Fİlm fiCTİon aprel, №8



Yüklə 5.05 Mb.
Pdf просмотр
səhifə1/5
tarix01.01.2017
ölçüsü5.05 Mb.
  1   2   3   4   5

 



Film Fiction | Aprel, №8 

 


 



Film Fiction | Aprel, №8 



FİLM FİCTİON 

 

Aprel, №8 



 

 

Film Fiction  

2012 / Aprel №8 

 

Üz qabığındakısimalar: Çarli Çaplin 

 

 

REDAKTOR: Şahin Xəlil 



DİZAYN: Ferat, Violet 

YAZARLAR: Ferat, Şahin Xəlil 

Məcid Məcidov, Mətləb Muxtarov 



TƏRTİBAT: Ferat 

KORREKTOR: Gülarə Abdullayeva 

 

 



 

 

 



 

 

 



№8 

 

Salam hörmətli oxucular. Aprel ayı sayımızı 

artıq oxuyursuz. Düzdü ay başa çatır və 

jurnalın gecikməsi səbəbləri var idi. Belə ki, 

"Film Fiction" olaraq kinomanlar üçün çox 

zövqlü layihə üzərində çalışırıq. Bu say 

həmişəki kimi çox maraqlı olacaq və bir faktı 

da eyd edək ki, məşhur kino adamlarının bir 

çoxu məhz apreldə doğulublar və biz də 

ənənəmizə xilaf çıxmadan jurnalı kino 

fədailərindən birinə həsr edirik. Bu sayımız 

Azərbaycan kinosunun kraliçası Nəsibə 

Zeynalovaya həsr olunur. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



e-mail: 

film.fiction@box.az

                                        

facebook səhifəsi: 

facebook.com/fiction.magazine                                                      

facebook.com/filmoqrafiya                                                                    İnformasiya dəstəyi: 

twitter hesabı:                                                                                    

twitter.com/filmfiction    

 

Jurnaldakı məqalələrdən istifadə 



edərkən müəllif hüquqlarını 

qorumaq mütləqdir. Hər bir yazıya 

görə müəllif məsuliyyət daşıyır.     

                                                                                                                                               facebook.com/kinomansan 

Film Fiction © 2011-2012


 



Film Fiction | Aprel, №8 

Bu sayımızda 

Səhifə 4 / Rejissor: 

Charlie Chaplin 

Müəllif:  

 

Səhifə 10 / Aktyor: Adrien 



Brody 

Müəllif: Ferat 

 

Səhifə 12 / Aktrisa: Uma 



Thurman 

Müəllif: Ferat 

 

Səhifə 15/ TOP 30 



Müəllif : Şahin Xəlil 

 

Səhifə 25 / 20th Century 



Fox  

Müəllif: Məcid Məcidov 

 

Səhifə 26 / Michel 



Hazanavicius və 

Bérénice Bejo ilə 

müsahibə 

Müəllif: Ferat 

 

Səhifə 30 / Sitatlar 



Müəllif: Ferat 

 

Səhifə 34/ Screwball 



Müəllif: Ferat 

 

Səhifə 36 / Nəsibə 



Zeynalova 

Mənbə: azeriart.net 

 

Səhifə 38/ John  Williams 



Müəllif: Məcid Məcidov 

Səhifə 40 / Kavşak 

Müəllif:  

 

Səhifə 42 / Masumiyet 



Müəllif:  

 

Səhifə 43 / To Kill a 



Mockingbird 

Hazırladı: Məcid Məcidov 

 

Səhifə 44/ Afişa 



Hazırladı: Ferat 

 


 



Film Fiction | Aprel, №8 



CHARLİE 

CHAPLİN

 

 



 

 

«Həmin gecə mən Nyu-Yorkun küçələrində 



avaralanırdım – Çarli Çaplin öz memuarında 

yazır, — mağazaların vitrinlərini gözdən keçirir, 

məqsədsiz-filansız tinlərdə dayanırdım. Nə baş 

verirdi? Mən şöhrətin zirvəsindəydim. Bax, indi 

mən — yaxşı geyinmiş cavan oğlan hara 

gedəcəyimi bilmirəm. Hamı məni tanıyır, amma 

mən heç kimi tanımıram. Nədənsə özümə çox 

yazığım gəldi». Bu, Çaplinin Los-Ancelesdən 

«Esseney» firmasıyla kontrakt bağlayıb 

qayıtdığı gündü. Orda olarkən o, bilmirdi ki, 

filmləri Nyu-Yorkda görünməz dərəcədə 

məşhurdur. Arzuları çin olurdu. «Myuçel»lə 

bağladığı üçüncü — 670 min dollarlıq 

kontraktdan sonra kasıblıq və təhqirlərdən 

canını birdəfəlik qurtarmış olacaqdı.  

 

 

Artist oğlu, artist! 

  

Çarlinin uşaqlığı o dövrdə hamınınkı 



kimi kasıb, ac, qəddar və tənha uşaqlıq idi. Elə  

 

bil gələcək filmləriyçün material toplayırdı. 



Ucuzvari varyetenin aktrisası olan anası səsini 

tez itirdiyindən teatrı atıb tikiş tikməklə qəpik-

quruş qazanırdı. Aktyor olan atası onları atanda 

Çarli bir yaşındaydı. Uşaqlarını saxlaya 

bidməyən ana onları yetimxanaya verib özü 

küçələrdə sülənməklə dolanmağa başladı. 

Atasının ölümündən sonra məktəbi də atan 

Çarli işləməyə başlayır. Bu vaxt anası artıq 

psixiatrik xəstəxanada yerləşdilirmişdi. Çarli 

qəzet satır, oyuncaq yapışdırır, mətbəədə 

işləyir, hətta həkimin qəbul otağında da 

çalışırdı. Hələ uşaqkən anasının çıxışlarını 

izləyən Çarli oxuyub oynamaq öyrənmişdi. 

Anasını səsi batan gün balaca Çarli ilk dəfə 

səhnəyə atılıb gülməli mahnı oxumaqla 

vəziyyəti xilas edə bilmişdi. Nəhayət o, 

ürəklənib teatr agentliyinə balaca oğlançün iş 

soraqlaşmağa gedir. Artıq 12 yaşında onun ilk 

teatr rolu vardı. 

 

 



Əlahəzrət Uşaq... 

 

 Amerikaya gələn kimi Çarli bu ölkəyə 



valeh olur. «Kistoun» firması ona həftədə 150 

dollar verməyi təklif etdiyi dövrdə o, donuz 

saxlamağı arzulayırdı. Onun məşhurluğu artırdı, 

amma rejissorlar Çarlinin sonsuz məsləhət-

lərindən bezərdi. Ona görə də uğuruna arxayın 

olan Çaplin öz ssenrisi üzrə filmləri özü çəkməyi 

qərara alır. Elə həmin tempdə, yəni ayda bir 

ikihissəli film çəkilirdi. 27 yaşlı gənc üçün 

gözlənilən milyonçuluq yuxuda sayıqlama kimi 

gəlirdi. İndi onun katibi, qulluqçusu, avtomobili 

və sürücüsü də vardı.  

 

Ola bilər ki, Çaplinin filmlərini görmə-



yənlər var. Onları görüb bəyənməyənlər də 

tapılar. Amma Çarli Çaplin adını heç olmasa 

qulağının ucuyla eşitməyən çətin ki, olsun. 

Onlar eşidər ki, bu nəsə böyük və qeyri-adi bir 

şeydi. Onun filmləri dünyanın səkkizinci 


 



Film Fiction | Aprel, №8 

möcüzəsi də sayıla bilər. Eynşteyn onu 

„Əlahəzrət Uşaq“ adlandırırdı. Bu uşaq böyümür 

və böyümək də istəmirdi. Balaca, taqətsiz, daim 

ev, sakitlik axtarışında olan avara Çarliyə böyük 

şəhərlər tabe olub baş əyirdi. 

 

 



Şlyapa, iri çəkmə və əl ağacı... 

 

Çaplin enli şalvar və dar pencəyini geyib, 



böyük ayaqqabılarını ayağına, şlyapasını başına 

çəkib əlinə ağacını alır. Çox gəncdi və yaşından 

cavan görünür. Ona görə bığ yapışdırmağa 

məcburbu. Öz qəhrəmanı haqqında dediklərin-

dən: «O, həm avara, həm centlmen, həm şair, həm 

də macəra axtarandır. Arzulayır ki, ona 

inansınlar, guya alimmiş, musiqiçiymiş, yaxud 

hersoqmuş. Yerdən siqaret qırığı götürə, uşağın 

əlindən konfetini ala bilər» 

 

Çarli deyir ki, onu tanıtdıran kostyumu 



ilk dəfə 1914-cü ildə kəşf edib: balaca şlyapa və 

böyük ayaqqabı, enli şalvar və çox dar pencək 

kimi uyuşmayan detallar. Böyük qəmli gözlərsə 

kiçik bığlarıyla kontrastda olmalıydı. Qəribə 

yerişi isə bir qədər sonra tapılıb. Zəif, sadəlöhv, 

köməksiz olan balaca adam hərdən özünü də 

yıxır, amma zəifləri müdaifiə eləməyə, polisə, 

güclülərə qarşı çıxmağa özündə güc tapa bilir. 



«Bütün filmlərimin əsasında belə üslub durur: 

mən mütləq nəsə bir işə düşür, amma tam ciddi 

sifət alıram ki, guya bu, heç nəyi dəyişmir, 

əlimdəki ağacı buraxmıram və əyilmiş papağımı 

düzəldib beş dəqiqə əvvəl baş-ayaq olsam da, 

özümü o yerə qoymuram». 

 

Çaplinin bişmiş ayaqqabıları acgözlüklə 



yeməsi səhnəsini xatırlayaq. İpləri spagetti kimi 

çəngələ dolayır, ayaqqabının altını bifşteks kimi  

 

kəsərək tələsmədən çeynəyir, mıxları çəyirdək  



kimi sümürüb tüpürür. Mimik sənətin daha bir 

şedevri: sevdiyi qızı cəlb eləməkçün çəngələ 

batırılmış iki bulkanın rəqsi. Teodor Xaffın 

dediklərindən: «Arxası kameraya tərəf olanda 



belə o, çiyinləriylə bəzi aktyorların gözləriylə 

deyə biləcəyindən artıq söyləyə bilirdi». 

 

 



«Mən sekslə darıxanda məşğul 

oluram»  

 

Ən böyük faciəsi o idi ki, daim kiçik, 



azyaşlı qızlara meyl eləyirdi. «Mən sekslə 

darıxanda məşğul oluram» deyən Çaplin 

nəticədə 4 evlilk, 11 uşaq və bir hərəmxana 

məşuqələr qazanır. Filmə dəvət elədiyi 

aktrisaların demək olar ki, hamısına vurulub. İlk 

sənət dostlarından olan Edna Pervins isə o 

qədər utancaq və sadə idi ki, təşəbbüsü əlinə ala 

bilmirdi. Çarliyə kənardan bir qədər artıq 

diqqət göstərilsəydi Edna qısqanclıqdan özünü 

xəstəliyə vurar və sevgilisini bütün axşamı onun 

yatağının qarşısında keçirməyə məcbur edərdi.  

 

Tezliklə 16 yaşlı balerina Mildred Xarris 



Ednanın yerini tutdu. Az yaşına baxmayaraq, bu 

qızın zəngin və məşhur rejissora ərə getmək 



 



Film Fiction | Aprel, №8 

məqsədi vardı. Məqsədinə çatmaqçün o, hamıya 

məlum üsulla, yəni hamilə qalmaqla kişini 

ilişdirə bildi. Kaliforniyada azyaşlıları yoldan 

çıxarana 30 illik həbs cəzası var. Hamiləlik 

yalançı olsa da, düz bir ildən sonra Mildrid 

aktyora bir uşaq hədiyyə edə bilir. Üçgünlük 

uşaqları tələf olanda onlar bir-birinə son dərəcə 

nifrət edirdi. Boşanma ərizəsini Mildred özü 

yazmalı olur. Jurnalistlərin çalışqanlığı 

nəticəsində bu boşanma aktyora çox baha başa 

gəldi. Hətta üzərində bir il çalışdığı «Balaca» 

filminin konfiskasiyası barədə də söhbətlər 

gəzirdi. Bunu eşidən Çaplin plyonkanı götürüb 

ölkədən qaçmağa da qərar vermişdi.  

 

 

 



 Lita Qreyə rast gələndə qızın 6 yaşı 

vardı. Neçə illər ərzində Çarli onu gözdən 

buraxmamışdı. «Balaca» filmində mələk 

rolunun ifaçısı 12 yaşlı Lita Qreyə atalıq eləməyi 

ona gətirib çıxarır ki, 15 yaşında bu qız hamilə 

qalaraq eynilə həmin ssenariylə Çarlini ərə gedə 

bilir. Onları qarabaqara izləyən mətbuatı 

azdırıb Meksikada evlənirlər. Bal ayı, deyəsən, 

çox gərgin keçibmiş. Çünki evə qayıdanda 

Çaplin yeni qohumlarını «pul iyinə toplaşmış 

əclaflar» adlandıraraq hamilə qadını elə 

vəziyyətə salır ki, o, özünü platformadan 

atmaqçün addım da atır. Çarli arxadan 

yaxınlaşıb ona «Niyə dayandın?» sualını verir…  

 

İki ildən sonra onların iki uşağı və bir 



torba problemləri vardı. Ayrılmağa ilk addımı 

atan Litanın 42 səhifəlik boşanma ərizəsində 

nələr yoxdu? Bu ərizənin surətini küçədə 25 

sentə almaq olardı. Burda Lita Çaplinlə intim 

həyatlarının bəzi məqamlarını açıqlayırdı. İki 

ildə onun 5 məşuqəsi olubmuş. Dəfələrdə 

tapança ilə arvadını hədələyirmiş. Bir neçə dəfə 

Çaplin ona qrupenseks, hətta auditoriya 

qarşısında sekslə məşğul olmaq təklifləri də 

eləyibmiş… Boşanmadan sonra Çaplin əsəb 

xəstəxanasına düşür. Klinikadan çıxanda 

başında bir dənə də qara tük yoxuydu. Çaplinin 

bioqrafı Coy Milton yazırdı ki, Çarli və Lita Qrey 

arasındakı münasibətlər Nabokovun «Lolita» 

romanının əsasını təşkil edib. Aktyor azadlığı 

üçün bir milyon 125 min dollar aliment, bir 

milyonluq məhkəmə xərci, üstəlik dünyanın ən 

qalmaqallı məqalələriyçün çoxlu material 

verməli oldu. 

 

 



 

 

 1943-cü ildə filmə yeni qəhrəman 



axtaran Çaplinə məşhur dramaturqun qızı Una 

O’Nili təklif edirlər. Şorgöz aktyor 

bioqrafiyasında yazır ki, «onun 17 yaşı olduğunu 

eşidəndə ürəyim düşdü». Axı, onların 36 yaş 

fərqləri vardı. Bu dəfə evlənmək qərarı 

verməkçün ona cəmi bir neçə həftə lazım gəldi. 

 

 



Amerika Çaplinə pedofil və 

kommunist deyirdi 

 

İkinci Dünya müharibəsi zamanı Çaplini 



«Dahi diktator» filmində Hitlerin obrazını 

parodiya elədiyinə və Hitler Almaniyasına qarşı 

cəbhənin açılması çağırışıyla çıxış etdiyinə görə 

kommunist adlandırırdılar. Amerikanın bəzi 

şəhərlərində onun filmləri hətta qadağan 

olunmuşdu. 1952-ci ildə ABŞ tərk edən və 

məzuniyyətə getməsini elan edən aktyoru sonra 

Amerikaya buraxmadılar. Düzdür, həmin 

Amerika 20 ildən sonra Çaplinə «Oskar» 

verməkçün xahiş-minnətlə aktyoru oraya 



 



Film Fiction | Aprel, №8 

gətizdirə bildi. Amerikanın Çaplini 

sevməməsinə sübut onun Coan Berri ilə 

məhkəmə prosesində aydınlaşır. Bu qadınla 

münasibətlərində Çaplin bu dəfə qurban 

rolundaydı. Çaplinin puluyla alınmış biletlə Los-

Ancelesə köçmüş xanım iki ildən sonra bu dəfə 

hamilə qayıdaraq uşağın Çaplindən olduğunu 

sübut etmək məqsədilə məhkəməyə verir. Uşaq 

doğulanda Çaplin artıq evliydi. Qan analizi 

təsdiq elədi ki, bu uşağın Çaplinə heç bir dəxli 

yoxdu. Amma Çaplini «əxlaqsız» adlandıran 

cəmiyyətin rəyinə görə aliment vermək cəzası 

kəsilir. Bu qərardan anlaşılırdı ki, Hollivud heç 

vaxt Çaplini sevməyib. Patriotizmi «ən böyük 

axmaqlıq» adlandıran Çaplinin Amerika 

vətəndaşlığını qəbul etməməsi Hollivuddakıları 

qəzəbləndirirdi. 

 

Hitleri ifşa edən «Dahi diktator» filmi 



ürərində işləyəndə onu xəbərdar eləmişdilər ki, 

başı ağrıya bilər. Burada Çaplin iki rol  

 

 

 



oynamışdı: yəhudi bərbər və qlobusu əlində 

çək-çevir eləyən faşist diktator. «Diktatorun» 

ekrana çıxışından sonra mətbuat yazırdı ki, 

«Çaplin kommunist barmağını gözümüzə 

soxmağa çalışır». Çaplinə qarşı mitinqlərdəki 

plakatlardan: «Çaplin qırmızıların quyruğudur», 



«Çaplin, çoxdandır qonaqsan ha», «Çaplin 

nankordur», «Çaplini Rusiyaya göndərmək 

lazımdı». İkinci dünya müharibəsi illərində 

Çaplin Rusiyaya kömək məqsədilə mitinqlərdə 

iştirak edirmiş. Nitqinin «yoldaşlar» 

müraciətiylə başlaması onu amerikalıların 

gözündə kommunistə çevirdi. 

 

 



Milyonçu və çox məşhur  

  

54 yaşlı Çaplin 17 yaşlı arvadıyla 



Avropaya köçməli olur. Gəmidə artıq iki gün 

üzəndən sonra eşitdi ki, geri qayıtmaq üçün 

yenə də istintaqdan keçməli və mənəvi 

pozğunluğa görə cavab verməlidi. Onda Çaplin 

geri qayıtmamaq qərarına gəlir. Bir neçə ildən 

sonra o da Amerika vətəndaşlığından imtina 

edəcəkdi. Əlbəttə ki, Çaplinin bütün varidatını 

oradan çıxarandan sonra. Dahi komikin qocalığı 

sadə və xoşxasiyyət qadınla tam harmoniya 

şəraitində keçib. Onların 8 uşağı — 3 oğlan və 5 

qızı olur. Gümüş toylarına cəmi bir il qalmış 

sonuncu övladını görəndə Çaplinin 90-a yaxın 

yaşı vardı. 

 

 



  

 

 



1971-ci ildə Kann festivalında xüsusi 

mükafat alır, «Şərəf legionu» ordeninə layiq 

görülür, Venesiyada beynəlxalq festivaldan 

«Qızıl şir»i evinə gətirir. 1972-ci ildə Amerika 

kinoakademiyası ona «Oskar» mükafatı verir. 

 

1974-cü ildə «Mənim həyatım kinoda» 



kitabının təqdimatı olur. Həmin ildə kraliçə 

Çaplinə cəngavər rütbəsi verəndə mərasim 

Çaplinin triumfuna çevrilmişdi. Bu da balaca 

adamın milyonçu və məşhura çevrilməsi 

əhvalatı... 

 

 



Maraqlı faktlar: 

 

 * Çaplinin gözləri maviydi. 



 

 * Çaplin solaxay olub, hətta skripkanı da 

sol əliylə çalırmış. 

 

 * Filmlərindən 10,5 milyon dollar 



qazanıb. 

  

* Amerikada 40 ildən çox yaşasa da bu 



ölkənin vətəndaşı olmayıb. Həmişə Böyük 

Britaniya vətəndaşı olub. 

 

* Həyatında çox qadın olan Çaplin 4 dəfə 



evlənib və 11 uşaq atası olub. 12-ci uşağı 

məhkəmə vasitəsi ilə ona sırımağa çalışsalar da, 

ekspertiza aktyorun uşağın atası olmadığını 

təsdiq edib. Aktyorun sonuncu övladı o 73 

yaşında olanda doğulub. 

 

* Çaplin "Böyük diktator" filmində 



canlandırdığı Adolf Hitlerdən 4 gün böyük idi. 

 



Film Fiction | Aprel, №8 

Deyilənlərə görə, Hitler bığının formasını 

Çaplindən götürüb. 

 

* Çaplin – fotosu Time jurnalının üz 



qabığında təsvir olunan ilk aktyor idi. 1975-ci 

ildə o, cəngavər titulu almışdı. 

 

* Başqa ad altında Çaplinin oxşarları 



müsabiqəsində iştirak edib. Bir versiyaya görə 

aktyor müsabiqədə ikinci, birinə görə üçüncü, 

başqa versiyaya görə isə beşinci yeri tutub. 

 

* Çaplin ayaqlarını 20 min dollar 



dəyərində sığorta etmişdi. 

 

* 1928-ci ildə çəkdiyi "Sirk" filmində 



qulağına mobil telefona oxşayan qurğu tutan 

qadın təsvir edilib. 

 

* "Qadın istənilən kişi milyarderi 



milyonçu edə bilər" və "Mən fillərə nifrət 

edirəm: onlar çox güclü və sözəbaxandılar" 

məşhur fikirlərinin müəllifidir. 

 

Filmoqrafiya 

İmmiqrant (film, 1917) / The Immigrant 

İt həyatı (film, 1918) / A Dog's Life 

Uşaq (film, 1921) / The Kid 

Qızıl hərisliyi (film, 1925) / The Gold Rush 

Sirk (film, 1928) / The Circus 

Böyük şəhərin işıqları (film, 1931) / City Lights 

Böyük diktator (film, 1940) / The Great Dictator 

 

Müəllif: Gülnarə Rəfiq 

 

 



 

Aktyorun qızına məktubu 

 

“Mənim qızım! İndi gecədir. Bayram 

gecəsi. Kiçik qəsrimizdəki silahsız əskərlər yuxuya 

gediblər: Bacın və qardaşın yatıb. Hətta anan da 

uyuyub... 

Sən məndən o qədər uzaqdasan ki... əgər sənin 

şəklin gözlərim önündə deyilsə, qoy mən kor 

olum. O burdadır, stolumun üstündə - qəlbimin 

yaxınlığında. 

 

Bəs sən hardasan?  

 

Orada – nağılvari Parisdə. 

 

Yelisey teatrının möhtəşəm səhnəsində 

rəqs edirsən, mən bunları yaxşı bilirəm. Bununla 

belə bu sakit gecədə sanki sənin ayaq səsini 

eşidir, qış gecələrinin ulduzları tək parlayan 

gözəl gözlərini görürəm. Eşidirəm ki, sən bu 

bayram sayağı və parlaq tamaşada Tatar xan 

tərəfindən əsir edilmiş fars gözəlinin rolunu 

oynayırsan. 

 

Gözəl ol və rəqs et! Ulduz olub parla! 

Ancaq elə ki, tamaşacıların həyəcan və 

minnətdarlıqları səni məst etdi, elə ki, sənə 

göndərilən güllərin xoş ətri başını gicəlləndirdi, 

bir anlığa küncə çəkilib mənim məktubumu oxu. 

Atanın səsinə səs ver. Mən sənin atanam, 

Çeraldina! Mən Çarli Çaplinəm, Çarli Çaplin! 

Heç bilirsən çarpayının yanında neçə gecələr 

keçirmişəm? Sən lap körpə idin... Sənə o qədər 

nağıl danışmışam ki... Yatmış  gözəl barəsində, 

qorxunc əjdaha haqqında. Yuxu atanın bu qoca 

gözlərini yumanda, mən ona gülürdüm və 

deyirdim: “ Çıx get! Mən qızımın arzuları ilə 

yatıram”. O zaman mən sənin arzularını, 

gələcəyini görürdüm, Ceraıdina, sənin bu gününü 

görürdüm. Səhnədə rəqs edən qızı, göylərdə 

süzən pərini görürdüm. Tamaşaçıların 

dediklərini eşidirdim: “Bu qızı görürsünüzmü? O 

qoca təlxəyin qızıdır. Yadınızdamı, onun adı Çarli 

idi”? 

 

 

 

Bəli, mən çarliyəm, qoca təlxəyəm! İndi 

növbə sənindir. Rəqs elə! Mən cırıq, enli balaq 

şalvarda rəqs etmişəm. Sən isə ipək şahzadə 

paltarında rəqs edirsən. 

 

Bu rəqslər, bu gur alqış səni göylərə 

qaldıracaq, hərdən yerə də en. İnsanların həyat 

tərzini müşahidə et. Sən ac qalan, soyuqdan tir-

tir əsən dilənçi həyat tərzi keçirən rəqqasələrin 

sərsəri həyatını görməlisən. 

 

Mən onlar kimi olmuşam, Ceraldina! O 

sehrkar kecələrdən mənim nağıllarımla yuxuya 

 



Film Fiction | Aprel, №8 



getmisən. Yatmayıb çöhrənə baxmışam. Qəlbinin döyüntüsünü eşitmişəm. Və elə hey öz-özümdən 

soruşmuşam: “Çarli, görəsən, bu pişikciyəz səni nə vaxtsa tanıyacaqmı”? Sən məni tanımırsan, Ceraldına. O 

gecələrdə mən sənə çox nağıl danışmışam... Ama öz nağılımı söyləməmişəm. O da maraqlıdır... londonun 

yoxsul məhəllələrində oxuyan, rəqs edəm ac təlxəyin nağılını... Budur, mənim nağılım. Ac qalmağın, 

evsizliyin nə olduğunu dərk etmişəm!  Qəlbində ümmanlar qədər qürür gəzdirən atan, köçəri təlxək 

olmağına görə o qədər təhqiredici ağrılar çəkib ki... Bütün bunlara baxmayaraq, yaşamışam. Dirilər 

haqqında, adətən az danışılır. Yaxşısı budur, sənin haqqında danışaq, Ceraldina. 

Sən mənim familiyamı daşıyırsan – Çaplin! Qırx ildən artıqdır ki, o, yer üzünün insanlarını güldürür. 

Onların güldüyündən daha çox, mən ağlamışam. 

 

Bil ki, sən yaşadığın dünya təkcə musiqi və rəqsdən ibarət deyil. 

Gecə yarısı böyük salonlardan çıxanda öz varlı pərəstişkarlarını unut. Amma səni evə aparan taksi 

sürücüsündən arvadinin vəziyyətini unutma. 

 

Əgər onun arvadı hamilədirsə, əgər gələcək uşağa pal-paltar almağa onların imkanı yoxdursa, 

onun cibinə pul qoy. 

 

Tapşırmışam sənin bu cür xərclərini bank ödəyər. Başqa xərclərdə isə qənaətcil ol! Hərdən bir 

metrodan da istifadə et. Şəhəri gəz. Insanları müşahidə et. 

 

Heç olmasa gündə bircə dəfə öz-özünə de: “Mən də bunlardan biriyəm”! 

 

Bəli, qızım, sən onlardan birisən! Adətən, incəsən insanlara səmaya uçmaq üçün qanad 

verməmişdən əvvəl onların ayaqlarını qırır. 

Elə ki, özünü tamaşaçılardan yüksəkdə hiss etdin, o saat səhnədən uzaqlaş. Qarşına çıxan ilk taksilərdən 

birinə əyləş. Paris ətrafına dolan. Sən bu yerlərdə sənin kimi, hətta səndən də gözəl, səndən də qəşəng, 

qürurlu rəqqasələrə rast gələcəksən. Burada teatrların gözqamaşdırıcı prpojektorlarından əsər-əlamət 

olmayacaq. Onlar üçün projektor – aydır. Onlara yaxşı-yaxşı nəzər sal. Bəlkə onlar səndən də yaxşı rəqs 

edirlər? 

 

Etiraf et, mənim qızım! Həmişə səndən yaxşı rəqs edən, səndən də yaxşı çalan tapılar. Və yadında 

saxla ki, hələ Çarli ailəsində elə bir kobud ailə tapılmaz ki, o, Sena sahillərində dilələnlərə gülmüş olsun, 

onları ələ salsın... 

Mən öləcəyəm. Lakin sən yaşayacaqsan. Sənin yoxsul olmağını istəmirəm. Bu məktubla bərabər sənə çek 

kitabçası göndərirəm. Nə qədər istəyirsən, o qədər də xərclə. 

 

Amma elə ki, iki frank xərclədin, bil ki, üçüncüsü sənin deyil. Bu bir frank ehtiyacı olan naməlum 

adama qismət olmalıdır. Sən belələrini asanlıqla tapa bilərsən. Əgər bu cür naməlum kasıbları görmək 

istəsən onlara hər yerdə rast gəlmək olar. Səninlə bu haqda ona görə danışıram ki, mən bu “şeytanın” 

aldadıcı qüvvəsinə bələdəm. 

 

Bilirsən, mən uzun müddət sirkdə işləmişəm. Həmişə də kəndirbazlar üçün həyəcan keçirmişəm. 

Lakin bir həqiqəti sənə deməyə məcburam: adamlar möhkəm torpaq üstündə etibarsiz kəndir 

üstündəkindən daha tez-tez yıxılırlar.  Brilyanda məftun olmusansa, sənin yıxılacağın labüddür. Ola bilər, 

günlərin bir günündə bir şahzadə səni özünə məftun edə. Sən elə bu andan dönüb təcrübəsiz kəndirbaz 

olacaqsan. Təcrübəsizlər də həmişə yıxılırlar. Qəlbini daş-qaşlara, qızıla satma. Bil ki, dünyada ən böyük 

briliant – günəşdir. Xoşbəxtlikdən o da hamının sifətinə şəfəq saçır. 

 

Elə ki, birini sevdin, onu bütün qəlbinlə sev. 

 

Bilirəm, atalarla evladların mübarizəsi daimidir. Qızım, mənimlə, mənim fikirlərimlə mübarizə et. 

İtaətkar evladlar mənim xoşuma gəlmir. Bu bayram gecəsində istəyirəm möcüzə baş versin: sən məni başa 

düşəsən, həqiqətən başa düşüb nə demək istədiyimi anlayasan... 

Ceraldina, artıq çarli qocalıb. Gec-tez səhnədə geydiyin ağ paltar əvəzinə qara geyinib qəbrim üstünə 

gələcəksən. Səni kövrəltmək istəmirəm. Ancaq hərdən bir güzgüyə bax, orda məni görəcəksən. 

Damarlarında qanım var. Mənim damarlarımda qan dayananda da istəyirəm ki, sən atanı – Çarlini 

unutmayasan. Doğrudur, mən mələk olmaməşam. Amma insan olmağa həmişə can atmışam. Sən də buna 

cəhd et! 

 

Öpürəm səni, Ceraldina. Sənin Çarlin”. 

 

 

 



 

 

 



 

 


 

10 


Каталог: files -> books -> file
file -> ƏSƏRİn təkrar çapi və ya hər hansisa bir hiSSƏSİNİN Çapi qadağandir!
file -> Təhsildə İkt html-in əsasları kursu üzrə VƏSAİt tərtib edənlər: Abdulla Qəhrəmanov
file -> MEŞƏLİ KƏNDİNİn yay güNLƏRİ
file -> "Mədəniyyətin üstünlüyu" "Journal of Democracy", 1995-ci il
file -> Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN
file -> Elnur və Arzu pəncərə qonşuları idilər. Üz-üzə dayanmış binalarda yaşayırdılar. Onlar neçə vaxt idi ki, pəncərə qonşusu idilər. Ancaq bir-birilərindən xəbərləri belə yox idi
file -> Şirvani Ədilli MƏNİm odlar diyarim
file -> İntellektual-Elektron Kitabxananın təqdimatında
file -> Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
file -> Elxan Süleymanov Vurğun Süleymanov Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə