Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi elmi-metodika şÖBƏSİ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə13/18
tarix17.12.2022
ölçüsü0,56 Mb.
#75794
1   ...   10   11   12   13   14   15   16   17   18
ADB

 I Aparıcı: Azərbaycan bayrağı zamanla bütövlükdə Azərbaycan dövlətinin 
əsas dövlətçilik atributlarından birinə çevrildi.
Ulu öndərin siyasi kursunu ləyaqətlə davam etdirən, sürətli 
inkişaf tempinin sükançısı, möhtərəm Prezidentimiz İlham Əliyevin 
praqmatizmi dövlət rəmzləri sırasında xüsusi yeri olan üçrəngli 
bayrağa münasibətdə də özünü parlaq büruzə verdi. İlk növbədə bu 
sahədə qanunvericilik bazası yaradıldı.
2004 - cü il iyunun 8 - də “AR Dövlət bayrağının istifadəsi 
qaydaları haqqında “ Azərbaycan Respublikasının Qanunu qəbul 
edildi. Dövlət bayrağına baxış rakursunda qanunvericilik aktları 
təkmilləşdirildi. Möhtərəm prezident 2007 - ci il noyabrın 17 - də isə 
“Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı 
Meydanının yaradılması haqqında” sərəncam imzaladı. Bütün bunlarla 
kifayətlənməyən ölkə Prezidenti İlham Əliyevin 17 noyabr 2009 - cu 
il tarixli sərəncamı ilə noyabrın 9 - nun Dövlət Bayrağı Günü kimi 
elan etməsi hər bir ölkə vətəndaşının qürur hissini artıran, 
dövlətçiliyimizə məhəbbət və ehtiramını yüksəldən yeni bir amilə 
çevrildi.
Müstəqil dövlətin rəmzidir bayraq! 
Azad bir dövlətin əzmidir bayraq! 
Azəri xalqının fəxridir bayraq! 
Yaşa səni, yaşa üçrəngli bayraq 


 
28 
II Aparıcı: İlham Əliyevin təşəbbüsü ilə Dövlət bayrağı Muzeyi yaradıldı. 
İndi sanki mavi Xəzərin qoynundan günəş çıxır. Çəkisi 350 kq, 
ölçüləri 70 mx 35m olan üçrəngli bayraq dənizdən doğan Günəş sayaq 
ətək aça - aça, şəfəq saça - saça aramla səmaya - qülləsi mavilikdə 
itən, ağ - gümüşü rəngli konusvari sütunun zirvəsinə qalxır.
Baş qaldırıb üfüq üstə qərar tutub bərq vuran, açıq səmada göy, al 
qırmızı və yaşıl rəngə boyanmış dəniz dalğaları tək yellənən , öz 
nəhəgliyi ilə maviliyə pərdə tutan əzəmətli və möhtəşəm bayrağımızın 
seyrinə dalırıq.
Möhtərəm Prezidentimiz İlham Əliyevin bayrağa xitabən dediyi 
sözləri “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız 
canımızdır, ürəyimizdir” sözləri hamını riqqətə gətirir.

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin