Microsoft Word Beledchi Qaydalar 2015


Qanın, qan komponentlərinin donorluğu və qan xidməti barədə



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə4/19
tarix26.12.2016
ölçüsü0,49 Mb.
#3629
1   2   3   4   5   6   7   8   9   ...   19
Tibbi sığorta barədə qanunvericilik aktlarına dair 

BƏLƏDÇİ QAYDALAR 

 

28 oktyabr 1999-cu il tarixdə “Tibbi sığorta haqqında” 



Azərbaycan Respublikasının Qanunu imzalanmışdır.  

Bu Qanun əhalinin tibbi sığortasının təşkilati, hüquqi və iqtisadi 

əsaslarını müəyyən edir, tibbi sığortanın subyektləri arasındakı 

münasibətləri tənzimləyir. 

Qanuna uyğun olaraq tibbi sığorta sağlamlığın qorunması 

sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi 

baş verdikdə Azərbaycan Respublikası  əhalisinin tibbi və  dərman 

yardımı almasına təminat verir. Tibbi sığorta icbari və könüllü 

formada həyata keçirilir. İcbari tibbi sığorta dövlət sosial sığortasının 

tərkib hissəsi olmaqla, icbari tibbi sığorta proqramına müvafiq 

həcmdə  əhalinin tibbi və  dərman yardımı almasını  təmin edir. 

Könüllü tibbi sığorta icbari tibbi sığorta proqramında 

müəyyənləşdirildiyindən  əlavə könüllü tibbi sığorta müqaviləsi 

əsasında əhalinin tibbi və digər xidmətlər almasını təmin edir.  

Tibbi sığortanın subyektləri sığorta olunanlar, sığorta edənlər, 

tibbi sığorta təşkilatları, tibb müəssisələri və qanunvericilikdə 

müəyyən olunmuş qaydada fərdi tibbi fəaliyyətlə  məşğul olan 

şəxslərdir.  

Tibbi sığorta müqaviləsi – qanunvericilikdə müəyyən olunmuş 

qaydada sığorta edənlə tibbi sığorta təşkilatları arasında bağlanan və 

sığorta olunana tibbi sığorta proqramına uyğun olaraq göstərilən tibbi 

yardımın maliyyələşdirilməsini və  təşkilini müəyyən edən, sığorta 

olunanın digər mənafelərini müdafiə edən yazılı sazişdir.  

Tibbi sığorta  şəhadətnaməsi – sığorta olunana yaşayış yerindən 

asılı olmayaraq Azərbaycan Respublikasının bütün ərazisində, habelə 

Azərbaycan Respublikası ilə tibbi sığorta sahəsində müqavilə 

bağlayan digər dövlətin  ərazisində tibbi sığorta proqramında 

göstərildiyindən az olmayan həcmdə tibbi yardım almağa təminat 

verən sənəddir.  

Sığorta edən müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan 

Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi qaydada tibbi 

sığorta müqaviləsi bağlamaq və ya onu ləğv etmək, tibbi sığorta 




15 

təşkilatını  sərbəst seçmək, tibbi sığorta müqaviləsinin  şərtlərinin 

yerinə yetirilməsinə nəzarət etmək hüquqlarına malikdir. 

Sığorta edən icbari tibbi sığorta proqramına uyğun olaraq sığorta 

haqlarını vaxtında ödəmək, sığorta olunanların sağlamlığının 

vəziyyətinin göstəriciləri haqqında tibbi sığorta təşkilatına məlumat 

vermək, sığorta haqlarının tam məbləğdə  və vaxtında ödənilməsi 

barədə müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan 

Respublikasının Maliyyə Nazirliyi) məlumat vermək vəzifələrini 

yerinə yetirir. 

İcbari tibbi sığorta proqramı  vətəndaşlara göstərilən tibbi 

xidmətin  şərtlərini, növünü, həcmini müəyyən edir və müvafiq icra 

hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) 

tərəfindən təsdiq edilir.  

Tibbi sığorta təşkilatı – mülkiyyət formasından asılı olmayaraq 

tibbi sığortanı  həyata keçirmək üçün qanunvericilikdə müəyyən 

olunmuş qaydada xüsusi razılıq almaqla fəaliyyət göstərən və 

müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının 

Nazirlər Kabineti) tərəfindən müəyyənləşdirilən zəruri nizamnamə 

fonduna malik olan sığorta təşkilatıdır. Tibbi sığorta təşkilatları 

səhiyyə sisteminə daxil deyil. Müvafiq icra hakimiyyəti orqanı 

(Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və onun yerli 

orqanları) və tibb müəssisələri tibbi sığorta təşkilatının təsisçiləri ola 

bilməzlər. 

Tibbi sığorta sistemində  sığorta olunan vətəndaşlar tibbi sığorta 

şəhadətnaməsini aldıqları andan qanunvericilikdə müəyyən olunmuş 

hüquqlardan istifadə etmək, tibbi sığorta müqaviləsi ilə müəyyən 

edilən tibbi yardım növlərinə və həcminə uyğun olaraq tibbi sığorta 

sisteminə daxil olan tibb müəssisələrindən hər hansı birini və həkimi 

seçmək, profilaktik yardım da daxil olmaqla, Azərbaycan 

Respublikasının bütün ərazisində icbari tibbi sığorta 

proqramındakından az olmayan həcmdə tibbi yardım almaq, icbari 

tibbi sığorta müqaviləsinin  şərtlərinə uyğun olan tibbi xidmətdən 

istifadə etmək, tibbi sığorta müqaviləsinə əsasən müraciət etdiyi tibb 

müəssisəsindən sağlamlığının vəziyyəti, eləcə  də  tətbiq olunan 

müalicə metodları  və onların nəticələri barədə  məlumat almaq, 

sığorta edənə, tibbi sığorta təşkilatına, tibb müəssisəsinə, tibbi sığorta 

müqaviləsinin  şərtlərindən asılı olmayaraq, onların təqsiri üzündən 




16 

vurulmuş  zərərin ödənilməsi də daxil olmaqla, qanunvericilikdə 

müəyyən olunmuş qaydada iddia qaldırmaq, könüllü tibbi sığorta 

müqaviləsinin  şərtlərində müəyyən edilmişsə, istifadə edilməyən 

sığorta haqqının bir hissəsini geri almaq hüquqlarına malikdirlər. 

Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı 

olmayan şəxslər tibbi sığorta sistemində Azərbaycan Respublikasının 

vətəndaşları ilə eyni hüquq və  vəzifələrə malikdirlər. Azərbaycan 

Respublikasında  əcnəbilər tibbi sığorta sahəsində, Azərbaycan 

Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə başqa 

qaydalar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının 

vətəndaşları ilə eyni hüquq və vəzifələrə malikdirlər.  

Tibbi sığorta təşkilatı tibbi sığorta müqavilələri üzrə tibbi yardım 

və xidmətlər göstərilməsi üçün tibb müəssisəsini seçmək, tibb 

müəssisələrinin akkreditasiyasında iştirak etmək, tibbi xidmətlər 

üçün tariflərin müəyyənləşdirilməsində  iştirak etmək, tibb 

müəssisələri tərəfindən müqavilənin  şərtlərinin pozulduğu hallarda 

tibbi xidmətlərə çəkilən xərcləri qismən ödəmək, tibb müəssisəsinin 

və (və ya) tibb işçisinin təqsiri üzündən sığorta olunana vurulmuş 

zərərin ödənilməsi üçün qanunvericilikdə müəyyən edilmiş qaydada 

məhkəməyə müraciət etmək, zərərin sığorta olunan tərəfindən 

vurulduğu hallar istisna olmaqla, vətəndaşın sağlamlığına vurulmuş 

zərər üçün cavabdeh olan fiziki və ya hüquqi şəxslərdən 

qanunvericilikdə müəyyən olunmuş qaydada sığorta olunana tibbi 

yardım göstərilməsinə  sərf olunmuş  xərclərin ödənilməsini tələb 

etmək hüquqlarına malikdir. 

Tibbi sığorta təşkilatı tibbi sığorta olunanlara tibbi sığorta 

proqramına uyğun tibbi yardım göstərilməsi üçün qanunvericilikdə 

müəyyənləşdirilmiş qaydada fəaliyyət göstərən tibb müəssisələri ilə 

müqavilələr bağlamaq, tibbi sığorta müqaviləsinin qüvvəyə mindiyi 

andan sığorta olunana tibbi sığorta  şəhadətnaməsini vermək, tibb 

müəssisələrinə tibbi xidmətin haqqını müqavilədə  nəzərdə tutulmuş 

qaydada və müddətdə ödəmək, könüllü tibbi sığorta müqaviləsində 

nəzərdə tutulmuşsa, sığorta haqlarının bir hissəsini sığorta olunana 

qaytarmaq, müqavilənin  şərtlərinə uyğun olaraq tibbi yardımın 

həcminə, müddətinə və keyfiyyətinə nəzarət etmək, sığorta olunanın 

mənafelərini müdafiə etmək vəzifələrini yerinə yetirir. 



17 

Mülkiyyət formasından asılı olmayaraq qanunvericilikdə 

müəyyən olunmuş qaydada fəaliyyət göstərən tibb müəssisələrinin və 

fərdi tibbi fəaliyyətlə  məşğul olan şəxslərin tibbi sığorta sistemində 

tibbi xidmətlər göstərmək hüquqları vardır.  

Tibbi sığorta proqramlarını yerinə yetirən tibb müəssisələrinin 

tibbi sığorta sistemindən kənarda da tibbi yardım göstərmək hüququ 

vardır. Qanunvericilikdə müəyyən olunmuş qaydada tibbi sığorta 

proqramını yerinə yetirən tibb müəssisələrinin və ya fərdi tibbi 

fəaliyyətlə  məşğul olan şəxslərin tibbi sığorta təşkilatını seçmək 

hüququ vardır. Tibbi sığorta sistemində mülkiyyət formasından asılı 

olmayaraq tibb müəssisələri sığorta olunanların əmək qabiliyyətinin 

müvəqqəti itirilməsini təsdiq edən sənəd vermək hüququna 

malikdirlər. 

İcbari tibbi sığorta sistemində tibbi xidmətlər üçün tariflər 

müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının 

Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Könüllü tibbi sığorta 

üzrə tibbi xidmətlər üçün tariflər sığorta təşkilatı ilə bu xidmətləri 

göstərən tibb müəssisəsi (və ya fərdi tibbi fəaliyyətlə  məşğul olan 

şəxs) arasında razılaşmaya əsasən müəyyən edilir. 

30 dekabr 1999-cu il tarixdə “Tibbi sığorta haqqında” 

Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır.  

Bu Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda 

nəzərdə tutulmuş tibbi sığorta müqaviləsinin formasının və bağlanma 

qaydasının, tibbi sığortanın ayn-ayrı növlərinə aid qaydaların və 

icbari tibbi sığorta münasibətlərinin  şamil edilmədiyi  şəxslərin 

kateqoriyalarının, tibbi sığorta şəhadətnaməsinin formasının və onun 

tətbiqi qaydalarının, icbari tibbi sığorta haqlarının məbləği və 

ödənilmə qaydasının müəyyən edilməsi, icbari tibbi sığorta 

proqramının təsdiq edilməsi və icbari tibbi sığorta sistemində tibbi 

xidmətlər üçün tariflərin müəyyən edilməsi tapşırılmışdır.  

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 nömrəli  

19 yanvar 1998-ci il tarixli Qərarı ilə “Sığorta fəaliyyətinə xüsusi 

razılıq (lisenziya) verilməsi Qaydaları”, 58 nömrəli 6 mart 2001-ci il 

tarixli Qərarı ilə “Tibbi sığorta müqaviləsinin forması  və bağlanma 

Qaydası” və 49 nömrəli 25 mart 2002-ci il tarixli Qərarı ilə “Tibbi 




18 

sığorta  şəhadətnaməsinin forması  və onun tətbiqi Qaydaları” təsdiq 

edilmişdir. 

27 dekabr 2007-ci il tarixdə “Azərbaycan Respublikasının 

Nazirlər Kabineti yanında  İcbari Tibbi Sığorta üzrə Dövlət 

Agentliyi”nin yaradılması haqqında Azərbaycan Respublikası 

Prezidentinin Sərəncamı imzalanmışdır. 

10 yanvar 2008-ci il tarixdə “Azərbaycan Respublikasında 

səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı  və icbari tibbi 

sığortanın tətbiqi Konsepsiyası”nın təsdiq edilməsi haqqında 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanmışdır. 

Həmin Sərəncamla Azərbaycan Respublikasının Nazirlər 

Kabinetinə bu “Konsepsiya”nın həyata keçirilməsi ilə bağlı  

2008-2012-ci illəri  əhatə edən Tədbirlər Planının hazırlanıb 

Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq 

edilməsi tapşırılmışdır.  

6 avqust 2008-ci il tarixdə “Tibbi sığorta haqqında” Azərbaycan 

Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan 

Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli 

Fərmanına dəyişikliklər və  əlavələr edilməsi haqqında Azərbaycan 

Respublikası Prezidentinin Fərmanı imzalanmışdır. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 179 nömrəli  

11 avqust 2008-ci il tarixli Qərarı ilə “2008-2012-ci illərdə 

Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi 

sisteminin islahatı  və icbari tibbi sığortanın tətbiqi Konsepsiyasının 

həyata keçirilməsi üzrə Tədbirlər Planı” təsdiq edilmişdir. 

 

 



19 


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin