Microsoft Word Beledchi Qaydalar 2015


Azərbaycan Respublikasında vərəmlə mübarizə barədə



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə3/19
tarix26.12.2016
ölçüsü0,49 Mb.
#3629
1   2   3   4   5   6   7   8   9   ...   19
İnsan orqan və (və ya) toxumalarının transplantasiyası barədə 

qanunvericilik aktlarına dair 

BƏLƏDÇİ QAYDALAR 

 

28 oktyabr 1999-cu il tarixdə  “İnsan orqan və (və ya) 



toxumalarının transplantasiyası haqqında” Azərbaycan 

Respublikasının Qanunu imzalanmışdır.  

Bu Qanun müasir elmi nailiyyətlərə  və tibbi təcrübəyə 

əsaslanaraq insan orqan və (və ya) toxumalarının transplantasiyası 

(köçürülməsi) ilə bağlı münasibətləri tənzimləyir. 

Qanuna uyğun olaraq ürək, ağciyər (ürək-ağciyər kompleksi), 

böyrəklər, qaraciyər, mədəaltı  vəzi və onların seqmentləri, sümük 

iliyi, gözün buynuz qişası  və siyahısı müvafiq icra hakimiyyəti 

orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən 

müəyyən edilən digər orqan və (və ya) toxumalar transplantasiyanın 

obyekti ola bilər. Bu Qanun reproduksiya vəzifələrinə  və bu 

məqsədlə istifadə edilən orqanlara, onların hissələrinə  və (və ya) 

toxumalara (yumurta hüceyrələri, sperma, yumurtalıq, xaya və 

embriona), eləcə də qan və onun komponentlərinə şamil edilmir. 

Transplantasiyanın qaydaları  və  şərtləri, onun həyata keçirildiyi 

ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısı müvafiq icra 

hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) 

tərəfindən müəyyən edilir. 

Donorun yaşı 18-ə çatmadıqda ondan sümük iliyi istisna olmaqla, 

transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların götürülməsi 

qadağandır. Resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliyi 

olan  şəxslərdən orqan və (və ya) toxumaların götürülməsi 

qadağandır. Resipiyentin qulluq tabeliyində və ondan fiziki, mənəvi, 

maddi cəhətdən asılı olan və ya həbsdə olan şəxslərdən, hərbi 

əsirlərdən və ruhi xəstələrdən transplantasiya məqsədi ilə orqan və 

(və ya) toxumaların götürülməsi yolverilməzdir. 

Transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların 

köçürülməsi siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan 

Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilən 

ixtisaslaşdırılmış tibb müəssisələrində aparılır. Orqan və (və ya) 

toxumaların götürülməsi, hazırlanması (konservasiyası) və 



11 

saxlanması qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan 

Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. 

Resipiyent 18 yaşına çatmamışsa, transplantasiyaya onun 

valideynləri və ya qanuni nümayəndəsi tərəfindən yazılı razılıq 

verilir. Resipiyentin həyatı  təhlükədə olarsa, istisna hal kimi onun 

özünün, valideynlərinin və qanuni nümayəndəsinin razılığı alınmaya 

bilər. 


Şəxs sağlığında donorluğa yazılı razılığını bildirərsə, ölümündən 

sonra transplantasiya məqsədi ilə onun orqan və (və ya) 

toxumalarından istifadə oluna bilər.  Şəxs bu məsələyə münasibətini 

bildirməyibsə, ölümündən sonra yaxın qohumlarının və ya qanuni 

nümayəndələrinin icazəsi ilə onun orqan və (və ya) toxumalarının 

götürülməsinə yol verilir. 

Donorun orqan və (və ya) toxumaların götürülməsi nəzərdə 

tutulan tibb müəssisəsindən planlaşdırılan tibbi əməliyyatla bağlı 

gözlənilən ağırlaşmalar barədə tam və obyektiv məlumat almaq, bu 

əməliyyatla bağlı dövlət tibb müəssisələrində pulsuz müalicə  və 

reabilitasiya olunmaq, o cümlədən dərman vasitələri ilə pulsuz təmin 

olunmaq və donorluqla əlaqədar  əlil olarsa, qanunvericiliyə uyğun 

olaraq pensiya almaq hüquqları vardır. 

Orqan və (və ya) toxumalarının köçürülməsinə razılıq verən 

donor özünün zərərli vərdişləri və ona məlum olan xəstəlikləri barədə 

məlumat verməlidir. 

Donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqan 

və (və ya) toxumalardan isə o miqdarda və həcmdə götürmək olar ki, 

donorun həyatı üçün təhlükəli hallar, yaxud onun sağlamlığında 

bərpaolunmaz pozğunluqlar yaranmasın. 

Donor və resipiyentin razılığı olmadan tibb işçilərinin 

transplantasiya barədə məlumat yaymaları qadağandır. 

İnsan orqan və (və ya) toxumaları alqı-satqı obyekti ola bilməz. 

Bu müddəalar toxuma komponentlərindən hazırlanmış köçürmə 

materiallarına və preparatlara şamil edilmir. 

15 yanvar 2000-ci il tarixdə  “İnsan orqan və (və ya) 

toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikası 

Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası 

Prezidentinin Fərmanı imzalanmışdır.  



12 

Bu Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 

“İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” 

Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş 

transplantasiya obyekti olan orqan və (və ya) toxumaların 

siyahısının, orqan və (və ya) toxumaların transplantasiyasının 

qaydaları  və  şərtlərinin, habelə onun həyata keçirildiyi 

ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısının, orqan və (və ya) 

toxumaların götürülməsi, hazırlanması (konservasiyası) və 

saxlanılması qaydalarının təsdiq edilməsi tapşırılmışdır. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 168 nömrəli  

13 sentyabr 2000-ci il tarixli Qərarı ilə “Transplantasiya obyekti olan 

orqan və (və ya) toxumaların Siyahısı”, 37 nömrəli 7 mart 2005-ci il 

tarixli Qərarı ilə “Əlillərə, məcburi köçkünlərə, qaçqın və ya məcburi 

köçkün (ölkə daxilində köçürülmüş  şəxsin) statusunu almış 

müvəqqəti yaşayış yerində və xəstəxanalarda olan qocalara, uşaqlara, 

aztəminatlı  və ailə başçısını itirmiş  şəxslərə, fövqəladə hallarda 

insanların xilas edilməsində  və tibbi yardım göstərilməsində  iştirak 

edərkən ziyan çəkmiş  vətəndaşlara, Azərbaycan Respublikasının 

HİV/AİDS-lə  xəstələnmiş  vətəndaşlarına, orqan və (və ya) 

toxumaların götürülməsi zamanı əməliyyatla bağlı donorlara tibbi və 

əlil, əqli və ya fiziki çatışmazlıqları olan uşaqlara tibbi, defektoloji və 

psixoloji yardımın (xidmətin) göstərilməsi Qaydası”, 38 nömrəli  

7 mart 2005-ci il tarixli Qərarı ilə “20 Yanvar əlillərinin, milli 

münaqişə  zəminində  əlil olanların,  əlil uşaqların və digər 

kateqoriyalardan olan I və II qrup əlillərin, Çernobıl AES-də  qəza 

nəticəsində köçürülmə günü ana bətnində olan uşaqlar da daxil 

edilməklə, uzaqlaşdırma və köçürülmə zonalarından köçürülmüş 

uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il 

aprelin 26-dan sonra doğulmuş  və Çernobıl AES-də  qəzanın 

nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl 

qəzası  nəticəsində  zərər çəkmiş  və birbaşa radioaktiv şüalanmaya 

məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, 

qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş  şəxs) 

statusu almış müvəqqəti yaşayış yerində və xəstəxanalarda qocaların, 

uşaqların,  əlillərin, aztəminatlı  və ailə başçısını itirmiş  şəxslərin, 

HİV/AİDS-lə  xəstələnmiş  vətəndaşların, orqan və (və ya) 

toxumaların götürülməsi zamanı əməliyyatla bağlı donorların dərman 




13 

preparatları ilə  təmin olunması Qaydası”, 187 nömrəli 17 noyabr 

2011-ci il tarixli Qərarı ilə  “İnsan orqan və (və ya) toxumalarının 

transplantasiyası Qaydaları  və  Şərtləri”, “İnsan orqan və (və ya) 

toxumalarının transplantasiyasının həyata keçirildiyi 

ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”, “Transplantasiya 

üçün insan orqan və (və ya) toxumalarının götürülməsi, hazırlanması 

(konservasiyası) və saxlanması Qaydaları” və  “İnsan orqan və (və 

ya) toxumalarının transplantasiyasının zəruriliyi barədə tibbi qərarın 

qəbul edilməsi Qaydası” təsdiq edilmişdir. 




14 


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin