Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi elmi-metodika şÖBƏSİ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə8/18
tarix17.12.2022
ölçüsü0,56 Mb.
#75794
1   ...   4   5   6   7   8   9   10   11   ...   18
ADB

I Aparıcı: Əziz və hörmətli qonaqlar! Hamınızı bu əziz bayramda xoş 
gördük. Aylı - ulduzlu üçrəngli bayrağıma baxıram - alnım 
açılır, qəlbim gülür, sinəm dağa dönür. Başımın üstündə 
bayrağım dalğalanırsa, mən vüqarlıyam, ucadan ucayam, xalqım
azaddır, ölkəm müstəqildir, suveren dövlətim var. Bayraq mənim
qələbə sevincimdir – Vətənimin zəfər günündə göylərə yüksəldilir, 
bayraq mənim qəm sirdaşımdır – məmləkətimin kədər, hüzn anlarında 
endirilir. Bayraq qürur duyduğum nişanədir – dövlətin varlığını sübut 
edir dünyada, millətimin imzasını təsdiqləyir imzalar içində. Harada 
ki, üçrəngli bayraq dalğalanır – ora mənim Vətənimdir, Azərbaycan 
məkanıdır, orada yurdumun sədası, sözü - söhbəti var. Sevilən 
şairimiz Bəxtiyar Vahabzadə “Bayraq” şeirində yazır: 
“Bayraq mənliyimdir,
Bayraq kimliyim 
Bayraq – öz yurduma öz hakimliyim. 
 II Aparıcı: Bəli, bayraq dövlətin bütövlük, müstəqillik, yenilməzlik, ucalıq, 
bir sözlə müqəddəslik rəmzidir. Millətin, xalqın qeyrət simvoludur.
Ən böyük səltənət sahibləri, cahangirlər, hökmdarlar, dünya şöhrətli 


 
21 
sərkərdələr, sərdarlar belə bayraq önündə diz çökməyi, bayrağın 
ətəyindən öpməyi özlərinə şərəf - şan bilmişlər. İstiqlal və azadlıq 
mücahidləri bayraq yolunda qan axıtmağı həyatlarının mənası 
sanmışlar. Ölümün üstünə bayraq naminə yerimişlər. Şəhidlik 
zirvəsinə “ya istiqlal, ya ölüm” deyə bayraqla bağlı amal, arzu - istək 
üstə yüksəlmişlər. Bayraq gününün təsis edilməsi və ümumxalq 
bayramı günü kimi qeyd olunması dövlətçilik, milli həmrəylik və
hərbi vətənpərvərlik, yaddaşlarda özünə yuva quracaq vətən sevgisi 
kimi hissilərin şüurlara yeridilməsi baxımından əvəz olunmaz və 
təsiri tərbiyə vasitəsidir. 
Cəngi sədaları altında oxucu səhnəyə çıxıb Fazilə Qaraxanqızının “Dalğalansın 
bayrağımız şeirini söyləyir. 
Dalğalansın bayrağımız 
Bu gün babam Xətainin 
Nəvələri səngərdədir. 
Azərbaycan torpaqları 
Etibarlı əllərdədir. 
Bəndik cəngi sədasına , 
Bir anda səfərbər olaq. 
Əsir düşmüş torpaqları 
Düşmənlərdən geri alaq. 
Nicat tapsın, azad olsun 
Əsirlikdən torpağımız. 
Dalğalansın qoy üçrəngli 
Ay - ulduzlu bayrağımız. 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin