Microsoft Word Beledchi Qaydalar 2015


Qanın, qan komponentlərinin donorluğu və qan xidməti barədə



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə12/19
tarix26.12.2016
ölçüsü0,49 Mb.
#3629
1   ...   8   9   10   11   12   13   14   15   ...   19
Qanın, qan komponentlərinin donorluğu və qan xidməti barədə 

qanunvericilik aktlarına dair 

BƏLƏDÇİ QAYDALAR

 

 



3 may 2005-ci il tarixdə “Qanın, qan komponentlərinin 

donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikasının 

Qanunu imzalanmışdır.  

Bu Qanun qanın, qan komponentlərinin donorluğunun inkişafı ilə 

əlaqədar münasibətləri tənzimləyir, qan xidmətinin təşkilinin 

əsaslarını müəyyən edir. 

Qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı 

(Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən 

olunmuş qaydada qan xidməti müəssisələrində (qan banklarında) 

tibbi müayinədən keçən, qanın, qan komponentlərinin donorluğuna 

heç bir əks-göstərişləri olmayan, 18-65 yaşlı fəaliyyət qabiliyyətli hər 

bir  şəxs qanın, qan komponentlərinin donoru ola bilər. Yaşı 65-dən 

yuxarı olan şəxslər də  həkim rəyi  əsasında donor ola bilərlər. 

Donordan qanın və ya qan komponentlərinin götürülməsinə donorun 

sağlamlığına heç bir zərər yetirilmədiyi halda yol verilir. Qanın, qan 

komponentlərinin donorluğu pulsuzdur. Müstəsna hallarda qanın, 

qan komponentlərinin donorluğu müvafiq icra hakimiyyəti orqanı 

(Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən 

edilmiş qayda və şərtlərlə pullu ola bilər. 

Donorun tibbi müayinədən keçdiyi, qan və ya qan 

komponentlərini verdiyi gün işdən (təhsildən, xidmətdən) azad 

edilmək və əlavə istirahət günü almaq, pullu donorluq zamanı verdiyi 

qan və qan komponentləri üçün haqq almaq, donorluq funksiyasını 

yerinə yetirməsi ilə  əlaqədar olaraq, sağlamlığının pozulması 

nəticəsində ona dəymiş  zərərin  əvəzini, o cümlədən müalicə, tibbi-

sosial ekspertiza, sosial-əmək reabilitasiya xərclərini Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada almaq 

hüquqları vardır. Donor olmaq istəyən  şəxs keçirdiyi və hazırkı 

xəstəlikləri, həmçinin narkotik vasitələr və psixotrop maddələr qəbul 

edib-etməməsi barədə düzgün məlumat verməlidir.  

Qan xidməti müəssisələrinin (qan banklarının) işçiləri donor 

barədə bütün məlumatların məxfiliyinə əməl etməlidirlər və yalnız öz 




39 

peşə  fəaliyyəti dairəsində onlardan zəruri olan həddə istifadə edə 

bilərlər. 

Donorlar tibbi müayinədən keçdikləri, qan və ya qan 

komponentlərini verdikləri gün, mülkiyyət formasından asılı 

olmayaraq işlədikləri müəssisə, idarə və təşkilatlarda orta əməkhaqqı 

saxlanılmaqla işdən azad olunurlar. Qan və ya qan komponentlərini 

vermiş tələbələr qan verdikləri gün məşğələlərdən, hərbi qulluqçular 

isə  hərbi xidmətin bütün növlərindən azad olunurlar. Qan verən 

zaman donorlar qan xidməti müəssisələrində (qan banklarında) 

pulsuz yeməklə  təmin olunurlar. Hər dəfə qan və ya qan 

komponentlərini pulsuz (əvəzsiz) verən işləyən donorlara orta 

əməkhaqqı saxlanılmaqla əlavə istirahət günü verilir. Həmin istirahət 

günü donorun arzusu ilə onun illik məzuniyyətinə əlavə edilə və ya il 

ərzində istənilən vaxtda istifadə edilə bilər.  

18 iyul 2005-ci il tarixdə “Qanın, qan komponentlərinin 

donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikası 

Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası 

Prezidentinin Fərmanı imzalanmışdır.  

Bu Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 

“Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” 

Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qanın, qan 

komponentlərinin pullu donorluğunun qaydasının və  şərtlərinin, 

qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması  və 

bölüşdürülməsi qaydasının, donorun tibbi müayinədən keçməsi, 

qanın, qan komponentlərinin götürülməsi qaydasının, qan xidməti 

müəssisələrində (qan banklarında) qanın, qan komponentlərinin 

preparatlarının və konservləşdirici məhlulların yoxlanması 

qaydasının, qanın, qan komponentlərinin və onlardan hazırlanan 

preparatların təhlükəsizlik və keyfiyyət göstəricilərinin siyahısının və 

bu göstəricilərə  əməl olunmasına nəzarətin həyata keçirilməsi 

qaydasının, qanın, qan komponentlərinin və onlardan hazırlanan 

preparatların xarici təşkilatlarla mübadilə edilməsi və  təcili 

humanitar yardım göstərilməsi üçün Azərbaycan Respublikasından 

kənara aparılması qaydalarının və  təbii fəlakət, qəza və digər 

fövqəladə  vəziyyətlər zamanı qanın, qan komponentlərinin 

donorluğunun təşkili qaydasının müəyyən edilməsi, donorluq 

funksiyasını  məhdudlaşdıran xəstəliklərin siyahısının və qanın, qan 




40 

komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə 

məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) 

siyahısının təsdiq edilməsi tapşırılmışdır. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 nömrəli  

28 yanvar 2006-cı il tarixli Qərarı ilə “Qanın, qan komponentlərinin 

tədarükü, emalı, saxlanması və bölüşdürülməsi Qaydası” və “Qanın, 

qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi 

ilə  məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) 

Siyahısı”, 34 nömrəli 6 fevral 2006-cı il tarixli Qərarı ilə “Qanın, qan 

komponentlərinin və onlardan hazırlanan preparatların təhlükəsizlik 

və keyfiyyət göstəricilərinin Siyahısı” və “Qanın, qan 

komponentlərinin və onlardan hazırlanan preparatların təhlükəsizlik 

və keyfiyyət göstəricilərinə  əməl olunmasına nəzarətin həyata 

keçirilməsi Qaydası”, 43 nömrəli 13 fevral 2006-cı il tarixli Qərarı 

ilə “Qanın, qan komponentlərinin pullu donorluğunun Qaydası  və 

Şərtləri”, 50 nömrəli 16 fevral 2006-cı il tarixli Qərarı ilə “Təbii 

fəlakət, qəza və digər fövqəladə  vəziyyətlər zamanı qanın, qan 

komponentlərinin donorluğunun təşkili Qaydası”, 61 nömrəli 6 mart 

2006-cı il tarixli Qərarı ilə “Donorluq funksiyasını  məhdudlaşdıran 

xəstəliklərin Siyahısı” və “Donorun tibbi müayinədən keçməsi, 

qanın, qan komponentlərinin götürülməsi Qaydası”, 92 nömrəli  

31 mart 2006-cı il tarixli Qərarı ilə “Qan xidməti müəssisələrində 

(qan banklarında) qanın, qan komponentlərinin preparatlarının və 

konservləşdirici məhlulların yoxlanması Qaydası” və 113 nömrəli  

22 aprel 2006-cı il tarixli Qərarı ilə “Qanın, qan komponentlərinin və 

onlardan hazırlanan preparatların xarici təşkilatlarla mübadilə 

edilməsi və  təcili humanitar yardım göstərilməsi üçün Azərbaycan 

Respublikasından kənara aparılması Qaydaları” təsdiq edilmişdir. 

Azərbaycan Respublikası  Səhiyyə Nazirliyinin 8 nömrəli  

12 yanvar 2011-ci il tarixli əmri ilə “2011-2015-ci illər üçün qanın, 

qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair 

Tədbirlər Proqramı”nın icrası üzrə Azərbaycan Respublikası Səhiyyə 

Nazirliyinin Tədbirlər Planı təsdiq edilmişdir.  




41 


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin