Kurs: 1 Qrup: 2005B



Yüklə 24,1 Kb.
tarix02.01.2022
ölçüsü24,1 Kb.
#41861
Документ Microsoft Word (2)


Azərbaycan dövlət pedaqoji universiteti

Fakültə: Kimya və biologiya

İxtisas: Biologiya

Kurs: 1


Qrup: 2005B

Fənn: Onurğasızların zoologiyası

Müəllim: Zülfiyyə Zeynalova

Tələbə: Quliyeva İnci

Sərbəst iş mövzusu: Buğumayaqlılar tipi

Buğumayaqlılar tipi

buğumayaqlılar növlərin müxtəlifliyinə və çoxluğuna görə digər canlılardan fərqlənirlər. Canlı orqanizmin yaşamağ imkanı olan hər yerdə buğumayaqlılara rast gəlmək olar. Buğumayaqlılar onurğasızlar içərisində ən mürəkkəb quruluşa malik olan canlılardır. Onlar müxtəlif həyat şəraitlərinə uyğunlaşmışdırlar. Buna görə də, təkamül zamanı yeni xüsusiyyətlər qazanmışdırlar.

Buğumayaqlıların bədəninin üzəri xitinləşmiş kutikula ilə örtülmüşdür. Kutikula isə, dəri epitelisi və ya hipodermadan əmələ gəlir. Ayrı-ayrı fərdlərdə bu kutikulanın qalınlığı fərqlənir. Buğumayaqlılarda xitinli kutikula qatı həlqəvi qurdların kutikula qatından daha möhkəm və davamlıdır. Ali xərçənglərin və bir çox hörümçəkkimilərin kutikulasında bir qədər kalsium-karbonat vardır. Kutikula elastikdir lakin gərilmə və dartılma xüsusiyyətinə malik deyildir. Ona görə də onlarda böyümə aramsız olmayıb, qabıqdəyişməklə tamamlanır. Buğumayaqlılar adətən inkşaf zamanı qabıq dəyişirlər. Yetkin fərdə çevriləndən sonra dəyişmirlər.

Adından da göründüyü kimi, buğumayaqlıların bədəni buğumlardan ibarətdir və bu buğumlar heteronomdur. Bəzi növlərimdə homonom buğumlar da, müşahidə olunur. Buğumlar isə birləşərək, bədənin müxtəlif nahiyyələrini əmələ gətirir. Bədən 3 hissədən ibarətdir – baş, döş, qarıncıq. Başda ağız və hiss orqanları yerləşir. Döş hissədə ayaqlar, qarıncıqda isə əsas daxili orqanlar yerləşir.

Buğumayaqlılarda dəri-əzələ kisəsi pis inkşaf etmişdir. Buna görə də, onlarda eninəzolaqlı əzələlər yaxşı inkşaf etmişdir. Təbii ki, buğumayaqləlarda bədən boşluğu vardır və bu bədən boşluğu selom ilə birləşmişdir. Buna da, ilk dəfə buğumayaqlılarda rast gəlinmişdir.

Həzm sistemi

Buğumayaqlılarda həzm sistemi 3 hissədən ibarətdir – ön, orta və dal bağırsaq. Buğumayaqlılar əsasən mürəkkəb qida ilə qidalanmağa uyğunlaşmışdırlar və buna görə də, həzm sistemində müxtəlif dəyişikliklər baş vermişdir. Bağırsaqlarında həzmə xidmət edən vəzilər də vardır.

Tənəffüs sistemi

Buğumayaqlılarda tənəffüs sistemi tamamən müxtəlif quruluşlara malikdir. Bu da, buğumayaqlıların tamamən fərqli mühitlərdə rast gəlinməsindən asılıdır. Suda yaşayanlar qəlsəmə ilə, quruda yaşayanlar isə ağciyər və treaxeyalar ilə tənəffüs edirlər.

Qan-damar sistemi

Buğumayaqləlarda bədən boşluğu selomnla birləşərək qarışıq bədən boşluğu əmələ gətirdiyinə görə bunlarda açıq qan-damar sistemi əmələ gəlmişdir. Qan boşluq mayesi ilə qarışır və buna görə də, buğumayqlılarda qarışıq bədən boşluğumda hemolimfa dövr edir. Bel qan damarının nəbzli hissəsi isə ürək adlanır. Buğumayaqlılarda ürək boruşəkillidir və yanlarda yerləşən dəliklərə malikdir. Hansı ki, ostiy adlanır. Qan ürəyə bu dəliklər vasitəsi ilə daxil olur. Ürəkdən çıxan qan isə, damarlarla axaraq bədən boşluğuna tökülür.

Ifrazat sistemi

Malpigi boruları və 1 cüt yaşıl vəzilər vasitəsi ilə gedir.

Sinir sistemi

Buğumayaqlılarda sinir sistemi 1 cüt udlaq üstü sinir düyünündən, udlaqətrafı sinir həlqəsindən və qarın sinir zəncirindən ibarətdir. Bu canlılarda başbeyin adlanan nahiyyə, yəni udlaq üstü sinir düyünü çox yaxşı inkşaf etmişdir və yüksək quruluşa malikdir. Bu da ondan irəli gəlir ki, onlarda bir çox mürəkkəb davranışlar müşahidə olunur. Buğumayaqlılaqda hiss orqanları da, yaxşı inkşaf etmişdir. Bunlara mürəkkəb fasetli gözlər, eşitmə, toxunma və kimyəvi hiss orqanları aiddir.

Bugumayaqlılar dediyimiz kimi müxtəlif cinsli heyvanlardırlar və yalnız cinsi yolla çoxalırlar. Inkşafları isə həm düzünə dəm də dolayı gedən növləri var.

Buğumayaqlılar 4 yarımtipə və bir çox siniflərə və dəstələrə ayrılır.

I yarımtip. Qəlsəmətənəffüslülər — Branchiata

1 sinif. Xərçəngkimilər — Crustacea

1 yarımsinif. Qəlsəməayaqlılar — Branchiopoda

1 dəstə. Qəlsəməayaqlılar — Anostraca

2 dəstə. Yarpaqayaqlılar — Phyllopoda

2 yarımsinif. Çənəayaqlılar — Maxillopoda

1 dəstə. Kürəkayaqlılar — Copepoda

2 dəstə. Karpyeyənlər — Branchiura

3 dəstə. Bığayaqlılar — Cirripedia

3 yarımsinif. Çanaqlı xərçənglər—Ostracoda

4 yarımsinif. Ali xərçəngkimilər— Malacostraca

1 dəstə. Nazikzirehlilər — Leptostraca

2 dəstə. Mizidlər — Mysidacea

3 dəstə. Bərabərayaqlılar — Isopoda

4 dəstə. Yanüzənlər — Amphıpoda

5 dəstə. Onayaqlı xərçənglər — Decapoda

II yarımtip. Trilobitlər — Trilobita

III yarımtip. Xeliserlilər — Chelicerata

1 sinif. Merostomlular — Merostomata

1 dəstə. Nizəquyruqlular — Xiphosura

2 dəstə. Xərçəngəqrəblər — Eurypteridae

2 sinif. Hörümçəkkimiler — Arachnoidea

1 dəstə. Əqrəblər — Scorpiones

2 dəstə. Qamçıayaqlılar — Uropygi

3 dəstə. Yalançıəqrəblər — Psmdoscorpiones

4 dəstə. Büvələr (bövlər) — Solifugae

5 dəstə. Otbiçənlər — Opilioncs

6 dəstə. Hörümçəklər — Aranea

7 dəstə. Akariform gənələr — Acariformes

8 dəstə. Parazitiform gənələr — Parasitiformes

IV yarımtip. Traxeyatənəffüslülər — Tracheata

1 sinif. Çoxayaqlılar — Myriapoda

1 yarımsinif. İkicütayaqlılar — Diplopoda

2 yarımsinif. Dodaqayaqlılar — Chillopoda

2 sinif. Həşərat— İnsecta

1 yarımsinif. İlk qanadsızlar — Apterygota

1 dəstə. Bığcıqsızlar — Protura

2 dəstə. Ayaqquyruqlular— Podura və ya Collembolu

3 dəstə. İkiquyruqlular — Diplura

4 dəstə. Qılquyruqlular— Thysanura

2 yarımsinif. Qanadlılar — Pterygota

1 dəstə. Gündəcələr — Ephemeroptera

2 dəstə. İynəcələr — Odonata

3 dəstə. Tarakankimilər — Blattoptera

4 dəstə. Dəvədəlləyilər — Mantoptera

5 dəstə. Termitlər — Isoptera

6 dəstə. Baharçılar — Plecoptera

7 dəstə. Embilər — Embioptera

8 dəstə. Qrilloblattidlər -— Grilloblattidae

9 dəstə. Çubuqşəkillilər və ya göstənnələr —

Phasmoptera

10 dəstə. Düzqanadlılar — Orthoptera

11 dəstə. Hemimeridlər — Hemimerida

12 dəstə. Dəriqanadlılar və ya qulağagirənlər —

Dermaptera

13 dəstə. Zorapterlər — Zoraptera

14 dəstə. Otyeyənlər— Psocoptera vo ya Copeogııathu

15 dəstə. Lələkyeyənlər — Mallophaga

16 dəstə. Bitlər— Anoplura vəya Siphunculata

17 dəstə. Bərabərqanadlılar— Homoptera

18 dəstə. Yarımsərtqanadlılar və ya taxtabitilər —

Hemiptera və ya Heteroptcnı

19 dəstə. Saçaqqanadlılar və ya tripslər— Tysanoptcra

20 dəstə. Sərtqanadlılar və ya böcəklər — Coleoptera

21 dəstə. Yelpikqanadlılar — Strepsiptera

22 dəstə. Torqanadlılar — Neuroptera

23 dəstə. Dəvəciklər — Raphidioptera

24 dəstə. İriqanadlılar — Megaloptera

25 dəstə. Əqrəbşəkilli milçəklər— Mecoptera

26 dəstə. Bulaqçılar — Trichoptera

27 dəstə. Pulcuqluqanadlılar və ya kəpənəklər —

Lepidoptera

28 dəstə. Pərdəqanadlılar — Hymenoptera

29 dəstə. Birələr—Aphaniptera vəya Siphonaptera

30 dəstə. İkiqanadlılar və ya milçəklər — Diptera

Biz III yarımtip. Xeliserlilər barəsində danışacayıq.

Xeliserlilər yarımtipi

Xeliserlilər yarımtipinin nümayəndələri əsasən quruda yaşayərlar. Bu canlılarda antena antenulla reduksiyaya uğramış və yerinə xeliser adlanan orqan əmələ gəlmişdir. Xeliserlər ağızın önündə yerləşir, 1 cüt olur və qısqaclaraa malikdir. Xeliserlilərin bədəni 2 hissədən ibarətdir. Baş-döş (prosom) və qarıncıq (opistosom). Baş-döş hissəsi 7 buğumun birləşməsindən əmələ gəlmişdir. Əksər fərdlərdə 7-ci buğum tamamən ixtisar olunmuşdur. Baş-döş hissədə 6 cüt ətraf vardır. Bunlardan 2 cütü xeliser, 2 cütü pedipalp, 4 cütü isə yerimə ayaqlarıdır. Əqrəblərdə qarıncıq ön və dal hissədən ibarət olur. Ön qarıncıq 7, dal qarıncıq isə 6 buğumdan ibarət olur. Bədənin sonunda isə anal dəlik yerləşir (teslon). Quruda yaşayan xeliserlilərdə qarıncıq buğumları birləşməyə doğru getmişdir və hətta bəzi növlərdə qarıncıq buğumları tamamilə itmidir. Qarıncıq ətrafları isə şəkilini dəyişərək agciyərlərə, tor ziyuillərinə çevrilmişdir.

Suda yaşayan xeliserlilərdə qarıncığın ön şöbəsində yerləşən 6 cüt ətraflar qəlsəmələrlə təchiz olunmuşdur.

Xeliserlilərin inkşafı metamorfozla gedir və yumurtadan yetkin fərdə oxşar fərd çıxır.

Xeliserlilər yarımtipi 2 sinfə ayrılır: 1. Meristomlular, 2. Hörümçəkkimilər

Və quruda yaşayan fərdlər hörümçəkkimilərə, suda yaşayan fərdlər isə meristomlulara aid edilir.

Hörümçəkkimilər sinfi

Hörümçəkkimilər quru xeliserlilərə aiddir və 36000-dən çox növü vardır. Onlar çox geniş yayılmış buğumayaqlılardır. Hörümçəkkimilərə hər yerdə rast gəlmək olar. Bədənləri baş-döş və qarıncıqdan ibarətdir. Baş-döş şöbəsində bığcıqları olmur, gözləri isəsadə quruluşa malikdir. 1-ci cüt ətraflar, yeni xeliserlər bədənin baş-döş hissəsində ağızdan öndə yerləşir. 2-ci cüt əraf, yeni pedipalp ondan sonra yerləşir, üzəri tükcüklərlə örtülü olur və uc hissəsində tək caynağı vardır.

Tənəffüs agciyərlər və traxeyalar vasitəsi ilə gedir. Agciyərlər stiqmalı, kisəşəkilli formadadır. Traxeyalar isə stiqma ilə başlayır və şaxələnir. Qan-damar sistemi açıqdır. Ifrazat maalpigi boruları və 2 cüt yaşıl vəzi vasitəsi ilə gedir. Bunlar ayrıcinslidirlər və mayalanma düzünə gedir (istisna:gənələr).

Əqrəqlər xeliser qısqacla bitir və qısqaclar həm üst çənə funksiyasını yerinə yetirir, həm də qidanı tutmaqda kömək edir. Bövlərdə qısqaclar daha möhkəmdir və o qidanı həm tutub həmdə məhv edə bilir. Hörümçəklərdə isə xeliser caynaq şəklində olur və 2 buğumdan ibarətdir.

Xeliserin daxili hissəsində hörümçəyin zəhərini xaric edən kanal vardır. Zəhəri ifraz edən vazilər isə 1 cüt olub, xeliserin ətrafında yerləşir. Bu vəzilər əzələlərlə təchiz olnur, hansı ki yığılır və zəhər şikarın bədəninə daxil olur. Gənələrdə isə, xeliser və pedipalp şəkilini dəyişərək sancıcı-sorucu və ya gəmirici-sorucu ağız aparatı əmələ gətirmişdir.

Baş-döş hissəsinin 2-ci orqanı olan pedipalp bövlərdə yürüş ətraflarından demək olar ki fərqlənmir. Əqrəblərdə pedipalpın qurtaracağında 2 iri qısqac vardır bu da şikarı tutmağa kömək edir.

Hörümçəklərdə pedipalp ayağa bənzəyir və uc hissəsində tək caynaq vardır. Dişi fərdlərdə çənə rolunu oynayır. Cinsi yetişkənliyə çatmış erkək fərdlərdə isə pedipalp axırıncı buğumun şəkili dəyişərək kopulyativ orqana çevrilir.

Növlərdən asılı olaraq hipodermada zəhər,iy, tor vəziləri vardır. Zəhər vəziləri heç də bütün hörümçəkkimilərdə inkşaf etməmişdir. əsasən əqrəblərdə, hörümçəklərdə, bəzi yalançı əqrəblərdə və bəzi gənələrdə inkşaf etmişdir.

Tor vəziləri isə əsasən hörümçəklər dəstəsində olur. Məsələn, xaçlı hörümçəkdə 3 cüt tor ziliyi və ucunda tor boruları var. Bunu da qeyd edək ki, tor vəziləri yalnız dişi fərdlərdə olur.

Həzm sistemi

Həzm sistemi 3 hissədən ibarətdir. Ön, orta və dal hissə. Hörümçəklərdə ön bağırsaq ağız ilə başlayır. Agız dəliyi( burada 1 cüt ağız suyu vəzilərinin axarları açılır və bu vəzilər pedipalpların əsasında yerləşərək zülalları parçalama qabiliyyətinə malikdir.) udlağa, udlaq nazik qida borusuna, o da mədəyə açılır. Bunlar hamısı ektoderma qatından əmələ gəlmişdir və daxildən xitin örtüyü vardır. Mədə sorucudur və divarı divarı 4 kutikulyar lövhılırdən ibarətdir. Bu da onu möhkəm saxlayır. Hörümçəyin mədəsi şikarın daxili möhtəviyyatını sormağa uyğunlaşmışdır. Qidanın həzmi bağırsaqdan kənarda baş verir. Çünki, hörümçək qidanı xeliseri ilə şirəni şikarın içinə keçirir. Bu şirə orqan və toxumaları həll edir və sonra hörümçək soraraq qidalanır.

Orta bağırsaq(entodermal) baş-döş hissədən 5 cüt kor çıxıntıya malikdir. Onlardan 4 cütü qarın tərəfə əyrilir və buraya qaraciyər vəzzinin axarlarıı açılır. Qaraciyər isə orta bağırsağın əmələ gətirdiyi qidanı həzm edən və sovurma qabiliyyətinə malik orqandır. Bundan sonra isə dal bağırsaq (ektodermal) gəlir. Dal bağırsaq geni.lənərək kloaka (rektal kisə) əmələ gətirir və dal bağırsaq anusla bitir

Tənəffüs sistemi

Hörümçəkkimilər quru həyat tərzi keçirdiklərinə görə onlarda tənəffüs orqanları ağciyərlər və traxeyalardır. Əqrəblərdə ön qarıncığın 3-6-cı buöumlarında cüt agciyərlər vardır. Agciyərlər qarın nahiyyəsində yerləşən stiqma adlanan 4 nəfəsgahla xarici mühitlə əlaqələnir.

Hörümçəklərdə ağciyər 1 cüt yarpaqşəkillidir və qarın nahiyyəsində yerləşir. Onun agciyər boşluğuna açılan 2 stiqması vardır. Ağciyər boşluğunun divarı yelpikşəkilli kutikulyar cibciklərlə tıchiz olunmuşdur. Burada həmdə qan dövr edərək qazlaq mübadiləsi baş verir. Traxeyalar şaxələnmiş 2 borudan ibarətdir. Bunlarda traxeya sistemi nisbətən zəif inkşaf etmişdir.

Bövlərdə, otbiçənlərdə və digər hörümçəkkimilərdə traxeya sistemi çox mürəkkəb quruluşa malikdir. Bəzi kiçik hörümçəkkimilərdə isə tənəffüs orqanları ixtisar olub və onlar bütün bədən səthi ilə nəfəs alırlar.

Qan-damar sistemi

Hörümçəkkimilərdə qan-damar sistemi açıq və metamer quruluşludur. Əqrəblərdə ürək 7 cüt ostiyə malikdir. Hörümçəklərdə isə 5 və ya 2 cüt olur. Gənələrdə isə, qan-damaq sistemi çox zəif inkşaf etmişdir. Onun ürəyi çox kiçikdir, ovalşəkillidir və 2 ostiyə malik olun bel tərəfdə yerləşir.

Ürəkdən önə ön dal tərəfə isə dal aorta çıxır. Aorta isə şaxələnərək arteriyaları əmələ gətirir. Əqrəblərdə ağciyər, hörümçəklərdə isə traxeyalar az şaxələndiyi üçün onlarda arterial damarlar güclü inkşaf etmişdir. Bövlərdə isə əksinədir. Gənələrdə isə aorta çox zəif inkşaf etmişdir və nazik damar kimidir. Aorta sinir düyününün ətrafında genişlənir və sinir situnu əmələ gətirir və qan burdan bədən boşluğuna tökülür sonra isə, ostiy vasitəsilə ürəyə daxil olur.

Ifrazat sistemi

Ifrazat funksiyasını hörümçəkkimilərdə malpigi botuları (entodermal) və koksal (1 cüt yaşıl vəzi) vəzilər yerinə yetirir. Burda da, nefrosit və quasit adlanan xüsusi hücüyrələr vardır.

Malpigi boruları boruşəkillidir və 4 şaxədən ibarətdir. Kor qurtaracaqla bitir və rektal kisəyə və ya kloaka adlanan hissəyə açılır. Bu boruların sıciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, ifrazat məhsulları quru kristal şəklində olur.

Sinir sistemi

Hörümçəkkimilərdə sinir sistemi yaxşı inkşaf etmişdir. Sinir düyünləri birləşərək sinir kütləsi əmələ gətirir o da cüt uldaqüstü sinirlə birləşir və qarın sinir zənciri əmələ gəlir. Bövlərdə, yalançı əqrəblərdə və qamçıayaqlılarda aylnız 1 qarın sinir düyünü sərbəst olur. Qalanları ümumi sinir kütləsi ilə birləşir.

Hörümçəyin sinir sistemini udlaqüstü(beyin) və udlaqaltı sinir düyünləri təşkil edir. Udlaqüstü sinir düyünündən gözlərə, xeliserlərə sinir gəlir. Udlaqaltı sinir düyünü də çoxlu sayda sinir hücürələrinin birləşməsindən əmələ gəlmişdir. 5 cüt sinirlərə uzanır. 1 cüt çənə ayaqlarına, 4 cütü isə ayaqları sinirləndirir. Gənələrdə isə udlaqaltı sinir düyünləri beyinlə birləşmişdir.

Hiss orqanları

Hiss orqanlarına əsasən görmə və toxunma aiddir. Hörümçəkkimilərdə sadə gözlər müşahidə olunur. Hörümçəklərdə 8 ədəd göz var. Toxuma hiss orqanları sinir hüceyrələri ilə sıx əlaqəlidir və çoxlu cayda tükcüklərdən ibarətdir. Bunlardan əlavə həmçinin iybilmə və dadbilmə orqanları da vardır.

Cinsiyyət sistemi

Hörümçəkkimilər ayrıcinslidirlər. Cinsi dimorfizm kəskin nəzərə çarpır. Erkək fərdlər dişi fərdlərdən daha kiçik olurlar. Cütləşmə orqanı isə şəklini dəyişmiş pedipalplardır. Cinsi orqanlar cüt və ya tək cinsi vəzilər şəklində olur. Əqrəblərdə dişi fərdlər cüt yumurtalıqdan, erkək fərdlər isə cüt toxumluqdan təşkil olunmuşdur.

Hörümçəklərdə hər iki fərddə cinsi dəlik qarıncığın əsasında yerləşir. Dişilərdə cinsi dəliyin ön hissəsində yerləşən epiqin adlanan cinsi şişkinliyin əsasında cüt toxumqəbuledici vardır.

Toxum ilk əncə qəbul ediciyə sonra isə balalığa daxil olur və mayalanma gedir.

Inkşafı
Əsasən inkşaf düzünədir. Yalnız gənələrdə inkşaf dolayıdır. Yumurta sarılıqla zəngin olur və mayalanmış yumurta baramada olur. Yumurtadan çıxan hörümçək kiçik ölçüdədir və özü qidalana bilmir buna görə o, sarılıqla qidalanır sonra isə tor hörməyə başlayır.

Gənələrin bir çoxu partenogenez yolla çoxalır. Əqrəblər isə diri bala doğurlar. Rüşeym ana bətnində inkşaf edir və 5-6 miqdarda olur. Doğulmuş əqrəb ilk vaxtlar dişi fərdin üzərində qalır sonra isə, dişi fərdi tərk edərək sərbəst həyat yaşayır.

Artıq bildiyimiz kimi, hörümçəkkimilərin əsas nümayəndələrinə əqrəblər, bövlər, qamçıayaqlılar, yalançıəqrəblər, hörümçəklər və gənələr aiddir

Xaçlı hörümçəyin quruluşu

Xaçlı hörümçək araneidae fəsiləsinə aiddir və bu fəsilənin 2500-ə qədər növü vardır. Bu hörümçəklər rənglərinə, bədən formalarına görə tamamilə fəqrlidirlər. Sonuncu ayaqları 3 caynağa və tor hörmək üçün tikanşəkilli çıxıntıya malikdir. Bu fəsilə bir neçə yarımfəsiləyə ayrılır. Ən böyük yarımfəsilə isə Araneinae-dir



Bura daxil olan xaçlı hörümçək (Areneus diadematus) ən çox yayılmış hörümçəklərdəndir. Qarıncığının üzərində olan naxışa görə onlara xaçlı hörümçək adı verilmişdir. Əsasən kolluqlarda və meşə ətrafı sahələrdə rast gəlinir. Xaçlı hörümçətin dişi fəqdi erkək fərdindən daha iridir. Dişi fərd 20-25 mm, erkək fərd isə 10-11 mm ölçüdədir. Dişi fərdlər erkək fərdlərdən fəqli olaraq toxuma qabiliyyətinə malikdirlər. Bu tor şikarı tutmaqda yardım edir və dişi fərd toru hördükdən sonra ayağında gizlənir və şikarın tora düşməsini gözləyir. Erkək fərd isə adətən dişi fərd toxuduğu torun ətrafında olur.
Yüklə 24,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin