Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi elmi-metodika şÖBƏSİ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə1/18
tarix17.12.2022
ölçüsü0,56 Mb.
#75794
  1   2   3   4   5   6   7   8   9   ...   18
ADB



 

AZƏRBAYCAN RESPUBLİKASI
MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ 
F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI 
 
ELMİ-METODİKA ŞÖBƏSİ 
 
9 noyabr Dövlət Bayrağı Günüdür 

Müstəqilliyimizin və milli mənsubiyyətimizin
müqəddəs rəmzi olan bayrağımız
 
 
 
 
Bakı – 2013 


 


Tərtibçidən
 
Azərbaycan Respublikasının tanıtım vəsiqələrindən, dövlətçilik 
rəmzlərindən biri, onun Milli Bayrağı - Dövlət bayrağıdır . Hər bir xalqın 
özünəməxsusluğunu şərtləndirən amillər onun dövlətçilik ənənələri ilə yanaşı, həm 
də zəngin milli – mənəvi irsi, qlobal planda maddi və mənəvi mədəniyyət 
nümunələri əsasında müəyyənləşir. Azərbaycanın üçrəngli Milli Bayrağı həm də 
müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir. Hər bir 
Azərbaycan vətəndaşı milli bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, 
bunu özünün müqəddəs borcu kimi qəbul edir. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009 - ci il noyabrın 
17 - də Dövlət Bayrağı gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. 
Məhz bu sərəncama uyğun olaraq noyabrın 9 - u ölkəmizdə Dövlət Bayrağı günü 
kimi təntənə ilə qeyd olunur. Bu, xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən 
əlamətdar və unudulmaz hadisələrindəndir. Azərbaycan bir çox nüfuzlu 
beynəlxalq təşkilatların , o cümlədən Avropa Şurasının tam hüquqlu üzvü olub, 
üçrəngli milli bayrağımız Avropanın mərkəzində dalğalanmağa, bizim varlığımızı, 
gücümüzü bütün dünyaya yaymağa başlayıb. Biz hədsiz qürur hissi keçiririk ki
Dövlət Bayrağımız bu gün dünyanın bütün qitələrində, mötəbər tədbirlərdə 
əzəmətlə, vüqarla dalğalanır. Bütün dünya azərbaycanlılarını bu müqəddəs bayraq,
azərbaycançılıq məfkurəsi ətrafında birləşməyə səsləyirik. Azərbaycan bu gün tam 
müstəqil siyasət yürüdür, xalqımız bu siyasətin real nəticələrinin canlı şahididir. 
Bax bu gün yüksək nailiyyətlərlə xalqımız öz əziz bayramını – Dövlət Bayrağı 
gününü qeyd edir. 9 noyabr Bayraq Günü münasibəti ilə yazılmış vəsaitimiz Uşaq 
kitabxanaları üçün nəzərdə tutulmuşdur. Vəsaiti sizə təqdim etməkdə əsas 
məqsədimiz oxucuların “Azərbaycan bayrağı” haqqında olan məlumatlarını daha 
da artırmaqdır. 
“Müstəqilliyimizin və milli mənsubiyyətimizin müqəddəs rəmzi olan
bayrağımız” adlanan metodik vəsait “Giriş” və “Keçiriləcək tədbirlər” hissəsindən 
ibarətdir. Vəsaitin “Giriş” hissəsində “ 9 noyabr Bayraq günü ” nün yaranma 
tarixindən, əhəmiyyətindən söhbət açılır. Vəsaitin ikinci hissəsi isə bu münasibətlə 
uşaq kitabxanalarında keçiriləcək tədbirlərdən bəhs olunur.

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin