Büdcə gəlirlərinin təsnifatı



Yüklə 22,37 Kb.
tarix02.01.2022
ölçüsü22,37 Kb.
#36265
16. Büdcə gəlirləri


Büdcə gəlirləri – dövlətin funksiyalarının yerinə yeti­ril­mə­­si üçün mərkəzləşdirilmiş maliyyə vəsaitləridir. Onlar pul və­­sait­ləri fondlarının formalaşması prosesində dövlətlə hüquqi və fiziki şəxslər arasında yaranmış iqti­sa­­di münasibətləri əks et­di­rir və müxtəlif səviyyəli hakimiyyət or­­qan­larının fəa­liy­yə­tinin həyata keçirilməsinə xidmət edir.

Büdcə gəlirlərinin tərkibi, pul vəsaitlərinin büdcəyə sə­fərbərliyə alınma formaları təsərrüfatçılıq sistemi və me­tod­la­rından, habelə dövlətin qarşısında duran iqtisadi vəzi­fə­lər­dən asılı olaraq müəyyənləşdirilir. Büdcə gəlirləri bir tərəfdən ÜDM-un dəyərinin geniş təkrar istehsal prosesinin müxtəlif iştirakçıları arasında bölgüsünün nəticəsi kimi, digər tərəfdən isə dövlətin əlində cəmləşdirilmiş dəyərin sonrakı bölgüsünün obyekti kimi çıxış edir. Ölkənin dövlət quruluşundan asılı olaraq büdcə gəlir­lə­ri mərkəzi (dövlət) büdcənin və yerli büd­cə­lərin gəlirlərini təş­­­kil edir.

Büdcə gəlirləri dövlət gəlirlərindən fərqli olaraq daha dar məna kəsb edir. Dövlət gəlirlərinə bütün səviyyəli büd­cə­lə­­­rin maliyyə vəsaitləri, habelə büdcədənkənar fond­­ların və bü­tün dövlət sektorunun vəsaitləri daxildir. Büdcə gə­­lir­lərinin əsas maddi mənbəyini milli gəlir təşkil edir. Əgər ma­­liyyə tə­lə­batının ödənilməsi üçün bu vəsait kifayət et­məz­sə, dövlət mil­li sərvəti maliyyələşdirməyə cəlb edir. Milli gə­li­rin bölüş­dü­rülməsinin əsas hissəsi vergilər vasitəsilə bö­lüş­dü­­rülür. Döv­lət büdcəsi gəlirlərində vergilərdən daxilolmalar onun 9/10 hissəsini təşkil edir. Büdcə gəlirləri dedikdə – müvafiq qanunvericilik akt­la­­rı ilə müəyyən olunmuş qaydada dövlət büdcəsinə, Nax­çı­van MR-nın büdcəsinə və yerli (bələdiyyə) büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmaların məc­mu­­­­su başa düşülür.


  1. Büdcə gəlirlərinin təsnifatı

Dövlət büdcəsi gəlirlərinin təsnifatı müxtəlif səviy­yə­­li büdcələrin gəlirlərinin qruplaşmasını təşkil edir və həmin sə­viyyəli büdcələrin gəlirlərinin formalaşması mənbəyini müəy­­­yən edən qanunvericilik aktlarına əsaslanır. Büdcənin gəlirlər bölməsi onların mənbələri və alınması qruplarına görə kon­kret gəlir növlərini birləşdirir. Büdcə gəlirlərini dörd bölmə üzrə təsnifləşdirmək olar:

1. Vergilərdən daxilolmalara Vergi Məcəlləsinə əsa­sən tətbiq edilən vergi növləri üzrə gəlirlər aiddir;

2. Vergi olmayan gəlirlərə inzibati tədiyyələr və rü­sum­lar, cərimə və sanksiyalar və vergi olmayan sair da­xil­ol­ma­lar aiddir;

3. Əsaslı gəlirlərə əsaslı vəsaitlərin özəlləş­di­ril­mə­sin­dən, dövlət maddi ehtiyatlarının satışından daxilolmalar, qeyri-maddi aktivlərin satışından daxilolmalar və s. da­xil­dir;

4. Rəsmi qaydada alınan vəsaitlərə xaricdən, digər səviyyəli büdcələrdən alınan kreditlər və transferlər aid edilir.




Yüklə 22,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin