Fİlm fiCTİon aprel, №8


Səssiz film çəkmək barədəki



Yüklə 5,05 Mb.
Pdf görüntüsü
səhifə4/5
tarix01.01.2017
ölçüsü5,05 Mb.
#4060
1   2   3   4   5

 

Səssiz film çəkmək barədəki 

fikirləriniz mükəmməldi. Belə bir görüntü 

yaradabilmək üçün istifadə etdiyiniz 

texnikalar haqqında bir az danışa bilərsiniz? 

 

Filmi rəngli olaraq çəkib daha sonra ağ-



qara vəziyyətə gətirdiyimiz üçün çox miqdarda 

boz rənglərdən istifadə etməyə çalışdıq. 

Altyazılar yuxarıda olduğu zaman kontrast çox 

güclü idi, ancaq onları aşağı etdiyimizdə 

olduqca boz rəngə çaldılar. Belə şeylər etmək 

vəziyyətində qalırsınız, çünki bunlar sizin 

istifadə etdiyiniz vasitələrdir.  Nələrisə 

açıqlamaq üçün dialoqdan istifadə etmirsiniz, 

hər şeyi göstərməyiniz və hekayəni 

danışmağınız lazım olur. Düşünürəm sizin 

qüsursuz olduğunuza inanmağınızı təhrik edən 

şey budur. Səssiz filmlərin qaydalarına hörmət 

göstərməyə və bunun mənalı olmasını ifadə 

etməyə çalışmışam. Bundan əlavə komandam 

da çox yaxşı idi və filmi Los Ancelesdə 

studiyaların və evlərin olduğu Hollivudda 

çəkdik. Mari Pikfordun yatağında çəkiliş etdik 

və bundan daha artığını edə bilməzdik ki, bu da 

çox kömək oldu. Bərbərimiz, qrimçimiz və 

dərzimiz də çox yaxşı idi.  



 

Berenik, tamaşaçılarla əlaqə 

qurmaqda bu günə qədər daha çox 

səsinizdən istifadə etdikdən sonra, üz 

ifadələriniz və vücud dilinizi əsas əlaqə 

vasitəsi olaraq istifadə etmək 

məcburiyyətinizdə qaldığınız bir səssiz 

 

28 


Film Fiction | Aprel, №8 

filmdə oynamağın çətinlikləri haqqında nə 

deyə bilərsiniz? 

 

Berenik Bejo: Bu ssenarinin yazım 

ərəfəsində başlayan uzun bir müddət idi. Evə 

kitablarla şəkillər gətirməyə və filmlər izləməyə 

başladım. Əvvəla tutmaq istədiyim o ruhun 

cazibəsiydi, çünki günümüzdə Fransada çəkilən 

filmlər çox reallığa uyğundu. Bu mənada bir 

cazibəyə sahib olmaq fürsətim heç olmamışdı 

və sadəcə kitablar oxuyub, filmlər izləyərək bir 

müddət sonra bu ruhun dünyasına uyğunlaşa 

bildim.  Bu çox əyləncəli  idi, çünki Xoan Kroford 

kimi məni doğurdan da təsirləndirmiş 

aktyorlarla işlədim. Kroforda aşiq oldum, çünki 

iyirmi ya da iyirmi beş yaşında ikən dans edə 

bilir, danışır, mahnı oxuyur və Peppi obrazının 

ehtiyacı olan hər şeyi edə bilirdi. Onu  

 

 



 

gördüyünüz hər səhnədə sevə bilirsiniz, ancaq 

onun təkəbbürlü olmasını istəmirdim. Onun 

məsum olub özünə təqdim edilən hər şeyi qəbul 

etməsini, ancaq bunu lovğalıq olmayan bir 

formada etməsini istəyirdim. Özünə çox güvənir 

və dürüst davranırdı. Ən başda Corc Valentinlə 

rastlaşdığında və insanlar onun şəkillərini 

çəkməyə başladığında belə əsla "Corc Valentinlə 

birlikdəyəm. Onunla şəkil çəkdirməliyəm" deyə 

düşünmürdü. Sadəcə "Bəli, bu əyləncəlidir. Hər 

kəs şəklimi çəkir." deyə düşünürdü. Eyni ilə Con 

Krauford kimi onu zirvəyə çıxaran bu idi. 

Aktyorların valehedici bir şəkildə necə göz 

qırpıb əllərini bellərinə qoyduqlarını anlamaq 

üçün internetdə saatlar keçirirdim.  Beləcə 

ətrafa baxıb bu ruhun kodlarını açmağa 

çalışarkən bir nöqtədə hər şeyi unutmaq 

vəziyyətində qalıb rejissora, rol həmkarıma və 

özümə güvənməyə başladım. Öz-özümə: 

"Buradayam, çünki çox işləyib buna haqq 

qazandım və indi bir az əylənim"- dedim. Peppi 

Miller olmaq doğurdan çox xoşuma gəldi. O, 

heyranlıq yaradan bir obrazdı və enerjisi hər 

yerdə məni izlədi. Onun haqqında danışdığım 

zaman təkrar o olmaq istəyirəm. O, ilham verici 

bir obraz və Mişelin mənə və Jana verdiyi gözəl 

bir hədiyyədir. Səssiz olması reallığı mənim 

işlərimi dəyişdirmədi. Filmdə danışıram, ancaq 

siz eşitmirsiniz. Danışmadığım zaman isə səhnə 

kəlimələrə ehtiyac duymur. Obrazı mənimsədiyi 

zaman gerisi öz-özünə gəlir.  



 

Peppi üçün yazılan real dialoqlar 

varmı? 

 

BB: Bəziləri yazılmışdı, ancaq dialoqlar 

bəzən çəkim günündən sonra mənə verilirdi. 



 

MH: Əgər dialoqları onlara əvvəlcədən 

versəydim üzərində işləyərdilər, amma mən 

bunu istəmirdim. 

 

BB: Bəzən bədahətən davranmaq 

məcburiyyətində qaldıq. Bundan nifrət edirəm, 

çünki kəlmələri tapa bilməyəcəkmiş kimi gəlir. 

 

MH: Onlara cəld bir formada əlaqə qura 

bilməyimiz üçün dialoqların çox faydalı 

olduğunu deməyə çalışdım, ancaq doğurdan 

vacib şeyləri dildən istifadə edərək demirik. İki 

yaşında bir uşaqlar birlikdə olub danışmadan 

onun gülümsədiyini gördüyünüz zaman onun 

gülümsəməsi hərhansı bir gülüşdən çox daha 

təsir edici olur. Həyat yoldaşınızla birlikdə 

olarkən hər gün onu sevdiyinizi demirsiniz, 

ancaq ona baxışlarınız və davranışlarınız başqa 

bir əlaqə forması olur. Dialoqlara köklənməyin, 

sadəcə nə ifadə etmək istədiyinizə diqqətinizi 

cəmləyin.  

 

 



 

 

Əvvəlki filmlərinizlə müqayisədə səs 



olmadan çalışmaq sizin rejissorluğunuza 

təsir etdimi? Onlar oynarkən və kameralar 

işləyərkən siz onlara nə etmələri lazım 

olduğunu deyirdinizmi? Berenik, bir aktrisa 

olaraq "OSS" filmlərinə görə özünüzü fərqli 

hiss etdinizmi? Həmçinin rejissorluğun fərqli 

olduğunu? 

 

29 


Film Fiction | Aprel, №8 

 

BB: Xeyr.Hər şey eyni idi. Çəkiliş 

müddətində danışırdı bəzən, ancaq bunu etdiyi 

zamanların çox azı mənim üçün narahatlıq 

yaradıcı olurdu. Bu məni səhnədən kənara 

çıxara bilərdi, çünki rolu oynadığınız an öz 

dünyanızda olursunuz. Ancaq bəzi zamanlarda 

mənə kömək oldu. 

 

MH: Bəzən bir aktyor hardasa 

mükəmməl bir şey desə belə bunu nizama 

salanacağınızı bildiyiniz üçün ona anındaca 

orada bunu dəyişdirməsini söylədiyiniz zaman 

yaxşı bir nəticə meydana çıxır. Bu filmdə 

çəkilişlər müddətində musiqinin olmasını tərcih 

etdim. Bu çox şeyi dəyişdirdi. Və nəticədə bu 

aslılıq halına gəldi. Studiyada Hollivud 

dövründən bütün o böyük bəstəkarların klassik 

bəstələrindən yararlanmaq istədim. Avtobus 

studiyaya gəldiyi zaman bir fransız filminin 

musiqilərindən istifadə etmək istədim.  



 

BB: Musiqi çox enerji yaradır və 

avtobusdan düşdüyüm zaman mənə verə 

biləcəyi ən yaxşı istiqaməti verirdi. Musiqini 

duyurdum və nə edəcəyimi bilirdim. 



 

MH: Danışmaqla yaranan problem və 

səssiz filmləri əyləncəli edən də bu idi, çünki 

onlarla, mənimlə və izləyicilərlə olan əlaqə 

danışma ilə həyata keçirdi. Bizim nə dediyimiz 

tənqid edilməyə çalışılmırdı, sadəcə hisslər var 

idi. Öz hekayənizi yaradırsınız. 



 

BB: Avtobusdan endiyim zaman xoşbəxt 

idim, gülürdüm və yeriyirdim. Əgər musiqi 

olmasa idi, bəlkə də bütün bu müddət ərzində 

gülümsəməyə ehtiyacı hiss etməyəcəkdim. Bu 

səhnə mənim üçün son dərəcə çox yaxşı bir 

nümunədi. Buna görə bir sonrakı filmimdə də 

musiqi olmazsa eyni dərəcədə hiss edəcəyəm. 

Bəlkə də çəkilişlərdən iki dəqiqə öncə musiqi 

pleyerimi açıb dinləyəcəm. Doğurdan 

aktyorların çəkilişlərdən öncə musiqi dinləməyi 

xoşladıqlarını eşidirəm və bunu anlaya bilirəm. 

Sizi uyğun ruhi vəziyyətə salıb lazımi enerjini 

verir.  

 

Rejissor və aktyor olaraq hər ikiniz 



üçün də ən çətin səhnə hansı idi? 

 

BB: Ulduzların qarşılaşması mənim üçün 

çətin idi, çünki o çox qəmgindi. Bütün səhnəni 

təkrar-təkrar çəkmək vəziyyətində qaldıq və bu 

doğurdan da çətin idi. Ancaq ssenari üzərində 

işləyərkən o səhnənin bu qədər çətin ola 

biləcəyini düşünməmişdim. Şantaj səhnəsinin 

çətin ola biləcəyini düşünürdüm, amma o ən 

asanlıqla çəkdiyimiz səhnə oldu.  

 

 

 



 

MH: Mənim üçün heç nə çətin deyildi, çünki 

asan kimi görünməsi son dərəcə çətin idi.  

Ancaq “tap” rəqsinin oynanılma ardıcıllığını 

xatırlayıram. Hər şey çox süni və təbii olmayan 

bir formada göründüyü üçün orda olmamız 

lazım idi. Bu çox pis idi, istədiyimiz kimi davam 

etmədi və otuz ya da qırx dəqiqə bunu 

düzəltməyə çalışdıq. Amma sonda nəticənin 

gözəl ardıcıllıqla davam etdiyini düşünürəm. 

 

Film beynəlxalq seansa girəcək. 



İzləyicilərin necə bir reaksiya göstərəcəyini 

düşünürsünüz? Təkrar bir səssiz film 

çəkməyi düşünürsünüz? 

 

MH: Xeyr. Bunun artıq birdəfəlik 

olduğunu düşünürəm. İstəsəm bunu təkrar çəkə 

bilərəm, amma doğurdan da bilmirəm. Bunu 

etmək xoşuma gəldi və gözəl bir hekayə 

olduğunu düşünürəm. Başqa bir fikrim olarsa 

bəlkə bir film də çəkə bilərəm. Tamaşaçılar 

üçün isə, düşünürəm bunun kiçik və sanballı bir 

film olduğunu başa düşərlər. Bu cəzbedici bir 

sevgi hekayəsidir, başqa bir gözləntiləri 

olmasını istəmərəm. Əgər bəyənərlərsə bu əla 

olar.  

 

 



 

 

 

30 


Film Fiction | Aprel, №8 

SİTATLAR 

 

 

 



 

 

 



     Bu dünyada müvəffəqiyyət qazanmaq 

istəyirsinizsə qəddar olmalısınız. Yaxşı biri 

olsanız insanlar sizi istismar edər.  

Həyat ağacı (The Tree Of Life) 

 

 

 

 

 



 

 

 



 

 

Donni: Niyə o axmaq dovşan kostyumunu 

geyinirsən? 



Frank: Bəs sən niyə o axmaq insan kostyumunu 

geyinirsən? 



Doni Darko (Donnie Darko) 

 

 

 

 

 



 

 

 



 

Aah, qayğısızlıq - bu sizin xəstəliyinizdir. 

Korsunuz, karsınız. Hamınızın gözünü 

propaqandaları ilə aldatdılar. Tanıdığınız hər 

kəsə, bəli tanıdığınız hər kəsə xəbər vermək 

üçün tələsməlisiniz. Çox gecikmədən qaçın. Mən 

özüm üçün qorxmuşam, mən artıq bir şey edə 

bilmərəm. Amma siz, siz hələ də bir seçim edə 

bilərsiniz. 

Qarşı pəncərədə  (Facing Windows) 

 

 

 

 

 

 

 

 



 

İnsanlar dəyişib, həyat dəyişib. Biri ilə 

toqquşduğun zaman beş barmağın da yerindəmi 

deyə yoxlamalısan.  



Hər kəs yaxşıdır (Everybody's fine) 

 

 

 

 

 

 

 

31 


Film Fiction | Aprel, №8 

 

 



 

 

"Qonşunu sev və düşməninə nifrət et" 



deyildiyini eşitmişəm. Amma mən sənə deyirəm 

ki, düşmənlərini sev və sənə zülm edənlər üçün 

dua et. Çünki sadəcə səni sevənləri sevərsən 

bunun mükafatı nə olar ki? 



İsanın əzabları (The Passion of the Christ) 

 

 

 



 

 

 



 

Bəzən bir yaxşılıq səni güllədən daha tez ölümə 

aparır. 

Karlitonun yolu (Carlito's Way) 

 

 



 

 

 



 

 

 



 

 

Heç fikirləşmisən, heç bilməsən də bu bərbad 



həyatının ən xoşbəxt anını çoxdan yaşamış ola 

bilərsən və gələcəyində xəstəlik və istirablardan 

başqa bir şey olmaya bilər. 

Yalın (Naked) 

 

 

 

 



 

 

Aşiq olduğun insanın sənin sevginə dəyər biri 



olduğuna əmin olmalısan.  

Mavi Valentin (Blue Valentine) 

 

 



 

 

 



Bir ovçunu digərindən ayıran zəkası yox, ovuna 

qarşı duyduğu mərhəmətdir.  



Ov mövsümü (Av Mevsimi) 

 

32 


Film Fiction | Aprel, №8 

 

 



 

 

 



 

 

 



 

Atamın belə dediyini xatırlayıram: "Əgər birinin 

ruhunu görmək istəyirsənsə onun röyalarına 

baxmağın kifayətdir. Bax o zaman səndən daha 

betər vəziyyətdə olanlara mərhəmət 

göstərərsən." 



Arizona xəyalı (Arizona Dream) 

 

 

 



 

 

 

 

 

 

Özümə yalan deməyə başladığımdan bəri 

kiməsə inanmıram. 

Qaraçılar zamanı (Time of the Gypsies) 

 

 

 

 

 

 

 

 



 

Mənim üçün ölümün özündən daha ağrı verici 

olan şey xəyanətdir. Ölümü anlaya bilirdim, 

amma xəyanəti yox.  



 Malcolm X 

 

 

 



 

 

Qarşısında əyilib sevgini elan etmək yerinə,  



sevdiyin qadının getməsinə icazə verməlisən.  

Tıxanma (Choke) 

 

 

 

 

 



 

Güvən əlimizdə sübutu olmayan bir şeyə qarşı 

duyulan inancdır.  

Filodelfiya (Philadelphia) 


 

33 


Film Fiction | Aprel, №8 

 

 

 



Bir cəmiyyəti idarə etmək, fərdi idarə etməkdən 

asandır. Bir cəmiyyətin ortaq bir məqsədi 

vardır. Fərdin məqsədi isə həmişə şübhəlidir.  

Kafka 

 

 

 

 



 

Para ve kadınlar. Hayattaki hataların çoğu 

nedeni bunlardır.  

Pul və qadınlar. Həyatdaki səhvlərin səbəbinin 

çoxu bunlardır.  

Xarabalıqdan çıxan milyonçu (Slumdog 

Millionaire) 

 

 

 



 

 

 



Barmaq səmanı göstərdikdə sadəcə axmaqlar 

barmağa baxar. 



Ameli (Amelie) 

 

 

 

 



 

 

Bəzilərinin təsadüf dediyi şey mənə görə 



nəticədir.  

Bəzilərinin fürsət dediyi şey mənə görə 

mənfəətdir. 

Matriks (The Matrix Revolutions) 

 

 



 

 

 



Əgər başın kəsilməlidisə onda saqqalın 

haqqında fikirləşməyə dəyməz. 



Yeddi Samuray (Seven Samurai) 

 

 



 

 

- Bir atalar sözü var: yaxşı geyimli adam, yaxşı 



düşüncəli bir adamdır. 

- İpək içində bir meymun, yenə də meymundur.  



Viva Zapata 

 

34 


Film Fiction | Aprel, №8 

Screwball 

 

 



 

"Screwball" komediyanin bir alt janrıdır. 

Ən populyar və uzun müddətli film janrlarından 

biri olan "screwball" 1934-cü ildə ərsəyə gələn 

"Bir gecə o baş verdi" (“It Happened One Night”) 

filmi ilə məşhurlaşdı. Bir çox tənqidçiyə görə 

klassik dövrün 1940-ci illərin sonlarında 

bitməsinə baxmayaraq əsas hissələri daima 

saxlanılıb.  

 

"Screwball"ın xarakteristik 



xüsusiyyətlərini müəyyən edən hər hansı bir 

qayda-qanunların olmamasına baxmayaraq, bu 

janrla kateqoriya edilmiş filmlər ümumilikdə 

gülməli səhnələr, şişirdilmiş hərəkətlər və 

gülünc vəziyyətlərə düşülmə və vəziyyətdən 

hazırcavablılıqla çıxma, birini sevib sonluqda 

evlənmə və yaxud təkrarən başqası ilə evlənmə 

tipli mövzulardan ibarətdir. Kino tənqidçi 

Endryu Sarris bu janrı "səhnələrdə seks 

olmayan seks komediyası" kimi adlandırmışdı.   

 

 

 



 

"Screwball" teatral komediya ilə yaxından 

əlaqəlidir, ayrıca bəzi komedik əsərlər də 

"screwball" olaraq tanınır. Janrın bir çox 

xüsusiyyətinin əsası Şekspirin "Heç bir şeydən 

çox söz" (“Much Ado About Nothing”), "Sənin 

sevdiyin kimi" (“As You Like İt”) və "Qızmar yay 

gecəsinin xəyalı" (“A Midsummer Night's 

Dream”) kimi pyesləri və Oskar Uayldın "Ciddi 

başlanğıcın mahiyyəti" (“The İmportance of 

Being”) adlı əsərinə qədər gedib dayanır. 

"Screwball" ilə əlaqəli digər janrlar isə belədir: 

"slapstick", "sitcom" və "romantik komediya". 

 

Xüsusiyyətləri. Satirik komediyaya 

bənzər olaraq "screwball" daha çox səhvən 

tanınan insanlar və yaxud bir və ya bir neçə 

obrazın vacib gerçəyi sirr olaraq saxlamağa 

çalışdıqları vəziyyətləri özündə əks etdirir. 

Bəzən isə kişi obrazların qadınlara xas 

geyimləri geyərək səhv başa düşülmələri kimi 

vəziyyətlər olur. Eyni ilə "Uşağı tərbiyə et"  


 

35 


Film Fiction | Aprel, №8 

 

 



(“Bringing Up Baby”), “Donlu əsgər” (“I Was a 

Male War Bride”) filmlərində olduğu kimi. Eyni 

zamanda isə mərkəzində əvvəli nizamsız olan, 

bir-birinə qarşı kobud davranan və sonrasında 

aralarında isti münasibət yaranan bir cütlüyün 

romantik eşq hekayəsindən bəhs edir. Bu 

nizamsızlığın səbəbi çox vaxt kişinin qadının 

maddi vəziyyətindən çox daha aşağı maddi 

durumda olmasından irəli gəlir. Sonluqda evlilik 

ümumilikdə qadın tərəfindən ta başdan 

planlaşdırılmış olur və kişinin bundan xəbəri 

olmaz. "Uşağı tərbiyə et" filmində buna nümunə 

görə bilərsiniz. Qadın başqa birinə gələcək əri 

haqqında danışarkən bu cümlələrdən istifadə 

edir: "O, evlənəcəyim adamdı. O, bunu bilməyə 

bilər, amma mən bilirəm." 

 

Sinif fərqlilikləri "screwball"ın ən vacib 



hissələrindən biridir. Üst sinif boş və şişirdilmiş, 

gerçək dünyayla ayaqlaşmağa çətinlik çəkən 

fərdlərə sahib olaraq göstərilir. Bununla 

müqayisədə nə vaxt aşağı siniflərə aid bir fərd 

yüksəlməyə çalışsa bunu üst sinfin gerçək 

dünyayla uyğunlaşmaqda çəkdikləri çətinliklə 

müqayisədə daha asan edirlər ("Leydi Eva" 

(“The Lady Eva”) filmindəki kimi). 

 

Digər bir tez-tez rastlanılan hissə isə 



ağıllı bir hazırcavablılıqla kombinə edilmiş 

sürətli danışmaqdı. "Sən onu özünlə apara 

bilməzsən" (“You Can't Take It With You”),” 

Onun qızı Cümədi” (“His Girl Friday”) filmləri 

buna tipik misaldır. Bu üslubi vasitənin əsası 

janrda meydana çıxmamışdır, amma tam 

formalaşması “screwball” ilə baş tutmuşdur.  

Həmçinin qanqster filmləri və romantik 

komediyalar kimi bir çox köhnə Hollivud klassik 

filmlərində də görülə bilər. 

 

"Təkrarən evlənmə” komediyası 



"screwball"ın bir alt janrıdır. Bu janrda 

obrazların boşanıb bir-birilə yenidən 

evlənmələri mövzunun məğzini təşkil edir. 

"Filadelfiya hekayəsi" (“The Philadelphia 

Story”), "Dəhşətli həqiqət" (“The Awful Truth”) 

kimi filmlərin mövzusu bu janrdadır. Bəzi 

tənqidçilər bu tip mövzunun bu qədər çox 

istifadə edilməsinə Amerikan əxlaqi həyatındakı 

boşluğun (bunun boşanmaya daha meyilli bir 

yanaşma ilə baxılmasının səbəb olduğu) bir 

sübutu olaraq baxırlar. Lakin filmlərdə bəhs 

edilən boşanmanın bir səhv olduğu göstərilir. 

 

Frank Kapranın filmlərinin əsasını təşkil 



edən "screwball" janrının ən əsas təmsilçiləri  

 

 



"qadınların rejissoru" adlandırılan Corc Kyukor, 

bir çox janrda filmlər çəkmiş Hovard Havks, Billi 

Uilder, Preston Starqes və Ernst Lubitşdir. 

Janrın əsas aktyorları Kari Qrant, Ceyms Stüart, 

Qari Kuper, Klark Qabl, Cin Artur, Barbara 

Stenvik, Klaudette Kolbert, Katerina Hepbörn, 

Uilyam Povel, Melvin Duqlas və s. insanları 

göstərmək olar. 

 

Bu janrda olan klassik filmlər arasında 



"Mister Dids şəhərə gedir" (“Mr. Deeds Goes to 

Town”), "Mənim sevimli həyat yoldaşım" (“My 

Favorite Wife”), "Ledi X-in boşanması" (“The 

Divorce of Lady X”), "Olmaq ya da olmamaq" 

(“To Be or Not To Be”), "Arsen və köhnə qayış" 

(“Arsenic and Old Lace”) kimi filmləri 

sadalamaq olar. Alfred Hiçkokun "Mr. və Ms. 

Smit" (“Mr. and Mrs Smith”), "Gənc və təqsirsiz" 

(“Young and İnnocent”) və "39 addım" (“The 39 

Steps”) filmləri bu janrda çəkilmişdir. Koen 

qardaşlarının da bəzi komediya janrında 

çəkilmiş filmləri bu janrın təmsilçiləridir. 

 

Sonrakı dövr filmlərinə baxsam  Merlin 



Monro, Rok Hadson, Doris Dey kimi adlarla, 

həmçinin Virna Lizi, Laura Antonelli kimi 

avropalı ulduzlarla "seks komediyası"  

anlayışının daha çox yayıldığı və başqa 

subjanrlar üçün imkanların yarandığını görərik. 

Bu dövrün başlıca filmləri arasında "Marri necə 

milyoner oldu" (“ How to Marry a Millionaire”), 

"Yeddi il qaşınma" (“The Seven Year İtch”), 

"Zəng, kitab və şam" (“Bell, Book and Candle”) 

kimi filmləri, sonrakı və yaxın dövrün filmləri 

arasından "Arthur", "Təmiz adam" (“The 

Freshman”), “Mari haqqinda nəsə" (“There's 

Something About Mary”), "Sizə məktub var" 

(“You've Got Mail”), "Valideynlərlə görüş" 

(“Meet the Parents”), "MakKulslarda bir gecə" 

(“One Night at McCool's”) kimi filmləri 

göstərmək olar. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

36 


Yüklə 5,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin