Mövz Məktəbəqədər təhsil proqramında (kurikulum) məşğələlərin təşkilinə verilən tələblər və prinsiplər



Yüklə 64,43 Kb.
səhifə1/4
tarix22.05.2023
ölçüsü64,43 Kb.
#119328
növüTəhsil proqramı
  1   2   3   4
1-ci mövzu


Mövzu1.Məktəbəqədər təhsil proqramında (kurikulum) məşğələlərin təşkilinə verilən tələblər və prinsiplər.
Məktəbəqədər yaşlı uşaqların hərtərəfli inkişafının və keyfiyyətli təlimin təmin olunması və müsbət emosional mühitin yaradılması üçün təlim fəaliyyətinin təşkili zamanı bir sıra əsas tələblər nəzərə alınmalıdır:
-uşaq ləyaqətinə hörmət;
- təlimin uşaqların yaş və fərdi xüsusiyyətlərinə uyğun forma, metodlar əsasında təşkili;
-təlim prosesində fəaliyyətin böyüklər və uşaqlar arasında əməkdaşlıq əsasında qurulması;
-uşaqların təşəbbüskarlıq və müstəqilliyinin dəstəklənməsi;
-uşaqların fiziki və psixi zorakılığın bütün formalarından qorunması;
-ailələrin təlim fəaliyyətinə bilavasitə cəlb edilməsi.
Təlimin təşkili zamanı aşağıdakı prinsiplərə istinad edilməlidir:
-şəxsiyyətyönümlülük - uşaqlara bütöv bir şəxsiyyət kimi yanaşmağı tələb edir. Həyatda lazım olan ən zəruri dəyərlərin formalaşdırılmasını bir vəzifə kimi qarşıya qoyur.Bu iş məktəbəqədər təhsil mərhələsindən başlayır. Ona görə də təlimin məzmununda və həyata keçirilməsində onun nəzərə alınması vacib hesab edilir;
-diferensiallaşdırma və fərdiləşdirmə - uşaqların fərdi xüsusiyyətlərinin, maraq və tələbatlarının, fiziki və əqli inkişaf səviyyələrinin, psixofizioloji xüsusiyyətlərinin nəzərə alınması, onların təliminin bu xüsisiyyətlər əsasında təşkil olunmasını tələb edir;
-idrak fəallığı - məktəbəqədər təhsil materiallarının koqnitiv xarakter daşımasına, onun fəal təlim şəraitində reallaşdırılmasına imkan yaradır, uşaqlarda hər hansı problemin həlli tələbatını, onlarda idrak proseslərinin fəallaşdırılmasını gücləndirir;
-əyanilik - məktəbəqədər təhsil müəssisəsində uşaqların öyrənməyə olan marağını stimullaşdırır, öyrəndiklərinin daha keyfiyyətli mənimsənilməsinə şərait yaradır;
-əməkdaşlıq - “tərbiyəçi-müəllim-uşaq-valideyn” münasibətlərində qarşılıqlı fəaliyyətin təmin olunmasını nəzərdə tutur;
-nəticəyönümlülük - fəaliyyətin əvvəlcədən müəyyən olunmuş nəticələr əsasında qurulmasını tələb edir.
Təlimin əsas forması uşaqların əqli inkişaf məsələlərinin həllinə yönələn, qaydaya salınmış fəaliyyət növü olan məşğələlərdir. Məşğələnin əsas göstəriciləri bunlardır: didaktik prinsiplərin, tədris fəaliyyətinin bütün komponentlərinin olması, qarşılıqlı təlim, dəqiq (reqlamentə salınmış) xarakter və i.a.

Yüklə 64,43 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin