Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi elmi-metodika şÖBƏSİ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə14/18
tarix17.12.2022
ölçüsü0,56 Mb.
#75794
1   ...   10   11   12   13   14   15   16   17   18
ADB

Azadlığın mübarək! 
Ulu tanrım, ey mənim haqq olanım. 
Əsarətin zəncirini qırıb atdım. 
Sən vermisən, azadlıqdır mənim haqqım. 
Dodaqlarım titrəyərək, 
Azərbaycan, Azərbaycan söylədi. 
Vətən oğlu, Vətən eşqi nə gözəldir. 
Torpağına and içərək, 
Ləyaqətli bir övladtək 
I Aparıcı: Bayraq, gerb və himn hər bir dövlətin, millətin rəsmi atributudur. Bu 
atributlar hər bir millət üçün o qədər müqəddəsdir ki, qərar tutduğu 
yüksəklikdən enməməsi üçün ona canlar fəda olunur. Uğrunda canlar 
fəda olmuş bayraqlardan biri də üçrəngli, ay - ulduzlu hilalımız - 
Azərbaycan bayrağıdır. Heç gördünüzmü balaca - toppuş əllərində 
üçrəngli bayrağımızı yelləyə - yelləyə ata - anasının əlindən tutub 
bağçaya, məktəbə gedən körpələrimizi. XX əsrin əvvəllərində millətin 
istiqlalı üçün savaşanların ən böyük arzusu bu mənzərəni görmək idi.
Bayrağımız uzun illər tarixin yaşadığı ağır və məşəqqətli illərin 
qaranlıq pərdəsi arxasında gün işığına , dalğalanmağa həsrət qaldı. 
Vaxtıilə adını çəkən, rənglərin, ay - ulduzlu hilalın mənasını dilə 


 
29 
gətirən uzaq Sibirdə çürüməli, yerdə qalanları məhv edilməli idi. 
Bayrağımızı işıqdan əbədi məhrum edənlər bilmirdilər ki, yeri - göyü 
nurlandıran ay və ulduzlar qaranlığa gömülə bilməzlər... 
Milli qürurumuz, gərəyimizsən, 
Sən bizim şərəfli tariximizsən. 
Zaman dəyişsə də dəyişməmisən, 
Sonda qürurumsan dövlət bayrağı! 
II Aparıcı: Bayrağımızın üçrəngli olması ideyasının müəllifi Əli bəy 
Hüseynzadədir. Ay - ulduzlu və üçrəngli bayraq onun düşüncələrini 
ehtiva edirdi. Mavi rəng türklüyü, qırmızı rəng müasirliyi, yaşıl rəng 
isə dinimizə bağlılığı ifadə edir. Türk milli şüurunun təkamülü və 
onun orta əsrlərin ümmət fəlsəfəsindən milliyyət müstəvisinə 
çevrilməsi də Əli bəy Hüseynzadənin üç düsturu ilə bağlıdır. O düstur 
bu gün milli ideologiyamızın əsas prinsipləri kimi bayrağımızın 
rəngində öz əksini tapır. Əli bəy Hüseynzadənin Azərbaycanın siyasi 
və milli – ideoloji xəttini ifadə edən mülahizələri sonrakı mərhələdə 
milli özünütəsdiqin və istiqlal savaşının işıqlı yollarını nişan verdi. Bu 
gün o yolla Türkiyə və Azərbaycan qardaş kimi əl - ələ , çiyin - çiyinə 
bərabər gedirlər.
Bayrağın üzərindəki ağrəngli ay nişanı türkçülüyü, səkkizguşəli 
ulduz isə “Azərbaycan” sözünün əski əlifbada səkkiz hərflə yazılışının 
göstəricisidir. Mülahizələrə görə, 1918 - ci ildə Azərbaycan Xalq 
Cumhuriyyətinin dövlət prinsipləri müəyyənləşərkən səkkiz atributa 
əsaslanıb. Bunlar türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, 
demokraktiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilikdir. 
Səkkizguşəli ulduzun hər bucağı bu prinsiplərin bir rəmzindəndir.
Üçrəngli bayrağın kölgəsində mən 
Qaraca torpağı Vətən görmüşəm. 
Zəfər güllərini dövri – qədimdən 
Bayraq işığında bitən görmüşəm. 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin