Uot heydəR ƏLİyevin nitqində MÜRƏKKƏb cüMLƏLƏRDƏN İSTİfadə Üsullari



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə8/13
tarix26.02.2017
ölçüsü1,07 Mb.
#9791
1   ...   5   6   7   8   9   10   11   12   13

 

ƏDƏBİYYAT 

1. Həsənli B. Ədəbiyyatın tədrisi metodikası. Bakı: Müəllim, 2014, 424 s.  

2.  Heydər Əliyev. Təhsil millətin gələcəyidir. Bakı: Təhsil, 2002, 454 s. 

3. Yusifov F. Ədəbiyyatın tədrisi metodikası. Bakı: ADPU , 2014, 293 s.  

4. Paşayev Ə., Rüstəmov F. Pedaqogika. Bakı: Elm və təhsil, 2012, 464 s. 

 

РЕЗЮМЕ 

ПОДГОТОВКА УЧИТЕЛЯ ЛИТЕРАТУРЫ И ПРОБЛЕМЫ ОБУЧЕНИЯ 

Асланов Ю.Ю., Рафиева А.И. 

 

Ключевые  слова:  межпредметная  связь  в  преподавании  литературы,  модель 

управления,  кадровая  подготовка,  информацонно-коммуникационная 

технология, тесты, вступительные экзамены, организация лекций и 

практических  семинаров 

Проблемы обучения и подготовки учителя литературы в соответствии с направлением 

современной  системы  образования  реализуется  в  период  решения  вопросов  соблюдения 

этапов  интерактивного  урока,  взаимосотрудничества,  построения  диалогов,  использования 

ИКТ, усовершенствования тестов, учета интереса к профессии во время приемных экзаменов 

и др. 


 

SUMMARY 

A LITERARY TEACHER TRAINING AND TEACHING PROBLEMS 

Aslanov Y.Y., Rafiyeva A.I. 

 

Key  words:  integration  in  literature  training,  management  model,  cadre  preparation, 

information  communication  technology,  tests,  entrance  exams,  organization 

lectures and practice seminars 

Literature  teacher  training  and  teaching  problems  adapting  to  the  direction  of  modern 

education system, the stages of interactive lesson, mutual corporation,  dialogues instruction, using 

information  communication  technologies,  improvement  of  tests,  accounting  of  an  interest  in  

profession during entrance exams and ETC have been realized in the period of solving problems. 

 

 



Daxil olma tarixi: 

Ilkin variant 

18.05.2015 

 

Son variant 



 

 

 

Ədəbiyyat müəllimi  hazırlığı və tədris problemləri 

 

 

53 


 

 

UOT 847 

 

MÜXTƏSƏR VƏ GENIŞ CÜMLƏNIN TƏDRISINDƏ FƏAL/INTERAKTIV TƏLIM 

METODLARINDAN ISTIFADƏ 

 

ƏŞRƏFOV RÜSTƏM QULU oğlu  

Sumqayıt Dövlət Universiteti, dosenti 

e-mail: rustam.eshrefov@gmail.com 

 

 

Açar sözlər: sintaksis, cümlə, sadə cümlə, cüttərkibli cümlələr, müxtəsər cümlə, geniş cümlə, 

fəal/interaktiv təlim metodları

 

Məzmun  mətndə  ifadə  olunan  bitkin  fikir,  forma  isə  həmin  məzmunu  ifadə  edən  maddi 



qabıqdır.  Bu  baxımdan  müxtəsər  və  geniş  cümlənin  tədrisində  məzmun  və  formanın  qarşılıqlı 

əlaqəsinə əsaslanmaq, onları vəhdətdə götürmək son dərəcə vacibdir. 

 

Dünyada  gedən  dərin  ictimai-siyasi  və  tarixi-mədəni  dəyişikliklər  Azərbaycan  təhsilinin 



fəal-interaktiv  təlim  əsasında  aparılmasını,  ayrı-ayrı  fənlərin  kurikulumun  tələblərinə  uyğun 

öyrədilməsini  aktuallaşdırır.  Bu,  ciddi  və  həlli  yolları  axtarılan  təhsil  sistemi  Azərbaycan  dilini 

ümumtəhsil  məktəblərində  tədris  etməkdə  yeni  yanaşma  mövqeyi,  metod,  üsul  və  vasitələrdən 

istifadə  etməyi  tələb  edir.  Əsas  tələb  dinləyib-anlama  və  danışma,  oxu,  yazı  və  dil  qaydaları 

məzmun xətləri üzrə təlim nəticələrinin həllini tapmasına istiqamətləndirilir. Azərbaycan dili fənni 

üzrə  təhsil  proqramında  (kurikulumda)  bu  məsələ  vacib  tələb  kimi  nəzərdə  tutulmuş,  şagirdlərin 

dinlədiyi  məlumatları  ümumiləşdirmə  bacarıqlarını  formalaşdırmaq  təlim  nəticəsi  kimi 

göstərilmişdir 

1,61-62


 



Məlumdur  ki,  müxtəsər  və  geniş  cümlələrin  tədrisində  təqdim  olunan  anlayışların, 

qrammatik  məfhumların  mənimsənilməsi,  nəzəri  materialların  möhkəmləndirilməsi,  bu  işin 

qarşısında  qoyulan  məqsədin  həyata  keçirilməsini  təmin  etmir.  Əksinə,  şagirdlər  Azərbaycan 

dilindəki müxtəsər və geniş cümlələrin tədrisində təqdim olunan hər hansı fakt və hadisəni, qaydanı 

ona  oxşar  olanlardan  ayırmağı,  fərqli  cəhətləri  müəyyənləşdirməyi,  ayrı-ayrı  faktlardan 

ümumiləşmiş  nəticələr  çıxarmağı,  başqa  sözlə,  nəzəriyyədən  praktikaya,  praktikadan  nəzəriyyəyə 

doğru irəliləməyi bacarmalıdırlar 

2, 8-15



 



Müxtəsər  və  geniş  cümlələrin  tədrisində  nəzəri  materiallar  praktik  çalışmaların  köməyi  ilə 

dərindən mənimsədilir,  qazanılan biliklər möhkəmləndirilir, orfoqrafiya  və nitq inkişafı sahəsində 

zəruri  vərdişlər  aşılanır.  Müəllim  həm  dərsliklərdəki  çalışmalardan,  həm  də  ehtiyac  duyduqda 

dərslikdəki  çalışmaların  məzmununda,  quruluşunda,  sistemində  dəyişiklik  aparmaqla  özünün 

hazırladığı müxtəlif xarakterli çalışmalardan istifadə edir 

3, 30-31



 



Yeni  təlim  texnologiyalarından  istifadə  etmədən  müasir  şagird  konteksini  yüksək 

intellektual  səviyyəli  şəxsiyyət  kimi  yetişdirmək  mümkün  deyildir.  Odur  ki,  dərslərimizdə  fəal 

(interaktiv) təlim metodlarına üstünlük verilir, VIII sinifdə Azərbaycan dili fənnindən “Müxtəsər və 

geniş  cümlə”  mövzusunun  tədrisinə  4  saat  vaxt  ayrılmışdır.  Ancaq  baş  üzvlərdən  və  ya  təkcə 

xəbərdən ibarət olan cümləyə müxtəsər cümlə deyilməsi, ikinci dərəcəli üzvü və ya ikinci dərəcəli 

üzvləri  olan  cümləyə  geniş  cümlə  deyilməsi,  rabitəli  nitqin  inkişafında  sadə,  geniş  cümlələrdən 

istifadənin əhəmiyyəti proqramda geniş yer tutmuşdur 

4,132-138



 



Nəzəri  dilçiliyin  sintaksis  bölməsində  baş  üzvlərin  iştirakına  görə  sadə  cümlə  iki  növə 

bölünür: cüttərkibli cümlələr, təktərkibli cümlələr. 

 

Hər iki baş üzvün iştirak etdiyi cümlələrə cüttərkibli cümlələr deyilir. 



 

Məsələn: Zəng vurulur. Dərs başlanır. Müəllim sinfə daxil olur. Şagirdlər ayağa qalxırlar və 

s. I və II şəxslərin tək və cəmində mübtədası nəzərdə tutulub, lakin buraxılan cümlələr də cüttərkibli 

cümlələr sayılır.  

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 11                       №3                   2015 

  


 

54 


 

 

Cüttərkibli  cümlələr  ikinci  dərəcəli  üzvlərin  iştirakına  görə  iki  növə  bölünür:  müxtəsər  və 



geniş. 

 

Yalnız  baş  üzvlərdən  ibarət  olan  cümlələr  müxtəsər  cümlə,  baş  üzvlərlə  yanaşı,  ikinci 



dərəcəli üzvlərin də iştirak etdiyi cümlələr isə geniş cümlə sayılır. 

 

Məsələn: Qapı açıldı (müxtəsər). Qapı taybatay açıldı (geniş). Cüttərkibli cümlələrin hamısı 



eyni  zamanda  şəxsli  cümlələrdir.  Qrammatikada  “şəxs”  dedikdə  mübtəda  nəzərdə 

tutulur.Cüttərkibli cümlələrdə mübtəda ya iştirak edir, ya da asanlıqla bərpa olunur 

5, 157-159



 



Mövzu: 

Müxtəsər və geniş cümlə. 

 

Məqsəd: 

 Şagirdlərə müxtəsər və geniş cümlələri öyrətmək: 

a)

 

Leksik mənasını anlatmaq; 



b)

 

Qrammatik xüsusiyyətlərini öyrətmək; 



c)

 

Quruluşca sadə cümlə olduğunu anlatmaq; 



d)

 

Adi danışıq dilimizdə (məişətdə) və bədii ədəbiyyatda işlənmə mövqeyi; 



e)

 

Müxtəsər və geniş cümlələrin fərqli və oxşar cəhətlərini aydınlaşdırmaq. 



İş forması:  Bütün siniflərlə iş, qruplarla iş. 

İş üsulu: 

Beyin həmləsi (klaster) şaxələndirmə, müzakirə, diskussiya, Venn diaqramı. 



Təchizat: 

8-ci  sinif  üçün  dərslik  (müəllifləri:  Q.Kazımov,  F.Şahbazlı),  sxemlər,  iş 

vərəqləri, elektron vəsait, tabaşir. 

I mərhələ: Dərsin motivasiyası. 

Liderlər  seçildikdən  sonra  onlara  ev  tapşırıqlarını  yoxlamaq  tapşırılır.  Liderlər  ev 

tapşırıqlarını  kəmiyyətcə  yoxlayıb  məlumat  verdikdən  sonra  tapşırıqları  keyfiyyətcə  yoxlamaq 

məqsədilə  ayrı-ayrı  qrup  şagirdlərinə  cümlələri  bir-bir  oxutdurub,  lazım  gələrsə,  nöqsanları 

düzəltdiririk. 

Əqli hücum üsulundan istifadə edərək keçmiş mövzuya aid kiçik müsahibə təşkil edilir. 

Müəllim: Söz birləşmələri quruluşca neçə cür olur? 

Şagird:  Söz  birləşmələri  quruluşca  sadə  və  mürəkkəb  olur.  İki  sözdən  ibarət  olan 

birləşmələrə  sadə,  üç  və  daha  artıq  sözdən  ibarət  olan  birləşmələrə  mürəkkəb  söz  birləşmələri 

deyilir. 

Müəllim: Kim sadə söz birləşmələrinə aid nümunələr deyə bilər? 

Şagird:  Vətən  sevgisi,  dərs  əlaçısı,  şəhərin  küçələri,  dənizin  dalğaları,  yaxşı  oxumaq, 

tapşırıqları yazan, ağac əkəndə və s. 

Müəllim: Kim mürəkkəb söz birləşmələrinə aid nümunələr söyləyə  bilər? 

Şagird:  Nar  ağacının  budaqları,  İmranın  papağının  rəngi,  dəslərə  birlikdə  hazrlaşmaq,  ev 

tapşırıqlarını yazan, yoldaşları ilə məktəbə gedəndə və s. 

Müəllim: Bəs cümlə üzvləri quruluşca neçə cür olur? 

Şagird: Cümlə üzvləri də quruluşca iki cür olur: sadə və mürəkkəb. 

Müəllim: Sadə cümlə üzvü nəyə deyilir? 

Şagird: Bir sadə, düzəltmə və ya mürəkkəb sözdən ibarət olan üzvə sadə cümlə üzvü deyilir. 

Müəllim: Bəs tərkibində mürəkkəb üzvü olan cümlə haqqında nə deyə bilərsiniz? 

Şagird: İki və daha çox sözlərdən ibarət olan üzvlərə mürəkkəb üzvlər deyilir. 

Müəllim: Kim tərkibində mürəkkəb üzvü olan cümlə deyə bilər? 

Şagird:  Azərbaycan  Respublikası  öz  təbii  sərvətləri  ilə  bütün  dünyada  məşhurdur.  Bu 

cümlədə “Azərbaycan Respublikası” mürəkkəb adla ifadə olunmuş mürəkkəb mübtədadır. 

 

Sinfin təşkilindən dərhal sonra qruplar yaranır və liderlər seçilir. Hər bir qrupa ad verilir: 



 

1-ci qrup 

“Azərbaycan” 



 

2-ci qrup 

“Qarabağ” 



 

3-cü qrup 

“Vətən” 



 

4-ci qrup 

“Qələbə” 



 

Müəllimin sualı: Nə üçün qruplarınıza belə adlar verdiniz? 



Müxtəsər və geniş cümlənin tədrisində fəal/interaktiv təlim metodlarından istifadə 

 

 

55 


 

 

1-ci qrupun cavabı: 



 

Biz öz qrupumuzu “Azərbaycan”  adlandırmışıq. Məqsədimizi Ə.Cavadın aşağıdakı şeiri ilə 

bildiririk: 

 

Torpağına can demişəm, 



 

Suyuna mərcan demişəm, 

 

Canımı qurban demişəm 



 

Canım, gözüm, Azərbaycan. 

 

2-ci qrupun cavabı: 



 

Qarabağ  Azərbaycanın  dilbər  guşəsidir.  Unutmamalıyıq  ki,  hər  bir  azərbaycanlının  bir 

“Qarabağ dərdi” var: 

 

Mən aşiqəm Qarabağ,  



 

Şəki, Şirvan, Qarabağ, 

 

Aləm cənnətə dönsə, 



 

Yaddan çıxmaz Qarabağ. 

 

3-cü qrupun cavabı: 



 

Vətən mənə 2 gözümdən əzizdir. A.Səhhətin sözləri ilə desək: 

 

Vətəni sevməyən insan olmaz, 



 

Olsa, o şəxsdə vicdan olmaz. 

 

4-cü qrupun cavabı: 



 

Xalqımızın  “Qarabağ  yarası”  sağalacaq.  “Qələbə”  adını  qrupumuza  ona  görə  verdik  ki, 

qələbə bizimlədir. 

 

Sinfə  cümlə  haqqında  suallar  verib  şagirdlərin  dilin  ən  böyük  və  mükəmməl  vahidi  olan 



cümləyə dair biliklərini yada salırıq. Daha sonra Klaster – şaxələndirmə üsulundan istifadə edirik. 

Lövhənin  mərkəzində  “cümlə”  sözünü  yazır  və  şagirdlərlə  birlikdə  cümləyə  dair  bilikləri  yada 

salaraq şaxələrə ayırırıq.  

 

Cümlələrin  içərisində  müxtəsər  və  geniş  cümlə  xüsusi  olaraq  nəzərə  çarpdırılmaq  üçün 



başqa  rəngdə  yazılır.  Yenidən  sinfə  müraciət  edirik:  Siz  cümlə  haqqında  kifayət  qədər  biliyə 

maliksiniz.  Onda  deyə  bilərsinizmi  ki,  (problemli  sual)  cümlə  haqqında  doğrudanmı  hər  şeyi 

bilirsiniz? 

 

Müxtəlif cavablar alınır. Şagirdlərin cavablarından məlum olur ki, onlar müxtəsər və geniş 



cümlə haqqında o qədər də geniş məlumata malik deyillər (baxmayaraq ki, müəyyən şəxsli cümlə 

bəhsində bu barədə məlumat verilir). 

 

Əvvəlcə müxtəsər sözünün leksik mənasını izah edirik. Ərəb sözüdür. Mənası qısa, yığcam 



dəməkdir. Geniş sözünün antonimidir. 

 

Bundan sonra kompüterdən istifadə edirik. Vaxt məhdudiyyəti aradan qaldırılır. Monitorda 



aşağıdakı sxemlər görünür.  

II mərhələ - Tədqiqatın aparılması 

Şagirdlərə hər qrup üçün iş vərəqləri paylanır. Fikirləşmək üçün vaxt verilir. 



 

I qrup 

1.

 



Baş üzvlər əsasında formalaşan müxtəsər cümlələrdə 2-ci dərəcəli üzvlər də iştirak edə 

bilərmi? Fikrinizi əsaslandırın. 

2.

 

Verilmiş cümlələrin içərisindəki geniş cümlələri qruplaşdırın. 



1)

 

Zərifə çiçəkləri suladı. 



2)

 

Körpə beşikdə mürgülədi. 



3)

 

Şəhərin küçələri təmizlənir. 



4)

 

Məktəbin şagirdləri olimpiadanın qalibləridir. 



5)

 

M.Kaşğari türkologiyanın banisidir. 



6)

 

Kitab böyük müəllimdir. 



Əşrəfov R.Q. 

 

 

56 


 

a)

 



1, 2, 6  b) 1, 2, 5 

 

c) 3, 4, 5 



 

d) 1, 5, 6 

 

e) 4, 5, 6 



3.

 

Geniş cümlə nəyə deyilir? 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

II qrup 

1.

 



Mübtədası olmayan bir neçə müxtəsər cümlə yazın. 

2.

 



Tərəfləri söz birləşmələri ilə ifadə olunmuş müxtəsər cümlələri seçin. 

1)

 



Hava qaraldı. 

2)

 



Qatar yola düşdü. 

3)

 



Şahinin atası təyyarə mühəndisidir. 

4)

 



M.Kazımbəy rus şərqşünaslığının atasıdır. 

5)

 



Qəhrəmanlar ölmürlər. 

a)

 



1, 2, 5  b) 1, 4, 5 

 

c) 3, 4   



 

d) 3, 5   

e) 2, 3 

3.

 



Geniş cümlələrdə mübtəda buraxıla bilərmi? Fikrinizi nümunələrlə əsaslandırın. 

Müxtəsər cümlə 

Mübtəda  və  xəbərdən  ibarət  olan  cümlələrə,  yaxud  təkcə  xəbərdən  ibarət 

olan cümlələrə müxtəsər cümlə deyilir. 

Yalnız xəbərdən ibarət 

olanlar. 

Səhərdir. 

Axşamdır. 

Mübtəda və xəbərdən 

ibarət olanlar. 

Zəng çalındı.  

Dərs başlandı.

 

        Geniş cümlə 



İkinci dərəcəli üzvləri olan cümlələrə geniş cümlələr deyilir. 

Mübtədası olanlar: 

Ana dili xalqın milli-mənəvi 

sərvətidir. 

Mübtədası olmayanlar: 

Ayazlı, şaxtalı bir qış axşamı 

Yeddi yoldaş olub yola düzəldik. 

Müxtəsər və geniş cümlənin tədrisində fəal/interaktiv təlim metodlarından istifadə 

 


 

57 


 

III qrup 

1.

 



Tərkib  hissələri  müxtəsər  cümlələrdən  ibarət  olan  2  mürəkkəb  cümlə  yazın.  Həmin 

cümlələrin qrammatik əsasını şərti işarələrlə göstərin. 

2.

 

Verilmiş  cümlənin  geniş  cümlə  olduğunu  əsaslandırın  və  2-ci  dərəcəli  üzvlərin  ifadə 



vasitələrini müəyyən edin: 

“Mədəndən qayıdan fəhlələr avtobusa mindilər”. 

3.

 

“Dəfələlrlə dəniz limanından geri qayıtmışdıq” cümləsinin mübtədasını bərpa edin və həmin 



cümlələrin müxtəsər və ya geniş cümlə olduğunu göstərin. Bu cümlədə hansı sintaktik əlaqə 

vardır? 


 

IV qrup 

1.

 



Müxtəsər  cümlənin tərkib hissələri arasında hansı sintaktik əlaqələr olur? Misal deyin. Əsas 

və asılı tərəfləri göstərin. 

2.

 

Verilmiş sxemlərə uyğun müxtəsər və ya geniş cümlələr düzəldin. 



a)

 

___________        



b)

 

___________ 



          __________             

3.

 



Gəl çıxaq seyrinə uca dağların, 

Çəmən olan yerdə, xalça nə lazım? 

İçək saf suyundan buz bulaqların, 

Lilpər olan yerdə, dolça nə lazım? 

Şeir  parçasını  diqqətlə  oxuyun.  Mübtədası  buraxılmış  cümlələri  müəyyənləşdirib  uyğun 

gələn sözü yerinə qoyaraq nəsrə çevirin. Cümlənin müxtəsər və ya geniş olduğunu əsaslandırın 

6, 


87-95

.  



III mərhələ: Məlumat mübadiləsi və müzakirəsi. 

Şagirdlərin  cavabları  alınaraq,  səhv  və  ya  düzgün  olduğu    şagirdlərlə  birlikdə  müzakirə 

edilib qiymətləndirilir. (Həm şagirdlər bir-birinə, həm də müəllim şagirdlərə qiymət verir). 

Azərbaycan dili və ədəbiyyat ayrı-ayrı fənlər kimi tədris edilsə də, onlar bir-biri ilə qırılmaz 

surətdə  bağlıdır.  Odur  ki,  ədəbi  nümunələr  və  xalq  deyimləri  müxtəsər  və  geniş  cümlələrdə  öz 

əksini necə tapdığı şagirdlərlə birlikdə araşdırılır. Nümunələr aşağıdakı kimi olur: 

Bu zaman dil qaydaları ədəbiyyata inteqrasiya edilir. 

1.

 



Elm ağlın çırağıdır. (Atalar sözü) müxtəsər cümlə. 

2.

 



İş insanın cövhəridir. (Atalar sözü) müxtəsər cümlə. 

3.

 



Ehtiyat igidin yaraşığıdır. (Atalar sözü) müxtəsər cümlə. 

4.

 



Ağılsız köpəklər ulduza hürər (S.Vurğun. “Vaqif) geniş cümlə və s. 

Bu səpkidə deyimlər istənilən qədərdir və şagirdlərin tərbiyəsində mühüm rol oynayır. 

 

IV mərhələ : Nəticələrin çıxarılması. 

 

Venn diaqramından istifadə edilərək müxtəsər və geniş cümlələrin fərqli və oxşar cəhətlərinin 



müqayisə  edilməsinə  nail  olunur.  Venn  diaqramını  yazı  taxtasına  çəkir,  müxtəsər  və  geniş  cümlələr 

haqqında şagirdlərin öyrəndikləri müzakirə edilir, fərqli və oxşar cəhətləri üzə çıxarılır 

7, 207-210



 



V mərhələYaradıcı tətbiqetmə. 

 

Şagirdlərin  cavablarını  yekunlaşdıraraq  “Vətən”  mövzusunda  kiçik  bir  inşa  yazını  evdə 



yerinə  yetirmək  tapşırılır,  bu  inşa  yazıda  bacardıqca  sadə  və  müxtəsər  cümlələr  qurmaq  və  yeri 

gəldikcə  atalar  sözləri,  məsəllər  və  başqa  bədii  ifadələrdən  də  istifadə  etmək  şagirdlərə  məsləhət 

görülür. 

 

Nəhayət,  dərs  prosesində  keçirilən  bilik  yarışının  nəticələri  bütün  mərhələlər  üzrə 



yekunlaşdırılır,  qalib  komandalar  elan  edilir  və  qiymətləndirilir.  Hər  4  komandanın  üzvlərinə 

dərslərində  uğurlar  arzu  edildikdən  sonra  dərsdə  fəal  iştirak  edənlərə  bayraqcıqlar  və  kiçik 

hədiyyələr verilir. Evə tapşırıq üçün dərslikdə olmayan test tapşırıqlarını yerinə yetirmək tapşırılır 

8, 38-48





Əşrəfov R.Q. 



 

 

58 


 

 

Nümunəvi  dərsin  təşkili  göstərdi  ki,  müxtəsər  və  geniş  cümlələrin  tədrisinin  bu  cür 



aparılması  onlarda  bilik,  bacarıq  və  vərdişləri  daha  da  dərinləşdirir,  qazanılan  biliklərini 

möhkəmləndirir,  onların  nitq  və  təfəkkürlərini  inkişaf  etdirir.  Nəticə  etibarı  ilə  məktəblilər  bu 

qazandıqlarına  əsasən  digər  fənləri  də  (Ədəbiyyat  fənni  də)  dərindən  və  şüurlu  mənimsəyir, 

öyrəndikləri  nəzəri  materialları  praktik  çalışmalara  bacarıqla  tətbiq  edə  bilirlər.  Şübhəsiz,  bu  da 

onların doğma dilə həssas münasibətlərinin, dünyagörüşlərinin formalaşmasına güclü təsir göstərir 

9, 66-67



 



Elmi  yeniliyi:  Məqalədə sintaksisin müasir problemləri tədqiq olunur, təlimdə müxtəsər və 

geniş  cümlənin  nəzəri  əsasları  dəqiqləşdirilir,  bunun  Azərbaycan  dili  dərslərində  yeri,  rolu  və 

əhəmiyyəti göstərilir. 

 

Tətbiqi  əhəmiyyəti:  Təlimdə  müxtəsər  və  geniş  cümlənin  nəzəri  və  praktik  əhəmiyyəti 

araşdırılır ki,  bu da Azərbaycan dilinin tədrisində müəllimlərə fəal  interaktiv təlim metodlarından 

daha geniş istifadə etməyə imkan yaradır. 

 

ƏDƏBIYYAT 

1.

 



Azərbaycan Respublikasında Ümumi Təhsilin Konsepsiyası (Milli Kurikulum). Bakı, 2006.  

2.

 



Azərbaycan Respublikasının Təhsil Qanunu. Bakı, 2009. 

3.

 



Veysova Z. Fəal (interaktiv) təlim. Müəllimlər üçün vəsait. Bakı: Elm,  2007. 

4.

 



Azərbaycan dili. VIII sinif. Bakı: Təhsil, 2012. 

5.

 



Azərbaycan dili. Bakı: Təhsil, 2002. 

6.

 



Həsənov N. Azərbaycan dili sintaksisinin tədrisində qarşıya çıxan çətinliklər. Bakı: 1987. 

7.

 



Kərimov Y.Ş. Təlim metodları bakı, 2007. 

8.

 



Ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün Azərbaycan dili proqramları. Bakı: 2002. 

9.

 



Abdullayev  N.  Fəal  təlim  zamanı  qruplarla  işin  təşkili.  “Azərbaycan  məktəbi”  jurnalı  №6, 

2013.   


10.

 

 Balıyev H.B., Balıyev  A.H. Azərbaycan dilinin tədrisi metodikası. Bakı: 2014 



                                              

РЕЗЮМЕ 

ПРИМЕНЕНИЕ АКТИВНОГО /ИНТЕРАКТИВНОГО МЕТОДА ОБУЧЕНИЯ В 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin