Fİlm fiCTİon aprel, №8



Yüklə 5,05 Mb.
Pdf görüntüsü
səhifə5/5
tarix01.01.2017
ölçüsü5,05 Mb.
#4060
1   2   3   4   5

Film Fiction | Aprel, №8 

Nəsibə Zeynalova

 

 

Nəsibə Zeynalova 1916-cı ildə, aprelin 20-də 



Azərbaycanın teatr fədailərindən biri olan 

Cahangir Zeynalovun ailəsində dünyaya göz 

açmışdı. Azərbaycanda realist komik aktyor 

məktəbinin bünövrəsini qoyan, Milli Dram 

Teatrının yaranmasında iştirak edən Cahangir 

Zeynalov qızının iki yaşı olarkən dünyasını 

dəyişib. Bəlkə də atasız qalan Nəsibə Zeynalova 

bu itkini yaşamasaydı, teatra, səhnəyə can 

atmazdı, bu sənətə böyük məhəbbətlə 

bağlanmazdı. Nəsibə Zeynalova atasının 

yoxluğunun ürəyində yaratdığı boşluğu teatra, 

səhnəyə gəlməklə doldurdu. Onun məhz komik 

aktrisa ampluasını seçməsi də təsadüfi deyildi. 

Atasının qoyduğu məktəbi davam etdirmək həm 

borcu idi, həm də bu irsi istedad onun 

damarlarında qaynayırdı.  

 

 

 Uşaqlıq, yeniyetməlik çağlarında çox əzab-



əziyyət çəkən, həyatın hər üzünü görən Nəsibə 

Zeynalova məhz sənəti, istedadı ilə illərdən 

sonra çoxlarının qibtə edəcəyi yüksəkliklərə 

ucaldı. Həyatda həm sənətkar, həm qadın 

xoşbəxtliyi ona nəsib oldu. Ailəsi, onu çox sevən 

həyat yoldaşı, babasının adını daşıyan, sənətini 

davam etdirən oğlu, milyonların sevgisi...  

 1941-ci ildə Teatr Texnikumunu bitirib 

Musiqili Komediya Teatrında işləməyə başladı. 

Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq 

dövrü 60-cı illərə təsadüf etdi. O, Musiqili 

Komediya Teatrının səhnəsində, Lütfəli 

Abdullayev, Bəşir Səfəroğlu kimi sənətkarlarla 

həftədə beş dəfə tamaşa oynadıqları günləri tez-

tez yada salırdı. Bu teatrın səhnəsində tamaşaya 

qoyulan "Sevindik qız axtarır" əsərində  



 

37 


Film Fiction | Aprel, №8 

 

 



Xeyransa, "Həmişəxanım"da Həmişəxanım, 

"Beşmanatlıq gəlin"də Gülnaz, "Gözün aydın"da 

Nargilə, "Keto və Kote" də Kabato, 

"Qızılaxtaranlar"da Rəxşəndə kimi obrazlar 

yaratdı. 1967-ci ildə Azərbaycanın Xalq Artisti, 

1974-cü ildə Dövlət Mükafatı Laureatı oldu. 

 Nəsibə Zeynalova "Hicran"da Qızbacı, 

"Qayınana"da Cənnət, "Hacı Kərimin Aya 

səyahəti"ndə Kəblə Fatma, "Altı qızın biri 

pəri"də Cəhrə qarı, "Ulduz"da Züleyxa obrazları 

ilə xalqın ürəyində əbədi yer tutdu. Bu 

obrazların dili ilə söylədiyi bəzi ifadələr dillər 

əzbərinə çevrildi.  

 Nəsibə Zeynalovanın yaradıcılıq potensialı 

nəinki teatr səhnəsində, kinoda da böyük 

miqyasda açıldı. Aktrisa "Qayınana", "Ulduz" 

kimi ekran əsərləri istisna olmaqla, kinoda 

əsasən kiçik rollar oynamasına baxmayaraq, hər 

bir obrazı yaddaqalan, baxımlı etməyi bacarırdı. 

"Ögey ana", "Böyük dayaq", "Bizim Cəbiş 

müəllim", "Qanun naminə", "Bəyin 

oğurlanması", "Mən mahnı qoşuram", "Qorxma, 

mən səninləyəm", "Yuxu" və başqa filmlərdə 

Nəsibə Zeynalovanın yaratdığı obrazlar 

tamaşaçıların yaddaşında silinməz izlər 

buraxdı. Aktrisanın bütün obrazlarına nəzər 

saldıqda görürük ki, Nəsibə Zeynalovanın 

aktyor sənəti üçün zəngin mimika, obrazı ən 

xırda incəliklərinədək açmaq bacarığı, milli  

 

 



kolorit, yüksək improvizə qabiliyyəti səciyyəvi 

idi. Onun təbii, inandırıcı oyun tərzi 

qəhrəmanlarını tamaşaçıya doğmalaşdırır, 

yaxınlaşdırırdı. 

 

Teatr sahəsində rolları: 

Gülnaz (Beş manatlıq gəlin, S.Rüstəmov) 

Nargilə (Gözün aydın, F.Əmirov)  

Züleyxa (Ulduz, S.Ələsgərov)  

Kabato (Keto və Kote, V.Dolidze)  

Rəşxəndə (Qızılaxtaranlar, T.Quliyev) 

Qızbacı (Hicran, E.Sabitoğlu)  

Qayınana (Cənnət, Z.Bağırov)  

 

Kino sahəsində rolları:  

Ögey Ana 

Böyük Dayaq 

Ulduz 


Bizim Cəbiş müəllin  

Qanun Naminə 

Qayınana 

Bəyin Oğurlanması 

 

Mənbə: Azəriart.net 



 

 

 



 

 

38 


Film Fiction | Aprel, №8 

John Williams 

 

Con Uilliams – amerikalı bəstəkar, dirijor və 



pianoçu. 60 ilə yaxın karyerası ərzində 

Uilliamsın yazdığı musiqilər kino tarixinin ən 

yaxşıları sırasındadır. Uilliams kino tarixində ən 

çox mükafatlandırılmış şəxslər sırasındadır.  Ən 

məşhur bəstələri sırasında “Star Wars” (“Ulduz 

Müharibələri”), “Indiana Jones” (“İndiana Cons”) 

filmləri, “Jaws” (“Çənələr”), “Superman”, “E.T. 

the Extra-Terrestrial” (“Yadplanetli”), 

“Schindler's List” (“Şindlerin Siyahısı”), “Home 

Alone” (“Evdə Tək”), “Jurassic Park” (“Yura 

Parkı”), “War Horse” (“Döyüş Atı”), ilk üç “Harry 

Potter”  və b. filmlər var. Con Uilliams yaxın 

dostu Stiven Spilberqin iki filmi (“Duel”(“Duel”) 

və “The Color Purple” (“Bənövşəyi Rəng”)) 

istisna olmaqla bütün filmlərinə musiqi 

bəstələmişdir. Ümumilikdə 47 Oskar 

nominasiyası almış Uilliams Uolt Disneydən (59  

 

 



nominasiya) sonra ən çox Oskar nominasiyası 

olan şəxsdir. O, bunlardan 5-ni qazanıb. 



İlk İllər: Con Uilliams 8 fevral 1932-ci ildə Nyu 

Yorkda anadan olmuşdur. Atası cazz zərb 

alətlərində ifa edirdi. 1948-ci ildə ailə Los-

Ancelesə köçdü. “North Hollywood High School” 

məktəbinə daxil olan Con 1950-ci ildə buranı 

bitirdi. Daha sonra Kaliforniya Universitetində 

təhsil almağa başlayan Uilliams 1952-ci ildə onu 

ABŞ Hərbi Hava Qüvvələrinin musiqi qrupuna 

köçürdülər. 1955-ci ildə burada xidmətini başa 

vurduqdan sonra Nyu-Yorka qayıtdı və 

“Juilliard School”-da oxudu. Bu müddətdə o, 

cazz klublarda və bəzi film studiyalarında işlədi.  

1956-cı ildə Uilliams aktrisa Barbara Ryuiklə 

evləndi və 1974-cü ilə kimi, Barbaranın 

ölümünə qədər onunla evli qaldı. Onların 3 

övladı var. 1980-ci ildən etibarən Uilliams  

 


 

39 


Film Fiction | Aprel, №8 

 

Samanta Uinslou ilə evlidir. 



Film və Televiziya: Əsasən 20-ci əsr musiqi 

ənənələrinə sadiq olan Uilliamsın əsas ilham 

mənbəyi 19-cu əsr neoromantizmi, xüsusilə 

Riçard Vaqnerin musiqisidir.  

 

 

 



 

“Juilliard School”-u bitirdikdən sonra 

Los-Ancelesə qayıdan  Uilliams film 

studiyalarında orkestrator kimi işləməyə 

başladı. O, burada Frans Vaksman, Bernard 

Herman, Alfred Nyuman kimi bəstəkarlarla 

çalışırdı. O, həmçinin Cerri Qoldsmit, Elmer 

Bernşteyn, Henri Mançini kimi bəstəkarların 

musiqilərində pianoçu kimi iştirak etmişdi.  

“Universal Studios”-da işləyən Uilliamsın ilk 

böyük işi “Daddy-O” (“O-Ata”)  - 1958 filmində 

oldu. O, ilk Oskar nominasiyasını 1967-ci ildə 

“Valley of Dolls” (“Gəlinciklər Vadisi”), ilk 

Oskarını isə 1971-ci ildə  “Fiddler on the Roof” 

(“Skripkaçı Damda”) filminə görə aldı. 

 

1974-cü ildə gənc rejissor S.Spilberq ona 



ilk tammetrajlı bədii filmi olan “The Sugarland 

Express” (“Şuqerlend Ekspressi”) filminə musiqi 

yazmağı təklif etdi. Növbəti il isə, “Jaws” 

(“Çənələr”) filminin musiqisinə görə Uilliams 2-

ci Oskarını qazandı. Bundan sonra Uilliams və 

Spilberq “Close Encounters of the Third Kind” 

(“Üçüncü Növün Yaxın Əlaqələri”) filmində 

yenidən əməkdaşlıq etdilər. Lakin onlar 

Hollivud tarixində yenilik edərək, film və musiqi 

üzərində sinxron olaraq işlədilər. 

 

Bu dövrdə Spilberqin yaxın dostu Corc 



Lukas “Star Wars” (1977) filmi üçün bəstəkar 

axtarışında idi. Spilberq ona Uilliamsı məsləhət  

 

gördü.  Uilliams bu filmə görə 3-cü Oskarını 



qazandı. 1981-ci ildə İndiana Consun 

macəralarından bəhs edən ilk film “Raiders of 

the Lost Ark” (“İtmiş Mücrünün Axtarışında”) 

üçün musiqi yazıldı. Filmin əsas musiqi nömrəsi 

“The Raiders March” hal-hazırda da bütün 

dövrlərin ən yaxşılarından hesab edilir. 1982-ci 

ildə “E.T. the Extra-Terrestrial”, 1993-cü ildə isə 

“Schindler's List” filminə görə 4-cü və 5-ci 

Oskarını qazandı.  

 

 



 

 

 



Uilliamsın son işi Spilberqin “War Horse” 

və “The Adventures of Tintin”(“Tintinin 

Macəraları”) filmlərində olub. O, bu filmlərin 

hər ikisinə görə Oskara namizəd olmuşdu. Hal-

hazırda onlar 2012-ci ilin sonlrarında ekranlara 

çıxacaq “Lincoln” (“Linkoln”) filmi üzərində 

işləyirlər.  Beləliklə, Uilliams 47 Oskar 

nominasiyasından 16-nı Spilberqin filmlərinə 

görə alıb və 3-nü qazanıb. 

 

Mükafatlar: Oskardan əlavə Uilliams 22 

Qızıl Qlobus nominasiyasından 4-nü, 12 BAFTA 

nominasiyasından 7-ni,  59 Qremmi 

nominasiyasından 21-ni qazanıb.  2005-ci ildə 

Amerika Film İnstitutu (AFİ) bütün dövrlərin ən 

yaxşı film musiqilərini seçdi. İlk onluqda 

Uillimasın 2 bəstəsi var idi: “Star Wars” 1-ci və 

“Jaws” 6-cı yerdə. 

 

 

 



 

40 


Film Fiction | Aprel, №8 

KAVŞAK 


 

 

 



 

 

İKİ HAYAT KESİŞEBİLİR YA ÖTEKİLER?-



Kavşak 

 

 



Kendi halinde öylece oturup duran 

insanlar - özellikle erkek karakterler - her ne 

kadar sıradan sinema seyircisi için sıkıcı gelse 

de son dönem Türkiye Sineması’nda bu tip 

erkek karakterleri görmeye alışır olduk. Sanırım 

bunun tohumunu Zeki Demirkubuz attı ve 

Cemal Baş, Selim Demirdelen gibi isimlerle de 

bu gelenek devam ediyor. Buradan; “bunlar Zeki 

Demirkubuz taklidi”düşüncesi çıkmasın, aksine 

bu durum; aynı coğrafyada(coğrafyadan da öte 

–İstanbul diye sınırlamak istiyorum) ne kadar 

aynı şeylerin yaşanıp ne kadar aynı robotlaşmış 

kişilerin yaşadığını ve her yönetmenin bunlara 

ne kadar farklı açıdan bakılabileceğini 

gösteriyor. 

 

 



Demirdelen’in  Güveni (Güven Kıraç 

canlandırıyor) Cemal Baş’ın Ali’si ile 

Demirkubuz’un Musa’sının sanki orta yaş hali. 

Yazgı’daki Musa’nın  da  ofiste kendi halinde 

takılan, bir kişilik olması Güven’i Musa’ya daha 

çok yaklaştırıyor. 

 

İstanbul’un sömürü  sistemine ayak 



uydurmuş her gün aynı şeyleri yapan bunları 

yapmaktan nefret etse de hayatta var ola bilmek 

için para kazanmaya olan ihtiyaçtan dolayı 

seslerini dahi çıkaramayan insanlar Kavşak’ta 

da barınan kişilikler. 

 

Ofisinde kendi halinde işine gücüne 



bakan,  sessiz sakin bir yaşantısı olan Güven’i 

saat 4’te her gün 5 yaşındaki , üstün zekalı kızı 

Çiçek aramakta ve her aramasında fırça boya vs. 

istemektedir. 

 

Tabii daha sonra Arzu sayesinde aslında 



Güven’i arayanın sadece Telekom’un hatırlatma 

servisi olduğunu öğreneceksek de kaybedilişin 

ve bunu kabullenemeyişin sonucu bulmaktayız 

bu aramalarda. Ayrıca uydurulan yalanı  

 

 

 



değiştirme gereğinin de duyulmaması bu 

kişiliklerin boş verilmiş hayatlarının bir 

göstergesi durumunda. 

 


 

41 


Film Fiction | Aprel, №8 

 

 



 

Evinde de, ofisinde de tek olan Güven’in 

bu “tek kişilik imparatorluğu”nun ofis kısmını  

işe yeni alınan Arzu bozar, Güven bundan 

rahatsız olsa da hayata göstermediği karşılığı 

patronuna da gösterilmez , buna yönelik 

patronuna söyleyebildiği tek cümle ise kişiliğe 

yakışır şekilde bir cümle 



 

 “Ne güzel hiç yoktan sıkılmamış olurum, 

zaten burada tek kişi…” 

Arzu kapitalist sistemle birlikte iş yaşantısına 

giren - ki burada kadının iş yaşantısına girilmesi 

değil sistemin işçiye olan ihtiyacından dolayı 

kadına plazalarda, fabrikalarda, atölyelerde yer 

verilmektedir- Mecidiyeköy, Beşiktaş gibi bol 

bankalı, ofisli yerlerde görmeye alışık 

olduğumuz klasikleş(tiril)miş kadın tipi. 

Kadının bağımsızlığı, tek başına da hayatta 

tutunabileceğinin kanıtını göstermeye çalışan 

Arzu karakteri özellikle 2000’li yıllardan sonra 

hayatımıza giren dizilerden de aşina olduğumuz 

üzere kocasından ayrılmış birisidir. Tabii ki, bu 

ayrılıktan dolayı en çok cezayı çekecek olan 5 

yaşındaki kızı; evliliği,  Arzu’nun anneliğini 

hatırlatan ve az önce belirttiğim dizilerdeki 

anne kişiliğe, Arzu’yu yakınlaştıran unsur. 

 

Unutmadan her ne kadar Arzu’nun kızı,  



Arzu’yu klasikleştirilmiş kadın tipi haline 

getirse de aslında bu çocuğun filmin sonunda 

göreceğimiz üzere, Arzu ile Güven arasındaki 

“Kavşak”ın en önemli nedeni olduğunu da 

belirtmek isterim. 

 

Filmin yan karakterlerinden Haydar  



bazen hayatımıza bizim elimizde olmadan 

girmiş ve umursamadığımız kişilerle eşdeğer. 

(Tabii olaya Güven’in gözünden bakıyorsak) 

Haydar’ın hastahanedeki karşılaşma dışında 

hikayenin pek içinde ol(a)mayışı Haydar  

karakterini zayıflatıyor. Hastahane dışında ev 

sahibinin oğlu, kovulmuş ya da istifa etmiş polis 

memuru Vedat ile aynı birahane’de (sanırım bu 

tabir “bar”dan  daha uygun) görünmesi de “aaa 

ikisini de tanıyoruz!”  heyecanından başka bir 

şey yaratmıyor. Tabii basmakalıp izleme 

kabuğunu kırdığımızda bir şeyin olması ya da 

olmaması ortada bir sorun olduğunu 

göstermiyor.  

 

Ev Sahibi Saniye Teyze’nin istifa etmiş ya 



da kovulmuş eski polis memuru oğlu ise, 

“Kavşak”taki son önemli karakter Vedat’ın 

Haydar’dan tek farkı ise hikayesini tam olarak 

anlayabilmemiz ve konu sayesinde (son 

sahneler hariç) O’ndan nefret etmemiz. 

Gişe filmlerine alışmış olan sinema 

seyircilerinin izlerken sıkılacağı, belki de yarıda 

bırakacağı Kavşak filmi sinema seyircilerinin 

beklentisini tam olarak karşılamasa da en 

basitinden Taksim yerine Bakırköy Meydan’ın 

“merkez” olması,  Güven’in merak ettiğimiz 

hikayesini arada bir flu trafik ışıklarıyla, şehir 

karmaşasının birlikte verilmesi , bunun da 

merakı iyice artırması ve en önemlisi seyirciyi 

sıkmadan güzel bir sonla filmi bağlaması 

Kavşak’ı izlenir kılan yanı. 

 

Ayrıca filmin senaryo ve yönetimi 



dışında kurgusunu da kendisi yapan Selim 

Demirdelen’in yine kendi yaptığı müzikleri ve 

diğer şarkıları zekice yerleştirmesi de güzel 

olmuş. (örneğin Arzu’nun Güven’i arabasıyla ilk 

eve bıraktığı sahne) 

 

Filmde beni rahatsız eden unsurlar ise; 



Güven’in her sabah gittiği mezarlığın önünden 

kalkan ( her sabah mezarlığa gittiğini filmin 

sonunda anlıyoruz) otobüsün hep aynı otobüs 

olması (dikkatli seyirciler içerisindeki 

yolculardan anlamış olacaktır) ve “Kavşak” 

sonra gelen sahnelerin gereksizliği. 

 

Tabii buradan ikinci kısmı öznele 



indirgemek istiyorum, şahsen Kavşak 

sahnesinden sonra da önce de diğer 

karakterlere ne olduğunu hiç merak etmedim. 

Bu yüzden Demirdelen’in bunları yanıtsız 

bırakmayıp cevaplaması mutlu son yaratımı gibi 

görünse de bana, hikayeye Güven’in gözünden 

bakmaya alışkın olduğumuzdan olsa gerek, pek 

tatmin etmedi beni. 

 

Unutmadan son dönem Türkiye 



Sineması’na “sanatsal” anlamda destek veren 

ARTI FİLM ve dolayısıyla TÜRKER KORKMAZ ’a 

bu desteklerinden dolayı da teşekkür etmeden 

olmaz. 


 

 

 



 

 

42 


Film Fiction | Aprel, №8 

Masumiyet 

 

 

 



Film: Masumiyet 

Rejissor: Zeki Demirkubuz 

Ölkə: Türkiyə 

Janr: Dram İl: 1997 

İMDb: 8.3 

Film Fiction xalı: 8.0 

 

 

Türkiyənin film sektoru dedikdə 



insanların ağlına ya ‘’Yeşilcam’’ dedikləri sektor 

və ya Dizi sektoru (Serial Sektoru) 

gəlir.’’Yeşilçam’’ İstanbul Beyoğlunda 

kinosevərlərin yığışdığı bir küçədir və 

‘’Yeşilçam’’ adlandırılan küçə Türkiyənin 

Hollywoodu kimi göstərilir.Yeşilçam filmlərinin 

hegemonluq etdiyi dövrlərdə Türkiyədə 

müstəqil rejissorların filmləri ərsəyə gəlməkdə 

çətinlik çəkirdi.Bu çətinliyi aradan qaldıran 

rejissorlardan biri,daha doğrusu ən birincisi 

Zeki Demirkubuzdur.Kinoya ‘’C bloku’’ filmi ilə  

 

gələn Zeki Demirkubuzun ən böyük  



uğurlarından biri ‘’M əsumiyyət’’ (“Masumiyet”) 

filmidir.Bu filmlə Türkiyədə tanınmağa 

başlayan rejissor,türk insanının gündəlik 

həyatından təsirlənib yazdığı ssenarini sonda 

gözəl bir filmə çevirir.Bəlkə də ssenarinin 

yazılmasında Zeki Demirkubuzun küçələri 

gəzərək ticarətlə məşğul olması və ya Türkiyə 

Kommunist partiyasına üzv olduğu üçün 3 il 

həbsdə olması da öz rolunu oynayıb.Çox az 

büdcə ilə çəkilən filmin çəklişləri 19 gün 

sürüb.Baş rollarda isə Haluk 

Bilginər(Bəkir),Derya Alabora(Uğur) və Güvən 

Kıraçdır(Yusuf).Film 4 obraz ətrafında 

dönür,bir cinayətkarı sevən Uğur həm 

pavyonda müğənni, həm də fahişədir,onu sevən 

və ona görə ailəsindən ayrılan Bəkir isə əyyaş 

olmaqla yanaşı,Uğuru hər axşam pavyona 

aparan kəsdir.Yusuf isə türmədən yeni çıxıb və 

İzmirə öz bacısını görməyə gəlir.Bu üç obraz 

filmi başdan-başa çəkib aparırlar.Filmin ən 

uğurlu xarakteri isə Bəkirdir.Filmdə Bəkirin 

Yusufa Uğurun və öz həyatını danışdığı səhnə 

var,bu səhnə bəlkə də dünya kinosunda bir 

aktyorun yaratdığı ən böyük səhnələrdən 

biridir.Demirkubuzun dediyinə görə ilk öncə 

Bəkirin danışdığı hekayəni yazıb,sonradan isə 

filmin ssenarisini yazıb.Sonradan 2006-cı ildə 

Zeki Demirkubuz əslində bu filmin ilk hissəsi 

olan ‘’Kader’’ filimini çəkir.O filmin məzmunu 

‘’Məsumiyyət’’ filmində Bəkirin danışdığı 

hekayədir.Bir sözlə gözəl aktyor oyunu və əsl 

həyatdan götürülmüş nəsə 

istəyirsinizsə,’’Məsumiyyət’’ə baxın.Filmdə 

söyüşdən istifadə maksimum həddədir.Həyat 

isə heç də gözlədiyimiz kimi deyil… 

 

 



 

 

 



 

 

 



 

 

43 


Film Fiction | Aprel, №8 

To Kill a 

Mockingbird 

 

 



 

 

Film: Bülbülü Öldürmək 



Rejissor: Robert Malliqan 

Ölkə: ABŞ 

Janr: Dram 

İl: 1962 

İMDb: 8.5 

Film Fiction xalı: 8.5 

 

1962-ci ildə Harper Linin eyniadlı əsəri 



əsasında Robert Malliqan tərəfindən çəkilmiş 

film. Baş rollarda Greqori Pek, Meri Bedhem və 

b. çəkilmişdir. 8 Oskar nominasiyasından 3-nü 

qazanan film əfsanəvi aktyor Qreqori Pekə “Ən 

Yaxşı Aktyor” kimi ilk və yeganə Oskarını 

qazandırdı. Amerika Film İnstitutunun  

 

 

(AFİ)“Bütün Dövrlərin 100 Ən Yaxşı Filmi” 



siyahısında bu film 21-ci pillədədir. AFİ-nin  

tərtib etdiyi “100 Ən Yaxşı Kino Qəhrəman” 

siyahısında Qreqori Pekin canlandırdığı Attikus 

Finç 1-ci pillədə qərarlaşıb.  Qeyd edək ki, bu 

siyahıda 2-ci pillədə Harrison Fordun yaratdığı 

İndiana Cons, 3-cü pillədə isə Şon Konnerinin 

yaratdığı Ceyms Bond obrazıdır. 

 

 



 

 

Hüquqşunas Attikus Finç (Qreqori Pek) 2 



uşağı ilə birlikdə 1930-cu illərin Alabama 

ştatında yaşayır. O dövrdə digər yerlərdə 

olduğu kimi burada da irqçilik hökm sürür. O, 

bir qadını zorlamaqda günahlandırılan, lakin 

heç bir günahı olmayan qaradərili bir kişini 

məhkəmədə müdafiə etməyi öz üzərinə götürür. 

Şəhərlilərin əksəriyyəti onu bu işdən əl 

çəkməyə çağırsa da, o, işi sona çatdırmaq 

niyyətindədir. O, öz istəyinə nail olacaqmı? O, 

şəhərdəki irqi ayrı-seçkiliyi aradan 

qaldıracaqmı? Bu suallara filmə baxdıqdan 

sonra cavab tapa bilərsiniz.  

 

 

 



 

 

44 


Film Fiction | Aprel, №8 

AFİŞA 


 

 

 



          Piratlar!Talesizlər dəstəsi 3D 

  

Ölkə: ABŞ, Böyük Britaniya 



İl: 2012 

Rejissor: Piter Lord, Ceff Nyuitt 

Baş rollarda: Xyu Qrant, Brendan Qlison, Ceremi Piven, 

Brayan Blessid 

Janr: cizgi filmi, macəra, ailəvi 

Kinoteatr: Park Cinema 

2 maya qədər seansda. 

 

 



Qideon Defonun, fərsiz piratlar dəstəsi haqqında bəhs edən 

romanlarından birinci kitabın ekranlaşdırılması. Birinci 

hissədə piratlar Londona gəlirlər və orada Çarlz Darvinlə, 

Mister Bobo ləqəbli danışan şimpanze meymunla tanış olurlar 

və onları məhv etmək istəyən düşmənlərlə qarşılaşırlar. 

 

 



 

 

 



Küçə rəqsləri 2 3D 

 

Ölkə: Böyük Britaniya 



İl: 2012 

Rejissor: Maks Jiva, Daniya Paskvini 

Baş rollarda: Maks Jiva, Daniya Paskvini 

Janr: drama, melodrama, musiqili 

Kinoteatr: Azərbaycan, Park Cinema 

2 maya qədər seansda. 

 

 

Rəqqas Eş, Streetdance müsabiqəsində məğlub olduqdan 



sonra, revanş üçün, özünə tayı-bərabəri olmayan komanda 

yığmağa qərar verir. Axtarışlarda olarakən, dünyanı qarış-

qarış gəzir, və salsa rəqsi edən, Evə adlı qızla tanış olur və ona 

vurulur.Evada o öz xoşbəxtliyini, öz rəqsini, və öz qələbəsini 

görür... Lakin bu qızın könlünü almaq elə da asan deyil.Özünü 

ifadə etmək azadlığı və salsa ehtirası   öz əksini rəqslərdə 

tapır. 

 

 



 

 

45 


Film Fiction | Aprel, №8 

 

 



 

 

 



Toy müsibəti 

 

Ölkə: ABŞ, Böyük Britaniya, Avstraliya 



İl: 2011 

Rejissor: Stefan Elliot 

Baş rollarda: Ksavyer Semuel, Kris Marşall, Kevin Bişop, Tim 

Draksl 


Janr: komediya 

Kinoteatr: Park Cinema 

2 maya qədər seansda 

 

Avstraliyada toyu necə qeyd edirlər? Russiyada qeyd 



olunandan yeni ildən daha yaxşı. Təmtəraqlı tədbir, alkoqol 

dənizi...Üç sadiq dost tam əylənmək istəyir. Əsl sevgi bütün bu 

çətinliklərə dözə bilər? 

 

 



 

 

 



 

 

 



 

 

Kef etmə” hüququ 

 

Ölkə: Fransa 



İl: 2012 

Rejissor: Emmanuel Berko, Fred Kavaye, Aleksandr Kortes 

Baş rollarda: Jan Düjarden, Jil Lelluş, Lionel Abelanski, Fabris Aqoqe 

Janr: komediya 

Kinoteatr 

2 maya qədər seansda.  

 

 

Kişi vəfasızlığı, onun ən ağılasığmaz, gülməli təzahürlərində- yeni 



komediya üçün yaxşı mövzudur. Macəra dalınca düşmüş Jan və Jil 

hər şeyə hazırdılar. Həyat, kaleydoskop kimi, ətrafda dekorasiyaları 

dəyişərək, onları əməlli yorub: şəhərin kənarındakı kiçik 

mehmanxana, seksual asıllığı olanlar üçün klinika ilə əvəz edilir, 

Parisin gecə klubu isə Las Veqasın  kazinosu ilə əvəz edilir. Həyatın 

bütün gözəlliklərini dadandan sonra, gözəl cinslə məşğul olmağı, 

qızları yatağa cəlb etməklə məşğul olurlar.... 

 

 



 

 


 

46 


Film Fiction | Aprel, №8 

 

 



Quzğun 

 

Ölkə: ABŞ, İspaniya, Macarıstan 



İl: 2012 

Rejissor: Ceyms MakTiq 

Baş rollarda: Con Kyusak, Elis İv, Lük Evans, Brendan Qlison 

Janr: triller 

Kinoteatr: Park Cinema 

2 maya qədər seansda. 

 

Film, Edqar Allan Po həyatının  son günlərindən bəhs edir. 



Tanınmış yazıçı,  onun əsərlərində təsvir edilmiş, oxşar 

cinayətləri törətmiş canini təqib edir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Maço və çoxbilmiş 

 

Ölkə: ABŞ 



İl: 2012 

Rejissor: Fil Lord, Kris Müller 

Baş rollarda: Cona Hill, Çenninq Tatum, Bri Larson, Deyv 

Franko 


Janr: komediya 

Kinoteatr: Park Cinema 

2 maya qədər seansda. 

 

İki yeni, təcrübəsiz polis məmuru çox məxfi tapşırığa 



göndərilirlər. Narkotik satışı hökm sürən orta məktəbdə onlar 

yenidən şagird olmalıdırlar. 

 

 

 



 

 

 



 

 

 



 

 


 

47 


Film Fiction | Aprel, №8 

 

 



Meşədə daxma 

 

Ölkə: ABŞ 



İl: 2011 

Rejissor: Dru Qoddar 

Baş rollarda: Kristin Nora Konnolli, Kris Hemsvort, Anna 

Hatçinson, Fren Krants 

Janr: dəhşət, triller 

Kinoteatr: Azərbaycan, Park Cinema 

2 maya qədər seansda. 

 

Bir qrup gənc ofis işçisi, qeyri adi evdə gecəni 



keçirməlidirlər. Bağlı qapı arxasında qeyri adi və dəhşətli 

şeylər baş verir. Gənclər, hansı təhlükənin olduğu haqda heç 

bilmirlər, lakin zamanın sürətli keçməsini dərk edirlər. 

 

 



 

 

 



 

 

 



 

 

 



Belosnejka: Cırtdanların qisası 

 

Janr: fentezi, dram, komediya  



Ölkə: ABŞ  

Rejissor: Tarsem Sinx  

Ssenari: Meliisa Uollek, Ceyson Keller, ...  

Rollarda: Culiya Roberts, Lili Kollinz, Armi Xammer, Şon Bin, 

Natan Leyn, Mer Uinninqxem, Maykl Lerner, Robert Emms, 

Martin Klebbe, Denni Vudbern və başqaları.  

Kinoteatr: Azərbaycan 

2 maya qədər seansda. 

 

Gözəl və varlı şahzadəyə ərə getmək istəyən Zalım Kraliça, 



Belosjenkanı saraydan uzaqlaşdırır və hakimiyyəti hiyləylə 

əlinə keçirir. Lakin qız qaranlıq meşədə sağ qalır və quldur 

cırtdanlarla tanış olur. Birlikdə onlar Zalım Kraliçadan qisas 

alacaqlar!... 



 

 

Yüklə 5,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin