Mövz Məktəbəqədər təhsil proqramında (kurikulum) məşğələlərin təşkilinə verilən tələblər və prinsiplər


Məşğələləri qurmağın aşağıdakı didaktik prinsipləri mövcuddur



Yüklə 64,43 Kb.
səhifə3/4
tarix22.05.2023
ölçüsü64,43 Kb.
#119328
növüTəhsil proqramı
1   2   3   4
1-ci mövzu

Məşğələləri qurmağın aşağıdakı didaktik prinsipləri mövcuddur:

  • “Özü başa düşərək – anlayış”;

  • Başlanğıc nöqtənin birinciliyi (hər bir uşağın özünəməxsus yaxın gələcək inkişaf zonası və tədrisi var. Hər bir uşağa uyğun səviyyədən başlamaq lazımdır);

  • Assosiativ əlaqələrin inkişaf etdirilməsi;

  • Məşğələnin bütün mərhələlərində müvəffəqiyyətin möhkəmləndirilməsi;

  • Paralelləşdirmə (müşayiət etmə);

  • Zehin, affekt və hərəkətin sintezi;

  • Yaş xüsusiyyətlərinin mərhələliyi və nəzərə alınması;

  • Uşaq bağçası, ev və məktəbdə təhsilin ardıcıllığı və varisliyi.

Bu prinsiplərin həyata keçirilməsi üçün müvafiq təhsil mühiti yaradılmalıdır ki, bu mühit, tədris prosesinin iştirakçıları arasındakı münasibətlərin, onun birmənalı keçməsi üçün zəruri olan didaktik və əşyavi-maddi şəraitin məcmusunu əks etdirsin.
Yuxarıda göstərilən tələblərə ,prinsiplərə uyğun olaraq məktəbəqədər təhsil müəssisələrində aşağıdakı şəkildə məşğələlərin təşkili həyata keçirilir:
I.Məşğələnin strukturu:
1.Məşğələnin növü və strukturunun məzmuna uygunluğu;
2.Məşğələdə istinad biliklərinin aktuallaşdırılması,yeni mövzunun,didaktik vasitələrdən istifadənin əsaslandırılması,yeni biliklərin qavranılması,tətbiqi və səviyyəsinin yoxlanılması.
II.Məşğələninin məzmunu:
1.Biliklərin elmiliyi,anlaşıqlığı,yeniliyi və əsaslılığı;
2.Məşğələnin konkret nəticələrə əsaslanması,elmi anlayışlarla,qanunalarla aparılması;
3.Məşğələnin məzmununa müvafik idrak maraqlarını stimullaşdıran yeni faktların,məlumatların daxil olması
;4.Məşğələlərarası və məşğələnin içində mövzuların bir-biri ilə əlaqəsinin yaradılması;
5.Tədris materiallarının optimal müəyyənləşdirilməsi əsasında sistemlı biliklərin formalaşdırılması;
III.Məşğələnin texnoloji təminatı:
1.Müasir pedaqoji texnologiyalardan istifadə və müvafiq texnologiyalara uygun fəal təlim metodlarının(oyun,qruplarla iş,əqli hücum və s.)tətbiqi;
2.Uşaqların idrak fəaliyyətinin təşkili vasitələri:kollektiv,qruplarla,cütlərlə iş,fərdi iş;
3.Məşğələnin axtarıcılıq və tədqiqatçılıq xarakteri daşıması,tədqiqat tipli məşğələlər,problemi həll etmək vəzifələrinin həlli.
4.Uşaqların müstəqil idrak fəaliyyətinin təşkili;
5.Kitab,konstruktor,müxtəlif didaktik materiallar,oyuncaqlarla iş;
6.Uşaqların biliklərinə nəzarətin təşkili;
7.Nəzarət yollarının yoxlanılması;
8.Biliklərin məzmuna uyğunluğu;
9.Qiymətləndirmənin obyektivliyi;
10.Biliklərə nəzarət yollarının müxtəlifliyi.

Yüklə 64,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin