir.
Heydər  Əliyev  Fondu  tərəfindən  oxuculara  təqdim  olunan  yeni  nəşrdə 
“Xosrov  və  Şirin”  poemasının  Azərbaycan  dilində  yeni  tərcüməsi  yazıldığı 
ölçüdə – əruz vəznində yerinə yetirilmiş, dilimizin bugünkü tələblərinə uyğun 
ifadə edilmişdir. 
Yeni nəşrlər sırasında olan “Nizami məqbərəsinin tarixi və taleyi” kitabında 
dahi mütəfəkkirin məzarı üzərində XIII əsrin əvvəllərində ucaldılan məqbərə-
nin tarix boyu düşdüyü müxtəlif vəziyyətlər və onun səbəbləri araşdırılmışdır. 
İran,  Osmanlı  və  Rusiya  imperiyalarının  Qafqazda  yürütdüyü  siyasət  nəticə-
sində dəfələrlə bərbad vəziyyətə düşən məqbərənin zaman­zaman bərpa olun-
ması, bu istiqamətdə görülən işlər barədə maraqlı faktlar öz əksini tapmışdır.
Heydər Əliyev Fondu fəaliyyəti dövründə digər nəşrlərlə yanaşı, davamlı 
olaraq Azərbaycan  klassiklərinin  müxtəlif  əsərlərini  də  nəşr  etdirir.  Nizami-
nin  yaradıcılıq  manifesti  sayılan  “Xəmsə”nin  yüksək  poliqrafik  nəşrini  bu 
sahədə uğurlu layihə kimi dəyərləndirmək olar. Yeni nəşr dünya poeziyasında 
epik­romantik janrın banisi, Şərq intibahının parlaq nümayəndəsi, mütəfəkkir 
şair Nizami Gəncəvinin 870 illik yubileyinə layiqli töhfədir.
Heydər  Əliyev  Fondunun  təşəbbüsü  ilə  2012­ci  il  iyunun  5­də  Sankt­ 
Peterburqda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik 
yubileyi münasibətilə onun adını daşıyan bağın təntənəli açılışı olmuşdur. 
Açılış  mərasimində  Heydər  Əliyev  Fondunun  vitse­prezidenti  Leyla  Əli-
yeva iştirak etmişdir. 
Leyla  Əliyeva  mərasimi  açaraq  bildirmişdir  ki,  Nizami  Gəncəvi  adına 
bağın açılışı Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi ilə Sankt­Peter-
burq Administrasiyasının daha bir layihəsidir. O de mişdir: “2002­ci il iyunun 
9­da XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkirinin Sankt­Peterburqda abi-
dəsinin açılışında prezidentlər Heydər Əliyev və Vladimir Putin iştirak etmiş-
dilər. Bakıda hazırlanmış abidə Azərbaycan xalqının Sankt­Peterburqa hədiy-
yəsi olmuşdur.” 


11
Nizaminin  obrazını  Azərbaycan  heykəltəraşı,  V.Muxina  adına  Leninqrad 
Ali  Rəssamlıq  Məktəbinin  məzunu  Qəyruş  Babayev  yaratmışdır.  Bu  il  şairin 
anadan olmasının 870 illiyi tamam olur. Bununla əlaqədar, fondun nümayəndə-
liyinin hamiliyi ilə bağda qranitdən nadir skamyalar və Nizaminin əsərlərindən 
fraqmentlər təsvir edilmiş pannolar qurulmuş, şairin abidəsi bərpa olunmuşdur. 
Sankt­Peterburq  qubernatorunun  qərarı  ilə  bu  gözəl  bağa  Nizami  Gəncəvinin 
adı verilmişdir. 
Qeyd  etməliyik  ki,  Sankt­Peterburq  ziyalıları  Böyük  Vətən  müharibəsinin 
ən ağır illərində dahi şairin 800 illik yubileyini qeyd etmişlər. Böyük Nizamiyə 
bu  qayğıkeş  münasibəti  Azərbaycan  xalqı  heç  vaxt  unutmayacaqdır.  Heydər 
Əliyev  Fondunun  təşəbbüsü  ilə  Sankt­Peterburq  şəhərində  dahi  Azərbaycan 
şairi  və  mütəfəkkiri  Nizami  Gəncəvinin  xatirəsinə  ucaldılmış  abidə  və  sa­
lınmış bağ Azərbaycanın möhtəşəm qədim tarixə və zəngin irsə malik olan mə­
dəniyyətini təcəssüm etdirir. 
Bu gün Heydər Əliyev Fondu Azərbaycanda yüz minlərlə insanın inam və 
etimadını  qazanmış  ictimai  təşkilat  olmaqla  yanaşı,  Ulu  Öndərimizin  adını 
şərəflə daşıyır. 
Unutmamalıyıq  ki,  Azərbaycan  cəmiyyətinin  həyatına  və  dilimizin  lü­
ğət tərkibinə daxil olan “birinci xanım”, “xoşməramlı səfir” məfhumları, bi­
lavasitə  Mehriban  xanımın  adı  və  yüksək  mənəvi  keyfiyyətlərə  malik  olan 
şəxsiyyəti ilə bağlıdır. 

Yüklə 33,31 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin