Uot heydəR ƏLİyevin nitqində MÜRƏKKƏb cüMLƏLƏRDƏN İSTİfadə Üsullari



Yüklə 1.07 Mb.
Pdf просмотр
səhifə1/13
tarix26.02.2017
ölçüsü1.07 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   13
    Навигация по данной странице:
  • Odur

 

 



 

UOT 

 

HEYDƏR ƏLİYEVİN NİTQINDƏ MÜRƏKKƏB CÜMLƏLƏRDƏN İSTİFADƏ ÜSULLARI 

 

ZAMANOV NAĞDƏLİ  TAPDIQ oğlu 

Azərbaycan Tibb Universiteti, dosent 

e-mail:  

 

Açar  sözlər:  Heydər  Əliyev,  nitq,  nitq  mədəniyyəti,  mürəkkəb  cümlə,  tabesiz  və  tabeli 



mürəkkəb cümlələr. 

 

Mürəkkəb  cümlələrin,  o  cümlədən  tabeli  mürəkkəb  cümlələrin  qrammatik  təbiətinə  məhz 



semantik-qrammatik 

mövqedən 

yanaşılması 

onun 


quruluş 

tiplərinin 

daha 

düzgün 


müəyyənləşdirilməsini  şərtləndirir  (1).    Buna  görə  də  nitqin  kamilliyi,  zənginliyi  dedikdə  natiqin 

böyük  həcmdə  aktiv  söz  ehtiyatına  malik  olması,  eləcə  də,  morfoloji  formalar  və  sintaktik 

konstruksiyalardan yerindəcə yararlanması başa düşülür (2,3). Bu istiqamətlərdə  Heydər Əliyevin 

nitqində  mürəkkəb  cümlələrin  hansı  zaman  və  məkan  kontekstində,  auditoriyanın  səviyyəsindən 

asılı olaraq işlədilməsi dilçilik sahəsində az tədqiq olunan məsələlərdən biridir. 

Professor  Adil  Babayevə  görə  fonosintaksisin  əsas  problemlərindən  biri  də  mürəkkəb  

cümlələr  arasındakı informasiyanın qurulmasından ibarətdir.  

Məlumdur ki, pauzanın böyüklüyündən, intonasiyadan asılı olaraq mürəkkəb cümlə tabeli və 

tabesiz    ola  bilər.  Pauza  kiçik  olduqda  isə    budaq  cümləli  tabeli  mürəkkəb  cümlə  üstünlük  təşkil 

edir. 


Komponentlərinin  istər  sintaktik-qrammatik,  istərsə  də  məntiqi  cəhətdən    qarşılıqlı  əlaqə  və 

münasibətlərinə  görə mürəkkəb cümlələri  iki qrupa bölmək olar (4):  

1.

 

Tabesiz mürəkkəb cümlələr 



2.

 

Tabeli mürəkkəb cümlələr 



Bərabər  hüquqlu  sadə  cümlələrin  birləşməsindən    yaranan  mürəkkəb  cümlələrlə  tabesiz 

mürəkkəb cümlələrin tərkib hissələri arasında, əsasən, aşağıdakı məna əlaqələri olur:  

1.

 

Zaman əlaqəsi 



2.

 

Ardıcıllıq əlaqəsi 



3.

 

Səbəb-nəticə əlaqəsi 



4.

 

Aydınlaşdırma əlaqəsi 



5.

 

Qarşılaşdırma əlaqəsi 



6.

 

Bölüşdürmə əlaqəsi 



Müasir Azərbaycan dilində, eləcə də türk dilli xalqların dilçılərinin bu gün mühüm əhəmiyyət 

verdikləri  bir  məsələ  də  dilçilikdə  mürəkkəb  cümlədir:  “Sintaksislə  məşğul  olan  alimlər  belə 

nəticəyə  gəlmişlər  ki,  tabeli  mürəkkəb  konstruksiyanın  hissələri  məna  və  intonasiya  bitkinliyinə 

görə müstəqil işlənən cümlələrdən təbii olaraq fərqlənsə də, cümləyə xas əsas əlamətləri mühafizə 

edib saxlayır ”(5).  

Azərbaycan dilinin zəngin ifadəlilik imkanlarını özündə əks etdirən, geniş, əhatəli məzmuna 

və quruluş xüsusiyyətlərinə malik mürəkkəb cümlələr bədii fikrin estetik tələblərə müvafiq ifadəsini 

şərtləndirən amillərdəndir (6). 

Məntiqi ardıcıllığın bütün nitqlərinə hakim kəsildiyi Heydər Əliyevin dilində ardıcıllıq əlaqəli 

tabesiz bağlayıcılı mürəkkəb cümlələr heç də az işlənmir: “Mən sizi səmimi qəlbdən salamlayıram 

və yazıçılar qurultayının  işinin müvəffəqiyyətlə getməsi münasibətilə sizi ürəkdən təbrik edirəm” 

(7.XIIIc.s.97). 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 11                       №3                   2015 

  


 

 



Başqa  bir  çıxışında  intonasiya  ilə  müşahidə  olunan  tabesiz  mürəkkəb  cümlə  işlədilir:  “Mən 

inşaat  işləri  aparılan  yerlərə  gedirdim,  çox  vaxt  keyfiyyətin  aşağı  olması  ilə  əlaqədar  ən  ciddi 

tədbirlər görürüdüm” (7.XIIIc.s.204). 

  Tabesiz mürəkkəb cümlənin komponentləri bir-biri ilə semantik(məna əlaqələri), qrammatik 

(bağlayıcılar,  işarə  əvəzlikləri,  mənsubiyyət  şkilçiləri  və  s.)  və  fonetik    (vahid  intonasiya  və  s.) 

vasitələrlə əlaqələnir. 

Heydər  Əliyevin  nitqində  işlədilən  tabesiz  mürəkkəb  cümlə  konstruksiyaları  göstərilən 

qanunauyğunluqlar  əsasında  formalaşsa  da    bir  çox  özünəməxsusluqlarla  zəngindir.  Bunların  hər 

birinin xüsusiyyətlərinə nəzər salaq: 

 



Zaman  əlaqəli  tabesiz  mürəkkəb  cümlə.  Bu  tip  cümlələr  böyük  natiqin  məişət  üslublu 

söhbətləri  üçün  daha  xarakterikdir:  “Ailə  öz  övladını  əsgərliyə  göndərəndə  məclis  qururdu,  onu 

təntənə ilə yola salırdı, ona xeyir-dua,  sədaqətlə xidmət etmək nəsihəti verirdi” (7.VIIIc.s.390). 

 



Zaman əlaqəli tabesiz mürəkkəb cümlələr. 

Bu  tip  mürəkkəb  cümlələrdə  hadisələr  eyni  zamanda  baş  verir:  “İndi  bu  məsələ  bütün 

dünyanın  işgüzar  dairələrinin  diqqət  mərkəzindədir  və  Xəzər  dənizinin  energetika  ehtiyyatları 

dünyanın bütün ölkələrinin diqqətini cəlb edir” (7.XIIc.s.255). 

 “İndi” sadə zaman zərfi ilə cümlənin başlaması indiki zamanda cərəyan edən  ictimai-siyasi 

hadisələri  auditriyalara çatdırmaqda mühümdür. 

Zaman  əlaqəli    tabesiz  mürəkkəb  cümlələrin  tərkib  hissələrində  eyni  zamanda  baş  verən 

hadisələr sadalanır. 

Heydər Əliyevin zaman əlaqəli tabesiz mürəkkəb cümlələri iştirak bağlayıcıları ən çox “həm”, 

“həm  də”-nin  köməyi  ilə    həyata  keçirilir:  “Bu  münaqişələr  nəinki  müstəqil  dövlətlərin  inkişafını 

ləngidir,  hələ  möhkəmlənməmiş  demokratik  cəmiyyətlərin  varlığı    üçün  birbaşa  təhlükə  doğurur, 

həm də bütün dünyada sülh və təhlükəsizlik üçün qorxu yaradır”. 

Yuxarıdakı  tabesiz  mürəkkəb  cümlə  həm  bağlayıcısız,  həm  də  bağlayıcılı  özünəməxsus 

çalarlar qazanır. 

Tabesiz mürəkkəb cümlədə sadə cümlələr həm intonasiya, həm də “və” bağlayıcısı ilə birləşir: 

“Yusif  Məmmədəliyev  heç  vaxt  unudulmayacaq,  zaman  keçdikcə  onun  Azərbaycan  xalqının 

tarixindəki    yeri  daha  da  açıq  görünəcəkdir  və  insanlar,  gələcək  nəsillər  Azərbaycanın  belə 

şəxsiyyətləri ilə fəxr edəcəkdir” (7.VIIc.s.298). 

  “Və” bağlayıcısı ilə yaranan tabesiz mürəkkəb cümlələr Heydər Əliyevin  nitqində müxtəlif 

çeşidli auditoriyalarda işlədilir: “Mən sizi bir daha salamlayıram və Azərbaycan ilə öz ölkələriniz 

arasındakı  əlaqələrin  inkişaf  etməsi  üçün  sizdən  daha  böyük  səylər  göstərməyinizi  xahiş  edirəm” 

(7.IXc.s.285). 

Tabesiz mürəkkəb cümlələrin bir qismidə onu əmələ gətirən sadə cümlələr yalnız intonasiya 

ilə bir-birinə bağlanır. Burada ardıcıllıq məna növündən istifadə olunmuşdur. 

  Heydər Əliyevin nitqində tabesiz mürəkkəb cümlələrdə ardıcıllıq və zaman əlaqələrini bəzən 

ayırmaq çətin olur: “Mən xalqın dəvəti və iradəsi ilə o vaxt Bakıya gəldim, Azərbaycandakı bu ağır 

vəziyyəti aradan qaldırmaq üçün fəaliyyətə başladım” (7.IIc.s.282). 

  Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələrdə qətiyyət  bu ardıcıllığa hopur: “Biz bütün bu 

təbəqələrdən  olan    insanların  yaşayışını  nəzarət  altında  saxlamalıyıq,  onların  hər  birinin  sosial 

təminatını günü-gündən yaxşılaşdırmağa çalışmalıyıq” (7.XIIIc.s.210). 

  Heydər  Əliyevin  nitqlərində  mürəkkəb  kompozisiyalı    tabesiz  mürəkkəb  cümlələrə  təsadüf 

edilir:  “Biz  Azərbaycan  neftçilərinin  əmək  fəaliyyəti,  qəhrəmanlığı  ilə,  ağlı,  zəkası,  iş  təcrübəsi, 

fədakarlığı ilə həmişə fəxr etmişik və müstəqil Azərbaycanın prezidenti kimi mən də  Azərbaycan 

neftçilərinin  həm  tarixi  keçmişi,  həm  də  bugünkü  fədakar,  qəhrəman  əməyi  ilə  fəxr  edirəm” 

(7.IIc.s.150).  Bu  nümunədə  “və”  birləşdirmə,  eləcə  də  “həm”,  “həm  də”  iştirak  bağlayıcılarının  

köməyi  ilə    üç  cümlə  işlənmişdir.  Azərbaycan  neftçilərinin  qiyməti    sinonim  cərgələrlə-  “ağıl, 



Zamanov N.T.  

 


 

 



zəka”,  “fədakarlıq,  qəhrəmanlıq”-auditoriyaya  ünvanlanır.  Bu  böyük  cümlə  bağlayıcılarla, 

sinonimlərlə bəzənərək auditoriyanı növbəti nitq mərhələsinə hazırlayır. 

  “Naxçıvanın çox sərt iqlimi var, qışda güclü şaxta olur” (7.IIc.s.154). İntonasiya ilə ayrılan 

mürəkkəb cümlə tipi. 

  “Həm  Azərbaycanın  daxilində, həm  ölkəmizin xaricində olan, Azərbaycandan qaçmış,  indi 

burada  təxribat  aparmaq  istyən  qüvvələr,  həm  də  Azərbaycanın  daxilində  onlarla  əlbir  olan 

qüvvələr,    onların  himayəsi  altında  olan  qüvvələr  bilsinlər  onların  hamısı  xalq  qarşısında  cavab 

verəcəklər” (7.IIc.s.379). 

  Bu  tip  cümlələrdə  Heydər  Əliyev  “yəni    aydınlaşdırma    bildirən  bağlayıcısından 

müvəfəqiyyətlə  istifadə  edir:  “Əlbəttə,  hər  bir  faydalı  fikirdən,  hər  bir  faydalı  rəy  və  təklifdən 

istifadə edəcəyik, Yəni Azərbaycanın hər bir sahibkarı özünü respublika iqtisadiyyatının bir hissəsi 

bilməli və ökənin iqtisadi tərəqqisi üçün səylər göstərməlidir” (7.IIc.s.313). 

  Zaman  əlaqəli  tabesiz  mürəkkəb  cümlələr  çox  vaxt  iştirak  bağlayıcılı  olur:  “45  il  bundan 

öncə,  1949-cu  ilin  sonunda-noyabr  ayında  həm  Azərbaycan  neftinin  tarixində,  həm  də  tam 

qətiyyətlə  demək  olar  ki,  dünya  neft  sənayesinin  tariində  ilk  dəfə  Azərbaycan  neftçiləri  dənizdən 

yanacaq çıxarmağa başlamışlar, neft fantan vurmuşdur” (7.IIc.s.150). 

  Heydər  Əliyev  nitqində  “beləliklə”  yekunlaşdırıcı  modal  sözlə  tabesiz  mürəkkəb  cümlənin 

“və”  bağlayıcı  ilə  özünü  göstərir:  “Beləliklə,  Azərbaycan  altı  ildir  dövlət  müstəqilliyi  şəraitində 

yaşayır  və  belə  bir  böyük  xarici  təcavüz  nəticəsində  ölkəmiz  çətin  vəziyyətə  düşmüşdür” 

(7.IXc.s.315). 

  “Hamınız şəxsi işlərlə məşğul ola bilirsiniz, lakin mədəniyyətimizin belə bir incisi bu günə 

düşmüşdür ” (7.IIc.s.101). 

Mürəkkəb  cümlənin  inkişafı  mərhələlərində  tabeli  mürəkkəb  cümlələr  tabesiz  mürəkkəb 

cümlələrə  nisbətən  kəmiyyətcə  çoxluq  təşkil  etmişdir.  Çünki  təfəkkürün  inkişaf  prosesi  tabesiz 

mürəkkəb  cümlələrin  semantikasında  səciyyələnən  cəhətlə:  nəyin  isə  təsdiqi  və  ya  inkarı, 

qarşılaşdırılması, müqayisəsi, nəticəsi ilə kifayətlənə bilməzdi; bu zaman həm də tabeli mürəkkəb 

cümlələrin  yaranması  zərurətə  çevrilir  ki,  burada  məsələnin    şərti,  səbəb-nəticə  əlaqəsi,  zamanı, 

məkanı  göstərilərək  bu  irəli  sürülən  səciyyə  ilə  əlaqədar  ümumiləşmiş  fikir  söyləməyə  də  imkan 

yaranır.(8) 

  Böyük  natiqin  nitqlərində  tabeli  mürəkkəb  cümlənin  müxtəlif  növləri  ardıcıl  şəkildə 

düzülərək, fikirlərin dolğun şəkildə şüurlara çatdırılması yolunda mühüm vasitəyə çevrilir: “Amma 

bir  halda,  əgər  dünyada  40  milyon  azərbaycanlı  yaşayırsa,  onlar  azərbaycanlı  adı  daşıyırlarsa

onlarda  azərbaycanlı  qəlbi,  qanı  varsa,  bu,  hamımızın  fəxridir.  Mən  demirəm  ki,  bu  40  milyon 

azərbaycanlının  hamısı  bir  yerə  yığışsın,  bu  heç  də  lazım  deyil.  Ancaq  hamısının  qəlbi,  fikri, 

gələcəyə  baxışı  və  Azərbaycan  haqqında  fikirləri  bir  olsa  əlbəttə  ki,  respublikamız  da  öz 

müstəqilliyini bundan sonra da möhkəmləndirər, inkişaf yolunu məharətlə keçə bilər və ölkəmizin 

hüdudlarından  kənarda  yaşayan  soydaşlarımız  bundan  da  yaxşı  həm  yaşaya,  həm  işləyə,  həm  də 

Vətənimiz,  xalqımız  üçün  çox  işlər  görə  bilərlər.  Ona  görə  də,  birlik  adi  bir  şey  deyil.  Bəzən  bu 

“birlik”  sözünü  o  qədər  işlədirlər  ki,  o,  hörmətdən  düşür.  Çünki  elə  hər  bir  adam  deyir  ki,  birlik 

olsun.  Mən  Azərbaycan  prezidenti  kimi,  xalqımızın  mənə  göstərdiyi  etimada  güvənərək 

respublikamıza  başçılıq  edən  bir  şəxs  kimi  bu  gün  deyirəm:  Azərbaycanın  özündə  də  bu 

günümüzün,  gələcəyimizin  zəmanəti,  rəhni  birlikdir  və  bütün  dünyada  da  soydaşlarımızın  bir 

olması vacibdir” (7.VIIIc.s.17). 

  “Əgər”  şərt  bağlayıcısı  və  -sa(4)  şəkilçisi  ilə  bağlanan  şərt  budaq  cümləli  tabeli  mürəkkəb 

cümlə ilə başlanan yuxarıdakı nitq parçası sonda mübtəda budaq cümləli tabeli mürəkkəb cümlənin 

köməyi    ilə  diaspor  nümayəndələrini  səfərbər  edir.  Şərt  budaq  cümləli  tabeli  mürəkkəb  cümlə  ilə 

diaspor  nümayəndələri  “xalqımız  üçün”,    “vətənimiz  üçün”  ciddi  işlər  görməyə  dəvət  olunurlar. 

Azərbaycan diasporu qarşısında qoyulan “birlik” ideyası məqsəd (ona görə də), kəmiyyət (o qədər) 

və mübtəda budaq cümləli tabeli mürəkkəb cümlələrlə yekunlaşır. 

Heydər Əliyevin nitqində mürəkkəb cümlələrdən istifadə üsulları 

 


 

 



M.  Hüseynzadə  fel  formalarından  bəhs  edərkən  –sa,  -sə  şəkılçiləri  ilə  əmələ  gələn  şərt 

şəklinin o biri şəkillərdən  fərqli olaraq yalnız tabeli mürəkkəb cümlələrdə işləndiyini və bir qayda 

olaraq budaq cümlələri baş cümləyə bağladığını göstərmişdir.  

Heydər  Əliyevin  nitqlərinin  əsasını  elmi  üslub  təşkil  edir  ki,  bu  üslub  mürəkkəb  cümlələr 

üzərində qurulur. Böyük natiqin çıxışlarında səbəb və şərt budaq cümləli tabeli mürəkkəb cümlələr 

daha fəal müşahidə olunur. Bunlar Heydər Əliyevin hadisələri əsaslandırma meylindən irəli gəlir. 

Klassiklərin  yaradıcılığında  şərt  budaq  cümlələrinin  araşdırılması  ilə  Heydər  Əliyevin 

nitqindəki  mürəkkəb  cümlələrin  müqayisəsi  müasir  Azərbaycan  dili  ilə  qədim  dilimiz  arasındakı 

varisliyin-dil tariximizin öyrənilməsi baxımından çox mühümdür. İlkin Quliyevə görə(3) XİV əsrdə 

yaşayıb-yaratmış Qazi Bürhanəddinin divanında şərt budaq cümləli tabeli mürəkkəb cümlələrin üç 

tipi ayırd olunur: 1) Sintetik şərt budaq cümlələri

 Ol dilbəri-ziba yenə bir naza düşərsə, 

Tən etmə, saçunda könülüm aza düşərsə.    

   2) Analitik şərt budaq cümlələri; Şairin dilində işlənmiş bu tip budaq cümlələr əgər//gər, əgərçi, 



şimdi ki bağlayıcısı, “ki” ədatı vasitəsi ilə baş cümləyə bağlanmışdır: 

Şəha, xəttin yazar gül səfhəsində 

Əgər bir nöqtə şərhindən yazaram

Elə  buradaca  “əgər”  bağlayıcısının  ədəbi  dilimizdə  rolunun  azalmasını  qeyd  edənlərin 

əksinə olaraq Heydər Əliyevin dilində bu nitq hissəsinin zənginliyinin şahidi oluruq. 

3)  Analitik-sintetik  şərt  budaq  cümlələri;  Bu  tip  cümlələr  əgər//gər  bağlayıcısı  və  -sa,  -sə 

şəkilçisinin və ya “isə” köməkçi sözünün birgə işlənməsi ilə formalaşmışdır: 

 Gər derlər isə ki, gözüm özgəyi görəsin, 

 İnanmagil ol sözə ki, düşmən xəbəridir. 

Mübtəda  budaq  cümləli  tabeli  mürəkkəb  cümlələrdə    bir  çox  hallarda    böyük  natiqin 

nitqində budaq cümlənin xəbərində -sa,-sə şəkilçiləri olur: “Kim qəbul imtahanlarından keçə bilirsə, 

o da ali məktəb tələbəsi olur” (7.IIc.s.103). 

 

“Kim isə hesab edir ki, iqtisadi  islahatları bir günə, iki günə, bir aya, iki aya, üç aya  həyata 



keçirmək, ondan istədiyimiz nəticəni əldə etmək olar” (7.IIc.s.489). 

 

Xəbər  budaq  cümləsi  baş  cümlədə  işarə  əvəzliyi  ilə  ifadə  olunan  xəbəri  izah  edib 



aydınlaşdırır.  Xəbər  budaq  cümləli  tabeli  mürəkkəb  cümlələrin  baş  cümləsində  xəbərin    yerində, 

odur, budur, elədir,  belədir, o idi, bu idi, elə idi, belə idi, o oldu, bu oldu, buradadır, oradadır,  onun 

üçündür, bunun üçündür, ona görədir, buna görədir, ondan ötrüdür, bundan ötrüdür, ondan ibarətdir 

və s. kimi  söz və ifadələr-qəlib sözlər işlənir. 

 

Heydər Əliyevin nitqlərində aydınlaşdırmaq, izah etmək xarakterikdir: “Sevindirici hal odur 



ki, artıq Azərbaycanda dağıdıcı, pozucu proseslərə  son qoyuılubdur”(7.XIIIc.s.202). 

Bu  tip  cümlələrdə  auditoriya  böyük  natiqin    “odur  ki”  ifadəsini  eşidərkən    özü-özünə  

“nədir” sualını verir və növbəti  budaq cümlənin köməyi ilə cavab alır. 

 

“Digər böyük nəaliyyət də odur ki, artıq üç ildir  hərbi əməliyyatlar yoxdur, qan tökülmür” 



(7.IXc.s.105). 

 

“Dövləti hüquqi, əsl demokratik dövlət etmək üçün qanunlar, digər tədbirlər  gərəkdir. Odur 



ki, biz bu yolla gedirik” (7.IXc.s.103). 

 

Heydər Əliyevin nitqlərində çox vaxt şərt bağlayıcısı və -sa şəkilçisi ilə bağlanan şərt budaq 



cümləli tabeli mürəkkəb cümlənin ardınca  xəbər budaq cümləli tabeli mürəkkəb cümlə gəlir: “Əgər 

ideya  gerçəkliyə   uyğun gəlmirsə, bu hələo demək deyil ki,  ideya düzgün deyil.  Odur ki, bütün 

dövlətlər, təşkilatlar və insanlar hərəsi öz səviyyəsində sülhün bərqərar olmasına və onun  qorunub 

saxlanmasına  çalışmalıdırlar”(7.XIIc.s.149). 

 

Xəbər budaq cümləli tabeli mürəkkəb tabeli mürəkkəb cümlələrdə böyük natiq auditoriyanı 



“odur ki” ifadəsi  məlumatlandırır: “Bu jurnalın ən gözəl xüsusiyyətlərindən biri də odur ki, bizim 

 Zamanov N.T. 

 


 

10 


 

çoxlarımızın  həyatımızda  olan,bəzən  görmədiyimiz  gözəl  hadisələri  gedir  tapır,  çıxarır,  öz 

səhifələrində göstərir” (7.XIIIc.s.222). 

 

“Məni sevindirən bir də  odur ki, bu mükafat  məhz Türkiyə Cümhuriyyətinin mükafatıdır” 



(7.IXc.s.280). 

 

Xəbər  budaq  cüməli  tabeli  mürəkkəb  cümlələrdə  “odur  ki”  budaq  cümləsi  böyük  natiqin  



nitqində  özünə yer alır: “Odur ki, biz bunu müdafiə etməli, tətbiq etməli  və daha da səmərəli  şəklə 

salmalıyıq” (IIc.s.105). “Odur ki” ifadəsi əksər təsadüflərdə yekunlaşdırmaq məqamlarında işlədilir: 

“Odur ki,  bu tədbirlərimiz paralel surətdə həyata keçirilməlidir” (7.IIc.s.116). 

 

Bəzən  auditoriya tərəfindən ritorik sual təkin qavranıla biləcək xəbər budaq cümləli tabeli 



mürəkkəb  cümlələr  Heydər  Əliyevin    nitqlərində    qüvvətləndirici  ədatlarla  başlayır:  “Ən 

sevindiricisi,  önəmlisi  odur  ki,    bu  yaşayış  evi  ,  mənzillər,  vətənimizin    torpaqlarımızın  

müdafiəsində    şəhid  olmuş  qəhrəman  insanların  ailə  üzvlərinə,  vətənin  müdafiəsində    döyüşmüş, 

qəhrəmanlıq göstərmiş, şikəst, əlil olmuş insanlara verilir, onlar üçün  tikilmişdir” (7.XIIIc.s.203). 

 

“Xoşbəxtlik  odur  ki,  insan  70  yaşında  vəfat  edib,  amma  30  il  də  ondan  sonra  yaşayır” 



(VIIc.s.259). 

 

Xəbər  budaq  cümləli  tabeli  mürəkkəb  cümlə    bir  sıra  hallarda  böyük  natiqin  ritorik 



suallarına verilən cavablar kimi dəyərləndirilir: “İnsanın xöşbəxtliyi nədir?”(VIIc.s.259). 

 

Tamamlıq budaq cümləsi ya baş cümlədə əvəzliklə ifadə olunmuş  tamamlığı izah edir, ya 



da baş cümlədə olmayan tamalığın  vəzifəsini yerinə yetirir. 

Heydər  Əliyevin  nitqlərinə  izahediciliyin  hakim  olduğunu  nəzərə  alsaq  yuxarıdakı  tərifin  

birinci hissəsinə daha çox təsadüf edirik (tamamlığı, izah edir): “Məlumat üçün bildirmək istəyirəm 

ki,  Yaponiya    artıq  bizim  iki  böyük  neft    müqaviləmizdə  iştirak  edir  və  Azərbaycanın  neft 

sənayesinin inkişafına investisiya qoyur” (7.XIc.s.258). 

 

“Güman  edirəm  ki”    ifadəsi  ilə  yanaşı  “ümidvaram  ki”  ifadəsi  də  auditoriyanı  nikbin  bir 



əhval-ruhiyyəyə kökləyir: “Ümidvaram ki, müharibəyə son qoyulacaq, torpaqlarımız tamailə azad 

edilərək ölkəmizin bütövlüyü təmin olunacaq və biz bu qələbəni sizinlə birlikdə bayram  edəcəyik” 

(7.IIc.s.186). 

 

Tamamlıq  budaq  cümləli  tabeli  mürəkkəb  cümlədə  baş  cümlədə    “mən  tələb  edirəm  ki” 



ifadəsi    qətiyyətli    dövlət  başçısının    nitqləri  üçün    xarakterikdir:  “Mən  tələb  edirəm  ki,  Nazirlər 

Kabineti,  nazirlər-xüsusən  iqtisadiyyat,  maliyyə  nazirləri    və  bu  sahə  ilə    məşğul  olan    digər  

nazirlər, banklar, xüsusən Milli Bank fərmanın müddəlarının yerinə  yetirilməsi  üçün təcili, konkret 

tədbirlər    görsünlər,  yerinə  yetirilməmiş  tədbirləri  qısa  müddətdə    həyata  keçirək    və  onların 

nəticəsini əldə edək” (7.IIc.s.163). 

 

Nitqin  ekspressivliyini  yüksəltmək  məqsədi  ilə  istifadə  olunan  təkrarlar  tamamlıq  budaq 



cümlənin  baş cümlələrində  də özünü  biruzə verir: “Mən əminəm ki, xalqımız, ölkəmiz arasında 

dostluq,  qardaşlıq  əlaqələri  bundan  sonra  da  inkişaf  edəcəkdir.  Sizi  əmin  edirəm  ki,    biz. 

Azərbaycan xalqı və Azərbaycan prezidenti kimi mən bu dostluğa, qardaşlığa daim sadiq olacağıq” 

(7.IIc.s.189). 

 

“Güman  edirəm  ki”  baş  cümləsi  tamamlıq  budaq  cümləli  tabeli  mürəkkəb  cümlələrdə 



Heydər Əliyevin nikbinlik yaratmaq məqsədi güdən fikirləri özünə yer alır: “Güman edirəm ki, bu 

günkü  görüşümüz öz nəticələrini verməlidir” (7.IIc.s.139). 

Heydər Əliyevin nitq və çıxışlarında “güman edirəm ki” ifadəsi  siyasi etikada populizmdən 

uzaq  durmağın  ən  bariz  nümunəsidir.  Bu  ifadəni  eşidən    auditoriyada  güman  yeri  qalmır  və  bu 

ifadəni eşidənədək auditoriya necə deyərlər səfərbər olunur: “Əgər bu müqavilələrin  bağlanmasına  

nail  olsaq,  Azərbaycan    neft  sənayesinin  yeni  inkişaf  dövrü    başlanacaqdır.  Mən  buna  əminəm. 

Güman  edirəm  ki,    bu  sahədə    və  başqa  sahələrdə    görülən  işlər  yaxın  vaxtlarda    öz  nəticəsini 

verəcəkdir” (7.IIc.s.157). Auditoriya Heydər Əliyevin dilində cümlənin əvvəlindəki “güman edirəm 

ki” ifadəsini yox, sonda qəti gələcək zamanda  səslənən ifadələri qəbul edir: “Güman edirəm ki, bu 

Heydər Əliyevin nitqində mürəkkəb cümlələrdən istifadə üsulları 

 


 

11 


 

ilin axırında  biz dənizdə neftçıxarmanın  45 illik  yubileyini də təntənəli şəkildə  qeyd edəcəyik” 

(7.IIc.s.159). 

 

Heydər  Əliyevin  nitqlərində  işlədilən  tamamlıq  budaq  cümləsi  mürəkkəb  cümlələrdə  baş 



cümlədə  ən  çox  istifadə  olan  ifadələrdən  biri  də  “hesab  edirəm  ki”dir:  “Hesab  edirəm  ki,  bu 

nəsillərdə inzibati yolla getmək olmaz, lakin hər bir ölkə bu gününü və gələcəyini düşünərək lazımi 

tədbirlər görməlidir” (7.IIc.s.198). 

Tamalıq  budaq  cümləli  tabeli  mürəkkəb  cümlələrdə  baş  cümlədə  bir  qrup  ifadələr  Heydər 

Əliyevin nitqlərində üstünlük təşkil edir:  

- “Güman edirəm ki, bu gün Təzəpir məscidinə  toplaşanlar  mənim Kəbədən Məkkədən gətirdiyim 

“Zəmzəm” suyundan istifadə edəcəklər”(7.IIc.s.85). 

- “Bir də təkrar edirəm, bütün bunları deməklə mən mətbuatın söz azadlığının əleyhinə çıxmıram” 

(7.IIc.s.99). 

-  “Bir  daha  demək  istəyirəm  ki,  ali  və  orta  ixtisas  məktəblərinə  tələbə  qəbulu  respublikamızda  

həmişə  böyük ictimai xrakter daşıyan tədbir olub” (7.IIc.s.103). 

 

“Güman  edirəm  ki,”  baş  cümləsi    bəzən  müşavirələrin  sonuna  təsadüf  edərək  felin  vacib 



şəkli ilə  yekunlaşır: “Güman edirəm ki, bu günkü   müzakirə lazım idi və hər kəs bundan irəli gələn 

vəzifələri yerinə yetirmək üçün vacib olan işləri görməlidir” (7.IIc.s.168). 

 Heydər  Əliyevin  nitqlərində  mürəkkəb  kompozisiyalı  tabeli  mürəkkəb  cümlələrə  tez-tez 

təsadüf  olunur:  “Tam  əminəm  ki,  əgər  biz  aqrar  sektorda  iqtisadi  islahatlar  aparıb  istədiyimiz 

prinsipləri  həyata  keçiririksə,  70-80-ci  illərin  nailiyyətləri  ilə  müqayisədə  daha  yüksək  səviyyəyə 

qalxıb,  insanların  sərbəst  istehsal  ilə  məşğul  olması  sayəsində  respublikanın  kənd  təsərrüfatı 

məhsullarına  təlabatını  tamamilə  ödəyə  bilərik  və  aqrar  sektorda  əldə  olunan  məhsullar 

Azərbaycanın ixrac imkanlarını qat-qat artıra bilər”(7.IIc.s.585). Burada ilk növbədə biz tamamlıq 

budaq  cümləlı  mürəkkəb  cümlə  +  sadə  cümlə  tipini  müşahidə  edirik.  İkinci  növbədə  isə  biz 

tamamlıq  budaq  cümləli  mürəkkəb  cümlədə  budaq  cümlənin  şərt  budaq  cümləli  tabeli  mürəkkəb 

cümlədən ibarət olduğu anlaşılır.    

Mürəkkəb cümlələr elmi üslubun əsasını təşkil edir ki, bu üslub hələ N.Nərimanovun elmi 

əsərlərində geniş  yer almışdır: “ Elmi üslubda izahedici vasitələrdən biri də “yəni” bağlayıcısıdır. 

N.Nərimanov bu və digər elmi fikrin bir daha anlaşıqlı olması üçün “yəni” bağlamasından istifadə 

etmişdir. Məsələn, “Vərəm naxoşluğunun miqrobu əksər vəqt ağ ciyərdə olub ondan qeyri əzalarda 

tapılıyor.  Yəni  demək  istəyirüz:  miqrob  havada  olursa  nəfəs  alanda  həmin  miqrob  çəkdiyimiz 

nəfəslə ağ cigərə daxil oluyor, məsəla, vərəm miqrobu”(4) 

Elmi üslubun əsasını sintaktik vasitə kimi mürəkkəb cümlə təşkil edir ki, bunlar da Heydər 

Əliyevin nitqlərində özünü qabarıq biruzə verir. Bir sıra müəlliflər(5) göstərir ki, elmi üslub üçün 

aydın və dəqiq sintaksis mühümdür ki, burada da sözlərin ciddi məntiqi ardıcıllıq əsasında müəyyən 

sırasının  mühafizəsi  əsas  şərtdir.  Elmi  üslubun  ən  mühüm  cəhəti  ondan  ibarətdir  ki,  burada 

inversiyaya yol verilmir. Çünki bu üslubun morfoloji və leksik formaları kimi sintaktik formaları da 

ekspressivlik yaratmağa xidmət etmir(6) 

Heydər  Əliyevin  nitqində  isə  mürəkkəb  cümlələr  əsasında  qurulan  elmi  üslublu  çıxışlar 

ekspressivlik yaratmaq baxımından öyrənilməyə layiqdir. 




Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə