Microsoft Word Beledchi Qaydalar 2015


Narkotik vasitələrin, psixotrop maddələrin və onların



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə13/19
tarix26.12.2016
ölçüsü0,49 Mb.
#3629
1   ...   9   10   11   12   13   14   15   16   ...   19
Narkotik vasitələrin, psixotrop maddələrin və onların 

prekursorlarının dövriyyəsi barədə qanunvericilik aktlarına dair 

BƏLƏDÇİ QAYDALAR 

 

28 iyun 2005-ci il tarixdə “Narkotik vasitələrin, psixotrop 



maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 

Azərbaycan Respublikasının Qanunu imzalanmışdır.  

Bu Qanun narkotik vasitələrin, psixotrop maddələrin və onların 

prekursorlarının dövriyyəsi ilə 

əlaqədar yaranan ictimai 

münasibətləri tənzimləyir, bu sahədə dövlət orqanlarının, fiziki və 

hüquqi şəxslərin hüquq və vəzifələrini müəyyən edir. 

Qanuna uyğun olaraq Azərbaycan Respublikasının  ərazisində 

narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız 

onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar 

fəaliyyətin qarşısının alınması məqsədilə yol verilir. 

Narkotik vasitələrin, psixotrop maddələrin və onların 

prekursorlarının dövriyyəsinə bu Qanunla və ona uyğun olaraq qəbul 

edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və 

qaydada yol verilir. 

Tibbi məqsədlərlə istifadə edilən narkotik vasitələrin Azərbaycan 

Respublikasının  ərazisinə  gətirilməsi yalnız dövlət orqanları 

tərəfindən həyata keçirilir. 

Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, 

onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində 

və istehsalında iştirak edən  şəxslərin fəaliyyəti Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə  nəzərdə tutulmuş qaydada 

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı 

(Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi) tərəfindən verilən 

icazə və ya lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. 

Narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinin və 

onların prekursorlarının idxalının, ixracının, tranzit nəql edilməsinin 

və istehsalının tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının 

müvafiq icra hakimiyyəti orqanı: Azərbaycan Respublikasının 

ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət 

edilən narkotik vasitələrin və psixotrop maddələrin, habelə 

Azərbaycan Respublikasının  ərazisində idxalına, ixracına, tranzit 

nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan 



42 

prekursorların siyahılarının layihələrini tərtib edir (Azərbaycan 

Respublikasının Nazirlər Kabineti); bu Qanuna əsasən narkotik 

vasitələrin və psixotrop maddələrin alınması, saxlanılması, satılması, 

əldə edilməsi, paylaşdırılması, buraxılması, daşınması, göndərilməsi, 

onlardan istifadə edilməsi, habelə narkotik vasitələrin və psixotrop 

maddələrin dövriyyəsinə dair sənədlərin tərtib edilməsi, saxlanılması 

və onların dövriyyəsi ilə  əlaqədar Azərbaycan Respublikasının 

qanunvericiliyi ilə  nəzərdə tutulmuş digər  əməliyyatların həyata 

keçirilməsi qaydasını müəyyən edir (Azərbaycan Respublikasının 

Nazirlər Kabineti); narkotik vasitələrin və psixotrop maddələrin 

təcrübəvi hazırlanması qaydasını  və bu fəaliyyətlə  məşğul olan 

dövlət orqanlarının dairəsini müəyyən edir (Azərbaycan 

Respublikasının Nazirlər Kabineti); Azərbaycan Respublikasının 

qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, 

psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi, 

habelə məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən müvafiq 

icra hakimiyyəti orqanlarının kinoloji xidmətləri tərəfindən narkotik 

vasitələrin axtarışı üzrə aparılan təlimlərdə istifadə olunması 

qaydasını müəyyən edir (Azərbaycan Respublikasının Nazirlər 

Kabineti); narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə 

dair Milli İnformasiya Mərkəzini yaradır; narkotik vasitələrin, 

psixotrop maddələrin dövriyyəsinə  və onların prekursorlarının 

idxalına, ixracına, tranzit nəql edilməsinə  və istehsalına, habelə 

narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində 

iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə 

dair ümummilli məlumat bankını təşkil edir, həmin məlumat bankına 

məlumatların göndərilməsi və oradan məlumatların alınması 

qaydasını müəyyən edir; narkotik vasitələrin və psixotrop maddələrin 

tibbi məqsədlərlə istifadə edilməsi qaydasını  və  şərtlərini, habelə 

narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin 

tətbiq edilməsi qaydasını müəyyən edir; qanunsuz dövriyyədən 

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq 

müsadirə edilmiş, lakin dərman preparatları  şəklində olduğuna və 

tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə  məhv edilməsi 

məqsədəuyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin 

tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi qaydasını 

müəyyən edir; narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz 




43 

dövriyyəsi, onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit 

nəql edilməsi və istehsalı, habelə narkomanlığın yayılması ilə 

mübarizə üzrə  məqsədləri, vəzifələri və  fəaliyyət istiqamətləri, o 

cümlədən tələb olunan maliyyə  vəsaitləri və onların mənbələri 

göstərilməklə dövlət proqramının layihəsini hazırlayır. 

Azərbaycan Respublikasında narkotik vasitələrin və psixotrop 

maddələrin dövriyyəsinə, onların prekursorlarının idxalına, ixracına, 

tranzit nəql edilməsinə  və istehsalına, o cümlədən narkotik 

vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə və onların 

prekursorlarının qanunsuz idxalına, ixracına, tranzit nəql edilməsinə 

və istehsalına dair ümummilli məlumat bankı yaradılır və bununla 

bağlı məlumatlar daxil edilir. 

Azərbaycan Respublikasında narkotik vasitələrin və psixotrop 

maddələrin dövriyyəsinə dair Milli İnformasiya Mərkəzi yaradılır. 

Qanunsuz dövriyyədə olan narkotik vasitələr, psixotrop maddələr 

və onların prekursorları, eləcə də onların qanunsuz hazırlanması üçün 

istifadə edilən alət və avadanlıq, habelə narkotik vasitələrin, 

psixotrop maddələrin qanunsuz dövriyyəsində  və onların 

prekursorlarının qanunsuz idxalında, ixracında, tranzit nəql 

edilməsində və istehsalında istifadə edilən və bunun nəticəsində əldə 

olunan  əmlak və maliyyə  vəsaitləri aşkar edildikdə onlar barəsində 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə  nəzərdə tutulmuş 

tədbirlər görülür. 

Bu Qanun qüvvəyə mindiyi gündən “Narkotik vasitələrin, 

psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə 

mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli Azərbaycan 

Respublikasının Qanunu qüvvədən düşmüş hesab edilmişdir. 

9 avqust 2005-ci il tarixdə “Narkotik vasitələrin, psixotrop 

maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 

Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır.  

Bu Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların 

prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası 

Qanununda nəzərdə tutulmuş narkotik vasitələrin və psixotrop 

maddələrin alınması, saxlanılması, satılması,  əldə edilməsi, 

paylaşdırılması, buraxılması, daşınması, göndərilməsi, onlardan 




44 

istifadə edilməsi, habelə narkotik vasitələrin və psixotrop maddələrin 

dövriyyəsinə dair sənədlərin tərtib edilməsi, saxlanılması və onların 

dövriyyəsi ilə  əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi 

ilə  nəzərdə tutulmuş digər  əməliyyatların həyata keçirilməsi 

qaydasının, narkotik vasitələrin və psixotrop maddələrin təcrübəvi 

hazırlanması qaydasının və bu fəaliyyətlə  məşğul olan dövlət 

orqanlarının dairəsinin, Azərbaycan Respublikasının 

qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, 

psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi 

qaydasının, narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə 

və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə 

və istehsalına, habelə narkotik vasitələrin və psixotrop maddələrin 

qanunsuz dövriyyəsində  iştirak edən, o cümlədən narkomanlıq 

xəstəliyinə düçar olan şəxslərə dair ümummilli məlumat bankına 

məlumatların göndərilməsi və oradan məlumatların alınması 

qaydasının, narkotik vasitələrin və psixotrop maddələrin tibbi 

məqsədlərlə istifadə edilməsi qaydasının və  şərtlərinin, habelə 

narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin 

tətbiq edilməsi qaydasının, qanunsuz dövriyyədən Azərbaycan 

Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, 

lakin dərman preparatları  şəklində olduğuna və tibbi məqsədlərlə 

istifadə oluna biləcəyinə görə məhv edilməsi məqsədəuyğun olmayan 

narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə 

istifadə edilməsi üçün təhvil verilməsi qaydasının, narkomanlıq 

xəstəliyinə düçar olan şəxslərin müalicəsində istifadə olunan 

əvəzedici müalicə proqramlarının tətbiqinin  şərtlərinin və 

qaydalarının, Azərbaycan Respublikasının  ərazisindən tranzit keçən 

xəstənin müalicə məqsədilə narkotik vasitələr və psixotrop maddələr 

aparması qaydasının və onlardan istifadə miqdarı  həddinin, 

Azərbaycan Respublikasının  ərazisindən tranzit keçən xəstənin 

müalicəni davam etdirmək üçün narkotik vasitələrə  və psixotrop 

maddələrə yaranmış  əlavə  tələbatının ödənilməsi qaydasının, 

baytarlıq məqsədləri üçün lazım olan narkotik vasitələrin, psixotrop 

maddələrin və onların prekursorlarının siyahısının və onlardan 

istifadə qaydalarının, elmi məqsədlərlə  və  tədris məqsədləri ilə 

narkotik vasitələrdən və psixotrop maddələrdən istifadənin həyata 

keçirilməsi qaydasının, jurnalların aparılması  və saxlanılması 




45 

qaydasının, peşə növlərinin və vəzifələrin siyahısının, şəxslərin tibbi 

müayinədən (tibbi yoxlamadan) keçməsi qaydalarının,  şəxsin tibbi 

müayinədən keçməsi qaydalarının və ixtisaslaşdırılmış tibb 

müəssisəsində  məcburi müalicənin  şərtlərinin və qaydalarının 

müəyyən edilməsi tapşırılmışdır. 

2 may 2007-ci il tarixdə “Narkotik vasitələrin, psixotrop 

maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 

Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi 

barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı 

imzalanmışdır.  

1 dekabr 1998-ci il tarixdə “Birləşmiş Millətlər Təşkilatının 

Narkotik vasitələr haqqında Vahid Konvensiyasına qoşulmaq 

barədə” Azərbaycan Respublikasının Qanunu imzalanmışdır. 

28 iyun 2005-ci il tarixdə Azərbaycan Respublikasının ərazisində 

dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış  və  nəzarət edilən 

narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan 

Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə 

və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların 

siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının 

Qanunu imzalanmışdır. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 135 nömrəli  

7 avqust 2000-ci il tarixli Qərarı ilə “Narkotik sərxoşluq 

vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı 

və insan bədəni daxilində narkotik vasitələrin və psixotrop 

maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi məqsədi ilə 

tibbi müayinənin keçirilməsi Qaydası”, 18 nömrəli 16 yanvar 2001-ci 

il tarixli Qərarı ilə  “İstifadə edilməsinin məqsədi göstərilməklə 

dövriyyəsinə Azərbaycan Respublikasının  ərazisində yol verilən 

narkotik vasitələrin və istifadə edilməsinin məqsədi göstərilməklə 

dövriyyəsinə Azərbaycan Respublikasının  ərazisində yol verilən 

psixotrop maddələrin siyahıları”, 83 nömrəli 21 aprel 2001-ci il 

tarixli Qərarı ilə “Narkotik vasitələrin və psixotrop maddələrin 

istehsalında istifadə edilən və dövriyyəsinə  nəzarət edilən 

avadanlığın siyahısı”, 57 nömrəli 13 may 2003-cü il tarixli Qərarı ilə 

“Narkotik vasitələrin, psixotrop maddələrin saxlanılması, alınması, 

satılması,  əldə edilməsi, bölüşdürülməsi, buraxılması, daşınması, 

göndərilməsi, onlardan istifadə edilməsi, habelə narkotik vasitələrin, 




46 

psixotrop maddələrin dövriyyəsinə dair sənədlərin tərtib edilməsi, 

saxlanılması  və onların dövriyyəsi ilə  əlaqədar qanunvericiliklə 

nəzərdə tutulmuş digər  əməliyyatların həyata keçirilməsi Qaydası”, 

181 nömrəli 6 oktyabr 2005-ci il tarixli Qərarı ilə “Azərbaycan 

Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş 

narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 

məhv edilməsi Qaydası", “Narkotik vasitələrin, psixotrop maddələrin 

dövriyyəsinə  və onların prekursorlarının idxalına, ixracına, tranzit 

nəql edilməsinə və istehsalına, habelə narkotik vasitələrin və 

psixotrop maddələrin qanunsuz 

dövriyyəsində  iştirak edən, o 

cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair 

ümummilli məlumat bankına məlumatların göndərilməsi və oradan 

məlumatların alınması Qaydası” və “Qanunsuz dövriyyədən 

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq 

müsadirə edilmiş, lakin dərman preparatları  şəklində olduğuna və 

tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə  məhv edilməsi 

məqsədəuyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin 

tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”, 

39 nömrəli 9 fevral 2006-cı il tarixli Qərarı ilə “Narkotik vasitələrin 

və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası 

və  şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər 

barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”, 49 nömrəli  

16 fevral 2006-cı il tarixli Qərarı ilə “Narkotik vasitələrin və 

psixotrop maddələrin sayı  və  vəziyyəti haqqında jurnalların 

aparılması  və saxlanılması Qaydası”, 136 nömrəli 5 iyun 2006-cı il 

tarixli Qərarı ilə “Baytarlıq məqsədləri üçün lazım olan narkotik 

vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının siyahısı 

və onlardan istifadə Qaydaları” 162 nömrəli 1 iyul 2006-cı il tarixli 

Qərarı ilə “Azərbaycan Respublikasının  ərazisindən tranzit keçən 

xəstənin müalicəni davam etdirmək üçün narkotik vasitələrə  və 

psixotrop maddələrə yaranmış əlavə tələbatının ödənilməsi Qaydası”,  

163 nömrəli 1 iyul 2006-cı il tarixli Qərarı ilə “Azərbaycan 

Respublikasının  ərazisindən tranzit keçən xəstənin müalicə 

məqsədilə narkotik vasitələr və psixotrop maddələr aparması Qaydası 

və onlardan istifadə miqdarı həddi”, 17 nömrəli 29 yanvar 2007-ci il 

tarixli Qərarı ilə “Onkoloji xəstələrin müalicəsi üçün illik ayrılan 

dərman vasitələrinin, o cümlədən narkotik və qeyri-narkotik 



47 

ağrıkəsici preparatların siyahısı  və miqdarı” və 39 nömrəli 19 mart 

2009-cu il tarixli Qərarı ilə Azərbaycan Respublikasının 

qanunvericiliyinə uyğun olaraq məhv edilməsi nəzərdə tutulan 

narkotik vasitələrdən müvafiq icra hakimiyyəti orqanlarının kinoloji 

xidmətləri tərəfindən narkotik vasitələrin axtarışı üzrə aparılan 

təlimlərdə istifadə olunması Qaydası” təsdiq edilmişdir. 

24 iyun 2013-cü il tarixdə “Narkotik vasitələrin, psixotrop 

maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə  və 

narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət 

Proqramı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası 

Prezidentinin Sərəncamı imzalanmışdır. 

Azərbaycan Respublikası  Səhiyyə Nazirliyinin 118 nömrəli  

25 oktyabr 2013-cü il tarixli əmri ilə “Narkotik vasitələrin, psixotrop 

maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə  və 

narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət 

Proqramı”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası 

Səhiyyə Nazirliyinin Tədbirlər Planı təsdiq edilmişdir. 

 



48 


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin