Microsoft Word Beledchi Qaydalar 2015


Azərbaycan Respublikasında vərəmlə mübarizə barədə



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə7/19
tarix26.12.2016
ölçüsü0,49 Mb.
#3629
1   2   3   4   5   6   7   8   9   10   ...   19
Azərbaycan Respublikasında vərəmlə mübarizə barədə 

qanunvericilik aktlarına dair 

BƏLƏDÇİ QAYDALAR

 

 



2 may 2000-ci il tarixdə “Azərbaycan Respublikasında vərəmlə 

mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu 

imzalanmışdır. 

Bu Qanun əhalinin vərəmdən mühafizəsinin təşkilati-hüquqi 

əsaslarını, vərəm xəstəliyinə tutulmuş şəxslərin hüquq və vəzifələrini 

müəyyən edir. Bu Qanun Azərbaycan Respublikasının 

vətəndaşlarına,  əcnəbilərə, Azərbaycan Respublikasında daimi 

yaşayan vətəndaşlığı olmayan şəxslərə  və  təşkilati-hüquqi 

formasından asılı olmayaraq bütün hüquqi şəxslərə şamil edilir. 

Vərəm xəstəliyinə tutulmuş  şəxslər Azərbaycan Respublikasının 

Konstitusiyasında nəzərdə tutulmuş bütün hüquq və azadlıqlara 

malikdirlər. Vərəm xəstəliyinə tutulmuş  şəxslər onlara vərəm 

əleyhinə yardım göstərilərkən vərəm  əleyhinə yardım sahəsində 

hüquqları, habelə xəstəliyin xarakteri, tətbiq edilən müalicə metodları 

haqqında ətraflı məlumat almaq, tibbi göstərişlər əsasında ambulator, 

stasionar və sanatoriya-kurort şəraitində tam həcmdə tibbi yardım 

almaq, vərəmlə ilk dəfə  xəstələnmiş  və ya vərəmin residivi olan 

şəxslərin  əmək qabiliyyətinin itirildiyi gündən başlayaraq, tibbi-

sosial və epidemioloji göstərişlər nəzərə alınmaqla, 12 ayadək 

müddətdə  əmək qabiliyyətinin itirilməsi barədə  vərəq almaq 

hüquqlarına malikdirlər. 

15 iyul 2000-ci il tarixdə “Azərbaycan Respublikasında vərəmlə 

mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq 

edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı 

imzalanmışdır.  

Bu Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 

“Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” 

Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş “Vərəm 

xəstəliyinin yayılmasının qarşısının alınması üzrə Milli Proqram”ın 

qəbul edilməsinin təmin edilməsi, ətrafdakıları vərəmlə yoluxdurmaq 

təhlükəsi olan şəxslərin işləməsi qadağan olunan peşə və vəzifələrin 

siyahısının, vərəm xəstəliyinə tutulmuş  işləməyən  şəxslərə 




27 

müavinətin verilmə qaydasının və  şərtlərinin müəyyən edilməsi 

tapşırılmışdır.  

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 133 nömrəli  

13 oktyabr 2003-cü il tarixli Qərarı ilə “Daimi yaşayış yeri olmayan, 

ətrafdakılar üçün təhlükə törədən vərəm xəstəliyinə tutulmuş şəxslər 

üçün təşkil olunan xüsusi xəstəxana-internatlara xəstələrin 

göndərilməsi və  qəbulu Qaydası”, 157 nömrəli 6 dekabr 2003-cü il 

tarixli Qərarı ilə “Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan 

şəxslərin işləməsi qadağan olunan peşə  və  vəzifələrin Siyahısı”,  

226 nömrəli 26 noyabr 2010-cu il tarixli Qərarı ilə “2011-2015-ci 

illər üçün vərəmlə mübarizə üzrə  Tədbirlər Proqramı” təsdiq 

edilmişdir.  

Azərbaycan Respublikası  Səhiyyə Nazirliyinin 10 nömrəli  

12 yanvar 2010-cu il tarixli əmri ilə “2011-2015-ci illər üçün 

vərəmlə mübarizə üzrə  Tədbirlər Proqramı”nın icrası üçün 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı təsdiq 

edilmişdir.  




28 


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin