Uot heydəR ƏLİyevin nitqində MÜRƏKKƏb cüMLƏLƏRDƏN İSTİfadə Üsullari



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə7/13
tarix26.02.2017
ölçüsü1,07 Mb.
#9791
1   2   3   4   5   6   7   8   9   10   ...   13

Materiallar və üsullar. İşdə verilənlərin statistik təhlil metodları tətbiq edilmiş və Xəzərin 

qərb  sahilində  yerləşən  aeroloji  və  yerüstü  meteoroloji  stansiyaların,  eləcədə  Dövlət  Statistika  

Komitəsinin məlumatlarından istifadə edilmişdir. 

Təcrübi  hissə.  Abşeron  iqtisadi  rayonun  ərazisinə  Sumqayıt  şəhəri,  Abşeron  və  Xızı 

inzibati  rayonları  daxiıldir.  Bu  iqtisadi  rayonun  sahəsi  5,5  min  km

2

  olaraq  respublika  ərazisinin 



6,3%-ni təşkil edir. 

Abşeron  iqtisadi  rayonu  təbii  şəraitinin  xüsusiyyətlərinə,  təbii  sərvətlərin  kəmiyyət  və 

keyfiyyət  göstəricilərinə  görə  respublikanın  digər  iqtisadi  rayonlarından  xeyli  fərqlənir.Onun 

ərazisində zəngin neft,təbii qaz, müxtəlif tikinti materialları, müalicə əhəmiyyətli iqlim və mineral 

su ehtiyatları vardır. 

 Təbii  sərvətlərdən  təsərrüfatda  istifadə  imkanları.  Bu  iqtisadi  rayonun  böyük  hissəsi 

Abşeron yarımadasında, 40

0

11



 ilə 40


0

37



 şimal enliyi və 49

0

30



 ilə 50


0

22



 şərq uzunluğu arasında 

yerləşir.Yarımadanın  qərbdən-şərqə  maksimal  uzunluğu  75  km-ə  bərabərdir.  Ərazinin  orta 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 11                       №3                   2015 

  


 

44 


 

hissəsində eni 20 km ilə 40 km arasında dəyişir. Şərq qurtaracağında eni 10 km, qərb hissədə isə 

eni  60  km-ə  yaxındır.  Ərazi  şimal,  cənub  və  şərq  hissədən  Xəzər  dənizi  ilə  əhatə 

olunmuşdur.Abşeron  yarımadasının  ətrafında  Abşeron  arxipelaqını  təşkil  edən  bir  sıra  adalar 

vardır. Cənubda Bakı buxtasının girəcəyində Nargin, Qum və Plita adalarını göstərmək olar. Şərq 

hissəsində  isə  Pirallahı,  Çilov,  Neft  daşları  və  bir  sıra  xırda  adalar  yerləşmişdir.  Bu  adalar 

içərisində  ən  böyüyü  Pirallahı  adası  olub,  sahəsi  14,4  km

2-

-ə  bərabərdir.  Oroqrafik  cəhətdən 



yarımada  Baş  Qafqaz  silsiləsinin  cənub-şərq  qurtaracağının  davamıdır.Abşeron  yarımadasının 

şimal  və  şərq  hissəsində  düzənliklər  yayılmışdır.  Şimal  hissəsinin  yastı  düzənlik  səthini  palçıq 

vulkan konusları, Böyük-Şor, Masazır və s. duzlu çalalar  pozur. Abşeron iqtisadi rayonunun iqlim 

resursları, Xəzər dənizinin və yarımsəhra şəraitinin təsiri və Xızı rayonunun dağlıq ərazisi spesifik 

xüsusiyyətlərə  malikdir.  Bu  iqtisadi  rayonun  iqlim  şəraiti  mülayım  və  qurudur.  Orta  aylıq 

temperaturu yanvarda 3-4

0

,   iyulda isə 28-30



0

 təşkil edir. 

 

Abşeron  iqtisadi  rayonu  və  ona  yaxın  rayonların  ərazisinin  fiziki-coğrafi  xüsusiyyəti  hava 



kütlələri sirkulyasiyasına təsir edir və onların qarşısını alaraq istiqamətini dəyişdirir 

4



. Buna misal 

olaraq,  Baş  Qafqaz  silsiləsini  göstərmək  olar.  Kiçik  Qafqaz  da  bu  hava  kütlələrinin  qarşısını 

almaqda  az  rol  oynamır.  Kiçik  Qafqaz  sistemi  cənub-qərb  və  cənubdan  hərəkət  edən  hava 

kütlələrinin  əraziyə  daxil  olmasına  mane  olur.  Hava  kütlələri  dağları  aşıb  keçdikdə  fyon  hadisəsi 

müşahidə edilir. Fyonlar ətraf düzənlik rayonları əhatə edir. Bəzi hallarda isə Abşeron yarımadasına 

kimi gəlib çatır. 

Ərazidə küləkli günlərin çox olması və küləyin gücünün yüksək göstəricilərə malik olması 

külək  enerji  ehtiyatlarından  istifadə  olunmasını  tələb  edir.  Bazar  iqtisadiyyatı  şəraitində  bu  cür 

alternativ  təbii ehtiyatlardan istifadə sahibkarlıq üçün ucuz enerji alınmasında əsas vasitələrdən biri 

ola  bilər.  Bu  nöqteyi  nəzərdən,  küləkli  günlərin  sayı  300-dən  çox  olan  Abşeron  ərazisində  külək 

enerji ehtiyatlarından istifadə etmək iqtisadi və ekoloji cəhətdən faydalıdır. 

 

Şəkil 1. Ərazi üzrə günəş şəfəqlənməsi saatlarının illik  miqdarı 

 

Abşeron iqtisadi rayonunun təbii sərvətlərindən təsərrüfatda istifadə imkanları  

 


 

45 


 

Başqa  iqliməmləgətirici  amil  günəş  radiasiyasıdır.  Abşeron  iqtisadi  rayonunun  yerləşdiyi 

enliyə  böyük  miqdarda  günəş  enerjisi  düşür.  Ümumi  günəş  radiyasiyasının  miqdarı  125-135 

kkal/sm


2

-ə  bərabərdir.  Müəyyən  edilmişdir  ki,  Abşeron    yarımadasında  günəş  şəfəqlənməsinin 

müddəti  2200  –  2500  saat  arasında  tərəddüd  еdir  (şəkil  1.1).  Günəş  şəfəqlənməsi  saatlarının 

miqdarının  bеlə  çoх  olması  buludluluq  rеjimi  ilə  sıх  əlaqədardır.  Illik  gеdişdə  günəş 

şəfəqlənməsinin  ən  böyük  hissəsi  yay  fəslində  olub,  bu  da  qış  dövründəki  günəş  şəfəqlənməsi 

saatlarından  təхminən  3  dəfə  çoхdur

1-3


.  Yay  dövründə  müşahidə  еdilən  günəş  şəfəqlənməsinin 

mümkün şəfəqlənmənin 75–80 % - ni təşkil еdir (cədvəl 1). 

 

Cədvəl 1 

Mümkün qiymətə nisbətən günəş şəfəqlənməsinin davamiyyəti (%-lə) 

Məntəqə 


II 


III 

IV 


VI 


VII 

VIII 


IХ 

Х 

ХI 



ХII  Il 

Maştağa 


30 

33 


37 

54 


69 

79 


79 

80 


67 

51 


34 

34 


56 

Mərdəkan 

32 

32 


44 

61 


73 

79 


77 

79 


70 

58 


37 

30 


59 

Pirallahı 

30 

31 


40 

50 


66 

77 


75 

78 


69 

52 


38 

30 


56 

Bakı obs. 

35 

34 


39 

52 


68 

78 


77 

79 


68 

58 


38 

34 


58 

Nеft daşları  30 

34 

44 


53 

71 


79 

80 


80 

73 


60 

39 


31 

59 


 

Cədvəl  2. 

Günəşsiz günlərin və günəşli saatların miqdarı 

Məntəqələr 

Kəmiyyətlər 

Illik 


Yay 

Qış 


Günəşli 

saat. Miq. 

Günəşsiz 

saat. miq. 

Günəşli 

saat. miq. 

Günəşsiz 

saat. miq. 

Günəşli 

saat. miq. 

Günəşsiz 

saat. miq. 

Maştağa 

2387 


55 

939 


266 


29 

Mərdəkan 

2366 

58 


953 

244 



33 

Pirallahı 

2360 

51 


971 

254 



29 

Bakı obs. 

2244 

54 


933 

260 



29 

Nеft daş. 

2482 

46 


1009 

263 



28 

 

Il  ərzində  günəşsiz  günlərin  miqdarı  olduqca  azdır  və  46  –  58  gündən  artıq  dеyildir. 



Günəşsiz günlərin ən böyük miqdarı qış dövründə (28 – 33 gün) ən azı isə (yayda 1 gündən az) yay 

fəslində müşahidə еdilir (cədvəl 2). Burdan aydın olur ki, tədqiq edilən ərazi bol günəş еnеrjisinə 

malikdir.  Bu  günəş  еnеrjisi  isə  ərazidə  hеliotеrapiyanın  kеçirilməsi  üçün  gеniş  imkanlar  yaradır. 

Hеliotеrapiya  ərazidə  bütün  il  boyu  kеçirilə  bilər,  çünki  ilin  хaraktеrik  dövrlərində  (qış  və  yay) 

günəşsiz  günələrin  miqdarı  azdır,  bunun  əksinə  günəşin  şəfəqlənməsi  saatlarının  miqdarı  (yayda 

933  –  1009  saat,  qışda  244  –  266  saat)  olduqca  çoхdur.  Iqlimtеrapiyanın  bir    növü  olan 

hеliotеrapiyanın kеçirilməsi insanların daha möhkəm və fiziki cəhətdən daha davamiyyətli olmasına 

səbəb ola bilər.  

Kurort rekreasiya baxımından Abşeron iqtisadi rayonu dənizkənarı yaşayış məntəqəlri çox-çox 

əvvəldən fəaliyyətdə olan sanatoriya-kurort müəssisələrinin vahid mərkəzinə çevrilmişdir 

2-3


. Son 


illərdə  Abşeronun  dənizkənarı  çimərliklərindən  istifadə  etmək  məqsədilə  gələnlərin  sayı  xeyli 

artmaqdadır.  Bunu  nəzərə  alaraq,  bir  sıra  xarici  ölkələrdə  olduğu  kimi,  Xəzər  dənizinin  bu  təbii 

ehtiyatlarından  səmərəli  istifadə,  yeni-yeni  müalicə  və  istirahət  mərkəzlərinin  müasir  normalara 

uyğun yaradılması dövlətimizin iqtisadi inkişafına çox müsbət təsir göstərə bilər.  

Xəzər  dənizinin    Abşeron  iqtisadi  rayonun  sahillərində  mövcud    iqlim  amillərindən 

əhəmiyyətli  istifadə  ilə  yanaşı,  dəniz  həmçinin  balıq  sərvətlərindən  istifadə  də  əhalinin  zəruri 

istehlak  məhsullarına  olan  tələbatının  təmin  edilməsi  üçün  böyük  imkanlar  açır.  Belə  ki,  bizim 

Ağayev T.D., Alməmmədli M.G., Hüseynova L.İ. 

 

 


 

46 


 

dəniz  akvatoriyasında  olan  sularda  duzluğun  nisbətən  az  olması  burada  özünə  məxsus  flora  və 

faunanın  inkişafı  üçün  şərait  yaratmışdır.  Xəzər  dənizi  ərazisində  olan  qırmızı  və  nərə  balıqları 

dünyada  ən  keyfiyyətli  balıq  növü  hesab  olunur.  Abşeron  yarımadasında  əvvəllər  mövcud  olan 

balıqçılıqla  məşğul  olan  müəssisələrin  fəaliyyətinin  bərpa  edilməsi  respublikamızın  iqtisadi 

inkişafına  çox  böyük  səmərə  verə  bilər.  Bununla  yanaşı  Abşeron  iqtisadi  rayonunda  Xəzər 

dənizindən bir nəqliyyat vasitəsi kimi, istifadənin genişləndirilməsi də ölkənin istehsal sahələrinin 

inkişafı üçün iqtisadi cəhətdən çox əhəmiyyət kəsb edə bilər. 



Nəticə.  Göründüyü  kimi,  ərazidə  təbii  sərvətlərin,  o  cümlədən,  iqlim  amillərinin  (külək  və 

günəş enjisi) yüksək göstəricilərə malik olması enerji ehtiyatlarından hərtərəfli istifadə olunmasını 

tələb  edir.  Bazar  iqtisadiyyatı  şəraitində  bu  cür  alternativ    təbii  ehtiyatlardan  istifadə  sahibkarlıq 

üçün  ucuz  enerji  alınmasında  əsas  vasitələrdən  biri  ola  bilər.  Dənizin  sərvətlərindən  səmərəli 

istifadə isə həm  iqtisadi və sosial, həm də elmi və praktiki əhəmiyyət kəsb edir. 

 

ƏDƏBIYYAT 

1.  Агаев  Т.Д.  Воздействие  глобального  изменения  климата  на  жизнедеятельность 

городского 

населения 

Апшеронского 

полуострова 

// 


Безопасность 

жизнедеятельности. Москва: 2010,  №6, с.53-54. 

2. Ağayev T.D., Alməmmədli M.G., Cəfərov Ş.T. Abşeron yarımadasında ekvivalent-effektiv 

temperarurların paylanma xüsusiyyətləri // SDU-nun Elmi xəbər.Təbiət və texniki elmlər 

bölməsi.  Sumqayıt, 2012. №1, cild 12. 

3.  Ağayev  T.D.,  Eldarov  N.Ş.  Abşeronun  helioresursları  və  onların  rekreasiya  üçün 

əhəmiyyəti  /  Ekologiya  və  HF  mühafizəsi,VIII  Beynəlxalq  Elmi  konfrans,  Sumqayıt. 

dekabr 2014, s.467-471. 

4. Климат Азербайджана. // Под ред. Э.М.Шихлинского, А.А.Мадатзаде и др. Баку: 1969. 

5.  Azərbaycan  Respublikası  regionlarının    sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı  (2004-

2008-ci və 2009-2013 illər), Bakı, 2004, 2009.      

6. Məmmədov Z.S. Regionların iqtisadi inkişaf problemləri. Bakı: Elm, 2007, 465 s. 



 

РЕЗЮМЕ 

ВОЗМОЖНОСТИ ИСПОЛЬЗОВАНИЯ ПРИРОДНЫХ РЕСУРСОВ В 

ХОЗЯЙСТВЕ АПШЕРОНСКОГО ЭКОНОМИЧЕСКОГО РАЙОНА 

Агаев Т.Д., Алмаммадлы М.Г.,Гусейнова Л.И. 

 

Ключевые  слова:  природные  ресурсы,  климатические  факторы,  воздушные  массы, 

солнечная радиация 

В  статье  рассматриваются  возможности  использования  природных  ресурсов  в 

хозяйстве  Апшеронского  экономического  района.  Этот  экономический  район  по 

особенностям  природных  условий  и  по  количеству  и  качеству  природных  ресурсов  сильно 

отличается от других экономических районов. На территории этого экономического района 

имеется  нефть,  природный  газ,  различные  строительные  материалы,  полезные  лечебные 

минеральные  воды.  Использования  этих  природных  ресурсов  на  общегосударственном 

уровне имеет экономическую – социальную, научно-практическую значимость. 

 

 

 

 

 

 

 

Abşeron iqtisadi rayonunun təbii sərvətlərindən təsərrüfatda istifadə imkanları  

 


 

47 


 

SUMMARY 

THE POSSIBILITY OF USING NATURAL RESOURCE IN THE OF ABSHERON  

ECONOMIC REGION 

Agayev T.D.,  Almammadli M.G.,Huseynova L.İ. 

 

Keywords: natural resources, climatic factors, air masses, solar radiation 

The  article  examines  the  possibility  of  using  natural  resources  in  the  Absheron  economic 

region.  This  economic  region  due  to  its  particular  natural  conditions  the  quantity  and  quality  of 

natural resource is very different from other economic areas. The approach to this natural resource 

at the national level has an economic, social, scientific and practical significance. 

 

 

 

Daxil olma tarixi: 

Ilkin variant 

09.06.2015 

 

Son variant 



 

Ağayev T.D., Alməmmədli M.G., Hüseynova L.İ. 

 

 


 

48 


 

 

UOT 372.8 

 

ƏDƏBİYYAT MÜƏLLİMİ  HAZIRLIĞI VƏ TƏDRİS PROBLEMLƏRİ 

 

ASLANOV YUSİF YUSUBƏLİ oğlu 

Sumqayıt Dövlət Universiteti, dosent 

RƏFİYEVA AFƏT İLYAS qızı 

Sumqayıt Dövlət Universiteti, müəllim 

e-mail: afat.rafiyeva@gmail.com 

 

Açar  sözlər:  ədəbiyyat  təlimində  inteqrasiya,  idarəetmə  modeli,  kadr  hazırlığı,  informasiya 

kommunikasiya  texnologiyaları,  testlər,  qəbul  imtahanları,  mühazirə  və  

seminarların təşkili  

Ölkəmizin  və  eləcə  də  qloballaşan  dünyanın  sosial-iqtisadi  istiqamətlərində  davamlı  və 

dinamik  inkişafa  uyğun  yeni  təhsil  sisteminin  qurulması,  təhsil  islahatı  işinin  müasir  tələblər 

səviyyəsində  təkmilləşdirilməsi  çox  ciddi  və  aktual  məsələlərdən  biridir.  Birləşmiş  Millətlər 

Təşkilatının  XXI  əsri  “Təhsil  əsri”,  “İntellekt  əsri”  adlandırdığı  bu  epoxoda  təfəkkürə  əsaslanan, 

müstəqil,  yaradıcı  və  tənqidi  düşüncə  tərzini  formalaşdıran  iş  üsullarından  istifadə  etmək,  kreativ 

keyfiyyətləri aşkara çıxarmaqla neft kapitalını intellekt kapitalına çevirmək tələb olunur. Inkişafın 

sürətlə  getməsi  yeni  baxış,  təfəkkür  tərzi,  hadisələrə  çevik  və    fəal  münasibət  bildirmək  bacarığı  

tərbiyə  etməkdə  böyük  rolu  olan  yeni  pedaqoji  texnologiyaların,    fəal  (interaktiv)  təlim 

metodlarının, milli təhsil sistemimizin dünya təhsil sisteminə inteqrasiya olunması,  müasir  üsul və 

vasitələrin  təlimdə  tətbiqi  nəticəsində  reallaşır.  Müasir  dövrdə  Azərbaycanın  yeni  mərhələyə  - 

modernləşmə  dövrünə  daxil  olması  da  əldə  edilən  nəticələri  dünyanın  təhsil  sistemi,  idarəetmə 

modeli,  kadr potensialı,  infrastrukturu və qabaqcıl dünya təcrübələrinin öyrənilməsi istiqamətində 

təkmilləşdirməyə istiqamətləndirilir, fərdin, cəmiyyətin, dövlətin təlabatlarına uyğunlaşdırılır. 

Tədqiqatçıların fikrincə, XXI yüzillikdə proqramlaşdırmanın  və kompüterləşdirmənin nəzəri 

və praktik cəhətdən təlim prosesinə tətbiqi imkanlarını müəyyənləşdirmək, dərsin hər  mərhələsində 

irəliləyişləri  diaqnozlaşdırmaq,  təlim  texnologiyalarının  mövzunun  dərindən  və  maraqla 

öyrənilməsinə göstərdiyi təsiri aşkara çıxarmaq da tədrisin keyfiyyətinin yüksəldilməsində mühüm 

rol  oynayır.  Müasir  dövrdə  informasiya  –  kommunikasiya  texnologiyaları  öyrənənin  fəallığı  və 

tədqiqatçı  qabiliyyətinin  inkişaf  etdirilməsində  imkan  və  bacarıqların  aşkara  çıxarılmasına 

yönəldilir.  Qarşıya  qoyulan    məqsədə  çatmaq  üçün  dərsdə  elə  bir    şərait  yaradılmalıdır  ki,  İKT  

nəzəri  və  praktik  biliklərə  yiyələnməkdə  öyrədici  mühitin,  psixoloji  gərginliyin  aradan 

qaldırılmasının,  estetik  -  emosional  vəziyyətin,  xoş  ovqatın  yaranmasının  inkişafına    müsbət  təsir 

göstərsin. Müəllim dərsin əvvəlindən sonuna qədər yalnız  dərslikdəki materialları fasilə vermədən 

göstərməklə,  fraqmentlər  nümayiş  etdirməklə  təlimdə  müvəffəqiyyət  qazana  bilməz.  Nəzərdə 

saxlamaq  lazımdır  ki,  şagirdlərə  -  tələbələrə  mövzu  ilə  bağlı  veriləcək  tədqiqat  sualları,  problem 

mövzu elektron lövhədə canlandırılsın və onlar düşündüklərini əsaslandırmağı bacarsın, tədqiqat işi 

aparsın, cavablar müzakirə olunsun, nəticə çıxarılıb, yaradıcı tətbiqetmə mərhələsində görülən işlər 

yerinə yetirilsin. 

İnteraktiv dərsin mərhələləri müasir pedaqoji ədəbiyyatlarda geniş tədqiqata  cəlb olunsa da, 

yenə də bu sahədə mübahisə doğuran məsələlər qalmaqdadır. Ali məktəblərdə işin bu istiqamətlərdə 

təkmilləşdirilməsi,  mühazirə  və  məşğələlərin  bu  tələblər  üzərində  qurulması    təhsildə  müsbət  

nəticələr qazanmağa imkan yaradır. 

Təhsil strategiyasının əsas istiqamətlərində də yer tutan  bu məsələləri uğurla davam etdirmək, 

bir  sözlə,  təhsili  beynəlxalq  təcrübəyə  uyğunlaşdırmaq  və  bunun  əsasında  gələcəyin    pedaqoji 

fəaliyyət  proqramını  müəyyənləşdirmək  yeni  yanaşma,  yeni  pedaqoji  təfəkkür  tələb  edir.  Müasir 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 11                       №3                   2015 

  


 

49 


 

dövrdə  humanist  və  demokratik  prinsiplərə  əsaslanılması,  müəllim-tələbə  əməkdaşlığının  yenidən 

qurulması,  yüksək  elmi-nəzəri  hazırlıq,  metodik  ustalıq,  peşəkarlıq  səriştəsi,  ünsiyyət 

mədəniyyətinin  formalaşdırılması,  təlim  fəaliyyəti  və  əldə  olunan  nəticələrə  görə 

qiymətləndirmənin  aparılması    konkret  standartlar  hazırlanması  nəticəsində  reallaşdırıla  bilər.  Bu 

yanaşma  mövqeyi  müəllim  hazırlığını  bu  tələblərə  uyğun  aparmaq,  tədris  problemlərini  həll 

etməyin müasir metod, üsul və vasitələrini müəyyənləşdirmək zərurətini ortaya qoyur.  

Mövcud  təhsil  sistemi    kurikulumun    mahiyyəti  və  məzmunundan  irəli  gələn  vəzifələrin 

yerinə  yetirilməsini  ədəbiyyat  təlimində  də  fəaliyyət  proqramına  çevririr,    yeni  ideyaların, 

innovasiyaların  təhsilə  gətirilməsi  və  tətbiqini  aktuallaşdırır.  Bu  gün  Azərbaycan  dili  təlimində 

dinləyib  -  anlama,  oxu,  yazı  və  dil  qaydaları,  ədəbiyyat  dərslərində  isə  ədəbiyyat  və  həyat 

həqiqətləri,  şifahi  və  yazılı  nitq  standartları  istiqamətlərində  aparılan  işlər  təhsillə  bağlı  bütün 

fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradır.  

Müasir dövrdə  təhsil müəsisələrində avtoritar metodikanın yerini  əməkdaşlıq, dialoji  təlim 

metodikası    tutur.    Müasir  yanaşmalara  görə  dərsdə  müəllimin  rolu  dəyişir,  onun  bilikləri  hazır 

şəkildə  vermək  funksiyası  özünü  doğrultmur.  O,  fasilitator-bələdçi,  yol  göstərən,  öyrənməyi 

öyrədən  mövqeyində  çıxış  edir,    şagird-tələbə  isə    əməkdaşlıq  edir,  tədqiqat  aparır,  fikirlərini 

əsaslandırır.  

Dərsin mərhələlərinin köklü formada dəyişməsi metodikanın təkmilləşdirilməsi problemlərini 

pedaqoji  fikrin  müasir  yeniliklərinə  uyğun  aparmağı,  qabaqcıl  təcrübənin  nəticələri  ilə 

əlaqələndirməyi tələb edir. Müasir dövrdə həm də təhsildə aparılan ciddi islahatlar, metodik fikirdə 

yaranan  yeniliklər,  pedaqoji  texnologiyalar,  innovasiyalar  müəllimi  fərqli  metod  və  üsullarla 

işləməyə yönəldir. Həlli vacib hesab edilən bu problemlərin müvəffəqiyyətlə yerinə yetirilməsində 

yaradıcı müəllimlərin əməyini düzgün qiymətləndirmək,fəaliyyətini, maraq və ehtiyaclarını ödəmək 

məqsədi  ilə  onların  əməyi  stimullaşdırılmalı,  səriştəyə  və  qabiliyyətə  görə  fərqləndirmək  prinsipi 

həllini tapmalı, eyni dərəcəli alimlər arasında gördükləri işin nəticəsinə görə fərq qoyulmalıdır.  

Təhsil  strategiyasanını  əsas  istiqamətlərində  də  təlimin  məqsədi,  məzmunu,  standartları, 

texnologiyalar, son məqsədə çatmağın yolları, vasitə və üsulları, həmçinin bu sahədə aparılan işin 

nəticələrini  yoxlamağın  metod  və  vasitələri  müəyyənləşdirilir.    Bununla  yanaşı,  bir  məsələ  də 

düzgün  olaraq  vurğulanır  ki,  ədəbiyyat  təlimində    ənənəvi  üsullardan  tamamilə  imtina  etmək 

düzgün mövqe hesab  edilə bilməz:  “Yaddan  çıxarılmamalıdır ki,  uzun illər ərzində ənənəvi  təlim 

üzrə  pedaqoji  və  metodik  aspektdə  ciddi  tədqiqatlar  aparılmış,  şagirdin  müstəqilliyi,  fəallığı, 

təşəbbüskarlığının  əhəmiyyəti,  idrak  fəallığı,  fərdi  xüsusiyyətlərinin,  maraq  və  qabiliyyətlərinin 

nəzərə  alınmasının  zəruriliyi  dönə-dönə  göstərilmiş,  müvafiq  metodik  göstərişlər  işlənmişdir”  [1, 

124]. Buna görə də təhsilimizin milli - mənəvi və ümumbəşəri ənənələr üzərində qurulması və yeni 

yanaşma  mövqeləri  ilə  əlaqələndirilərək  ədəbiyyatın  öyrədilməsi,  dərslərin  təşkili,  metod,  üsul  və 

vasitələrin  tətbiqi,  ümumiyyətlə,  təlim  prosesləri  ilə  bağlı  bütün  fəaliyyətlərin  səmərəli  

nəticələrinin icrası əsas məqsəd kimi seçilməli və həllini tapmalıdır. 

Ümummilli  lider  Heydər  Əliyev  milli  təhsilin  bu  məzmunda  yeniləşdirilməsini  diqqət 

mərkəzində saxlamış və tövsiyələrini vermişdi: “Təhsilin özündə aparılan islahatlar çox vacibdir... 

Mənim sizə tövsiyəm ondan ibarət olar ki, islahatları düşünülmüş qaydada aparasınız, formalizmə, 

konyukturaya  yol verməyəsiniz, Azərbaycanın milli ənənələrinin üzərindən keçməyəsiniz. Bunlar, 

həqiqətən,  həm  Azərbaycan  təhsilini  dünyanın  inkişaf  etmiş  ölkələrinin  təhsili  səviyyəsinə  ardıcıl 

surətdə çatdırsın, həm də burada səhvlər buraxılmasın, mövcud yaxşı işlər pozulmasın” [2, 454].  

Tam orta və ali təhsil səviyyələrində apardığımız müşahidələr göstərir ki, müəllimlər arasında 

ənənəvi  üsulla  dərs  keçənlərin  sayı  qabaqcıl  müəllimlərlə  müqayisədə  üstünlük  təşkil  edir.  Bu  iş 

üsulunu seçən müəllimlər şagirdlərə mümkün  qədər çox bilik verməyə çalışırlar. Nəticədə şagirdlər 

onlara  həyatda    lazım  olmayan  anlayışlarla,  fakt  və  hadisələrlə  yüklənirlər.  Ancaq  kurikulumun  

əsaslarına  uyğun  dərslərin  təşkilinə  üstünlük  verən  qabaqcıl  müəllimlərin  iş  təcrübəsində    həyat 

üçün, şəxsiyyət üçün lazım olan bilik və idraki, sosial və praktik bacarıqların inkişaf etdirilməsinə, 



Aslanov Y.Y., Rəfiyeva A.İ. 

 

 


 

50 


 

məzmunun  nəticələr  formasında  öyrədilməsinə  daha  çox  diqqət  yetirilir.  Burada  həm  də  müxtəlif 

siniflər  üçün  bu  bacarıqlar  üzrə  təlim  nəticələri  göstərilir  və  idraki  -  bilmə,  anlama,  tətbiqetmə, 

təhliletmə,  sintezetmə,  dəyərləndirmə,  affektiv-emosional  (ünsiyyətin)  -  səviyyə,  məqbul  saymaq, 

reaksiya  vermək,  dəyərləndirmək,  təşkil  etmək,  dəyər  və  ya  dəyərlər  sistemini  xarakterizə  etmək, 

psixomotor-hissetmə,  hazırolma,  təqlidetmə,  mexanizmin  mənimsənilməsi,  mükəmməl  icra, 

uyğunlaşma, yaradıcılıq kimi bacarıqlar şəxsiyyətin inkişafına yönəldilir, müəllimləri yaradıcılığa, 

tədqiqat aparmağa, bir- birindən fərqli dərs modelləri  yaratmağa şərait yaradır. 

Bədii  əsərlərin  məzmun  və  təhlili  ayrı-ayrı  siniflər  üzrə  nəzərdə  tutulan  təlim  nəticələri  və 

məzmun  standartları,  əsas  və  alt-  standartlara  uyğun  öyrədilir.    Əgər  ənənəvi  dərslərdə  əvvəlcə  

dərsin məqsədi yazılıb və fəaliyyətin istiqaməti bunun həllinə yönəldilirdisə, “amma indi biz dərsin 

məqsədi  əvəzinə  dərsdə  gözlənilən  təlim  nəticələrini  qeyd  etməliyik.  Həmin  təlim  nəticələri  alt-

standartlar əsasında formalaşır” [3, 71]. Sual yarana bilər ki, nə üçün müəllimlərin müəyyən hissəsi 

təlim-tərbiyə prosesinin gedişini və nəticələri qiymətləndirməkdə yeni yanaşmaları  qəbul etməkdə 

çətinlik  çəkir,  kurikulumun  əsaslarına  uyğun  dərsləri  təşkil  etməyi  baçarmırlar.  Bu,  bir  tərəfdən 

təhsildə  yeni  inkişaf  meylləri  və  ideyalarının  öyrənilməsinin,    elmi  fikirlərin  qabaqcıl  məktəb 

təcrübəsindəki  yeniliklərdən  geri  qalmasının  metodik  təminatının  kifayət  qədər  olmaması,  

müəllimlərə  çap olunan yeni ədəbiyyatları öyrənməyə imkanın yaradılmaması, vaxtlı-vaxtında yeni 

ideyaların  onlara  çatdırılmaması  ilə  bağlıdırsa,  digər  tərəfdən  ali  məktəblərdə    müəllim  hazırlığı 

səviyyəsinin dövrün  tələblərinə uyğun  aparılmaması  ilə   əlaqədardır.  

Daha  ciddi  problemlərdən  biri  də  ali  məktəblərdə  ədəbiyyat  müəllimliyi  ixtisasına  müəllim 

peşəsini sevməyən, ədəbiyyata və həmçinin baçqa fənlərə marağı  aşağı səviyyədə olan tələbələrin 

qəbul olunmasıdır. Bu tələbələr bəzən yaxşı oxuyan, ünsiyyət qurmağı və davranış mədəniyyəti ilə 

fərqlənən tələbələri  də asanlıqla öz təsiri altına salmağı bacarırlar. Fikrimizcə, şəxsiyyət- vətəndaşa 

məxsus  xüsusiyyətləri  özündə  ehtiva  etməyən,  dünyagörüşü  geniş  olmayan,  milli  kimliyi  və 

yenilməzliyini,  soykökünü  dərk  etməyən,  söz  xiridarı  olmayan,  sözə  dəyər  verməyi  bacarmayan, 

zövq və duyum qabiliyyəti formalaşmayan, insanlara ürəyinin hərarətini  vermək istəməyən tələbə 

filologiya fakültəsində təhsil ala bilməz, ədəbiyyat müəllimi olmağa mənəvi haqqı çatmaz. Tələbə 

Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycan dili və ədəbiyyat müəllimliyi və eləcə də başqa ixtisas 

fənn  müəllimliyinə  qəbul  imtahanı  aparmazdan  əvvəl  qabiliyyət  imtahanı,  yaxud  müsabiqə 

keçirilməsini təşkil etmək, bundan sonra müəllim peşəsini  sevənlərə seçdikləri ixtisaslara imtahan 

vermək hüququ vermək haqqında düşünməlidir.  

Ali məktəblərdə daha çox mübahisə doğuran məsələlərdən biri də testlərin tərtibi, tələbələrin 

öyrənmə  səviyyələrinin  qiymətləndirilməsində  onlardan  istifadənin  təlimə  verdiyi  müsbət 

nəticələrin olub-olmaması ilə bağlıdır. Testlər “Şəxsiyyətin inkişafının və formalaşmasının müxtəlif 

tərəflərini diaqnozlaşdırmaq üçün psixoloji və  pedaqoji sınaq növlərindən biridir” [4, 279]. Testlə 

imtahan  aparılması  şəffaflığın  yaradılmasında,  cavabların  obyektiv  qiymətləndirilməsində  ən 

düzgün  yanaşma  mövqeyi  olsa  da,  test  tələbələri  daha  çox  əzbərçiliyə    alışdırır,  dərslik  və  dərs 

vəsaitlərinin  oxunmasına,  proqram  materiallarının  dərindən  öyrənilməsinə  imkan  yaratmır, 

mütaliəyə  marağı  azaldır.    Bunun  nəticəsi  də  mühazirə  və  seminar  məşğələlərinin 

dinlənilməməsinə, müəllim şəxsiyyəti və nüfuzuna xələl gətirən məqamların ortaya çıxmasına şərait 

yaradır.  Müşahidələr  də  göstərir  ki,  semestr  müddətində  zəif  oxuyan,    mühazirə  və  seminarlarda 

fəallıq  göstərməyən  tələbə  imtahan  zamanı  testlərə  düzgün  cavab  verib  yüksək  qiymət  almağı 

bacarır.  Əzbərçiliyin  qarşısını  almaq  üçün  testlər  mürəkkəbləşdirilməli,  ya  da  testlər    əvvəlcədən 

tələbələrə  verilməməlidir.    Proqram  materiallarını    tam  əhatə  edən  suallar  hazırlamaq,  tələbələrə 

paylamaq,  amma  imtahanı  testlə  aparmaq  təlimin  keyfiyyətini  yüksəldə  bilər.  İkinci  bir  yol  tam 

obyektiv  mövqe  gözlənilməklə  imtahanın  yazılı  formada  aparılması  təcrübəsidir.  Testlə  imtahan 

verən  tələbənin    aldığı  qiyməti  yenidən  artırmaq  üçün  onlara  yazılı  imtahan  vermək  hüququnun 

nəzərdə tutulması  məqsədəuyğun olardı. 

Ədəbiyyat müəllimi  hazırlığı və tədris problemləri 

 


 

51 


 

Müasir dövrün əsas xüsusiyyəti olan dinamizm təhsil, təlim-tərbiyə işini təkmilləşdirməyə və 

modernləşdirməyə daha çox diqqət yetirməyi  tələb edir. Bu sahədə dönüş yaratmaq, tələbələri təlim 

prosesinin  bərəbərhüquqlu  iştirakçısına,  müstəqil  tədqiqatçısına  çevirmək,  mühazirə  və  seminar 

dərslərini  diskussiya  və  qarşılıqlı  əməkdaşlığa  əsaslanan  dialoq  üzərində  qurmaq  müəllimin  bilik 

səviyyəsi, pedaqoji ustalığı, yeni texnologiyalarla işləməyi bacarması, yaradıcı fəaliyyəti ilə ölçülür. 

Ali  məktəblərdə  dərs  deyən  professor-müəllim  heyətinin  müəyyən  hissəsində  bu  keyfiyyətlər  və 

müasir yanaşmanın metod, üsul və vasitələrindən istifadə etmək bacarığı aşağı səviyyədədir, yaxud 

mühazirə  və  seminar  dərslərini  daha  çox  müəllimin  hazır  bilik  verməsi,  informasiya  ötürücüsü 

mövqeyində çıxış etməsi üzərində qurulur. 

Müşahidələr  və  aparılan  sorğuların  nəticələri  göstərir  ki,  müəllimlərin  mühazirə  və  seminar 

dərslərini  aparmasına  münasibəti  dəyişməli,  dəqiq  desək,    mühazirədə  ancaq  öyrədənin  fəallığı, 

mühazirə  oxuması  və  öyrənənlərin  hamısının  dinlədiklərini  yazmaması,  seminar  dərslərində  isə 

diskussiya aparmaq əvəzinə, ancaq dərs soruşulması, müəllimin sözünə daha çox üstünlük verilməsi 

bütün tələbələri fəallaşdırmır, təlimə maraq oyatmır. Tələbələrin bəzilərinin dərsdə səs-küy salması 

və  mühazirə  zamanı  heç  bir  qeyd  aparmamasının  səbəbi  araşdırılmalı,  buna  qarşı  ciddi  tədbir 

görülməlidir.  Qarşıya çıxan problemləri  həll  etmək üçün tələbələrin dərsə davamiyyəti ilə  yanaşı, 

onların  mühazirə  dəftərlərinin  olub-olmamasına  görə  bal  vermək  bilik  və  bacarıqların 

qiymətləndirilməsinə müsbət təsir göstərə bilər.  

Müasir pedaqoji tədqiqatlarda diskussiya  aparmağa,  fərqli fikirlərin ortaya çıxmasına imkan 

yaradan  yeni  texnologiyalardan  istifadə  etnək  və  nəticələrə  görə  qiymətləndirmə  aparmaq  əsas 

hədəf  kimi  seçilir,  araşdırmalar  aparılır.  Hər  bir    dərsdə  problem  qoyulması,    elmi  istiqamətlərin  

seçilməsi,  təlim  nəticələrini  təsdiq  edən  faktların    əsaslandırılması  müəllimin  diqqət  mərkəzindən 

kənarda  qala  bilməz.  İş  prosesində  müxtəlif  fikirləri  ortaya  çıxaran  suallardan  istifadəni, 

fəal/interaktiv  təlimin  və  interaktivliyin  xüsusiyyətlərini  nəzərə  almaq,  dialoq  və  əməkdaşlıq 

mövqeyini gözləməklə dərsləri təşkil etmək  təlimin səmərəli vasitələri  kimi seçilə bilər. 

Bu  məsələləri    yerinə  yetirməkdə,  ölkəmizdə  aparılan  kurikulum    islahatları  sahəsində 

mövcud olan  nöqsanları aradan qaldırmaqda ən başlıca amillərdən biri kadrların hazırlanması və ali 

məktəblərdə  oxunan  mühazirələrin  keyfiyyəti,  seminar  dərslərinin  yüksək  səviyyədə  təşkili  ilə 

bağlıdır.  Ümummilli  Lider  Heydər  Əliyev  də  tövsiyə  edirdi  ki,  “Hər  bir  insan  həyatda  öz  yerini 

tapmalıdır.  Amma  öz  yerini,  özünəməxsus  yeri  tapmalıdır”.  Bu  baxış  müstəvisindən  yanaşsaq 

görərik  kı,  Təhsil  Naziri  Mikayıl  Cabbarov    insanlara  dövlətçilik  ənənələrimizə  sadiqliyinə, 

səriştəsinə,  intellekt  səviyyəsinə,  daim  yaradıcılıq  axtarışlarında  olmasına,  milli-mənəvi  və 

ümumbəşəri dəyərləri  yaşatmasına, elm və təhsil sahəsindəki uğurlarına görə qiymət verməyi daha 

çox təhsilin prioritet sahəsi kimi qəbul edir. Təəssüflər olsun ki,  ədəbiyyat tədrisi metodikası üzrə 

doktorant və dissertanturaya ayrılan yerlərin məhdud olması, qabaqcıl müəllimlərin iş təcrübələrinin 

dərindən  öyrənilməməsi,  onların  əldə  etdikləri  uğurların  tələbələrə  istənilən  səviyyədə 

çatdırılmaması,  yeniliklərin  müzakirəyə  şıxarılmaması,  müdafiə  etmiş  metodist  alimlərin 

əməyindən  geniş  istifadəyə  imkan  yaradılmaması,  pedaqoji  fəaliyyətə  cəlb  edilməməsi 

istiqamətlərində çatışmazlıqlar mövcuddur.  

Düşünürük ki, ədəbiyyat müəllimi hazırlığı və tədris prosesinin təkmilləşdirilməsində mühüm 

əhəmiyyət  kəsb  edən    araşdırdığımız  problemlər  professor-  müəllim  heyətinin  nüfuzunun 

yüksəldilməsinə, kadr hazırlığı səviyyəsinin  yaxşılaşdırılmasına, təlimə marağın gücləndirilməsinə, 

qarşılıqlı  əməkdaşlıq  və  dialoji  təlim  metodikasının  hazırlanmasına,  ölkəmizdə  kurikulumun 

əsaslarının nəzəriyyə və təcrübəsinin dərindən öyrənilməsinə müsbət təsir göstərəcəkdir. Bu həm də 

ədəbiyyat dərslərində  bədii əsərin oxunmasına, müxtəlif zövqlərin formalaşmasına, bədii yaddaşın 

inkişafına, mətn üzərində işin səmərəli təşkilinə də geniş  imkan yaradacaqdır. 

Elmi  yeniliyi:    Məqalədə  ədəbiyyat  müəllimi  hazırlığı  və  tədris  problemləri  araşdırılır, 

mövcud vəziyyət təhlil olunur, qarşıya çıxan nöqsanları doğuran səbəblərin həlli yolları göstərilir, 



Aslanov Y.Y., Rəfiyeva A.İ. 

 

 


 

52 


 

mühazirə  və  seminarların  müasir  tələblərə  uyğun  təşkil  edilməsinin  üsul  və  vasitələri 

müəyyənləşdirilir.  

Tətbiqi  əhəmiyyəti:  Tətbiqi  və  tədqiqi    zəruri  hesab  edilən  problemlərin  ədəbiyyat 

müəllimliyinə  tələbə  qəbulunun  aparılmasında,  ali  məktəblərdə  keyfiyyətli  kadr  hazırlığında, 

mühazirə və seminar dərslərinin təşkilində, müasir təhsilə yeni baxışın, ideyaların formalaşmasında, 

imtahanların testlə keçirilməsinin yeniləşdirilməsində nəzərə alınması müsbət nəticələr verə bilər.   



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin