Uot heydəR ƏLİyevin nitqində MÜRƏKKƏb cüMLƏLƏRDƏN İSTİfadə Üsullari



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə3/13
tarix26.02.2017
ölçüsü1,07 Mb.
#9791
1   2   3   4   5   6   7   8   9   ...   13

 

UOT 

 

MÜƏLLİM  SÖZÜ MÜRACİƏT FORMASI KİMİ 

 

EMİNLİ   BÖYÜKXANIM  İBRAHİM  qizi 

Sumqayıt Dövlət Universiteti , baş müəllim 

e-mail: 

 

Açar sözlər: müraciət, xitab, müəllim, nitq mədəniyyəti, davranış qaydaları 

İnsanlar  arasında  ünsiyyət  vasitəsi  olan  dil  məhz  sözlərin  seçilməsi  əsasında  ortaya  çıxır. 

Ədəbi  dildə  və  eləcə  də  adi  danışıq  dilində  fikrin  səlis,  təsirli,  nəzakətli  ifadəsi  üçün  sözlərin 

seçilməsi və yerində işlədilməsi əsas şərtlərdəndir. Bədii əsər ancaq o zaman müvəffəqiyyətli olur 

ki,bütün  ədəbi-bədii  priyom  və  vasitələrin  bacarıqla  işlədilməsi  ilə  yanaşı  onun  dili  də  gözəl    və 

axıcı olur, oxucunu həyəcanlandıra bilir, onu cəlb edir. Bütün  bu deyilənlərin  hamısında söz əsas 

yer  tutur.  Məhz  buna  görədir  ki,  böyuk  sənətkarlar  xalqın  mənəvi  xəzinəsinin  –  doğma  dilinin 

qiymətli  incisi  olan  sözə  böyük  ehtiram  və  ehtiyatla  yanaşmış,  ondan  xüsusi  diqqət  və  məharətlə 

istifadə etmişlər.  

Cəmiyyətdə yaşayan hər bir fərd cəmiyyət üzvləri ilə daim ünsiyyətdə olur. Bir  fərdin sözü 

başqa  bir  fərdə  necə  təsir  edir,  onda  hansı  psixoloji  durumu  yaradır?  Bu,  birbaşa  ünsiyyətin 

xarakterindən,  tutumundan  və  qarşılıqlı  münasibətin  formasından  asılıdır.  Çünki  ünsiyyət  həm  də 

psixoloji aktdır və burada hər şey psixolinqvistik amillərə tabedir. 

Necə  danışmağımız,  deyiliş  tərzimiz  haqqında  daim  düşünməyimiz  lazımdır.  Əgər  adam 

söylədiyi fikri məqsədyönlü müraciətlə, təbii bir intonasiya ilə zənginləşdirirsə, analoji olaraq, onun 

həmsöhbəti  də  eşitdiyi  nitqdə  təkcə  mətni  deyil,  məqsədi,  başqa  sözlə,  son  nəticəni  də  qavrayır. 

Məşhur  sənətçi  Stanislavski    bu  məsələni  –  «mətn  və  mətləb»  ifadəsi  ilə  çox  dəqiq 

müəyyənləşdirmişdir 

8,  68



.  Burada  mətn  tələffüz  edilən  bütün  sözlər,  mətləb  isə  hər  cür  ifadə 

vasitələrindən  istifadə  edərək  bildirmək  istədiyimiz  fikirdir.  Teatr  təcrübəsindən  məlumdur  ki, 

mətləb  mətndən  zəngin,  dolğun  və  mürəkkəb  olur.  Eyni  bir  mətn  tamamilə  müxtəlif  mətləbləri 

(fikirləri) ifadə edə bilər. Təkcə «bəli» sözündən ibarət adicə bir mətn müxtəlif mənaları – həm sual, 

həm inamsızlıq, həm təsdiq, həm də etiraf mənasını bildirir. 

Qeyd edək ki, bu məsələdə heç də hər şey öz yerində deyildir. Köhnə qaydalar bizə yaramır, 

elmi cəhətdən əsaslandırılmış yeni qaydalar isə yoxumuzdur. Biz isə tez-tez belə bir vəziyyəti görüb 

təəssüflənirik ki, qabaqcıl cəmiyyətimizin əsasını təşkil edən yaxşı insanlar heç də həmişə bir-biri 

ilə  bizim  istədiyimiz  qədər  yaxşı  rəftar  etmirlər.  Bu  mühüm  ictimai  məsələdə  nəyi  isə  əldən 

vermişik, indi özümüz onun əziyyətini çəkirik 

7, 52



Daim inkişafda olan cəmiyyət üçün davranış qaydaları yaratmaq o qədər də asan deyil. Belə 



bir  kompleksi  formalaşdırmaq  üçün  ilk  növbədə  mövcud  ünsiyyət  formalarını  qaydaya  salmaq, 

normal cəmiyyətin mühüm atributlarından biri olan davranış qaydalarını sistemləşdirmək lazımdır.    

İnsanın  gündəlik  davranışı  onun,  ümumiyyətlə,  dünyaya,  adamlara,  müasir  cəmiyyətə  necə 

baxmasından asılıdır. 

Nitq  mədəniyyəti  hər  hansı  bir  xalqın  ümumi  mədəniyyətinin  qırılmaz,  üzvi  bir 

hissəsidir.Ədəbi dil problemləri nitq mədəniyyəti məsələləri ilə üzvi vəhdət təşkil edir. Bu, təsadüfi 

deyil. Seçmə və əvəzetmə prinsipləri əsasında müəyyənləşən normalar ədəbi dili ümumxalq danışıq 

dilindən  ayırır,  sistem  daxilində  sistem  yaranır  ki,  bu  da  dildən  şüurlu  istifadənin  yeni  mərhələsi 

kimi meydana çıxır. Əlbəttə, bu proses uzun,mürəkkəb bir əməliyyatın, kortəbii və şüurlu, obyektiv 

və subyektiv amillərin dialektik əlaqəsi zəminində yaranır. 

Xalqın  tarixi  kökləri  onun  mədəniyyətində  və  eləcə  də  dilində,  bəlkə  də,  elə  ilk  növbədə 

dilində  öz  əksini  tapır.  Məhz  mədəniyyət  vasitəsilə  biz  dilimizin,  ədəbiyyatımızın  inkişaf  tarixini 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 11                       №3                   2015 

  


 

20 


 

öyrənir,  tarixi  şəxsiyyətlərin  həyat  və  fəaliyyətilə  tanış  olur,  milli  dəyərlərimizi  yaşadır  və 

mənimsəyirik.  Bütün  bunları  isə  əsas  ünsiyyət  vasitəsi  kimi  cəmiyyətdə  fəaliyyət  göstərən  dil 

özündə əks etdirir, bugünkü və gələcək nəsillərə çatdırır. 

Sivilizasiyanın müasir inkişafı dövründə, vətəndaş cəmiyyəti quruculuğunun möhkəmləndiyi 

bir zamanda mədəniyyət məsələlərinin öyrənilməsinə diqqət daha da gücləndirilməlidir.  

Millətin  və  bəşəriyyətin  xilası  mədəniyyətdədir.  Milli  mədəniyyətimizin    təcəssümü  kimi 

ortaya çıxan və eləcə də milli dəyərlərimizin daşıyıcısı və ötürücüsü sayılan Azərbaycan ədəbi dili 

uzun tarixi inkişaf yolu keçməsinə baxmayaraq, praktik cəhətdən bügünkü nitqimizlə reallaşan, bəzi 

araşdırmalara ehtiyacı olan müxtəliflikləri, çoxvariantlıqları, çoxmənalıqları özündə əks etdirir. 

Dil  cəmiyyətdə  ilk  növbədə  insanlar  arasında  ünsiyyətə  xidmət  edir.  Münasibətlərin 

formalarından  asılı  olaraq  ünsiyyətin  səviyyələri  də  müxtəlif  olur.  Ünsiyyətin  məna  səviyyəsi  ilə 

anlam səviyyəsi arasında, informasiya və təsir aspektləri arasında kontekslə, bütün anlam şəraiti ilə 

müəyyən  edilən  sıx  qarşılıqlı  əlaqə  vardır.  Bu  əlaqəni  informasiya  və  bu  informasiya  ilə  necə 

hərəkət  etmək  haqqında  göstəriş,  əmr  arasındakı  əlaqə  kimi  təsəvvür  etmək  olar.Beləliklə,  əgər 

məna özündə ümumi informasiya daşıyırsa, anlam ünsiyyətə girənlər arasında əlaqəni göstərir, nitq 

davranışını təşkil edir və istiqamətləndirir, çoxvariantlı, çoxmənalı, konkret, təsirli səciyyə yaradır. 

Nitq insana məxsusdur. İnsan  öz nitqini unikal fərdi şəxsiyyət kimi, özünəməxsus səciyyəvi 

əlamətlərin daşıyıcısı kimi, emosiyaların və temperamentin, fərdi ifadə keyfiyyətlərinin sahibi kimi 

ifadə edir. 

Həm  fərdi  və  səs  xüsusiyyətləri,  həm  də  psixoloji  durum,  zahiri  görkəm  və  davranış 

keyfiyyətləri – səciyyəvi şəxsiyyətin təzahür etməsi üçün vacib olan bütün bu keyfiyyətlər insana 

təbiətdən verilir. 

Müxtəlif  fəaliyyətlərdə  bir-biri  ilə  eyni  olan,  bir-birini  təkrar  edən  nitq    mümkün  deyildir. 

Nitqin  xarakteristikaları  mütəhərrikdir.  Nitqin  formaları  və  strukturu  nitq  şəraitindən  və  nitqin 

motivindən,  insanın  psixoloji  və  fiziki  vəziyyətindən,  tərəf-müqabillər  arasındakı  münasibətlərin 

səciyyəsindən asılı olaraq dəyişir. 

Azərbaycan  dili  inkişaf  edib  zənginləşdikcə  onun  lüğət  tərkibində  digər  söz  qrupları  ilə 

yanaşı, müəyyən müraciət formaları da meydana gəlmişdir. Hələ qədim dövrlərdən dilimizdə şəxs 

adlarını,  qohumluq  münasibətlərini,  insanların  cəmiyyətdəki  mövqeyini,  sənət  və  peşəsini, 

məşğuliyyətini,  dərəcəsini,  rütbəsini,  həmçinin,  adamların  milli,  yaxud  yaş  mənsubiyyətini, 

qarşılıqlı əlaqəsini bildirən sözlərdən müraciət forması kimi istifadə olunduğu məlumdur. 

Təbii ki, müəyyən zaman keçdikcə qarşılıqlı ünsiyyət üçün zəruri sayılan nitqin aydınlığını, 

dəqiqliyini  təmin  edən  bu  müraciət  formaları  daha  da  təkmilləşmişdir.  Burada  bir  ailə  üzvləri, 

qohum-əqrəba  arasında  müraciətdə  işlədilən  adi,  ənənəvi  sözləri  deyil,  ilk  növbədə  geniş  məna 

tutumuna  malik,  artıq  rəsmi  şəkil  almış  müraciət  vasitələri  nəzərdə  tutulur.  Belə  sözlər  həm 

cəmiyyətin,  həm  də  dilin  inkişafının  nisbətən  sonrakı  mərhələlərinin  məhsuludur.  Buna  görə  də 

tarixi hadisələr, ictimai həyatda baş verən dəyişikliklər bu sözlərin də dəyişməsinə səbəb olmuşdur. 

Bu  baxımdan,  müraciət  vasitələrində  çoxvariantlılıq,  müxtəliflik,  pərakəndəlik  yaranmışdır.  Bu, 

hamı tərəfindən qəbul edilib istifadə olunan vahid müraciət formalarının tarixi kateqoriya səciyyəsi 

daşıdığına əsaslanır. Müraciət formaları, eyni zamanda, termin mahiyyəti daşıdığına görə də onları 

vaxtaşırı  nəzərdən  keçirmək,  dilimizin  müasir  inkişaf  səviyyəsi,  nitq  mədəniyyətinin  tələbləri 

baxımından götür-qoy etmək zərurəti qarşıya çıxır. 

Müraciət  nitqdə  emosional  təsir  vasitəsidir.  İnformasiya  vasitələrinin  sürətlə  artdığı  bir 

zamanda  yazı  dilinə  nisbətən  şifahi  dilin,  yaxud  danışıq  dilinin  işləkliyi  yüksəlir.  «Əgər  bir 

zamanlar  Azərbaycan  danışıq  dili  Azərbaycan  yazı  dilinin  təsirinə  məruz  qalırdısa,  bu  gün 

əksinədir:  danışıq  dili  yazı  dilinə  əhəmiyyətli  təsir  göstərir.  Təsadüfi  deyildir  ki,  hər  hansı 

informasiya,  adətən,  mətbuat  səhifələrinə  çıxmamışdan  əvvəl  radioda,  televiziyada,  müxtəlif 

xarakterli,  miqyaslı  yığıncaqlarda  və  s.  (çox  zaman  məhz  birinci  şəxsin  dilindən)  səslənir. 

Azərbaycan  dilində  danışan  radioların,  televiziyaların  sayı  bu  dildə  yazan  qəzetlərin,  jurnalların 



Müəllim  sözü müraciət forması kimi 

 

 

21 


 

sayını keçməsə də, etiraf etməliyik ki, dinləyənlərin auditoriyası oxuyanların auditoriyasından çox-

çox genişdir» 

3, 4



Dilimizdə  müraciət  forması  kimi  çox  geniş  yayılmış  «müəllim»  sözünə  diqqət  yetirək. 



Əvvəlcə bu ərəb mənşəli sözün  leksik mənasına nəzər salaq. Ümumiyyətlə,  «müəllim» sözü elmli 

deməkdir.  Azərbaycan  Sovet  Ensiklopediyasında  müəllim  anlayışı  belə  şərh  edilir:  «Müəllim  –

ümumtəhsil, texniki peşə, orta ixtisas məktəblərində və ya ali məktəbdə hər hansı fənni tədris edən 

pedaqoji işçi» 

2, 120


Burada müəllimlik yalnız hər hansı fənnin tədrisi ilə məhdudlaşdırılır. Halbuki müəllimlik hər 



hansı fənn üzrə biliklərin öyrədilməsi ilə bitmir. Müəllimin başlıca vəzifələrindən biri həm öyrətdiyi 

biliklər  vasitəsi  ilə,  həm  də  pedaqoji  prosesin  digər  imkanlarından  istifadə  edərək  şagirdlərə 

(tələbələrə) hərtərəfli tərbiyəvi təsir göstərməkdən ibarətdir. İkincisi, təhsil müəssisələrində çalışan 

bəzi  mütəxəssislərin  baza  təhsili  pedaqojidir,  bəziləri  isə  heç  pedaqoji  təmayüllü  kurslardan  da 

keçməmişlər.  Mənbələrdən  bəziləri  müəllimliyi  bu  və  ya  digər  fənnin  tədrisi  ilə  məhdudlaşdırır; 

bəziləri  müəllimləri  ümumtəhsil  çərçivəsinə  salır;  bəziləri  müəllim  anlayışında  pedaqoji  təhsilin 

vacibliyinə məhəl qoymur; «Azərbaycan dilinin izahlı lüğəti»ndə «müəllim» sözünün izahına diqqət 

yetirək:                                                       

«Müəllim, is. 

ər



. 1. Məktəbdə hər hansı bir fəndən dərs deyən adam…// Nəsihət verən, öyüd 

verən,  öyrədən,  ağıl  verən.  2.  Hörmət  üçün  adlara  qoşularaq  deyilir.  3.  Hər  hansı  sahədə  nüfuz 

sahibi olan, başqalarına nümunə ola bilən adam, ustad.» 

1, 356


Hazırda  müəllim  sözü  çox  geniş  məna  tutumuna  malikdir.  Hamımıza  məlumdur  ki, 



peşəsindən  asılı  olmayaraq  layiqli  hörmət  qazanan  şəxsə  müraciət  edəndə  xalq  arasında  dilə 

gətirilən ilk söz müəllim olur. Etiraf edək ki, indi bu söz daha çox müraciət forması kimi işlənir. 

Məsələn:  

– Xatircəm olun, Əhməd müəllim, – dedi və düşündü ki, bu vədiylə vəzifəyə təyin olunacağı 

gümanının  dürüstlüyünü  təsdiq  edir  bir  növ… 

5,  329



.    -Dadaş  müəllim,  neçədən  bağlayırsınız?  

5, 27


Əziz Teymur müəllim, bu təmtəraqlı və pafoslu sözlər üçün məni bağışlayın 

5, 46


Dadaş 



müəllim, mən belə şeylərdə yaman vasvasıyam 

5,  113



.  Nə  var,  nə  yox,  ay  Muxtar  müəllim?   

5, 


293

.  –  Nə  zəhməti  var,  Bəhlul  müəllim,  –  deyə  o,  ahəngindən  zərrəcə  belə  narahatçılıq  hissi 



olunmayan həlim səslə cavab verib, geri döndü  

6, 188



Deməli,  peşə  və  sənətindən,  ümumiyyətlə,  cəmiyyətdə  tutduğu  mövqedən  asılı  olmayaraq, 



müxtəlif təbəqələrin nümayəndələrinə də müraciətdə bu sözdən istifadə olunur. Onu da qeyd etmək 

lazımdır  ki,  dünyada  belə  bir  xalq  yoxdur  ki,  orada  böyük  nüfuzu  olan  hər  hansı  şəxsə  müraciət 

edəndə müəllim sözü işlədilsin. Bu xüsusiyyət yalnız Azərbaycan xalqına məxsus olduğundan milli 

mənəvi  dəyərə  çevrilmişdir.  Lakin  bundan  sui-istifadə  etmək  olmaz.  Müraciət  zamanı  müəllim 

sözünün də yerini bilmək lazımdır. 

«Ara-sıra  yumoristik  səhnəciklərdə  də  «müəllim»  sözünün  hallandırılması  təsadüfi  deyildir. 

Bu,  bir  tərəfdən  gülüş  doğurmaq  məqsədini  güdürsə,  digər  tərəfdən  həmin  sözün  yerli-yerində 

işlədilməməsinə işarədir, daha doğrusu etiraz əlamətidir.» 

4, 4


Çox  güman  ki,  müəllim  sözünün  bir  çox  peşə,  sənət  sahiblərinə,  böyük  nüfuz  sahiblərinə 



müraciət kimi işlənməsinin əsas səbəbi müəllimlik sənətinin digər peşə və sənətlərdən, müəllimin 

isə  digər  peşə,  sənət  sahiblərindən  uca  tutulmasıdır.  Nəzərə  alınmalıdır  ki,  müəllimin  bilikləri  və 

mənəvi keyfiyyətləri xalqımızın və bəşəriyyətin əldə etdiyi başlıca nailiyyətlərdir. Müəllim əxlaqi 

cəhətdən qüsursuz olur, dediyi sözün və atacağı addımın nə ilə nəticələnəcəyini əvvəlcədən ölçüb-

biçir. Müəllim şəxsiyyətində tələbkarlıqla hörmət vəhdətdə olur. Müəllim vətəncanlı olduqda təbliğ 

etdiyi biliklər və mənəvi keyfiyyətlər milli və bəşəri xarakter daşıyır. 

Beləliklə,  müəllim  –  gənc  nəsli  sistemləşdirilmiş  milli  və  bəşəri  dəyərlərlə  məqsədyönlü, 

planlı  və  mütəşəkkil  şəkildə  silahlandırmaq  yolu  ilə  nəsillər  arasında  mənəvi  əlaqə  yaradan,  xalq 

təsərrüfatının,  elmin,  mədəniyyət  və  incəsənətin  sonrakı  inkişafına  güclü  təkan  verən  pedaqoji 

Eminli   B.İ. 

 


 

22 


 

təhsilli işçidir. Müəllim sənətinin bütün sadalanan müsbət xüsusiyyətləri müəllim sözünün müraciət 

forması  kimi  işlənməsinin  əsas  səbəbidir.  Dahi  bəstəkar  və  dramaturq  Ü.Hacıbəyov  yazırdı: 

«Müəllimlik  vəzifəsi  çox  çətin  və  ən  məsuliyyətli  bir  vəzifədir.  Hər  adam  onun  öhdəsindən  gələ 

bilməz və hər adama müəllim deyib, uşaqları ona tapşırmaq böyük xatadır… Tərbiyə işində cüzi bir 

səhlənkarlıq uşağın gələcəyini pozub evini yıxar.» 

1960-cı  illərdə  müəllim  sözü  qeyri-rəsmi,  1980-ci  illərdə  isə  rəsmi  və  qeyri-rəsmi  müraciət 

forması  kimi  istifadə  edilirdi.  Təbii  ki,  ayrı-ayrı  şəxslərə  müəllim  sözü  ilə  yox,  peşə,  sənət  və  ya  

vəzifəsinə uyğun sözlərlə müraciət etmək daha münasibdir. Məsələn, həkim, şair, rəssam, müəllim 

və  s.  Müxtəlif  peşəli  və  vəzifəli  şəxslərə  müəllim  sözü  ilə  müraciət  konkretlik  yox,  ümumilik 

yaradır.  Müxtəlif  peşəli,  vəzifəli  şəxslər  eyniləşdirilir,  onlar  arasında  fərq  qoyulmur.  Belə  ki, 

müəllimi şairdən, həkimdən, mülki şəxsdən, hərbiçidən və başqalarından ayırmağa imkan vermir. 

Bu gün müraciət formaları içərisində daha geniş yayılmış müəllim sözü radio və televiziyada, 

mətbuatda daha çox ziyalılar  tərəfindən istifadə olunur. 

Dilimizdə  hörmət,  sayğı  mənasında  müraciət  forması  kimi  işlənən  müəllim  sözü  yerini 

sabitləşdirmişdir. Bu da təbii ki, bu sözün mənbə dildəki mənası ilə  əlaqədardır. 

Təbii  ki,  Azərbaycan  dilinin  hər  bir  cəhətdən  imkanları  genişdir.  «Dilimiz  lüğət  tərkibinin 

zənginliyi,  ifadə  vasitələrinin  səlisliyi  baxımından  dünyanın  bir  çox  dillərindən,  o  cümlədən,  türk 

dillərindən xeyli fərqlənir. Odur ki, müraciət forması kimi, yerinə görə vətəndaş sözündən də, həkim 

sözündən də, hakim sözündən də, hətta tamaşaçıdinləyicioxucusürücüsərnişinalıcısatıcı  və 

s. sözlərindən də istifadə edilməsi mümkündür və məqsədə uyğundur. Əsas məsələ odur ki, hər bir 

söz yerini tapsın, nitqin ümumi ahəngi pozulmasın» 

4, 4


                                                        



ƏDƏBIYYAT 

1. Azərbaycan dilinin izahlı lüğəti: 4 cilddə, III c., Bakı: Elm, 1983, 556 s. 

2.Azərbaycan  Sovet Ensiklopediyası: 10 cilddə, VII c., Bakı: Elm, 1984, 544 s. 

3.  Cəfərov  N.Q.  Danışıq  dili:  «Mən»in  müraciət  mədəniyyəti.  //  Ədəbiyyat  qəzeti,  2000,         

8 dekabr,  s. 4 

4.. Qasımov M.K. Dilimizdə işlədilən bəzi müraciət formaları haqqında// Azərbaycan, 1998, 

25 sentyabr, səh. 6 

5. Anar. Seçilmiş əsərləri. Bakı: Lider, 2004, 416 s. 

6. Xəzri N.Ə. Seçilmiş əsərləri. 2 cilddə, I c., Bakı: Lider, 2004, 264 s. 

7. Формановская Н.И. Вы сказали «здравствуйте». // Речевой этикет в нашем общении. 

3-е издание, М.: Знание, 1989, 156 с. 

8. Чихачев В.П. Культура речи и стиль устного выступления. М.: Знание, 1977, 138 с. 

 

РЕЗЮМЕ 

СЛОВО «МУЭЛЛИМ» КАК ФОРМА ОБРАЩЕНИЯ 

Эминли Б.И. 

 

Ключевые слова: обращение, муэллим ( учитель), культура речи, правила поведения. 

В статье рассмотрено слово «муэллим»  (учитель) как  форма обращения. Указаны цель 

и место употребления этого слова в качестве формы обращения, так как формы  обращения 

оказывают большое влияние  на общую культуру  речи.  



 

 

 

 

 

Müəllim  sözü müraciət forması kimi 

 

 

23 


 

SUMMARY 

THE WORD "TEACHER" AS AN APPLİCATİON FORM 

Eminli B.İ. 

 

Key words: appeal, address, teacher, speech habits,norms of behavior. 

In the article the word "teacher" has been looked through as an application form. The aim and 

place  of  the  use  of  the  word  was  indicated  as  an  application  form.  So  the  application  form 

influences greatly and directly on every person’s speech habits. 

 



Daxil olma tarixi: 

Ilkin variant 

14.05.2015 

 

Son variant 



 

 

 



 

Eminli   B.İ. 

 

 

24 


 

  

UOT  



 

MAHMUD KAŞĞARİNİN “DİVANÜ LÜĞAT-İT TÜRK” ƏSƏRİNDƏ ATALAR SÖZLƏRİ 

VƏ ZƏRB MƏSƏLLƏRDƏ İŞLƏNƏN İSMİ BİRLƏŞMƏLƏR 

 

ZEYNALOV RAMİL SAMƏDDİN oğlu  

Sumqayıt Dövlət Universiteti, doktorant 

e-mail: ramil-zeynalov-1982@mail.ru 

 

Açar  sözlər:  Mahmud  Kaşğari,  söz  birləşmələri,  ismi  birləşmələr,  təyini  söz  birləşmələri, 



atalar sözü, zərbi-məsəl. 

Söz  birləşmələrinin  daha  doğru  izahı  üçün  ilk  növbədə  onların  təsnif  prinsiplərini 

müəyyənləşdirmək  lazımdır.  Y.Seyidov  yazır:  “Hər  bir  elm  sahəsində,  hər  bir  problematik 

məsələnin tədqiqində olduğu kimi, söz birləşmələrinin hərtərəfli və düzgün izahı üçün onların təsnif 

edilərək  qruplaşdırılması  mühüm  əhəmiyyətə  malikdir.  Təsnifat  tədqiqat  obyektini  əhatə  etmək, 

dəqiqləşdirmək və düzgün başa düşmək üçün ən əhəmiyyətli vasitələrdən biridir” 

1, 142


.  


  Söz  birləşmələrini  müxtəlif  prinsiplər  əsasında  qruplaşdırmaq  və  təhlil  etmək  olar.  “Söz 

birləşmələrinin  bu  və  ya  başqa  şəkildə  qruplaşdırılaraq  öyrənilməsi  tədqiqatın  ümumi 

istiqamətindən,  məqsədindən,  tədqiqatçının  üslubundan  çox  asılıdır.  Bununla  yanaşı,  burada  söz 

birləşmələrinin təbiətinə və tələbinə də fikir vermək lazım gəlir. Söz birləşmələrini qruplaşdırarkən 

ən əhəmiyyətli, ən mühüm əlamətlər nəzərə alınmalıdır” 

1, 142



. Bu mənada dilçilik ədəbiyyatında 

söz birləşmələrini sintaktik əlaqələrə görə, predikativliyə görə, sərbəst və sabit olmasına görə, əsas 

tərəfin  ifadə  vasitəsinə  görə  və  s.  prinsiplərlə  bölünür.  Fikrimizcə,  söz  birləşmələrinin  əsas  tərəfə 

görə təsnifi daha məqsədəuyğundur və biz bu prinsipi əsas götürürük. Bu birləşmələrin sayı məsə-

ləsində  də  dilçiliyimizdə  müəyyən  fikir  ayrılığı  vardır.  Belə  ki,  dilçilərin  bir  qismi  söz 

birləşmələrindən danışarkən zərfi birləşmələri də ayrıca qrup kimi qeyd etsə də, bəzi dilçilər bunu 

qəbul  etmir.  Buna  səbəb  isə  dilimizdə  zərfi  birləşmələrin  nisbətən  az  işlənməsidir.  Lakin  qeyd 

olunmalıdır  ki,  əgər  vahid  prinsip  tətbiq  etsək,  zərflər  də  özlərinə  bir  qrup  sözü  tabe  edə  bilir  və 

birləşmə  yaradır.  Bu  səbəbdən  onların  sayı  az  olsa  da,  zərfi  birləşmələr  da  dilimizdə  ayrıca  qrup 

kimi tədqiq olunmalıdır. “Söz birləşmələrinin formalaşmasında birləşmələrin hər iki komponenti rol 

oynayır,  lakin  söz  birləşməsinin  ümumi  mənsubiyyəti,  əsas  xüsusiyyəti  birləşmədəki  tabe  edən, 

mərkəzləşdirici sözlə müəyyənləşir. Bu cəhətdən söz birləşmələrini, adətən, üç qrupa ayırırlar: 

  1) ismi birləşmələr

  2) feili birləşmələr; 

  3) zərfi birləşmələr 

1, 180


.  


“İsmi birləşmələrin əsas aparıcı sözü isimlərdən, feili birləşmələrinki isə feillərdən ibarət olur. 

Məsələn, məktəb direktoru, kolxoz sədri, gələn adam və s. birləşmələr ismi, məktub yazmaq, kitaba 



baxmaq, “gələcək gün” romanını oxumaq, mən gələndə, dərsə gəlmək və s. feili birləşmələrdir. Zərf 

birləşmələri,  ümumiyyətlə,  dildə  az  işlənsə  də  hər  halda  onların  da  müəyyən  rolu  vardır.  Belə 

birləşmələrin bir tərəfi zərf, o biri tərəfi başqa sözlərdən ibarət olur; məsələn: həyətdən uzaq, evdən 

aşağı, məktəbdən kənar, səhər tezdən və s.” 

2, 209-210



Söz  birləşmələrinin  mühüm  bir  qismini  ismi  birləşmələr  təşkil  edir.  “Əsas  tərəfi  adlardan 



(isim,  sifət,  say  və  əvəzliklərdən)  ibarət  olan  birləşmələrə  ismi  birləşmələr  deyilir” 

3,  47



.  Bəzi 


müəlliflərin  fikrincə,  ismi  birləşmələrin  əsas  tərəfi  ya  isim,  ya  da  isimləşmiş  digər  sözlər  olur. 

Fikrimizcə, bu yanaşma heç də doğru deyil. Məsələn, N.Məmmədov yazır: “Qeyd olunduğu kimi, 

ismi birləşmələr onlarda olan əsas aparıcı sözlə, yəni ikinci tərəfdə işlənən sözlə müəyyənləşdirilir. 

Belə  olduğu  halda  ismi  söz  birləşmələrində  birinci  tərəfdə  işlənən  söz  və  ya  sözlərin  hamısı  nitq 

hissəsi  ilə  işlənməsindən  asılı  olmayaraq,  ikinci  tərəfdə  işlənən  söz  ya  isim  ya  da  isimləşmiş 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 11                       №3                   2015 

  


 

25 


 

(substantivləşmiş) söz olmalıdır” 

4,  296


. Lakin qeyd olunmalıdır ki, bəzi ismi birləşmələr vardır 

ki, onlardakı əsas tərəf sifətlə ifadə olunur, amma bu sözlər substantivləşmir. Məsələn, əlləri bağlı, 

gözləri yaşlı və s. Bu mənada, fikrimizcə, Q.Kazımovun bölgüsü daha məqsədəuyğundur. Belə ki, 

tanınmış  dilçi  alim  ismi  birləşmələrin  substantivə  və  atributiv  modellər  əsasında  formalaşdığını 

qeyd edir. İsmi birləşmələrin bir qismi substantiv, bir qismi atributiv model əsasında qurulur. Ona 

görə də ismi birləşmələri iki qrupa ayırmaq olar:    

a)

 

İsmi  birləşmələrin  əksər  modellərində  əsas  tərəf  (baş  söz,  tabe  edən  tərəf)  isimlərdən  və 



isimləşmiş  nitq  hissələrindən  (sifət,  say  və  əvəzliklərdən)  ibarət  olur;  məs.:  daş  divar,  şüşə  qab

yaşıl  çəmən,  uca  çinar,  iki  il,  xeyli  adam,  dağlarda  döyüş,  ellərə  yaraşıq,  uzaqdan  məktublar

vətəndaşləq  borcu,  çiçəyin  ətri,  axan  su,  çağlayan  bulaq;  almanın  qırmızısı,  meyvənin  yetişmişi

uşaqların bir neçəsi, cərgələrdən ikincisi və s.  

Bu  cür  birləşmələrə  M.Kaşğarinin  əsərində  də  tez-tez  rast  gəlmək  olur.  Məsələn:  Alp  adam 

düşmən  qarşısında,  ağciyər  adam  isə  döyüşdə  bəlli  olar 

7,  115



;  Yaxşı  paltarı  özün  gey,  dadlı 



yeməyi  başqalarına  yedirt,  qonağa  yaxşı  hörmət  elə  ki,  adını-sanını  el-obada  yaysın 

7,  119





Adamın alası içində, heyvanın alası çölündədir 

7, 155


; Zülm evin qapısından girsə, ədalət və insaf 

bacadan  çıxar 

8,    46



;  Pişik  asılı  yağa  əli  çatmayanda  deyər:  elin  malı  mənə  yaraşmaz 

8,  134


“Divanü lüğat-it türk” əsərində işlənən atalar sözləri və məsəllərdən seçilmiş bu nümunələrdə ismi 



birləşmələr işlənmişdir. Bu birləşmələrin əsas tərəfi isə isimlərdən ibarətdir.  

Əsas  tərəfi  isimlər  və  ya  isimləşmiş  nitq  hissələri  ilə  ifadə  olunan  bu  cür  birləşmələr 



substantiv birləşmələr adlanır.  

Substantiv birləşmələrin asılı tərəfi isim, sifət, say əvəzlik, feili sifət və zərflə ifadə olunur.  

b)

 

ismi birləşmə modellərinin bir qismində əsas tərəf sifətlərlə (sadə və ya -lı, -li, -lu, -lü; -ıq, 



-ik, -uq, -ük və s. şəkilçili düzəltmə sifətlərlə) ifadə olunur. Yuxarıdakı birləşmələrdən fərqli olaraq, 

bu  cür  birləşmələr  atributiv  birləşmələr  adlandırılır.  Məsələn,  durna  gözlü,  gözləri  bağlı,  qapısı 



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin