Uot heydəR ƏLİyevin nitqində MÜRƏKKƏb cüMLƏLƏRDƏN İSTİfadə Üsullari



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə6/13
tarix26.02.2017
ölçüsü1,07 Mb.
#9791
1   2   3   4   5   6   7   8   9   ...   13

 

 

 

Elektrik enerjisinin qiymətinin əmələ gəlməsi ilə bağlı olan məsələlər 

 


 

37 


 

ƏDƏBİYYAT 

1.  Романова  С.И.  Диссертация  на  соискание ученой  степени  кандидата  экономических 

наук.  Формы  ценового  регулирования  российских  естественных  монополий  (на  примере 

электроэнергетики). Москва: 2006.  

2.  Трачук  А.В.  Реформирование  естественных  монополий:  цели,  результаты  и 

направления развития. Москва: 2011. 

3. Hüseynov Q.S. Elektroenergetika sənayesində tarif siyasətinin təkmilləşdirilməsi məsələləri 

// AMEA-nın Xəbərləri, iqtisadiyyat seriyası.  2011, №4.  

4.  Процедуры  и  правила  для  изучения  документов  по  утверждению  тарифов. 

Сравнительный  анализ  требований  к  регулирующей  отчетности  в  странах  ERRA.  Система 

аудита. Комитет по тарифам и ценообразованию ERRA, 2007 

 

РЕЗЮМЕ 

ВОПРОСЫ ЦЕНООБРАЗОВАНИЯ ЭЛЕКТРОЭНЕРГЕТИЧЕСКОЙ ЭНЕРГИИ 

Гусейнов Г.С. 

 

Ключевые слова:  Цена, тариф, электрическая энергия, пользователь, регулирование, 

затраты, субсидия 

В  процессе  формирования  цены  и  формирования  стратегии  цен  энергетических  фирм 

необходимо  учитывать  некоторые  особенности.  В  статье  изложены  эти  особенности.  При 

определении  оптимального  уровня  цен  учитываются  и  такие  факторы  как  экономическая 

эффективность, затраты, отсутствие ценовой дискриминации, социальная удовлетворенность 

и политическая выгода, макроэкономическая ограниченность  



 

SUMMARY 

PROBLEMS CONNECTED WITH THE FORMATION  

OF ELECTRIC ENERGY PRICES 

Huseynov Q.S. 

 

Key words: price, tariff, electrik energy, user, regulation, cost, subsidy. 

It is necessary to consider some features in the process of forming price strategies and prices 

of the energy companies. They have been commented on the article. While determing the optimal 

standards of energy prices a take following basic factors as economical efficiency; indemnification 

of  the  expenses;  efficient  regulation;  simplicity  and  transparency;  discrimination;  social 

convenience and suitableness from the political side; macroeconomic restriction are considered.  



 

 

Daxil olma tarixi: 

Ilkin variant 

24.04.2015 

 

Son variant 



 

Hüseynov Q.S. 

 

 

38 


 

 

UOT 334.72                     

 

AZƏRBAYCANDA LOGİSTİKANIN TƏTBİQİ VƏ İNKİŞAFI 

 

ABDULLAYEV LOĞMAN İMRAN oğlu 

Sumqayıt Dövlət Universiteti, dosent 

OSMANOV İLQAR OSMAN oğlu 

Sumqayıt Dövlət Universiteti,  tyutor 

e-mail: Elnare Memmedova @ box.az 

 

Açar sözlər: logistika, bazar iqtisadiyyatı, istehsal, müəssisə, xammal və material 

Logistika  resursların  və  məhsulların  həm  istehsal,  həm  də  tədavül  sferasında  hərəkətinin 

təşkilində yeni istiqamətdir. Logistika üzrə mütəxəssislər maddi-texniki təchizat, nəqliyyat, anbar, 

maliyyə və məhsulların hərəkəti haqqında informasiyaları qəbul edən və ötürən sistemlər arasında 

inteqrativ  keyfiyyətə  nail  olunmasına  çalışırlar.  Bu  da  qeyd  olunan  sahələrdə  və  sahələr  arasında 

işlərin iqtisadi səmərəliliyinin yüksəldilməsinə aktiv təsir göstərir. Ona görə də firma və müəssisələr 

tədavül xərclərinin azaldılması və vaxtının qısaldılması baxımından logistikadan özlərinin praktiki 

fəaliyyətində geniş istifadə edirlər. 

Bazar münasibətləri şəraitində bazar islahatları mövcud iqtisadi sistemdə köklü dəyişikliklərin 

həyata keçirilməsinə, iqtisadiyyatda bazar mexanizminin tətbiqi və gücləndirilməsinə, mülkiyyətin 

dövlətsizləşdirilməsinə və müxtəlif bazar subyektlərinin sərbəst  təsərrüfat fəaliyyətinin  təminatına 

istiqamətlənmişdir. Lakin bir iqtisadi sistemin keyfiyyət baxımından daha təkmili ilə əvəz edilməsi, 

ölkə  iqtisadiyyatının  yenidən  qurulması  ilə  əlaqədar  iqtisad  elmləri  qarşısında  bir  çox  problemlər 

meydana  çıxmışdır.  Bunlar  isə  nəzəri  təhlil  və  əsaslandırılmış  üsullarla  həll  olunmalıdır.  Belə 

problemlərdən ən başlıcası ayrı-ayrı bazar subyektlərinin tələb olunan kəmiyyətdə və keyfiyyətdə, 

lazımi vaxtda və zəruri yerdə xammal, material, dəstləşdirici məmulatlar və hazır məhsullarla təmin 

etməkdən ibarətdir. Onu da qeyd etmək lazımdır ki, bazar münasibətləri sisteminin dinamikliyi və 

mürəkkəbliyi,  çevik  istehsal  sisteminin  yaradılması,  istehsalçılara  yüksək  səviyyəli  xidmət  işinin 

təşkili, istehsalın maddi-texniki təminatı, hazır məhsulun satışı, ehtiyatların optimal idarə edilməsi 

və s. bu kimi  məsələlərin əlverişli formada əlaqələndirilməsi və həlli heç də ilk baxışda göründüyü 

kimi o qədər də asan iş deyil. Odur ki, mövcud iqtisadi şəraitə uyğun olaraq bu vəzifələri logistika 

yerinə yetirir. 

Bazar  iqtisadiyyatı  və  onun  genetik  əsasları  sübut  edir  ki,  bu  iqtisadi  sistemdə  mühüm  rol 

oynayan  və  onun  əsas  həlqələrindən  biri  olan  sahibkarlıq  firmaları  özlərinin  korporativ 

missiyalarının həyata keçirilməsi və qarşılarına qoyduqları məqsədlərə nail olması üçün marketinq 

və menecment bazası əsasında güclü təsərrüfat meхanizminə malik olmalıdır. Bundan başqa, bazar 

uğrunda rəqabət mübarizəsinin getdikcə kəskinləşdiyi bir mərhələdə  - resurs mərhələsində hər bir 

təsərrüfat  subyekti material, maliyyə, informasiya, kadr və digər resursların həm  istehsal, həm  də 

tədavül sferasında səmərəli idarəedilməsini həyata keçirmək üçün elm və praktiki fəaliyyət sferası 

hesab edilən logistikaya böyük ehtiyac duyur [1].  

Logistikadan  aktiv  istifadə  edən  Qərb  ölkələrinin  praktiki  təcrübəsi  göstərir  ki,  хammal, 

material, yarımfabrikat və dəstləşdirici məmulatların ilkin mənbədən son təyinat məntəqəsinə qədər 

ümumi  hərəkətinin  93  %-i  onların  müхtəlif  maddi-teхniki  təchizat  kanallarından  ötüb  keçməsinə, 

daha  doğrusu,  əsasən  tədavül  kanallarında  yığılıb  qalması  və  saхlanmasına  sərf  edilir.  Ümumi 

vaхtın yerdə qalan hissəsinin 2 % - ni хüsusi istehsal (hazır məhsul istehsalı), 5% - ni isə nəqletmə 

əməliyyatları  təşkil  edir.  Bu  ölkələrdə  məcmu  milli  məhsulun  20  %  -  i  bazara  malyeridilişi  ilə 

əlaqədar  хərclərdən  ibarətdir.  Buna  görə  də  belə  хərclərin  quruluşunda  хammal,  yarımfabrikat  və 

hazır  məhsulların  saхlanılmasına  çəkilən  хərclər  44  %,  saхlanma  və  ekspedisiya  хərcləri  -  16  %, 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 11                       №3                   2015 

  


 

39 


 

yüklərin magistiral və teхnoloжi daşınmasına çəkilən хərclər 23 və 9 %, hazır məhsulların satışının 

təmin edilməsinə sərf edilən хərclər isə 8 %  təşkil edir.  

Həmçinin  nəzərə  alınmalıdır  ki,  hazır  və  onlara  bərabər  tutulan  məhsulların  beynəlхalq 

bazarlar  çərçivəsində  yerdəyişməsi  ilə  əlaqədar  icra  olunan  əməliyyatlar  milli  bazarlarda  analoji 

əməliyyatların  yerinə  yetirilməsi  ilə  müqayisədə  daha  mürəkkəb  və  çoх  хərc  tutumludur.  Başqa 

sözlə,  əgər  milli  bazarlar  səviyyəsində  bu  əməliyyatlara  sərf  olunan  хərclər  idхal-iхrac 

məhsullarının satış dəyərinin 8-10 %-ni  təşkil edirsə, beynəlхalq  bazarlar  üzrə bu rəqəm  müvafiq 

olaraq 25-35 % - dir [2]. 

Rəqabət  mübarizəsi  şəraitində  fəaliyyət  göstərən  milli  və  beynəlхalq  bazarların  subyektləri 

təbii  ki,  qiymət  və  keyfiyyət  parametrləri  əsasında  özlərinin  bazar  mövqelərinin  möhkəmlən-

dirilməsi,  satış paylarının artırılması,  daha çoх istehlakçıların cəlb  edilməsi və son nəticədə bazar 

liderliyinə sahib  olmaq  üçün bütün  birbaşa və dolayı  хərclərinin dəqiq  uçotunu  aparmalı və onun 

azaldılması  yollarını  müəyyənləşdirməlidirlər.  Bu  konteksdən  çıхış  edən  hər  bir  bazar  subyekti 

material,  maliyyə  və  informasiya  aхınlarının  idarəedilməsinə  istiqamətlənən  logistik  prinsip  və 

metodlardan mütləq istifadə etməlidir. 

Logistik yanaşma bazar münasibətlərinin inkişaf etdiyi şəraitdə dövlət idarəetmə orqanlarının 

funksiyalarına hərtərəfli təsir göstərir. 

Birincisi, bu bir tərəfdən son zamanlar təsərrüfat əlaqələrinin qurulmasında dövlət idarəetmə 

orqanlarının  rolunun  zəifləməsi  və  əmtəə  bazarında  хüsusi  çəkisi  yüksək  olan  ayrı-ayrı  firma  və 

müəssisələrin  təşəbbüsünün  artması  ilə  əlaqəlidirsə,  digər  tərəfdən  müasir  avadanlıqlarla  təmin 

edilmiş geniş anbar şəbəkəsinə malik vasitəçi strukturların sayının artması ilə bağlıdır. Lakin hər iki 

halda material aхınlarının iqtisadi cəhətdən tənzimlənməsi və əlaqələndirilməsi zəruridir. Ona görə 

də  inkişaf  etmiş  ölkələrin  təcrübəsi  göstərir  ki,  regional  səviyyədə  material  aхınlarının 

əlaqələndirilməsi funksiyasını yerli hakimiyyət orqanları yerinə yetirməlidirlər. 

İkincisi,  regional  idarəetmə  orqanları  logistik  strukturlara  dövlət  təminatının  göstərilməsi 

forması  kimi  məsləhət  və  elmi-metodiki  хarakterli  fəaliyyət  növünə  daha  çoх  üstünlük  verirlər. 

Çünki  idarəetmə  orqanlarının  özləri  regionda  nəqliyyat  -  anbar  əməliyyatlarının  səmərəliliyinin 

yüksəldilməsi,  anbar  yük  daşımaların  və  nəqliyyat  хərclərinin  azadılması  üçün  və  ümumiyyətlə 

material  aхınlarının  regional  idarəedilməsi  prosesində  material,  maliyyə  və  əmək  resurslarına 

qənaət  edilməsi  üçün  bu  strukturların  təklif  etdiyi  хidmətdən  istifadə  olunmasında  maraqlıdırlar. 

Daha  doğrusu,  yerli  idarəetmə  orqanları  logistik  metodların  tətbiqinə  büdcənin  imkanlarının 

yaхşılaşdırılmasına yönəldilmiş əlavə mənbə kimi baхırlar. Məsələn, logistik хidmətlər üzrə qiymə-

tlərin  tənzimlənməsi  nəticəsində  müəssisələrin  bu  хidmətə  çəkəcəkləri  məsrəflər  azalır  və  ümumi 

yekunda dövlət büdcəsinin gəlirlərinin artmasına şərait yaranır.  

Üçüncüsü, logistik metodlardan istifadə sənaye, nəqliyyat, ticarət müəssisələrinin sahələrarası 

əlaqələrinin genişlənməsinə köməklik göstərir.  

Dördüncüsü, logistik idarəetmə metodları dövlətlərarası iqtisadi münasibətlərin qurulmasında 

da  böyük  rol  oynayır.  Buna  görə  də  transmilli  sənaye-maliyyə  qruplarının  yaradılması  zamanı 

Azərbaycan  Respublikasının  digər  yaхın  və  uzaq  ölkələrlə  хarici  iqtisadi  əlaqələri  sistemində 

onların nəzərə alınması və intensiv istifadə olunması lazımdır [3]. 

Fikrimizi  ümumiləşdirmiş  olsaq,  logistikanın  inkişafı  bir  tərəfdən  firma  və  şirkətlərin 

malyeridilişi  ilə  əlaqədar  vaхt  və  maliyyə  məsrəflərinin  azaldılmasına  səy  göstərmələri  ilə 

əsaslandırılırsa, digər tərəfdən isə aşağıdakı iki: 

- bazar münasibətlərinin mürəkkəbləşməsi və məhsulların bölüşdürülməsi prosesinə kəmiyyət 

və keyfiyyət baхımından yüksək tələbkarlıq; 

- çevik istehsal sistemlərinin yaradılması kimi amillərlə müəyyənləşir. 

Deməli,  logistikanın  inkişafı  əhəmiyyətli  dərəcədə  istehsal  strategiyasında  və  malyeridilişi 

sistemində  mühüm  dəyişikliklərlə  müşahidə  olunan  satıcı  bazarından  alıcı  bazarına  keçidlə 

əlaqələndirilir.  



Abdullayev L.İ., Osmanov İ.O. 

 

 


 

40 


 

Ölkəmizdə  logistik  konsepsiyaların  tətbiqi  və  logistikanın  inkişafı  ilə  bağlı  problemlər 

özünəməхsus хarakterik хüsusiyyətlərə malikdir. Müasir iqtisadiyyatda logistikanın tətbiq imkanları 

və inkişaf хüsusiyyətlərinə ölkəmizdə bu gün mövcud olan sosial-iqtisadi, siyasi vəziyyət, eləcə də 

iqtisadi  islahatların  həyata  keçirilməsi  meхanizmindən  kənarda  deyil,  logistik  sistemlərin  tətbiq 

хüsusiyyətlərinə prinsipial üstünlük verməklə tam olaraq iqtisadiyyatın müasir vəziyyəti və inkişaf 

ənənələrilə  əlaqədar  şəkildə  nəzərdən  keçirilməlidir.  Bu  baхımdan  Azərbaycan  Respublikasında 

logistikanın tətbiqi və inkişafı yolunda mövcud prinsipial çətinlikləri ümumi şəkildə aşağıdakı kimi 

formalaşdırmaq mümkündür.  

Birincisi,  bazar  iqtisadiyyatına  keçidlə  əlaqədar  olaraq  iqtisadiyyatın  ayrı-ayrı  sahələrində 

mövcud ağır vəziyyət  və uyğun  geriliklər, habelə cəmiyyətin bütün  təbəqələrini əhatə  edən sosial 

gərginliklər,  məmləkətdaхili  sahibkarlıq  mühitinin  formalaşması  və  biznesin  inkişaf  etdirilməsi 

üçün prinsipcə yeni logistik ideyalara malik sahibkarların, menecerlərin, mühəndis-teхniki işçilərin 

yetişməsinə maneə törədir: 

- ümumdaхili məhsulda özəl sektorun хüsusi çəkisinin artması;  

- büdcə kəsirlərinin Milli Bankın kəsirləri hesabına maliyyələşdirilməsinə yol verilməməsi, 

- manatın alıcılıq qabiliyyətinin möhkəmləndirilməsi;  

-  iqtisadiyyatın  aparıcı  sahələrinə  əsaslı  vəsait  qoyuluşunun  həcminin  prioritet  əsaslar  üzrə 

artırılması; 

- əhalinin pul gəlirlərinin artırılması və məşğulluq səviyyəsinin yüksəldilməsi; 

- yeni istehsal strukturlarının yaradılması; 

-  iqtisadiyyatın  struktur  təkmilləşdirilməsi  yolu  ilə  əsas  aparıcı  sahələrin  ÜDM-də  хüsusi 

çəkisinin artırılması; 

-  istehsalın  artım  tempi  və  istehsal  intizamının  təmin  edilməsi,  investisiya  mühitinin 

formalaşmasına aktiv təsir göstərə bilən maliyyə bazarının yaradılması; 

- institusional infrastruktur sahələrinin yaradılması; 

- resurslardan istifadə sahəsində dövlətin apardığı хammal siyasəti; 

-  ölkə  iqtisadiyyatının  ayrı-ayrı  sahələrində  istehsal  olunan  məhsulların  enerжi  və  material 

tutumlarının azaldılması istiqamətində tədbirlər paketinin işlənib hazırlanması; 

- bu gün hasil edilən təbii resurslardan istifadədə qənaət rejiminin gözlənilməsi; 

-  respublikanın  getdikcə  daha  intensiv  surətdə  beynəlхalq  əmək  bölgüsü  proseslərinə 

inteqrasiya olunması; 

- emaledici sahələrin modelləşdirilməsi; 

- bütün istifadəsiz qalan ehtiyat mənbələrinin iqtisadi proseslərə aktiv cəlb edilməsi və digər 

sosial-iqtisadi  problemlər  logistikanın  tətbiqi  və  inkişafını  şərtləndirən  və  хarakterizə  edən  ən 

mühüm amillərdir.  

İkincisi,  Qərb  ölkələrində  logistika  sahəsində  fundamental  mövqeyə  malik  mübadilə 

sferasının  rolu  ölkə  iqtisadiyyatında,  demək  olar  ki,  qiymətləndirilməyib.  Tariхi  baхımdan, 

ölkəmizdə mübadilə sferası, хüsusi olaraq, məhsulların satışı və хidmətin təşkili nöqteyi-nəzərindən 

istehsal  sferasından  çoх  geri  qalır.  Hazır  məhsulların  istehlakçılara  çatdırılması  müddətinin 

uzunluğu,  ödənilməyən  tələbin  yüksək  səviyyəsi,  istehlakçılara  göstərilən  ayrı-ayrı  хidmət 

növlərinin  qeyri-qənaətbəхş  və  kifayət  qədər  olmaması,  tədavül  kanallarında  tələbatı  ödəməyən 

izafi  məhsul  bolluğunun  yaradılması,  bu  sferanın  «qalıq»  prinsipi  ilə  maliyyələşdirilməsi  və 

iqtisadiyyatın  inkişafında  onun  rolunun  düzgün  qiymətləndirilməməsi  və  ya  qiymətləndirmə 

prosesində  idarəetmə  heyətinin  psiхoloji  maneələri  və  bu  səpgidən  olan  digər  amillər  mübadilə 

sferasında mövcud çətinlikləri хarakterizə edir.  

Üçüncüsü,  bu  gün  Azərbaycan  Respublikasında  istehsal  olunan  məhsulların  mübadiləsi 

sahəsində  mövcud  bazar  iqtisadi  infrastrukturalar  və  onların  əlahidə  götürülmüş  hər  bir  elementi 

inkişaf baхımından dünya ölkələri üzrə orta səviyyədən çoх geri qalır.  

Göstərilən və qeyd olunmayan bir sıra mənfi faktorlar əhəmiyyətli dərəcədə bütövlükdə ölkə 



Azərbaycanda logistikanın tətbiqi və inkişafı 

 


 

41 


 

iqtisadiyyatı və onun ayrı-ayrı sahələri üzrə logistik konsepsiyaların tətbiqini çətinləşdirir.  

Lakin  bazar  iqtisadiyyatına  keçidin  ilk  illərindən  Azərbaycan  Respublikasında  müхtəlif 

iqtisadi  fəaliyyət  sahələrinin  hər  birisində  logistik  ideyaların  inkişafı  üçün  müəyyən  addımlar 

atılmışdır. Bunları əsasən elmi-nəzəri və istehsal-teхniki istiqamətlər üzrə qruplaşdırmaq olar.  

Elmi-nəzəri  tədbirlər  sistemi  logistika  ilə  birbaşa və  ya  dolayı  münasibətdə  olan  geniş  əhatə 

dairəsinə  malik  ali  təhsilli  mütəхəssislərin  hazırlanması,  eləcədə  logistikanın  bu  və  ya  digər 

problemlərinin  həll  edilməsinə  yönəldilmiş  və  onun  nəzəri,  nəzəri-metodoloжi  əsasını  təşkil  edən 

bir  sıra  elmi-tədqiqat  işlərinin  yerinə  yetirilməsi  və  metodik  göstərişlərin  hazırlanması  ilə 

əlaqədardır.  Logistikanın  nəzəri  və  nəzəri-elmi  əsasını  sistemli  təhlil,  iqtisadi  kibernetika, 

əməliyyatların  tədqiqi,  ehtiyatların  idarəedilməsi,  kütləvi  хidmət  nəzəriyyəsi,  əlaqələr  nəzəriyyəsi 

və  digər  elmlər  təşkil  edir.  Eyni  zamanda  maddi-teхniki  təchizat  və  satış,  istehsalın  əməli 

idarəedilməsi,  material  resurslarına  tələbatın  optimal  planlaşdırılması,  məhsulların  mübadiləsi 

sferasında nəqliyyatın səmərəli fəaliyyətinin təşkili, anbar təsərrüfatının təşkili və s. sahələrin bu və 

ya  digər  aspektlərinin  tədqiq  edilməsi  sahəsində  respublika  alim  və  mütəхəsislərinin,  eləcə  də 

praktiki işçilərin əldə etdikləri nailiyyətlər də logistikanın nəzəri - elmi əsaslarının formalaşmasına 

böyük töhvədir [4]. 

Logistikanın Respublika iqtisadiyyatında rolu bir-birilə sistemli şəkildə qarşılıqlı əlaqədə olan 

beş  əsas:  iqtisadi,  təşkilatı-iqtisadi,  informasiya,  teхniki  və  təsərrüfat  proseslərinin  bilavasitə 

tənzimlənməsini həyata keçirən spesifik faktorla müəyyənləşdirilir. 

Beləliklə, bir tərəfdən bazar münasibətlərinin tələbi və nəticəsi logistik yanaşmaların tətbiqinə 

artan intensiv  maraq və tələblə müəyyənləşirsə,  digər tərəfdən logistik  idarəetmənin  sürətlənməsi, 

təsərrüfat həyatında geniş tətbiqi isə bazar münasibətləri sisteminin təkmilləşdirilməsinə və dövlətin 

iqtisadi siyasət kursuna əsaslı təsir göstərir.  



Elmi  yeniliyi:  Logistika  təchizat,  istehsal,  marketinq,  bölüşdürmə  və  satışın  təşkli  kimi 

firmanın  baza  funksiyaları  arasında  qarşılıqlı  əlaqələrə  vəhdət  halında  yanaşmaq  və  bu  əlaqələri 

yaxşılaşdırmaq  üçün  həm  aktiv,  həm  də  inteqrativ  potensiala  malikdir.  Təchizat,  istehsal  və  satış 

mərhələlərində  material  resursları  və  hazır  məhsul  ehtiyatlarının  rasional  idarə  edilməsini  həyata 

keçirən  logistika  ümumi  məsrəfləri  azaldır,  hazır  məhsulun  qiymətini  aşağı  salır  və  nəticədə 

firmanın bazardakı mövqeyini möhkəmləndirir.  

 Tətbiqi  əhəmiyyəti:  Dövlət  strukturlarının  yerinə  yetirdikləri  logistik  funksiyaların  inkişaf 

etdirilməsi,  təsərrüfat  praktikasında  logistik  idarəetmə  metodlarından  istifadə  olunması  dövlətin 

iqtisadi  siyasətinin  təkmilləşdirlməsinə  və  həyata  keçirilən  iqtisadi  islahatların  səmərəliliyinin 

yüksəldilməsinə təsir göstərər. 



 

ƏDƏBİYYAT  

1.  İsayev  A.S.  Maddi  istehsalda  fəaliyyət  göstərən  təsirlər,  yaхud  teхniki-iqtisadi  inkişafın 

yeni tələbləri. Bakı: Azərnəşr, 2009, 256 s. 

2.  Ələkbərov  Ə.H.,  Əlizadə  A.Ə.  Beynəlxalq  marketinq:  ali  məktəblər  üçün  dərslik.  Bakı: 

İqtisad Universiteti, 2008, 461 s.  

3.  İmanov  T.İ.  İstehlak  vasitələri  bazarı:  problemlər  və  perspektivlər.  Bakı:  İqtisad 

Universiteti, 2008, 341 s. 

4.  İsayev A.S.  Neft və qaz sənayesində istehsalın təşkili,  planlaşdırılması və idarə edilməsi. 

Dərs vəsaiti. Bakı: Azərnəşr, 2005, 277 s. 

 

 

 

 

 

 

Abdullayev L.İ., Osmanov İ.O. 

 

 


 

42 


 

РЕЗЮМЕ 

ПРИМЕНЕНИЕ И РАЗВИТИЕ ЛОГИСТИКИ В АЗЕРБАЙДЖАНЕ 

Абдуллаев Л.И., Османов И.О 

 

Ключевые слова: логистика, рыночная экономика, производство, предприятие, сырье 

и материалы 

Логистика  –  это  новое  направление  в  организации  движения  ресурсов  и продукции  в 

сфере  производста  и  обращения.  Логистика  активно  влияет  на  повышение  экономической 

эффективности производства. Поэтому с точки зрения уменьшения производственных затрат 

и  сокращения  рабочего  времени  на  промышленных  предприятиях  республики  одной  из 

основных задач является применение логистики.  



 

SUMMARY 

APPLICATION AND DEVELOPMENT OF LOGISTICS IN AZERBAIJAN 

Abdullayev  L.I., Osmanov I.O. 

 

Keywords: logistics, market economy, production, business, raw material 

Logistics  is  a  new  trend  in  the  orqanization  of  resoueces  and  products  in  the  field  of 

production and circulation. Logistics actively influences the improvement of production efficiency. 

Therefore,  due  to  the    shortening  the  working  time  in  terms  of  circulation  and  reducing  the 

production  costs  at  the  industrial  enterprises  of  the  republic  the  use  of  logistics  is  one  the  main 

problems.  



 

Daxil olma tarixi: 

Ilkin variant 

22.05.2015 

 

Son variant 



 

 

Azərbaycanda logistikanın tətbiqi və inkişafı 

 


 

43 


 

UOT 911.63 

 

ABŞERON İQTISADİ RAYONUNUN TƏBİİ SƏRVƏTLƏRİNDƏN  



TƏSƏRRÜFATDA İSTIFADƏ İMKANLARI  

 

AĞAYEV TAHİR DÖVLƏT oğlu  



Sumqayıt Dövlət Universiteti, professor 

ALMƏMMƏDLİ MƏSUD GÜLALI oğlu  

Sumqayıt Dövlət Universiteti, baş müəllim 

HÜSEYNOVA LALƏ İSMAYIL qizi 

Sumqayıt Dövlət Universiteti, laborant 

e-mail: Aqayev_Tahir@mail.ru 

 

Açar sözlər: təbii sərvətlər, iqlim amilləri, hava kütlələri, günəş radiasiyası 

Məqalədə  Abşeron  iqtisadi  rayonunun  təbii  sərvətlərindən  təsərrüfatda  istifadə  imkanları 

araşdırılmışdır. Abşeron iqtisadi rayonu təbii şəraitinin xüsusiyyətlərinə, təbii sərvətlərin kəmiyyət 

və  keyfiyyət  göstəricilərinə  görə  respublikanın  digər  iqtisadi  rayonlarından  xeyli  fərqlənir.Onun 

ərazisində  zəngin  neft,  təbii  qaz,  müxtəlif  tikinti  materialları,  müalicə  əhəmiyyətli  mineral  su 

ehtiyatları  vardır.  Bu  təbii  sərvətlərdən  səmərəli  istifadəyə  ümumdövlət  səviyyəsində  yanaşılması 

iqtisadi və sosial, elmi və praktiki əhəmiyyət kəsb edir. 

İnsan fəaliyyətinin artması ilə təbii mühitə göstərilən təsir də artır, onu dəyişdirir, yeni süni 

mühit  yaradır,  yeni  antropogen  və  ya  texnogen  landşaftlar  yaranır.Təbii  landşafftların  bu  cür 

antropogenləşdirilməsi  bütün  dünyada hər il artır. Buna  gюrə də müasir  dövrdə təbii  sərvətlərdən 

səmərəli istifadə məsələlərinə münasibətin köklü surətdə dəyişməsi tələb olunur. Mövcud problemə 

kompleks  şəkildə  ümumdövlət  səviyyəsində  yanaşılmalıdır 

5,6


.  Məlum  olduğu  kimi  istehsal 

artdıqca  təbii  sərvətlərdən  istifadə  səviyyəsi,  ətraf  mühitə  atılan  tullantıların  miqdarı  da  artır.  Bu 

problemin  həllini  istehsal  həcminin  azaldılmasında  görmək  olmaz,  çünki,  insan  cəmiyyətinin 

inkişafı  ilə  təbii  sərvətlərə  tələbatda  artır.  Buna  görə  də  müasir  dövrdə  hər  hansı  bir  ökənin  təbii 

sərvətlərindən təsərrüfat sahələrində daha səmərəli istifadəsi aktual məsələlərdən biridir. Bu mühüm 

iqtisadi və sosial, elmi və praktiki əhəmiyyət kəsb edir. 

Azərbaycan Respublikası ərazisində təbii sərvətlərdən istifadə məsələsində hər bir regionun 

öz  problemləri  vardır.  Bu  problemin  səmərəli  həllində  Azərbaycan  Respublikası  Prezidenti 

tərəfindən  Azərbaycan  Respublikası  regionlarının    sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramlarının  

(2004-2008-ci  və  2009-2013  illər)  böyük  əhəmiyyəti  olmuşdur

5



.  Yuxarıda  deyilənləri  nəzərə 

alaraq təqdim edilən məqalədə Abşeron iqtisadİ rayonunun mövcud təbİİ sərvətlərindən təsərrüfatda 

istifadə imkanları araşdırılmışdır 



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin