Fİlm fiCTİon aprel, №8



Yüklə 5,05 Mb.
Pdf görüntüsü
səhifə3/5
tarix01.01.2017
ölçüsü5,05 Mb.
#4060
1   2   3   4   5

Film Fiction | Aprel, №8 

 

 



 

12    

  

40-cı qapı

 

 

        

 

 



 

2009-cu ildə Elçin Musaoğlunun həm ssenarist, 

həm də rejissor kimi yaratdığı bu film son 

illərdə çəkilmiş olan ən uğurlu filmlərimizdən 

biri hesab olunur. Film anasına maddi dəstək 

vermək üçün məktəbi atıb, işləmək istəyən 

uşağın mübarizəsindən bəhs edir. Film 2009-cu 

ildə Hyuston kino festivalında "Ən yaxşı əcnəbi 

film" kateqoriyasında qalib olub.  

 

 



 

 

  



13  

    


Həm ziyarət, həm ticarət 

 

         

 

 

 

1995-ci ildıə ssenarisi Rüstəm İbrahimbəyova, 



rejissorluğu Rasim Ocaqova məxsus bu film 

çəkilir. Türkiyədə qohumu tapılan Mustafa öz 

türk qohumunu görmək üçün arvadı ilə bərabər 

qonşu dövlətə gedir. Traqikomediya janrlı bu 

film "Ad günü" filminin məntiqli davamı kimi 

göstərilir və filmdəki Mustafa obrazı sırf Hacı 

Məmmədov nəzərə alınaraq yazılıb 

 

14 

         

Arşın mal alan           

                              

 

        

 

 

 



1945-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəyovun 

əsəri əsasında rejissorlar Rza Təhmasib və 

Nikola Leşşenko tərəfindən çəkilmiş dünyaca 

məşhur bir Azərbaycan filmi. Təkcə 1945-ci ildə 

bu filmə (ekrana buraxıldıqdan sonra) 16,27 

milyon tamaşaçı baxmışdır. 8-ci yeri tutmaqla 

prokat lideri olmuşdur. ("Domaşnaya 

Sinematika" bədii filmlərinin kataloqu. Moskva, 

1966). Film nəinki Azərbaycan, həm də Sovet 

kinosuna dünya şöhrəti qazandırmışdır. Rusiya 

kinosunun 100 illiyi münasibətilə aparılan 

sosioloji tədqiqatlar nəticəsində Sovet 

kinosunun inkişafına əhəmiyyətli təsir 

göstərmiş Sovet filmlərinin və Sovet ekranında 

uzun illər nümayiş etdirilmiş xarici ölkə 

filmlərinin arasından "100 Sevimli film" 

seçilmişdir. Həmin filmlər üç hissəyə-Qızıl, 

Gümüş və Bürünc siyahılara ayrılmışdır. 1945-

ci ildə istehsal olunmuş "Arşın Mal Alan" 

kinokomediyası məşhur kino mütəxəssislərinin 

yekdil rəyi ilə "Qızıl Siyahı" ya daxil edilmişdir. 

("Oqonyok" jurnalı, № 2, Yanvar, 1996). Film 

136 ölkədə nümayiş etdirilmiş, 86 dilə tərcümə 

edilmişdir. Soltan bəy obrazını oynayan Ələkbər 

Hüseynzadə filmdən əvvəl 600 dəfə səhnədə bu 

obraza həyat vermişdir. Mədəniyyət və Turizm 

Nazirliyi Beynəlxalq Bankın maliyyə dəstəyi ilə 

"Arşın mal alan" filminin Moskva Film 

Fondundakı nüsxəsinin ölkəmizə gətirilərək, 

Azərbaycan dilində yenidən bərpa olunmasını 

təşkil edib. 16 May, 2006-cı ildə film 60 illiyində 

ilk dəfə nümayiş etdirilib. Filmin çəkilməsi 

Stalinin göstərişi ilə həyata keçirildiyindən Mir 

Cəfər Bağırov çəkilişlərə xüsusi nəzarət  



 

19 


Film Fiction | Aprel, №8 

 

 



 

 

etmişdir. Filmdə gözə dəyən nə varsa hamısı 



təbiidir. Bu filmdə ümumiyyətlə butafordan 

istifadə edilməyib. Qızıl, bəzək əşyalarından 

tutmuş bütün ev əşyalarına qədər hər şey təbii 

və həqiqətən qiymətli əşyalardır. Rəşid 

Behbudov xatırlayırdı ki, çəkilişlərdə istifadə 

olunan qiymətli əşyalar muzeydən və xüsusi 

elanlarla əhalidən çəkiliş müddətinə 

götürülmüşdü. Leyla Bədirbəyli Gülçöhrə roluna 

50 qızın içərisindən seçilmişdi. 

 

 



 

15   

 

Küçələrə su səpmişəm 



 

 

 

 



2004-cü ildə Nicat Feyzullayevin rejissorluğu ilə 

çəkilmiş film. İki əmioğlunun dostluğundan, 

faciəsindən bəhs edən bu filmin aktyor  

ansamblı da möhtəşəmdir. 

 

 

 



 

 

16

         

Qəzəlxan 

 

      

 

 

 



1991-ci ildə Şahmar Ələkbərovun ssenarisi və 

rejissorluğu ilə çəkilmiş qəzəlxan Əliağa Vahidə 

aid bioqrafik film. Filmdə vahid məzmun yoxdur 

və tamaşaçı xronolojı ardıcıllıqla qəzəlxanın 

həyatını görür. Film Daşkənddə keçirilən 

beynəlxalq kino festivalında ən yaxşılardan biri 

olub.  

 

 

 



17

       

Günaydın, mələyim! 

 

 

 

2008-ci ildə Oqtay Mirqasımovun rejissorluğu 



və Ayan Mirqasımovanın baş roldakı ifası ilə 

daha bir yadda qalan film. Psixoloji yüklü bu 

film Qarabağ müharibəsi zamanı ərini itirmiş 

bir aktrisa qadının fonunda cərəyan edir. 

 

 

 



 

 

20 


Film Fiction | Aprel, №8 

 

18



       

Yol əhvalatı  

 

      

 

 

 



1980-cı ildə rejissor Teymur Bəkirzadə 

tərəfindən lentə alınan bu komediya filmi bu 

günə qədər ən baxımlı filmlərimizdən sayılır. 

Xüsusən aktyor heyətinə görə. 

 

19

       


İstintaq 

 

    

 

 

 

1979-cu ildə çəkilmiş ssenarisi Rüstəm 



İbrahimbəyova, rejissorluğu Rasim Ocaqova aid 

növbəti yadda qalan film. Film 60-cı illərdə 

Azərbaycanda baş verənlər ətrafında cərəyan 

edir. Filmdə rüşvətxorluq tənqid edildiyi üçün 

ilkin olaraq ekranlara buraxılması qadağan 

edilmişdi. Çox çətinliklə ekranlara buraxılandan 

sonra film bütün ölkədə böyük səs-küyə səbəb 

oldu. Rusiyanın bəzi vilayət komitələri rəhbərlik 

etdikləri ərazilərdə filmin baxışını qadağan 

etdilər. Moskva isə öz növbəsində filmi ona görə 

qəbul etmişdi ki, orada söhbət Azərbaycandan 

gedirdi və deməli bütün ölkənin adına ləkə sala 

bilməzdi. 

 

 



  

20    

 

Bəyin oğurlanması 



 

 

 



 

1986-cı ildə Ceyhun Mirzəyev və Vaqif 

Musatafayevin birgə rejissorluq etdikləri ən 

gözəl filmlərimizdən biri. Filmdəki yağış 

həqiqidir. Filmin rejissorlarından biri Vaqif 

Mustafayev Space televiziyasında 

müsahibəsində demişdir: Mən bu filmi 

çəkdiyimi həmişə gizlədirdim və utanırdım bu 

filmə görə. Lakin sonralar görəndə ki, tamaşaçı 

bu filmi sevdi, indi rahatlıqla deyə bilirəm ki, 

bəli, bu filmi mən çəkmişəm. Filmin sonuna 

yaxın toy səhnəsində aktyor Muxtar Maniyev 

aktyor Səyavuş Aslana onun xəbəri olmadan 

sillə vurur. Bu rejissorun təlimatı idi ki, səhnə 

daha da təbii alınsın. Pirotexnik obrazının ifaçısı 

aktyor Ələsgər Məmmədoğlu həqiqətən stuldan 

yıxılır. Digər aktyor yoldaşları onunla zarafat 

etmişdilər. Filmin əvvəllərində partlayış 

səhnəsində Hacı İsmayılov həqiqətən ikinci 

mərtəbədən yıxılır. Filmin quruluşçu rejissorluq 

işi əvvəlcə Tofiq İsmayılova həvalə edilmişdi. 

Rejissor hətta sınaq çəkilişlərinə də başlamışdı. 

Təxminən 3-4 ay sınaq çəkilişləri aparıldıqdan 

sonra, gözlənilmədən vəziyyət dəyişdi. Vaqif 

Mustafayev və Ceyhun Mirzəyev filmin 

quruluşçu rejissorluğuna təyin edildilər. 



 

 

 

 

 

 

 

21 


Film Fiction | Aprel, №8 

 

   



21

          



Ögey ana 

 

 

 

1958-ci ildə Həbib İsmayılov tərəfindən 



çəkilmiş bu film tamaşaçılara Ceyhun Mirzəyevi 

tanıtdı.  

 

 

 



 

  



22

       


Uzaq sahillərdə 

 

 

 

 

1958-ci ildə Tofiq Tağızadənin rejissorluğu ilə 



çəkilmiş bu film İkinci Vətən Müharibəsi zamanı 

azərbaycanlı partizan "Mixaylo" ləqəbli Mehdi 

Hüseynzadənin igidliklərindən bəhs edir.  

 

 



 

 

 



 

   


23

         



Axrıncı aşırım 

 

 

 

 

1971-ci ildə Kamil Rüstəmbəyovun rejissorluğu 



ilə çəkilən film. Film yazıçı Fərman 

Kərimzadənin "Qarlı Aşırım" romanı əsasında 

ekranlaşdırılmışdır. "Axırıncı aşırım" filmi iki 

nüsxədə müxtəlif sonluqlarla lentə alınıb. Belə 

ki, Azərbaycan nüsxəsində Qəmlo Kərbəlayi 

İsmayıl tərəfindən, ancaq rus nüsxəsində isə 

daima Yədullanın (Yədulla, Kərbəlayi İsmayılın 

ölən oğludur) məzarının yanında gizlənən bir 

qaçağın əli ilə o dünyaya göndərilir. Hazırda hər 

iki nüsxə qorunub saxlanılır. Rejissor Kamil 

Rüstəmbəyov filmin sonunu belə çəkmişdi: 

Qəmlo Kərbəlayinin sözünə məhəl verməyib 

atlıların ardınca yollanır və Abbasqulu bəyi 

öldürür. Sözü yerə düşən Kərbəlayi isə 

Qəmlonun ardınca yollanır, lakin, Abbasqulu 

bəyi xilas edə bilmir və qəzəbindən Qəmlonu 

öldürür. Kərbəlayinin belə cəsur göstərilməsi 

yuxarı dairələrdəki kinotənqidçilərin xoşuna 

gəlmir və rejissordan filmin sonluğunu 

dəyişməsini tələb edirlər. Rejissor qısa bir 

çəkiliş edir, Qəmlonu Xudayarın qardaşı 

öldürür, film montaj edildikdən sonra ekranlara 

çıxır. Lakin filmə diqqətlə baxsaq görərik ki, 

Kərbəlayinin adamlarından biri təşviş içərisində 

gəlib kəndlilərə xəbər verir ki, Kərbəlayi 

Qəmlonu gəbərtdi. Məhz filmdə qalan bu səhnə 

yuxarıda deyilənləri sübut edir. Aktyor Yusif 

Vəliyevin Kərbəlayi İsmayıl obrazını 

səsləndirməsini obrazın ifaçısı Adil İsgəndərov 

məsləhət görüb. Film Azərbaycan kinosu 

tarixində əsl kişi filmi adını almışdır. Film real 

faktlar əsasında çəkilib. Abbasqulu bəy 

Şadlınski də, Kərbəlayi İsmayıl da, Qəmlo da 

real həyatda yaşamış insanlardır. Əbdül  



 

22 


Film Fiction | Aprel, №8 

 

Mahmudov: … "Axırıncı aşırım" filmində Məlik 



Dadaşovun silləsindən aldığım zədə hələ də 

dodağımın kənarında çapıq şəklində 

qalmaqdadır. Hətta dişim də sınmışdı ki, onu da 

hələ düzəltdirməmişəm, olduğu kimi qalır" ... 

("Axırıncı aşırım: Azərbaycan kişilərinin 

kinosu" – Ekspress qəzeti, 10.07.2003, Ulduzə 

Qaraqızı). 

 

 



 24

       


Sahə 

 

      

 

 

 

 

 



2010-cu ildə ekranlaşdırılan Azərbaycan- 

Gürcüstan ortaq yapımı olan İlqar Safat filmi. 

Hadisələr polis SAHƏ-sində baş verir. Baş 

qəhrəman öz fobiyasına qalib gəlməlidi. Janrına 

görə art-xaus olsa da kommersiya cəhətdən də 

uğurlu sayıla bilər. Filmdəki roluna görə baş rol 

ifaçısı Timur Oduşev 32-ci "Hollivudun gənc 

istedadları" mükafatına (32nd Young Artist 

Awards) layiq görülmüşdür. 

 

 



 

 

  



25

       


Hər şey yaxşılığa doğru 

                  

 

 

 

1997-ci ildə Vaqif Mustafayevin çəkmiş olduğu 



qısa metraj film. Film bütün müharibələrin 

əleyhinə etiraz olaraq səslənir. 1)1998-ci ildə 

44-cü Oberhauzen Beynəlxalq Qısametrajlı 

Filmlər Kinofestivalı Filmə Böyük Beynəlxalq 

Münsiflər heyətinin "sülh məramına və 

yumoruna görə" "Ulenşpigel" Prizi verilmişdir. 

Filmə Humanizmə görə Katolik Kilsələr 

Assosiasiyasının Prizi verilmişdir. Filmə Katolik 

Filmlər Assosiasiyasının Prizi verilmişdir. Filmə 

Şərəf və ləyaqətə görə "Don Kixot" Prizi 

verilmişdir. 1998-ci ildə VIII Sankt-Peterburq 

Beynəlxalq Kinofestivalı Vətəndaşlıq 

müdrikliyinə və yaradıcılıq qələbəsinə görə 

rejissor Vaqif Mustafayevə Priz vermişdir. 

2001-ci ildə İstanbul Beynəlxalq Kinofestivalı 

Qısametrajlı bədii filmlər üzrə filmə "Qızıl 

Atilla" Prizi verilmişdir. 

  

 



 

 

 



 

 

 



 

 

 



 

 

23 


Film Fiction | Aprel, №8 

 

 



 

 26

        

Fransız 

 

      

 

 

1995-ci ildə Əmir Pəhləvanın ssenarisi və elə 



onun özü ilə Vaqif Mustafayevin müştərək 

rejissorluğu ilə çəkilmiş traqikomediya. Film 

Avropadan qayıdandan sonra öz milli-mənəvi 

dəyərlərimizə yuxarıdan aşağı baxan 

həmyerlimizdən bəhs edir.  

 

 



 

 

  



27    

Yaramaz 

 

 

 

 

1988-ci ildə Vaqif Mustafayev tərəfindən 



çəkilmiş film. Amerikan tənqidçisi R. Hollouey 

"Faynenşl Tayms" qəzetində "Yaramaz" filmini 

yenidənqurmanın ab-havasını göstərən ən yaxşı 

ekran əsəri hesab etmiş, kinolenti Sovet 

kinosunda yeni dalğanın ilk uğurlu müjdəçisi 

adlandırmışdır. 1989-cu ildə Odessada "Qızıl 

Dyuk" Beynəlxalq Kinofestivalında filmə Odessa 

centlmenlərinin Prizi verilmişdir. Hətəm 

rolunun ifasına görə aktyor Mamuka 

Kikaleyşviliyə Priz verilmişdir. 1989-cu ildə 

Qabrovoda komediya filmlərinin festivalında 

filmə "Çaplinin Qızıl Əl Ağacı" Prizi verilmişdir. 

1989-cu ildə film "Sovetskaya Kultura" 

qəzetinin Prizinə layiq görülmüşdür. 1989-cu 

ildə Kalinində Sovet kinosu aktyorlarının 

"Ulduzlar-89" I Ümumittifaq Festivalında aktyor 

Mamuka Kikaleyşviliyə debütə görə Priz 

verilmişdir. 1991-ci ildə quruluşçu rejissor 

Vaqif Mustafayevə, quruluşçu operator 

Aleksandr İlxovskiyə, səs operatoru Əsəd 

Əsədova, aktyorlar Mamuka Kikaleyşviliyə və 

Yaşar Nuriyə, quruluşçu rəssam Nazim 

Hacıyevə, ikinci rejissor Nizami Musayevə 

Azərbaycan Republikasının Dövlət Mükafatı 

verilmişdir. 

 

 



 

28   

 

 Ötən ilin son gecəsi 

 

 

 



 

Anarın ssenarisi əsasında Gülbəniz 

Əzimzadənin rejissoru olduğu bu film təqvimin 

son gününün gecəsindən bəhs edir. Olduqca 

gözəl nüanslarla işlənən film əsərdəki auranı 

qoruya bilib.  

 

 

 



 

 


 

24 


Film Fiction | Aprel, №8 

 

 



 

 

29

        

O olmasın, bu olsun! 

 

 

1956-cı ildə bəstəkar Üzeyir Hacıbəyovun əsəri 

əsasında Hüseyn Seyidzadənin rejissoru olduğu 

film. Film Azərbaycan kinosunun ən uğurlu 

filmlərindən biri sayılır və 30-a yaxın ölkədə 

nümayiş olunub. 



 

 

 



30    

Uşaqlığın son gecəsi 

 

 



 

 

1968-ci ildə Maqsud İbrahimbəyovun ssenarisi 



və Arif Babayevin rejissoru olduğu film. Film 

insanın formalaşmasından, özünü dərk 

etməsindən bəhs edir.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

25 


Film Fiction | Aprel, №8 

20

th

 Century Fox

 

 



 

 

 



“20-ci Əsr Foks Kinostudiyası” Hollivudun 6 ən böyük studiyasından biridir. Los-Ancelesdə, 

Beverli Hillsin qərbində yerləşən studiya “News Corporation” şirkətinə məxsusdur. 

“20th Century Fox” 1935-ci ildə iki şirkətin birləşməsi nəticəsində yaranmışdı. Bunlardan birincisi 

1915-ci ildə əsası qoyulmuş “Fox Film Corporation”, ikincisi isə 1933-cü ildə yaradılmış “Twentieth 

Century Pictures” şirkətləri idi.  

 

Studiyanın ən uğurlu filmləri sırasında “Star Wars” (“Ulduz Müharibələri”), “Ice Age” (“Buz 



Dövrü”),” X-Men” (“X – Adamlar”), “Die Hard” (“Məğlubedilməz”),  “Alien” (“Yad”), “Planet of the Apes” 

(“Meymunlar Planeti”), “Home Alone” (“Evdə Tək”) film seriyaları, “The Simpsons” (“Simpsonlar”), 

“Family Guy” (“Qriffinlər”) və “American Dad!” (“Amerikalı Ata!”) animasiya serialları və s. var.  

Studiyanın ilk məşhur ulduzu Şirli Templ olmuşdu.  Digər məşhurlar arasında Betti Qreybl, Cin Tirni, 

Merilin Monro, Ceyni Mensfild və b. da var idi. Studiya ilk dəfə “Ən Yaxşı Aktrisa” nominasiyasında 

Oskara namizəd olan və ilk afro-amerikalı film ulduzu sayılan Doroti Dendric ilə müqavilə bağlamış ilk 

Hollivid studiyası idi. Hal-hazırda dünya üzrə ən çox gəlir gətirmiş iki film –  “Avatar” (“Avatar”) – 2009 

və “Titanic” (“Titanik”) – 1997 filmləri bu studiyanın məhsuludur. 

 

Studiyanın ilk filmləri sırasında 1915-ci ildə çəkilmiş “Regeneration” (“Regenerasiya”) və 1917-



ci ildə çəkilmiş, hal-hazırda itmiş film hesab edilən “Cleopatra” (“Kleopatra”) var idi. Studiya “Ən Yaxşı 

Film” kateqoriyasında ilk Oskarı 1932/3-cü illər Oskar mərasimində “Cavalcade” (“Parad”) filminə görə 

aldı. Studiyanın bu kateqoriyada Oskar almış digər filmləri: 

 

1950 – “All About Eve” (“İv Haqqında Hər Şey”) 



 

1965 – “The Sound of Music” (“Musiqi Səsi”) 

 

1970 – “Patton” (“Patton”) 



 

1971 – “The French Connection” (“Fransız Əlaqəsi”) 

 

1997 – “Titanic” (“Titanik”) 



 

 

 

 

26 


Film Fiction | Aprel, №8 

Michel Hazanavicius

 



 

Bérénice Bejo

 

 ilə müsahibə

 

 

Bu sayımızın müsahibə bölməsində ən 



yaxşı film nominasiyasında bu il Oskarı əldə etmiş 

"Artist" filminin rejissoru Mişel Hazanaviçus və 

filmin baş rol ifaçılarından Berenik Bejo ilə birgə 

müsahibəsini təqdim edirik. 

 

 



Sizi 1920-ci illər tərzində səssiz film 

çəkməyə təhrik edən səbəblər və 

prodüserləri razı salma anlarında 

qarşılaşdığınız çətinliklər nələrdi? 

 

Bir çox ünsürün birləşməsindən bir 

araya gəldiyi üçün təsirlənmənin tam nə 

olduğunu izah etmək asan deyil. Prodüserləri 

razı salmaq üçün əvvəlki iki filmimin 

məşhurluğundan istifadə etdim. İnsanlar nə 

etmək istədiyimi soruşanda, onlara etmək 

istədiyimin bu olduğunu deyirdim. Bunu etmək 

üçün yaxşı bir zaman idi və əgər indi 

etməsəydim güman ki heç bir zaman 

etməyəcəkdim. Bu səbəblə sınadım və bunu  

 

etmək heç də asan deyildi. Digər bir təsirlənmə 



mənbəyi isə aktyorlar idi. Berenik Bejo və Jan 

Dyujarden ilə işləmək istəyirdim, çünki onların 

belə bir film üçün doğurdan çox uyğun 

aktyorlar olduğunu düşünürdüm. Berenikonun 

və eynilə Janın sadəcə üz cizgiləri ilə deyil, 

enerji və onlarda malik olduğunu düşündüyüm 

özünü idarədən xaric bir şeylə 1920-ci il tərzi 

səssiz filmlər üçün inanılmaz dərəcədə uyğun 

olduqlarına inanırdım. Bir melodram yaratmaq 

və ironik olmadan daha duyğusal bir şeylər 

etməyə çalışdım. Məni ən çox çətinə salan isə 

gülünc bir vəziyyətə düşmədən reallıqlar və 

onların gətirdiyi problemlərdən asılı olmayan 

axmaq bir adam olmaq riskini üzərimə 

götürmüş olmağım idi. Belə yaşamıram, amma 

heyranedici, sevimli və sanballı hekayə ərsəyə 

gətirmək istəyirdim. Bu fikri prodüserlərə qəbul 

etdirmək çox çətin idi, lakin "OSS" filmləri 

seriyasının uğuru ilə qarşıma çıxan fürsətləri 


 

27 


Film Fiction | Aprel, №8 

dəyərləndirdim və mənə köməkçi olacaq qədər 

ağlını itirmiş Tomas Lanqmann ilə tanış oldum. 

İnanılmaz dərəcədə mənə güvəndi və çox sıx 

görülməyəcək şəkildə öz pulu ilə istədiklərimi 

edə bilməm üçün imkan yaradaraq mükəmməl 

bir iş çıxardı. Nə vaxt pula ehtiyacımız olsa ona 

sahib ola bildik, öz cibindən çox pul xərclədi və 

bunun üçün ona minnətdaram. O qüsursuz bir 

prodüserdir. 



 

Filminizin mövzusunu yazarkən sizə 

ilham verən rejissorlar oldumu? Həmçinin 

çəkim müddətindən əvvəlki axtarışlar 

zamanı diqqətinizi cəlb edən səssiz filmlər 

hansılar idi? 

 

Mənə təsir edən və onlar kimi işləmək 



istədiyim bir çox rejissor olduğunu düşünürəm. 

Billi Uaylderin bəlkə də ən yaxşı rejissor 

olduğunu düşünürəm. Ən yaxşı filmləri o çəkdi 

və əminliklə ona heyranlıq duyduğumu deyə 

bilərəm. Ancaq bu film üçün Con Ford, Frits 

Lanq və Tod Broninq kimi böyük rejissorların 

çox sayda səssiz filmini və əlavə olaraq Koen 

Qardaşları kimi dövrümüzün rejissorlarının 

filmlərini izlədim. Bu rejissorların hamısı 

filmlərində melodrama və ya əyləncəli olmağı 

sərbəstliklə seçə bilirlər. Janrları düşünmədən 

çəkmək istədiklərini reallaşdırırlar. Bu azadlığı 

sevirəm. 


Yüklə 5,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin