Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının "01" iyul 2013-cü il tarixli



Yüklə 311.89 Kb.
Pdf просмотр
tarix31.01.2017
ölçüsü311.89 Kb.

                                                                                                            

                                                                           

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

Kollegiyasının “01” iyul 2013-cü il tarixli

25 nömrəli qərarı ilə təsdiq edilmişdir 

 

 



4 nömrəli əlavə  

 

Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra 



ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün 

müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament 

1. Ümumi müddəalar 

  

1.1. Elektron xidmətin adı: Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, 

diplomdan  sonra  ixtisaslaşma  keçən  tibb  və  əczaçılıq  işçilərinin  işə  buraxılması 

üçün müraciətin və sənədlərin qəbulu. 



1.2. Elektron  xidmətin  məzmunu: Bu  elektron  xidmətin  göstərilməsi  

xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən 

tibb  və  əczaçılıq  işçilərinin  işə  qəbul  edilməsi  üçün  müraciətin  və  sənədlərin 

qəbulundan və nəticəsi barədə istifadəçiyə məlumat verilməsindən ibarətdir. 



1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: 

1.3.1. “Əhalinin 

sağlamlığının 

qorunması 

haqqında” 

Azərbaycan 

Respublikası Qanununun 46-cı maddəsinin beşinci hissəsi; 



1.3.2. Azərbaycan  Respublikası  Prezidentinin  2006-cı  il  25  may  tarixli  413 

nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 

haqqında Əsasnamə”nin 8.27-ci bəndi; 

1.3.3. “Dövlət  orqanlarının  elektron  xidmətlər  göstərməsinin  təşkili 

sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci 

il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi; 

1.3.4.  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  1999-cu  il  12  yanvar 

tarixli  5  nömrəli  Qərarı  ilə  təsdiq  edilmiş  “Xarici  ölkələrdə  hazırlıq  alan  tibb  və 

əczaçılıq  işçilərinin  Azərbaycan  Respublikasında  tibb  və  əczaçılıq  fəaliyyəti  ilə 

məşğul olmağa buraxılması Qaydası”nın birinci hissəsi; 



1.3.5. Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2011-ci  il  24  noyabr 

tarixli  191  nömrəli  Qərarı  ilə  təsdiq  edilmiş  “Elektron  xidmət  növlərinin 

Siyahısı”nın 14.10-cu bəndi. 

1.4. Elektron  xidməti  göstərən  dövlət  qurumunun  adı: Azərbaycan 

Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra – “Nazirlik”) 



1.5. Elektron xidmətin digər icraçıları: yoxdur. 

1.6.  Elektron  xidmətin  avtomatlaşdırılma  səviyyəsi: Elektron  xidmət 

qismən avtomatlaşdırılmışdır. 



1.7. Elektron xidmətin icra müddəti: 1(bir) ay.  

1.8.  Elektron  xidmətin  göstərilməsinin  nəticəsi: Xarici  ölkələrdə  ali  və 

orta  ixtisas  təhsili  almış,  diplomdan  sonra  ixtisaslaşma  keçən  tibb  və  əczaçılıq 

işçilərinin müvafiq fəaliyyətlə məşğul olmaq üçün müraciətlərinin və sənədlərinin 

elektron  formada  qəbul  ediməsi  və  müraciət  etmiş  şəxsə  Nazirlik  tərəfindən 

Azərbaycan  Respublikasında  tibb  və  əczaçılıq  fəaliyyəti  ilə  məşğul  olmağa 

buraxılması barədə şəhadətnamə verilməsi. 

  

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi 

  

2.1. Elektron xidmətin növü: interaktiv. 



2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz. 

2.3. Elektron xidmətin istifadəçiləri: fiziki şəxslər. 

2.4.  Elektron  xidmətin  təqdim  olunma  yeri: 

http://www.health.gov.az

http://www.e-gov.az 



2.5. Elektron xidmət barədə məlumatlandırma: 

İnternet ünvanı: 

http://www.health.gov.az

; http://www.e-gov.az 

Elektron poçt: 

office@e-health.gov.az

 

Telefon: 012 431-38-28 



2.6. Elektron  xidmətin  göstərilməsi  üçün  tələb  olunan  sənədlər  və 

onların təqdim olunma forması: 

2.6.1.  elektron  xidmətin  göstərilməsi  üçün  tələb  olunan  sənədlər  dövlət 

orqanlarının informasiya ehtiyatında olduqda: 

2.6.1.1.  istifadəçi  Azərbaycan  Respublikası  vətəndaşıdırsa  –  Azərbaycan 

Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin nömrəsi və pin kodu. 

2.6.1.2.  Azərbaycan  Respublikasının  ərazisində  daimi  yaşayan  vətəndaşlığı 

olmayan  şəxslər  üçün  –  onlara  verilən  şəxsiyyət  vəsiqəsinin  və  ya  Azərbaycan 

Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin nömrəsi və pin 

kodu; 

2.6.1.3.  Azərbaycan  Respublikasının  ərazisində  müvəqqəti  yaşamaq  üçün 



icazə  almış  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  üçün  –  Azərbaycan 

Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin nömrəsi və 

pin kodu; 

2.6.2.  elektron  xidmətin  göstərilməsi  üçün  tələb  olunan  məlumatlar  və 

sənədlər dövlət orqanlarının informasiya ehtiyatında olmadıqda: 

2.6.2.1. xarici tibb və ya əczaçılıq təhsili müəssisəsinin diplomunun, yaxud 

onu əvəz edən sənədin, diploma əlavənin elektron formada surəti; 


2.6.2.2. olduğu halda diplomdan sonra keçdiyi hər hansı bir ixtisaslaşma və 

ya təkmilləşdirmə barədə aldığı praktiki və elmi dərəcəsi barədə sənədin elektron 

formada surəti; 

2.6.2.3. olduğu halda iş fəaliyyətini dəqiqləşdirən sənədin elektron formada 

surəti; 

Qeyd:  xarici  ölkələrdə  alınmış  sənədlər  Azərbaycan  dilinə  tərcümə  və 

notarial qaydada təsdiq edilməklə təqdim olunmalıdır. 

  

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar 



  

3.3.           Elektron xidmətlər üçün sorğu: 

3.1.1  Sorğunun  formalaşdırılması: İstifadəçi,  elektron  xidmətin  təqdim 

edildiyi  internet  səhifəsində  elektron  ərizə  formasını  doldurur  və  bu  reqlamentin 

2.6-cı  bəndində  göstərilən  sənədləri  ərizəyə  əlavə  kimi  həmin  internet  səhifəsinə 

yükləyir. 



3.1.2.  Sorğunun  qəbulu: Sorğu  internet  səhifəsinə  daxil  olduğu  gün 

qeydiyyata  alınır  və  sorğunun  qəbul  edilməsi  ilə  bağlı  istifadəçinin  elektron 

poçtuna dərhal bildiriş göndərilir. 

3.4.           Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi: 

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: 

İstifadəçi  tərəfindən  ərizə  forması  tam  doldurulmadıqda,   bu  reqlamentin 

2.6-cı bəndində göstərilən sənədlər internet səhifəsinə yüklənmədikdə və ya təqdim 

olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə sorğunun yerinə yetirilməsindən 

imtina edilir və imtinanın səbəbləri barədə ərizəçi dərhal məlumatlandırılır. 

Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin bu elektron xidmət 

növünə yenidən müraciət etməsinə mane olmur. 

3.2.2.  Sorğunun  qəbulu: İmtina  üçün  əsaslar  olmadıqda  sorğunun  qəbul 

edilməsi barədə ərizəçinin elektron poçt ünvanına bildiriş göndərilir. 



3.3. Sorğunun icrası: 

3.3.1.  Ardıcıl  hər  bir  inzibati  əməliyyat,  o  cümlədən  məsul  şəxs 

haqqında məlumat: 

Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-

cü  il  27  sentyabr  tarixli  935  nömrəli  Fərmanı  ilə  təsdiq  edilmiş  “Dövlət 

hakimiyyəti  orqanlarında,  idarə,  təşkilat  və  müəssisələrində  kargüzarlığın 

aparılmasına  dair  Təlimat”a  uyğun  olaraq  dərhal  qeydiyyata  alınır  və  baxılması 

üçün Nazirliyin Kadrlar, elm və təhsil şöbəsinə ünvanlanır. 



3.3.2.  Hər  bir  inzibati  əməliyyatın  məzmunu,  yerinə  yetirilmə  müddəti 

və/və ya maksimal yerinə yetirilmə müddəti: 

3.3.2.1.  İstifadəçi  Nazirliyə  müraciət  edilməsi  üçün  müraciət  forması 

doldurulub, tələb olunan sənədləri ərizəyə əlavə kimi yükləyib onlayn rejimdə 

göndərir,  müraciətin  qeydiyyata  götürülməsi  haqqında  avtomatik  rejimdə 

istifadəçiyə bildiriş göndərilir. 

3.3.2.2.   Avtomatik  rejimdə  müraciət  Nazirliyinin  Kadrlar,  elm  və  təhsil 

şöbəsinin proqramına daxil olur. 

3.3.2.3.  Nazirliyin Kadrlar, elm və təhsil şöbəsi proqram təminatına düşmüş 

müraciəti qəbul edir, ərizəyə əlavə kimi yüklənmiş sənədləri yoxlayır və 1 ay 

müddətində  təqdim  olunan  sənədlərə  əsasən  istifadəçinin  Azərbaycan 

Respublikası  ərazisində  tibb  və  ya  əczaçılıq  fəaliyyəti  ilə  məşğul  olmağa 

buraxılıb-buraxılmaması barədə qərar qəbul edir və nəticəsi barədə istifadəçinin 

qeydiyyat zamanı göstərdiyi elektron poçt ünvanına bildiriş göndərilir. 

3.3.2.4. Bundan sonra həmin qərara əsasən Azərbaycan Respublikasında tibb 

və 


əczaçılıq 

fəaliyyəti 

ilə 

məşğul 


olmağa 

buraxılması 

barədə 

şəhadətnamə rəsmiləşdirilərək birbaşa istifadəçiyə göndərilir. 



  

3.3.3.  İnzibati  əməliyyatda  iştirak  edən  digər  dövlət  orqanı  haqqında 

məlumat: Yoxdur. 

             3.3.4.  hər  bir  inzibati  prosedurun  nəticəsi  və  onun  verilməsi 

qaydası:   Sorğuya  və  ona  əlavə  edilən  sənədlərə  baxıldığı  zaman  aradan 

qaldırılması  mümkün  olan  və  imtina  üçün  əsas  olmayan  çatışmazlıqlar  aşkar 

edildikdə bu barədə ərizəçiyə 5 gündən gec olmayaraq yazılı məlumat verilir. Qeyd 

olunan  çatışmamazlıqlar  istifadəçi  tərəfindən  5  gün  müddətində  aradan  qaldırılır. 

Təkrar  sorğu  ilə  müraciət  edildikdən  sonra  sənədlərə  baxılır  və  müvafiq  qərar 

qəbul edilir. 

  

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: 

3.4.1. Nəzarət 

forması: Kargüzarlıq, 

daxil 


olan 

müraciətlərin 

avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi. 

3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 

sentyabr  tarixli  935  nömrəli  Fərmanı  ilə  təsdiq  edilmiş  “Dövlət  hakimiyyəti 

orqanlarında,  idarə,  təşkilat  və  müəssisələrində  kargüzarlığın  aparılmasına  dair 

Təlimat”la  müəyyən  edilmiş  qaydada.  Elektron  xidmətin  yerinə  yetirilməsinə 

nəzarəti Nazirliyin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi həyata keçirir. 

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: 

3.5.1.  İstifadəçinin  şikayət  etmək  hüququ  haqqında  məlumat: İstifadəçi 

elektron  xidmətlə  bağlı  onu  razı  salmayan  istənilən  məsələ  barədə  yuxarı 

səlahiyyətli  orqana  (vəzifəli  şəxsə)  inzibati  qaydada  və  məhkəməyə  şikayət  edə 

bilər. 


3.5.2.  Şikayətin  əsaslandırılması  və  baxılması  üçün  lazım  olan 

informasiya: Şikayət kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız 

üzərində şikayət Nazirliyin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-

ci  bəndində  göstərilən  elektron  poçt  ünvanına  göndərilməlidir.  Şikayətdə  fiziki 

şəxsin  adı,  atasının  adı,  soyadı,  ünvanı,  poçt  və  ya  elektron  poçt  ünvanı,  işlədiyi 

yer göstərilməlidir. 

3.5.3.  Şikayətin  baxılma  müddəti: Şikayətə  “İnzibati  icraat  haqqında” 

Azərbaycan  Respublikası  Qanununun  78.1-ci  maddəsinə  əsasən  1  ay  müddətində 

baxılır. 

 


                                                                      

 

Azərbaycan  Respublikası  Səhiyyə 

Nazirliyinin  “Xarici  ölkələrdə  ali  və  orta  

ixtisas  təhsili  almış,  diplomdan  sonra 

ixtisaslaşma  keçən  tibb  və  əczaçılıq 

işçilərinin işə buraxılması Komissiyası”na 

 

                                                                   



.  

                                     ünvanında 

yaşayan  

                                                   

tərəfindən  

                (ASA) 

 

 

                                           Ərizə 



 

_____________(ölkənin adı) aldığım                      ixtisası üzrə tibb 

fəaliyyəti ilə məşğul olmağa icazə verməyinizi xahiş edirəm. 

 

 



 

 

___________________  (ASA)  



                                                                            imza 

 

 



Каталог: uploads -> media
media -> R. T. Qurbanov
media -> Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının "15" may 2014-cü il tarixli
media -> Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının "15" may 2014-cü il tarixli
media -> Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının "15" may 2014-cü il tarixli
media -> “Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində işə
media -> Verilməsi” elektron xidmətin təlimatı
media -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının "01" iyul 2013-cü il tarixli
media -> Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının "15" may 2014-cü il tarixli
media -> Rentgen kabinetinin istismarına icazə verən sanitariya-epidemioloji rəyin verilməsi üzrə
media -> Doğum kontrolü! Önemli bilgiler


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə