www.erc-az.org
Avqust 11/2008
www.erc-az.org
Avqust 11/2008
Layihələrimiz
İyul ayı üzrə inflyasiya göstəricisi açıqlanıb
Avqust ayının 8-də İqtisadi Tədqiqatlar Mərkəzi Açıq Cəmiyət İnstututu Budapeşt Fondunun
İnstitusional yardım layihəsi çərçivəsində həyata keçirdiyi “Alternativ inflyasiya səviyyəsinin
hesablanması” proqramı üzrə Azərbaycanın 11 regionunda bu ilin iyul ayı ərzində apardığı
qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb. Nəticələrə görə, iyul ayı ərzində
Azərbaycanda istehlak qiymətləri indeksi (İQİ) 0,72 faiz, Bakıda 0,44 faiz, regionda isə 1,09 faiz
olub.
Əmtəə qrupları üzrə ən yüksək inflyasiya səviyyəsi ərzaq məhsullarında – 0,91 faiz müşahidə
olunub. Tədqiqat aparılan dövr ərzində inflyasiya səviyyəsi qeyri-ərzaq məhsulları üzrə - 0,67 faiz,
xidmət üzrə isə 0,29 faiz təşkil edib.
Mərkəzin hesablamalarına görə, bu ilin 7 ayında Azərbaycanda istehlak qiymətləri indeksi (İQİ)
15,58 faiz, bu ilin iyul ayının ötən ilin iyul ayı ilə müqayisəsində illik inflyasiya isə 29,1 faiz qeydə
alınıb.
Aparılmış statistik müşahidə nəticəsində məlum olmuşdur ki, bu ilin iyul ayında ən çox bahalaşma
ərzaq məhsulları üzrə - göyərti (66,55 faiz), yemiş (56,07 faiz), şəkər (21,77 faiz), çiyələk (14,74
faiz), yer xiyarı (14,12 faiz), qeyri-ərzaq məhsulları üzrə - giriş üçün mebel (13,25 faiz),
soyuducular (11,99 faiz), velosipedlər (2,53 faiz), xidmət üzrə isə - restoran tərəfindən yeməklə
təmin edilmə xidmətləri (14,94 faiz), otel və mehmanxanalar tərəfindən mənzil xidməti (11,09 faiz)
üzrə olub. Ən çox ucuzlaşma isə ərzaq məhsulları üzrə - yer pomidoru (14,75 faiz), lumu (11,28
faiz), təzə kartof (11,03 faiz), şaftalı (6,94 faiz), buğda unu (4,12 faiz) olub.
Qəsəbə Bələdiyyələri Assosiasiyasında görüş
Avqustun 18-də “Azərbaycanda yerli özünüidarəetmə orqanlarının gücləndirilməsi” layihəsi
çərçivəsində layihə əlaqələndiricisi Vüsal Qasımlı və layihə assistenti Rəcəb İmanov Qəsəbə
Bələdiyyələri Assosasiyasının sədri İlham Xəlilovla görüşüblər. Görüşdə layihənin məqsəd və
vəzifələri barədə Assosasiya sədrinə geniş məlumat verilib, layihə çərçivəsində hazırlanmış
“Şəffaf büdcə” və “Tətbiqi büdcə təhlili” kompüter proqramlarının istifadə qaydalarını izah edən
kitablar təqdim olunub. Görüşdə həmçinin proqramların bələdiyyə assosasiyaları vasitəsilə
yayılması perespektivləri müzakirə edilib.
www.erc-az.org
Avqust 11/2008
Müzakirələrdən sonra “Şəffaf büdcə” və “Tətbiqi büdcə təhlili” proqramlarından ölkə
bələdiyyələrinin daha geniş miqyasda istifadəsinə şərait yaradılması üçün şəhər, qəsəbə və kənd
assosasiyalarının nümayəndələri ilə birgə görüş və müzakirələr keçirilməsi qərara alınıb.
İqtisadi Tədqiqatlar Mərkəzi yeni layihənin icrasına başlayıb
Avqustun 26-dan etibarən İqtisadi Tədqiqatlar Mərkəzi Azərbaycan Respublikası Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Korporativ sosial
məsuliyyətə dair fəaliyyətin ölçülməsi və hesabatlılığı” layihəsinin icrasına başiayıb. Layihə rəhbəri
Tural Məmmədovun verdiyi məlumata görə, layihə çərçivəsində ölkədə fəaliyyət göstərən iri
şirkətlərin sosial məsuliyyəti və bu sahədə hesabatlılıq səviyyəsi ölçüləcək, bu istiqamətdə qarşıya
çıxan problemlər ictimailəşdiriləcək və onların həlli yolları ilə bağlı təkliflər hazırlanacaq.
Layihə icrası zamanı iri biznes subyektlərinin korporativ sosial məsuliyyət problemlərinin
araşdırılması məqsədilə onlar və ixtisaslı ekspertlər arasında sorğular keçiriləcək.
www.erc-az.org
Avqust 11/2008
Görüşlər
İyulun 28-də İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Qubad Ibadoğlu BMT-nin Bakı
ofisində BMT-nin Azərbaycan Respublikasındakı rezident-əlaqələndiricisi və BMT İnkişaf
Proqramının nümayəndəsi Bruno Pueza və BMT-nin İnkişaf Proqramının baş müşaviri Gülşən
Rzayevə ilə görüşüb. Görüşdə ABŞ BİA-nin iqtisadi müşaviri Paul Davis və Kanadanın Vindsor
Universitetinin dosenti, İTM-in layihə üzrə tədqiqatçı mentoru Nazim Həbibov iştirak edib. Görüşdə
İTM-in ABŞ BİA-nın maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ev təsərrüfatlarının büdcə müayinəsi
metodologiyasının təkmilləşdirilməsi” layihəsinin təqdimatı olub. Təqdimat zamanı layihə
çərçivəsində ev təsərrüfatlarında aparılacaq sorğu anketinin müzakirəsi keçirilib. Qərara alınıb ki,
bu müzakirələr İşçi qrupu tərəfindən BMT-nin Azərbaycanda fəaliyyət göstərən digər institutlarının
mütəxəsisslərinin iştirakı ilə davam etdirilsin.
*****
Avqustun 4-də BMT-nin İnkişaf Proqramının ofisində işçi qrupunun ilk yigincagi keçirilib.
Toplantıda UNFPA-dan gender və ictimai əlaqələr üzrə müşavir Nigina Abaszadə, BMT-nin
İnkişaf Proqramının baş müşaviri Gülşən Rzayevə, USAİD/PHCS Proqramının nümayəndəsi
Aybəniz İbarhimova, Dünya Səhiyyə Təşkilatının Səhiyyənin maliyyələşdirilməsi siyasəti üzrə
ekspert Jenni Kehler, ABŞ BİA-nin iqtisadi müşaviri Paul Davis, Kanadanın Vindsor
Universitetinin dosenti, İTM-in layihə üzrə tədqiqatçı mentoru Nazim Həbibov, İTM tədqiqat
qrupunun rəhbəri Vusal Qasımlı və İTM İdarə Heyətinin sədri Qubad İbadoğlu iştirak edib.
Görüşdə əvvəlcə İTM-in layihəsi üzrə tədqiqatçı mentoru Nazim Həbibov tərəfindən İTM tədqiqat
qrupunun hazırladığı sorğu anketinin təqdimatı olub. Təqdim olunmuş sorğuya qeydlər və təkliflər
müzakirə edilib.
*****
Avqustun 6-da İTM İdarə Heyətinin sədri Qubad İbadoğlu Montague Lord International təşkilatının
Qlobal İqtisadi Məsləhət Xidmətinin Cənub-Şərqi Asiya ofsinin rəhbəri Montague Lordla və ABŞ
BİA-nin iqtisadi müşaviri Paul Davislə İTM tərəfindən həyata keçirilən “Ev təsərrüfatlarının büdcə
müayinəsi metodologiyasının təkmilləşdirilməsi” layihəsini müzakirə ediblər. Müzakirə zamanı
əsas diqqət ticarət açıqlığının yoxsulluğa təsiri məsələlərinə yetirilib. Cənab Montague Lordun bu
istiqamətdə qeydləri müzakirə olunub.
www.erc-az.org
Avqust 11/2008
*****
Avqustun 13-də İTM İdarə Heyətinin sədri Qubad İbadoğlu, sədr müavini Vusal Qasımlı, ABŞ BİA-
nin iqtisadi müşaviri Paul Davis Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı nümayəndəliyinin
rəhbəri Koba Qvetenetadze və nümayəndəliyin əməkdaşı Mübariz Hüseynquliyevlə İTM tərəfindən
həyata keçirilən “Ev təsərrüfatlarının büdcə müayinəsi metodologiyasının təkmilləşdirilməsi”
layihəsini müzakirə ediblər. Müzakirə zamanı əsas diqqət tədqiqatın reprezentativliyinə yetirilib.
Eyni zamanda sorğudan alınan nəticələrlə makroiqtisadi indikatorlar arasında reqresiyalar
barəsində də fikir mübadiləsi edilib.
Oxfam-Novib təşkilatının nümayəndəsi Mərkəzdə olub
Avqustun 19-da İTM İdarə Heyətinin sədri Qubad İbadoğlu, sədr müavini Vusal Qasımlı, İdarə
Heyətinin üzvləri Dünya Sakit və Fuat Rəsulov Hollandiyanın Oxfam Novib təşkilatının maliyyə
üzrə məsul işçisi Jessica Gachetlə görüşüb. Görüşdə İTM maliyyə meneceri Anar Bayramov, baş
mühasib Oksana Məmmədova, İnsan resursları üzrə məsul işçı Ceyran Nəsibova və xarici
əlaqələr üzrə məsul işçi Nigar Məmmədova iştirak ediblər. Görüş zamanı İTM İdarə Heyətinin
sədri Qubad İbadoğlunun təşkilatın proqram fəaliyyəti barədə, maliyyə meneri Anar Bayramovun
isə maliyyə-uçot siyasətinə dair təqdimatları olub. Görüşdə əsas müzakirələr İTM-in menecment
və maliyyə siyasəti, onun təşkili istiqamətində aparılıb.
Jessica Gachet daha çox İTM-in maliyyə-uçot siyasəti ilə maraqlanıb. Onun bu istiqamətli sualları
maliyyə meneceri tərəfindən ətraflı cavablandırılıb. Bundan əlavə, görüş zamanı C.Gachet Oxfam-
Novib təşkilatının maliyyə-uçot siyasəti, maliyyə hesabatı standartları barədə məlumat verib.
www.erc-az.org
Avqust 11/2008
Əməkdaşlar mükafatlandırılıb
İqtisadi Tədqiqatlar Mərkəzi fəaliyyətində uğurlar qazanan əməkdaşların mükafatlandırılmasını
davam etdirir. Belə ki, avqust ayında Mərkəzin insan resursları şöbəsinin təqdimatı və İdarə
Heyətinin qərarı ilə üç əməkdaş öz fəaliyyətlərində əldə etdikləri yüksək nəticələrə görə mükafata
layiq görülüblər. Bunlar mühasib Oksana Məmmədova, ofis meneceri Şöhlət Səlimov və xarici
əlaqələr üzrə məsul işçi Nigar Məmmədovadır.
İdarə Heyətinin qərarı ilə qeyd olunan işçilərin hər birinə 100 manat məbləğində mükafat verilib və
onlara təşəkkür elan edilib.
******************************************************************************************************************************
Bülletenə məsul şəxs:
Dünya Camalova
İctimai əlaqələr üzrə məsul işçi
Ünvan: Cəfər cabbarlı küç 44,
Kaspian Plaza 3, 9-cu mərtəbə
Tel: (+99 412) 437-32-30
Faks: (+99 412) 437 32 40
e-mail: dcamalova@erc-az.org
Поделитесь с Вашими друзьями: |