Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi elmi-metodika şÖBƏSİ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə11/18
tarix17.12.2022
ölçüsü0,56 Mb.
#75794
1   ...   7   8   9   10   11   12   13   14   ...   18
ADB

II Aparıcı: Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın 
qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə 
ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb.
İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə 
möhkəmlənir. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər 
qorunub saxlanılır, inkişaf etdirilir. Dövlətçiliyin 
möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli – mənəvi 
dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir.
1920 - ci ildə itirdiyimiz müstəqillik ümummilli lider Heydər 
Əliyevin böyük səyi nəticəsində yenidən bərpa olundu və bu gün 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı 
məqsədyönlü siyasətin sayəsində böyük sürətlə öz inkişaf dövrünü 
yaşayır. 
Bir dəfə qalxıbdır. Bir daha enməz. 
Düşmən qarşısında heç vaxt əyilməz. 
Döyüşdə qalibdir, rəngi dəyişməz. 
Ölkəyə şöhrətdir, dövlət bayrağı! 
I Aparıcı: Hər bir ölkənin tarixi və dövlətçilik ənənələri onun rəmzlərində və 
atributlarında öz əksini tapır. Azərbaycan respublikasının bayrağı, 
gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən 
müqəddəs rəmzlərdir. Yüz ilə yaxın bir müddətdir ki, üçrəngli dövlət 
bayrağımız insanlarımız üçün müqəddəs ideal rəmzinə çevrilmişdir. 
İlk mövcudluğunun 18 ayı dövründə ən istəkli bir varlıq kimi 
sevilmiş, əzizlənmiş, adına və hüsnünə şeirlər yazılmış, mahnılar 
bəstələnmişdir.
Görkəmli Azərbaycan yazıçısı və dramaturqu Cəfər Cabbarlı, 
zəmanəsinin böyük şairləri Məhəmməd Hadi, Əhməd Cavad və 
başqaları şeirlərində üçrəngli bayrağı böyük sevgiylə öymüş, onu 
ulduzlardan da yüksəklərdə dayanan nazlı hilala bənzətmişlər. C. 


 
25 
Cabbarlının 29 iyul 1919 - cu ildə “Azərbaycan” qəzetində dərc 
etdirdiyi “Azərbaycan Bayrağına” şerində deyilir: 
Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım, 
Şu sevimli: üç boyalı, üç mənalı bayrağı! 
Mələklərin qanadımı üzərimə kölgə salan? 
Nə imiş bu? Aman Allah! Od yurdunun yaprağı. 
Göy yapraklar, alçiçəklər, yaşıl otlar tapısmı? 
Xayır, xayır! Çiçək solur, otlar yerdə tapdanır,
Fəqət bizim bayrağımız yucaları pək seviyor, 
Yıldızlardan, hilaldan da yüksəklərdə fırlanır... 
Bu ay, yıldız, boyaların qurultayı nə demək? 
Bizcə şöylə söyləmək: 
Bu göy boya göy moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı! 
Yaşıl boya islamlığın sarsılmayan imanı, 
Yürəklərə dolmalı! 
Şu al boya azadlığın, təcəddüdün fərmanı, 
Mədəniyyət bulmalı! 
Səkkiz uclu şu yıldız da səkkiz hərfli “Od yurdu” 
Səhərlərə uçmuşdur... 
Şu hilal da türk bilgisi düzgün sevgi nişanı... 
II Aparıcı: Bəli, bayraq, gerb, himn kimi rəmzlər milli dövlətçiliyin varlığını, 
xalqın amallarını obrazlı və bədii dildə ifadə edən mühüm 
amillərdəndir. Odur ki, özünütəsdiq simvolu olan bayraq bütün 
dünyada qürur və güvənc mənbəyi sayılır. Bayraq həm də dövlətin və 
xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin , təfəkkür və 
düşüncə tərzinin , mənəvi dünyasının göründüyü ən şəffav və dəqiq 
meyardır. Belə bayraqlardan biri Xəzər dənizinin sahilində, Bakı 
buxtasının ərazisində qürurla dalğalanır, bütün dünyaya müstəqil 
dövlətin varlığını nümayiş etdirir. 
Bayraqlar içində ucadır başı. 
Tarixi varaqla, bilinmir yaşı. 
Onunla fəxr edir, hər vətəndaşı. 
Günəştək parlaqdır, dövlət bayrağı! 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin