Microsoft Word Beledchi Qaydalar 2015


Psixiatriya yardımı barədə qanunvericilik aktlarına dair



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə8/19
tarix26.12.2016
ölçüsü0,49 Mb.
#3629
1   ...   4   5   6   7   8   9   10   11   ...   19
Psixiatriya yardımı barədə qanunvericilik aktlarına dair 

BƏLƏDÇİ QAYDALAR

 

 

12 iyun 2001-ci il tarixdə “Psixiatriya yardımı haqqında” 

Azərbaycan Respublikasının Qanunu imzalanmışdır.  

Bu Qanun Azərbaycan Respublikasında psixiatriya yardımı 

göstərilməsi sahəsində yaranan münasibətləri tənzimləyir, bu sahədə 

hüquqi və fiziki şəxslərin hüquq və  vəzifələrini müəyyən edir. 

Azərbaycan Respublikasının  ərazisində psixiatriya yardımı alan, 

habelə psixiatriya yardımı göstərən hüquqi və fiziki şəxslərə  şamil 

olunur. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı 

olmayan  şəxslər psixiatriya yardımı üzrə bu Qanunda Azərbaycan 

Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş bütün 

hüquqlardan istifadə edirlər. 

Psixi pozuntusu olan şəxslər ləyaqətlərinin alçaldılmasına yol 

verilməməsi və humanist münasibət bəslənilməsi, dövlət tibb 

müəssisələrində sanitariya-gigiyena tələblərinə cavab verən  şəraitdə 

pulsuz psixiatriya yardımı almaq, öz hüquqları barədə, habelə psixi 

pozuntu və  tətbiq edilən müalicə üsulları haqqında məlumat almaq, 

psixiatriya stasionarında müayinə  və müalicə üçün zəruri olan 

müddətdə saxlanılmaq, tibbi göstərişlər əsasında mümkün olan bütün 

müalicə növlərini almaq, təxirəsalınmaz psixiatriya yardımı 

göstərilməsi, habelə  məcburi və qeyri-könüllü hospitallaşdırma 

halları istisna olmaqla, psixiatriya yardımı göstərmək hüququ olan 

hər hansı mütəxəssisi (onun razılığı ilə) və tibb müəssisəsini seçmək, 

konsilium və  məsləhətləşmələr aparılmasını  tələb etmək, 

qanunvericilikdə müəyyən olunmuş qaydada vəkilin, qanuni 

nümayəndələrin və ya digər  şəxslərin köməyindən istifadə etmək 

hüquqlarına malikdirlər.  Şəxsin tibbi vasitə  və üsulların sınaqdan 

keçirilməsinə, elmi-tədqiqat işlərinə, yaxud tədris prosesi, foto-video 

və kino çəkilişləri obyektləri kimi istifadəyə  cəlb olunması yalnız 

onun özünün və ya qanuni nümayəndəsinin razılığı  əsasında 

mümkündür və həmin şəxs istənilən vaxt bundan imtina edə bilər. 

Psixiatriya müayinələrinin və ekspertizalarının həyata keçirilməsi 

zamanı psixi pozuntunun diaqnozu yalnız müasir diaqnostika 

prinsiplərinə  və beynəlxalq təsnifata uyğun olaraq həkim-psixiatr 

tərəfindən təyin edilir. Şəxsin özünə  və (və ya) ətrafdakılara qarşı 




29 

təcavüzkar hərəkət etdiyi aşkar olunarsa, həkim-psixiatr, o cümlədən 

təcili yardım müəssisəsinin həkimi  şəxsin özünün və ya qanuni 

nümayəndəsinin razılığı (xahişi) olmadan psixiatriya müayinəsi 

haqqında qərarı  dərhal qəbul edir və  qərar tibbi sənədə yazılmaqla 

rəsmiləşdirilir. 

Psixiatriya stasionarında müayinə  və müalicə olunan pasiyentin 

müayinə, müalicə  və stasionardan çıxarılma məsələləri barədə 

bilavasitə psixiatriya müəssisəsinin baş həkiminə müraciət etmək və 

onun bu Qanunla müəyyən edilmiş hüquqlarına  əməl olunmasını 

tələb etmək,  ərazinin baş psixiatrına, müvafiq icra hakimiyyəti 

orqanlarına, prokurorluğa, məhkəməyə və vəkilə maneəsiz müraciət 

etmək, qanuni nümayəndəsi, Azərbaycan Respublikasının  İnsan 

Hüquqları üzrə Müvəkkili (Ombudsman), vəkil və din xadimi ilə 

təklikdə görüşmək, ümumtəhsil məktəbinin proqramı, yaxud 

sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqram üzrə təhsil 

almaq hüquqları var. 

Pasiyentin, habelə başqa 

şəxslərin sağlamlığını 

və 


təhlükəsizliyini təmin etmək məqsədi ilə  həkim-psixiatrın tövsiyəsi 

əsasında psixiatriya müəssisəsinin müdiriyyəti tərəfindən pasiyentin 

nəzarətsiz məktublaşmaq, bağlama, banderol və pul baratları almaq 

və göndərmək, pul və digər maddi vəsaitlərdən sərbəst istifadə 

etmək, telefondan və digər rabitə vasitələrindən istifadə etmək

yaxınları ilə görüşmək hüquqları məhdudlaşdırıla bilər. 

Şəxs psixiatriya stasionarında olduğu bütün dövr ərzində  əmək 

qabiliyyəti olmayan sayılır və qanunvericilikdə müəyyən olunmuş 

qaydada müavinət, yaxud ümumi əsaslarla pensiya almaq hüququna 

malikdir. 

Psixiatriya yardımını dövlət və qanunvericilikdə müəyyən 

olunmuş qaydada fəaliyyət göstərən özəl psixiatriya (psixonevroloji) 

müəssisələri, həmçinin ilkin tibbi yardım göstərən tibb 

müəssisələrinin həkimləri və özəl tibbi praktika ilə  məşğul olan 

həkim-psixiatrlar göstərirlər. 

Ali tibbi təhsili və müvafiq diplomu olan və qanunvericilikdə 

müəyyən edilmiş qaydada ixtisaslarını təsdiq etmiş həkim-psixiatrlar 

psixiatriya yardımı  fəaliyyəti ilə  məşğul olmaq hüququna 

malikdirlər. 



30 

İlkin tibbi yardım göstərən tibb müəssisələrinin həkimləri yalnız 

bu müəssisələrdə müalicəsinə icazə verilən xəstəlikləri (psixi 

pozuntuları) müalicə edə bilərlər. 

3 sentyabr 2001-ci il tarixdə “Psixiatriya yardımı haqqında” 

Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır.  

Bu Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 

“Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının 

Qanununda nəzərdə tutulmuş  fəaliyyətin məhdudlaşdırılması  tələb 

olunan peşə növlərinin və yüksək təhlükə  mənbəyi ilə bağlı  işlərin 

siyahısının təsdiq edilməsi tapşırılmışdır. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 nömrəli  

15 fevral 2003-cü il tarixli Qərarı ilə “Fəaliyyətin 

məhdudlaşdırılması tələb olunan ayrı-ayrı peşə növlərinin və yüksək 

təhlükə mənbəyi ilə bağlı işlərin Siyahısı” təsdiq edilmişdir. 




31 


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin